Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-398/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı X3 Cavabdeh MMC-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: 163925 manat məbləğin ödənilməsi, müqavilənin etibarsız sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X3 Cavabdeh MMC-nə qarşı 163.925 manat məbləğin ödənilməsi barədə ilkin iddia tələbi, Cavabdeh MMC-nin X5 qarşı müqavilənin etibarsız sayılması və s. qarşılıqlı iddia tələblərinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-2(103)-203/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnaməyə görə, X7 vergi ödəyicisi kimi uçota alınaraq ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir.
2. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, Cavabdeh 05 may 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 3. 19 avqust 2019-cu il tarixli Partnyorluq haqqında müqaviləyə görə, Burak X1 sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdeh sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlə nməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh isə vasitəçilikdən əldə etdiyi qazanc mənfəətin 33 faiz həcmini X5 verməyi öhdələrinə götürmüşlər. 4. 30 iyun 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara görə, X2 və X4 qarşılıqlı müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir.
5. Həmin qərara əsasən, Cavabdeh ilə X8 arasında bağlanmış müqavilənin sonradan saxtakarlıq yolu ilə dəyişdirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin 5/341 saylı ekspert rəyinə əsasən təsdiqini tapmamışdır.
6. İş materiallarındakı e-mail yazışmalara görə, iddiaçı müxtəlif vaxtlarda müxtəlif şəxslərlə işlərin görülməsi, yeri nə yetirilməsi ilə bağlı yazışmalar aparmışdır. 7. 02 mart 2019-cu il tarixli EBAH seriyalı 069865 saylı, 19 oktyabr 2020-ci il tarixli EBAR seriyalı 442672 saylı və 442739 saylı elektron qaimələrə görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə hesabına müvafiq olaraq 6000 manat, 10000 manat və 5200 manat olmaqla, cəmi 21200 manat dəyərində hüquqi xidmət göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı X7 (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 163.925 manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19.08.2019cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə Burak X1 sahəsində ölkədaxili və ölkəxarici əlaqələri, nüfuzu və sair göstəriciləri sayəsində Cavabdehnə sahibkarlıq fəaliyyətinin, maliyyə dövriyyəsinin və maliyyə imkanlarının genişlənməsini təmin etmək məqsədi ilə sonuncuya digər şəxslərlə biznes əməkdaşlığının (distryubüterlik, nümayəndəlik, alqı-satqı və sair üzrə) yaradılmasında kömək etməyi, Cavabdeh əməkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirməyi və bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış-idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh isə həmin müqa vilənin şərtlərinə əsasən X3 fəaliyyəti, vasitəçiliyi, köməyi sayəsində əldə etdiyi mənfəətin 33% hissəsini vaxtında və tam şəkildə iddiaçıya ödəməyi, müqavilə ilə nəzərdə tutulmuş şərtlərin qeyd şərtsiz yerinə yetirilməsi və s. öhdəlikləri üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilənin 1-ci bəndində göstərilın mənfəətdən iddiaçının əldə edəcəyi qazanc (gəlir) mənfəətin 33% həcmini təşkil etməlidir. Müqavilənin 2.2-ci bəndinə görə mənfəətin 33% qazanc hissəsi “ikinci tərəfin bu müqavilənin bağlanan tarixdən bu müqavilə qüvvədə olduğu müddətdə satdığı mallara, şirkətlərə xidmət və servis işlərinə görə hesablanır. Müqavilənin 2.3-cü bəndinə görə hesablaşma hər cari ayın sonu növbəti ayın 5-dək nağdsız qaydada həyata keçirilir. Müqavilənin 3-cü bəndinə görə X7, Cavabdeh ə məkdaşlıq etdiyi tərəfdaşlarla münasibətləri inkişaf etdirmək, bu istiqamətdə tövsiyyələr verməyi, ona Azərbaycan Respublikası ərazisində satış idarəetmə sahəsində kommersiya metodlarından və bu sahədə müvafiq yeniliklərdən istifadə etməklə dəstək vermək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə isə bu müqavilənin şərtlərinə əsasən “ikinci tərəf” əldə etdiyi mənfəətin 33% hissəsini “birinci tərəfin” gəlirini (qazancını) vaxtında və tam şəkildə birinci tərəfə ödəməyi, bu müqavilənin qüvvədə olduğu müddətdə birinci tərəfin əldə edəcəyi 33% qazanc (gəlir) bu müqavilədə adı göstərilməyən başqa bir əmtəə nişanı adı altında malların satın alınaraq həmin mallardan əldə etdiyi mənfəətə də şamil edilir. Müqavilənin 3.2.3-cü bəndi ilə cavabdeh üzərinə bu müqavilənin 2-ci bəndin də göstərilən şərtlərin qeyd şərtsiz yerinə yetirilməsi və bu hissədə şəffaflığı təmin etməyi öhdəlik olaraq götürmüşdür. Məhz həmin müqavilə üzrə iddiaçının fəaliyyəti nəticəsində 19.08.2019-cu il tarixdən 24.01.2020-ci il tarixədək cavabdeh 509.468 manat məbləğində qazanc əldə etmişdir. Belə ki, 19.08.2019-cu il tarixli “Partnyorluq haqqında” 01 saylı müqavilə bağlandıqdan sonra bilavasitə iddiaçının fəaliyyəti nəticəsində cavabdeh 19.08.2019-cu il tarixdən 31.01.2020-ci il tarixədək şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509.468 manat gəlir əldə etmişdir. Qeyd olunan şirkətlərlə əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yaxşılaşdırılması, satışın artırılması bilavasitə iddiaçının vasitəsi ilə və zəhməti, əməyi hesabına olmuşdur. 19.08.2019-cu il tari xli Partnyorluq haqqında 01 saylı müqavilənin şərtlərinə görə cavabdeh əldə etdiyi mənfəətin 509.468 manatın 33%-ni, yəni 168.125 manat məbləği iddiaçıya ödənilməli idi. Lakin cavabdeh həmin qazancdan iddiaçıya yalnız 4.200 manat məbləğdə vəsait ödəmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müqavilənin şərtləri tam və layiqincə yerinə yetirildiyi halda, cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. İddiaçının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləğin ödənilməsindən imtna etmişdir. Məhz iddiaçının fəaliyyətinin nəticəsi olaraq cavabdeh bu günədək müxtəlif şirkətlərdən qazanc əldə etməkdədir. Həmçinin, qeyd olunan müştərilərlə bağlanmış müqavilələr Cavabdehndə s axlanılır və iddiaçı həmin müqavilələri məhkəməyə təqdim edə bilmir. 19.08.2019-cu il tarixli Partnyorluq haqqında 01 saylı müqavilənin 5.1-ci bəndinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtləri tərəflərdən hər hansı biri yerinə yetirmədikdə, yaxud qismən yerinə yetirdikdə bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidir.
10. Cavabdeh X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.08.2019-cu il tarixli, 01 saylı Partnyorluq müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehdən əsassız iddia verdiyinə görə 1.000 manat, həmin iddiadan müdafiə olunmaq üçün iddiaçının çəkdiyi xərclərin əvəzində 32.000 manat, cəmi 33.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat məbləğinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19.08.2019-cu il tarixdə hər hansı müqavilə bağlanmamışdır, bağlanması mümkün də deyildi. X7 Cavabdeh MMC ilə, sonuncunun təsisçisi və direktoru olan Bülent Yerlikayaların şəxsində yalnız 05.09.2019-cu il tarixdə tanış olmuşdur. Həmin tanışlıqdan bir gün əvvəl X3 xahişi ilə onun SV-si Cavabdeh MMC-də mühasib vəzifəsində işləyən Gülnur xanım tərəfindən Bülent Yerlikayalara təqdim edilmiş, bundan sonra Bülent Yerlikayalar X6 qəbul etmiş, onunla söhbət etdikdən sonra Bülent Yerlikayalar belə qərara gəlmişdir ki, onunla əməkdaşlıq etmək olar. İddiaçı Bakı şəhərində bir çox şirkətlərlə əlaqəsinin olduğunu, həmin şirkətlərlə cavabdeh arasında vasitəçilik xidmətləri göstərə biləcəyini, nəticədə həmin şirkətlərdən sərfəl i təkliflər alınmasında yardımçı ola biləcəyini bildirmişdir. Onun təklifi qəbul edilmiş və onunla əməkdaşlıq edilməyə başlanılmışdır. Razılaşmaya görə X7 müştərilər gətirməli, Bülent Yerlikayalar da qarşılığında onun göstərdiyi vasitəçilik xidmətinin haqqını ödəməli idi. Beləliklə, Partnyorluq müqaviləsi bağlanmış, müqavilə bağlandıqdan sonra birinci iki ay ərzində X5 hər ay 2100 manat xidmət haqqı verilmiş, bundan əlavə o, Bülent Yerlikayalardan müştəri gətirəcəyi adı ilə 3000 manat əlavə xidmət haqqı və 200 dollar da borc almışdır. Lakin onun heç bir müştəri gətirmədiyini və ümumiyyətlə, bununla bağlı hər hansı fəaliyyət göstərmədiyini görüb, Bülent Yerlikayalar ona daha pul verməmişdir. 15.01.2020-ci ildə X7 Cavabdeh MMC-nin mühasibinin telefonuna zəng vurub onun vasitəsilə Bülent Yerl ikayalardan 50.000 manat pul tələb etmişdir. Həmin telefon danışığı zamanı X7 mühasibə demişdir ki, əgər tələb etdiyi pulu ona verməsələr, Bülent Yerlikayalardan vergi orqanına şikayət edərək Bülent Yerlikayaların vergidən yayındığını deyəcəkdir. Bundan sonra isə Bülent Yerlikayalar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə teleqram vurub X3 hərəkətlərindən şikayət etmiş, həmin şikayət ərazi aidiyyəti üzrə araşdırılması üçün Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. Sonradan ofisdə müqavilələrin qoyulduğu fayıldan X7 ilə bağlanmış müqaviləni çıxarıb nəzər salarkən Bülent Yerlikayalara məlum olmuşdur ki, həmin müqavilənin 1-ci və 2-ci səhifələrində dəyişiklik edilmişdir. Müqavilənin birinci və ikinci səhifələrindən görünür ki, həmin səhifələrdə Bülent Yerlikayalar imza etmədiyi halda, həmin səhifələrdə X7 tərəfindən imzalar edilmişdir, həm də həmin imzalar müqavilənin son səhifəsindəki imzaların icra edilməsində istifadə edilmiş qələmdən fərqli qələmlə icra edilmişdir. Həmçinin, müqavilənin birinci və ikinci səhifələrinə vurulmuş möhür yaşıl rəngdə, son səhifəsinə vurulmuş möhür isə göy rəngdədir. X7 ilə bağlanmış müqaviləni imzalayan zaman hər iki tərəf müqavilənin bütün səhifələrini eyni qələmlə imzalamış və həmin vaxt müqavilənin bütün səhifələri göy rəngdə olan möhürlə təsdiq edilmişdi. Həmin möhürün mürəkkəbi yaşıl rəngə 15 noyabr 2019-cu il tarixdə, yəni müqavilə bağlandıqdan və təsdiq edildikdən sonra, möhürün mürəkkəbi qurtarmış olduğundan mühasib Gülnur xanımın yanında dəyişilmişdi. Yuxarıda da qeyd edildiyi kimi Cavabdeh MMC-nin ofisi bir otaq dan ibarətdir, həmin otaqda bütün işçilər birlikdə oturur. X7 da həmin otaqda otururdu. Şirkətin bütün sənədləri də həmin otaqda olurdu, möhür isə Bülent Yerlikayaların stolunda olurdu. Buna görə otaqda olan hər kəs kimi X7 da möhürün və sənədlərin harda saxlanıldığını yaxşı bilirdi. X7 işçilər otaqda olmayanda müqavilənin nüsxələrinin birinci və ikinci səhifələrini özünə sərf edən qaydada, yəni əvvəla müqavilənin bağlandığı tarixi dəyişərək həmin tarixi 19.08.2019-cu il, müqavilənin 2.1, 2.2, 3.2.1, 3.2.2-ci bəndlərini dəyişdirərək, həmin bəndlərdə onun qazancının guya 33 % olmasını göstərmiş, bundan sonra müqavilənin həmin səhifələrini öz imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq etmiş, lakin bu zaman möhürün yaşıl rəngdə olmasına da əhəmiyyət verməmişdir. Müqavilənin son səhifələri ni isə orada Bülent Yerlikayaların imzasını yalnız saxtalaşdırmaqla dəyişdirə biləcəyini başa düşdüyündən, son səhifəni dəyişərsə, Bülent Yerlikayaların imzasını da saxtalaşdırmalı olacağından çəkinərək, dəyişməmişdir. 12. "xxxx" MMC ilə Cavabdeh MMC arasındakı müqavilə 01 yanvar 2017-ci il tarixdə bağlanmışdır, 01 fevral 2019-cu il tarixdə isə yenilənmişdir. İlk iddiaçının məhkəməyə təqdim etdiyi və əsasında ilk iddia tələbini irəli sürdüyü guya onunla Cavabdeh MMC arasında bağlanmış 19.08.2019-cu il tarixli 01 saylı Partnyorluq müqaviləsi ilk iddiaçı tərəfindən 1-ci və 2-ci səhifələri dəyişdirilərək saxtalaşdırıldığından, məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia ərizəsinə qoşmada məhkəməyə təqdim edilmiş "xxxx" MMC ilə Cavabdeh MMC arasında «Hüquq xidmətlərinin gö stərilməsi haqqında» 01/20 saylı 03 fevral 2020-ci il tarixli müqavilənin 2.1.4-cü bəndindən görünür ki, "xxxx" MMC Cavabdeh MMC-ni «iddiaçı X3 Cavabdeh MMC-yə qarşı «müqavilələrdən irəli gələn öhdəliklər üzrə münasibətlər» tələbinə dair Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(013)-236/2020 saylı kommersiya işi üzrə maraqlarını müdafiə etmək üçün məsləhətlər verir və məhkəmə tərəfindən çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-ni vəkil ilə təmin edir. Həmin müqavilənin 4.1-ci bəndindən görünür ki, ödəniş valyutası azərbaycan manatıdır, müqavilədə göstərilən xidmətlərə görə Cavabdeh MMC 32.000 manat məbləğində xidmət haqqı ödəyir və həmin məbləğin 5.200 manatını ilkin olaraq avans şəklində ödəyir. Cavabdeh MMC ilə "xxxx" MMC arasında «Hüquq xidmətlərinin göstərilməsi haqqında» 01/20 saylı 03 fevral 2020-ci il tarixli müqavilə ilk iddiaçı hazırkı iş üzrə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və telefonla Cavabdeh MMC-nin mühasibinə hədə-qorxu gəldikdən sonra məhz ilk iddiaçının əsassız iddiasından və qanunsuz hərəkətlərindən müdafiə olunmaq məqsədilə bağlanmışdır. Həmin müqavilə üzrə ödənilməli olan 32.000 manat məbləğində xidmət haqqı da məhz bu məqsədlə ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdehə 09.09.2020-ci il tarixli Pretenziya ilə müraciət edilərək qarşılıqlı iddia üzrə cavabdehin Bakı Kommersiya Məhkəməsinə təqdim etdiyi guya onunla Cavabdeh MMC arasında 19.08.2019-cu il tarixdə bağlanmış 01 saylı Partnyorluq müqaviləsinin etibarsız olduğunu etiraf etmiş, Cavabdeh MMC-yə qarşı verdiyi əsassız iddiaya görə 1.000 manat, həmin əsassız iddiadan müdafiə olunmaq üçün Cavabdeh MMC-nin çəkdiyi xərclərin əvəzində 32.000 manat, cəmi 33.000 manat məbləğinin Cavabdeh MMC-yə ödənilməsini 3 gün müddətində təmin etməsi xahiş edilmiş, lakin Pretenziyanın qarşılıqlı iddia üzrə cavabdehə çatdırılmış olmasına baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh pretenziyada göstərilmiş müddətdə qarşılıqlı iddia üzrə tələbi icra etməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 04 noyabr tarixli, e-2-2(113)-713/2020 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
14. Birinci instansiya məhkəmə si hesab etmişdir ki, ilkin iddia ərizəsində Cavabdeh 19.08.2019-cu il tarixdən 31.01.2020-ci il tarixədək şirkətlərə etdiyi satışlardan, göstərdiyi xidmətlərdən 509468 manat gəlir əldə etməsi, şirkətlərlə əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, yaxşılaşdırılması, satışın artırılması bilavasitə X3 vasitəsi ilə və zəhməti, əməyi hesabına olması qeyd edilsə də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
16. Qeyd edilən halların təsdiqi kimi məhkəməyə təqdim edilmiş e-mail və whatsapp yazışmalarında X7 tərəfindən hansı xidmətlərin göstərilməsi, xidmətlərin dəyərinin nə qədər təşkil etməsi, Cavabdeh tərəfindən qazancın məhz X3 fəaliyyəti nəticəsində əldə etməsi müəyyən olunmadığından, həmin sübutlar mötəbər hesab olunmamaqla ilkin iddianın əsasl ılığına kifayət etmir.
17. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
18. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, y əni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Beləliklə, ilkin iddia üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, ilkin iddia təmin oluna bilməz.
20. Mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir.
21. Hazırda mübahisələndirilən müqavilə 19 avqust 2019-cu il tarixdə bağlanmış, lakin həmin ta rixdən 1 il keçdikdən sonra, yəni 29 sentyabr 2020-ci il tarixdə Cavabdeh hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır.
22. Müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir.
23. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.
24. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
25. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.
26. Mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyə tsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir.
27. Cavabdeh tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir.
28. Qarşılıqlı iddia tələbinin digər hissələri müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən, qarşılıqlı iddia tələbi digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz.
29. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 324.1, 324.4, 324.5, 354.2, 377.1, 385.1, 386.1, 389.1, 442, 443.1, 443.5, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və cavabdehdən 163.925 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianı təmin etmədiyi hissəsində ləğv edib, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
32. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-2(103)-203/2021 saylı qətnaməsi ilə (hakimlər A.B.Nuriyeva (sədrlik edən), V.M.Ağayev və A.Ə.Hüseyn) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 04 noyabr tarixli, e-2-2(113)713/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 14-29) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
34. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qə tnamənin qismən, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 04 noyabr tarixli, e-2-2(113)-713/2020 saylı qətnaməsini qarşılıqlı iddianın rədd edildiyi hissəsində dəyişdirilmədən qüvvədə saxladığı hissədə ləğv edib, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. Müvafiq müqavilənin etibarsızlığının əsaslarını, yəni 1-ci və 2-ci səhifələrinin ilk iddiaçı tərəfindən dəyişdirildiyini, Cavabdeh MMC-yə 15.01.2020-ci il tarixdən sonra məlum olmuş, bu halda isə iddia müddəti 19.08.2019-cu il tarixdən deyil, 15.01.2020-ci il tarixdən hesablanmalıdır.
36. Digər tərəfdən, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin keçmiş olması ilə bağlı müzakirənin heç bir əs ası yoxdur. Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
37. Cavabdeh MMC müqavilənin 1-ci və 2-ci səhifələrinin dəyişdirildiyini, MMC-nin möhürünün mürəkkəbinin 15.11.2019-cu il tarixdən, yaşıl rəngə dəyişdirilməsindən sonra həmin səhifələrə məhz yaşıl rəngli möhürün vurulduğunu, dəyişdirilmiş səhifələrdə Cavabdeh MMC-nin fəaliyyətindən əldə ediləcək mənfəətin 33 faizinin ilk iddiaçının payı hesab olunduğunun qeyd edildiyini 15.01.2020-ci il tarixindən sonra aşkar etmiş, bununla da müqavilənin saxtalaşdırıldığını bilmişdir. Belə olan halda, həmin müqavilənin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi üçün qanunla nəzərdə t utulmuş iddia müddətinin axımı da, 2020-ci il tarixdən sonra başlamışdır.
38. Həmçinin hazırkı kommersiya işi məhkəmə tərəfindən görülmüş iddianın təmini tədbiri barədə tədbirlə bağlı 13.02.2020-cl il tarixli qərardaddan Cavabdeh MMC tərəfindən verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19.03.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 13.02.2020-ci il tarixli qərardadı ləğv edilmiş, bundan sonra kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsində məhkəmə hazırlıq iclası 09.09.2020-ci ilə təyin edilmiş, növbəti və ilk məhkəmə iclası 06.10.2020-ci il tarixə təyin edilmiş, həmin iclasa qədər isə, yəni 29.09.2020-ci il tarixdə Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi il ə məhkəməyə müraciət etmişdir.
39. İş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunmuşdur ki, 19.08.2020-ci ıl tarixdə tərəflər arasında hər hansı müqavilə baglanmamışdır, çünki tərəflər ilk iddiaçının cavabdeh tərəfindən işə götürülməsi məsələsi ilə bağlı ilk dəfə 05.09.2019-cu il tarixdə görüşmüşlər. Bu faktı iddiaçının özü də məhkəmə iclasında etiraf etmiş, müqavilədə 19.08.2020-ci il tarixinin səhvən yazıldığını göstərmişdir.
40. Beləliklə, müqavilənin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia tələbi üzrə iddia müddəti keçməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
42. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verə rək şikayətin təmin olunmasını xahiş etdi.
43. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
44. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
45. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. İş üzrə cavabdeh qətnamənin qismən, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 04 noyabr tarixli, e-2-2(113)-713/2020 saylı qətnaməsini qarşılıqlı iddianın rədd edildiyi hissəsində dəyişdirilmədən qüvvədə saxladığı hissədə ləğv edib, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
49. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər”. “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır..”. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, k reditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-2(103)-203/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin e dilməməlidir.
52. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin tələblərinə əsasən əqd həmin Məcəllənin tələblərini pozmaqla bağlandıqda etibarsız hesab edilə bilər. Əqdin etibarlılıq şərtlərinə əqdin məzmununun qanuniliyi, subyektlərin hüquq və fəaliyyət qabiliyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin formasının qanunvericiliyin tələblərinə uyğun olması daxildir. Bu hal mübahisəli müqavilə bağlanarkən həmin müqavilənin məzmunu, forması, subyektləri və ya iradə ifadəsi ünsürü ilə bağlı olan hər hansı qanun pozuntusuna yol verilməsinə dəlalət etmir, belə olan halda isə mübahisəli əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz.
53. İş materiallarına əsasən mübahisələndirilən müqavilə b ağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir.
54. Apelyasiya Məhkəməsi şikayətin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, mübahisələndirilən müqavilə 19 avqust 2019-cu il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 il keçdikdən sonra, yəni 29 sentyabr 2020-ci il tarixdə Cavabdeh hazırkı tələblə məhkəmədə iddia qaldırmış, bununla da həmin müqaviləni mübahisələndirmək üçün qanunla müəyyən olunan 1 illik müddəti (kəsici müddət) ötürmüşdür.
55. İş üzrə müəyyən edilmiş hal isə ondan ibarətdir ki, cavabdeh hazırkı tələblə məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar isə bir daha cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğunu təsdiq edir. Bu zaman həmçinin cavabdeh tərəfindən məhkəmələrə iddiaçının qanunsuz hərəkətlərini təsdiq edən hər hansı sübutun təqdim edilmədiyi də nəzərə alınmalıdır.
56. Məhkəmələr iş materiallarına istinad etməklə həmçinin qarşılıqlı iddianın rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən işə baxmış məhkəmələrə əqdin etibarsızlığına əsas verən və əqdin bağlanmasına qədər mövcud olmuş hallar barədə, həmçinin qanunvericilikdə müəyyənləşdirilmiş hansı şərtlərin pozulmasına dair hər hansı bir sübut təqdim edilmədiyini, beləliklə, mübahisələndirilən əqdin etibarsızlığı üçün hər hansı hüq uqi əsasların olmadığını, bundan əlavə cavabdeh tərəfindən hazırkı tələb üzrə qanunvericiliklə müəyyən edilmiş bir illik kəsici iddia müddətinin də ötürüldüyünü nəzərə alaraq kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır.
57. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-2(103)-203/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası QƏRARA ALDİ:
59. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 fevral tarixli, 2-2(103)-203/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.