Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-40/2024 18.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-40/2024 Açar sözlər: nisyə verilmiş malların dəyərinin ödənilməsi, şifahi alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-449/2 023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə 2022-ci il 31 avqust tarixli pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 2022-ci il 3 sentyabr tarixinədək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43.488 manat ödənilməmiş pulun, 21 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin, ümumilikdə 43.709 manat pulun tutularaq iddiaçının hesabına ö dənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir qayda olaraq mülki dövriyyədə kənd təsərrüfatı məhsullarının istehsalı, satışı üzrə fəaliyyət göstərir. İddiaçı cavabdehlə şifahi alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçı arpa məhsulunu cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin məhsulu qəbul edib əvəzində onun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehə müqaviləyə əsasən 56.488 manat dəyərində olan məhsulları verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh razılaşdırılmış məbləğin 13.000 manatını ödəmiş, qalan 43.488 manatını isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün cavabdehə xəbərda rlıq məktubu da göndərmişdir.
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 yanvar tarixli e-2-2(113)-239/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Axundova).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş (müqavilənin bağlanması, arpa məhsulunun təhvil verilməsi, qeyd etdiyi razılaşdırılmış məbləğin 13.000 manat hissəsinin ödənilməsi və s.) və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş “CD” disk isə iddia tələbini təsdiqləyəcək sübut qismində qəbul oluna bilməz.
7. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1 və 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. İddiaçı apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-449/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələ bini sübut etmək üçün məhkəməyə cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə borcun etirafı barədə səs yazısı olan CD diskdən başqa hər hansı sübut təqdim edə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən tədim edilmiş CD diskdəki səs yazısının cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məxsus olub-olmadığının yoxlanılması üçün iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 26 iyul tarixli məktubu ilə ekspertizanın aparılmasından adından eyniləşdirici tədqiqat aparılması üçün eksperimental səs və nitq nümunəsinin və tədqiqatı tələb olunan mübahisəli fonoqramın dinlənilmə protokolu təqdim edilmədiyindən (Qanuni nümayəndə 2023-cü il 8 iyun tarixdən həbs edilərək Bakı İstintaq Təcridxanasın da saxlanılması ilə əlaqədar) imtina edilmişdir.
11. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən iddianın rədd olunması əsaslıdır. Sübut qismində təqdim edilmiş “CD” diskdə səs yazısı olan şəxsin cavabdehin qanuni təmsilçisi olduğu məlum olmadığından və həmin səs yazısında borcu etiraf edən şəxs cavabdehin iddiaçıya hansı məbləğdə borcu olduğunu bildirmədiyindən həmin səs yazısı digər mötəbər sübutlar olmadan iddianın təmin olunması üçün əsas ola bilməz.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
13. İddiaçı kassasiya şikayə ti verməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
14. MPM-in 88, 220.4 və 380.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il 2 may tarixdə cavabdehin direktoru Qanuni nümayəndə barəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı zərərçəkmiş şəxs qismində tanınması haqqında qərarı sübut kimi Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Məhkəmə isə həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olub-olmadığını araşdırmamış, h əmin sübuta qiymət verməmişdir. Məhkəmə həmin qərarın sübut kimi qəbul edilməməsinə qətnamədə heç bir münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından qiymətləndiriləcəkdir.
17. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınma sı və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsa slar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, onun tərəfindən apellyasiya məhkəməsinə sübut qismində onun zərərçəkmiş qismində tanındığı cinayət işinin başlanması haqqında müvafiq qərar təqdim edilmiş, məhkəmə isə həmin qərarı sübut qismində qəbul etməmişdir.
22. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi).
23. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. Göründüyü kimi, qanunvericilik yeni sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsini işdə iştirak edən ve belə sübutları təqdim edən şəxsin həmin sübutları birinci instansiya məhkəməsinə ondan asılı olmayan səbəblərdən təqdim edilə bilməməsini əsaslandırması ilə şərtləndirm işdir. Yəni, sübutun qəbul oluna bilinən olmasını əsaslandırmaq onu təqdim edən tərəfin prosessual vəzifəsidir. Hazırkı halda isə, iddiaçı sübut qismində müvafiq qərarı apellyasiya instansiyası məhkəməsinə təqdim etsə də, həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərdən mümkün olmamasını əsaslandıra bilməmişdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
26. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsi ilə cinayət təqibinin xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham növləri müəyyən olunmuş, Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilməsi nəzərdə tutulmuşdur (CPM-in 37.6-cı maddəsi).
27. Hazırkı halda i şdən göründüyü kimi iddiaçının apellyasiya məhkəməsinə təqdim edərək sübut qismində istinad etdiyi onun zərərçəkmiş şəxs qismində tanındığı Qərar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə başlanan istintaqın aparılması ilə bağlı olmuşdur. Belə olduqda isə, özü özlüyündə həmin Qərar tərəflər arasında mülki hüquq münasibətlərinə deyil, şəxsə münasibətdə cinayət hüquqi məsələyə dəlalət edir.
28. Kollegiya bildirir ki, kassasiya instansiyası məhkəməsi sübutlara hüquqi qiymət vermir, kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən sübutlar ara şdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-449/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.