Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-4/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı1 MMC və "xxxx" MMC-nin Cavabdeh X1rşı iş üzrə QƏRAR Açar sözlər: əldən çıxmış faydanın tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, cavabdehin vəkilləri Vəkil1, Vəkil4, Vəkil3 iştirakları ilə, iddiaçılar İddiaçı1 MMC və "xxxx" MMC-nin Cavabdeh X1rşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli 2-2(103)-620/2021 saylı qətnaməsindən iddiaçı-İdd iaçı1 MMC və Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ: 1. 2008-ci ildə İddiaçı1 MMC (bundan sonra – birinci iddiaçı) KjAr-2-1 havaayırıcı qurğusu avadanlığını (bundan sonra-havaayırıcı qurğu) "xxxx" ASC-dən almışdır. 2. "xxxx" MMC (bundan sonra – ikinci iddiaçı) ilə birinci iddiaçı arasında bağlanmış 2014-cü il 1 iyul tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən tərəflər müqavilənin predmeti olan azot, oksigen və arqon elementlərinin istehsal olunması və satışı, işlərin icra edilməsi üçün zəruri təcrübəyə, kadr, texniki və maliyyə imkanlarına sahib olmaqla birgə fəaliyyət üçün öz əmlakları hesabına 8.000.000 manat (birinci iddiaçı 4.500.000 manat, ikinci iddiaçı 3.500.000 manat) vəsait ayırmışlar. 3. 2014-cü il 10 ap rel tarixli 001/04 saylı müqaviləyə əsasən ikinci iddiaçı Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenmaş” zavodunun istehsalı, 1992-ci il buraxılışlı, zav, №1, AjAr-4-1 hava təmizləyici qurğunu (bundan sonra-havatəmizləyici qurğu) Cavabdeh İKF-ə (bundan sonra- cavabdeh) satmışdır. 4. 2018-ci il avqustun 28-də qanuni qüvvəyə minmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli 2-2(82)-91/2017 saylı qətnaməsi ilə ikinci iddiaçı ilə cavabdeh arasında bağlanmış 2014-cü il 10 aprel tarixli 001/04 saylı müqavilə ləğv edilmiş, havatəmizləyici qurğunun ikinci iddiaçıya qaytarılması qət edilmişdir.
5. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 2019-cu il 4 oktyabr tarixli aktdan müəyyən edilir ki, “...icra sənədində göstərilən tələbin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli 65 D ünvanında fəaliyyət göstərən cavabdehin ümumi sahəsi 0,38 ha olan azot istehsalı zavoduna gəldik. İcra prosesi zamanı tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mübahisəli qurğunun (AjAR-4-1) texniki sənədlərini (əlavə olunur) təqdim edərək zavodun ərazisində işlək vəziyyətdə olmayan təmizləmə blokunun ona məxsus olduğunu bildirdi. Həmin bloka tələbkarın nümayəndəsi Nümayəndə tərəfindən baxış keçirildi, texniki sənəddə göstərilən “KK 095.00.000 PS" nömrəsi ilə ərazidə olan avadanlığın nömrəsinin uyğunsuzluq təşkil etdiyi məlum oldu. Tələbkar iddia etdiyi qurğunun bəzi hissələrinin zavodda işlək vəziyyətdə olduğunu bildirdi, həmin hissələrə də tələbkarın nümayəndəsi Nümayəndə tərəfindən baxış keçir ildi, lakin onların üzərində hər hansı eyniləşdirmə nömrəsinin olmadığı müəyyən edildi. Borclu "xxxx" İKF-nın rəhbəri İ.Sadıqov hazırda zavodda quraşdırılmış hava təmizləyici qurğunun markasının "KjAR-2-1" olduğunu, tələbkarın iddia etdiyi qurğunun isə zavodda quraşdırılmadığını bildirdi. Həmin qurğuya baxış zamanı onun Bolqarıstan Respublikasının istehsalı olduğu müşahidə edildi. Borclu “Çinar-Servis"xxxx"Kriogen-N' MMC-yə məxsus "AjAR-4-1" markalı hava təmizləyici qurğunun ümumiyyətlə zavodda quraşdırılmadığını, zavoda "KjAR-2-1" markalı qurğunun quraşdırıldığını (texniki sənədlər əlavə olunur) və bununla bağlı müvafiq sənədləri təqdim etdi. Təqdim edilmiş "montaj işlərinin görülməsi haqqında" "xxxx" İKF ilə Rusiya Federasiyasının "Kislorodmaş" zavodu arasında bağlanmış 2015-ci il 28 may tarixli 65 saylı müqavilədən görünür ki, zavodda “KjAP-2-1" markalı qurğu quraşdırılmış və buna görə montaj işlərini aparan şirkətə 178.000 ABŞ dolları vəsait ödənilmişdir. Borclu "xxxx" İKF-nın rəhbəri İ.Sadıqov bildirdi ki, müqavilə əsasında "Kriogen-N” MMC-dən aldığı "AjAR-4-1" markalı hava təmizləyici qurğu müqavilə şərtləri pozulmaqla natamam təhvil verildiyinə və həmin qurğu istehsalat üçün yararsız olduğundan, onları hələ aralarında məhkəmə mübahisəsi başlamadan əvvəl tullantı metal kimi bu işlə məşğul olan şəxslərə 1200 manata satmışdır. Hazırda həmin vəsaiti ödəməyə hazırdır. İcra zamanı tələbkar "Kriogen-N” MMC-nin nümayəndəsi Nümayəndə ona dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur...".
6. Bakı şəhəri Binəqədi Rayon İcra və Pro basiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 2019-cu il 27 noyabr tarixli qərardan müəyyən edilir ki, “...2019-cu il 4 oktyabr tarixdə tələbkarın və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli 65 D ünvanında fəaliyyət göstərən borclu "xxxx" İKF-nin azot zavoduna baxış keçirildikdə qeyd edilən icra sənədində göstərilən qurğu ilə həmin zavodda olan qurğuların nömrələrinin eyniləşdirmə nömrələrinin uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur...". İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. Birinci və ikinci iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə (İİİ cild i.v.196) məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən birinci iddiaçıya məxsus havaayırıcı q urğu (əlavə 1-ə əsasən) və havatəmizləyici qurğudan əsassız istifadəyə görə, real zərər və əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla, 2015-cı il 1 iyul tarixdən 2020-ci il 10 dekabr tarixədək yəni, 65 ay üçün cəmi 6.500.000 manat pul vəsaitinin iddiaçıların hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar arasında imzalanmış 2014-cü il 1 iyul tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən birinci iddiaçıya məxsus hava ayrıcı qurğu və hava təmizləyici qurğudan birgə istifadə etməklə ümumi gəlirin 55 faizi birinci iddiaçıya və 45 faizi ikinci iddiaçıya qazanc gətirməli idi. Lakin cavabdeh tərəfindən hava ayrıcı qurğu və hava təmizləyici qurğunun hal-hazıradək əsassız qu rulması və istifadəsinə görə iddiaçılar arasında 2014-cü il 1 iyul tarixli “Birgə fəaliyyət haqqında” müqaviləni hal-hazıra kimi həyata keçirmək mümkün olmamışdır. İddiaçıların bununla bağlı dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, həmin avadanlıqlar geri qaytarılmamış, əsassız qurulmuş və istifadə edilmişdır. 9. "xxxx" MMC-nin (qiymətləndirmə şirkəti) 2018-ci il 19 dekabr tarixli MB11/1187 saylı “Qiymətləndirmə hesabatı”ndan müəyyən olunur ki, cavabdehin ikinci iddiaçı qarşısında öhdəliyinin icra etməməsi nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) orta aylıq həcmi 140.724 manat təşkil edir.
10. İddiaçılar tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişlər. 11. 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2019-cu il 23 oktyabr tarixli 22(82)-139/2019 saylı qərardadı ilə təyin olunmuş məhkəmə-tikinti-texniki və məhkəməmühasibatlıq ekspertizaları qarşısında birinci iddiaçıya məxsus havaayrıcı qurğudan və havatəmizləyici qurğudan cavabdeh tərəfindən istifadə edilib-edilməməsi, həmin qurğuların istehsal qabiliyyəti, işlək vəziyyətdə olub-olmamasının, həmin avadanlıq və qurğulardan istifadə edilmişdirsə, əldə edilmiş mənfəətin 1 aylıq məbləğinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra – Ekspertiza Mərkəzi) tapşırılmışdır.
12. Ekspertiza Mərkəzinin 2020-ci il 1 oktyabr tarixli 29235 saylı rəyi ilə müəyyən olunmuşdur ki, “2020-ci il 22 sentyabr tarixli ekspert in iştirakı ilə keçirilmiş baxışın nəticələrindən, ekspertizaya təqdim edilmiş iş materiallarından və əlavə təqdim edilmiş materiallardan (cavabdehin ərazisində “Kislorodmaş” OOO şirkəti tərəfindən hava ayırıcı qurğunun quraşdırılması barədə müqavilə və aktından, 2019-cu il 23 iyul tarixli Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisinə cavabdehinin direktoru tərəfindən ünvanlanmış məktubdan, elektron informasiya daşıyıcılarında (elektron yaddaş kartlarında) olan səs yazıların, video və foto çəkilişlərindən) göründüyü kimi, birinci iddiaçıya məxsus hava ayırıcı qurğu və hava təmizləyici qurğudan cavabdeh tərəfindən istifadə edilmiş, həmin qurğu və avadanlıqlar müəyyən müddətlərdə işlək vəziyyətdə olmuşlar. 2020-ci il 22 sentyabr tarixdə baxış keçirilərkən cavabdehin direktoru X6 baxış i ştirakçılara həmin avadanlıqların tam quraşdırılmadığını bildirməklə onların işə salınmasından imtina etdiyindən, qeyd olunan avadanlıq və qurğuların istehsal qabiliyyətini yoxlamaq mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş «KjAr 2-1» havaayırıcı qurğunun nominal texniki göstəricilərinə görə istehsal oluna bilən məhsuldarlığını nəzərə aldıqda, həmin qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqlardan istifadə etməklə hər bir rejim üçün ayrıca olaraq istehsal edilə bilən məhsulun həcmi və əldə oluna bilən mənfəətin (istehsal edilmiş məhsulların qiyməti) 1 aylıq məbləği 1-ci rejim üçün: oksigen qazın 61200 m3, oksigen mayenin ******* kg, azot qazın ******* m3, azot mayenin 194400 kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə o luna bilən mənfəətin cəmi 14.129.856 Azn; 2-ci rejim üçün: oksigen qazın ******* m3, azot qazın ******* m3, azot mayenin ******* kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfəətin cəmi 8.065.080 Azn; 3-cü rejim üçün: oksigen qazın 698400 m3, oksigen mayenin 792000 kg, azot qazın ******* m3, azot mayenin ******* kg, arqon qazın 46800 m3, arqon mayenin 75600 kg təşkil etməklə, həmin məhsuldarlıqdan əldə oluna bilən mənfəətin cəmi 9.333.000 manat olduğu müəyyən edilir. Qeyd olunan məhsuldarlığı və əldə oluna bilən mənfəətlərin məbləğlərindən hava ayırıcı qurğunun hər rejim üçün sərf oluna bilən elektrik enerji sərfiyyatının, texniki xidmətlərinin, əmək haqlarının və digər istehsalat xərcləri miqdarının çıxması nəzərə alınmalıdır. Bununla yanaşı, konkret olaraq müəssisənin işləmə rejimi (yəni ayda neçə gün, gündə neçə saat işləməsi, buraxılan texniki qazların növü və miqdarı və s.) məhkəmə tərəfindən qiymətləndirilməlidir.”
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 10 fevral tarixli 2-2(113)-17/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2.800.000 manat pul vəsaiti tutularaq ikinci iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zaur Pirverdiyev).
14. Məhkəmə müəyyən etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli 2-2(82)-91/2017 saylı qətnaməsi cavabdeh tərəfindən halhazıradək icra olunmamışdır.
15. İkinci iddiaçıya verilməli olan qurğu azot, oksigen və arqon elementlərinin istehsal olunması üçün istifadə olunur və nətic ə etibarilə həmin məhsulların satışından gəlirin əldə edilməməsi ikinci iddiaçını bu gəliri dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, qurğunu vaxtında verməməklə cavabdeh ikinci iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli 2-2(82)-91/2017 saylı qətnaməsinin icra edilməməsi nəticəsində (qurğunun qaytarılmaması) ikinci iddiaçının hüquqları pozulmuş və o, maddi itkilərə məruz qalmış, həmin maddi itkilər cavabdehin qurğunun verilməsini gecikdirməsindən yaranan maddi itkilərdir.
16. Qurğunu vaxtında verməməklə ikinci iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı tələbində əldən çıxmış faydanın əvəzinin 2015-cı i l 1 iyul tarixdən 2020-ci il 10 dekabr tarixədək olan dövr üzrə tələb etsə də, cavabdeh ilə ikinci iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə və qurğunun verilməsinə dair məhkəmənin qətnaməsi 2018-ci il 28 avqust tarixdə qanuni qüvvəyə mindiyindən, əldən çıxmış fayda qismində dəymiş zərər bu tarixdən hesablanmalıdır.
17. Məhkəmə zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, Ekspertiza Mərkəzinin 2020-ci il 1 oktyabr tarixli 29235 saylı rəyində və "xxxx" MMC-nin 2018-ci il 19 dekabr tarixli MB-11/1187 saylı Qiymətləndirmə hesabatında zərərin məbləğinin tələb olunan məbləğdən dəfələrlə artıq olmasına baxmayaraq, tələb üzrə əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla ödənilməsi tələb olunduğundan, cavabdeh ikinci iddiaçıya 2.800.000 manat (100000 ma nat (hər ay üçün) x 28 ay (xx.xx.201812.2020) = 2.800.000) ödəməlidir.
18. Məhkəmə birinci iddiaçının tələbinə münasibətdə hesab etmişdir ki, tərəflər arasında qurğu ilə bağlı mübahisə olduğundan və əmlakın kimə məxsus olması müəyyən olunmadığından iddia onun tələbi hissəsində təmin oluna bilməz.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 80, Azərbaycan Respublikası MM-in 21-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76.1, 76.2, 77.1, 80, 119.1, 217.3, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat: 20.Birinci iddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər. Birinci iddiaçı iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını, cavabdeh qətnamənin qismən – ikinci iddiaçının iddiasının təmin edilən hissəsində - ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. 21.Birinci iddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməməklə, MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. İşdə olan sübutlardan, mübahisəli avadanlıqların birinci iddiaçıya məxsus olması danılmaz faktdır. Lakin məhkəmə bu sübutlara əhəmiyyət verməmişdir. 22.Cavabdeh apellyasiya şikayətini aşağıdakı dəlillərlə əsaslandırmışdır: - Məhkəmə 2014-cü il 10 aprel tarixli 001/04 saylı müqaviləyə əsasən cəmi dəyəri 12.500 manat təşkil edən hava təmizləyici qurğuya (hava filtrinə) görə cavabdehdən 2.800.000 manat pul tutmuşdur. - Məhkəmə havaayırıcı qurğudan istifadəyə görə birinci iddiaçının tələbini təmin etmədiyi halda, həmin qurğunun barəsində verilmiş ekspert rəyini ikinci iddiaçının tələbində göstərilən hava təmizləyici qurğuya şamil edib cavabdehdən pul tutmuşdur. - "xxxx" MMC-nin 2018-ci il 19 dekabr tarixli MB 11/1187 saylı “Qiymətləndirmə hesabatı”nda ümumiyyətlə tədqiqat aparılmadan, hər qurğu üzrə ayrılıqda nəticə verilmədən, ümumi xarakterli ifadələr işlənmişdir. - Qiymətləndirmə hesabatından və ekspert rəyindən müəyyən olunur ki, bu sənədləri tərtib edən şəxslər müvafiq sahədə ixtisaslı şəxslər deyil. İş ü zrə təyin edilmiş ilk ekspertizaya Ekspertiza Mərkəzinin 2019-cu il 26 noyabr tarixli 29235 saylı cavab məktubunda qeyd edilmişdir ki, “...Məhkəmə ekspertizası mərkəzində havaayırıcı və havatəmizləyici qurğular üzrə xüsusi biliyə malik olan mütəxəssisin olmadığından, həmin qurğu və avadanlıqlara belə bir mütəxəssis cəlb edilməklə, məhkəmə, ekspert və tərəflərin iştirakı ilə baxışın keçirilməsi təşkil edilsin. Mübahisəli avadanlıq və qurğular işə salmaqla mütəxəssis tərəfindən bu avadanlıqların istehsalat qabiliyyəti barədə əldə edilmiş nəticələrin (rəyin, aktın, protokolun və s.) ekspertiza tədqiqatına təqdim edilməsi xahiş olunur...”. Həmin məktub, sonradan verilmiş rəy də eyni şəxs tərəfindən - F.Mahmudov tərəfindən verilmişdir. İşdəki rəydən onun yanğın texniki, dəmiryol texniki və təhl ükəsizlik-texnikası ekspertizası üzrə ekspert ixtisaslı olması müəyyən olunur. Məhz ekspertin ixtisaslı şəxs olmaması səbəbindən o, mübahisə predmeti olan fərqli 2 qurğunu fərqləndirə bilməmiş, onların hər ikisini hava ayırıcı qurğu hesab etmişdir. - Ekspert tələblərin əsasını təşkil edən qurğuların ümumiyyətlə zavodda quraşdırılıbquraşdırılmadığını baxışla müəyyən etmək əvəzinə, məktublara və digər sənədlərə istinad edir. Ekspert birinci iddiaçının iddiasının əsasını təşkil edən havaayırıcı qurğudan fərqli olaraq ikinci iddiaçıya məxsus havatəmizləyici qurğunun ümumiyyətlə heç bir məhsul istehsal etməyən qurğu olmasını belə müəyyən edə bilməmişdir. - İddiaçı həmin avadanlığa görə ona ziyan dəyməsini iddia etsə də, qeyd edilən avadanlıq heç vaxt onun istifadəsində olmamış, qurulmamış, iddi açı tərəfindən istehsalatda istifadəyə verilməmiş və təyinatı üzrə istismar olunmamışdır. O, ümumiyyətlə bu qurğunun istifadə edilməsi üçün lazım olan zavoda malik deyil. Adi bir hava filtri üçün iddiaçının malik olmadığı zavodun verə biləcəyi gəlir onun xeyrinə tutulmuşdur. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli 2-2(82)-91/2017 saylı qətnamənin qəsdən icra edilməməsi ilə bağlı nəticə əsassızdır. Zavodda quraşdırılan qurğunun icra predmeti olan və ikinci iddiaçının tələbinin əsasını təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtogenmaş” zavodunun 1992-ci il istehsal olan (zav N1, AjAr-4-1 havaayırıcı qurğusu üçün KK-1562.00.000PE1 m arkalı) hava təmizləyici qurğu olmadığını həm icra qurumu, həm də tələbkar təsdiq etmişdir. Hazırkı iş üzrə tədqiqat aparan ekspert ixtisaslı mütəxəssis olsaydı, asanlıqla qurğunun zavodda quraşdırılmadığını müəyyən edə bilərdi. - Məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, mülki qanunvericiliyin ümumi xarakterli müddəaları ilə kifayətlənərək, həmin müddəaların işə tətbiqini izah etməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli 2-2(106)-620/2021 saylı qətnaməsi ilə birinci iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Raqib Qurbanov, hakimlər Vidadi Məmmədov və Vüsalə Baxışova).
24. H əmin məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda, məhkəmə iddiaçının öz iddiasının və cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətlərində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq hesab etmişdir ki, işin halları, həmçinin maddi və prosessual hüquq no rmalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
25. Apellyasiya instansiya məhkəməsi qətnaməsində MM-nin 21-ci maddəsinə, MPM-in 384.0.1, 392-ci maddələrinə istinad etmişdir.
26. Birinci iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçı1 MMC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
27. Apellyasiya instansiya məhkəməsi qətnamə çıxaran zaman maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. İş materialında olan sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, mübahisəli olan avadanlıqların İddiaçı1 MMC- yə məxsus olması danılmaz faktdır. Buna baxmayaraq, bu məsələyə məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir.
28. İddiaçı1 MMC kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 12, 60.1, 71, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6, Azərbaycan Respublikası MPM-in 14, 88, 220, 227, 372, 384-cü maddələrinə maddələrinə istinad etmişdir. b) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
29. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qeyd etdikləri ilə kifayətlənməsi, apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirməməsi göstərilmiş, apellyasiya şikayətinin dəlilləri (həmin dəlillərə qiymət verilməməsi səbəbindən) yenidən təkrarlanmış, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin qismən – ikinci iddiaçının iddiasının təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
30. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 21.1, 21.2, Azərbaycan Respublikası MPM-in 97.1, 97.3,217.1, 217.3, 222.1-ci maddələrinə istinad etmişdir. a) Cavabdeh tərəfindən birinci iddiaçının kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
31. İddiaçı1 MMC-yə məxsus “KjAr 2-1 havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların ona məxsus olması və həmin qurğuların cavabdehə verməsi və həmin qurğulardan cavabdehin qanunsuz istifadə edərək gəlir, qazanc əldə etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı istinad etdiyi Azərbaycan Respublikası MM-in 152-ci maddəsinin dispozisiyasına aid olan mülkiyyət üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnun olmasını özündə əks etdirən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçının istinad etdiyi tələb Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin mənasına görə iddiaçı öncə mülkiyyətçisi olduğu əşyanın mövcudluğunu sübut etməli və bundan sonra onun cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilərdi.
32. Kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulduğu qeyd edilsə də, bu pozuntunun nədən ibarət olması qeyd olunmamışdır. b) İkinci iddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
33. Hər iki məhkə mə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə dair 2021-ci il 27 may tarixli etiraza Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin «cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında» 2021-ci il 03 may tarixli qərarı əlavə edilmişdir. Həmin qərara əsasən cavabdehin iddiaçıya məxsus hava təmizləyici qurğudan əsassız istifadə etməsi və geri qaytarmaması ilə bağlı qeyd olunan qərar qəbul edilmiş və hazırda istintaq davam edir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Cavabdehin vəkilləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
35. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili birinci iddiaçının kassasiya şikay ətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
36. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçılara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). Bu səbəbdən, məhkəmə kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində veril miş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
38. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iş üzrə İddiaçı1 MMC-nin və cavabdehin kassasiya şikayətləri üzrə mübahisələndirilən hissədə yoxlanılacaqdır ().
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halların a istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “ Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşül ür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yo l verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın....”
41. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
254. Məhkəmənin icraatı dayandırmaq və zifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;...” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. İşin materiallarından göründüyü kimi, hazırki iddianın predmetini birinci iddiaçının ona məxsus olduğunu iddia etdiyi «KjAr 2-1» havaayırıcı qurğudan, qurğunun tərkibi hissələri olan digər avadan lıqlardan, ikinci iddiaçının isə məhkəmə qətnaməsinə əsasən ona qaytarılmalı AjAr-4-1 havatəmizləyici qurğudan cavabdehin əsassız istifadəsinə görə real zərər və əldən çıxmış faydanın tutulması təşkil edir.
43. Qeyd olunmalıdır ki, birgə iddiaçılar iddia ərizələrində ayrı-ayrı funksiyalara malik avadanlıqlara görə hər biri üçün vurulmuş zərərin miqdarını konkretləşdirmədən, ümumilikdə 6.500.000 manatın tutulmasını xahiş etmişlər.
44. İşə baxan məhkəmələr birinci iddiaçının tələbinə münasibətdə belə qənaətə gəlmişlər ki, tərəflər arasında sözügedən qurğu ilə bağlı mübahisə olduğundan və əmlakın kimə məxsus olduğu müəyyən olunmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz.
45. İşin materiallarından, eləcə də «Elektron informasiya məhkəmə» sistemindən çıxarışdan aydın olur ki, hazır ki işə birinci və apellyasiya qaydasında baxılarkən birinci iddiaçının cavabdehə və X7 qarşı «KjAr 2-1» havaayırıcı qurğudan, qurğunun tərkibi hissələri olan digər avadanlıqların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq qaytarılması barədə iddia tələbi başqa məhkəmənin icraatında olmuş və yekun məhkəmə aktı qəbul edilməmişdir.
46. Bununla belə hazırki işin icraatı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində dayandırılmamış, bununla da MPM-nin 254.1.4-cü maddəsinin tələbləri pozulmuşdur (bax yuxarıda § 43).
47. X5 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPMnin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayı rır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 2004-cü il 25 mart tarixli qərarı)
48. Odur ki, məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci iddiaçının tələbinə münasibətdə qeyd olunan prosessual pozuntu səbəbindən ləğv edilməlidir. İşin yeni apellyasiya baxışı zamanı birinci iddiaçının tələbi üzrə icraatın ayrılmasının mümkünlüyü müzakirə edilməklə, nəticəsində asılı olaraq, birinci tələb üzrə və ya hər iki iddiaçının tələbi üzrə icraatın sözügedən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması məsələsinə Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.
49. İkinci iddiaçının tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
50. İlk növədə qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir.
51. Apellyasiya instansiyası məhkəməsi cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallardan əlavə dəlillər də irəli sürsə də, şikayətin həmin dəlilləri üzrə hər hansı qiymətləndirmə aparmamış, bununla da MPM-nin 392-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur (MPM-nin 392-ci maddəsi). 52.“İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 22 yanvar tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonraAvropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilmə sinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
53. İkinci id diaçının tələbinin təmin edilən hissəsinə gəldikdə, iddia ərizəsindən göründüyü kimi, iddiaçı zərərin (real zərər və əldən çıxmış fayda) tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh müvafiq qurğunu vaxtında verməməklə ikinci iddiaçıya əldən çıxmış fayda şəklində ziyan vurmuşdur. Bununla da iddia tələbi faktiki olaraq real zərər hissəsində təmin olunmamışdır. Qətnamədən ikinci iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Tam hüquqlu məhkəmə kimi işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları və qiymətləndirməni olduğu kimi təkrarlamışdır.
54. Göründüyü kimi, iddiaçının tələbinin məhkəmələr tərəfindən əsaslı hesab edilən hissəsində iddianın qanuni əsasını MM-nin 21-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 443.4-cü maddəsi də təşkil edir. MM-nin 21.2-ci maddəsinin məzmunundan göründüyü kimi, zərərin iki forması vardır: real zərər (hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi) və əldən çıxmış fayda (hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər).
55. İşə baxan məhkəmələr tərəfindən MM-nin 21-ci maddəsinə istinad olunsa da, mübahisəyə MM-nin 443.4-cü maddəsinin tələbləri baxımından qiymət verilməmişdir. Həmin maddənin tələbinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
56. Baxılan iş üzrə əldən çıxmış fayd a şəklində zərər müəyyənləşdirilərkən sözügedən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olub-olmaması yoxlanılmamış, bununla da tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.
57. Bundan əlavə, sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019- cu il tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mən ə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.
58. Hazırkı halda, MPM-nin 77-ci maddəsinin tələbləri baxımından sübutetmə yükü ziyanın vurulduğunu iddia edən iddiaçının üzərinə düşür. Lakin ikinci iddiaçı tərəfindən belə sübutların təqdim edilməsi və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbinə uyğun qiymət verilməsi işin materiallarından müəyyən edilmir.
59. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əldən çıxmış faydanın əvəzinin hər ay üçün 100.000 manat olmaqla ödənilməsi tələbini o səbəbdən əsaslı hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 01 oktyabr tarixli 29235 saylı rəyi ilə müəyyən edilən xüsusatlar nəzərə alındıqda zərərin məbləği tələb olunan məbləğdən dəfələrlə artıqdır. Həmçinin "xxxx" MMC-nin 2018-ci il 19 dekabr tarixli, MB-11/1187 nömrəli Qiymətləndirmə hesabatından da müəyyən olunur ki, cavabdehin ikinci iddiaçıya öz öhdəliyini icra etməməsi nətic əsində dəymiş zərərin (əldə çıxmış fayda) orta aylıq həcmi 140.724 manat təşkil edir.
60. Əvvəla nəzərə alınmalıdır ki, iddiaçılar əldən çıxmış fayda və real zərərin birlikdə hər ay 100.000 manat təşkil etdiyini göstərmişlər. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən iddiaçıya real zərər deyil, əldən çıxmış fayda şəklində zərərin vurulduğu müəyyən edilmişdir. Belə olan halda, iddia olunan, aylıq 100.000 manat məbləğində ümumi zərərin nə qədər hissəsini iddiaçının əldən çıxmış fayda şəklində tələb etdiyi müəyyən edilməli idi. Lakin belə qiymətləndirmə aparılmadan adi riyazi hesablama ilə iddia qismən təmin edilmişdir.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zərərin məbləğini müəyyən edərkən müqayisəli şəkildə qiymət verdiyi, yuxarıda istinad olunan ekspert rəyi və qiymətləndirmə hesabatını işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmiş, bununla da prosessual qanunun heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbi pozulmuşdur (MPM-nin 88-ci maddəsi).
62. Sözügedən ekspert rəyi və qiymətləndirmə hesabatı qiymətləndirilərkən nəzərə alınmamışdır ki, hər iki sənəddə «KjAr-2-1» qurğusunun istehsalat həcmi ilə bağlı tədqiqat aparılmışdır. Həmin avadanlıqla bağlı isə məhkəmə mübahisəsinin yekunlaşmaması səbəbindən birinci iddiaçının tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert qarşısında ikinci iddiaçıya məxsus AjAr-4-1 havatəmizləyici qurğusundan (filtr) cavabdehin istifadəsi edib-etməməsi, istehsal qabiliyyəti və işlək vəziyyətdə olub-olmamasına dair sual qoyulmuş, lakin həmin suall ar üzrə hər hansı ekspertiza tədqiqatının aparıldığı və cavablandırıldığı ekspert rəyində göstərilməmişdir.
63. Bundan əlavə, ekspert tərəfindən müvafiq ekspert rəyi verilməmişdən əvvəl, ekspert məhkəməyə müraciət edərək (İİİ cild i.v 117), Ekspertizası Mərkəzində havaayırıcı və havatəmizləyici qurğular üzrə xüsusi biliyə malik olan mütəxəssisin olmamasını, həmin qurğu və avadanlıqlara belə bir mütəxəssis cəlb edilməklə baxış keçirilməsinin zəruriliyini bildirmişdir. Ekspertin bu barədə vəsatəti təmin olunmadığından məhkəməyə «Məhkəmə ekspertizasının keçiilməsinin və rəy verilməsinin mümkün olmaması barədə» 2019-cu il 30 avqust tarixli məlumat verilmişdir. Bununla belə, havaayırıcı və havatəmizləyici qurğular üzrə xüsusi biliyə malik olan mütəxəssisin iştirakı təmin edilmədən, eyni ekspert tərəfindən rəy verilməsi mümkün olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən həmin hala düzgün hüquqi qiymət verməməklə, MPM-nin 81 və 88-ci maddələrinin tələblərini pozmuşdur.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd olunan sübutlara istinadən məhkəmələr tərəfindən 2014-cü il 10 aprel tarixli 001/04 saylı müqaviləyə əsasən cəmi dəyəri 12.500 manat təşkil edən hava təmizləyici qurğuya (hava filtrinə) görə cavabdehdən 2.800.000 manat pul tutulmasının əsassız olması, sübutların düzgün qiymətləndirilməməsi, bununla da maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir (bax yuxarıda § 22,31).
65. Kollegiya həmçinin qeyd edi lməsini zəruri hesab edir ki, zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir (MM-nin 386.1-ci maddəsi). Mülki qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı; zərər vuranın təqsirli (təsirsiz məsuliyyət halları istisna olmaqla); hüquqa zidd əməli və əməllə zərər arasına səbəbli əlaqənin mövcudluğu tələb olunur.
66. Baxılan iş üzrə ikinci iddiaçının tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 8 noyabr tarixli qətnaməsinə əsasən ona qaytarılmalı olan qurğunun qaytarılmamasından yaranmışdır. Zərərə görə mülki məsuliyyətin yaranma əsaslarının mövcud olub-olmamasının yoxlanılması, eləcə də qeyd olunan məhkəmə qətnaməsinin qəsdən icra edilməməsi ilə bağlı nəticənin əsassızlığın a dair cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi baxımından əhəmiyyətli olsa da, həmin qətnamənin icrasına dair icra işi materiallara əlavə edilməmiş, tədqiq olunmamış, qətnamənin icra olunmaması səbəblərinə (cavabdehin təqsirli hərəkətlərinin olub-olmamasına) aydınlıq gətirilməmişdir. Beləliklə, məhkəmə qətnaməsinin icra edilməməsində cavabdehin təqsirli hərəkəti müəyyən edilmədən, zərərin tutulmasına dair qətnamə qəbul edilmişdir.
67. İşin materiallarına əlavə edilmiş, icra qurumunun ayrı-ayrı tarixli məktublarına əsasən qətnamənin icrası üçün konkret müddətlər təyin edilmiş, müxtəlif səbəblərdən, o cümlədən qurğunun sökülməsi üçün mütəxəssisin olmaması, tələbkarın özünün iştirak etməməsi və s. səbəblərdən təxirə salınmışdır. İcra hərəkətlərinin həyata keçirilməsi z amanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur (“İcra haqqında” Qanunun 40-cı maddəsi). İşin materiallarından icra icraatı zamanı mütəxəssisin iştirakının təmin edilməsi müəyyən edilmir.
68. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, «….mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir».
69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir.
70. MPM-in 415-1, 416-419-cu maddələrini rəhbər tutar aq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli 22(103)-620/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov B.F.Qəribov 25.