Məhkəmə qərarları › İş №2-2(102)-396/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-396/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-396/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması 20.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 22(103)-69/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağ lanmış 31 mart 2019-cu il tarixli 63/19-005 nömrəli beton müqaviləsinə əsasən satıcı aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürür. - Həmin müqavilənin 2.2-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müqavilənin predmeti olan malların qiyməti və miqdarı onun ayrılmaz tərkib hissəsi sayılan və tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş protokollarla müəyyənləşdirilir. - Həmin müqavilənin 8.1-ci bəndinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş məbləği satıcı tərəfindən göndərilmi ş hesab-fakturaya əsasən faktiki göndərilən malın dəyərinə uyğun olaraq satıcının hesablaşma hesabına 100 % əvvəlcədən köçürmə yolu ilə ödəyir. Ödəmə tarixi malın dəyərinin satıcının hesablaşma hesabına daxil olduğu gün hesab olunur.

2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2019-cu il 14 aprel tarixli təhvil-təslim aktı ilə 5.390 manat, 2019-cu il 21 aprel tarixli təhvil-təslim aktı ilə 8.400 manat, 2019-cu il 22 aprel tarixli təhvil-təslim aktı ilə 4.200 manat, 2019cu il 25 aprel tarixli təhvil-təslim aktı ilə 350 manat, 2019-cu il 26 aprel tarixli təhvil-təslim aktı ilə 5.460 manat, 2019-cu il 3 may tarixli təhvil-təslim aktı ilə 2.090 manat, 2019-cu il 16 may və 2019-cu il 17 may tarixli təhvil-təslim aktları ilə 72.390 manat, 2019-cu il 20 may tarixli təhvil-təslim aktı ilə 7.910 manat, 2019-cu il 24 may tarixli və 2019-cu il 25 may tarixli təhvil-təslim aktları ilə 60.230 manat, 2019-cu il 24 may tarixli təhvil-təslim aktı ilə 700 manat, 2019-cu il 30 may tarixli təhvil-təslim aktı ilə 1.680 manat, 2019-cu il 31 may tarixli təhvil-təslim aktı ilə 5.180 manat, 2019-cu il 10 iyun tarixli təhvil-təslim aktı ilə 10.450 manat, 2019-cu il 16 iyun tarixli təhvil-təslim aktı ilə 9.215 manat, 2019-cu il 22 iyun tarixli təhviltəslim aktı ilə 4.655 manat, 2019-cu il 25 iyun tarixli təhvil-təslim aktı ilə 5.950 manat, 2019-cu il 28 iyun tarixli təhvil-təslim aktı ilə 4.560 manat, 2019-cu il 1 iyul tarixli təhvil-təslim aktı ilə 7.742,50 manat məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

3. EAAW 066390 nömrəli 2019-cu il 20 iyun tarixli elektr on qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 17.700,35 manat məbləğində mal təhvil verilmişdir. 4. 2019-cu il 21 iyun tarixli İC 398108 nömrəli elektron vergi hesabfakturasından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1.770,35 manat məbləğində mal təhvil verilmişdir. 5. 2019-cu il 27 may tarixli 002 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15.000 manat məbləğində pul köçürülmüşdür.

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********1 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişindən görünür ki, İddiaçı MMC 2010-cu il 1 iyun tarixdən Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. 7. 2022-ci il 12 aprel tarix li, MŞB/5-01208 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC sessiyanın tarixi, saatı və yeri barədə 5 gün öncə poçt vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişdir. İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyası üçün 400 manat məbləğində vəsait ödənmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 4 mart tarixli pretenziya məktubu ünvanlanaraq tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli 63/19-005 nömrəli müqaviləyə əsasən yaranmış 255531,95 manat borcun 5 iş günü ərzində iddiaçıya ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bun dan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 216.552,50 manat əsas borc, 38.979,45 manat ƏDV-nin, cəmi 255.531,95 manat pulun, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 145,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında beton alqısatqısına dair 2019-cu il 31 mart tarixli 63/19-005 №-li müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı (cavabdeh) isə onun sifa rişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2019-cu il 14 aprel tarixli təhvil-təslim aktı ilə 5.390 manat, 2019-cu il 21 aprel tarixli təhvil-təslim aktı ilə 8.400 manat, 2019-cu il 22 aprel tarixli təhviltəslim aktı ilə 4.200 manat, 2019-cu il 25 aprel tarixli təhvil-təslim aktı ilə 350 manat, 2019-cu il 26 aprel tarixli təhvil-təslim aktı ilə 5.460 manat, 2019-cu il 3 may tarixli təhvil-təslim aktı ilə 2.090 manat, 2019-cu il 16 may və 2019-cu il 17 may tarixli təhvil-təslim aktları ilə 72.390 manat, 2019-cu il 20 may tarixli təhviltəslim aktı ilə 7.910 manat, 2019-cu il 24 may tarixli və 2019-cu il 25 may tarixli təhvil-təslim aktları ilə 6 0.230 manat, 2019-cu il 24 may tarixli təhvil-təslim aktı ilə 700 manat, 2019-cu il 30 may tarixli təhvil-təslim aktı ilə 1.680 manat, 2019-cu il 31 may tarixli təhvil-təslim aktı ilə 5.180 manat, 2019-cu il 10 iyun tarixli təhviltəslim aktı ilə 10.450 manat, 2019-cu il 16 iyun tarixli təhvil-təslim aktı ilə 9.215 manat, 2019-cu il 22 iyun tarixli təhvil-təslim aktı ilə 4.655 manat, 2019-cu il 25 iyun tarixli təhvil-təslim aktı ilə 5.950 manat, 2019-cu il 28 iyun tarixli təhvil-təslim aktı ilə 4.560 manat, 2019-cu il 1 iyul tarixli təhvil-təslim aktı ilə 7.742,50 manat olmaqla, cəmi 216.552,50 manat dəyərində beton təhvil vermiş, cavabdeh isə təhvil almışdır. İddiaçı 2022-ci il 4 mart tarixində cavabdehə pretenziya göndərərək cavabdehə vermiş olduğu betonun satış qiymətini təşkil edən 216. 552,50 manat və ona hesablanmış 38.979,45 manat ƏDV-ni, cəmi 255.531,95 manat pulu 5 iş günü müddətində ödənilməsini tələb etmiş, lakin cavabdeh tələbi yerinə yetirməmiş, həmçinin pretenziyaya cavab verməmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 567, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 107, 115.0.9, 119-cu maddələrinə istinad etmişdir.

12. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır. 13. 2022-ci il 27 may tarixli, e-2-2(113)-2278/2022 saylı protokoldan görünür ki, vəsatət təmin edilmiş, iddiaçının ərizəsi əsasında toplanmış materiallarda olan sənədlərin təsdiq olunmuş surətl ərinin məhkəməyə təqdim edilməsi məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərilmişdir (i/v 62, cild 1).

14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2022-ci il 2 avqust tarixli 007-9938-1222 nömrəli məktubuna əsasən, Ağcabədi şəhəri, Z.Adıgözəlov küçəsi, ev 83-də qeydiyyatda olan X4 BMCMİ-yə ərizə ilə müraciət edərək Türkiyə vətəndaşı Barış Dəmirə beton satdığını, lakin dəyərinin ödənilmədiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh MMC 2019-cu ilin aprel ayında İddiaçı MMC ilə müqavilə bağlayaraq 216.000 manat dəyərində beton almışdır. Məbləğin bir hissəsi ödənilərək borc qalmışdır. Mübahisənin mülki xarakterli olmasını nəzərə alaraq X3 məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur.

15. Cavabdeh 2022-ci il 17 avqust tarixində ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının direktoru X2 BMCMİ-nə Türkiyə vətəndaşı Barış Dəmirə beton satması, lakin sonuncu tərəfindən dəyərinin ödənilməməsi barədə ərizəsi əsasında aparılmış araşdırma ilə bağlı toplanmış sübutların surətinin BMCMİ-dən götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 avqust tarixli, e-2-2(113)2278/2022 saylı qərardadı ilə vəsatət təmin olunmuşdur (hakim Ü.Həsənova).

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 sentyabr tarixli, e-2-2(113)2278/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 201.552,50 manat əsas borc, 38.979,45 manat ƏDV, ümumilikdə 240.531,95 manat məbləğində pul və ödənilmiş 400 manat məbləğində dövlət rüsumu nun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun 145 manat hissəsinin ödənilməsi iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Ü.Həsənova).

18. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədinə əsasən 15.000 manat məbləğində pul iddiaçıya ödənilmiş, göstərilən faktı iddiaçının nümayəndəsi öz izahatında da təsdiq etmişdir. Cavabdeh iddiaya etiraz edərək iddiaçıdan alınan malların dəyərinin əksər hissəsinin ödənildiyini, hazırda borcun məbləğinin ƏDV daxil olmaqla təxminən 33.000 manat təşkil etdiyini bildirmişdir. Sonuncu borcun bir qisminin nağd qaydada ödənildiyini, habelə qalan borcun mənzillə əvəzləşdirildiyini təsdiq edən belə bir sənəd təqdim edə bilməmişdir.

19. Məhkəmə iclasında şahid Barış Demir ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışmışdır, hazırda "xxxx" MMC-də işləyir. Ağ Şəhərdə inşa olunacaq bina üçün betonu iddiaçıdan almışlar, həmin alınan mala görə borc üzrə ödənişin böyük hissəsini həyata keçirmişlər, təxminən 20 faiz hissəsində qalıq borc qalmışdır. Təxmini ƏDV daxil 55.000 manata yaxın qalıq borc məbləği qalmışdır. İddiaçıya rəsmi olaraq 15.000 manat pulu ödəmişlər. Həmin məbləğdən əlavə mənzil satışından əldə edilən pulu nağd şəkildə direktor H.İmanova ödəmişlər. İddiaçı cavabdehə rəsmi olaraq hesabfaktura verməmişdir. Müqavilə üzrə 289.400 manat məbləğində mal almışlar. Ödənişləri çox vaxt iddiaçının nümayəndəsi Habil müəllimin özünə nağd şəkildə ödəmişlər. İddiaçı ilə digər müqavilələri olmamışdır. M.Çelik cavabdehin direktoru vəzifəsində işləmiş, H.İmanov isə direktor müavini olaraq nəzarəti həyata keçirdirdi. Faktiki rəhbər M.Çelik olduğu üçün H.İmanov cavabdeh şirkəti deyil, şəxsən sonuncunu BMCMİ-yə şikayət etmişdir. Halbuki, həmin şikayət verilərkən H.İmanov həmin şirkətdə çalışmırdı və həmin borcu niyə şirkətdən deyil, məhz sonuncudan tələb etməsinin səbəbini bilməmişdir. M.Çelikin H.İmanova 55.600 manat məbləğində borcu olmamışdır. Həmin borc cavabdehin borcu olmuşdur. 133.000 manat borcla bağlı isə H.İmanov BMCMİ-yə ümumiyyətlə hər hansı sənəd təqdim edə bilməmişdir.

20. Məhkəmə iclasında şahid Zehra Demir ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-də direktor müavini vəzifəsində çalışmışdır. Hazırda "xxxx" MMC-də işləyir. Belə ki, iddiaçı Ağ Şəhərdə yerləşən “Park Çinar” Yaşayış Kompleksinin tikilməsi üçün cavabdehə beton vermişdir. Cavabdehin iddiaçıya 33.000 manat məbləğində qalıq borcu yaranmışdır. İddiaçının direktoru Habil müəllim Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edən zaman cavabdehin iddiaçıya 33.000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Müqavilə bağlanılan zaman M.Çelik cavabdeh şirkətdə direktor müavini vəzifəsində işləyirdi. Ümumilikdə 216.500 manatlıq mal cavabdehə təhvil verilmişdir. Həmin dövrdə B.De mir icraçı direktor vəzifəsində işləyirdi. Yaranan mübahisənin cinayət xarakterli olması məqsədilə Habil müəllim B.Demiri şikayət etmişdi. Ağ şəhərdə yerləşən mənzili satıb pulunu H.İmanova vermişlər. Buna dair heç bir sənəd tərtib edilməmişdir. 38.979 manat məbləğində ƏDV-ni nağd şəkildə iddiaçıya təqdim etmişlər ki, sonuncu həmin pulu dövlət büdcəsinə ödəsin. Cavabdehin təqdim etmiş olduğu şahidlər Z.Demir və B.Demir ifadələrində iddiaçıya olan borcun əksər hissəsinin nağd şəkildə qaytarıldığını bildirsələr də, lakin həmin borcun konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (müqavilə bağla narkən cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslər olmuşlar. Şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr tərəflər arasında mövcud tikinti avadanlıqlarının qaytarılması öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1, MPM-in 14.2, 76.2, 77.1, 119.1, 217.1-ci maddələrinə istinad etmişdir.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv olunması və cavabdeh dən iddiaçının xeyrinə 33.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh 2022-ci il 1 dekabr tarixində ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçının direktoru X2 BMCMİ-nə Türkiyə vətəndaşı Barış Dəmirə beton satması, lakin onun tərəfindən dəyərinin ödənilməməsi barədə ərizəsi əsasında aparılmış araşdırma ilə bağlı toplanılmış sübutların surətinin BMCMİ-dən götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

24. İş üzrə 2023-cü il 2 fevral tarixində keçirilmiş məhkəmə iclasında vəsatət müzakirə edilərək, təmin edilmiş, X2 şikayət ərizəsi üzrə toplanmış materialların məhkəməyə təqdim olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cina yətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-69/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması, həmin müqavilə üzrə ƏDV-siz 216552,5 manat, ƏDV 38979,45 manat olmaqla, ümumilikdə 255531,95 manat dəyərində beton məhsulunun cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən 15000 manat ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.

27. İddiaçı bildirir ki, qalıq borc ƏDV daxil 240531,95 manat təşkil edir. Cavabdeh isə bildirir ki, o, həmin borcun böyük hissəsini (15000 manat ödənişdən savayı) iddiaçıya nağd şəkildə ödəmiş, borcun bir hissəsi isə mənzil verilməsi yolu ilə əvəzləşdirilmişdir. Hazırda onun qalıq borcu ƏDV daxil olmaqla 33000 manat təşkil edir.

28. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, sonuncu bunu təsdiq edən heç bir sübutu (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən şahidlər Barıs Demir və Zehra Demirin ifadələri isə qeyd olunan halları təsdiq edən sübut qismində qiymətləndirilə bilməz. Belə ki, həmin şahi dlər öz ifadələrində iddiaçıya olan borcun əksər hissəsinin nağd şəkildə qaytarıldığını bildirsələr də, lakin həmin borcun konkret olaraq kimə, hansı şəraitdə qaytarılması, eləcə də hansı tarixdə qaytarılması ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.

29. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (müqavilə bağlanarkən cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Cavabdehin vəsatəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsindən tələb olunan sənədlərdə də cavabdeh tərəfindən nağd qaydada pulun ödənilməsi halı öz təsdiqini tapmır. Eyni zamanda, şikayət ərizəsində iddiaçı hüquqi şəxsin rəhbəri Habil İmanov tərəfindən borcun 55600 manat qeyd edilməsi cavabdehin istinad etdiyi halları təsdiq etmir. Belə ki, həmin ərizə ilə bağlı iddiaçının nümayəndəsi bildirib ki, şikayət ərizəsində X5 Dəmir arasında olan digər iş birliyi ilə bağlı faktlar göstərilmiş və həmin ərizənin hazırki iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə aidiyyatı yoxdur. Həmin ərizədən də görünür ki, şikayət ərizəsində hazırki iş üzrə tərəflərin adları qeyd edilməmiş və X5 Dəmir arasında olan kommersiya münasibətləri ilə bağlı faktlar göstərilmişdir.

30. Birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin sorğularına cavab olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla İş üzrə Baş İdarəsinin 2022-ci il 2 avqust və 2023-cü il 21 fevral tarixli məktublarında hazırki iş üzrə tərəflərin adlarının və mübahisənin predmetinə aid halların qeyd edilməsinə dair isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı ilə müəyyən edilən halların məcburiliyini müəyyən etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ƏDV daxil 240531,95 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

32. Məhkəmə gəldiyi nəticəni MM-in 567 və 598.3-cü maddələrinə, MPM-in 77.1, 82.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

33. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. MM-in 425-ci maddəsinin tələbi pozulmuşdur- iddiaçının iddia tələbində qeyd olunanlar hüquqi tərəfdən həqiqəti əks etdirməmişdir. Tərəflər arasında betonun alınmasına dair müqavilə bağlansa da, tərəflər arasında mübahisə yaranmış və nəticədə alınmış betonun dəyərinin ödənilməsində problemlər yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya yaranmış borcu n çox hissəsi ödənilmiş, borcun yalnız 33.000 manat məbləğində az bir hissəsi qalmışdır ki, həmin qalıq vəsait cavabdeh tərəfindən ödəniləcəkdir. İddiaçı müqavilədə sərtləşdirilmiş məbləğin çox hissəsinin sonuncuya ödənilməsinə baxmayaraq, həmin borcla bağlı sənədləşmə aparılmasından sui-istifadə edərək qanunsuz olaraq cavabdehə qarşı qeyd olunan iddianı qaldırmışdır. Məhkəmələr təqdim edilmiş şahid ifadələri və H.İmanovun DİN-in BMCMİ-nə ərizəsində və izahatında göstərilən xüsusatları əsassız hesab etmişdir. Həmin borcun böyük hissəsini (15.000 manat xaric olmaqla) iddiaçıya mənzil verilməsi yolu ilə əvəzləşdirdiyindən, hazırkı qalıq borc 33.000 manat məbləğində olduğu halda, apellyasiya məhkəməsi həmin dəlili əsassız saymış və bununla bağlı heç bir sübut təqdim olunmadığını bildirmişdir.

35. MPM-in 2.2, 76, 77, 88, 106 və 217-ci maddələrinin tələbləri pozulmuşdurX4 BMCMİ-yə təqdim etmiş olduğu ərizəsində betondan 55.600 manat və metalkonstruksiya işlərində ortaq işdən qalan 130.000 manat məbləğində pulun verilməsinə köməklik olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən məhkəmədə verilmiş izahatdan aydın olmuşdur ki, tərəflər arasında borcun 33.000 manat olması etiraf olunmuşdur. Həmçinin qeyd olunan məbləğlə bağlı verilmiş şahid ifadələrində də göstərilmişdir ki, qalıq borcun 33.000 manat məbləğində olması sübut olunmuşdur. Lakin məhkəmə bu dəlilə hüquqi qiymət verməmişdir. Həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla iş üzrə Baş İdarəsində verilmiş ərizədə qeyd edilmişdir ki, X5 Dəmir arasında olan digər iş birliyi ilə bağlı faktlar göstərilmiş və həmin ərizədə tərəfl ər arasında bağlanmış müqavilə ilə bağlı heç nə göstərilməməsinə, tərəflərin adları qeyd edilməməsinə və X5 Dəmir arasında olan kommersiya münasibətləri ilə bağlı faktlar göstərilməsinə baxmayaraq, Habil İmanovun 2021-ci il 14 sentyabr tarixdə BMCMİ-nin rəisi Əbülfət Rzayevin adına izahat yazmış olduğu izahatında bütün faktlar öz əksini tapmışdır.

36. Məhkəmə şahidlərin ifadələrinə qeyri-obyektiv, qərəzli qiymət vermiş, şahidlərin pulun nağd qaydada iddiaçının direktoru H.İmanova verilməsini nəzərə almamışdır. Şahidlərin ifadələrində qeyd olunan xüsusatların iddiaçının direktorunun şahidlər barəsində Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə etdiyi şikayət ərizəsində və izahatında göstərilən xüsusatlarla üst-üstə düşməsini nəzərə almamışdır. Məhkəmə araşdırmalarında cavabdeh tərəfin iddiaçı dan beton aldığı və iddiaçıya borcun çox hissəsinin ödənilməsi təsdiq olunmasına baxmayaraq, cavabdehin iddiaçıya borcunun hansı həcmdə qalması ilə bağlı məsələni aydınlaşdırılmamış, bu xüsusat üzrə tərəflərin izahatları lazımi şəkildə qiymət verməmiş, onların verdikləri məlumatlar işdəki digər sübutlarla birgə təhlil və tədqiq olunmamışdır. İddiaçının polis orqanına verdiyi izahata apellyasiya məhkəməsinin mövqeyi mülki prosessual qanunvericiliyə uyğun deyil. Sözügedən izahatın Habil İmanov tərəfindən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verildiyi, həmin izahatda hazırkı iş üzrə mübahisəli hallara dair məlumatların yer aldığı məlum olmuşdur. 37. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekab r 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 31 may tarixli və Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 15 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında göstərilən tələblərə riayət olunmamışdır. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

39. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin təl əblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

40. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərba ycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üz rə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödə məyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəz ərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

43. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar... 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri il ə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə q iymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qayda lara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə tərəflər arasında 2019-cu il 31 mart tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə 216.552,5 manat ƏDV-siz, 38479,45 ƏDV olmaqla, ümumilikdə 255531,95 manat dəyərində beton məhsul cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən 15000 manat pul ödənilmişdir.

47. İddiaçı hazırki tələbində həmin müqaviləyə əsasən qalan 216.552,50 manat əsas borcun, 38.979,45 manat ƏDV-nin, cəmi 255.531,95 manat pulun tutulmasını xahiş edir.

48. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və ona əsaslanmışdır ki, cavabdeh iddia olunan borcun böyük hissəsini (15000 manat ödənişdən savayı) iddiaçıya nağd şəkildə ödədiyini, borcun bir hissəsinin isə mənzil verilməsi yolu ilə əvəzləşdirildiyini, qalıq borcun ƏDV daxil olmaqla 33000 manat təşkil etdiyini göstərsə də, bunu təsdiq edən heç bir sübutu (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

49. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellya siya instansiyası məhkəməsi iş üzrə şahid ifadələrini və iddiaçının direktoru H.İmanovun DİN-in BMCMİ-nə ünvanladığı ərizəsində və izahatında göstərilən xüsusatları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin qeyd edilən dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir.

51. Belə ki, işin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsi və vəkilinin vəsatətinə əsasən iddiaçı hüquqi şəxsin rəhbəri H.İmanovun şikayət ərizəsi üzrə toplanmış materialların təqdim edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq la Mübarizə İdarəsin sorğu göndərmişdir.

52. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apellyasiya instansiyası məhkəməsinin müraciətinə 2023-cü il 21 fevral tarixli 3-13-6/22/53/2023 saylı cavab məktubunda göstərilmişdir ki, «X4 BMCMİ-yə ərizə ilə müraciət edərək Türkiyə vətəndaşı Barış Dəmirə beton satdığını, lakin dəyərinin ödənilmədiyini bildirmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh MMC 2019-cu ilin aprel ayında İddiaçı MMC ilə müqavilə bağlayaraq 216.000 manat dəyərində beton almışdır. Məbləğin bir hissəsi ödənilərək borc qalmışdır».

53. Həmin İdarə tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş icraat materiallarına əlavə edilən, iddiaçı hüquqi şəxsin rəhbəri H.İmanov 2021-ci il 08 sent yabr tarixli izahatında 2019-cu ilin aprel ayında "xxxx" MMC ilə 2019-cu ilin aprel ayında müqavilə bağladığını, həmin ilin aprel-iyun ayları ərzində 216.000 manatlıq beton verdiyini, betonun pulundan 15.000 manat rəsmi ödəniş olduğunu, pulunu ödəyə bilmədiyi üçün Barış Dəmirin ona pul əvəzində ev verdiyini və həmin borcdan 55.000 manat borcunun qaldığını göstərmişdir.

54. Göründüyü kimi, məhkəmyədək aparılmış icraat materiallarında iddiaçı hüquqi şəxsin rəhbəri cavabdehin beton məhsullarının alqı-satqı satqısı müqaviləsi üzrə cəmi 55.000 manat borcunun qaldığını təsdiq etmişdir

55. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPMnin 106.3-cü maddəsi).

56. Qeyd olunmalıdır ki, apellyas iya instansiyası məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2023-cü il 14 mart tarixli müşayət məktubu ilə təqdim olunmuş həmin icraat materialları 2023-cü il 16 mart tarixində apellyasiya instansiyası məhkəməsinə daxil olsa da, baxılan iş üzrə 2023-cü il 17 mart tarixində keçirilən məhkəmə iclasında sözügedən materialların sübuti əhəmiyyəti ilə bağlı araşdırma aparıldığı qeyd olunmamış, işdə iştirak edən cavabdehin nümayəndəsinin qeyd olunan sənədlərə münasibəti aydınlaşdırılmamış, iş üzrə qəbul edilmiş qətnamədə də iddiaçı hüquqi şəxsin rəhbəri H.İmanov 2021-ci il 08 sentyabr tarixli izahatı ilə bağlı hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır. Məhkəmə iclas protokolunda Azərbaycan Respubl ikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən göndərilmiş məktubun elan edilməsi ilə kifayətlənmişdir. Sözügedən İdarənin işin materiallarında bir neçə məktubunun olduğu nəzərə alınsa, məhkəmənin konkret olaraq hansı sənədi elan etdiyi müəyyən deyildir.

57. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsində (İ cild, i.v 110-111, 2021-ci il 3 sentyabr tarixində daxil olmuşdur) Barış Dəmirlə iş birliyinə dair faktlara istinad etsə də, sonrakı mərhələdə araşdırma zamanı verdiyi izahatında (İ cild i.v 249) mübahisənin baxılan iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən yarandığını təsdiq etmişdir.

58. Göstə rilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi, özünün sorğusu əsasında aldığı sənədlər üzrə zəruri qiymətləndirməni aparmamaqla, MPM-nin 88, 106 və 217-ci maddələrinin tələblərini pozmuş, mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir.

59. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edil məsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir».

60. «….məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır». (Konstitus iya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

62. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2- 2(103)-69/2023 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qə bul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov Z.B.Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar