Məhkəmə qərarları › İş №2-2(102)-40/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-40/2021

11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-40/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı şirkətinin cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 11.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(103)-784/2019 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ

1. İddiaçı Şirkəti (bundan sonra – “Şirkət”) 2018-ci il 11 iyul tarixində Cavabdeh MMC- yə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2013-cü il 31 dekabr tarixli icarə müqaviləsinə xitam verilməsi, kranın icarəyə verilməsi ilə bağlı ödənilməyən 238.830 avro icarə haqqının/əsas borcun, öhdəliyin icrasının gecikdirilməsi ilə bağlı 11.941 avro əlavə borcun, 4.000 manat hüquqi xidmət haqqının, 250 manat tərcümə xərclərinin, 75 manat notariat xərclərinin, 30 manat dövlət rüsumunun, cəmi 250.771 avro və 4.355 manat məbləğində pul vəsaitinin MMC-dən tutularaq Şirkətə ödənilməsi, icarə müqaviləsinin predmeti olan “GROVE GMK 4070” markalı, 4070-8186 seriya nömrəli mobil kranın və ya onun dəyəri olan 325.000 avro məbləğində pul vəsaitinin MMC-dən alınıb Şirkətə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. MMC ərizə ilə məhkəməyə müraciət edərək iqtisadi iş üzrə tərəflər arasında xarici dövlətin məhk əməsinin beynəlxalq səlahiyyəti barədə razılıq olduğundan və mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olmadığından həmin işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 may tarixli 2-2(82)-64/2019 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim – X.İ).

4. Şirkət həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 avqust tarixli 2-2(82)- 64/2019 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır (hakim – X.İ).

6. Həmin qərardaddan Şirkət şikay ət verərək qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 sentyabr tarixli 2-2(82)- 64/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 avqust tarixli 2-2(82)-64/2019 saylı qərardadı ləğv edilmiş, iş üzrə icraata xitam verilməsi barədə 2019-cu il 29 may tarixli 2-2(82)-64/2019 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 269.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – X.İ). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-2(103)-784/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 may tarixli 2-2(82)-64/2019 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – K.A, hakimlər – M.T və Ü.M).

9. MMC 2020-ci il 7 avqust tarixdə kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(103)-784/2019 saylı qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – A.H, hakimlər – V.A və A.N).

11. MMC 2020-ci il 14 oktyabr tarixdə kassasiya şikayəti verərək 20 20-ci il 24 avqust tarixli 2-2(103)-784/2019 saylı qərardadın ləğv edilməsini və kassasiya şikayətinin mümkün hesab edərək icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

12. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

402. Kassasiya şikayəti vermə hüququ Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.” “Maddə

411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi ba rədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

13. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-2(103)-784/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə icraata xitam verilməsi haqqında 2019-cu il 29 may tarixli 2-2(82)-64/2019 saylı qərardadı ləğv edilmişdir.

15. MPM-nin 402-ci maddəsində (bax yuxarıda § 12) kassasiya şikayəti verilə bilən məhkəmə aktları konkret sadalanmışdır. Bu maddədən görünür ki, iş üzrə icraata xitam verilməsi haqqında birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı həmin aktların arasında yo xdur.

16. Məhz bu səbəbdən cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-2(103)-784/2019 saylı qərardadından verdiyi kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(103)-784/2019 saylı qərardadı ilə geri qaytarılmışdır.

17. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 24 avqust tarixli 2- 2(103)-784/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinin MPM-nin 411-ci maddəsinə (bax yuxarıda §12) uyğun olaraq, icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.

18. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh tərəfindən Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 avqust tarixli 2-2(103)-784/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar