Məhkəmə qərarları › İş №2-2(102)-392/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-392/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-392/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti 12.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət qarışıq tərkibdə iddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəbbə pulunun tutulması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 149.675 manat daşınm az əmlaka görə, 95.000 manat daşınar əmlaka görə, cəmi 244.675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 faizi qədərində dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2021-ci il 11 iyun tarixli, 2(004)2418/2021 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – T.Axundov).

3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 iyul tarixli, 2-2(113)-3609/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (h akim – Z.Pirverdiyev).

4. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Qərardadda mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması qeyd olunsa da, həmin sahibkarlıq fəaliyyəti "xxxx" Elmi-istehsalat Şirkəti ilə "xxxx" ASC arasında olan sahibkarlıq münasibətlərindən irəli gəlmişdir. Yəni tələb olunan borc İddiaçı sahibkarlıq fəaliyyəti nəticəsində, o cümlədən İddiaçı ilə "xxxx" ASC arasında sahibkarlıq münasibətlərindən yaranmamış, yalnız "xxxx" Elmi-istehsalat Şirkətinin "xxxx" ASC qarşısında yaranmış borcun ödənilməsini tələb etmə hüququ İddiaçı güzəşt edilmişdir.

5. Beləliklə, İddiaçı f ərdi sahibkar statusuna malik olmasına baxmayaraq, hüquq münasibətlərinin xarakterinə görə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz.

6. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

7. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq ola raq müəyyən edilir.

8. Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

9. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 405-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

10. İş materiallarına əsasən iddia tələbinin əsasını sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi istirahət mərkəzinin icbari sığorta müqaviləsinə əsasən sığorta etdirən hüquqi şəxs "xxxx" Elmi-istehsalat Şirkəti ilə, hüquqi şəxs olan cavabdeh "xxxx" ASC arasında bağlanılmış sığorta müqaviləsi təşkil edir. Hazırkı mübahisə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı, yəni tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsindən imtina ilə bağlı yaranmışdır. "xxxx" Elmi-istehsalat Şirkəti dəymiş zərərin ödənilməmiş hissəsi ilə bağlı hüquq və tələblərini İddiaçı güzəşt etmiş və hazırda İddiaçı onunla bağlanmış tələbin güşəşti haqqında müqaviləyə istinadla "xxxx" Elmi-istehsalat Şirkəti ilə cavabdeh arasında bağlanılmış müqavilə üzrə ödənilməmiş sığorta ödənişi tələbinə dair iddia irəli sürmüşdür.

11. Digər tərəfdən, iş materiallarındakı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışa əsasən İddiaçı fiziki şəxs qismində vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyata alınmış, cavabdeh "xxxx" ASC isə hüquqi şəxsdir. İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi kimi kommersiya məhkəmələrində baxılmalıdır.

12. Beləliklə, tərəflər arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar (hüquqi şəxs "xxxx" Elmi-istehsalat Şirkəti ilə, hüquqi şəxs olan cavabdeh "xxxx" ASC arasında bağlanılmış sığorta müqaviləsi üzrə) münasibətlər yarandığından və tələbin mahiyyətini sığorta ödənişinin həyata keçirilməsi təşkil etdiyindən, hazırkı mübahisəyə subyekt tərkibinə, hüquq münasibətlərinin xarakterinə və mübahisənin predmetinə görə Kommersiya Məh kəməsində baxılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 21. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqı nda ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.

14. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

15. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyasının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 - 26-cı və 403cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı:

16. İddiaçı cavabdeh "xxxx" ASC-yə qar şı cavabdehdən 149675 manat daşınmaz əmlaka görə, 95000 manat daşınar əmlaka görə, cəmi 244675 manat sığorta ödənişinin ödənilməmiş hissəsi və qətnamə qəbul olunduğu günə qədər hər gün üçün sığorta ödənişinin ödənilməmiş hissəsinin 0.1 faizi qədərində dəbbə pulunun tutulması tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar