Məhkəmə qərarları › İş №2-2(102)-400/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-400/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-400/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, lizinq obyektinin saz vəziyyətdə və pul məbləğinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1-nin Cavabdeh-yə qarşı “müqavilənin ləğvi, lizinq obyektinin saz vəziyyətdə və pul məbləğinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(103)-31/202 2 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı1-yə (bundan sonra – “iddiaçı”) məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq iddiaçı ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2008-ci il 17 iyul tarixli, 04-LA/12 nömrəli, 2012-ci il 5 dekabr tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 2014-cü il 2 oktyabr tarixli D1-45LA/12 nömrəli dəyişikliyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş q rafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 3.711.700,0 manat olan texnoloji avadanlıqları lizinqə götürmüşdür.

2. Cavabdeh müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 520.000,0 manat məbləğində ilkin ödəniş aparmış, qalan 3.191.700,0 manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.

3. Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 12 dekabr tarixli 3323 nömrəli rəyinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2008-ci il 17 iyul tarixli 14-LA/12 nömrəli lizinq müqaviləsı və 2012-ci il 5 dekabr tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə (həmin müqavilədə dəyişiklik edilməsi barədə 2014-cü il 2 oktyabr tarixli L1-45-LA/12 saylı razılaşma və bu razılaşmaya əsasən dəyişdirilmiş ödəniş qrafiki nəzərə alınmaqla) 2017-ci il 1 aprel tarixədək 1.609.370,00 manat məbləği ödəməli olduğu halda 1.580.940,00 manat məbləği ödəniş olunmuş və cavabdehin 2017-ci il 19 may tarixinə iddiaçıya ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc 1.028.430 manat; cərimə borcu 517.805 manat.

4. İddiaçı ilə cavabdeh arasında ümumi dəyəri 2.321.700 manat məbləğində olan, müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilən 800 ha sahədə çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların cavabdehə lizinqə verilməsi barədə 2012-ci il 5 dekabr tarixdə 45-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə lizinq alan, suvarma avadanlığının dəyərindən 233.000 manat məbləği əvvəlcədən ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavil ənin 5.5-ci bəndində lizinq alan tərəfindən müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədiyi halda, lizinq verənin gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmə hüququ nəzərdə tutulmuşdur.

5. Lizinq alanın təşəbbüsü ilə tərəflər arasında 2012-ci il 5 dekabr tarixində 45-LA/12 nömrəli lizinq müqaviləsində dəyişikliklər edilməsi haqqında 2014-cü il 2 oktyabr tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə tərəflər razılığa gəlmişdir ki, ödəniş qrafikində dəyişiklik edilərək, 1.044.350 manat məbləğində vəsait 2014-cü ilin İV rübündən, 1.044.350 manat vəsait isə 2015-ci ilin İV rübündən ödənilsin.

6. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2013-cü il 2 may tarixli ASC/2-1198 saylı pretenziya mə ktubundan görünür ki, müqavilənin şərti ilə ümumi dəyəri 1.390.000,0 manat dəyərində olan avadanlığın 415.580,0 manat məbləğində borcu yaranmışdı və müqavilənin 4.2-ci maddəsinə görə gecikdirilən bir günə görə 0,1 faiz həcmində cərimə ödənilməlidir. Əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 7. 2017-ci il 14 mart tarixində iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.071.960 manat məbləğində əsas borcu, 612.029 manat məbləğində cərimə məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.684.019 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv ed ilməsi, lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, 04-LA/12 nömrəli, 2012-ci il 5 dekabr tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 2014-cü il 2 oktyabr tarixli D1-45- LA/12 nömrəli dəyişikliyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 3.711.700 manat olan texnoloji avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 520.000 manat məbləğində ilkin ödəniş aparmış, qala n 3.191.700 manat məbləği isə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 2017-ci il 1 yanvar tarixədək ödəməli olduğu 1.034.100 məbləğdən 433.940 manat məbləğində ödəniş aparmış və müqavilə üzrə həmin tarixədək 1.071.960 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyi tam yerinə yetirilməmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2017-ci il 3 fevral tarixli iddia ərizəsinin əsaslandırıcı hissəsində texniki səhv düşdüyünü bildirmişdir. Belə ki, ümumi borcun dəyəri 1.028.430,0 manat məbl əğində, 517.805,0 manat məbləğində cərimə və 30 manat məbləğində dövlət rüsumun, cəmi 1.546.265,0 manat məbləği dəyərində qiymətləndirilmişdir.

10. İddia tələbinin maddi hüquqi əsası kimi MM-in 427.3,445.2.1, 748-1.12.4, 465.2, Prossesual hüquqi əsası kimi isə (bundan sonra – “MPM”) 149.4, 157, 40.2-ci maddələrinə istinad edilmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2017-ci il 19 iyun tarixli 2-2(82)-354/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2008-ci il 17 iyul tarixli, 14-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığı iddiaçıya qaytarılması, avadanlıq üçün ilkin ödəniş və qrafik ü zrə ödəmələr 2012-ci il 5 dekabr tarixli, 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 2014-cü il 2 oktyabr tarixli, D1-45-LA/12 dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafikin tərtib edilməsi, qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İ.Bayramova).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, lizinqə götürülmüş 80 ha sahə çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlığın dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilmiş və həmin əmlakdan alındığı vaxtdan istifadə olunur.

14. Hazırda lizinq əmlakının geri alınmas ı cavabdehə ağır maddi ziyan vurulması ilə yanaşı, lizinq əmlakının tam yararsız hala düşməsi ilə nəticələnə bilər. Ona görə həmin əmlakın dəyərinin qalıq hissəsi ödənilməklə lizinq müqaviləsinin ləğv edilməsi və lizinq əmlakının saz vəziyyətdə geri qaytarılması barədə iddia tələbləri təmin edilməməlidir.

15. Həmçinin, lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığından istifadə edilmədiyinə görə həmin avadanlıq üçün ödənilmiş pul məbləği cavabdehə lizinqə verilmiş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməli, əmlakın qalıq hissəsi üçün yeni qrafik tərtib edilməklə həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. İşin hallarından (bax yuxarıda §§ 1-7 ) göründüyü kimi cavabdeh tərəfindən lizinqə götürülmüş s üdün emalı və təkrar emalı texnoloji xətti avadanlığından istifadə edilmədiyindən, həmin avadanlıq üçün pul məbləği qrafik üzrə tam ödənilməmişdir. Cavabdeh tərəfindən lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığının geri qaytarılması və həmin avadanlıq üçün ödənilmiş pul vəsaitinin lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməsi xahiş edilməsinə baxmayaraq, iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. İşdəki sənədlərdən görünür ki, cavabdeh tərəfindən borc məbləğinin ödəniş qrafikinə əsasən gecikdirilməsi onun maliyyə çətinlikləri ilə bağlı olmuşdur.

17. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün MM-nin 52.1, 385, 425, 442, 7481.12.4, MPM-nin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etmişdir.

18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Bakı Apelyasiya Məhkəməsinin 2017-ci il 15 dekabr tarixli 2-2(103)-691/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Seyidova, hakimlər – S.Hüseynov və V.Məmmədov).

20. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 2008-ci il 17 iyul tarixli 14-LA nömrəli müqavilə ləğv edilməli, həmin müqaviləyə əsasən lizinqə verilmiş, ümumi dəyəri 1.390.000,0 manat məbləğində olan südü n emalı və təkrar emalı texnoloji xətti avadanlığı iddiaçıya qaytarılmalıdır.

21. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavbadeh tərəfindən alınan texnoloji avadanlığın dəyərindən 233.700,0 manat məbləğində ilkin ödəniş edilmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam yerinə yetirməmişdir.

22. Lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlığın dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Lizinqə götürülmüş əmlak alındığı vaxtdan istifadə olunur.

23. Hazırda lizinq əmlakının tam yararsız hala düşməsi ilə nəticələnə bilər.

24. Birinci instansiya məhkəməsi lizinq əmlakının – çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlığın geri qaytarılmasının əsassız hesab edilməsi, həmin əmlakın dəyərinin qalıq hissəsi ödənilməklə lizinq müqaviləsinin ləğv edilməsi və lizinq əmlakının saz vəziyyətdə geri qaytarılması barədə iddia tələbləri təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

25. Lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığından istifadə edilmədiyindən həmin avadanlıq üçün ödənilmiş pul məbləği cavabdehə lizinqə verilmiş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməli, əmlakın qalıq hissəsi üçün yeni qrafik tərtib edilməklə həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur.

26. Cavabdeh tərəfindən lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığının geri qaytarılması və həmin avadanlıq üçün ödənilmiş pul vəsaitinin lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyə rinin ödənişinə daxil edilməsi xahiş edilməsinə baxmayaraq iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir.

27. Cavabdeh tərəfindən borc məbləğinin ödəniş qrafikinə əsasən gecikdirilməsi onun maliyyə çətinlikləri ilə bağlı olmuşdur.

28. Birinci instansiya məhkəməsi 517.805,0 manat məbləğində cərimənin cavabdehdən tutulması barədə iddia tələbini əsassız sayması barədə düzgün nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 52.1, 385, 425, 442, 748.1, MPM-nin 14.2, 77.1, 77.2, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etmişdir

30. Apellyasiya məhkəməsinin qətnaməsi 2018-ci il 6 fevral tarixində iddiaçıya təqdim olunmuşdur.

31. İddiaçı 2018-ci il 27 mart tarixində kassasiya şikayəti verərək həmin qətnamənin iddia tələbi təmin olunmadığı hissə də ləğv edərək, hazırki mülki iş üzrə iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli, 2- 2(102)-264/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – A.Hüseynov və S.Hüseynova).

33. Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, iddia tələblərində avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr 2012-ci il 5 dekabr tarixli müqavilə və ona edilmiş 2014cü il 2 oktyabr tarixli D1-45-LA/12 nömrəli d əyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi barədə hər hansı tələb olmamış, birinci instansiya məhkəməsi belə bir tələb olmadığı halda MPM-nin 218.3-cü maddəsinin tələblərini pozaraq, irəli sürülməmiş və qanunda müstəsna hal olaraq nəzərdə tutulmamış tələblərlə bağlı qətnamə qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu prosessual pozuntu ilə qəbul edilmiş məhkəmə qərarını qanunsuz olaraq qüvvəsində saxlamışdır.

34. Bundan əlavə, tərəflər arasında bağlanmış 2008-ci il 17 iyul tarixli, 14-LA/12 nömrəli müqavilə üzrə ödəmələrin digər 2012-ci il 5 dekabr tarixli, 45-LA/12 nömrəli müqavilənin dəyərin ə yönəldilməsi barədə məhkəmələrin gəldiyi nəticədə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmamış, bu zaman həmin avadanlıqların müxtəlif müqavilələr üzrə cavabdehə lizinqə verildiyi və hər bir müqavilə üzrə də tərəflərin müvafiq və ayrıca öhdəliklərinin müəyyən edildiyi kimi hallar nəzərə alınmamış, faktiki olaraq mübahisə mahiyyəti üzrə həll edilməmişdir.

35. Həmçinin, südün emalı və təkrar emalı avadanlığına 2017-ci il 21 iyun tarixdə ASCnin əməkdaşı və cavabdehin direktorunun iştirakı ilə baxış keçirilərək avadanlığın istifadə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın hal-hazırda sökülmüş vəziyyətdə olduğu, lakin istifadə edildiyi göstərilmiş, beləliklə, həmin avadanlığın istifadə olunduğu və qrafik üzrə ödənişlərin həyata keçirildiyi halda məhkə mə bu avadanlıqların ümumiyyətlə istifadə olunmadığı barədə iş materialları ilə təsdiq olunmayan bir nəticəyə gəlmişdir

36. Məhkəmə qətnamənin nəticə hissəsində əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləğin qətnamədə göstərilməsi barədə MPM-nin 222-ci maddəsinin tələbini pozmuşdur.

37. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 747.1, 747.1.2, 747.2, 748-1.12.4, 748-13.4, MPM-nin 88, 218.3, 217.1, 217.3, 218.1, 220.5, 222.2, 418.1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 22 yanvar tarixli 2-2(103)-4/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2008-ci il 17 iyul tarixli 04LA/12 nömrəli, 2012-ci il 5 dekabr tarixli 45-LA/12 nömrəli və 2014-cü il 2 oktyabr tarixli D1-45-LA/12 nömrəli müqavilələrin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1.028.430 manat, cərimə borcu üzrə 102.840 manat, cəmi 1.131.270 manatın tutulması, lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə iddiaçıya qaytarılması, ekspert tədqiqatına görə 200 manat xərcin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi nin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – M.Tağızadə, hakimlər – Ü.Mayılov və K.Abiyeva).

39. Məhkəmə bildirmişdir ki, südün emalı və təkrar emalı avadanlığına 2017-ci il 21 iyun tarixinddə iddiaçının əməkdaşı və cavabdehin direktorunun iştirakı ilə baxış keçirilərək avadanlığın istifadə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın halhazırda sökülmüş vəziyyətdə olduğu, lakin istifadə edildiyi göstərilmiş, beləliklə, həmin avadanlığın istifadə olunduğu və qrafik üzrə ödənişlərin həyata keçirildiyi halda məhkəmə bu avadanlıqların ümumiyyətlə istifadə olunmadığı barədə iş materialları ilə təsdiq olunmayan bir nəticəyə gəlmişdir.

40. Cavabdehində avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələrin 2012-ci il 5 dekabr tarixli müqavilə və ona edilmiş 2014-cü i l 2 oktyabr tarixli, D-1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni-qrafik tərtib edilməsi barədə hər hansı qarşılıqlı iddia tələbi olmamış, sonuncunun bu məzmunda olan, işin 66-67-ci vərəqlərindəki ərizəsi də qarşılıqlı iddia ərizəsi kimi qəbul edilə bilməzdi.

41. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq iddianı verilmiş tələb həddindəcavabdehdən 1.028.430,0 manat məbləğində əsas borcun, 517.805,0 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.546.265,0 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji adanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması həddində baxılıb həll edilməsini zəruri sayır.

42. Cavabdeh 2008-ci il 17 iyul tarixli, 04-LA/12 nömrəli, 2012-ci il 5 dekabr tarixli 45LA/12 nömrəli müqavilələrdə nəzərdə tutulan şərtlərə, habelə yuxarıda sadalanan hüquq normalarına tam əməl etməməsi, nəticədə onun iddiaçı qarşısında məsuliyyətinin yaranması, əsas borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməməsi apelyasiya instansiyası məhkəməsinin apardığı araşdırma nəticəsində sübuta yetmişdir.

43. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək, bu nəticəyə gəlir ki, iddiaçı hazırki halda mübahisələndirilən müqavilələrin ləğv edilməsi, lizinq obyektləri olan südün e malı və təkrar emalı texnoloji xətti avadanlığın, eləcə də çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının saz vəziyyətdə geri qaytarılmasını istər qanunvericiliyin yuxarıda adı çəkilən normaların tələbləri, istərsə də müqavilələrin şərtləri baxımından tələb etməkdə haqlıdır.

44. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 425.1, 442, 448.1, 448.2, 747.1, 748-1.5, 748-1.12.4, 748-10.1,748-10.2, 748-13.4, 467, 6.1.2, 390.1, MPM-nin 88, 101.3, 103.1, 77.1, 80, 217.4-cü maddəsinə istinad etmişdir.

45. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

46. Azərbaycan Respublikası Al i Məhkəməsinin Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 iyul tarixli 2-2(102)-219/2020 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim – B.Məmmədli, hakimlər – B.Qəribov və R.Nəbizadə).

47. Məhkəmə kollegiyası ilk öncə cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi ilə bağlı şikayətinin dəlilinə münasibət bildirərək hesab etmişdir ki, həmin dəlillər əsaslıdır. Belə ki, işin İİ cildinin 116-cı səhifəsindəki xəbərnamədə məhkəmə bildirişinin Kərimova soyadlı şəxs tərəfindən 08 yanvar 2020-ci il tarixdə imzalanıb alındığı görünsə də, iş materiallarında Kərimovanın adı, atasının adı, işə b ağlılığı, cavabdehə münasibəti və ya tutduğu vəzifə müəyyən edilmir. Bu da prosessual qanunun pozulmasıdır. Belə vəziyyətdə bildirişi lazımi ünvana çatdırılmış hesab etmək mümkün deyildir.

48. Həmçinin, işin İİ cildinin 111-ci səhifəsindəki SMS bildiriş də cavabdehə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsi kimi qəbul edilə bilməz. Belə ki, SMS bildiriş 2020-ci il 8 yanvar tarixində əvvəllər cavabdehin nümayəndəsi olmuş Nümayəndə2 Abasət oğluna göndərilmişdir, halbuki onun etibarnaməsinin müddəti 2019-cu il 8 mayda bitmiş (işin İ cildinin 59-cu səhifəsi) və ona yeni etibarnamə verilməmişdir. 2020-ci ilin 22 yanvar tarixində keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin cavabdehə çatdırılması barədə sübut işdə yoxdur. Bu halda bildiriş prosessual normalarının maddəl ərində nəzərdə tutulmuş qaydada rəsmi verilmiş hesab oluna bilməz, bu da qətnamənin ləğv edilməsi üçün əsaslardan biridir.

49. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 425.1, 442, 448.1, 747.1, 748-1.5, 748-1.12.4, 748-10.1,748-10.2, 748-13.4, MPM-nin 9.1, 9.2, 9.3, 138.1, 138.2, 135.6. 135.8, 134, 134.1.4, 135.1, 135.2, 135.3, 418.4.5, 418.1-ci maddələrinə istinad etmişdir. ə) Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat

50. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 oktyabr tarixli 2-2(103)-508/2020 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2008-ci il 17 iyul tar ixli 04LA/12 nömrəli və 2012-ci il 5 dekabr tarixli 45-LA/12 nömrəli müqavilələrin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1.028.430 manat, cərimə borcu üzrə 102.840 manat olmaqla, cəmi 1.131.270 manat məbləğində pul vəsaitinin tutulması, lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığının, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının və onların yerləşdiyi tikilinin (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə iddiaçıya qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

51. Yoxlanılan his sə ilə bağlı məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, tərəflərin razılaşdırdığı qrafik ilə müəyyən edilən ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Bu baxımdan iddiaçı lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyektlərinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Apellyasiya məhkəməsi 2019-cu il 12 dekabr tarixli ekspert rəyinə əsaslanaraq lizinq müqavilələri üzrə əsas borcun ödənilməsi hissəsində də iddianı əsaslı hesab etmişdir.

52. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış, işin hallarını tam və hərtərəfli araşdırmamış. İşin hallarına uyğun olmayan nəticəyə gəlmiş, həmçinin prosessual normanın maddəsini pozaraq iddia tələblərindən kənara çıxmışdır. Birinci instans iya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, prosessual normaya əsasən məhkəmə xərcləri cavabdehə aid edilmişdir.

53. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, lizinq müqavilələri bağlanan zaman cavabdeh müqavilələrin hər biri üzrə ayrı-ayrılıqda iddiaçıya 233.000 manat və 287.000 manat olmaqla, ümumilikdə 520.000 manat məbləğində avans ödəmişdir. Lakin borcun hesablanması zamanı həmin avans məbləğləri nəzərə alınmamalıdır. Belə ki, tərəflər arasında bağlanmış 2012-ci il 5 dekabr tarixli lizinq müqaviləsinin və 2008-ci il 17 iyul tarixli lizinq müqaviləsinin 5.1.5 və 5.2-ci maddələrində göstərilmişdir ki, avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilmədikdə lizinq verən lizinq alanı yazılı surət də xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda lizinq alandan götürülmüş avadanlığa və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququ lizinq verənə keçir. Lizinq verən götürdüyü avadanlığı başqa şəxsə lizinqə verə bilər. Həmçinin, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır.

54. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 747.1, 748-1.12, 7481.12.4, 462.1, 467, MPM-nin 218.3-cü maddəsinə istinad etmişdir.

55. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci ilin 30 oktyabr tarixində poçt vasitəsi ilə təqdim edilmişdir.

56. Cavabdeh tərəfindən 202 0-ci il 25 dekabr tarixində kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, işin təkrar apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. f) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 aprel tarixli 2-2(102)-127/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim – İ. Şəfiyev, haimlər – Z.Quliyev və A.Abbasov).

58. Məhkəmə kollegiyası qeyd etmşdir ki, tərəflər arasında yaranmış mübahisə lizinq münasibətlərindən yaranmışdır və mübahisənin həllinə Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən XXXV İİİ fəslinin müddəaları, habelə müqavilənin ləğv edilməsi əsaslarını və qaydalarını müəyyən edən normalar tətbiq edilməlidir. İddia tələbi cavabdehdən pul məbləğlərinin geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələbləri qanunidir.

59. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin təhlilindən göründüyü kimi lizinq alanın lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi - pul məbləğlərinin geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün qanunla müəyyən olunmuş əsaslardan biridir. Hazırki işdən görünür ki, lizinq alan hər iki müqavilə üzrə lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. O na gərə də apelyasiya instansiyası məhkəməsinin lizinq müqavilələri üzrə əsas borcun lizinq verənə qaytarılmalı olduğu barədə gəldiyi nəticə qanunidir. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin əsas borcun məbləği barədə gəldiyi nəticə əsaslı deyildir. Çünki məhkəmə kollegiyası müqavilələr üzrə cavabdehdən alınmalı olan pul məbləğini müəyyən edərkən iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə istinad edərək bildirmişdir ki, «ekspertin rəyinə əsasən cavabdenin İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 04-LA/12 nömrəli lizinq müqaviləsi və 05.12.2012-ci il tarixli 45LA/12 nömrəli lizinq müqaviləsi üzrə 01.04.2017-ci il tarixədək 1.609.370 manat ödəməli olduğu halda 1.580.940 manat ödəniş olunmuş və cavabdehin 19.05. 2017-ci il tarixinə iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: əsas borc 1.028.430 manat; cərimə borcu 517.805 manat.»

60. Göründüyü kimi ekspert rəyinin nəticə hissəsi ziddiyyətlidir və adi riyazi hesablama bunu müəyyən etməyə imkan verir. Cavabdeh də işə aşağı məhkəmə instansiyalarında baxılan zaman (Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində və ondan sonra) bu xüsusatı məhkəmənin diqqətinə çatdırmışdır. Nəzərə alınmalıdır ki, ekspert rəyinin qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və hər bir halda işdə olan digər sübutlarla müqayisəli şəkildə obyektiv, hərtərəfli və tam araşdırıldıqdan sonra, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verilməlidi r (MPM-nin 88 və 103.1-ci maddələri).

61. Məhkəmə tərəfindən ekspert rəyinin tədqiqi zamanı kifayət qədər aydın və tam olmadığı müəyyən edildiyi halda əlavə ekspertiza təyin etmək, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmaq mümkün olmadıqda, habelə ekspert rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin olunması imkanları müəyyən olunmuşdur (MPM-nin 102-ci maddəsi).

62. Bundan başqa, iş materiallarından göründüyü kimi iddiaçı cavabdehlə müxtəlif vaxtlarda, müxtəlif məbləğdə olan lizinq predmetləri barədə bağlanmış iki müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir və məhkəmə qətnaməsində iki müqavilə üzrə tutulmalı olan ümumi borcu və ümumi cərimə məbləğini göstərmişdir. Halbuki, işə ikinci dəfə baxmış apelyasiya instansiya məhkəməsi həm də müqavilələrin hər b iri üzrə qalıq borcu müəyyənləşdirmək mümkün olmadığına əsaslanmaqla ekspertiza təyin etmişdi. Hazırki vəziyyətdə hər bir müqavilə üzrə borc müəyyən edilməlidir. Çünki hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

63. Südün emalı və təkrar emalı avadanlığından istifadə edilmədiyi barədə cavabdehin dəlillərini rədd etməkdə məhkəmə haqlı olmuşdur. Çünki iş materiallarına əsasən müəyyən olunur ki, südün emalı və təkrar emalı avadanlığına 21 iyun 2017-ci il tarixdə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı və Cavabdeh-nin direktoru nun iştirakı ilə baxış keçirilərək avadanlığın istifadə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın tam quraşdırılmadığı, lakin aktda adları sadalanan ayrı-ayrı hissələrinin istifadə edildiyi göstərilmişdir (i/v 133-134).

64. Bundan başqa, iş materiallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi lizinq obyekti olan avadanlıqlarla yanaşı, bu avadanlıqların yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlikdə lizinq verənə qaytarılmasını qət etmişdir. Cavabdeh yazılı şəkildə irəli sürdüyü etirazda lizinq obyektləri ilə yanaşı ona məxsus binanın da iddiaçıya verilməsi ilə razılaşmır və bu mövqeyini onun mülkiyyət hüququna müdaxilə olunması ilə əsaslandırır. İşə baxmış məhkəmə cavabdehun bu dəlilinə qiymət verməmişdir.

65. Qanunda lzinq müqaviləsi şərtlərinin pozulmasın a görə müqavilə ləğv edildikdə, lizinq obyektinin yerləşdiyi tikilini (binanın) kommunikasiyası ilə birlikdə lizinq verənə qaytarılmasını müəyyən edən norma yoxdur. Lizinq alanın lizinq obyektini yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə lizinq verənə qaytarmaq barədə müqavilənin 5.2-ci bəndində müəyyən edilmiş şərtlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılar ı arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Mülki Məcəllənin 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İddiaçı da, bu normalardan çıxış etməklə və müqavilənin 5.2-ci bəndinə əsaslanmaqla lizinq obyektini yerləşdiyi tikili (bina) kommunikasiyalara dair iddianı irəli sürmüşdür. Lizinq obyektinin yerləşdiyi tikilini (binanın) kommunikasiyası ilə birlikdə lizinq verənə qaytarılmasını müəyyən edən hüquq norması olmasa da, iddiaçı tərəf müqavilənin 5.2-ci maddəsində müəyyən olunmuş razılaşmanın, müqavilə azadlığı çərçivəsində müəyyən olunmuş şərt kimi izah edə bilər. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qeyd olunanlara əsasən, işə baxmış məhkəmələr müqavilə şərtinin 5.2-ci bəndinə əsasən irəli sürülmüş tələbin əsaslılığını yoxlamalı, həmin yoxlama çərçivəsində bu şərti, Mülki Məcəllə nin 404.1 və 404.2-ci maddələrinə əsasən təfsir etməli idi. Bu xüsusilə ona görə zəruridir ki, müqavilənin avadanlığa mülkiyyət hüququnu və istifadə qaydalarını tənzimləyən 3-cü bölməsində də avadanlığın yerləşdiyi bina ilə bağlı hər hansı dəqiqləşdirilmiş şərtlər nəzərdə tutulmamış, müqavilənin 5.2-ci bəndinə əsasən lizinq verənin istifadəsinə verildikdən sonra ondan istifadə qaydaları, müddəti və şərtləri tənzimlənməmişdir. 66. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.12.2018-ci il Fərmanına əsasən Aqrolizinq ASC-nin yeni balansı barədə məlumat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilənədək icraatın dayandırılmalı olması barədə cavabdehin dəlili əsass ızdır. Belə ki, həmin Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi tapşırılmışdır. Lakin bu qiymətləndirmənin iddiaçı və cavabdehin arasında yaranmış öhdəliklərə təsiri yoxdur. Çünki adı çəkilən Fərman, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin geni şləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə verilmişdir.

67. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 59, MM-nin 747.2, 748-1.8, 748-1.12, 748-1.12.4, 385.1, 386.1, 390, 404.1, 404.2, 390.2, 390.5-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445, 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etmişdir. g) Apellyasiya məhkəməsindəki dördüncü icraat

68. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(103)-31/2022 saylı qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmiş, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(103)354/2017 saylı 19 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinn Cavabdeh Kəndli Fermer Təsərrüfatına qarşı iddia tələbinə dair iş üzrə icraata qismən – «tərəflər arasında bağlanmış müqavilənin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması» hissəsində xitam verilmişdir.

69. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tar ixli 2-2(103)-31/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(103)354/2017 saylı 19 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1.028.430,0 manat məbləğində, cərimə borcu üzrə 102.480 manat məbləğində, cəmi olaraq 1.131.270 manat məbləğində pul vəsaiti tutulmuş, və iddia qalan hissədə təmin edilməmişdir. (sədrlik edən hakim – H.Həmidov, hakimlər – E.Nağıyeva və Ş.Məmmədova).

70. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 05 dekabr 2012-ci il tarixli lizinq müqaviləsinin və 17.07.2008-ci il tarixli lizinq müqaviləsinin 5.1.5 və 5.2-ci maddələrində göstərilmişdir ki, avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda lizinq alandan götürülmüş avadanlığa və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququ lizinq verənə keçir. Lizinq verən götürdüyü avadanlığı başqa şəxsə lizinqə verə bilər. Bu baxımdan iddiaçı lizinq ödənişləri üzrə yaranmış ******* manat əsas borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

71. Məhkəmə kollegiyası dəbbə pulunun ödənilməsi hissəsində qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 462.1 və 467-ci maddələrinin məzmunu və kreditorun mənafeləri nəzərə alınmaqla, dəbbə pulu əsas məbləğin 10% həddində, yəni 102840 manat məbləğində müəyyənləşdirilməlidir.

72. Məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin lizinq müqavilələri üzrə həyata keçirdiyi ödəniş qrafiki ilə müəyyən etmişdir ki, cavabdeh 18.07.2008-ci il tarixdən başlayaraq müxtəlif illər üzrə 21.12.2018-ci ilədək lizinq ödənişləri etmiş, lakin ödənilmiş lizinq ödənişlərinin hansı müqavilə üzrə borcun ödənilməsinə aid edildiyi göstərilməmişdir. Həmin qrafikdə yalnız 16.06.2015-ci ildən 23.12.2016-cı ilədək olan ödəmələrdə məbləğin bəzi hallarda suvarma sistemi texnoloji avadanlığı və bəzi hallarda isə süd zavodu avadanlığını n lizinq ödənişləri üçün edildiyi qeyd edilmişdir. Beləliklə, iş materiallarından cavabdehin 21.12.2018-ci ilədək ödədiyi məbləğlərin konkret olaraq hansı lizinq obyektinə görə ödənildiyi, hansı müqavilə ilə nəzərdə tutulmuş borcdan silindiyi müəyyən olunmadığını nəzərə alaraq təkrar apelyasiya baxışı gedişində iş üzrə tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün 24 iyun 2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə- mühasibatlıq ekspertizası təyin etmişdir.

73. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2021-ci il tarixli, 9/4620 saylı ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan kassa mədaxil orderləri, ödəniş tapşırıqları, çıxarış mal iyyə arayışı (c 1 i.v.-42) “müqavilələr üzrə ödənişlərə görə cərimənin hesablanması qrafiki”nə əsasən 17.07.2008-ci il tarixli, 14-LA nömrəli lizinq müqaviləsi, 05.12.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi və 02.10.2014-cü il tarixli D1-45-LA/12 № Razılaşma üzrə Cavabdeh-nin 19.05.2017-ci il tarixə İddiaçı1-yə olan əsas borcu 1.028.420,00 manat, cərimə isə 517.805.00 manat təşkil edir. Ekspertiza zamanı kassa mədaxil orderləri, ödəniş tapşırıqları, çıxarış, maliyyə arayışı (c 1 i.v.-42) məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 07.11.2018-ci il tarixdən 25.02.2019-cu il tarixə kimi 50.000,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar 19.05.2017-ci il tarixədək aparıldığından 50.000,00 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Həmçinin müəyyən edilm işdir ki, kassa mədaxil orderləri və çıxarış məlumatlarında ödənişlərin təyinatı (yəni konkret olaraq, hansı lizinq müqaviləsi üzrə ödənişlərin aparılması) göstərilmədiyindən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17.07.2008-ci il tarixli 14-LA nömrəli lizinq və 05.12.2012-ci il tarixli 45—LA/12 nömrəli lizinq müqavilələri üzrə ayrı-ayrılıqda borcu müəyyən etmək mümkün olmamışdır

74. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 404.1, 404.2, 439.1, 442, 443.1, 443.2, 747.1, 747-1.2, 747-2, 748-1.12.4, 748-13.4, MPM-nin 77.1, 88, 101.3, 103.1-ci maddələrinə istinad etmişdir.

75. Məhkəmənin qətnaməsi tərəflərə 2022-ci il 5 aprel tarixində poçt vasitəsi ilə təqdim edilmişdir.

76. Cavabdeh tərəfindən 2022-ci il 18 aprel tarixində kassasiya şikayəti verilərək, apellyasiya instan siyası məhkəməsinin qətnaməsini ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

77. MM-nin 439.1, 442, 443.1 və 443.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə cavabdeh arasındakı mülki hüquqi münasibətlər 2008-ci il 17 iyul tarixli, 14-LA/12 nömrəli və 2012-ci il 5 dekabr tarixli 45- LA/12 nömrəli lizinq müqavilələrindən və sonuncu müqaviləyə edilən dəyişikliklərdən yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə lizinq müqaviləsinə dair münasibətləri ehtiva edən MM-nin 747-751-ci maddələrinə müvafiq olaraq hazırkı mübahisəyə hüquqi qiymət verilməklə, mübahisəy ə sözügedən maddi hüquq normaları tətbiq edilməli idi. Digər tərəfdən işə baxan apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyininin Kollegiyasının 2019-cu il 26 aprel tarixli, Q-08-19 saylı qərarı ilə “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı” təsdiq edilmiş, həmin siyahı hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməklə normativ akt statusuna malik olmuşdur. Qeyd olunan siyahıya əsasən cavabdehə lizinqə verilmiş texnoloji avadanlıqlara müvafiq güzəştlər tətbiq olunmuşdu r. İşə baxan məhkəmə bu normativ hüquqi aktın tələblərini nəzərə almadan hazırkı mübahisəyə hüquqi qiymət verməklə səhvə yol vermiş, bununla da iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

78. MPM-nin 88, 101.1, 101.3-cü maddələrinin tələbləri pozulmuşdur. İşə baxan apellyasiya məhkəməsi hazır ki, mübahisəyə istinad etdiyi prosessual hüquq normalarını tətbiq edərkən kobud səhvə yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mülki mühakimə icraatında sübutların aid edilməsini və sübutların mümkünlüyünü tənzimləyən MPM-nin 80-ci və 81-ci maddələrinin tələblərinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər norm ativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

79. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

80. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 81 İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri). 82 Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ 83 Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1.2. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi...” “Maddə

52. Hüquqi şəxsin məsuliyyəti 52.1. Hüquqi şəxs öz öhdəlik ləri üçün ona mənsub bütün əmlakla cavabdehdir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşd irə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəlik lərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməm əsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəlik lərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsin ə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri... 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir....” “Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daş ınar və ya daşınmaz əşyalardır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-13. Lizinq verənin maliyyə nəzarəti hüququ... 748-13.4. Lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır.” 84 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “ Maddə

101. Ekspert rəyi... 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan t ədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir....” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd olunmalıdır ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.12.2018-ci il Fərmanına əsasən Aqrolizinq ASC-nin yeni balansı barədə məlumat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilənədək icraatın dayandırılmalı olması barədə cavabdehin dəlili əsassızdır.

87. Nəzərə alınmalıdır ki, həmin Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi tapşırılmışdır. Lakin bu qiymətləndirmənin iddiaçı və cavabdehin arasında yaranmış öhdəliklərə təsiri yoxdur. Çünki adı çəkilən Fərman, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərə li istifadə məqsədilə verilmişdir.

88. Kasasiya şikayətinin digər dəlili maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında yaranmış mübahisə lizinq münasibətlərindən yaranmışdır və mübahisənin həllinə Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən XXXVİİİ fəslinin müddəaları, habelə müqavilənin ləğv edilməsi əsaslarını və qaydalarını müəyyən edən normalar tətbiq edilməlidir. Apellyasiya məhkəməsi məhz həmin maddi hüquq normalarının tətbiq etməklə mübahisəni həll etmişdir. Həmin fəsildə göstərilən normaları tətbiq etməklə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdehdən pul məbləğlərinin geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələbləri qanunidir.

89. Ümumilikdə isə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. Şikayətdə müvafiq maddi və prosessual hüquq normalarının (bax yuxarıda §32-33) yalnız mətnlərinə istinad olunmuş, həmin normaların apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntusunun konkret olaraq nədə ifadə olunduğu kassasiya şikayətində göstərilməmiş, maddi və ya prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir dəlil qeyd olunmamışdır.

90. Məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

91. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 92.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(103)-31/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar