Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-399/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Müslüm oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin xahiş etdi hissəsində tələbinin aydın olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-142/2022 saylı qətnaməsindən ilk İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İddiaçı Müslüm oğlu cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə yaranmış borc üzrə 50.000 manat, borcun gecikdirilməsinə görə 2018 – ci il noyabrın 16-dək illik 5 faizlə hesablanan 2100 manat faiz və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Həmçinin, Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.08.2020-ci il tarixli ərizə əsasında iddia tələbinin həcmini azaldaraq 3695,21 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin İddiaçı Müslüm oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməs inin 2021-ci il 30 sentyabr tarixli, 2-2(113)-43/2021 saylı qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir.
4. Qətnamədən ilk iddiaçı və qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermişdirlər.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Məhkəməsinin 2022-ci il 23 fevral tarixli, 2-2(103)-142/2022 saylı qətnaməsi ilə qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, ilk iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edildiyi hissədə qismən ləğv olunmaqla ilk iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən ilk iddiaçının xeyrinə 7.937 manat müqavilə üzrə borc, 396,8 manat illik 5 faizlə, 30 manat dövlət rüsumunun tutulması qət olunmuşdur.
6. Qətnamədən ilk iddia tələbi üzrə iddiaçı kassasiya şika yəti verərək onun apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İlk iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.1.4-cü maddəsinə əsasən, şikayəti verən şəxsin tələbi məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir.
9. Göründüyü kimi kassasiya şikayətində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Hazırkı halda, ilk iddiaçı ilk iddia tələbinin qism ən təmin olunmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirsə də, şikayətin “xahiş etdi” hissəsində qətnamənin ləğv olunması və ilk iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul olunmasının xahiş olunduğu öz əksini tapmışdır. Belə olduqda, ilk iddiaçının kassasiya şikayəti ilə ilk iddia tələbini qismən təmin etmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq ilk iddia tələbinin tam təmin olunmamasına dair tələbi aydın və anlaşılan olmamışdır.
13. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Göstərilənlərə əsasən ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və onun qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
15. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407.1, 408.1, 408.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 23 fevral tarixli, 2-2(103)-142/2022 saylı qətnaməsindən ilk iddia tələbi üzrə İddiaçı Müslüm oğlu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərils