Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-390/2020 26.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası iddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsinin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, X11 və X1 ibarət qarışıq tərkibdə iddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsinin cavabdeh “xxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələblərinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq Müəyyən etdi:
1. İddiaçı Masall ı rayonu Qəriblər Bələdiyyəsi cavabdehlər X5, X3 və X2 qarşı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Masallı Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehlər X7, X6 və X4 əsl cavabdeh “xxxx” MMC ilə əvəz edilmişdir.
3. Masallı Rayon Məhkəməsinin 2020-ci il 10 sentyabr tarixli, 2(050)-1228/2020 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – H.Bəhmənov). Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli, 2-2(121)-1214/2020 saylı qərardadı ilə iddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsinin cavabdeh “xxxx” MMC- yə qarşı iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.İsmayılov).
4. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə görə bələdiyyə mülkiyyətində olan 36 hektar ümumi istifadədə olan örüş sahəsi zəbt edilmiş, həmin torpaq sahəsinin 11 hektar hissəsi ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı torpaq sahəsi adı ilə satılmışdır. Qalan 25 hektar torpaq sahəsi isə özbaşına olaraq çəpərə alaraq qanunsuz istifadə edilir və nəticədə kənd sakinləri həmin örüş torpaq sahəsindən istifadə edə bilmirlər. Həmçinin torpaq sahəsi yararsız hala salınmış, bununla da bələdiyyəyə maddi ziyan vurulmuşdur.
5. Cavabdeh “xxxx” MMC hüquqi şəxsdir və vergi ödəyicisi kimi qey diyyata alınmışdır, lakin hazırki mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə cavabdeh “xxxx” MMC arasında hər-hansı müqavilə bağlanılması da iş materialları ilə müəyyən olunmur.
6. Qanunvericiliyin tələblərinə əsasən mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur. Hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsü z edir.
7. Həmçinin yalnız işdə iştirak edən şəxslərin subyektiv tərkibinə görə mülki iş kommersiya mübahisəsi kimi qəbul edilə bilməz. Yəni, “subyektiv tərkib” işin kommersiya mübahisəsi kimi qəbul olunması üçün yeganə şərt deyildir. “xxxx” MMC-nin vergi ödəyicisi olması, mübahisənin məhz onun sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı yarandığı qənaətinə gəlməyə əsas hesab edilə bilməz.
8. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, X11 və X1 ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı Qərarının 25-ci bəndində qeyd olunur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün ola caqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.
10. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
11. Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
13. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
14. Məcəllənin 26.2-ci maddəsinə əsasən isə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərin ə aid edilən digər işlərə də baxırlar.
15. Hüquqi şəxsin qeydiyyat haqqında şəhadətnaməsinə əsasən cavabdeh “xxxx” MMC xx xxxx 2020-ci il tarixdə ********* VÖEN nömrəsi ilə 6 saylı X12 vergi ödəyicisi kimi qeydiyyata alınsa da, hazırki mübahisə onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmamış, yəni “xxxx” MMC-nin vergi ödəyicisi olması, mübahisənin məhz onun sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə bağlı yarandığı demək deyildir, mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətlərinə aidiyyəti olmadığından, iş üzrə 3-cü meyar olan “hüquq münasibətlərinin xarakteri” işin kommersiya mübahisəsi kimi baxılmasını mümkünsüz edir.
16. Beləliklə, hazırkı mübahisə cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmadığından və mülki prosessual qanunvericiliklə müəyyən edilmiş üç meyardan bir i –hüquq münasibətlərinin xarakterinə verilən tələbə riayət edilmədiyindən, bu mübahisəyə istinad edilən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mülki iş kimi mahiyyəti üzrə Masallı rayon Məhkəməsində baxılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.
18. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir.
19. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarə t qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Qərara aldı:
20. İddiaçı Masallı rayonu Qəriblər Bələdiyyəsinin cavabdeh “xxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələblərinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.