Məhkəmə qərarları › İş №2-2(102)-391/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-391/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-391/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina olunması, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehə qarşı “müqavilənin ləğv edilməsi, əmlakdan çıxarılma və digər” tələblərinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(107)-37/2025 nömrəli qətnaməsindən verilmiş cavabdehin kas sasiya şikayəti icraatda olarkən iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizə nəzərdən keçirilərək aşağıdakı qərar qəbul edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) 2023-cü il 19 oktyabr tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 2021-ci il 5 iyul tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağsu şəhəri, X3 küçəsində olan 0,24 ha torpaq sahəsi və üzərində yerləşən 319,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, əmlakın boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 202 4-cü il 5 dekabr tarixli 2-2(117)-1123/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021ci il 5 iyul tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, Ağsu şəhəri, X3 küçəsində 0,24 ha torpaq sahəsi və üzərində yerləşən 319,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(107)-37/2025 nömrəli qətnaməsi ilə apellyasiya şik ayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatora aid olunması qət edilmişdir (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və E.Mehdiyev).

5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Kassasiya şikayəti icraata qəbul olunmuş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir.

7. Sonradan iddiaçı elektron məhkəmə sisteminə ərizə daxil edərək bildirmişdir ki, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə banka ola n borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənildiyinə görə iddiasından imtina edir və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ərizə iddiaçı şirkətin direktoru Davit Tsiklauri tərəfindən imzalanmış və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir: “… dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir”.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir....” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə bax arkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 52.1-ci maddəsinin (bax § 9) tələblərinə əsaslanaraq qeyd olunmasını zəruri hesab edir ki, qanunla iddiadan imtina edilməsi iddiaçının hüququ olaraq müəyyən olunmuşdur. Əgər iddiadan imtina edilirsə, o zaman kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.5-ci maddəsinə (bax § 9) əsasən, iş üzrə icraa ta xitam verə bilər. MPM-in 262.4-cü maddəsinə (bax § 9) görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

11. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət inin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı - bax § 8).

12. O da qeyd olunmalıdır ki, MPM-in 52.5-ci maddəsinin (bax § 9) tələblərinə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır

13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının öz iddiasından imtinasının qəbul edilməməsi üçün hər hansı prosessual əsas mövcud deyildir; bu səbəbdən də həmin imtina qəbul olunmalı və apellyasiya instansiyası m əhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-in 261.0.4 və 417.1.5-ci maddələrində (bax § 9) nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

14. Şərh edilənlərə əsasən və MPM-in 261.0, 261.0.4, 417.1 və 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 26 fevral tarixli 2-2(107)-37/2025 nömrəli qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar