Məhkəmə qərarları › İş №2-2(102)-4/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-4/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-4/2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin Kommersiya Kollegiyası İddiaçı XXX LLC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-4/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 22.01.2020 Açar sözlər: podryad müqaviləsi üzrə öhdəliyin icrası, qüsurlu məmulatın hazırlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı xxx2 LLC-nin vəkili Vəkil1, cavabdeh “xxxx” MMC-nin vəkili Nüsrət Hüseynovun iştirakları ilə, cavabdeh “xxxx” MMC-nin baş direktoru xxx3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-389/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı xxx2 LLC (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, MS-135-3439 saylı əsas xidmət müqaviləsinə əsasən yaranmış 85.600 ABŞ dolları məbləğində əsas borc pulun, bank uçot dərəcəsi kimi hesablanmış 17.120 ABŞ dolları məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində dəymiş ziyanın 8560 ABŞ dolları məbləğində pulun, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 50.000 manat pulun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)316/2019 saylı qətnaməsi ilə (hakim Aytən Oruczadə) iddia qismən təmin edilmiş, 85.600 ABŞ dolları məbləğində əsas borc, 8.560 ABŞ dolları məbləğində dəymiş ziyan, ümumilikdə 94.160 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun iddianın təmin olunduğu hissədə ləğv, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-389/2019 saylı qətnaməsi ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) apellyasiya şikayəti təm in edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında MS-135-3439 nömrəli, xx xxxx 2016-cı il tarixli "Əsas xidmət müqaviləsi” bağlanmışdır. xx xxxx 2016-cı il tarixli MS-135-3439 saylı Əsas Xidmət Müqaviləsinə 1 saylı Əlavəsində quyu qazan avadanlıqların siyahısı və çatdırılması göstərilmişdir. xx xxxx 2016-cı il tarixli MS-135-3439 saylı Əsas Xidmət Müqaviləsinə 2 saylı Əlavəsində işə salmadan əvvəl məlumatların siyahısı göstərilmişdir. xx xxxx 2016-cı il tarixli MS-135-3439 saylı Əsas Xidmət Müqaviləsinə 3 saylı Əlavəsində standart təhvil-təslim aktı forması öz əksini tapmışdır. xx xxxxx 2016-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı müqaviləyə uyğun olaraq xidmətləri cavabdehə təhvil vermiş və cavabdeh onları qəbul etmişdir. Təhvil verilmiş və şirkət tərəfindən qəbul edilmiş xidmətlərin cəmi dəyəri 37.800,00 ABŞ dolları (ƏDV istisna olmaqla) təşkil etmişdir. Cavabdeh iddiaçıya təhvil-təslim aktının tarixindən 18 təqvim günü ərizində 37.800,00 ABŞ dolları ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Hazırkı akta əsasən, tərəflər podratçı tərəfindən xidmətlərin xüsusi qaydada həyata keçirilməsini təsdiq edir və şirkət podratçı tərəfindən təqdim edilmiş xidmətlərin həcmi və keyfiyyəti üçün heç bir iddia qaldırılmayacağı qeyd edilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. xx xxxx 2016-ci il tarixli təhvil-təslim aktdan görü nür ki, iddiaçı müqaviləyə uyğun olaraq xidmətləri cavabdehə təhvil vermiş və cavabdeh onları qəbul etmişdir. Təhvil verilmiş və şirkət tərəfindən qəbul edilmiş xidmətlərin cəmi dəyəri 47.800,00 ABŞ dolları (ƏDV istisna olmaqla) təşkil etmişdir. Cavabdeh iddiaçıya təhvil-təslim aktının tarixindən 22 təqvim günü ərizndə 47.800,00 ABŞ dolları ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Hazırkı akta əsasən, tərəflər podratçı tərəfindən xidmətlərin xüsusi qaydada həyata keçirilməsini təsdiq edir və şirkət podratçı tərəfindən təqdim edilmiş xidmətlərin həcmi və keyfiyyəti üçün heç bir iddia qaldırılmayacağı qeyd edilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Cavabdeh apellyasiya icraatı zamanı iddiaçı tərəfindən göstərilmiş xidmətlərin qüsurla icra edilməsinə dair XXX4 yatağında baş vermiş qəzanın tədqiqatı ilə bağlı xx xxxxxx 2016-cı il tarixli akt, eləcə də baş vermiş problemlərin hesabatını təqdim etmişdir. İddiaçı tərəf izahatında, eləcə də məhkəmə kollegiaysına təqdim etdiyi arayışda göstərmişdir ki, xx xxxxx 2016-cı il tarixli imzalanmış akta əsasən bazada avadanlığın yığılması işləri, avadanlığın quyuya iş yerinə təchizatı üçün hazırlanması işləri, mühəndis dəstəyi və s. Ümümiyyətlə 37.800,00 ABŞ dolları məbləğində xidmət işləri görülüb. İmzalanmış akta əsasən göstərilən məbləğ 18 təqvim günü ərzində iddiaçının hesabına köçürülməlidir. Lakin, bu günə kimi 37.800,00 ABŞ dolları məbləğində xidmət haqqı köçürülməyib. Bu Akt üzrə iddiaçı tərəfindən görülən işlərə heç bir irad tutulmamışdır. 2 nömrəli, xx xxxx 2016-cı il tarixli imzalanmış akta ə sasən, bazada avadanlığın (254 mm) yığılması işləri, avadanlığın quyuya iş yerinə təchizatı üçün hazırlanması işləri, mühəndis dəstəyi və s. Ümümiyyətlə 47.800,00 ABŞ dolları məbləğində xidmət işləri görülüb. İmzalanmış akta əsasən göstərilən məbləğ 22 təqvim günü ərzində iddiaçının hesabına köçürülməlidi. Lakin, bu günə kimi 47.800,00 ABŞ dolları məbləğində xidmət haqqı köçürülməyib. Bu akt üzrə iddiaçı tərəfindən görülən işlərə heç bir irad tutulmamışdır. İddiaçı hazırki iş üzrə məhz 1 və 2 nömrəli aktlar əsasında görülmüş işlərin dəyərini, 85.600 ABŞ dolları məbləğində borcu cavabdehdən tələb edir ki, həmin aktlarla və işlərlə bağlı hər hansı bir irad və ya qüsur aşkar edilməmişdir. 3 nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli akta əsasən, bazada avadanlığın (193,7 mm) yığılması işləri, av adanlığın quyuya iş yerinə təchizatı üçün hazırlanması işləri, mühəndis dəstəyi və s. iş zamanı quyuda baş verən mürəkkəbləşmə səbəbindən akt cavabdeh tərəfindən imzalanmamışdır. Mürəkkəbləşməyə aid iddiaçının “Quyuların bərkidilməsi” Departamentinin əməkdaşları verdikləri izahedici qeydə cavabdeh tərəfindən cavab verilməyib. 4 nömrəli, xx xxxxxx 2016-cı il tarixli akta əsasən, bazada avadanlığın (193,7 mm) yığılması işləri, avadanlığın quyuya iş yerinə təchizatı üçün hazırlanması işləri, mühəndis dəstəyi və s. iş zamanı quyuda baş verən mürəkkəbləşmə səbəbindən akt cavabdeh tərəfindən imzalanmamışdır. Mürəkkəbləşməyə aid iddiaçının “Quyuların bərkidilməsi” Departamentinin əməkdaşları verdikləri izahedici qeydə cavabdeh tərəfindən cavab verilməyib. İddiaçının cavabdehə hazırki məhkəmə müba hisəsi üzrə iddiaları yalnız 1 nömrəli xx xxxxx 2016-cı il tarixli və 2 nömrəli xx xxxx 2016-cı il tarixli təsdiqlənmiş aktlara aiddir. 3 və 4 nömrəli aktlarda göstərilmiş işlər hazırki mübahisənin predmeti deyildir. Tərəflər arasında xx xxxx 2016-cı il tarixli müqavilə üzrə xx xxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmiş təhvil-təslim aktları tərtib edilmiş, aktlarla görülmüş işlər bilavasitə cavabdehə təhvil verilmiş və sonuncu tərəfindən görülmüş işlərin qüsurlu olması ilə bağlı hər hansı pretenziya irəli sürülməmişdir. İşdən görünür ki, müqavilə üzrə xx xxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli aktlardan əlavə sonradan iddiaçı tərəfindən görülmüş işlərə dair xx xxxxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2016-cı il tarixli təhvil-təslim aktları tərtib edilmiş, lakin sonuncu iki akt üzrə iş zamanı quyuda baş verən mürəkkəbləşmə səbəbindən cavabdeh tərəfindən imzalanmamışdır. Cavabdehin işlərin qüsurlu icrasına dair iddia etdiyi XXX4 yatağında baş vermiş qəza xx xxxxxx 2016-cı il tarixli olmaqla bu barədə xx xxxxxx 2016-cı il tarixdə akt tərtib edilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə baş vermiş qəzanın həmin qəzayadək tərtib olunmuş xx xxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli təhvil-təslim aktları ilə görülmüş işlərə aidiyyatı olmamışdır. Dolayısı ilə iddiaçı xx xxxxx 2016-cı il və xx xxxx 2016-cı il tarixlərədək gördüyü, təhvil və təslim etdiyi işlərin dəyərinin ödənilm əsini hazırki iddia üzrə tələb etməkdə haqlı olmuşdur. Cavabdeh ödənişləri iddiaçı tərəfindən yol verilmiş qüsurlara görə icra etmədiyini bildirsə də, mübahisəyədək iddiaçıdan əlavə icra və ya dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etməmiş, habelə qarşılıqlı iddia tələbi irəli sürməmişdir. Cavabdehin iddia etdiyi dəymiş ziyanı müstəqil məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququnun mövcud olmasına baxmayaraq, cavabdeh yalnız hazırkı icraat çərçivəsində iddiaçı tərəfindən işlərin qüsurla görülməsinə dair sübutlar təqdim etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə həyata keçirilmiş xidmətlərə görə yubanmanın olduğu təqdirdə, yubanmanın hər günü üçün ödənilməmiş məbləğin 0,05 faizi dərəcəsində cərimənin ödənilməsi nəzərdə tutulmu şdur. 2016-cı ildə göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən göstərilmiş xidmətlərə görə ödəniş edilmədiyindən, iddiaçı 8.560 ABŞ dolları məbləğində dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 386.1, 389.1, 390.1, 752, 753.1, 769, 770, 773, 445.7, 462.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən iddiaçıdan alınmış avadanlıqların quraşdırılmasına dair xx xxxx 2016-cı il tar ixli müqavilə imzalanmışdır və iddiaçı hazırda həmin müqavilə üzrə vəsaitlərin ödənilməsini tələb edir. Halbuki, həmin müqavilə üzrə iddiaçı tərəfindən xidmətlərin yerinə yetirilməsi zamanı XXX4 yatağında qəza baş vermiş və cavabdehə külli miqdarda ziyan dəymişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubda iddiaçının həmin qəzanın nəticələrindən xəbərdar olduğu və cavabdehə vurulmuş zərərin qəbul olunduğu aydın olur. Məhkəmə isə iddia tələblərini təmin edərkən cavabdehə dəymiş zərərə dair sübutlara lazımi qiymət verməmiş, yalnız tərəflər arasında bağlanmış təhvil-təslim aktlarına istinad etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Mülki Məcəllənin 1099.1, 1129.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və i zahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə üzrə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmiş təhvil-təslin aktları tərtib edilmiş, aktlarla görülmüş işlər bilavasitə cavabdehə təhvil verilmiş və sonuncu tərəfindən görülmüş işlərin qüsurlu olması ilə bağlı hər hansı pretenziya irəli sürülmədiyindən, iddiaçının tələbi əsaslı olmuşdur. B u mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərini iddiaçı qüsurla yerinə yetirdiyindən, göstərilən xidmətlər zamanı qəza baş vermiş və cavabdehə külli miqdarda maddi zərər dəymişdir ki, iddiaçı həmin zərəri ödəməmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx xxxx 2016-cı il tarixində bağlanmış podryad müaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə): - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratç ıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. (...) Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; - 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir; - 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Müddəaların mənasına görə, podryad münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifarişçi muzd ödəməlidir. Muzdun ödənilməsi ilə bağlı sifarişç inin öhdəliyinin yaranması anı isə bir halda iş yerinə yetirildikdən sonra, digər hallarda isə yerinə yetirilmiş iş sifarişçi tərəfindən qəbul edildikdə sonra başlanılır. İkinci halda yerinə yetirilmiş işin qəbulu müqavilədə nəzərdə tutulmalı və ya işin xarakterindən irəli gəlməlidir. Lakin podratçının müəyyənləşdirdiyi müddətdə işi sifarişçi qəbul etməzsə, iş qəbul edilmiş sayılmalıdır. Yerinə yetirilmiş işin qəbulunun müqavilədə nəzərdə tutulmasına münasibətdə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3, 5.2, 5.4, 6.1 və 6.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, müvafiq iş üçün xidmətlər tamamlandıqdan sonra 5 təqvim günündən gec olmayaraq, podratçı şirkətə onun tərəfindən imzalanmış təhvil-təslim aktlarının əslini göndərəcəkdir. Əgər şirkət hər hansı qeyd aparmazsa, şirkət təhvil təslim aktını podratçıdan aldıqdan sonra 5 təqvim günü ərzində onu imzalayacaqdır və bir nüsxəsini podratçıya qaytaracaqdır. Əgər hər hansı ziddiyyət olarsa, şirkət təhvil təslim aktını aldıqdan sonra 5 təqvim günü ərzində müqavilənin müddəalarına istinad edərək yazılı şəkildə əsaslandırılmış etirazlarını podratçıya göndərməlidir. Şirkət, tərəflərin səlahiyyətli olan nümayəndələri tərəfindən imzalanmış təhvil-təslim aktının tarixindən sonra, podraçının qaiməsini aldıqda 15 təqvim günü ərzində podratçıya ödəniş edəcəkdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müqavilədə nəzərdə tutulmuş şərtlərlər çərçivəsində görülmüş işlərə dair tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən xx xxxxx 2016 və xx xxxx 2016-cı il tarixli təhvil-təsl im aktları imzalanmış, həmin aktlarda müəyyən edilmiş məbləğlər iddiaçının əsas borc kimi tələb etdiyi məbləğə uyğun olmuş, həmin aktlarla bağlı cavabdeh yazılı şəkildə əsaslandırılmış etirazlarını podratçıya göndərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin bu hallarına müvafiq olaraq bilavasitə uyğun olan maddi hüquq norması tətbiq olunmuş və düzgün nəticə əldə olunmuşdur. Belə ki, yuxarıda istind edilmiş Mülki Məcəllənin 770-cı maddəsində müəyyən edildiyi kimi, əgər sifarişçi tərəfindən işin qəbul edilməsi xüsusi olaraq müqavilədə nəzərdə tutulmuşdursa, bu qaydaya riayət olunduğu təqdirdə ödənişlərin aparılması ilə bağlı cavabdehin öhdəliyi yaranmış hesab olunmalıdır. Tərəflər arasında məhz bu qaydanın tətbiqi təsvir olunmuş müqavilədə müəyyən edil diyindən, həmin aktın iddiaçı tərəfindən təqdim edilməsi və hər iki tərəfin imzalanması əsası ilə müvafiq ödənişlərin aparılmasından cavabdehin imtinası qanunamüvafiq olmamışdır. Görülmüş işlərin qüsurlu olması və dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağdakıları qeyd edir. Mülki Məcəllənin: - 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; - 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə preten ziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; - 776-cı maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər; - 776.2-ci maddəsinə əsasən, əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Podratın nəticələrininin qüsurlu olması ilə bağlı sadalanmış maddələrin tələbləri aşağıdakı halları və onlara müvafiq olaraq hüquq və vəzifələri müəyyən etmişdir: (1) işlər qəbul edilmədən əvvəl podratçının icra etdiyi işlərin qüsurlu olması müəyyən edildiyi təqdirdə, sifarişçi həmin qüsurun aradan qaldırılmasını tələb edə bilər və tərəflərin sonrakı hərəkətlərindən asılı olaraq müvafiq qaydalar tətbiq edilməlidir; (2) işlər qəbul edilmədən əvvəl sifarişçi işlərin qüsurlu olduğunu bilirsə və bununla bağlı hər hansı bir pretenziya irəli sürmürsə, həmin qüsurlarla bağlı tələb hüququna malik olmur; (3) işlər qəbul ediləndən sonra sifarişçi qüsurları müəyyən etdikdə, tələb hüququnu bir il ərzində irəli sürməlidir. Apellyasiya məhkəməsinin işin müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin icrası məqsədilə iddiaçı tərəfindən görülmüş işlərə dair 4 təhvil-təslim aktları təqdim olunmuş, onlardan ikisi cavabdeh tərəfindən imzalanmış, iki sonrakı aktlar imzalanmamışdır. İmzalanmış ilkin aktlarla bağlı iddiaçı işlərin qüsurlu olması ilə bağlı pretenziya irəli sürmədiyindən, onlar həmin anda qüsursuz icra edildiyi kimi qiymətləndirilm əlidir. Əgər cavabdeh tərəfindən həmin işlərlə bağlı qüsurlar işlər qəbul ediləndən sonra müəyyən edilmişdirsə, onlarla bağlı tələb etmə hüququnu bir il ərzində irəli sürməli idi. Apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi, həmin müddət çərçivəsində cavabdeh tərəfindən işlər qəbul ediləndən sonra onlara dair tələb irəli sürülməmiş, habelə bu iddia icraatında qarşılıqlı iddia verilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, k assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh “xxxx” MMC-nin baş direktoru xxx3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-389/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar