Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-39/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikas adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlkin iddiaçılar "A” Şirkətinin, “B” Şirkətinin və “C” Şirkətinin ilkin Cavabdeh D-yə qarşı və qarşılıqlı iddia üzrə iddiaçı D-nin nin qarşılıqlı iddia üzrə cavabdehlər “A” Şirkətinə, “B” Şirkətinə və “C” Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, üzləşmə aktlarının, müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər “A” Şirkətinin, "B” şirkətinin və “C” şirkətinin vəkili Nümayəndəsi ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı B-nin nümayəndəsi onun vəkilinin iştirakları ilə, İddiaçılar “A” Şirkəti, “B” Şirkəti və “C” Şirkətinin Cavabdeh "D" qarşı “pul tələbi barədə” ilkin, eyni zamanda, D-nin birincilərə qarşı “qarşılıqlı üzləşmə aktlarının və müqavilənin etibarsız hesab edilməsi haqqında” qarşılıqlı iddia ərizələrinə dair kommersiya işi üzrə D tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 sentyabr tarixli 2-2(103)BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “B” Şirkəti (bundan sonra – “AM”), D (bundan sonra – “ŞQ”) və “E” aralarınd a bağlanmış 2016-cı il 7 iyun tarixli müqavilənin surətindən görünür ki, AM ilə ŞQ arasında bağlanmış 2012-ci il 31 oktyabr tarixli və 2012-ci il 30 noyabr tarixli alğı-satqı müqavilələri üzrə yaranmış borcun hazırkı müqavilənin 2-ci bəndinin müddəalarına uyğun olaraq, ŞQ tərəfindən AM-ə hissə-hissə ödənilməsini, AM tərəfindən isə qeyd olunan pul vəsaitinin qəbul edilməsini öhdələrinə götürmüşlər. 2. 2016-cı il 17 mart tarixli 4 ədəd qarşılıqlı üzləşmə aktlarının (bundan sonra “üzləşmə aktları”) surətlərindən görünür ki, ŞQ-nin 2016-cı il 1 may tarixədək AM-ə 991.280 avro və 78.450 ABŞ dolları, “A” Şirkətinə (bundan sonra – “MK”) 132.482 avro, “C” şirkətinə (bundan sonra – “ME”) 128.397 avro məbləğlərində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat
3. B, A və C 2019-cu il 21 oktyabr tarixində D-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, D-dən B-in xeyrinə 991.280 avro, A-nın xeyrinə 132.482 avro, C-nin xeyrinə 128.397 avro məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, B, A və C D ilə mal alğı-satqısına dair 2012ci il 31 oktyabr tarixində bağlanmış 005 saylı müqavilənin (bundan sonra – “005 saylı müqavilə”) şərtlərinə görə B, A və C tərəfindən satılmış avadanlıqlar qəbul edilərkən D tərəfindən yoxlanılmış, hər hansı çatışmazlıq aşkar edilməmişdir. Lakin hazıradək D tərəfindən ödənişin bir hissəsi həyata keçirilsə də, 800.000 avro məbləğində ödəniş həyata keçirilməmişdir. D bo rcunu B, A və C-nin birgə imzaladığı üzləşmə aktları əsasında təsdiq etmişdir. Həmin akta əsasən Dnin borcu 1.252.159 avro və 78.450 ABŞ dolları təşkil edir. Akt D-nin Baş direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Bundan əlavə, dostluq və əməkdaşlıq münasibətlərini nəzərə alaraq, B, A və C D-yə borcu ödəmək üçün müəyyən müddət verilməsinə dair razılığa gəlmişlər. Həmin razılaşma əsasında borcun təsdiqinə dair tərəflər arasında 2016-cı il 7 iyun tarixində əlavə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən, D borcunu hissə-hissə ödəməyinə dair öhdəliyi qəbul etmişdir. Lakin hazıradək D tərəfindən nə əsas, nə də əlavə müqavilə əsasında yaranmış öhdəliklər üzrə borclar ödənmiş, buna dair D-yə edilən müraciətlər də nəticəsiz qalmışdır.
6. Eyni zamanda, 2019-cu il 17 dekabr tarixində D qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzləşmə aktlarının və D tərəfindən buna səlahiyyəti olmayan şəxsin imzaladığı 2016-cı il 7 iyun tarixli müqavilənin əhəmiyyətsiz, etibarsız, bağlanmamış kimi tanınması və ilk iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhəmədən xahiş etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, B, A və C iddia ərizəsində 005 saylı müqaviləyə istinad edirlər. Lakin iş materiallarında həmin müqavilə yoxdur, B, A və C müqaviləni təqdim etməmişlər. Eyni zamanda, 005 saylı müqavilə üzrə iddia müddəti ötürülmüşdür. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 99.3, 107, 349, 350-ci maddələrinə, D-nin Nizamnaməsinin 8.6-cı bəndinə əsasən, üzləşmə aktlarını və 2016-cı il 7 iyun tarixli müqaviləni bağlamaq səlahiyyəti D-nin Baş direktorunda olmamışdır, səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli e-2-2(113)-BKM1/2020 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, D-dən 991.280 avro pul vəsaitinin tutularaq B-yə ödənilməsi, 132.482 avro pul vəsaitinin tutularaq A-ya ödənilməsi, 128.397 avro pul vəsaitinin tutularaq C-yə ödənilməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Ddən tutularaq B, A və C-yə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun D-yə aid edilməsi qət edilmişdir (hakim – Z.P).
9. Məhkəmə ilkin iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında öhdəlik münasibətləri yar anmış, həmin öhdəliklərə görə B, A və C öhdəliklərini yerinə yetirərək alınan malları D-yə vermişlər, bunun nəticəsində onların D-dən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, D isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə B, A və C qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır.
10. Qarşılıqlı iddia üzrə məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilələr 2016-cı il mart və iyun tarixlərində bağlanmış, lakin həmin tarixlərdən 3 il keçdikdən sonra D hazırkı tələblə məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. MM-də həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. D iddia mü ddətini ötürməklə məhkəməyə müraciət etdiyindən qarşılıqlı iddia rədd edilməlidir.
11. Məhkəmə bu qənaətini MM-in 347.1, 354.1, 354.2, 377.1, 385.1, 386.1, 442, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “AİHM”) “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 2000-ci il 25 yanvar, “Deryus Litvaya qarşı iş üzrə” 2000-ci il 31 iyul, “Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə” 2000-ci 28 mart və 2004-cü il 22 iyul, “Stanyo Belçikaya qarşı iş üzrə” 2009-cu il 7 iyul tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
12. D-nin nümayəndəsi 2020-ci il 19 may tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 17 sentyabr tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 mart tarixli e-2-2(113)-BKM1/2020 saylı qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilmiş, D-dən B-nin xeyrinə 790.258 avro, A-nın xeyrinə 94.344 avro, C-nin xeyrinə 80.583 avro məbləğində pul (ödəniş gününə olan Azərbayan manatı məzənnəsinə uyğun) tutulmuş, ilkin iddia qalan hissələrində, eyni zamanda, qarşılıqlı iddia təmin edilməmişdir (sədrlik edən – C.Y, hakimlər – R.Q və V.B).
14. Məhkəmə k ollegiyası hesab etmişdir ki, ilkin iddiaçıların iddia ərizəsindən, ona əlavə olunmuş müqavilə və üzləşmə aktlarından, habelə apellyasiya baxışında məhkəməyə təqdim olunmuş hesab faktura və gömrük bəyannamələrindən belə anlaşılır ki, B ilə D arasında sadə yazılı formada 005 saylı müqaviləsi mövcud olmuş, sonradan tərəflər öz aralarında qalıq borca dair üzləşmə aktı və borcun hissə-hissə ödənilməsi barədə 2016-cı il 7 iyun müqavilə də imzalamışlar.
15. A və C ilə D arasında isə alğı-satqı münasibətləri şifahi razılaşma əsasında həyata keçirilmiş, mallar qaimə fakturalar əsasən D-yə göndərilmiş, D tərəfindən gömrük bəyannamələri üzər idxal olunmuş həmin mallar qəbul edilmiş, A və C ilə D arasında qalıq borca dair qarşılıqı üzləşmə aktları imzalanmışdır.
16. D B ilə aralarında 2016-cı il 7 iy un tarixli “borcun hissə-hissə ödənilməsi barədə” müqavilənin imzalandığını inkar etmir.
17. Halbuki 2016-cı il 7 iyun müqavilədə məhz, 2012-ci il 31 may tarixli müqaviləyə istinad olunmuş və alıcı D satıcı B-yə 800.000 avro məbləğində borcunu etiraf edərək hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Başqa sözlə, D 2012-ci il 31 may tarixli müqavilənin varlığını qəbul etməsə də, borcun hissə-hissə ödənilməsi barədə 2016-cı il 7 iyun tarixli ikinci bir müqaviləni imzalmaqla, 2012-ci il 31 may tarixli müqavilənin varlığını qəbul etmiş və həmin müqavilədən irəli gələn borc öhdəliklərini hissə-hissə yerinə yetirməyi öhdəsinə götürmüşdür. 18. 2016-cı il 7 iyun tarixli müqavilədən də görünür ki, bu müqavilə MM-in tələblərinə uyğun bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndindən isə görünür ki, D üzləşmə aktında göstərilən borcundan 2016-cı il 31 may tarixinədək 200.000 avro məbləğini ödəmiş, borcun – 200.000 avrodan 300.000 avroyadək hissəsini 2017-ci il 31 may tarixinədək, 300.000 avrodan 500.000 avroyadək hissəsini isə 2018-ci il 31 may tarixinədək ödəməyi öhdəsinə götürmüşdür.
19. Üzləşmə aktında isə D B-yə 991.280 avro məbləğində borcu olduğu müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. Qaimə fakturalardan görünür ki, 2012-ci ildə beş qaimə-faktura üzrə B tərəfindən D-yə 985.000 avro məbləğində mal göndərilmişdir.
21. Eyni zamanda, məhkəmə sorğusuna əsasən təqdim olunmuş BBG İdarəsinin 2020-ci il 10 sentyabr tarixli məktubuna, ona əlavə edilmiş 2015-ci il 5 fevral və 2 may tarixli gömrük bəyannamələrinə əsasən müəyyən olunmuşdur ki, D-yə daha 1 1.047 manat (həmin vaxta olan məzənnə ilə 6.276 avro) dəyərində mallar təqdim olunmuşdur (2011-2014-cü illər üzrə sənədlər bu sənədlərin saxlama müddəti keçdiyindən təqdim olunmamışdır).
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, D-nin həmin borcundan 2016-cı il 26 may tarixli 00002024 №-li ödəmə sənədinə əsasən 225.000 ABŞ dolları (həmin tarixə olan məzənnə ilə 201.022,08 avro) məbləğində ödəniş həyata keçirmişdir. Göründüyü kimi B-nin 991.280 avro məbləğində borc tələbi üzrə 790.258 (991.280 – 201.022) avro məbləğində hissəsinin əsaslı olduğu sübuta yetirilir.
23. Eyni zamanda, müəyyən olunmuşdur ki, D-nin ünvanına A tərəfindən 2015-ci ildə 13 ədəd qaimə faktura əsasında 104.984,17 avro məbləğində, C tərəfindən isə 2014-cü ildə 85.115,81 avro məbləğində mallar göndərilmişdir.
24. Eyni z amanda, apellyasiya məhkəməsinin sorğusuna əsasən təqdim olunmuş BBG İdarəsinin 2020-ci il 10 sentyabr tarixli məktubuna və ona əlavə edilmiş 17 gömrük bəyannaməsinə əsasən müəyyən olunur ki, D A tərəfindən 2015-ci ildə ona 275.977,20 manat (həmin ilin məzənnəsinə görə orta hesabla 132.500 avro) məbləğində, 15 gömrük bəyannaməsi üzrə isə C tərəfindən 2015-ci ildə göndərilmiş 60.519,21 manat (orta hesabla 29.000 avro) məbləğində malları almışdır (Gömrük İdarəsi tərəfindən 2011-2014-cü illər üzrə bəyannamələr saxlama müddəti keçdiyindən təqdim olunmamışdır).
25. A ilə D arasında üzləşmə aktı da bağlanmaqla, sonuncunun A-ya 132.482 avro, eləcə də eyni tarixdə C ilə D arasında da qarşılıqlı üzləşmə aktı bağlanaraq sonuncunun C-yə 128.397 avro məbləğində qalıq borcunun olduğu D-nin rəhbərinin i mzası və möhürü ilə təsdiq olunmuşdur.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, D A-ya olan 132.482 avro qalıq borcundan 40.000 ABŞ dolları (ödəniş tarixinə olan məzənnə ilə 38.137,73 avro), C-yə olan 128.397 avro məbləğində qalıq borcundan 50.000 ABŞ dolları (47.814.40 avro) məbləğində ödənişlər də həyata keçirmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin 3 illik iddia müddətinin keçdiyini mübahisələndirən dəlilləri ilə razılaşmaq mümkün deyil. Hazırkı iddia 2019-cu il 21 oktyabr tarixində qaldırılıdığı halda, D 2016-cı il 7 iyun tarixli borcun etrafına dair bağlanmış müqavilə üzrə B-yə ödənilməyən borcunun müvafiq hissələrinin 2017-ci il 31 may və 2018-ci il 31 may tarixinədək hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürdüyü, A-ya münasibətdə 2016-cı il 29 dekabr t arixində 40.000 ABŞ dolları (38.137,73 avro), C-yə isə 2016-cı il 27 dekabr tarixində 50.000 ABŞ dolları (47.814,40 avro) məbləğində qismən ödənişləri etdiyi halda, MM-in 373.2-ci və 377.1-ci maddələrinin tələbinə müvafiq olaraq hesablanan iddia müddətinin buraxılmasından söhbət gedə bilməz.
28. İşin yuxarıda sübutlarla müəyyən olunan halları həm də onu deməyə əsas verir ki, apellyasiya şikayətinin 2016-cı il 7 iyun tarixli müqavilənin, habelə 991.280 avro, 132.432 avro və 128.397 avro borcun mövcudluğunun təsbitinə dair üzləşmə aktlarının etibarsız hesab edilməsini mübahisələndirən dəlilləri əsasızdır (D-nin mübahisələndirdiyi 78.450 ABŞ dolları məbləğində borca dair üzləşmə aktı mövcud olsa da, bununla bağlı iddia tələbi mövcud deyil).
29. Həm də ən azından mübahisələndirilən müqavilə və üzləşmə aktları ona görə etibarsız hesab oluna bilməz ki, MM-in 351.3-cü maddəsinin tələbinə görə, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 30. 2016-cı il 7 iyun tarixli müqaviləni və üzləşmə aktlarını D-nin Baş direktrounun imzalamaq səlahiyyətinin olmamasına dair dəlilləri də razılaşmaq mümkün deyil. MM-in tələbələri baxımından birincisi, D istinad etdiyi həmin (D-nin ümumi aktivlərinin həcmi və onun 25 faizi ilə bağlı halı) əsaslandırıcı sübutlar məhkəməyə təqdim etməmişdir. İkincisi, belə sübutetmə vasitəsi olsa belə, həmin müqavilə və qarşılıqlı üzləşmə aktlarını müəssisənin baş direktoru tərəfindən imzalanıb dairəvi möhürlənməsinin bəyənilməməsi ilə bağlı D-nin ümumi yığıncağının hər hansı bir qərarı da m övcud olmamış, əksinə bəyənilmişdir ki, D təqdim olunan mallardan yararlanmış, hətta hər üç iddiaçıya borcundan ödənişlər də həyata keçirmişdir.
31. Eyni zamanda, apellyasiya şikayətinin 2016-cı il 7 iyun tarixli müqavilənin etibarsızlığını mübahisələndirdiyi hallardan biri də həmin müqavilənin 3.1-ci bəndinə əsasən E-yə məxsus qeyriyaşayış sahəsinin borcun təminatı kimi bəyan etməsi, lakin MM-in 280 və 307-ci maddələrinin tələbinə uyğun notarial qaydada təsdiq edilmədiyindən və dövlət qeydiyatına alınmadığından etibarsız olduğunu mübahisələndirən dəlilləri həmin müqavilənin etibarsız hesab olunması üçün əsas vermir.
32. Birincisi qeyd olunmalıdır ki, hazırkı ilkin iddia tələblərində qeyd olunan qeyri-yşayış sahəsi ilə bağlı hər hansı tələb mövcud deyil. Həmçinin bu təminata dair ipoteka m üqaviləsi hazırkı günə mövcud deyil. 2016-cı il 7 iyun tarixli müqavilə məzmun baxımından, MM-in 882.1-ci məddəsinin tələblərinə uyğun olaraq, mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün sadə yazılı şəkildə bağlanmışdır və həmin müqavilənin notarial qadada təsdiqlənməsinin qanunla müəyyən edilən zəruriliyi mövcud deyil.
33. Apellyasiya şikayətinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 iyul tarixli qərardadı ilə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq idarəsində D-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənə qədər B-nin D-yə qarşı pul tələbinə dair iş üzrə icraatın dayandırılması ilə bağlı dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmamışdır. Çünki həmin iş üzrə iddiaçın ın adından belə görünmüşdür ki, tamamilə başqa bir iddiaçıdır və hazırkı işə heç bir aidiyyəti yoxdur. Hazırkı hüquqi şəxs statusuna malik tərəflər arasındakı mübahisəli hüquq münasibətləri, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini ehtiva edir.
34. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-nin 52.1, 351.3, 360.1, 360.2, 373.2, 377.1, 380, 567, 882.1, 882.2, 882.3, 882.4, 882.5-ci maddələrinə, MPM-nin 385.1.2, 385.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Həmin qətnamədən D 2020-ci il 12 oktyabr tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə o rijinal və ya notarial qaydada təsdiqlənmiş müqaviləyə deyil, kserosurətə istinad etmişdir.
37. Mötəbər sübut hesab edilən bu yük qayiməsi sənədinin olmaması məhkəməni narahat etməmiş, yalnız ksero-surət olan bir sənədi əşyaların lazımi şəkildə alıcıya çatdırılması sübutu kimi qiymətləndirilməsini daha uyğun hesab etmişdir.
38. İlkin iddia üzrə üç iddiaçı olsa da, borcun etirafı kimi istinad olunan 2016-cı il 7 iyun tarixli müqavilə B ilə D arasındadır.
39. Malların Türkiyə ərazisindən çıxmasını təsdiq edən müvafiq gömrük bəyannaməsi olsa da, həmin müddət ərzində malların Azərbaycan Respublikası ərazisinə daxil olmasına dair idxal gömrük bəyannaməsi iş materiallarında təsbit edilməmişdir. Gömrük Komitəsindən D-nin sorğusana verilmiş 2019-cu il 3 dekabr tarixli cavab məktubundan məlum olmuş dur ki, iddia olunan malların hansı həcmdə gəlməsini müəyyən etmək mümkün deyil.
40. İddia ərizəsində D-nin 800.000 avro olduğu qeyd edilsə də, sonradan bu məbləğ üzləşmə aktlarına istinadən 1.252.159 avro və 78.450 ABŞ dolları kimi tələb olunmuşdur.
41. D-nin ödəniş etdiyi məbləğlər nə iddiaçı tərəfindən qeyd edilmiş, nə də məhkəmə tərəfindən bu apraşdırılmışdır.
42. İstinad olunan müqavilə və üzləşmə aktlarını D-nin baş direktrou imzalama səlahiyyətinə malik olmamış, həmin səlahiyyət səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətidir.
43. Məhkəmə məhz bu faktların araşdırılması üçün həmin dövrdə D-nin Baş direktoru olmuş Kamran İsayevi işə cəlb etməli idi.
44. Sözügedən müqaviləni bağlamaq səlahiyyəti D-nin səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu halda D-nin Baş direktoru tərəfindən imzalanması D-nin səlahiyyətli şəxslərinin bu qanunsuz müqavilədən yalnız məhkəmə icraatının başlandığı zaman xəbərdar olmalarına səbəb olmuşdur. Yəni əqdin etibarsız sayılmasına əsas verən hal – ilkin iddia üzrə məhkəmə prosesinin başlanması anıdır. Beləliklə də, qarşılıqlı iddianın verilməsi üçün bir illik müddət ötürülməmişdir. Qeyd edilən bu qanunazidd hərəkətlərdən dolayı həmin dövrdə D-nin Baş direktoru vəzifəsində çalışan Kamran İsayev barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində digər vəzifə cinayətləri ilə bağlı cinayət işinin başlanması da müqavilələrin qanunsuz və əsassız olmasını bir daha sübut edir. Göründüyü kimi, iddia müddəti ötürülməmişdir. 45. 2016-cı il 7 iyun tarixli müqavilənin 3.1-ci bəndinə əsasən, E ona məx sus qeyri-yaşayış sahəsini borcun təminatı kimi bəyan etmiş, lakin MM-in 280 və 307-ci maddələrinin tələbinə uyğun notarial qaydada təsdiq edilmədiyindən və dövlət qeydiyatına alınmadığından etibarsızdır.
46. İş hakim L.T-nın icraatında olduğu zaman çıxarılmış qərardadın icrası ilə əlaqədar pul köçürmələri barədə məlumat verilməsinə dair Mərkəzi Banka göndərilmiş sorğuda tələb olunan məlumatların hüquqi şəxslərə xidmət göstərən kommersiya banklarından əldə olunmalı olduğunu göstərmişdir. Lakin məhkəmə qərar çıxaran zaman başlamış bu araşdırmanı belə davam etdirməmiş, pul köçürmələrini dəqiq analizini aparmamışdır. 47. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 iyul tarixli qərardadı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq idarəsində D-nin vəzi fəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənə qədər “B”-nin D-yə qarşı pul tələbinə dair iş üzrə icraat dayandırılsa da, məhkəmə hazırkı iş üzrə birbaşa bağlı olan qeyd olunan işin müvafiq təsbitlərini aparmamışdır.
48. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 127, 129.3, 130-cu, MPMnin 77. 89, 217-ci, MM-nin 49.4, 99.3, 280, 307, 347.1, 354, 854-cü, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 13 iyul tarixli qərarına, AİHM-nin “İoçev Bolqarıstana qarşı iş üzrə” 2006cı il 2 fevral tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İlkin iddiaçılar ilkin cavabdehin kassasiya şika yətinə etiraz təqdim etmiş,Bakı Apellyasiya məhkəməsinin 17.09.2020-ci il tarixli,2-2(103)-393/2020 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
50. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkilivə Nümayəndəsi kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
51. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi.
52. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. İş üzrə ilkin cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
56. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
52. Hüquqi şəxsin məsuliyyəti 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir....” “Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altı nda bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər....” “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti... 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. V acib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə
357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” “Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi... 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” “Maddə
360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyə t aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
380. İd dia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəl məsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvə zində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irə li sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir”.
57. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....”
58. AİHM-in “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə” 2000-ci il 25 yanvar tarixli qərarında qeyd olunmuşdur ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün ria yət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
59. AHİM-in “Deryus Litvaya qarşı iş üzrə”, “Baranovski Polşaya qarşı iş üzrə” və “Braniovski Polşaya qarşı iş üzrə” 2000-ci il 31 iyul, 28 mart və 2004-cü il 22 iyul tarixli qərarlarında göstərilir ki, AHİM-in prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir.
60. AİHM-in “Stanyo Belçikaya qarşı iş üzrə” 2009-cu il 7 iyul tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
61. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.
62. Məhkəmənin müqavilənin lazımi qaydada təsdiq edilməmiş surətinə istinad etməsinə dair dəlilə (bax yuxarıda § 36) münasibətdə məhkəmə kollegiyası bildirir ki, MPM-nin 88-ci maddəsinin (bax yuxarıda § 57) tələblər indən aydın olur ki, məhkəmə iş üzrə toplanmış sübutlara ayrı-ayrılıqda deyil, tam (kompleks şəkildə) baxdıqdan sonra qiymət verir. Əgər iddia tələbləri yalnız sözügedən müqavilənin mövcudluğu ilə əsaslandırılsaydı kassatorla razılaşmaq olardı. Lakin işin materiallarında iddia tələblərinin əsaslılığını təsdiq digər mötəbər sübutlar (faktura, gömrük, ödəmə sənədləri, borcun etiraf edilməsinə dair razılaşma, qarşılıqlı üzləşmə aktları) vardır.
63. Bundan başqa, D-nin özünün də mövcudluğunu inkar etmədiyi B ilə onun arasında bağlanılmış, lazımi qaydada rəsmiləşdirilmiş 2016-cı il tarixli 7 iyun tarixli Müqavilədə məhz bu alqı-satqı müqaviləsinə istinad olunmuşdur.
64. Belə olan halda isə məhkəmənin sözügedən müqavilənin əslinə və ya lazımi qaydada təsdiq edilmiş surətinə istinad etməməsi hazı rkı iş üzrə mübahisənin düzgün həllinə təsir etmədiyindən və edə bilmədiyindən, MPM-nin 418.3-cü maddəsinə (bax yuxarıda § 57) uyğun olaraq, ciddi prosessual pozuntu kimi qiymətləndirilə və qətnamənin ləğvinə səbəb ola bilməz.
65. İşin materiallarında yük qaiməsinin olmamasına dair kassatorun dəlili (bax yuxarıda § 37) malların alıcıya çatdırılmadığının göstəricisi hesab oluna bilməz.
66. Alğı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən malın təslim şəkli “FOB-İstanbul”dur. Hamılıqla qəbul olunmuş və təcrübədə geniş yayılmış beynəlxalq ticarətin İncoterms (İnternational Commercial Terms) anlayışlarına görə, FOB (FREE ON BOARD – Gəmi göyərtəsində təhvil) çatdırılma şərtində satıcı malı müvafiq nəqliyyat vasitəsinə yükləyir və bu andan öhdəlik, cavabdehlik alıcıya keçir.
67. Həmin şərtə uyğun olaraq hazırkı alqı-satqı münasibətində satıcının malı bilavasitə Azərbaycan Respublikasında alıcıya təhvil vermək vəzifəsi yoxdur. Malların gömrük idxalına dair sənədlərin, habelə alıcı tərəfindən sonradan həyata keçirilmiş hissəvi ödəniş sənədlərinin, eləcə də borcun etirafına dair müqavilənin mövcudluğu malların lazımi qaydada alıcıya çatdırıldığını təsdiq edən təkzibedilməz sübutlardır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutlara düzgün hüquqi qiymət vermiş, bu zaman qanun pozuntularına yol verməmişdir.
68. Məhkəmə kollegiyası alqı-satqı müqaviləsinin bir şirkətlə bağlandığı halda, iddianın üç şirkət tərəfindən verilməsinə dair dəlilə (bax yuxarıda § 38) münasibətdə bildirir ki, MPM-nin 51.1-ci maddəsinə (bax yuxarıda § 58) uyğun olaraq, iddia müştərək qaydada bir neçə iddiaçı t ərəfindən qaldırıla bilər, iddiaçıların hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin prosessual hüquqdan istifadə edən şirkətlər eyni cavabdehə qarşı məhkəmədə vahid iddia qaldırmışlar. Burada prosessual pozuntu yoxdur. 69. 2012-ci il 31 oktyabr və 2016-ci il 7 iyun tarixli müqavilələrdə tərəf kimi yalnız iddiaçı şirkətlərdən birinin adı göstərilsə də, işin materiallarında olan və iddia ərizəsinə əlavə edilmiş gömrük sənədlərində, üzləşdirmə aktlarında, eləcə də ödəniş sənədlərində digər iddiaçı şirkətlərin də adları vardır. Apellyasiya instansiyası məhkəməsi məhz toplanmış bütün sübutları düzgün şəkildə araşdıraraq digər iddiaçı şirkətlərlə D arasında şifahi alqı-satqı anlaşmalarının olduğu qənaətinə gəlmişdir (bax yuxarıda § 15).
70. Bundan başqa, hazırkı iş üzrə iddi anın müştərək qaydada verilməsi (MPM-nin 51.1 maddəsi) mübahisənin mahiyyətini dəyişmir və onun nəticəsinə təsir etmir. Belə ki, işin materiallarından aydın şəkildə görünür ki, hər üç iddiaçı şirkətlə D arasında alqı-satqı münasibətləri mövcuddur, şirkətlər həmin razılaşmalara uyğun olaraq öz öhdəliklərini yerinə yetirərək sifariş olunmuş malları müvafiq qaydada alıcıya çatdırmış, alıcı isə öz öhdəliklərini qismən yerinə yetirərək həmin şirkətlərə hissəvi ödənişlər etmiş, nəticədə ŞQ-nin bu şirkətlərə borcu yaranmışdır.
71. Kassatorun digər “malların Azərbaycan Respublikası ərazisinə daxil olmasına dair idxal gömrük bəyannaməsi materiallarda təsbit edilməməsi”nə dair dəlili (bax yuxarıda § 39) işin materialları ilə təkzib olunur. Belə ki, məhkəmənin 2020-ci il 20 avqust tarixli E-2-2(103)3 93/2020 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 2020-ci il 10 sentyabr tarixli 1400-011/004-22/006896 saylı məktubu ilə iş üzrə tələb olunmuş və həmin İdarədə olan gömrük bəyannamələri məhkəməyə təqdim olunmuşdur (işin materialları, İİ cild, səh. 62 - 105).
72. Kassatorun məhkəmə tərəfindən iddiaçıların tələb etdiyi məbləğlərin dəqiqləşdirilməməsinə, D-nin etdiyi ödənişlərin nəzərə alınmamasına dair dəlili (bax yuxarıda § 40) də həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsinə əsasən şirkətlərin D-dən tələb etdiyi yekun məbləğ 1.252.159 avro təşkil edirdi.
73. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində toplanmış sübutlar əsasında ilkin olaraq yaranmış ümumi borcun məbləğini, habelə D tərəfindən faktiki həyata keçirilmiş ödənişləri nəzərə alaraq ayrı-ayrılıqda şirkətlərə olan borcun məbləğinin müvafiq olaraq 790.258 (991.280 201.022) avro, 94.344 (132.482 - 38.137,73) avro və 80.583 (128.397 - 47.814) avro təşkil etdiyini müəyyən etmişdir.
74. Beləliklə, qətnaməyə əsasən, D tərəfindən şirkətlərə ödənilməli borcun yekun məbləği ümumilikdə 962.185 avro təşkil edir. Göründüyü kimi, qətnamədə dəqiqləşdirilmiş məbləğ iddia ərizəsində tələb olunan yekun borcdan 286.974 avro azdır. Həmçinin D-nin mübahisələndirdiyi 78.450 ABŞ dolları məbləğində borca dar qarşılıqlı üzləşmə aktı mövcud olsa da, bununla bağlı iddia tələbi mövcud deyil. Buna görə də məhkəmə haqlı olaraq həmin məbləği ödənilməli borca daxil etməmişdir.
75. Məhkəmə kollegiyası kassasiya şikayətinin D-nin baş direktorunun müqaviləni imzalamaq səlahiyy ətinin olmamasına dair dəlili (bax yuxarıda § 42) ilə də razılaşmır.
76. İşin materiallarından göründüyü kimi, alqı-satqı müqaviləsi 2012-ci ildə, borcun etirafına dair müqavilə, üzləşdirmə aktları 2016-cı ildə imzalanmış, razılaşdırılmış mallar 2016-cı ilədək ölkəyə idxal olunmuş, 2016-cı ildə D tərəfindən şirkətlərə ödənişlər həyata keçirilmişdir. Halbuki hazırkı iş üzrə ilkin iddia ərizəsi yalnız 2019-cu ilin oktyabr ayında verilmişdir. Belə olan halda şirkətin səhmdarlarının uzun illər ərzində bu faktlardan, o cümlədən D tərəfindən alınmış mallara görə şirkətlərə böyük məbləğdə (ümumilikdə 286.973,73 avro) vəsait ödəməsindən məlumatsız olması inandırıcı deyildir.
77. Ötən müddət ərzində D-nin səhmdarlarının və onların ümumi yığıncağının ayrı-ayrılıqda və birlikdə məlum müqavilələri, üzləşdirmə aktlarını mübahisələndirməməsi, bu barədə ümumi yığıncağın hər hansı qərarının, yaxud yazışmalarının olmaması əslində səhmdarların və onların ümumi yığıncağının D-nin baş direktorunun bu istiqamətdə gördüyü işləri, bağladığı əqdləri bəyənməsinə dəlalət edir. MM-in 357, 358.2, 360-cı maddələrinin tələblərinə uyğun olaraq, belə bəyənilmə mövcud olduğundan D-nin imza ilə bağlı dəlilləri də müqavilə və üzləşmə aktlarının etibarsız sayılması üçün əsas ola bilməz.
78. Həmin dövrdə D-nin baş direktoru olmuş şəxsin prosesə cəlb olunmamasına dair kassasiya şikayətinin dəlili (bax yuxarıda § 43) mübahisənin həllinə təsir etmədiyindən əsaslı hesab oluna bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işin materiallarında iddia tələblərinin əsaslılığını təsdiq edən yetərincə mötəbər sübutlar (rəsmi sənədlər) vardır. Həmin sənədlərdə olan D-nin baş direktorunun imzasının həqiqiliyi heç kəsdə şübhə doğurmadığından və mübahisə predmeti olmadığından məhkəmə həmin şəxsin prosesə cəlb olunmasında lüzum görməmiş, bununla hüquq pozuntusuna yol verməmişdir.
79. Məhkəmə kollegiyasının yuxarıda §§ 76-77-də əks etdirilmiş mövqeyi D-nin səlahiyyətli şəxslərinin bu qanunsuz müqavilədən yalnız məhkəmə icraatının başlandığı zaman xəbərdar olmalarına dair dəlilinə (bax yuxarıda § 44) də aiddir.
80. Kassatorun “Qeyd edilən bu qanunazidd hərəkətlərdən dolayı həmin dövrdə D-nin Baş direktoru vəzifəsində çalışan Kamran İsayev barəsində AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində digər vəzifə cinayətləri ilə bağlı cinayət işinin başlanması da müqavilələrin qanunsuz və əsassı z olmasını bir daha sübut edir” mülahizəsi isə özü-özlüyündə ziddiyyətli olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, kassator K.İ-nin digər qanunsuz əməli ilə bağlı cinayət məsuliyyətinə cəlb olunduğunu etiraf etsə də, bu faktı həmçinin hazırkı iş üzrə mübahisə predmeti olan müqavilənin qanunsuz bağlamasına sübut kimi təqdim edir. Halbuki bu əməllər arasında əlaqə müəyyən edilmir. 81. 2016-cı il tarixli 7 iyun tarixli müqavilənin 3.1-ci bəndinin (ipoteka barədə) MM-in 280 və 307-ci maddələrinin tələblərinə uyğun olmamasına dair şikayətçinin dəlili (bax yuxarıda § 45) ilə razılaşmaq mümkün deyil. Belə ki, hazırkı ilkin iddia tələblərində müvafiq qeyri-yşayış sahəsi ilə bağlı hər hansı tələb mövcud deyil, həmçinin mahiyyətinə görə borcun etirafına dair razılaşma olan 2016-cı il 7 iyun tar ixli müqavilə MM-in 882.1-ci məddəsinin (bax yuxarıda § 56) tələblərinə uyğun olaraq, sadə yazılı formada bağlanmışdır. Məhkəmə bu barədə tamamilə düzgün nəticəyə gəlmişdir.
82. Məhkəmə kollegiyası məhkəmə tərəfinfən pul köçürmələrinin dəqiq analizinin aparılmamsına dəlillə (bax yuxarıda § 46) də razılaşmır. Yuxarıda qeyd olunduğu kimi (bax yuxarıda §§ 72-74), apellyasiya instansiyası məhkəməsi D-nin şirkətlərə hissəvi ödənişlər həyata keçirdiyini nəzərə alaraq faktiki ödənilmiş məbləği işin materialları əsasında dəqiq müəyyən etmiş və bu məbləği ödənilməli borcun məbləğindən çıxmışdır.
83. D-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənə qədər “B”-nin D-yə qarşı pul tələbinə dair iş üzrə icraatın 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 2018-ci il 5 iyul tarixli qərardadı ilə dayandırılmasına dair dəlilə (bax yuxarıda § 47) münasibətdə məhkəmə kollegiyası bildirir ki, işin materialları ilə hazırkı mübahisə ilə həmin cinayət işi arasında asılılıq müəyyən edilmir. Belə ki, kassatorun özünün də qeyd etdiyindən görünür ki, cinayət işində keçən şirkətin adı ilə hazırkı iş üzrə iddiaçı olan şirkətin adı eyni deyildir və bu şirkətlərin eyni olması işin materialları ilə təsdiq olunmur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi şikayətçinin bu dəlili ilə bağlı düzgün nəticəyə gəlmiş, prosessual pozuntuya yol verməmişdir.
84. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiy asının 2020-ci il 17 sentyabr tarixli 22(103)-393/2020 saylı qətnaməsi qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.