Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-400/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq ödənişlərinin tutulması və lizinq obyektinin qaytarılması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı müqavilənin ləğvi, lizinq obyektinin qaytarılması və pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2-2(104)-03/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08 oktyabr 2019cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8350 manat əsas borcun, 3575 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 11955 manat pul məbləğinin Cavabdeh oğlundan tutularaq İddiaçı-yə ödənilməsi, tərəflər arasında bağlanmış 270-L/14 nömrəli, 25 fevral 2014-cü il tarixli müqavilənin ləğv edilərək lizinq obyekti olan 1 ədəd YTO-1004 markalı traktorun saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmı şdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 270L/14 nömrəli, 25 fevral 2014-cü il tarixli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 24730 (iyirmi dörd min yeddi yüz otuz) manat olan 1 ədəd YTO1004 markalı traktoru lizinqə götürmüşdür. Cavabdeh tərəfindən 25 fevral 2014-cü il tarixdə texnikanın dəyərindən 1140 (min yüz qırx) manat ilkin ödəniş aparmışdır. Cavabdeh üzərinə göt ürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 yanvar 2017-ci il tarixədək 9350,00 (doqquz min üç yüz əlli) manat ödənilməli olduğu halda, ondan 1000,00 (min) manat ödəniş aparmışdır. Cavabdehə qeyd olunan borc məbləğinin ödənilməsi barədə göndərilmiş 09 iyun 2015-ci il tarixli, ASC/2-1222 nömrəli pretenziya da cavabsız qalmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-145/2017 saylı, 03 avqust 2017-ci il tarixli qətnaməsi (hakim - F.C.Hüseynov) ilə iddia qismən təmin olunmuş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 25 fevral 2014-cü il tarixli 270-L/14 nömrəli müqavilə ləğv edilmiş,25 fevral 2014-cü il tarixli, 270-L/14 nömrəli müqavilənin predmeti olan 1 ədəd YTO-1004 markalı trаktorun İd diaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, Cavabdeh oğlundan 8350 (səkkiz min üç yüz əlli) manat əsas borc, 500 (beş yüz) manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 8880 (səkkiz min səkkiz yüz səksən) manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin qalаn hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-03/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – F.Ə.Mehdiyev, hakimlər – L.S.Süleymanov və A.V.Bayramov) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2017 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad çıxarılmış və rəy alınmışdır. Lakin rəyin alınmasından sonra cavabdehin məhkəmə prosesində iştirakı təmin olunmamış, iş üçün əhəmiyyət kəsb edən əsas hala, yəni ekspert rəyinə münasibət bildirilməsi üçün şərait yaradılmamış, ekspertizanın rəyi ünvana göndərilməmişdir. Ekspert rəyində n görünür ki, borc 8350 manat təşkil edir. Bu rəylə razı deyillər, ona görə də hesab edirlər ki, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalıdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında bağlanmış 25 fevral 2014-cü il tarixli, 270L/14 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən bir ədəd YTO-1004 markalı traktor 22750 manat qiyməti olmaqla 7 il müddətə lizinqə verilmişdir və lizinq alan texnikanın dəyərindən 1140 manat məbləği əvvəlcədən ödəməklə yekun olaraq 23590 manat ödəniş etmək öhdəliyini üzər inə götürmüşdür. Tərəflər arasında bağlanılmış aktdan görünür ki, 27 fevral 2014-cü il tarixdə Cavabdeh oğluna təhvil verilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 1.1-ci bəndinə görə texnika dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərtilə lizinqə verilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Müqavilənin 5.1.5, 5.2 və 5.3-cü bəndlərində isə təsbit edilmişdir ki, lizinq ödənişləri 1 saylı Əlavədə nəzərdə tutulmuş müddətlərdə ödənilmədikdə, lizinq verən lizinq alanı yazılı surətdə xəbərdar etməklə texnikanı saz vəzi yyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayaraq vurulmuş zərərin tam ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2019-cu il tarixli, 1736 saylı ekspert rəyindən görünür ki, 25 fevral 2014-cü il tarixli, 270-L/14 saylı Lizinq müqaviləsi üzrə Cavabdeh oğlunun 01.01.2017-ci il tarixə “xxxx” ASC-yə 8350 manat, son ödəniş 2014-cü ilin İİ rübündə aparıldığından həmin rübdən sonra 2 ay üçün hesablanmalı borcun məbləği 1230 manat təşkil etmişdir. İşdə olan 09 iyun 2015-ci il tarixli rretenziya məktubundan görünür ki, Cavabdeh oğlundan 3260 manat məbləğdə lizinq ödənişinin ödənilməsi tələb olunmuş, əks halda həmin məbləğin, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınması və müqavilənin lə ğv edilərək lizinq obyekti olan avadanlığın saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə bor cludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyi halda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-11.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizin q müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.3-cü maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun lizinq obyektini qaytarmaq vəzifəsi, həmin obyektdən istifadə hüquqlarına xitam verilməsi və onların qaytarılması üçün əsas yaranmış, eyni zamanda, iddiaçının müqaviləni ləğv etməklə əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Cavabdehin kassasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, tərəflər arasında müqavilə hüquq münasibətlərinin yarandığı və onun tərəfindən həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyi mübahisələndirilmir. Cavabdeh borcun məbləğinin düzgün müəyyənləşdirilmədiyini bildirsə də, bu hala dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, sözügedən borcun məbləğinin düzgün hesablandığı işdəki ekspert rəyi ilə də təsdiq edilmişdir. Kollegiya həmçinin nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə istinadla məhkəmələr tərəfindən iddiaçı tərəfindən tələb olunan cərimə pulunun məbləği də əhəmiyyətli dərəcədə azaldılmışdır. Beləliklə, mübahisənin müə yyən edilmiş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(104)-03/2019 saylı iş üzrə 15 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-400/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-400/2019
08.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver