Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-399/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı” Məhdud Məsuliyyətli Cavabdeh1nə qarşı iş üzrə Cəmiyyətinin cavabdehlər QƏRAR (iş № 2-2(102)-399/2019) Bakı şəhəri xxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, A.Əsgərovun katibliyi ilə, Cavabdeh2 və İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “31540 manat məbləğində borcun tutulması” tələbinə dair iqtisadi iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2 -2(107)17/2019 saylı qətnaməsindən Cavabdeh2 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəticavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (bundan sonra cavabdehlər və ya Cavabdeh2 və Cavabdeh1) (üçüncü şəxslər Şəki rayon Baş Küngüt kənd tam orta məktəb, Şəki rayon Bideyiz kənd tam orta məktəb, Şəki rayon İncə Zunud kənd tam orta məktəb, Şəki şəhər 6 nömrəli tam orta məktəb) qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh2 göstərişi ilə qış mövsümündə sinif otaqlarının qızdırılması üçün Şəki rayon Baş Küngüt kənd orta məktəbinə xxx 2013-cü il tarixdə bir tonun qiyməti 230 manat olmaqla 8.740 manat məblə ğində 38 ton daş kömür yanacağı, Şəki rayon Bideyiz kənd tam orta məktəbinə xxx 2013-cü il tarixdə bir tonun qiyməti 250 manat olmaqla 6.750 manat məbləğində 27 ton daş kömür yanacağı, Şəki rayon İncə-Zunud kənd tam orta məktəbinə xxx 2013-cü il tarixdə bir tonun qiyməti 250 manat olmaqla 8.000 manat məbləğində 32 ton daş kömür yanacağı, Şəki şəhər 6 nömrəli tam orta məktəbinə bir tonun qiyməti 230 manat olmaqla 8.050 manat məbləğində 35 ton daş kömür yanacağı, ümumilikdə 31.540 manat məbləğində 132 ton daş kömür yanacağı verdiyini, 2018-ci ilin xxx pretenziya versə də, yanacağın dəyərinin ödənilmədiyini göstərərək, 132 ton daş kömür yanacağının dəyəri olan 31.540 manat məbləğində borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki İnzi bati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(84)-256/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə, üçüncü şəxslər Şəki rayon Baş Küngüt kənd tam orta məktəb, Şəki rayon Bideyiz kənd tam orta məktəb, Şəki rayon İncə Zunud kənd tam orta məktəb, Şəki şəhər 6 nömrəli tam orta məktəbinə qarşı “31540 (otuz bir min beş yüz qırx) manat məbləğində borcun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir (hakim Kənan Vəliyev). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli 22(107)-17/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi iş üzrə məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişlər. Apellyasiya şikayətinə baxılan ərəfədə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərə qarşı olan cəmi “31540 (otuz bir min beş yüz qırx) manat məbləğində tələbinin Cavabdeh1ndən 8.000 (səkkiz min) manat və Cavabdeh2ndən 23540 (iyirmi üç min beş yüz qırx) manat olmaqla tutularaq İddiaçı MMC-in hesabına köçürülməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (X10-sədrlik edən və məruzəçi, hakimlər X11 və X7) xxx 2019-cu il tarixli, 2-2(107)-17/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iqtisadi iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1ndən 4.370 (dörd min üç yüz yetmiş) manat və Cavabdeh2ndən 23.490 (iyirmi üç min dörd yüz doxsan) manat pul tutularaq İddiaçınə ödənilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin X1 xxx 2019-cu il tarixli, 2-2(107)-17/2019 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Şəki apellyasiya məhkəməsinin qətnaməsinin qismən, Cavabdeh2ndən 23.490 manat pul tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019- cu il tarixli, 2-2(107)-17/2019 saylı qətnaməsi Cavabdeh2ndən 23490 manat pulun tutu laraq İddiaçı MMC-yə ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassız, qanunsuz, qeyri obyektiv və qərəzlidir.Belə ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında malmaterial alqı-satqı müqaviləsi olmadığı, eyni zamanda İddiaçı MMC tərəfindən Şəki rayon Bideyiz kənd tam orta məktəbinə, İncə Zunud kənd tam orta məktəbinə Şəki rayon Baş Küngüt kənd tam orta məktəbinə və Şəki şəhər 6 saylı tam orta məktəbinə daş kömürün verilməsindən məlumatı belə olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən Cavabdeh2 heç bir halda həmin prosesdə cavabdeh ola bilməz. İddiaçı MMC ilə Cavabdeh2 arasında heç bir müqavilə (razılaşma) olmadan kənd məktəblərinə keyfiyyətsiz daş kömür verilmiş, qaimə fakturaları məktəb direktorlarına imzalat mışlar. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2 və 329.3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, Şəki şəhər-rayon tam orta məktəblərinin nümayəndələri iddiaçı ilə qaimə-fakturaları imzalayaraq daş kömürləri qəbul etmiş və istifadə etmişlər. Belə olan halda iddiaçıdan daş kömürün alınması barədə müqavilələrin bağlanması cavabdehlərin maraqlarına uyğun olmuşdur. Şəki şəhər-rayon tam orta məktəblərinin nümayəndələrinin iddiaçı ilə imzaladıqları qaimə-fakturaları əsasında daş kömürləri qəbul etdikləri və istifadə etdiklərinin təsdiq olunmasına baxmayaraq, Cavabdeh2 bu işdə cavabdehliyi hər hansı vasitə ilə müəyyən edilmir. Apellyasiya məhkəməsi isə Cavabdeh2ndən 23.490 manat pulun tutulmalı olması qənaətinə gələrkən, qət naməni onunla əsaslandırmışdır ki, 2016-cı ildə təhsil sahəsinin idarəetməsində aparılan islahatlardan sonra ümumtəhsil müəssisələrinin maliyyə təminatı regionlarda yaradılmış Təhsil Nazirliyinin Ərazi X5 tərəfindən təmin edilir. 2016-cı ilin xxx kimi isə kənd məktəblərinin maliyyə təminatı yerli icra hakimiyyəti orqanları, şəhər məktəblərinin maliyyə təminatı isə təhsil şöbələri tərəfindən təmin edilmişdir. Belə olan halda, iddiaçının Baş Küngüt, Bideyiz və İncə Zunud kənd tam orta məktəblərinə verdiyi daş kömürün dəyəri Cavabdeh2ndən tələb edilməsi müəyyən olunur. Lakin, 2016-cı ilin xxx kimi kənd məktəblərinin maliyyə təminatının yerli icra hakimiyyəti orqanları tərəfindən təmin edilməsinə baxmayaraq, Baş Küngüt, Bideyiz və İncə Zunud kənd tam orta məktəblərinə verilən daş kömürün dəyər inin Cavabdeh2ndən tələb edilməsinin müəyyən edildiyi qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi ilk növbədə adıçəkilən kənd məhkəblərinə daş kömürün verilməsi barədə Cavabdeh2nə hər hansı məlumatın verilib-verilməməsi və ümumiyyətlə daş kömürün verilməsinə dair yazılı müqavilə bağlanmasa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə uyğun olaraq şifahi əqd bağlanarkən icra hakimiyyətinin iradəsinin və ümumiyyətlə məlumatının olub-olmaması və belə bir əqdi bağlamaq iradəsinin onun rəftarından məlum olub-olmaması müəyyən edilməli idi. Lakin, apellyasiya instansiyası məhkəməsi araşdırılması zəruri olan hallar barədə heç bir araşdırma aparılmadan, qətnamə qəbul edilərkən yanlız iddiaçının əsassız mülahizələrinə əsaslanmış, iş üzrə müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətini isə əsaslandırılmamış, bu isə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. xxx 2014-cü il tarixli, 14079 saylı qaimə-faktura ilə “xxxx” MMC tərəfindən (direktor X12) 6 saylı tam orta məktəbə 16 ton (tonu 250 manat olmaqla) daş kömür verilmişdir. Müqavilə də, “xxxx” MMC ilə təhsil şöbəsinin müdiri arasında bağlanmışdır. Şəki şəhəri üzrə yerli xəzinədarlıqdan 4.000 manat vəsait “xxxx” MMC-nin hesabına köçürülmüşdür.İddiaçı MMC ilə Cavabdeh1 arasında heç bir müqavilə olmadığı halda digər məktəblərlə birlikdə Şəki şəhər 6 saylı tam orta məktəbinə verilmiş cəmi 132 ton yanacağa görə Cavabdeh1 tərəfindən 8000 manat vəsaitin ödənilməli olduğu barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyası qərar qəbul etmişdir. Halbuki, sənəd lərdən görünür ki, Şəki şəhər 6 saylı tam orta məktəbə daş kömür müqavilə və sənədlər əsasında “xxxx” MMC tərəfindən verilmişdir. Həmin sənədlərdən belə nəticə çıxır ki, Cavabdeh1 2 MMC-yə daş kömür almadığı halda həm İddiaçı MMC-yə, həm də “xxxx” MMC-yə pul ödəməlidir. İs materiallarında olan xxx 2013-cü il tarixli, xxx 2013-cü il tarixli 09 nömrəli, xxx 2013-cü il tarixli 06 nömrəli, xxx 2017-ci il tarixli və xxx 2017-ci il tarixli qaimə-fakturalardan və aktlardan görünür ki, kömür-yanacağının verilməsinə dair qaimə-fakturalar və aktlar İddiaçı MMC ilə məktəb direktorları arasında bağlanmış və həmin sənədlərlə Səki Səhər İcra Hakimiyyətinin alınmış kömür-yanacagına görə hər hansı pul məbləğini ödəyəcəyi barədə üzərinə öhdəlik götürdüyü müəyyən olunmur. Beləliklə, qeyd olunanlardan aydı n şəkildə görünür ki, İddiaçı MMC tərəfindən məktəb direktorlarına imzalatmaqla kənd məktəblərinə qaimə faktura əsasında keyfiyyətsiz daş kömürün verilməsindən Cavabdeh2 məlumatı belə olmamış və həmin yanacağın dəyərinin İddiaçı MMC-yə ödənilməsi üçün üzərinə hər hansı öhdəlik götürülməmişdir. xxx 2019-cu il tarixdə keçirilən iclas zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, Şəki apellyasiya məhkəməsinin qətnaməsinin qismən, Cavabdeh2ndən 23.490 manat pul tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Həmin tarixdə keçirilən iclas zamanı İddiaçı MMC-nin direktoru X3 vəkilsiz iştirak etdiyi üçün izahatı dinlənilməm işdir. Lazımi qaydada xəbərdar edildiklərinə baxmayaraq xxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında tərəflər hər hansı üzrlü səbəblər olmadan iştirak etməmişlər. Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilinin iş üzrə və kassasiya şikayətinin dəlilləri barədə izahat verdiyini, həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə kassasiya şikayətinin dəlilləri və tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsalandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, 04 sentyabr 2019-cu il tarixdə keçirilən iclas zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-17/2019 saylı qətnaməsi qətnaməsi qismən, Cavabdeh2ndən 23.490 manat pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilərək, iqtisadi iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxx 2013-cü il tarixdə tərtib edilərək İddiaçı MMC-in rəhbərinin imzası və Bideyiz kənd tam orta məktəbinin möhürü və direktorunun imzası ilə təsdiq edilmiş qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən Şəki rayon Bideyiz kənd tam orta məktəbə bir tonunun qiyməti 250 manat olmaqla cəmi 6.750 (altı min yeddi yüz əlli) manat dəyərində 27 ton daş kömür verilmiş, x xx 2013-cü il tarixdə 05 nömrə ilə tərtib edilərək İddiaçı MMC-in möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş qaimə-fakturaya əsasən, İddiaçı MMC tərəfindən Şəki şəhər 6 nömrəli tam orta məktəbə bir tonunun qiyməti 230 manat olmaqla cəmi 8.050 (səkkiz min əlli) manat dəyərində 35 ton daş kömür verilmiş, xxx 2013-cü il tarixli 09 nömrə ilə tərtib edilərək İddiaçı MMC-in möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş və İncə Zunud kənd tam orta məktəbinin möhürü və direktorunun imzası ilə təsdiq edilmiş qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən Şəki rayon İncə Zunud kənd tam orta məktəbə bir tonunun qiyməti 250 manat olmaqla cəmi 8.000 (səkkiz min) manat dəyərində 32 ton daş kömür verilmiş, xxx 2013-cü il tarixli 06 nömrə ilə tərtib edilərək İddiaçı MMC-in möhürü və rəhbərinin imzas ı ilə təsdiq edilmiş qaimə-fakturaya əsasən İddiaçı MMC tərəfindən Şəki rayon Baş Küngüt kənd tam orta məktəbə bir tonunun qiyməti 230 manat olmaqla cəmi 8.740 (səkkiz min yeddi yüz qırx) manat dəyərində 38 ton daş kömür verilmiş, 02.05.2017-ci il tarixdə tərtib edilərək İddiaçı MMC-in direktoru X3 və Şəki şəhər 6 nömrəli tam orta məktəbin təsərrüfat işləri müdiri X13 tərəfindən imzalanmış və İddiaçı MMC-in və 6 nömrəli tam orta məktəbin möhürləri ilə təsdiq edilmiş akta əsasən İddiaçı MMC tərəfindən Şəki şəhər 6 nömrəli tam orta məktəbə 35 ton daş kömür yanacağı verilmiş, onun 16 tonu Bideyiz kənd tam orta məktəbinə verilmiş, qalan 19 ton isə 6 nömrəli tam orta məktəbdə yanacaq kimi istifadə edilmiş, xxx 2017-ci il tarixdə tərtib edilərək İddiaçı MMC-in direktoru X3 və Şəki rayon Baş Küng üt kənd tam orta məktəbin sabiq direktoru X8 tərəfindən imzalanmış və İddiaçı MMC-in və Baş Küngüt kənd tam orta məktəbin möhürləri ilə təsdiq edilmiş akta əsasən İddiaçı MMC tərəfindən Şəki rayon Baş Küngüt kənd tam orta məktəbinə xxx 2013-cü il tarixdə 38 ton daş kömür yanacağı verilmiş, xxx 2017-ci il tarixdə tərtib edilərək İddiaçı MMC-in direktoru X3 və Şəki rayon Bideyiz kənd tam orta məktəbin direktoru X14 tərəfindən imzalanmış və İddiaçı MMC-in və Bideyiz kənd tam orta məktəbin möhürləri ilə təsdiq edilmiş akta əsasən İddiaçı MMC tərəfindən Şəki rayon Bideyiz kənd tam orta məktəbə xxx 2013-cü il tarixdə 27 ton daş kömür yanacağı verilmiş, xxx 2017-ci il tarixdə tərtib edilərək İddiaçı MMC-in direktoru X3 və Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbinin direktoru X2 tərəfindən imza lanmış və İddiaçı MMC-in və İnçə-Zunud kənd tam orta məktəbin möhürləri ilə təsdiq edilmiş akta əsasən İddiaçı MMC tərəfindən Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbinə xxx 2013-cü il tarixdə 32 ton daş kömür yanacağı verilmiş, İddiaçı MMC xxx 2018-ci il tarixli *** və *** nömrəli pretenziya məktubları ilə cavabdehlərə müraciət edərək, Şəki rayonunun şəhər və kənd məktəblərinə verilmiş 132 ton daş kömür yanacağının dəyəri olan 31.540 manat borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək göstərmişdir ki, iddiaçı ilə cavabdehlər arasında daş kömür yanacağının alqı-satqı müqavilələri olmamışdır. Həmin yanacaq materialının cavabdeh şəxslərə hansı şərtlərlə və hansı qiymə tə satılması, cavabdehlərin onun dəyərinin ödəməyə borclu olmaları müəyyən deyil, 2013-cü qış mövsümü üçün Şəki rayonunun kəndlərində yerləşən orta məktəb binalarının qızdırılması üçün vəsait Cavabdeh2 kəndlər üzrə nümayəndəliklərinə, şəhər ərazisində yerləşən məktəblər üçün isə Cavabdeh1nə ayrılmış, iddiaçı 31.540 manat vəsaitin hansı hissəsinin Cavabdeh1, hansı hissəsinin Cavabdeh2 tərəfindən ödənilməli olduğunu nə iddia ərizəsində, nə də məhkəməyə təqdim etdiyi izahatlarda əsaslandırmaqla bu barədə sübut edə bilməmiş, onların müştərək qaydada öhdəlik daşımaları da işin hallarından məlum deyil, iddiaçının cavabdehlərə göndərmiş olduğu pretenziya məktublarından göründüyü kimi iddiaçı 31.540 manat borcun ödənilməsini hər iki təşkilatdan ayrı-ayrılıqda tələb etmiş, iddiaçı qanuna əsasən idd ia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir, o, bu vəzifəsini yerinə yetirmirsə, onun təqdim etdiyi hallar tam deyilsə, iddia elə həmin səbəbdən rədd edilməlidir. İddia tələbini qismən təmin edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçı tərəfindən qış mövsümündə sinif otaqlarının qızdırılması üçün Şəki rayon Baş Küngüt kənd orta məktəbinə xxx 2013-cü il tarixdə bir tonun qiyməti 230 manat olmaqla 8.740 manat məbləğində 38 ton daş kömür yanacağı, Şəki rayon Bideyiz kənd tam orta məktəbinə 26 oktyabr 2013-cü il tarixdə bir tonun qiyməti 250 manat olmaqla 6.750 manat məbləğində 27 ton daş kömür yanacağı, Şəki rayon İncə-Zunud kənd tam orta məktəbinə 06 noyabr 2013-cü il tarixdə bir tonun qiyməti 250 manat olmaqla 8.000 manat məbləğində 32 ton daş köm ür yanacağı, Şəki şəhər 6 nömrəli tam orta məktəbinə bir tonun qiyməti 230 manat olmaqla 8.050 manat məbləğində 35 ton daş kömür yanacağı, ümumilikdə 31.540 manat məbləğində 132 ton daş kömür yanacağı verilmiş, Şəki şəhər 6 nömrəli tam orta məktəbinə verilmiş 35 ton daş kömürün 16 tonu 2014-cü ildə Şəki rayon Bideyiz kənd tam orta məktəbinə verilmiş və 19 ton yanacaq Şəki şəhər 6 nömrəli tam orta məktəbi tərəfindən istifadə edilmiş, həmin mallar qaimə-fakturalara əsasən məsul şəxslər tərəfindən təhvil alınmış, bundan sonra iddiaçı tərəfindən xxx 2018-ci il tarixdə Cavabdeh1nə və Şəki Rayon İcra Hakimiyyətinə borcun ödənilməsinə dair pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq bu günədək heç bir tədbir görülməmiş və bu səbəbdən tərəflər arasında hazırkı mübahisə yaranmışdır, İddia çı MMC tərəfindən 2013cü ilin payız aylarında Şəki rayonunun bir sıra məktəblərinə qış mövsümündə məktəb otaqlarının qızdırılması məqsədi ilə yanacaq qismində daş kömürün verilməsi və sözü gedən borcun mövcud olması xxx 2013-cü il tarixli, xxx 2013-cü il tarixli 05 nömrəli, xxx 2013-cü il tarixli 09 nömrəli, xxx 2013-cü il tarixli 06 nömrəli qaimə-fakturalar, tərəflərin tərtib etdikləri xxx 2017-ci il tarixli və xxx 2017-ci il tarixli qarşılıqlı üzləşmə aktları ilə və üçüncü şəxslərin nümayəndələrinin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları ilə təsdiq edilir, iddiaçının Şəki rayonunun bir sıra məktəblərinə yanacaq qismində daş kömür paylaması sübut olunur, lakin cavabdehlər iddia olunan daş kömürün verilməməsini və ya dəyərinin iddiaçıya ödənilməsini təsdiq edən hər hansı sü but təqdim edə bilmirlər, tərəflərin aralarında daş kömür yanacağının alqı-satqısının baş verməsi mövcud sübutlar, yəni qaimə-fakturalar, üzləşmə aktları, iddiaçının və üçüncü şəxslərin (məktəb direktorlarının) məhkəmələrdə verdikləri izahatları ilə təsdiq olunduğundan, tərəflərin aralarında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə Cavabdeh2nə münasibətdə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı MMC öz i ddia tələbini Cavabdeh2 göstərişi əsasında kənd və şəhər orta məktəblərinə 2013-cü ilin payız aylarında daş kömür yanacağı verdiyi, cavabdehlər tərəfindən isə həmin yanacağın dəyərinin ödənilmədiyi ilə əsaslandırılmışdır. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi tərəflər arasında daş kömür yanacağının tədarükünə dair hər hansı bir razılaşma və yaxud müqavilə olmamışdır. Belə olan halda isə müəyyən edilməli olan hal tərəflərin arasında buna dair şifahi razılaşmanın olub-olmamasıdır. Cavabdeh olaraq Cavabdeh2 kassasiya şikayətində bununla bağlı iddiaçı ilə aralarında hər hansı yazılı və ya şifahi razılaşmanın olmadığını, 2013-cü ildə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən məktəblərə daş kömür yanacağı verilməsindən məlumatsız olduğunu göstərmişdir. İş materi allarında isə cavabdehin bu mövqeyini təkzib edən hər hansı mötəbər sübut yoxdur və işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən də bu mövqeyi təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərdən 2013-cü ilin payız aylarında Şəki rayonunun bir sıra məktəblərinə yanacaq qismində verdiyi daş kömürün dəyərini tələb edir. Həmin daş kömürün çəkisi və dəyəri isə iddiaçının sübut qismində təqdim etdiyiqaimə-fakturalar və üzləşmə aktları ilə müəyyən olunur, 2016-cı ildə təhsil sahəsinin idarəedilməsində aparılan islahatlardan sonra ümumtəhsil müəssisələrinin maliyyə təminatı regionlarda yaradılmışTəhsil Nazirliyinin Ərazi X4 tərəfindən təmin edilir, 2016-cı ilin xxx kimi isə kənd məktəblərinin maliyyə təmin atı yerli icra hakimiyyəti orqanları, şəhər məktəblərinin maliyyə təminatı isə təhsil şöbələri tərəfindən təmin edildiyindən, iddiaçının Baş Küngüt, Bideyiz və İncə-Zunud kənd tam orta məktəblərinə verdiyi daş kömürün dəyərini cavabdeh Şəki Şəhər-Rayon İcra Hakimiyyətindən, Şəki şəhər 6 nömrəli tam orta məktəbə verdiyi daş kömürün dəyərini isə Cavabdeh1ndən tələb etməsi çox asanlıqla müəyyən olunur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin, 2016-cı ildə təhsil sahəsinin idarə edilməsində aparılan islahatlardan sonra ümumtəhsil müəssisələrinin maliyyə təminatı regionlarda yaradılmış Təhsil Nazirliyinin Ərazi X4 tərəfindən, 2016-cı ilin yanvar ayının 1-nə kimi isə kənd məktəblərinin maliyyə təminatı yerli icra hakimiyyəti orqanları, şəhər mə ktəblərinin maliyyə təminatı isə təhsil şöbələri tərəfindən təmin edildiyi barədə gəldiyi nəticə də konkret maddi hüquq normaları ilə əsaslandırılmamış, həmçinin rəsmi müqavilə və yaxud yazılı göstəriş olmadığı halda iddiaçının qeyd edilən məktəblərə daş kömür yanacağı verməsi halının cavabdeh İcra Hakimiyyəti üçün onun dəyərini ödəmək öhdəliyi yarada bilməsi də tam əsaslandırılmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin xxx 2018-ci il tarixli, 193m saylı, iddiaçıya ünvanlanmış məktubunda daş kömür yanacağının məktəblərə təhvil verilməsi, qəbulu və sərfiyyatı barədə heçbir sənədləşdirmə işlərinin aparılmadığı və 2016-cı ildə Mərkəz yarandıqdan sonra Mərkəzə təhsil müəssisələrinin debitor və kreditor borcları barədə heç bir sənəd təqdim edilmədiyi qeyd edilmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, Cavabdeh2nə münasibətdə iddia tələbinin əsaslı olub-olmadığı, Cavabdeh2 tərəfindən iddiaçıya məktəbləri daş kömür yanacağı ilə təmin etmək barədə göstəriş verilib-verilmədiyi, verildiyi təqdirdə bu göstərişin nədə ifadə olunduğu, rəsmi müqavilə və yaxud yazılı göstəriş olmadığı halda cavabdehin hansı məsuliyyətinin ola biləcəyi dəqiq maddi və prosessual hüquq normalarına əsasən müəyyən edilməli, nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün ə sasdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-17/2019 saylı qətnaməsi qismən, Cavabdeh2ndən 23.490 manat pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilərək, iqtisadi iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 22(107)-17/2019 saylı qətnaməsi Cavabdeh2ndən 23.490 manat pulun tutularaq İddiaçınə ödənilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-399/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-399/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver