Məhkəmə qərarları › İş №2-2(102)-394/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-394/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-394/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Agentliyinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı Agentliyinin cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(105)-13/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdı r. I. İŞİN HALLARİ 1. 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli müqaviləyə və həmin müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2020-ci ilin 1-ci rübü olmaqla, “YTR-4105T55S” markalı traktor və “AGTT-1000” markalı ventilyatorlu çiləyici – həmin texnikaların dəyərindən 2.100 manat məbləğində ödənişi əvvəlcədən ödənilməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (2013-cü il 16 may tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli müqavilədə nəzərdə tutulan bir ədəd “YTR-4105T55S” markalı traktor və bir ədəd “AGTT-1000” markalı ventilyatorlu çiləyici saz və ziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 2021-ci il 26 iyul tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 12.865 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin müqavilə üzrə 2.525 manat ödənilməmiş əsas borcu və 1.660,90 manat cərimə borcu vardır (2013-cü il 16 may tarixli 519-L/13 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 276,75 manat, 2020-ci il üçün cəmi 864 manat, 2021-ci il üçün cəmi 520,15 manat olmaqla, ümu milikdə cəmi 1.660,90 manat məbləğində cərimə hesablanmışdır). 2. 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli müqaviləyə və həmin müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2019-cu ilin 2-ci rübü olmaqla, “Agrion” markalı toxumtəmizləyən və “gübrəsəpən asma” – həmin texnikaların dəyərindən 1.980 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (2013-cü il 16 iyul tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli müqavilədə nəzərdə tutulan bir ədəd “Agrion” markalı toxumtəmizləyən və bir ədəd “gübrəsəpən asma” saz vəzi yyətdə lizinq alan "xxxx" MMCyə təhvil verilmişdir). 2021-ci il 26 iyul tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 9.020 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin müqavilə üzrə 1.430 manat ödənilməmiş əsas borcu və 1.066,78 manat cərimə borcu vardır (2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 257,40 manat, 2020-ci il üçün cəmi 514,80 manat və 2021-ci il üçün cəmi 294,58 manat olmaqla, ümumilikdə cəmi 1.066,78 manat məbləğində cərimə hesablanmışdır). 3. 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2021-ci ilin 3-cü rübü olmaqla, “SK-5ME-1” markalı kombayn – həmin texnikanın dəyərindən 4.650 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (2013-cü il 26 noyabr tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli müqavilədə nəzərdə tutulan bir ədəd “SK-5ME-1” markalı kombayn saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 20 21-ci il 26 iyul tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 15.650 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin müqavilə üzrə 12.500 manat ödənilməmiş əsas borcu və 5.311 manat cərimə borcu vardır (2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019cu il üçün cəmi 684 manat, 2020-ci il üçün cəmi 2.493 manat və 2021-ci il üçün cəmi 2.134 manat olmaqla, ümumilikdə cəmi 5.311 manat məbləğində cərimə hesablan mışdır). 4. 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli müqaviləyə və həmin müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2023-cü ilin 3-cü rübü olmaqla, “TC-5050” markalı kombayn – həmin texnikanın dəyərindən 10.250 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (2014-cü il 2 iyul tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli müqavilədə nəzərdə tutulan bir ədəd “TC-5050” markalı kombayn saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 2021-ci il 26 iyul tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 201 4-cü il 30 iyun tarixli 890-L/14 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 20.500 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin müqavilə üzrə 25.625 manat məbləğində ödənilməmiş əsas borcu və 10.813,75 manat cərimə borcu vardır (2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 1.383,75 manat, 2020-ci il üçün cəmi 5.073,75 manat və 2021-ci il üçün cəmi 4.356,25 manat olmaqla, ümumilikdə cəmi 10.813,75 manat məbləğində cərimə hesablanmışdır). 5. 2014-cü il 16 iyul tarixli 1014- L/14 nömrəli müqaviləyə və həmin müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2023-cü ilin 2-ci rübü olmaqla, 2 ədəd “MTZ-1221” markalı traktor və 2 ədəd “KR-14-5” (AG-14-5) markalı kotan – həmin texnikaların dəyərindən 8.140 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (2014-cü il 21 iyul tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli müqavilədə nəzərdə tutulan 2 ədəd “MTZ-1221” markalı traktor və 2 ədəd “AG-14-5” markalı kotan saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 2021-ci il 26 iyul tar ixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 11.546 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin müqavilə üzrə 21.100 manat məbləğində ödənilməmiş əsas borcu və 9.094,10 manat cərimə borcu vardır (2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 1.139,40 manat, 2020-ci il üçün cəmi 4.177,80 manat və 2021-ci il üçün cəmi 3.776,90 manat olmaqla, ümumilikdə cəmi 9.094,10 manat məbləğində cərimə hesab lanmışdır). 6. 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli müqaviləyə və həmin müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2021-ci ilin 3-cü rübü olmaqla, “AGGD-25” markalı ağır diskli mala – həmin texnikanın dəyərindən 940 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (2014-cü il 27 sentyabr tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli müqavilədə nəzərdə tutulan bir ədəd “AGGD-25” markalı ağır diskli mala saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 2021-ci il 26 iyul tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 1.645 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin müqavilə üzrə 2.820 manat məbləğində ödənilməmiş əsas borcu və 1.215,42 manat cərimə borcu vardır (2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 63,45 manat, 2020-ci il üçün cəmi 571,05 manat və 2021-ci il üçün cəmi 580,92 manat olmaqla, ümumilikdə cəmi 1.215,42 manat məbləğində cərimə hesablanmışdır). 7. 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqaviləyə və həmin müqavilənin ödəniş qrafikinə (Əlavə № 2) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2025-ci ilin 2-ci rübü olmaqla, 1 ədəd “LP-600” markalı əkin aparmadan pnevmatik altı cərgəli qarğıdalısəpən, 1 ədəd “LKG-600” markalı altı cərgəli gübrəsəpənlə universal asmalı qarğıdalı kultivatoru, 1 ədəd “PLCKUP Baler 1547S” markalı ot-küləş presləyən, 2 ədəd “Agoss” markalı suvarma texnikası, 2 ədəd “Agrional” markalı taxılyükləyən və 1 ədəd AG-CV-01 markalı bağçılıqda istifadə olunan arabacıq – həmin texnikaların dəyərindən 18.820 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilmə si şərti ilə lizinqə verilmişdir (2015-ci il 8 aprel tarixli və 2015-ci il 22 aprel tarixli aktlarla lizinq verən "xxxx" ASC tərəfindən 2015-ci il 8 aprel tarixli 655L/15 nömrəli müqavilədə nəzərdə tutulan 1 ədəd “LP-600” markalı əkin aparmadan pnevmatik altı cərgəli qarğıdalısəpən, 1 ədəd “LKG-600” markalı altı cərgəli gübrəsəpənlə universal asmalı qarğıdalı kultivatoru, 1 ədəd “PLCKUP Baler 1547S” markalı ot-küləş presləyən, 2 ədəd “Agoss” markalı suvarma texnikası, 2 ədəd “Agrional” markalı taxılyükləyən və 1 ədəd AG-CV-01 markalı bağçılıqda istifadə olunan arabacıq saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 2021-ci il 26 iyul tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cə mi 18.820 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin müqavilə üzrə 49.879 manat məbləğində ödənilməmiş əsas borcu və 22.702,27 manat cərimə borcu vardır (2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 3.072,51 manat, 2020-ci il üçün cəmi 10.507,68 manat və 2021-ci il üçün cəmi 9.122,08 manat olmaqla, ümumilikdə cəmi 22.702,27 manat məbləğində cərimə hesablanmışdır).

8. Əvvəlki müqavilələr üzrə verilmiş bir sıra lizinq predmetlərinə güzəşt tətbiq edildiyi üçün müvafiq sənədlər tərtib edilməkl ə 2018-ci il 16 noyabr tarixində imzalanmış 2612GL/15 nömrəli müqaviləyə və həmin müqavilə ilə əlaqədar tərtib edilmiş ödəniş qrafikinə (Əlavə № 1) əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2021-ci il 30 sentyabr olmaqla, əvvəlcədən lizinqə götürülmüş “Belarus-1221” markalı traktor, “AGGT-1000” markalı bağçılıq üçün ventilyatorlu qoşulan çiləyici, “AGFS-600” markalı gübrəsəpən asma, “AG-14-4” markalı 4 gövdəli kotan, “AGTTT-1” markalı səyyar toxumtəmizləyən və “TS-24” markalı gübrəsəpənlə qoşulan taxılsəpən – həmin texnikaların dəyərindən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə, qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (2012-ci il 24 okty abr tarixli aktlarla (eyni tarixli iki aktla) lizinq verən "xxxx" ASC tərəfindən 2018-ci il 16 noyabr tarixli 2612-GL/15 nömrəli müqavilədə nəzərdə tutulan texnikaların 2012-ci il 24 oktyabr tarixində saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmiş olduğu müəyyən olunur). 2021-ci il 26 iyul tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 2018-ci il 16 noyabr tarixdə imzalanmış 2612-GL/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 3.144 manat məbləğində ödəniş edilmiş və 2021-ci il 26 iyul tarixinə lizinq alan Cavabdeh MMCnin həmin müqavilə üzrə 5.180 manat məbləğində ödənilməmiş əsas borcu və 2.238,58 manat cərimə borcu vardır (2018-ci il 16 noyabr tarixdə imzalanmış 2612-GL/15 nömrəli lizinq müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesabla nması” cədvəlindən görünür ki, həmin müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 279,72 manat, 2020-ci il üçün cəmi 1.025,64 manat və 2021-ci il üçün cəmi 927,22 manat olmaqla, ümumilikdə cəmi 2.232,58 manat məbləğində cərimə hesablanmışdır).

9. Lizinq verən və lizinq alan arasında bağlanmış 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli, 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli və 2018-ci il 16 noyabr tarixli 2612-GL/15 nömrəli müqavilələrin müvafiq olaraq 4.2-ci bə ndlərinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli e-2-2(085)226/2019 nömrəli qətnaməsi ilə 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli, 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli və 2018-ci il 16 noyabr tarixində imzalanmış (iddia ərizəsində həmin müqavilənin tarixi “xx.xx.2015-ci il” kimi qeyd olunmuşdur) 2612- GL/15 nömrəli müqavilələr üzrə 2019-cu il 23 yanvar tarixinə hesablanmış ümumilikdə cəmi 179.370 manat məbləğində əsas borcun və 17.937 manat məbləğində cərimənin Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldığı üçün müvafiq qaydada icraya yönəldilmişdir.

11. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar Cavabdeh MMC-yə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mediatora müraciət edilərək, mediatora 400 manat məbləğində xidmət haqqı və məhkəməy ə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə isə nümayəndəyə (vəkilə) 350 manat məbləğində xidmət haqqı ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. Agentlik (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 11 yanvar tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli, 2014-cü il 15 sentyabr tarixli 1501L/14 nömrəli, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli və 2015-ci il 5 iyun tarixli 2612GL/15 nömrəli müqavilələr üzrə 123.295 manat gecikdirilmiş əsas borc və 56.167,34 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 179.812,34 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2021-ci il 26 iyul tarixinə müqavilələr üzrə ümumilikdə 123.295 manat gecikdirilmiş əsas borcu və 56.167,34 manat cərimə borcu yaranmışdır. Öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər lazımi qaydada həyata keçirilməmişdir.

14. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, tərəflə r arasında bağlanmış hər bir müqavilə üzrə ödənilməli olan borclar ayrı-ayrılıqda göstərilməklə, maliyyə arayışının tərtib edildiyi 2021-ci il 26 iyul tarixinə hesablanmış 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli müqavilə üzrə 2.525 manat gecikdirilmiş əsas borc və 1.660,90 manat cərimə, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli müqavilə üzrə 1.430 manat gecikdirilmiş əsas borc və 1.066,78 manat cərimə, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 12.500 manat gecikdirilmiş əsas borc və 5.311 manat cərimə, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25.625 manat gecikdirilmiş əsas borc və 10.813,75 manat cərimə, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 21.100 manat gecikdirilmiş əsas borc və 9.094,10 manat cərimə, 2014-cü il 15 sentyabr t arixli 1501-L/14 nömrəli müqavilə üzrə 2.820 manat gecikdirilmiş əsas borc və 1.215,42 manat cərimə, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqavilə üzrə 49.879 manat gecikdirilmiş əsas borc və 22.707,27 manat cərimə, 2015-ci il 5 iyun tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 5.180 manat gecikdirilmiş əsas borc və 2.232,58 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və mediasiya xərci olaraq ödənilmiş 400 manat olmaqla, ümumilikdə 175.905,80 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü maddələrinə istinad edilmişdir.

16. Cavabdeh iddia tələbinə qarşı et iraz təqdim edərək, bildirmişdir ki, taxılçılığın inkişafı məqsədi ilə 2010-cu il 30 dekabr tarixində təsis edilmiş cavabdeh lizinq verən "xxxx" ASC-yə müraciət edib, müvafiq lizinq müqavilələri əsasında traktor, kotan, toxum səpən, toxum təmizləyən və sair kənd təsərrüfatı texnikası və avadanlıqlarını lizinqə götürmüş, müqavilələr üzrə vaxtında ödənişlər edilmişdir. Lakin müqavilə üzrə verilməsi nəzərdə tutulan “New Holland” markalı ekskavatorun lizinq alana təhvil verilməməsi, verilmiş bir sıra texnika və avadanlıqların isə nasaz olması və dövlət tərəfindən nəzərdə tutulan 40 faizlik güzəştin tətbiq edilməməsi halları lizinq alan cavabdehin fəaliyyətində çətinliklər yaratmışdır.

17. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 6 may tarixli e-2-2(119)-199/2022 saylı qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 15 sentyabr tarixli 9/5709 nömrəli rəyinə əsasən, cavabdehin iddiaçıya 2019-cu il 23 yanvar tarixdən 2021-ci il 26 iyul tarixinədək müvafiq lizinq müqavilələri üzrə gecikdirilmiş borcu və gecikdirilmiş borca görə hesablanmış cərimənin məbləği lizinq müqavilələri üzrə müvafiq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli lizinq müqaviləsi üzrə 2.525 manat gecikdirilmiş əsas borc, 1.660 manat cərimə; 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli lizinq müqaviləsi üzrə 1.430 manat gecikdirilmiş əsas borc, 1.066 manat cərimə; 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli lizinq müqaviləsi üzrə 12.500 manat gecikdirilmiş əsas borc, 5.311 manat cərimə; 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli l izinq müqaviləsi üzrə 25.625 manat gecikdirilmiş əsas borc, 10.813 manat cərimə; 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli lizinq müqaviləsi üzrə 21.100 manat gecikdirilmiş əsas borc, 9.094 manat cərimə; 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli lizinq müqaviləsi üzrə 2.820 manat gecikdirilmiş əsas borc, 1.215 manat cərimə; 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli lizinq müqaviləsi üzrə 49.879 manat gecikdirilmiş əsas borc, 22.707 manat cərimə; 2015-ci il 5 iyun tarixli 2612-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 5.180 manat gecikdirilmiş əsas borc, 2.232 manat cərimə. İş materiallarında olan tərəflər arasında imzalanmış lizinq müqavilələrinin şərtləri və həmin müqavilələrə əlavə edilmiş ödəniş qrafiklərində göstərilənlər nəzərə alınaraq, cavabdehin 2019-cu il 23 yanvar tarixind ən 2021-ci il 26 iyul tarixinədək həmin lizinq müqavilələri üzrə ümumilikdə gecikdirilmiş əsas borcu 121.059 manat, gecikdirilmiş borca görə hesablanmış cərimənin məbləği isə 54.098 manat olmaqla, ümumilikdə 175.157 manat məbləğində borcun olduğu müəyyən edilir.

18. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 25 oktyabr tarixli e-2-2(119)199/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2021-ci il 26 iyul tarixinə hesablanmış 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli müqavilə üzrə 2.525 manat əsas borc və 100 manat cərimə, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli müqavilə üzrə 1.430 manat əsas borc və 50 manat cərimə, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 12.500 manat əsas borc və 200 manat cərimə, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəl i müqavilə üzrə 25.625 manat əsas borc və 300 manat cərimə, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 21.100 manat əsas borc və 300 manat cərimə, 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 2.820 manat əsas borc və 100 manat cərimə, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqavilə üzrə 49.879 manat əsas borc və 400 manat cərimə, 2018-ci il 16 noyabr tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 5.180 manat əsas borc və 150 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 350 manat xidmət haqqı olmaqla, cəmi 123.409 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən 412,66 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə öd ənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

19. Birinci instansiya məhkəməsi, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən belə qənaətə gəlmişdir ki, 2021-ci il 26 iyul tarixinə hesablanmış 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli müqavilə üzrə 2.525 manat məbləğində əsas borcun, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli müqavilə üzrə 1.430 manat məbləğində əsas borcun, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 12.500 manat məbləğində əsas borcun, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25.625 manat məbləğində əsas borcun, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 21.100 manat məbləğind ə əsas borcun, 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 2.820 manat məbləğində əsas borcun, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqavilə üzrə 49.879 manat məbləğində əsas borcun və 2018-ci il 16 noyabr tarixli 2612GL/15 nömrəli müqavilə üzrə 5.180 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır.

20. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddianın cavabdehdən hər bir müqavilə üzrə ayrı-ayrılıqda hesablanmış cərimə məbləğlərinin tutulması tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləğləri azaldılmalı və cavabdehdən 2013-cü il 16 may t arixli 519-L/13 nömrəli müqavilə üzrə 100 manat cərimə, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli müqavilə üzrə 50 manat cərimə, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 200 manat cərimə, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli müqavilə üzrə 300 manat cərimə, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 300 manat cərimə, 2014-cü il 15 sentyabr tarixli 1501L/14 nömrəli müqavilə üzrə 100 manat cərimə, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqavilə üzrə 400 manat cərimə və 2018-ci il 16 noyabr tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 150 manat cərimə tutulmalıdır.

21. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.1, 427.3, 442, 445.1, 448, 462.1, 465.2, 747.1, 747-2, 748-1.12.4, 748-10.2, 748-10.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavab deh 2022-ci il 13 dekabr tarixində apellyasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(105)-13/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – F.Məmmədov və İ.Dəmirov).

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edərək belə qənaətə gəlmişdir ki, cavabdehin apellyasiya şikayətinin iş üzrə icraata xitam verilməli olması, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli e2-2(085)-226/ 2019 nömrəli qətnaməsi ilə həmin müqavilələrin ləğv edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli e-2-2(085)-226/2019 nömrəli qətnaməsi ilə cavabdehdən həmin lizinq müqavilələri üzrə 2019-cu il 23 yanvar tarixinə yaranmış 179.370 manat gecikdirilmiş əsas borc və 17.937 manat cərimə olmaqla, cəmi 197.307 manat pul vəsaitinin "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Hazırkı iddia tələbi ilə isə maliyyə arayışının tərtib edildiyi 2021ci il 26 iyul tarixinə yaranmış borc məbləği tələb edilmişdir. Ekspert rəyindən də görünür ki, cavabdehin iddiaçıya 2019-cu il 23 yanvar tarixindən 2021-ci il 26 iyul tarixinədək müvafiq lizinq müqavilələri üzrə gecikdirilmiş borcu və cərimə məbləği müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər aras ında müqavilə münasibətləri davam etməkdədir, müqavilə üzrə texnikalar da hazırda cavabdehdədir və iddiaçıya qaytarılmamışdır.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in MM-in 385.1, 425.1, 425.2, 427.3, 442, 445.1, 448, 462.1, 465.2, 747.1, 747-2, 748-1.12.4, 748-10.2, 748-10.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Həmin qətnamə 2023-cü il 4 aprel tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.

27. Cavabdeh 2023-cü il 2 iyun tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. MM-in 6.2, 372.2, 375.2, 377.1, 379.1. 6, 748-1.12.4-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.4.2, 35.1, 35.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının tələbləri üzrə - Cavabdeh müqavilədə icra müddəti müəyyən edilmədiyini və müqavilənin tam icra edilənədək qüvvədə olduğunu, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanını nəzərə alaraq hesab edir ki, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan cavabdehə borcların silinməsi və güzəştli şərtlər tətbiq edilməli olmuş, lakin bu güzəşt tətbiq edilməmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, iddiaçı qeyd edilən Fərmanın tələblərini cavabdehə münasibətdə tətbiq etməmişdir.

29. Bundan başqa, müqavilənin birdəfəlik deyil, qrafik üzrə icra edilməsi şərtləndirild iyindən, icra tarixləri iddia müddətinin axımının başlanması üçün əsasdır. Birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilmədiyindən, apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməsi tələb edilmiş, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir.

30. Eyni zamanda, suvarma texnikası AGOSS aqreqatında ciddi qüsurlar olduğundan, həmin texnika işə düşməmişdir. Bu barədə dəfələrlə müraciət etmələrinə baxmayaraq (özləri 2016-cı il 22 noyabr tarixdə qüsur aktı tərtib etmişlər), nə texnika təmir edilmiş, nə də geri alınmışdır. İşləməyən texnikaya görə faiz hesablanmasının, cərimə tətbiq edilməsinin hüquqi əsası yoxdur. Prezident kənd təsərrüfatının inkişafı məqsədilə çoxlu sayda güzəştlər tətbiq etmiş, lakin iddiaçı bu istiqamətdə hər hansı bir güzəşt tətbiq etməmişdir. İddi açı texnikanın işləmədiyini bildiyi halda (akt tərtib olunub), cavabdehin üzərinə ağır öhdəliklər qoymağa çalışır.

31. MPM-in 153.2.2, 261.0.2, 262.4-cü maddələri üzrə - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 mart tarixli 2-2(85)-64/2018 saylı qətnaməsi ilə 2013-cü il 16 may tarixli 519-L/13 nömrəli, 2013-cü il 15 iyul tarixli 771-L/13 nömrəli, 2013-cü il 25 noyabr tarixli 1385-L/13 nömrəli, 2014-cü il 30 iyun tarixli 890-L/14 nömrəli, 2014-cü il 16 iyul tarixli 1014-L/14 nömrəli, 2014-cü il 15 sentyabr tarixli 1501-L/14 nömrəli, 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli və 2015-ci il 5 iyun tarixli 2612-GL/15 nömrəli müqavilələr ləğv edilmişdir. Proses dövründə cavabdehin təqdim etdiyi qərardaddan aydın olur ki, icraata xitam verilmişdir. Lakin iş materialları tələb edil mədiyindən, həmin qərardaddan şikayət verilib-verilməməsi, iş üzrə yekun məhkəmə aktının hansı instansiyada bitməsi müəyyən edilməmişdir ki, bu da hazırkı işə birbaşa təsir edir. Cavabdeh həmin məhkəmə prosesinin yekun nəticəsindən məlumatı olmamışdır.

32. Bundan başqa, qətnamədə cavabdehin nümayəndəsinin çıxışı bir cümlə ilə əhatə olunmuş, halbuki nümayəndənin iddia müddəti, müqavilə şərtlərinin pozulması, güzəştlərin tətbiq edilməsi, bundan öncəki məhkəmə işi üzrə yekun aktın olmaması barədə çıxışları olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin istifadəsində olan və dəyərinin 20% həcmində ödənişi həyata keçirilmiş 1 ədəd Belarus-1221 markalı traktor, AG-14-4 markalı 1 ədəd 4 gövdəli kotan, 1 ədəd TS-24 markalı taxılsəpən, 1 ədəd AGTTT-1 markalı toxumtəmizləyən, 1 ədəd 800 kq/saat yemqırma maşını, 1 ədəd AGTT-1000 markalı ventilyatorlu çiləyici və 1 ədəd AGFS-600 markalı asma gübrəsəpənin dəyərinə ümumilikdə 27.690 manat məbləğində güzəşt tətbiq edilmiş və qarşı tərəflə 2015-ci il 5 iyun tarixli 2612-GL/15 nömrəli yeni lizinq müqaviləsi bağlanılmışdır. Ümumi dəyəri 66.600 manat təşkil edən 2 ədəd AGOSS markalı dizellə işləyən avtomatik hərəkətli suvarma texnikası "Aqroservis” ASC ilə qarşılıqlı razılaşma əsasında bağlanmış 2015-ci il 8 aprel tarixli 655L/15 nömrəli lizinq müqaviləsi üzrə istifadəyə verilmişdir. "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları"n ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarında dəyişiliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 273 nömrəli Qərarına əsasən 2015-ci il 1 may tarixindən fiziki və hüquqi şəxslər tərəfindən "Aqroservis” ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20% ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40% həcmində güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin kassasiya şikayətində də bildirildiyi kimi cavabdeh tərəfindən 2015-ci il 8 aprel tarixli müqavilə üzrə ilkin olaraq 10% məbləğində ödəniş edilmişdir.

34. Digər tərəfdən cavabdeh suvarma texnika sı AGOSS aqreqatında ciddi qüsurlar olduğundan həmin texnikanın işə düşmədiyini qeyd etmişdir. Bildirilir ki, 2 ədəd AGOSS markalı dizellə işləyən avtomatik hərəkətli suvarma texnikasının nizamlanmış, komplekt halda və işlək vəziyyətdə olduğu cavabdeh tərəfindən 2014-cü il 8 aprel tarixli aktın imzalanması ilə təsdiq edilmiş və təhvil alınmışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasə n bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödə nilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. li zinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-10. Lizinq ödənişləri... 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. İddiaçı cavabdehdən lizinq müqavilələri üzrə borcun tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi həmin tələbi qismən – 123.409 manat hissəsində təmin etmiş, apellyasiya instansiya məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

41. Cavabdeh kassasiya şikayətində bildirir ki, dəfələrlə tələb etməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının tələblərini cavabdehə münasibətdə tətbiq etməmiş, cavabdehin borclarını silməmiş, güzəştli şərtlər tətbiq etməli olduğu halda bunu etməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən dəlil cavabdehin iddiaçıya qarşı olan maddi hüquqi tələblərini əks etdirdiyi üçün hazırda baxılan işin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir.

43. Kassatorun digər dəlilinə görə, birinci instansiya məhkəməsində cavabdehin iştirakı t əmin edilmədiyindən, apellyasiya şikayətində iddia müddətinin tətbiq edilməsi tələb edilmiş, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir.

44. Əvvəla, istər birinci instansiya məhkəməsinin qətnaməsindən, istərsə də iş materiallarından görünür ki, cavabdeh tərəf hazırkı məhkəmə icraatı barədə məlumatlı olmuş, iddia ərizəsinə qarşı yazılı etirazını birinci instansiya məhkəməsinə təqdim etmiş, 2022-ci il 26 aprel tarixində keçirilən məhkəmə baxış iclasında iştirak etmiş, lakin məhkəməyə iddia müddəti barədə hər hansı ərizə təqdim etməmişdir.

45. Bundan başqa, cavabdeh özünün apellyasiya şikayətində də iddiaçının iddia müddətini ötürməsini qeyd etməmiş, bu barədə hər hansı ərizə, vəsatət verməmişdir.

46. Odur ki, cavabdehin sözügedən dəlili də əsaslı hesab edilə bilməz.

47. Kassator daha sonra qeyd edir ki, suvarma texnikası AGOSS aqreqatında ciddi qüsurlar olduğundan, həmin texnika işə düşməmişdir. Bu barədə dəfələrlə müraciət etmələrinə baxmayaraq, nə texnika təmir edilmiş, nə də geri alınmışdır. İşləməyən texnikaya görə faiz hesablanmasının, cərimə tətbiq edilməsinin hüquqi əsası yoxdur.

48. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki: - 2015-ci il 8 və 22 aprel tarixli aktlarla lizinq verən tərəfindən 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqavilədə nəzərdə tutulan texnikalar, o cümlədən 2 ədəd “Agoss” markalı suvarma texnikası saz vəziyyətdə lizinq alan cavabdehə təhvil verilmişdir. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli e-2-2(085)-226/2019 saylı qətnaməsi ilə ümumilikdə 8 lizinq müqaviləsi, o cümlədən “Agos s” markalı suvarma texnikalarının lizinqini nəzərdə tutan 2015-ci il 8 aprel tarixli 655-L/15 nömrəli müqavilə üzrə 2019-cu il 23 yanvar tarixinə hesablanmış cəmi 179.370 manat məbləğində əsas borcun və 17.937 manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldığı üçün müvafiq qaydada icraya yönəldilmişdir. - Tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir, müqavilə üzrə texnikalar da hazırda cavabdehdədir və iddiaçıya qaytarılmamışdır.

49. Odur ki, kassatorun sözügedən dəlili də əsassızdır.

50. Nəhayət kassatorun son dəlili ondan ibarətdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 mart tarixli 2-2(85)-64/2018 saylı qətnaməsi ilə hazırda mübahisə predmeti olan 8 lizinq müqaviləsi ləğv e dilmişdir. Proses dövründə cavabdehin təqdim etdiyi qərardaddan aydın olur ki, icraata xitam verilmişdir. Lakin iş materialları tələb edilmədiyindən, həmin qərardaddan şikayət verilib-verilməməsi, iş üzrə yekun məhkəmə aktının hansı instansiyada bitməsi müəyyən edilməmişdir ki, bu da hazırkı işə birbaşa təsir edir. Cavabdeh həmin məhkəmə prosesinin yekun nəticəsindən məlumatı olmamışdır.

51. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə də razılaşmır.

52. Əvvəla, ona görə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarında istinadən artıq yuxarıda qeyd olunduğu kimi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli e-2-2(085)-226/2019 saylı qətnaməsi ilə sözügedən 8 lizinq müqaviləsi üzrə 2019-cu il 23 yanvar tarixinə hesablanmış cəmi 179.370 manat məbləğində əsas bo rcun və 17.937 manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldığı üçün müvafiq qaydada icraya yönəldilmişdir.

53. İkincisi isə, tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir, müqavilə üzrə texnikalar da hazırda cavabdehdədir və iddiaçıya qaytarılmamışdır.

54. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 39) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 39) uyğun olaraq qanuni və əsaslı qətnamə q əbul etmişdir.

55. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(105)-13/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 15 mart tarixli 2-2(105)-13/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar