Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-395/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlkin iddia üzrə İddiaçının Cavabdehə qarşı ilkin iddia tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçının ilkin iddia iddiaçıya qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: borcun və cərimənin tutulması, ödənilmiş vəsaitin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil2 qarşılıqlı i ddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdehin vəkilinin iştirakı ilə, İlkin İddiaçı MMC-nin ilkin Cavabdeh MMC-yə qarşı “alqı-satğı müqaviləsi üzrə əsas borcun, cərimənin tutulması” tələbinə dair ilkin iddiası, Cavabdeh MMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı “müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması, faiz borcunun tutulması” qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə ilkin cavabdeh Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2-2(103)202/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətlərin dən görünür ki, ilkin iddia üzrə İddiaçı (bundan sonra – “SO”) 2016-cı il 20 may tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. İş materiallarında olan 2018-ci il 8 avqust tarixli 025 saylı Malların alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, SO tərəfindən sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyyat hissələrinin ilkin iddia üzrə Cavabdehə (bundan sonra – “AM”) satılmasını, AM tərəfindən isə həmin malların qəbul edilərək, haqqının ödənilməsini öhdələrinə götürmüşlər.
3. Həmin müqavilənin şərtlərinə görə: 3.1. Bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçirilənədək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyat hissələrinin haqqı “Satıcı” tərəfindən təqdim ediləcək hesab-faktura və qaimə-faktu ralar əsasında 30 təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”ya ödənilir (3.1-ci bənd). 3.2. Mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin “Alıcı2 tərəfindən edilən sifariş əsasında 15 iş günü ərzində təhvil-qəbul sənədi əsasında “Alıcı”ya təhvil vermək “Satıcı”nın vəzifəsidir (4.1.1-ci bənd). 3.3. Bu müqavilədə bəhs edilən mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrini təhvil-qəbul sənədi əsasında “Satıcı”dan qəbul etmək və qəbul etdiyi mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin haqqını bu müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ödəyir (4.2.1-ci bənd). 3.4. “Satıcı” bu müqavilədə bəhs edilən mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin “Alıcı”ya təhvil verilməsini üzürsüz olar aq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən cəmi məbləğin 0,1%-i miqdarında “Satıcı”ya cərimə ödəyir (5.2-ci bənd). 3.5. Bu müqavilənin 5.2-5.3-cü maddələrində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 faizindən artıq ola bilməz (5.4-cü bənd).
4. İş materiallarında olan 2018-ci il 26 oktyabr tarixli EAAN seriyalı 111128 saylı, 2018-ci il 9 avqust tarixli EAAL seriyalı 248788 saylı, 2019-cu il 20 iyun tarixli EAAW seriyalı 070193 saylı, 2019-cu il 2 oktyabr tarixli EBAA seriyalı 637125 saylı, 2019-cu il 3 oktyabr tarixli EBAA seriyalı 721074 saylı elektron qaimələrin surətlərindən görünür ki, SO tərəfindən müvafiq olaraq 109.046,24 manat, 80.426,51 manat, 90.516,14 manat, 10.373 manat, 59.106,68 manat olmaqla, cəmi 349.468,57 m anat dəyərində mal AM-ə satılmışdır.
5. İş materiallarında olan 2018-ci il 21 avqust tarixli 01 saylı, 2018-ci il 26 oktyabr tarixli 01 saylı, 2019-cu il 30 yanvar tarixli 01 saylı, 2019-cu il 29 iyul tarixli 01 saylı ödəniş tapşırıqlarının, 2018-ci il 17 avqust tarixli **********175865 saylı, 2018-ci il 10 sentyabr tarixli **********225460 saylı, 2019-cu il 28 yanvar tarixli **********618390 saylı Köçürmənin aparılması haqqında bildirişlərin surətlərindən görünür ki, AM tərəfindən SO-nun hesabına müvafiq olaraq 65.000 manat, 3.158,06 manat, 73.000 manat, 29.600 manat, 12.000,45 manat, 268 manat və 16.634,17 manat olmaqla, cəmi 204.988,68 manat pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. SO 2020-ci il 22 iyun tarixində AM-ə qarşı 144.479,89 (ƏDV daxil) manat əsas borcun, 7.223,99 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 151.733,88 manat pulun AM-dən tutularaq SO-nun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə, AM isə 2020-ci il 26 avqust tarixində SO-ya qarşı 204.988,68 manat və 55.550 ABŞ dolları məbləğində pul vəsaitinin, eyni zamanda 16.971,184 manat faiz borcunun və 30 manat dövlət rüsumunun SO-dan AM-in xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişlər.
7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, SO ilə AM arasında 2018-ci il 8 avqust tarixində imzalanmış alqı-saqtı müqaviləsinə əsasən, SO tərəfindən 2018-2019-cu illər ərzində 349.468,57 manat (ƏDV daxil) dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çesidlərdə yağ filtirlərinə aid mallar AM -ə satılmışdır. Sözügedən müqavilənin 3.1-ci maddəsinə əsasən “Alıcı” Satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında malların tam dəyərini 30 təqvim günü ərzində köçürmə əsasında Alıcının hesabına ödənilməli idi. AM bu günə kimi almış olduğu malların ümumi dəyərindən 204.988,68 manat ödəmişdir. AM müqavilə şərtlərinə uyğun olaraq almış olduğu malların tam dəyərini lazımı sənədlər təqdim edilməsinə baxmayaraq 11 aydan artıq müddətdir ki, hələ də ödəməmişdir. Bu günə kimi dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq qalıq borcdan hər hansı bir ödəniş həyata keçirilməmiş və şirkət olaraq üzərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmaqdadır. Hazırda AM-in SO-ya ödənilməli olan borcu 144.479,89 manat (ƏDV daxil) təşkil etməkdədir. 2020-ci il 4 iyun tarixində AM-ə borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilsə də, borc ödənilməmişdir. AM, sonuncu ödəniş tarixindən (2019-cu il 15 iyul) 11 aydan artıq müddət keçsə də, əsas borc öhdəliyini icra etmədiyi üçün müqavilənin 5.4-cü maddəsi üzrə həmin borcun 5%-i həcmində cərimə haqqı olaraq 7.223,99 manat tutularaq SO-ya ödənilməlidir.
8. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.1-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə AM arasında əldə edilmiş razılaşmaya əsasən AM tərəfindən nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinin həmin şirkətə verilməsinə dair üzərinə öhdəlik götürülmüşdür. Eyni zamanda, həmin malların AM-dən alınması qərarına gəlinmiş və beləliklə, AM ilə SO arasında alqı-satqı barədə 2018-ci il 8 avqust tarixli 025 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satılması nəzərdə tutulan nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinə görə AM tərəfindən ilkin olaraq 204.988,68 manat məbləğində pul vəsaiti SO-ya köçürülmə yolu ilə verilmiş və bu işin mübahisəsiz halıdır. Belə ki, həmin məbləğin köçürüldüyü köçürülmə sənədləri ilə təsdiq edildiyindən SO həmin məbləğin ödənildiyini iddia ərizəsində də, etiraf etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının AM-in həmin bankda olan hesabından 2019-cu il 20 dekabr tarixli çıxarışından görünür ki, AM tərəfindən SOya 2018-ci il 21 avqust tarixində 65.000 manat, 2018-ci il 2 6 oktyabr tarixində 3.158,06 manat, 2019-cu il 30 yanvar tarixində 73.000 manat, 2019-cu il 29 iyul tarixində 29.600 manat olmaqla cəmi 170.758,06 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 2018-ci il 21 avqust tarixli 01 nömrəli ödəniş tapşırığından, 2018-ci il 17 avqust və 2018-ci il 10 sentyabr tarixli köçürülmənin həyata keçirilməsi haqqında bildirişlərdən görünür ki, AM tərəfindən SO-ya müvafiq olaraq 65.000, 12.000,45 və 268 manat olmaqla, cəmi 77.268,45 manat köçürülmüşdür. 2018-ci il 26 oktyabr tarixli 01 nömrəli ödəniş tapşırığından görünür ki, AM tərəfindən SO-ya 3.158,06 manat köçürülmüşdür. 2019-cu il 30 yanvar tarixli 01 nömrəli ödəniş tapşırığından və 2019-cu il 28 yanvar tarixli köçürülmənin həyata keçirilməsi haqqında bildirişdən görünür ki, AM tərəfindən SO-ya müvafiq ola raq 73.000 və 16.634,17 manat olmaqla, cəmi 89.634,17 manat köçürülmüşdür. 2019-cu il 29 iyul tarixli 01 nömrəli ödəniş tapşırığından və 2019-cu il 25 iyul tarixli köçürülmənin həyata keçirilməsi haqqında bildirişdən görünür ki, AM tərəfindən SO-ya müvafiq olaraq 29.600 və 5.328 manat otmaqla, cəmi 34.928 manat köçürülmüşdür. Malların dəyərini təşkil edən pul vəsaitindən 55.550 ABŞ dolları isə Bank "xxxx" ASC-dən (bundan sonra – "xxxx") çıxarılaraq həmin bankda nağd şəkildə verilmişdir. BTB-dən çıxarılan 55.550 ABŞ dollarına dair bank qəbzi mövcuddur. Eyni zamanda, BTB-nin əməkdaşları 55.550 ABŞ dollarının AM tərəfindən SO-ya nağd şəkildə verilməsinin şahidi olmuşlar. Həmçinin BTB-dən çıxarılmış 55.550 ABŞ dollarının həmin bankda AM tərəfindən SO-ya nağd şəkildə verilməsini Bankın müşahidə kameralarından çıxarışlar etməklə də təsdiq etmək mümkündür. Bundan başqa, müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq qeyd olunan mallar Satıcı SO tərəfindən 15 iş günü ərzində Alıcı AM-ə təhvil verilmədiyindən, SOCAR qarşısındakı öhdəliklərinə görə nəqliyyat vasitələrinə aid 40.000 manat dəyərində yağ filtrlərini başqa mənbələrdən almaq məcburiyyətində qalmışdır. Beləliklə, yağ fıltrlərinin alqı-satqısına görə müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilərək AM tərəfindən SO-ya 204.988,68 manat və 55.550 ABŞ dolları məbləğində pul vəsaiti verilsə də, Satıcı SO tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməyərək satılması nəzərdə tutulan mallar bu günədək Alıcı AM-ə təhvil verilməmişdir. Satıcı SO-dan müqavilə ilə nəzərdə tutulan malların AM-ə təhvil verilməsi, ək s halda AM tərəfindən həmin SO-ya ödənilmiş 204.988,68 manatın və 55.550 ABŞ dollarının tələb edilməsi istiqamətində aparılan danışıqlar isə heç bir müsbət nəticə verməmişdir. SO iddia ərizəsində 349.468,57 manat dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ fıltrlərinin Alıcı AM-ə təhvil verilməsi iddia etsə də, müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq həmin malların təhvil verildiyini təsdiq edən təhvil-qəbul sənədini məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, “Alıcı”nın sifarişinə əsasan təhvil-qəbul sənədi əsasında mallar SO tərəfindən 2018-ci ilin avqust ayında təhvil verilməli idi, o halda həmin vaxtdan hazıradək keçən 2 il müddətində “Satıcı” SO-nun “Alıcı” AM-ə ödəməli olduğu cərimə borcu müqavilənin 5.4-cü maddəsinə uyğun olaraq 5 faizlə hesablanmaqla 16.9 71,184 manat təşkil edir.
10. Qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, MM-in 385.1, 442, 445.1, 445.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1, 121.1, 155-ci, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 8-ci, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddələrinə istinad edərək əsaslandırılmışdır.
11. SO-nun nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq aşağıdakıları bildirdi: 11.1. AM təqribən 2018-ci ilin iyun-iyul aylarında SOCAR-ın nəqliyyat vasitələrinə yağ filtirlərinin təmin edilməsi ilə əlaqədar keçirmək istədiyi açıq tenderdə iştirak etmişdir. Həmin tenderdə qalib gəldiyi üçün şirkətin rəhbəri Eldar Hacıbəyli SO-ya müraciət edərək bu filtirləri vaxtaşırı lazım olduqca sifariş verməklə alacağını bildirmişdir. AM-in rəhbəri E.Hacıbəylinin bildirdiyinə görə tenderin ümumi qiyməti 650.000 manat olmuşdur. Aralarında əldə edilmiş şifahi razılaşmaya əsasən şirkət alınacaq malların həcmini tenderin ümumi dəyərinə uyğun şəkildə xarici ölkədən sifariş verərək gətirməli idi. Eyni zamanda, alıcı şifahi razılaşma zamanı satıcı olaraq SO-ya bildirmişdir ki, alacağı mallardan davamlı olaraq bizim anbarlarında olmalıdır ki, tender üzrə operativ xidmət təminatı ilə əlaqədar onların əllərində həmin anda belə mallar olsun. SO bu səbəbdən vəziyyəti nəzərə alaraq onlara satacağı malların sifarişini istehsalçı şirkətlərdən əlavə olaraq da etmişdir. Tenderin qiymətinə uyğun SO tərəfindən Türkiyə Respublikasında yerləşən istehsalçı şirkətdən 650.000 manat dəyərində nəqliyyat vasitələri üçün filtirlər gətirilsə də, alıcı AM həmin malların yarısından bir az artığını yəni 349.468,57 manat dəyərində malları SO-dan almışdır. Alıcı digər qalan malların alışını tenderi keçirən SOCAR-ın həmin mallara daha ehtiyacının olmaması səbəbindən imtina etmişdir. Hazırda da həmin malların bir hissəsi satılsa da, qalan hissəsi davamlı satılan mal olmadığı və xüsusi olaraq həmin tenderin tələbi üçün alınmalı mallar olduğu üçün satılmadığından şirkətin anbarında saxlanılmaqdadır. Gətirilən bütün mallar gömrük bəyannamələri əsasında bəyan edilməklə keçirilmişdir. “Kron Filtire San. Ve Tic. A.Ş” ilə 2018-ci il 18 may tarixli distrybuterlik müqavilə sinə əsasən, “Delsa” markalı filtirlərini Azərbaycan Respublikasına gətriməklə onların ölkədə satışını icra etmək şirkətə həvalə edilmişdir. Bu malların başqa şirkətlər tərəfindən ölkəyə gətirilməsi yeganə distrubyuter olduğu üçün mümkün deyildir. Sözügedən razılaşmanın icrası məqsədilə SO ilə AM arasında 2018-ci il 8 avqust tarixində 025 saylı alqı-saqtı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən, mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin alıcı tərəfindən edilən sifariş əsasında 15 iş günü ərzində təhvil-qəbul sənədi əsasında Alıcıya təhvil verir. Alıcı AM tərəfindən tender şərtlərinə uyğun olaraq ehtiyac yarandıqca edilmiş şifarişləri müqavilə şərtlərinə uyğun olaraq onlara təhvil verilməklə 2018-ci il 9 avqust tarixli 248788 saylı, 2018-ci il 26 oktyabr tarixli 111128 saylı, 2019-cu il 20 iyun tarixli 070193 saylı, 2019-cu il 2 oktyabr tarixli 637125 saylı və 2019-cu il 3 oktyabr tarixli 721074 saylı elektron qaimələr əsasında 349.468,57 manat dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çesidlərdə yağ filtirlərinə aid mallar AM-ə satılmışdır. AM onlara satılmış malların dəyərindən 204.988,68 manat ödəmə etsə də, 144.479,89 manat borc bu günə kimi ödənilməmişdir. 11.2. AM qarşılıqlı iddia ərizəsində iddia tələblərinin əsası kimi SO ilə aralarında bağlanılmış müqavilədən irəli gələn tələblərin onlar tərəfindən icra edilərək malların alınması ilə əlaqədar 204.988,68 manat və 55.550 ABŞ dolları məbləğində pul vəsaitinin SO-ya ödənilməsinə baxmayaraq bu günə kimi SO tərəfindən satılması nəzərdə tutulan malların onlara təhvil v erilməməsi göstərilmişdir. AM-in bu tələbi tamamilə əsassız və absurddur. Belə ki, 2018-ci il 9 avust tarixli 248788 saylı, 2018-ci il 26 oktyabr tarixli 111128 saylı, 2019-cu il 20 iyun tarixli 070193 saylı, 2019-cu il 2 oktyabr tarixli 637125 saylı və 2019-cu il 3 oktyabr tarixli 721074 saylı elektron qaimələr əsasında 349.468,57 manat dəyərində mallar təhvil verildikdən sonra onların elektron vergi kabinetinə rəsmi olaraq göndərilmişdir. AM tərəfindən həmin qaimələr üzrə 5 gün müddətində hər hansı narazılıqlar olmadığı üçün qəbul edilmiş və onlar tərəfindən də 204.988,68 manat satılmış mallara görə ödənişlər edilmişdir. AM-in guya ki, SO tərəfindən malların onlara təhvil verilməməsi ilə bağlı tələbi də əsassızdır. Hər dəfə mallar onlara təhvil verilərkən iki nüsxə şəklində təhvil sənə dləri çıxarılmış və şirkətin direktoruna imza etdirib möhürlə təsdiq edərək qaytarmaq adı ilə onlar tərəfindən götürülsə də, sonradan malların təhvil qaimələri SO qaytarılmamışdır. Onlara bu barədə dəfələrlə bildirilməsinə baxmayaraq qarşılıqlı və davamlı ticarət normal münasibətlər çərşivəsində davam etməsi səbəbindən aralarında narazılıq olmasın deyə bu sənədin tələb olunması sonradan ciddiyə alınmamışdır. Bundan əlavə, SO “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələbləri əsasında elektron qaimələri mal təhvil veridiyi gün AM-in Vergi elektron qaimə kabinetinə göndərmişdir. AM SOCAR-ın tender üzrə öhdəliklərini müqavilə üzrə tamamilə icra etmişdir. Həmin malların əksər hissəsi SO-dan alınmış, bir qismi də başqa marka olaraq digər satış yerlərindən alınaraq o nlara təhvil verilmişdir. AM SO-dan almış olduğu malları SOCAR-a deyil ona xidmət göstərərən bir neçə törəmə şirkətlərə təhvil vermişdir. Belə olan halda AM-in malların təhvil verilməməsi barədə tələbi əsassızdır. 11.3. Bundan əlavə, AM-in malların dəyərindən 55.550 ABŞ dolları məbləğində pul vəsaiti SO-ya bankda nağd ödənilməsi tələbi də tamamilə əsassızdır. Belə ki, AM ilə SO arasında malların alqı-satqısı ilə bağlı bağlanmış müqavilə və bu müqavilədən irəli gələn vəzifələri rəsmi münasibətlər çərçivəsində həyata keçirilmişdir. Belə olan halda şirkət olaraq hazırkı müqavilə öhdəliklərindən irəli gələn münasibətlərin qeyri-rəsmi müstəvidə davam etdirilməsi mümkün deyildir. Eyni zamanda, normativ akta əsasən Azərbaycan Respublikasında tədiyyə vasitəsi yalnız manat hesab olunur. Belə olan h alda AM iddia tələbində bu nörmanın tələblərini pozduğunu bildirməklə yanaşı, SO-nun da bu əsassız tələblər qarşısında qanun pozuntusunu törətmiş olduğunu iddia etməkdədir. Qarşılqlı iddia tələbi üzrə onların bu tələbi absurd və əsassızdır. 11.4. AM qarşılıqlı iddia ərizəsində digər əsas üzrə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq qeyd olunan mallar satıcı olaraq SO tərəfindən 15 gün ərzində alıcı AM-ə təhvil verilmədiyindən SOCAR qarşısında öhdəliklərinə görə nəqliyyat vasitələrinə aid 40.000 manat dəyərində yağ filtirlərini başqa mənbələrdən almaq məcburiyyətində qalmışlar. AM-in bu tələbi də əsassızdır. Belə ki, AM tərəfindən bu günə kimi tələblə əlaqədar SO-ya hər hansı bir pretenziya bildirməmişdir. Çünki onlar özləri də bilirdilər ki, qeyd etdiyi kimi əvvəlcədən əldə olunmuş şifahi razılıq əsasında SO onların sifarişlərindən müəyyən qədər əlavə mallar da gətirməli idi ki, təcili hallarda şirkət tenderdə üzərinə götürdüyü öhdəliyi lazımınca və vaxtında icra edə bilsin. 11.5. Bundan əlavə, AM qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, SO ilə aralarında bağlanılmış müqaviləyə əsasən malların alınmasına dair onlar tərəfindən ödənilmiş 204.988,68 manatın və 55.550 ABŞ dolları məbləğində pul vəsaitinin malların onlara bu günə kimi verilməməsi səbəbindən geri qaytarılması barədə guya dəfələrlə danışıqlar aparılsa da, heç bir müsbət nəticə verməmişdir. AM-in bu tələbi də əsassız və absurddur. Belə ki, SO AM-in bu pretenziyası ilə əlaqədar ilk dəfə məhkəmədə məlumatlı olmuşdur. Bu pritenziya ilə əlaqədar onlar tərəfində n aralarında müqavilənin bağlanılmasından keçən 2 il müddətində bir dəfə də olsun narazılıq yaranması barədə SO-ya xəbərdarlıq edilməmişdir. Əslində isə şirkətin rəhbərliyi və digər səlahiyyətli şəxsləri onlarla hazırkı borcun ödənilməsi barədə dəfələrlə telefon danışıqları və görüşlər keçirməsinə baxmayaraq onlar bu borcu müəyyən zamanla ödəyəcəklərinə söz vermələrinə baxmayaraq sonradan müxtəlif bəhanələr gətirərək ödənişi etməkdən yayınmışlar. Sonuncu dəfə bu ilin may-iyun aylarında onların Nobel prospektində yerləşən mərkəz ofislərində şirkətin direktoru və digər əməkdaşları tərəfindən iki dəfə görüşdükdən sonra münasibətlər gərginləşmiş və bunun nəticəsində AM-ın rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin bir neçə idarə və bölmələrinə iftira xarakterli əsassız şikayətlər göndəril mişdir. AM-in şikayət ərizələri araşdırılmış orada yazılanların uydurma və cəfəngiyyat olduğu, şikayətlərində göstərilən halların əsassız və iftira xarakterli olduğu ortaya çıxmışdır. AMin rəhbərliyinin şirkətə borclu olmasına baxmayaraq SO-ya qarşı son etdiyi əsassız şikayət xarakterli müraciətləri SO-nu onlara qarşı məhkəmə müstəvisində iddia qaldırmağa, borclarını qanuni əsaslarla aralarında olan sənədlər əsasında tələb etməyə yönəltmişdir. 11.6. Sonda SO-nun nümayəndəsi və vəkili ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 22 oktyabr tarixli 2-2(113)-1772/2020 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (hakim – Z.Pirverdiyev): 12.1. ilkin iddianın qismən təmin edilməsi; 12.2. AM-dən 144.479,89 (ƏDV daxil) manat əsas borcun, 3.000 manat cərimə pulunun tutularaq SO-ya ödənilməsi; 12.3. ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,16 manat məbləği AM-dan tutularaq SO-ya ödənilməsi, qalan 0,84 manat məbləğinin isə SO-ya aid edilməsi; 12.4. ilkin iddianın qalan hissədə rədd edilməsi; 12.5. qarşılıqlı iddianın rədd edilməsi; 12.6. qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun AM-ə aid edilməsi.
13. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 13.1. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 2018-ci il 8 avqust tarixli 025 saylı Malların alqı-satqısı barədə müqavilə bağlanmış və müqaviləyə əsasən SO tərəfindən sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyyat his sələrinin AM-a satılmasını, AM tərəfindən isə həmin mallar qəbul edilərək, haqqının ödənilməsini öhdələrinə götürmüşlər. SO tərəfindən müvafiq olaraq 109.046,24 manat, 80.426,51 manat, 90.516,14 manat, 10.373 manat, 59.106,68 manat olmaqla, cəmi 349.468,57 manat dəyərində mal AM-ə satılmış, AM tərəfindən SO-nun hesabına müvafiq olaraq 65.000 manat, 3.158,06 manat, 73.000 manat, 29.600 manat, 12.000,45 manat, 268 manat və 16.634,17 manat olmaqla, cəmi 204.988,68 manat pul ödənilmişdir. Alqı-satqı müqaviləsinə əsasən, AM-in SO-ya 144.479,89 manat borcu qalmışdır. 13.2. SO ilə AM arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə SO öhdəliyi yerinə yetirərək, alınan malları AM-ə vermiş, bunun nəticəsində SO-nun AM-dən müqavilə üzrə müə yyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, AM isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyinin yerinə yetirməməsinə görə SO qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. 13.3. Tələb olunan 7.223,99 manat dəbbə pulu məbləği yaranmış 144.479,89 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 3.000 manat həddində müəyyən edilməklə AM-dən tutulmalıdır. 13.4. Qarşılıqlı iddia ərizəsində SO tərəfindən malların AM-ə təhvil verilməməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 13.5. Əksinə iş materiallarında olan elektron qaimələrin surətlərindən göründüyü kimi, SO tərəfindən ümumilikdə 349.468,57 manat dəyərində ol an malın AM-ə satılması barədə elektron qaimə təqdim edilmişdir ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin və “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə əsasən həmin elektron qaimələrdəki göstərilən mallar SO tərəfindən AM-ə verilmiş hesab olunur. AM tərəfindən isə bunun əksini, yəni elektron qaimələrə etiraz bildirmələrini, malların qaytarılmasını, habelə həmin elektron qaimələrin AM tərəfindən qəbul edilməməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 13.6. AM tərəfindən SO-nun hesabına ödənilmiş pul vəsaitlərinə dair ödəniş tapşırıqlarında ödənişin əsası kimi SO tərəfindən verilmiş elektron qaimələrə istinad edilmişdir. 13.7. Eyni zamanda, qarşılıqlı iddia ərizəsində 55.550 ABŞ dolları məbləğində pulun AM tərəfindən SO-ya nağd formada ö dənilməsi qeyd edilsə də, bu barədə də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 13.8. Beləliklə, qarşılıqlı iddia üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz.
14. Məhkəmə bu qənaətini MM-in 385.1, 386.1, 442, 443.1, 443.5, 448.1, 567, 600.1, 600.4cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra – “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”) 1.2, 3.3, 3.9-cu bəndlərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad edərək əsaslandırmışdır.
15. AM 2020-ci il 7 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, şikayətin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsni xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 22(103)-202/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 22 oktyabr tarixli 2 -2(113)-1772/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
17. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 17.1. Tərəflər arasında 2018-ci il 8 avqust tarixli 025 saylı malların alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin qüvvəsi 2019-cu il 1 avqust tarixinədək müəyyən edilmiş, lakin müddət bitdikdən sonra tərəflərdən hər hansı biri digər tərəfə müqaviləyə xitam vermək niyyətində olması ilə əlaqədar müraciət etmədiyindən 2.2-ci bəndə əsasən müqavilənin qüvvəsi bir il uzadılmışdır. 17.2. SO ilkin iddia ərizəsində AM-ə müqavilə əsasında təhvil verilmiş malların ümumi dəyərinin 349.468,57 manat təşkil etdiyini göstərmiş, buna sübut olaraq məhkə məyə elektron vergi sistemi ilə göndərilmiş 2018-ci il 9 avqust tarixli EAAL seriyalı 248788 saylı, 2018-ci il 26 oktyabr tarixli EAAN seriyalı 111128 saylı, 2019-cu il 20 iyun tarixli EAAW seriyalı 070193 saylı, 2019-cu il 2 oktyabr tarixli EBAA seriyalı 637125 saylı, 2019-cu il 3 oktyabr tarixli EBAA seriyalı 721074 saylı 5 ədəd elektron qaimə təqdim etmişdir. 17.3. Həmin qaimələrdən görünür ki, SO tərəfindən AM-ə müvafiq olaraq 109.046,24 manat, 80.426,51 manat, 90.516,14 manat, 10.373 manat, 59.106,68 manat olmaqla, cəmi 349.468,57 manat dəyərində malla bağlı elektron qaimə göndərilmiş, həmin qaimələr təsdiq edilmiş, qaimələrdə nəzərdə tutulmuş malın təhvil verilmədiyinə dair alıcı tərəfindən satıcıya hər hansı etiraz və ya pretenziya bildirilməmişdir. 17.4. SO tərəfindən AM-ə, satılmı ş malların dəyərinin ödənilməsi üçün 109.046,24 manat dəyərində HV seriyalı 393292 saylı 2018-ci il 21 oktyabr tarixli, 80.426,51 manat dəyərində HU seriyalı 067344 saylı 2018-ci il 15 avqust tarixli, 90.516,14 manat dəyərində İC seriyalı 551290 saylı 2019-cu il 25 iyun tarixli, 59.106,68 manat dəyərində İG seriyalı 349318 saylı 2018-ci il 8 oktyabr tarixli və 10.373 manat dəyərində İG seriyalı 349319 saylı 2018-ci il 8 oktyar tarixli hesab fakturalar göndərilmişdir. 17.5. İşin mübahisəsiz halıdır ki, satılmış malların dəyərindən 204.988,68 manat alıcı tərəfindən ödənilmişdir. 17.6. AM qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi ilə bağlı öhdəliyin satıcı tərəfindən icra edilmədiyini və malların təhvil verilmədiyini göstərsə də, işə apellyasiya qaydasında baxılarkən AM-in qanuni təmsilçisi E.Hacıbəyli 2021-ci il 7 aprel tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, bütün sifarişlər satıcıya elektron poçt vasitəsi ilə göndərilmiş, SO tərəfindən müqavilə əsasında təhvil verilmiş malların ümumi dəyərinin 200.000 manatdan artıq olmamışdır. 17.7. AM-in direktorunun izahatlarından göründüyü kimi, SO tərəfindən alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilmədiyinə dair qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində qeyd edilənlər həqiqətə uyğun deyil. 17.8. Bundan əlavə, iş materiallarından göründüyü kimi 2019-cu il 2 oktyabr tarixli və 2019cu il 3 oktyabr tarixli elektron qaimələr istisna olmaqla, AM satıcının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən, alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin və faizin SO-dan tutulması barədə qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. 17.9. Elektron qaimə satıcı tərəfindən malların alıcıya təhvil verilməsini təsdiq edən ilkin uçot sənədi olduğundan ilkin iddia ərizəsinin dəlilləri ilə bağlı işdə mötəbər sübutlar olmadığına, məhkəmə tərəfindən sübutların toplanması üçün sorğular verilməli olduğuna dair apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. 17.10. Tərəflərin müqavilədə “təhvil-qəbul sənədi” adı altında malın alıcıya təhvil verilməsi zamanı hansı sənədin tərtib edilməsini nəzərdə tutduqlarını müəyyənləşdirmək üçün müqavilənin digər bəndləri və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika da nəzərə alınmalıdır. 17.11. Alqı-satqı müqaviləsinin 3.1-ci bəndində nəzərdə tutulur ki, bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında 30 təqvim günü ərzində alıcı tərəfindən ödənilməlidir. 17.12. Məhkəmə iclaslarında tərəflərin nümayəndələri göstərmişlər ki, tərəflər arasında malların təhvil-təslimi ilə bağlı heç vaxt ayrıca akt tərtib edilməmiş, malların təhvil verilməsi yalnız elektron qaimə ilə rəsmiləşdirilmiş və dəyəri satıcı tərəfindən təqdim edilmiş elektron hesab fakturalar üzrə ödənilmişdir. 17.13. Qeyd edilənlərə, tərəflər arasında bağlanmış müqavilədə “təhvil-qəbul sənədi” kimi malın təhvil verilməsi zamanı t ərtib edilməli olan qaimə-faktura nəzərdə tutulmuşdur. 17.14. AM ilə SOCAR arasında bağlanmış müqavilənin müddəti bitdikdən sonra satıcı tərəfindən göndərilmiş 2019-cu il 2 və 3 oktyabr tarixli elektron qaimələrin formal olduğu və həmin qaimələrdəki malların alıcıya təhvil verilmədiyinə dair ilkin iddia üzrə AM-in nümayəndəsinin mülahizələri məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, işin hallarından göründüyü kimi, alıcının 5 gün ərzində sistem tərəfindən təsdiq edilənədək mübahisəli elektron qaimələrin ləğv edilməsi ilə bağlı satıcıya müraciəti olmamışdır. 17.15. Qarşılıqlı iddia ərizəsində 55.550 ABŞ dolları məbləğində pulun AM tərəfindən SO-ya nağd formada ödənildiyi qeyd edilsə də, bu barədə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut t əqdim edilmədiyindən qarşılıqlı iddia həmin hissədə də düzgün olaraq əsassız hesab edilmişdir.
18. Məhkəmə bu qənaətini MM-in 385.1, 404.1, 404.2, 567, 600.1-ci, MPM-in 14.2, 77.1, 81ci, 2021-ci il 2 fevral tarixində yeni Qaydalar təsdiq edilənədək qüvvədə olmuş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.3, 3.9-cu bəndlərinə istinad edərək əsaslandırmışdır.
19. AM 2021-ci il 6 iyul tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
20. Malların dəyərini təşkil edən pul vəsaitindən 55.550 ABŞ dolları (55.000 x 1.7 = 94.435 manat) BTB-dən çıxarılaraq həmin bankda nağd şəkildə verilmişdir. BTB-dən çıxarılan 55.550 ABŞ dollarına dair bank qəbzi mövcuddur. Eyni zamanda, BTB-nin əməkdaşları 55.550 ABŞ dollarının tərəfimizdən SO-ya nağd şəkildə verilməsinin şahidi olmuşlar. Bundan başqa, pulun verildiyi keçmiş direktor İman Cəfərovla aramızda olan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışıqlar və yazışmalar ilə də təsdiqini tapır. Həmçinin BTB-dən çıxarılmış 55.550 ABŞ dollarının həmin bankda tərəfimizdən SO-ya nağd şəkildə verilməsini Bankın müşahidə kameralarından çıxarışlar etməklə də təsdiq etmək mümkündür. Bundan başqa, SO-nun nümayəndəsi iddia tələblərində də AM tərəfindən ödənildiyini təsdiq etmişdir. AM-in nümayəndəsi tərəfindən həmin bankdan, pulların hesabdan çıxarılaraq təhvil verildiyi ni təsdiq edə biləcək video-kamera görüntülərinin alınaraq araşdırılması xahiş edilsə də, bu xahişimiz nəzərə alınmamışdır. İlk öncə birinci instansiya məhkəməsinin işə qərəzli mövqeyi nəticəsində 55.550 ABŞ dollarının BTB-dən çıxarılaraq həmin bankda nağd şəkildə verildiyinin təsdiq edilməsi üçün Bankın əməkdaşları şahid qismində dindirilmələri məqsədilə məhkəməyə dəvət edilməmişdir və ümumiyyətlə bu tələbi araşdırmamışdır. Bununla yanaşı, 55.550 ABŞ dollarının həmin bankda tərəfimizdən SO-ya nağd şəkildə verilməsini Bankın müşahidə kameralarından çıxarışlar etməklə təsdiq etmək mümkün olduğu halda müşahidə kameralarından çıxarışların məhkəməyə təqdim edilməsi BTB-dən tələb edilməmişdir. Eyni zamanda, həmin dəlillərin araşdırılması apellyasiya instansiyası məhkəməsindən də istənilsə də, həmin sübutlar bu məhkəmə tərəfindən də qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmamışdır.
21. Eyni zamanda, tərəfimizdən apellyasiya instansiyası məhkəməsinə vəsatət verilərək, növbəti məhkəmə iclasında SO-nun keçmiş direktoru X4 məhkəməyə dəvət edərək dindirilməsi və və ona suallar verilməsi üçün şərait yaradılması xahiş edilsə də, vəsatətimiz təmin edilməmişdir. Belə ki, keçmiş direktor alqı-satqı əməliyyatlarında və şəxsi danışıqlarda əsas iştirak edən şəxs olduğu üçün onun dindirilməsi hazırkı mübahisə üzrə həqiqətin müəyyən edilməsində yardımçı ola bilərdi.
22. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri qətnamə qəbul edərkən tərəflərdən hansının hansı məbləğdə borcunun olmasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, x üsusilə də “Satıcı” tərəfindən müqavilə münasibətlərinin mövcud olduğu dövr ərzində öhdəliklərin icrasından irəli gələn zəruri sənədlərin təqdim edilib-edilmədiyini araşdırmamış, bu cür sənədləri qarşı tərəfdən məhkəməyə təqdim edilməsini tələb etməmiş, nəticədə isə bu, düzgün olmayan qərəzli qətnamələrin qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsinə tərəfimizdən məhkəmə-mühasibatlıq ekspertizasının həyata keçirilməsi barədə qərardad qəbul edilməsi məqsədilə müvafiq vəsatətlə müraciət edilməsinə baxmayaraq vəsatətimiz təmin edilməmişdir.
23. Müvafiq sübutların təqdim edilməsinə, vəsatətlərin verilməsinə rəğmən, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir ki, AM-in direktoru alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilmədiyinə dair qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində verdiyi izahatlar həqiqətə uyğun deyil, halbuki məhkəmə bu barədə geniş araşdırma aparmamışdır. Bununla da, malların təhvil alınmadığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi rəy heç bir sübuta söykənmədiyi üçün qətnamədə göstərilənlər əsassız və ədalətsizdir.
24. Hər iki instansiya məhkəməsi tərəfindən, tərəflər arasında bağlanmış müqavilənin 4.1.1ci yarımbəndinin tələbləri kobud surətdə pozularaq malların təhvil verilməsi barədə sənədlər məhkəməyə təqdim edilmədiyi halda ilkin iddianın əsas borca aid hissədə elektron qaimələrə və ödəniş tapşırıqları ilə təsdiq olunduğu qənaətinə gəlmişdir. Halbuki satıcı elektron qaimə tərtib edib göndərməzdən öncə müqavilə üzrə malların təqdim edilməsini rəsmiləşdirilməlidir, buna görə də məhkəmə tərəf indən həmin malların təqdim edilməsini isbat edən sənədlərin Satıcıdan istənilməsi zəruridir.
25. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində proseslər zamanı AM-in nümayəndəsi qeyd etmişdir ki, mallar təhvil verilmədən elektron-qaimə fakturalar göndərilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinə AM-in nümayəndəsi “Əlavə sübutların qarşı tərəfdən istənilməsinə dair vəsatət”ində göstərilmişdir ki, 2018-ci il 8 avqust tarixli 025 saylı müqavilənin 4.1.1-ci varımbəndinə görə, Satıcı malları Alıcı tərəfindən edilən sifariş əsasında 15 iş günü ərzində, təhvil-qəbul sənədi əsasında, Alıcıya təhvil verir. Lakin SO-nun AM-ə təqdim etdiyi 2018-ci il 9 avqust tarixli 248788 saylı, 2018-ci il 26 oktyabr tarixli 111128 saylı elektron qaimənin surəti, 2019- cu il 20 iyun tarixli 070193 saylı, 2019-cu il 2 oktyabr tarixli 637125 saylı, 2019-cu il 3 oktyabr tarixli 721074 saylı elektron qaimələrdə qeyd edilmiş mallar Alıcı tərəfindən sifariş edilməməsi səbəbindən apellyasiya məhkəməsi tərəfindən Satıcıdan Alıcının ona verdiyi sifarişlərin təsdiq edilməsinə dair sənədlərin istənilməsi vacibdir. Lakin AM-in nümayəndəsinin bu rəyi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
26. Bundan başqa, həmin vəsatətdə 2019-cu il 2 oktyabr tarixli 637125 saylı və 2019-cu il 3 oktyabr tarixli 721074 saylı elektron qaimələrin tərtib edilmə əsası kimi mövcud ola biləcək və tərəflərin qarşılıqlı razılığı ilə imzalanmış müqavilənin məhkəməyə təqdim edilməsi barədə sənədlərin surətlərinin, SO-nun ölkə ərazisində yerləşən pərakəndə və topdan satış bazarl arından aldığı və müqavilə üzrə təqdim etməli olduğu malların alınmasına dair “Malların Alış Akt”larının əsli və ya təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi, o cümlədən həmin malların mənşə ölkəsinə dair sənədlərin və qarşılıqlı iddia üzrə SO-nun elektron qaimələrdə qeyd edilən malların SO tərəfindən AM-ə hansı ünvanda çatdırılmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində olan proseslər zamanı SO-nun nümayəndəsi etiraf etmişdir ki, müqavilə üzrə təqdim edilməli olan malların heç də hamısı xaricdən ölkəyə idxal edilməyib, bəziləri ölkə ərazisində yerləşən bəzi bazarlardan alınıb. Eyni zamanda, Alıcının nümayəndəsi də proses zamanı qeyd etmişdir ki, 2019-cu il 20 iyun tarixinə Alıcının xəbəri olmadan və sifariş edilməmiş mallara dair Satıcı tərəfindən tərtib edilmiş elektron qaimədə göstərilən malların əksəriyyəti Alıcı tərəfindən ölkə ərazisindəki müxtəlif topdansatış və pərakəndə ticarət mərkəzlərindən həmin tarixdən təxminən üç ay öncə əldə edilmişdir. Buna cavab olaraq, SO-nun nümayəndəsi də guya həmin malların daxili bazarladan alındığını qeyd etmiş, lakin həmin malların alqı-satqısı barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 30 iyun tarixli Q-08 saylı Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarda göstərilən “Malların Alış Aktı” blankı əsasında alqı-satqısı aparılmış malların qeydiyyatı aparılmalıdır. Lakin göründüyü kimi, nə birinc i instansiya məhkəməsi, nə də apellyasiya məsələsi qeyd edilən malların həqiqətən də ilk iddiaçının nümayəndəsinin etiraf etdiyi kimi müqavilə üzrə təqdim edilməli olan lakin “Alıcı”ya verilməmiş malları xaricdən deyil, ölkədaxili bazarlardan aldığını araşdırmamışdır. 27. 2018-ci il 8 avqust tarixli 025 saylı müqavilənin müddəti bir illik olduğu üçün 2019-cu il 8 avqust tarixində bitmişdir. Müqavilənin 2.2-ci bəndinə görə, müqavilə müddətinin qurtarmasına ən azı 15 təqvim günü qalanadək tərəflərdən hər hansı biri müddətin qurtarması ilə müqaviləyə xitam verilməsi barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında 1 il müddətinə uzadılmış hesab edilir. AM-in mühasibi Sergey Qaranin 2019-cu il 30 iyul tarixində elektron poçt vasitəsilə həmin müqavilənin daha bir il müddə tinə uzadılmayacağı barədə xəbərdarlıq etmişdir, bu məktubun surəti də apellyasiya instansiyasına təqdim edilmişdir. Satıcı tərəfindən təqdim edilmiş 2019-cu il 2 oktyabr tarixli 637125 saylı, 2019-cu il 3 oktyabr tarixli 721074 saylı elektron qaimələrin hansı müqavilə əsasında tərtib edildiyini əsaslandırmalı, əgər belə bir müqavilə olmuşsa onu məhkəməyə təqdim etməlidir.
28. SO-nun nümayəndələrinin təqdim etdiyi və alqı-satqı əməliyyatlarının həyata keçirilməsini göstərən yuxarıda qeyd edilmiş 5 ədəd elektron-qaimə fakturaların müqavilə münasibətlərinə uyğun olmadığı tərəfimizdən isbat edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, 2018ci il 9 avqust tarixli 248788 saylı və 2018-ci il 26 oktyabr tarixli, 111128 saylı elektron qaimələrdə onların verilmə əsası kimi 2018-ci il 8 avqust tarixli 0 25 saylı müqavilə göstərilmişdir. Lakin 2018ci il 9 avqust tarixli elektron qaimədə “əlavə qeydlər” hissəsində əsas kimi 2018-ci il 8 avqust tarixli “Qiymətlərin Razılaşdırılması Protokolu”, daha sonra 2018-ci il 26 oktyabr tarixli elektron qaimədə isə 2018-ci il 22 oktyabr tarixli “Qiymətlərin Razılaşma Protokolu” adlı sənədlərin adı qeyd edilmişdir. Halbuki qiymətlərin tərəflər arasında razılaşdırılmasına dair həmin tarixlərdə heç bir protokol imzalanmamış, ümumiyyətlə bu mallara dair Alıcı tərəfindən sifariş verilməmişdir. Buna görə qarşı tərəfin qiymətlərin razılaşmasına dair heç bir istinad nöqtəsi mövcud ola bilməzdi. Əgər həmin sənədlər həqiqətən mövcuddursa, məhkəmə tərəfindən həmin protokolların SO-nun nümayəndəsindən tələb edilməsi işin ədalətli məhkəmə baxışın keçirilməsi üçün vacibdir. Qarşı tərəfin təqdim etdiyi digər elektron qaimələrin detallarına nəzər yetirilməlidir. Belə ki, 2019-cu il 20 iyun tarixli 070193 saylı qaimədə, 2019-cu il 2 oktyabr tarixli 637125 saylı qaimədə və 2019-cu il 3 oktyabr tarixli 721074 saylı qaimədə “əlavə qeydlər” hissəsində heç bir qeyd-şərt yazılmamışdır, hansı ki, bu fakt həmin sənədlərin həqiqiliyini şübhə altına almış olur. Buna görə, məhkəmə tərəfindən həmin qaimələrdə qeyd edilmiş mallara dair qiymətlərin necə müəyyən edilməsinə dair sübutların da SO-nun nümayəndəsindən tələb edilməsi labüddür.
29. Kassator kassasiya şikayətini MM-in 385.1, 425.1, 427.2, 427.4, 442, 443.1, 445.1, 445.2, 568.2, 570.1, 570.2, 621.1-ci, VM-in 71.1.1, 71.1.5.1-ci, MPM-in 403.1, 404.1.2, 417.1.3cü maddələrinə, İHAM-ın “Krcmar və başqalarının Ç ex Respublikasına qarşı” 2000-ci il 3 mart tarixli, “Baraouna Portuqaliyaya qarşı” iş üzrə 1987-ci il 8 iyul tarixli, “Smirnov Rusiyaya qarşı” iş üzrə 2003-cü il 26 fevral tarixli, “Kiiskinen Finlandiyaya qarşı” iş üzrə 1999-cu il 1 iyun tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında iştirak edən AM-in vəkili kassasiya şikayətini müdafiə etdiklərini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
32. Məhkəmə iclasında iştirak edən SO-nun vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. AM apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsind ə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.5. Borclu icranı gecikd irdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
37. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll et mək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqd im edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını t ələb edə bilər. “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”
38. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulma yan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.4. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; 71-1.5.2. malla rın qaytarılması barədə; 71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən; 71-1.5.4. malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə; 71-1.5.5. agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən; 71-1.5.6. agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə; 71-1.5.7. malların emala verilməsi barədə; 71-1.5.8. emal prosesi keçmiş malların qaytarılması barədə; 71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən.” 39. 2021-ci il 2 fevral tarixində yeni Qaydalar təsdiq edilənədək qüvvədə olmuş Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “1.Ümumi müddəalar... Elektron qaimə-faktura bu Qay dalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.... 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.... 3.9. Elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaiməfakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”
40. İHAM “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd etmişdir ki, Kovnensiya araşdırmalarınd a sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 2-2(103)- 202/2021 saylı qətnaməsi qismən ləğv edilərək iş yenidən ləğv edilmiş hissədə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılm alıdır.
42. Məhkəmə kollegiyası malların dəyərini təşkil edən pul vəsaitindən 55.550 ABŞ dollarının Bank "xxxx" ASC-dən çıxarılaraq həmin bankda nağd şəkildə verilməsinə dair kassatorun dəlilləri (bax yuxarıda § 20) ilə razılaşmır.
43. Belə ki, AM məhkəmə prosesinin bütün mərhələlərində malların dəyərini təşkil edən pul vəsaitindən 55.550 ABŞ dolları Bank "xxxx" ASC-dən çıxarılaraq həmin bankda nağd şəkildə verildiyini bildirsə də, bununla bağlı hər hansı sübut etməmiş, hazırkı kassasiya şikayətində də tutarlı dəlillər gətirilməmişdir. Halbuki bu faktın mövcudluğunun sübut edilməsi vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 37) görə, məhz AM-in üzərinə düşür.
44. Eyni zamanda, Bank "xxxx" ASC-nin əməkdaşlarının 55.550 ABŞ dollarının tərəfimizdən SO-ya nağd şəkildə verilməsinin şahid i olması bildirilsə də, həmin əməkdaşların şəxsiyyətini fərdiləşdirməyə imkan verən hər hansı məlumatlar məhkəməyə təqdim olunmamışdır.
45. Eləcə də pulun verildiyi iddia olunan keçmiş direktor İman Cəfərovla AM arasında olan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışıqların və yazışmaların olduğu bildirilsə də, bununla bağlı konkret hallar işin materialları ilə təsdiq olunmur.
46. Bank "xxxx" ASC-dən çıxarılmış 55.550 ABŞ dollarının həmin bankda AM tərəfindən SOya nağd şəkildə verilməsinin Bankın müşahidə kameralarından çıxarışlar etməklə təsdiq etməyin mümkün olmasına gəldikdə isə, bununla bağlı AM tərəfindən banka rəsmi müraciət olunması görünmür. Halbuki MPM-in 78.1-ci maddəsinin (bax yuxarıda § 37) tələblərinə uyğun olaraq ilk öncə AM özü belə müraciəti etməli və yalnız bu müraciət n əticə vermədikdən sonra məhkəmə qarşısında məsələ qaldırmalı idi.
47. Lakin yuxarıda qeyd olunduğu kimi, AM üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı hüquq pozuntusuna yol verilməmişidir.
48. Məhkəmə kollegiyası SO-nun keçmiş direktoru X4 məhkəməyə dəvət edərək dindirilməsi və və ona suallar verilməsi üçün şərait yaradılması, habelə mühasibatlıq ekspertizasının təyin olunmasına dair vəsatətlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməməsinə dair kassatorun dəlillərini (bax yuxarıda §§ 21-22) də əsaslı hesab etmir.
49. Belə ki, AM tərəfindən SO-nun keçmiş direktoru X4 mübahisəli məsələlərdən xəbərdar olmasına dair ayrı-ay rı fikirlər səsləndirilməsinə baxmayarq, konkret olaraq həmin şəxsin məhkəməyə dəvət edərək dindirilməsi və və ona suallar verilməsi üçün şərait yaradılmasına dair vəsatət ümumiyyətlə verilməmişdir.
50. O da qeyd olunmalıdır ki, AM-in apellyasiya və kassasiya şikayətlərində pulun verildiyi keçmiş direktor İman Cəfərovla AM arasında olan “WhatsApp” sosial şəbəkəsi vasitəsilə danışıqların və yazışmaların təsdiqini tapdığı göstərilsə də, bununla bağlı tutarlı dəlillərin, sübutların məhkəməyə təqdim oluması işin materiallarından görünmür.
51. Mühasibatlıq ekspertizasının təyin olunmasına dair vəsatətə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 7 aprel tarixli iclasında iştirak edən AM-in nümayəndəsi və vəkili bildirmişdir ki: “Hesab edirəm ki, xüsusi bilik tələb edən sahədi r. Ona görə də mühasibatlıq ekspertizası keçirilməlidir. Ekspertiza təyin olunması barədə vəsatəti yazılı qaydada təqdim edəcəm” (İİİ cild, i/v 29).
52. Lakin sonradan AM tərəfindən belə vəsatətin verilməsi işin materialları ilə müəyyən olunmur.
53. Bundan başqa, məhkəmə kollegiyası malların SO tərəfindən AM-ə təhvil verilməsi barədə sənədlərin, alış aktlarının SO-dan istənilməməsi, araşdırılmaması, yanlış nəticəyə gəlinməsinə dair kassatorun dəlilləri (bax yuxarıda §§ 23-26) ilə də razılaşmır.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, işə apellyasiya qaydasında baxılarkən AM-in qanuni təmsilçisi 2021-ci il 7 aprel tarixli məhkəmə iclasında izahatında göstərmişdir ki, bütün sifarişlər satıcıya elektron poçt vasitəsi ilə göndərilmiş, SO tərəfindən müqavilə əsasında təhvil verilmiş malların ümumi dəyəri 200.000 manatdan artıq olmamışdır.
55. Kassator AM-in qanuni təmsilçisinin həmin qeydlərini konkret dəlillərlə izah edə bilməmişdir.
56. Əlavə olaraq, məhkəmə kollegiyası elə həmin iclasın protokoluna istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, AM-in qanuni təmsilçisi iclasda ona verilən digər suallara cavab olaraq bildirmişdir ki, “Qarşı tərəfdən malı təhvil alanda təhvil-təslim rəsmi edilməyib”, “Mal anbara daxil olanda rəsmiləşdirmişik”.
57. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən o da müəyyən olunmuşdur ki, 2019-cu il 2 və 3 oktyabr tarixli elektron qaimələr istisna olmaqla AM satıcının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir. 5
8. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, SO tərəfindən alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilmədiyinə dair AM-in dəlilləri əsaslı deyildir.
59. Bununla yanaşı, məhkəmə kollegiyası bəzi elektron qaimə fakturaların müqavilənin müddəti başa çatdıqdan sonra göndərildiyinin, habelə müqavilənin tələbləri pozulmaqla tərtib olunduğunun məhkəmə tərəfindən nəzərə alınmamasına dair kassatorun dəlilləri (bax yuxarıda §§ 27-28) ilə razılaşır.
60. İşin materiallarından görünür ki (İİİ cild, i/v 44), AM-in mühasibi Sergey Qaranin 2019-cu il 30 iyul tarixində elektron poçt vasitəsilə tərəflər arasında bağlanmış müqavilənin daha bir il müddətinə uzadılmayacağı barədə xəbərdarlıq etmişdir.
61. Apellyasiya instansiy ası məhkəməsinin 2021-ci il 21 aprel tarixli iclasında iştirak edən SOnun nümayəndəsi və vəkili ona bu barədə verilən suala cavab olaraq “Bizə belə məktub gəlməyib” deməklə (İİİ cild, i/v 217) kifayətlənmişdir.
62. Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar araşdırma və qiymətləndirmə aparmadan belə qənaətə gəlmişdir ki, müqavilənin qüvvəsi 2019-cu il 1 avqust tarixinədək müəyyən edilmiş, müddət bitdikdən sonra tərəflərdən hər hansı biri digər tərəfə müqaviləyə xitam vermək niyyətində olması ilə əlaqədar müraciət etmədiyindən 2.2-ci bəndə əsasən müqavilənin qüvvəsi bir il uzadılmışdır.
63. Halbuki bu faktın aydınlaşdırılması işin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, SO tərəfindən AM-ə göndərilmiş və hazırkı müb ahisənin predmetini təşkil edən ümumilikdə 5 elektron qaimədən 2-si (EBAA seriyalı 637125 saylı və EBAA seriyalı 721074 saylı elektron qaimələr) məhz 2019-cu il 2 və 3 oktyabr tarixlərində, yəni müqavilənin qüvvəsinin bitdiyi SO tərəfindən iddia olunan 2019-cu il 1 avqust tarixindən sonra göndərilmişdir.
64. Onu da qeyd etmək lazımdır ki, elə apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən olunmuşdur ki, məhz sözügedən iki elektron qaimə istisna olmaqla AM satıcının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir.
65. Bu halın özü də SO-nun təşəbbüsü ilə müqavilənin müddətinin 2019-cu il 1 avqust tarixində bitdiyinə dəlalət edir. İstənilən halda işin materillarından bunun əksinin təsdiq olunması gör ünmür.
66. Bundan başqa, digər üç elektron qaimədən fərqli olaraq, sözügedən iki elektron qaimənin üzərində “Əsas” qeydinin qarşısında “müqaviləyə əsasən” qeydi yazılmış, “Əlavə qeydlər” qeydinin qarşısında isə ümumiyyətlə heç nə yazılmamışdır.
67. Bu isə həmin elektron qaimələrin yuxarıda qeyd olunanlarla yanaşı, habelə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmədiyini də təsdiq edir.
68. Ən azından, həmin Qaydaların 2.6-cı bəndinin (bax yuxarıda § 39) tələblərinə görə, elektron qaimə-faktura malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr, təhvil-təslim ak tları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
69. Bu o anlama gəlir ki, elektron qaimə-faktura tərtib olunarkən bu fakturanın verilməsi üçün əsas olmuş müqavilənin və ya digər sənədlərin rekvizitlərinin konkret göstərilməsi zəruridir.
70. Bu faktın özü də, yəni 3 elektron qaimədən fərqli olaraq, müqavilə müddəti bitdiyi bildirilən tarixdən sonra göndərilmiş 2 elektron qaimə üzərində konkret müqaviləyə və ya digər müvafiq sənədlərə istinad olunmaması onların mötəbərliyinə əsaslı şübhələr yaradır.
71. Lakin apellyasiya instansiyası məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halları digər hallarla qarşılıqlı əlaqədə (kompleks şəkildə) araşdırmamış, təhlil etməmiş, qiymətləndi rməmiş, bununla da MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 37) tələblərini pozmuş, nəticədə kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir.
72. Digər üç elektron qaimənin müqavilənin və qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunmasına dair dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası bununla bağlı ayrıca hüquqi qiymətləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiya məhkəməsinin malların təhvil alınmasının öz təsdiqini tapmasına dair gəldiyi nəticə ilə məhkəmə kollegiyası müqavilə müddətində göndərilmiş digər üç elektron qaiməyə (2018-ci il 9 avqust tarixli EAAL seriyalı 248788 saylı, 2018-ci il 26 oktyabr tarixli EAAN seriyalı 111128 saylı, 2019-cu il 20 iyun tarixli EAAW seriyalı 070193 s aylı elektron qaimələr) münasibətdə razılaşır.
73. Odur ki, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi: 73.1. iki elektron qaiməyə (10.373 manat dəyərində mal ilə bağlı göndərilmiş 2019-cu il 2 oktyabr tarixli EBAA seriyalı 637125 saylı elektron qaimə və 59.106,68 manat dəyərində mal ilə bağlı göndərilmiş 2019-cu il 3 oktyabr tarixli EBAA seriyalı 721074 saylı elektron qaimə - cəmi 69.479,68 manat dəyərində mal ilə bağlı göndərilmiş elektron qaimələr) münasibətdə ləğv olunmalı, həmin elektron qaimələr üzrə yarandığı bildirilən 69.479,68 manat borcla bağlı yuxarıda qeyd olunanlar nəzərə alınmaqla yenidən araşdırma aparılmalı; 73.2. digər 3 elektron qaiməyə (80.426,51 manat dəyərində mal ilə bağlı göndərilmiş 2018- ci il 9 avqust tarixli EAAL seriyalı 248788 saylı elektron qaimə, 109.046,24 manat dəyərində mal ilə bağlı göndərilmiş 2018-ci il 26 oktyabr tarixli EAAN seriyalı 111128 saylı elektron qaimə, 90.516,14 manat dəyərində mal ilə bağlı göndərilmiş 2019-cu il 20 iyun tarixli EAAW seriyalı 070193 saylı elektron qaimə - cəmi 279.988,89 manat dəyərində mal ilə bağlı göndərilmiş elektron qaimələr) münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 aprel tarixli 22(103)-202/2021 saylı qətnaməsi qismən - 2019-cu il 2 və 3 oktyabr tarixli elektron qaimələr üzrə yarandığı bildirilən 69.479, 68 manat borc hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.