Məhkəmə qərarları › İş №2-2(102)-401/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-401/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-401/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X1” LLC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, razılaşma hesabatının və razılaşmanın etibarsızlığı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “X1” LLC-nin (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) və "xxxx" MMC-yə (bundan sonra – "xxxx") qarşı pul tələbinə dair ilkin və MMC-nin iddiaçıya qarşı razılaşma hesabatının və razılaşmanın etibarsızlığı tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(103)-89/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 24 avqust tarixli MMC və iddiaçının “Razılaşma hesabatı”-nda (bundan sonra – "xxxx") göstərilmişdir ki, MMC tərəfindən 2017-ci il fevral - 2018-ci il may aylarını əhatə edən dövrdə ümumilikdə 541.000 ABŞ dolları məbləğində pul vəsaitləri və inventar alınmış, 2018-ci ilin aprel-iyul aylarını əhatə edən dövrdə isə ümumilikdə 60.900 ABŞ dolları məbləğində vəsaitlər qaytarılmışdır. MMC-nin 2018-ci il 24 avqust tarixinə ümumi borcu 480.100 ABŞ dolları təşkil etmişdir. 2. 2018-ci il 24 avqust tarixli (imzalanmış), 23/18 nömrəli razılaşmaya (bundan sonra – "xxxx") əsasən, borclu MMC tərəflər arasında imzalanmış 2018-ci il 24 avqust tarixli yekun aktına əsasən və əvvəlki razılaşmalar çərçivəsində aldığı mal-maddi və pul-kredit vəsaitlərinə görə kreditora bu razılaşmanın imzalandığı günə 480.100 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq etmiş, borclu 2018-ci il oktyabr-dekabr, 2019-cu ilin yanvar ayında hər ay 120.025 ABŞ dolları olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Razılaşmanın şərtləri borclu tərəfindən pozulduğu halda kreditor qarşılıqlı kredit münasibətlərinin başlandığı andan çəkdiyi xərclərin əvəzi olaraq əlavə 125.000 ABŞ dollarından 60.000 ABŞ dolları əlavə olaraq borcludan tələb etmək hüququna malikdir. 3. 2018-ci il 24 avqust tarixli, 2/08 nömrəli zaminlik müqаviləsinə ( bundan sonra – "xxxx") əsasən, Cavabdeh1 MMC-nin iddiaçı ilə bağladığı razılaşmaya uyğun olaraq üzərinə götürdüyü borcun qaytarılması üzrə öhdəliklərin bir qisminin icrasına görə kreditor qarşısında cavabdeh qismində çıxış etməyi öz üzərinə götürmüşdür. Məsuliyyət məbləği 125.000 ABŞ dolları təşkil edir və bu məsuliyyət borclu tərəfindən kreditora 300.000 ABŞ dolları ödənildiyi zamandan bitmiş sayılır. 4. 2019-cu il 6 dekabr tarixli iddiaçının MMC-yə ünvanlandığı məktuba əsasən, məsələnin məhkəməyə qədər həll edilməsi məqsədilə 701.849 ABŞ dolları vəsaitin iddiaçıya müvafiq müddət ərzində ödənilməsi xahiş edilmişdir. 5. 2020-ci il 27 fevral tarixli iddiaçının Cavabdeh1 ünvanlandığı məktuba əsasən, məsələnin məhkəməyə qədər həll edilməsi məqsədilə 701.849 ABŞ dolları vəsaitin iddiaçıya müva fiq müddət ərzində ödənilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki ilk icraat

6. İddiaçı cavabdehlər MMC və Cavabdeh1 qarşı 2020-ci il 11 mart tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 480.100 ABŞ dolları məbləğində əsas öhdəliyin, 125.000 ABŞ dolları məbləğində çəkilmiş xərcin, 96.749 ABŞ dolları məbləğində hesablanmış faiz məbləğinin, ümumilikdə 701.849 ABŞ dolları məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun, zaminin cavabdehin ümumi öhdəliklərinə zamin hesab edildiyi 125.000 ABŞ dolları məbləğində pulun zamin və cavabdehdən birgə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və MMC arasında müxtəlif biznes münasib ətləri mövcud olmuşdur. Bu münasibətlərə mal alğı-satqısı, borc, investisiya və.s münasibətlər daxildir. Tərəflər, 2018-ci il 24 avqust tarixində o dövrə qədər aralarında olan biznes münasibətlərindən yaranmış fərqləri üzləşdirmiş və hesabat ilə MMC-nin iddiaçıya 480.100 ABŞ dolları borcu olduğunu təsdiq etmişdirlər. Bundan əlavə, MMC razılaşmaya əsasən, hesabat ilə təsdiqlənmiş borc məbləğinin 2018-ci ilin oktyabr ayından başlayaraq 2019-cu ilin yanvar ayına qədər iddiaçıya tam şəkildə ödəmək öhdəliyi götürmüşdür. Razılaşmanın 6-cı bəndinə əsasən, MMC iddiaçının qarşılıqlı münasibətlərin başlanıldığı andan etibarən 125.000 ABŞ dolları xərc çəkdiyini təsdiq etmiş və öhdəliklərini yerinə yetirmədiyi təqdirdə çəkilən xərcləri də mübahisəsiz şəkildə ödəyəcəyini bildirmişdir. Qeyd edilən raz ılaşmalara əlavə olaraq, 2018-ci il 24 avqust tarixində iddiaçı və Cavabdeh1 (zamin) arasında MMC-nin öhdəliklərinin bir qisminə eyni zamanda zaminin də cavabdeh olduğu barədə zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, zaminin cavabdeh olduğu məbləğ 125.000 ABŞ dolları təşkil etmişdir. Razılaşmanın 2018-ci il 24 avqust tarixində əldə olunması və MMC-nin öhdəliklərini ödəmə müddətinin 2018-ci ilin oktyabr ayında başlamasına baxmayaraq, 2019-cu ilin dekabr ayınadək MMC tərəfindən heç bir ödəniş edilməmiş və öhdəliklərinə əməl olunmamışdır. Bu vəziyyəti nəzərə alaraq, iddiaçı MMC-yə pretenziya məktubu göndərmişdir. Pretenziya məktubu 2019-cu il 9 dekabr tarixdə MMC-nin qanuni nümayəndəsi X2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 102, X6, 8-ci mərtə bədə yerləşən ofisində imzalanaraq təhvil alınmışdır. Pretenziya məktubunun verilməsindən iki aydan çox müddət keçməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. Razılaşmada və 2018-ci il 24 avqust tarixli üzləşdirmə nəticəsində müəyyən olunmuş hesabatda MMC-nin iddiaçıya 2018-ci il 24 avqust tarixinə 480.100 ABŞ dolları borcu olması əksini tapmışdır. Müqavilədə zaminin MMC-nin iddiaçıya olan öhdəliklərinin 125.000 ABŞ dolları olan hissəsinə zamin hesab olunduğu əksini tapmışdır. Təqdim olunmuş sənədlərə əsasən, ödənilməli olan 480.100 ABŞ dolları əsas öhdəliyə və iddiaçı tərəfindən münasibətlərin başlanğıcından etibarən çəkilmiş xərc olan 125.000 ABŞ dolları vəsaitlərə 2018-ci il üzrə 2018-ci il 24 avqust tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ill ik 12 faiz dərəcəsi (10 faiz uçot dərəcəsi + 2 faiz) tətbiq olunmaqla müvafiq olaraq 20.324 ABŞ dolları və 5.291 ABŞ dolları, 2019-ci il üzrə illik 11,75 faiz dərəcəsi tətbiq olunmaqla müvafiq olaraq 56.447 ABŞ dolları və 14.687 ABŞ dolları faizlər hesablanmış və MMC tərəfindən iddiaçıya ödənilməli olan ümumi məbləğ 701.849 ABŞ dolları olaraq müəyyən olunmuşdur.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.1, 385.1, 390.1, 425.1, 439, 442, 443.4, 448.1, 449, 881.1-881.3, 882.1, 882.2, 882.5-ci maddələrinə istinad olunmuşdur.

9. MMC qarşılıqlı iddia ərizəsi ilə 2020-ci il 12 may tarixində məhkəməyə müraciət edərək, MMC ilə iddiaçı arasında bağlanmış 2018-ci il 24 avqust tarixli razılaşma hesabatının qismən, yəni MMC tərəfin dən 150.000 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsi, MMC ilə iddiaçı arasında bağlanmış 2018-ci il 24 avqust tarixli, 23/18 saylı razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, MMC iddiaçıdan 541.000 ABŞ dolları dəyərində nağd pul vəsaiti və mal almamış, qeyd olunan məbləğ tamamilə şişirdilmiş və cəmiyyətin mühasibatlıq sənədlərində həmin pul vəsaitinin və malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyildir. Buna baxmayaraq, həmin aktı imzalayan zaman MMC-nin direktoru (qanuni təmsilçisi) olmuş X3 mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Halbuki, iddiaçı tərəfindən MMC-nin bank hesabına 2017-ci il 21 fevral tarixdə 100.000 ABŞ dolları və 27 mart 2018-ci il tarixdə 50.000 ABŞ dolları olmaqla, ümumilikdə 150.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd olunan məbləğdən başqa iddiaçı tərəfindən MMC-yə 391.000 ABŞ dolları dəyərində pul vəsaiti və ya mal verilməmiş və bu halı təsdiq edən hər hansı sənəd (sübut) mövcud deyildir. Həmçinin, razılaşmaya əsasən, hesabatda göstərilmiş borc məbləği MMC tərəfindən 4 ay müddətində hissə-hissə iddiaçıya ödənilməlidir. Hesabata əsasən, MMC tərəfindən iddiaçıya 60.900 ABŞ dolları dəyərində pul vəsaiti və mal verilmişdir. Belə olan halda MMC-nin iddiaçıya 89.100 ABŞ dolları dəyərində borcu qaldığından razılaşmanın əhəmiyyəti qalmamışdır. Sadalanan xüsusatlara əsasən, hesabatın qismən, yəni MMC tərəfindən 150.000 ABŞ dollarından artıq məblə ğdə pul vəsaitinin və malın alınması hissəsində etibarsız hesab edilməsinə, razılaşmanın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməlidir. 11. 2020-ci il 15 sentyabr tarixində MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın 89.100 ABŞ dollarından artıq pul vəsaitinin tələb edilməsi hissəsində təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli, 2-2(113)-1132/2020 saylı qətnaməsi ilə ilk iddia qismən – MMC-dən 480.100 ABŞ dolları məbləğində əsas borc, 24.005 ABŞ dolları faiz, cəmi 504.105 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,54 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin olunmuş, 480.100 ABŞ dolları məbləğində əsas borcdan cavabdeh MMC t ərəfindən 300.000 ABŞ dolları məbləğində pul ödənilənədək əsas borcun 125.000 ABŞ dolları məbləğində olan hissəsinin MMC-dən və Cavabdeh1 birgə tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuş, qarşılıqlı iddia rədd edilmişdir (hakim-E.Əliyev).

13. Məhkəmə qeyd etmişdir ki, MMC-nin iddiaçı qarşısında 480.100 ABŞ dolları məbləğində əsas borcunun olması, Cavabdeh1 isə iddiaçının qarşısında 125.000 ABŞ dolları məbləğə münasibətdə zamin durması məhkəmədə öz təsdiqini tapmış, lakin iddiaçı daxili bazarın monitorinqinə (mütəxəssislərin gəlməsi, qalmaq, yemək və digər xərclər) görə çəkdiyi xərclə bağlı 125.000 ABŞ dolları məbləğində vəsait tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

14. Bununla yanaşı, cavabdehin 480.100 ABŞ dolları məbləğində vəsaiti özündə qanunsu z saxlamaqla faydalanması ilə bağlı iddiaçı tərəfindən 1 il üçün 12% dərəcəsi ilə faizin tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, MMC-nin həmin vəsaiti özündə saxladığı dövrdə istifadə etməklə fayda, gəlir, artım və ya bəhər əldə etməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilmədiyinə görə faiz dərəcəsi Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsi ilə deyil, mülki qanunvericilikdə müəyyən olunmuş 5%-lə hesablanmalıdır. Belə ki, illik faiz dərəcəsi 5% olduğu təqdirdə 480.100 ABŞ dolları məbləğində borcun faizi 24.005 ABŞ dolları (480100:100x5) təşkil edir.

15. Qarşılıqlı iddia tələbində isə hesabatın qismən və razılaşmanın etibarsız hesab olunmasını tələb edilsə də, məhkəməyə bununla bağlı sübutlar təqdim olunmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443, 449, 567, 598, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin qətnaməsindən MMC apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin 89.100 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin tələb edilməsi hissəsində rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Qətnamədən həmçinin iddiaçı da apellyasiya şikayəti verərək onun ilk iddia tələbinin təmin olunmadığı hissədə ləğv, ilk iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 30 dekabr tarixli, e-2-2(113)1132/2020 saylı qərardadı ilə iddiaçı tərəfində n verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 8 fevral tarixli, 2-2(103)-273/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin 2020-ci il 30 dekabr tarixli qərardadından verilmiş şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 may tarixli 2-2(103)-391/2021 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1132/2020 saylı 2020-ci il 14 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – C.Yusifov, hakimlər –R.Qurbanov və V.Baxışova).

22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şik ayətində göstərdiyi cavabdehlə münasibətlərinin yarandığı gündən çəkdiyi 125.000 ABŞ dolları məbləğində xərcin sonuncudan tutulması dəlili ilə bağlı qeyd etmişdir ki, borclunun 125.000,00 ABŞ dolları məbləğində pulu kreditora ödəməyi öhdəsinə götürməsi barədə tərəflər arasında imperativ razılaşma şərti mövcud olmamışdır. Bu halda borclu sadəcə, gələcəkdə kreditorun ona qarşı müvafiq iddianı qaldırmaq hüququna malik olmasını tanımışdır. Bu hüququn reallaşdırılması isə o halda baş tuta bilər ki, borcun tələb edilməsi anında ya borclu həmin tələbi qəbul edib ödəməyi öz öhdəsinə götürsün, ya da həmin xərclər kreditor tərəfindən sübutlarla əsaslandırmış olsun. Konkret halda borclu – cavabdeh həmin borcu qəbul etmir, iddiaçının isə xərcləri təsdiq edən sübutları mövcud olmamışdır.

23. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə, iddiaçının illik faiz və əldən çıxmış faydaya görə hesablanmış faiz məbləğinin azaldılmasını mübahisələndirən dəlilləri ilə də razılaşmamış və hesab etmişdir ki, borclu 2018-ci il 24 avqust tarixindən etibarən razılaşmada nəzərdə tutulan, dörd ay müddətində ödəməyi öhdəsinə götürdüyü 480.100,00 ABŞ dolları məbləğində borcunu bərabər hissələrlə ödəməyə borclu olduğu halda, həmin borcunu ödəməmiş, iddiaçı isə bunun müqabilində MM-in 425.1-ci maddəsinə müvafiq hərəkət etməmiş, razılaşma müddəti bitdikdən bir il sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bu baxımdan və MM-in 458-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia çının faiz tələbinin 24.005,00 ABŞ dolları məbləğində müəyyən edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirmişdir.

24. MMC-nin apellyasiya şikayətinin hesabatın və razılaşmanın etibarsız hesab edilməsi ilə bağlı dəlilləri də əsassız olmuşdur. Belə ki, konkret halda, onlar tərəfindən 2018-ci il 24 avqust tarixində bir araya gəlinərək, MMC-nin özünün də istinad etdiyi 2017ci il 18 fevral və 2018-ci il 14 mart tarixli beynəlxalq müqavilələrdən irəli gələn borc pul və mal alğı-satqısından irəli gələn münasibətlərinə aydınlıq gətirməklə, mübahisələndirilən hesabatı və razılaşmanı imzalamaları mülki qanunvericiliyin tələblərinə tamamilə uyğundur. MMC 2018-ci il 24 avqust tarixində imzalayıb təsdiq etdiyi həmin hesabat və razılaşmanın etibarsızlığını mübahisələndirmək üçün mülki qanun vericiliklə müəyyən edilən kəsici iddia müddətini də ötürmüşdür. MMC hesabat və razılaşmanın imzalayıb möhürü ilə təsdiq etdiyi 2018-ci il 24 avqust tarixində onların etibarsızlığına əsas olan halları bilmişdir və ya bilməli olduğu halda, 1 il 9 ay keçdikdən sonra – 2020-ci il 12 may tarixində sənədlərin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik kəsici iddia müddətini ötürmüşdür.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 351.3, 354.2, 385.1, 881.2, 882.1, 882.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. MMC həmin qətnamədən kassasiya şikayəti və ona əlavə verməklə, qətnamənin ləğv, ilk iddia tələbinin 89.100 ABŞ dollarından artıq məbləğdə pul vəsaitinin tələb edilməsi hissəsində təmin edilməmə si, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 sentyabr tarixli 2-2(102)-426/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ilk iddia tələbinin təmin olunduğu hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən araşdırılaraq baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – B.Qəribov, hakimlər – B.Məmmədli və A.Abbasov).

28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında MMC-nin iddiaçıya 480.100 ABŞ dolları borcunun olduğunu nəzərdə tu tan razılaşma, eyni tarixli hesabatın əsasında bağlanmışdır. Həmin hesabatın isə forma baxımından olmasa da, məzmun və onun icrası prosesi baxımından qanunvericiliyə uyğun olub-olmaması apellyasiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır.

29. Apellyasiya məhkəməsi tərəfindən göstərilən halların tam və hərtərəfli araşdırılmadan sadəcə tərəflər arasında olan razılaşma əsasında MMC-nin iddiaçıya borcunun olması və valyutada nağd hesablaşmanın təsdiqi üçün kifayət olması qənaətinə gəlməsi isə ölkəyə daxil olan nağd pul vəsaitlərinin qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarının tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsinin əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. 2018-ci il 24 avqust tarixli mübahisəli hesabatın məzmunun və onun icrası prosesinin hansı qaydada aparılması MMC tərəfindən onu imzalayan, həmin dövrdə onun təsisçilərindən biri olan Ruslan Kazımovun məkhəmə iclasına dəvət olunaraq dinlənilməsi yolu ilə mümkün ola bilərdi.

30. Həmçinin, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılsa da, apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində geri qaytarılmış apellyasiya şikayətinin dəlillərinə hansı səbəbdən münasibət bildirməsi aydın olmamışdır.

31. MMC fəaliyyət qabiliyyətli subyekt kimi hüquqi şəxs olaraq razılaşmanı bağlamış, bu MMC-nin direktoru Xəlil İsmayılovun onu imzalamaqla və müəssisənin möhürü ilə təsdiq etməklə rəsmiləşdirilməsi yolu ilə baş vermişdir. Həmin imzanın və müəssisənin möhürünün həqiqiliyi isə MMC tərəfindən mübahisələndirilməmişdir. Hüquqi şəxsin qanuni təmsilçisi və təsisçilərinin dəyişməsi isə onu hüquq və öhdəliklərindən azad edə bilməz.

32. Bu baxımdan, MM-in 351-ci maddəsi ilə xüsusi qayda müəyyən edilmişdir və həmin qaydaya əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir (351.3). Bu səbəbdən, MMC-nin razılaşmanın etibarsızlığı ilə bağlı dəlilləri əsaslı olmamışdır.

33. Cavabdeh hesabat və razılaşmanı imzalayıb möhürü ilə təsdiq etdiyi 2018-ci il 24 avqust tarixində onların etibarsızlığına əsas olan halları bildiyi və ya bilməli olduğu halda, 1 il 9 ay keçdikdən sonra – 2020-ci il 12 may tarixində sənədlərin etibarsızlığı ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunan 1 illik kəsici iddia müddətini ötürmüşdür.

34. Kassasiya ins tansiyası məhkəməsi gəldiyi nəticəni “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.3, 4.1.3, MM-in 6.2, 14.2.1, 351, 354, 390.1, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 11.1. 11.5, 13, “Mərkəzi Bank” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”-nın 2.1, 2.3-cü bəndlərinə, MPM-in 77.1, 88, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(103)-89/2022 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edildiyi hissəsində ləğv olunmuş, ilk iddia tələbi qismən təmin edilərək MMC-dən 89.100 (səksən doqquz min yüz) ABŞ dolları və 3,81 (üç tam yüzdə səksən bir) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə ilk iddia tələbi təmin olunmamışdır (sədrlik edən hakim – M.Tağızadə, hakimlər – A.Oruczadə və X.Cəmilova).

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hesabatda iddiaçı tərəfindən MMC-yə nağd qaydada ödənildiyi iddia edilən, ümumilikdə 350.000 ABŞ dollarının, habelə 41.000 ABŞ dolları dəyərində olan malın xarici hüqu qi şəxs olan iddiaçı tərəfindən qanunvericiliyə əsasən, müəyyən edilmiş prosedur qaydalarına uyğun şəkildə gətirilməsi iş materialları ilə müəyyən edilmir. Qeyd olunan məbləğdə pulun iddiaçının adından kimin tərəfindən nə vaxt və harada MMC-yə təqdim edilməsi də görünmür.

37. Bundan əlavə, iddiaçı iddia ərizəsində cavabdehlə onun arasında müxtəlif biznes münasibətlərinin: mal alğı-satqısı, borc, investisiya və sair münasibətlər olduğunu bildirsə də, hüquqi şəxslər olan tərəflər arasında borc, investisiya yatırımı və sair barədə müqavilə olduğu müəyyən edilməmişdir.

38. Tərəflər arasında, yalnız 2017-ci il 18 fevral tarixli və 2018-ci il 14 mart tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 2.4-cü bəndində məhsulun hər partiyasına görə ödəniş alıcı tərəfindən invoys alındıqdan son ra 5 iş günü ərzində pul vəsaitlərinin satıcının bank hesabına köçürülməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirilməsi nəzərdə tutulduğu müəyyən olunur. Göründüyü kimi, qeyd edilən müqavilələrdə pul vəsaitlərinin nağd qaydada verilməsini nəzərdə tutan hər hansı şərt nəzərdə tutulmamışdır.

39. Razılaşma müqaviləsi və hesabat forma baxımından mülki qanunvericilik norma və prinsiplərinə (müqavilə azadlığı, iradə sərbəstliyi, tərəflərin hüquq bərabərliyi və sair prinsipləri) uyğun olsa da, qeyd edilən əqd 391.000 ABŞ dolları məbləğində pulun verilməsi hissəsində məzmun və onun icrası prosesi baxımından qanunvericiliyə uyğun deyildir. Belə ki, valyuta siyasətini tənzimləyən qanunvericilik normalarından göründüyü kimi hazırkı halda pul vəsaitini təqdim etmiş iddiaçı tələb edilə n məbləğin 150.000 ABŞ dolları məbləğində hissəsi istisna olmaqla, qalan məbləğin köçürmə yolu ilə nağdsız və ya gömrük prosedurlarına əməl etməklə pul vəsaitinin nağd şəkildə və malın Azərbaycan Respublikasına gətirilməsini təsdiq edə bilməmişdir.

40. Beləliklə, hesabatda göstərilən 541 000 ABŞ dolları borcun, yalnız 150 000 ABŞ dolları (2017-ci ilin fevral ayında 100.000 ABŞ dolları, 2018-ci ilin mart ayında isə 50.000 ABŞ dolları məbləğində bank köçürməsi) məbləğində pul vəsaitinin cavabdehə verildiyi iş materialları ilə öz təsdiqini tapmışdır.

41. Digər qalıq 391 000 manat borcun reallığı - 2018-ci ilin fevral ayında 41.000 ABŞ dolları məbləğində malın verilməsi, eyni zamanda 2018-ci ilin mart ayında 2 dəfə ayrıayrılıqda 100.000 ABŞ dolları, 2018-ci ilin may ayında isə ayrı-ayrılıqda 4 0.000 ABŞ dolları və 60.000 ABŞ dolları miqdarında nağd pul ödənişlərinin edilməsi isə məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, iddiaçı tərəfindən qeyd edilən halları sübut edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir.

42. Eyni zamanda işin hallarından və hesabatdan görünür ki, 2018-ci ilin aprel-iyul aylarını əhatə edən dövr üzrə 60.900 ABŞ dolları (2018, aprel - 20 000 $, 2018, may – 8 600 $, 2018, iyun - 20 000 $, 2018, iyul – 12 300 $) məbləğində vəsait və mal MMC tərəfindən iddiaçıya geri qaytarılmışdır.

43. İlk iddia tələbi üzrə ödənilməli olan 541 000 ABŞ dolları məbləğin, yalnız 150.000 ABŞ dolları miqdarı real borc olduğundan, həmin məbləğin isə 60.900 ABŞ dolları miqdarı cavabdeh tərəfindən ödənilmiş olduğundan, MMC-nin iddiaçı qarşısında ödənilməli olan öhdəl iyi 89.100 ABŞ dolları təşkil edir.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 389.1. 390.1, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın 2.1, 2.3, Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 5.1-5.3-cü bəndlərinə, MPM-in 88, 119.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 2 fevral tarixində iddiaçı və MMC-nin vəkilinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir. 46. 2022-ci il 21 fevral tarixində iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun cavabdehin apellyasiya şikayətinin təmin olunduğu hissədə ləğv və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

47. MM-in 1, 6.1, 6.2 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, tərəflər qarşılıqlı iradə ifadəsi ilə öhdəliyin mövcudluğunu təsdiq etdiyi və sənədləşdirdiyi halda, məhkəmə nağdsız hesablaşmalar və valyuta tənzimi haqqında qanunların tələblərinin pozulmasına istinadən cavabdehi mülki-hüquqi öhdəlikdən azad etmişdir. Halbuki, tərəflərin arasındakı münasibətlərə MM tətbiq edilməlidir. 48. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 və 3.5-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qeyd edilən maddələri, ümumiyyətlə həmin qanunu tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Belə ki, həmin qanunun 1-ci maddəsində göstərilmişdir ki, bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Yəni mülki dö vriyyə iştirakçısının bu qanunun tələblərinə əməl etməməsi onların arasında öhdəliyin yaranmaması nəticəsinə gəlməyə əsas deyil. Həmin qanunun 4.2-ci maddəsinə əsasən, bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunda isə bu qanunun pozulmasına görə mülki dövriyyə iştirakçının digər iştirakçı qarşısında məsuliyyətinin aradan qaldırılması nəzərdə tutulmamışdır.

49. Məhkəmə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununu münasibətə tətbiq etməməli olduğu halda, onu tətbiq etmişdir. Belə ki, həmin qanunda göstərilmişdir ki, bu qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvət lərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına; görə məsuliyyəti müəyyən edir. Yəni bu qanun ona əməl edilib edilməməsilə bağlı mülki dövriyyə iştirakçıları arasında öhdəliklərin mövcud olub – olmamasını müəyyən etmir. İkincisi isə məhkəmə necə bu nəticəyə gəlmişdir ki, cavabdehə verilmiş pul vəsaiti məhz ölkə xaricindən bu təyinatla gətirilmiş olmalı idi. İddiaçı şirkət xarici hüquqi şəxs olsa da, onun təsisçilərindən biri və direktoru (qanuni təmsilçisi) Azərbaycan Respublikasının vətəndaşıdır. Yəni pulun xaricdən məhz bu təyinatla gətirilmiş olmaması onun cavabdehə verilmədiyi nəticəsinə gəlməyə əsas vermir.

50. MM-in 351.3, 881 və 882-ci maddələrinin tələbləri pozulmuşdu r. Qanunun tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Habelə, mövcud borcun etirafı haqqında müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə tərəflərin imzalayıb möhürlədikləri razılaşma ilə borcun etiraf edilməsini nəzərə almamışdır. Buna baxmayaraq, məhkəmə həmin öhdəliyin yaranma əsaslarını şübhə altına almışdır.

51. MPM-in 217.1, 217.3, 217.4 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Vəsaitlərin bir hissəsinin nağd qaydada veriləsi məhz cavabdeh tərəfin xahişinin nəzərə alınmasının nəticəsi olmuşdur. Təsadüfi deyildir ki, cavabdehin iddiaçının da təsdiq etdiyi öhdəliklərinin bir hissəsinin icrası da nağd qaydada olmuşdur. Cavabdehin ni yə bu əməliyyatı da nağd olduğuna görə mübahisələndirməməsi, məhkəmənin yaranan öhdəliyin əsasında nağd əməliyyat olduğuna görə onu qəbul etmədiyi halda, niyə öhdəliyin nağd icra edilən hissəsini qəbul etməsi sual olunur.

52. Məhkəmə, həmçinin, qətnamədə qeyd etmişdir ki, nağd pulun kim tərəfindən nə vaxt və harada təqdim edilməsi görünmür. Halbuki, əvvəla bu suala məhkəmə iclaslarında dəfələrlə cavab verilmişdir. İkincisi isə, cavabdeh imzalı və möhürlü sənədlə pulun verilməsini təsdiq etdiyinə görə, iddiaçı bu halı sübut etməkdən azaddır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iki yazılı müqavilədə pulun nağd qaydada verilməsi nəzərdə tutulmayıb. Halbuki, məhkəməyə məhz iki yazılı müqavilənin təqdim edilmiş olması, yaxud həmin müqavilələrdə pulun nağd qayda da verilməsinin nəzərdə tutulmaması nağd pul verildiyini istisna edə bilməz.

53. MPM-in 380.1-ci maddəsinin tələbi pozulmuşdur. Maddənin tələblərinə görə, məhkəmə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Məhkəmə işin nəticəsində maraqlı olan (çünki, cavabdehin direktoru və təsisçisi olub) Ruslan Kazımovu şahid kimi cəlb etməməli idi. Çünki, nə birinci instansiya məhkəməsində, nə də daha əvvəlki apellyasiya icraatında o şahid kimi cəlb edilməmiş və bunun qeyri-mümkün olduğuna dair heç bir dəlil təqdim edilməmişdir.

54. MPM-in 389.1-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə şahid Ruslan Kazımovun ifadəsini alaraq, qətnamədə ona istinad etmişdir. Halbuki, o işin nəticəsində maraqlı olduğuna gör ə (çünki, cavabdehin direktoru və təsisçisi olub) onu ifadəsi mötəbər sübut hesab oluna bilməz. İş üçün əhəmiyyətli olan halların qeyri-mötəbər sübutlarla təsdiq edilməsi məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi hesab edilir.

55. MPM-in 390-cı maddəsinin tələbi pozulmuşdur. İddia ərizəsində göstərilən pul vəsaiti cavabdehə həqiqətən verilmişdir. Müqaviləsinin 2-ci bəndində müəyyən edilmişdir ki, zaminlik borclu kreditora 300.000 ABŞ dolları ödədikdən sonra bitmiş sayılır. Bu onu təsdiq edir ki, borcun məbləği cavabdehin etiraf etdiyindən (köçürmə ilə verilmiş puldan) xeyli çoxdur.

56. Verilmiş pul vəsaitinin qaytarılmasının qaydası ilə bağlı cavabdehin razılaşmanı imzalayan direktoru Ruslan Kazımov olsa da, pul vəsaiti verilərkən on un bir hissəsini almış direktor sonradan zamin olan Cavabdeh1 olmuşdur. Bu onu təsdiq edir ki, ayrı-ayrı vaxtlarda direktor və təsisçi olmuş iki şəxs bu münasibətlərin iştirakçısı olmuş və faktı təsdiq etmişdir. Bu isə cavabdehin direktoru Ruslan Kazımovun ehtiyyatsızlığını istisna etmişdir. MM 49.3-cü maddəsinə əsasən, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və q ərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Əgər direktor Ruslan Kazımovun vəzifələrini pozması nəticəsində verilməsi sual altında olan vəsaitin verildiyi təsdiq edilmişdirsə, cavabdeh hüquqi şəxsin ona qarşı hər hansı tələb irəli sürməməsinin səbəbi aydın olmamışdır. Belə ki, öhdəliyin həqiqətən mövcudluğu barədə məlumatlıdırlar.

57. İddiaçının cavabdehə verdiyi nağd pul vəsaitinin mənbəyi və hərəkəti tamamilə qanuna uyğun olmuşdur. Əks təqdirdə belə, iddiaçının cavabdehə verdiyi nağd pul vəsaitinin mənbəyi və hərəkətinin qanuniliyi cavabdehi iddiaçı qarşısında mülki-hüquqi öhdəlikdən azad etməməklə, sadəcə iddiaçı üçün inzibati hüquqi nəticə yarada bilər (məsələn nağdsız hesablaşma limitinin və ya ölkəyə valyuta gətirilməsi qaydalarının pozulması və buna görə cərimələnmə və s.). Həmçinin, alınmış nağd vəsaitlərin cavabdehin mühasibatlıq sənədlərində öz əksini tapmaması isə cavabdehin vəzifəli şəxslərinin məsuliyyətidir və göstərilən hal da cavabdehi iddiaçı qarşısındakı mülki-hüquqi öhdəlikdən azad edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

60. Hazırk ı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

62. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

389. Müqavilə a nlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” 63. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar... 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında ( aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir....” 64. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

13. Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta tənzimlənməsinin əsas orqanı kimi...

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanuna müvafiq olaraq:... b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;...”

65. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”-nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “2. Xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması 2.1. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.... 2.3. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər....”

66. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “5. Valyuta əməliyyatları üzrə təsdiqedici sənədlər 5.1. Rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları bu Qaydalarda nəzərdə tutulan sənədlər banka təqdim edilməklə həyata keçirilir. 5.2. İdxal olunan mal və xidmətləri təsdiq edən sənədlərdə bank tərəfindən əməliyyatın həyata keçirilməsi (sənəddə göstərilən məbləğ tam icra edilmədikdə həyata keçirilə n əməliyyatın məbləği göstərilməklə) barədə qeyd aparılır, bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və sənədin surəti bankda saxlanılır. Malların idxalını, habelə xarici valyutanın nağd şəkildə ölkəyə gətirilməsini təsdiq edən gömrük bəyannaməsində bankın qeydi sənədin üz tərəfində aparılır. Əgər gömrük bəyannaməsi üzrə ödəniş tam və və ya son qalıq həcmində həyata keçirilərsə, sənədin əsli sonuncu ödənişi icra edən bankda saxlanılır. 5.3. Valyuta əməliyyatını təsdiq edən gömrük bəyannaməsi elektron formada tərtib edildikdə, sənədə ödənişin tam və ya qismən həyata keçirilməsi barədə qeyd bankın məsul işçisi tərəfindən elektron formada daxil edilir.”

67. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Madd ə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(103)-89/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

69. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, bundan əvvəlki kasssasiya baxışı üzrə Ali Məhkəmənin müvafiq qərarı ilə “tərəflər arasında imzalanmış “Razılaşma hesabatı”nın məzmun və onun icrası prosesi b axımından Azərbaycan Respublikası qanunvericiliyinə uyğunluğunun dəyərləndirilməsinə dair” icrası barədə məcburi göstərişlər verilmiş, apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərin icrası ilə bağlı “Nağdsız hesablaşmalar haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunları, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının tələblərini nəzərə almaqla belə qənaətə gəlmişdir ki, “Razılaşma müqaviləsi” və “Razılaşma hesabatı” forma baxımından mülki qanunvericilik norma və prinsiplərinə (müqavilə azadlığı, iradə sərbəstliyi, tərəflərin hüquq bərabərliyi və sair) prinsipləri) uyğun olsa da, qeyd edilən əqd 391.000 ABŞ dolları məbləğində pulun verilməsi hissəsində məzmun və onun icrası prosesi baxımından qanunvericiliyə uyğun deyildir. Belə ki, valyuta siyasətini tənzimləyən qanunvericilik normalarından göründüyü kimi hazırkı halda pul vəsaitini təqdim etmiş iddiaçı tələb edilən məbləğin 150.000 ABŞ dolları məbləğində hissəsi istisna olmaqla, qalan məbləğin köcürmə yolu ilə nağdsız və ya gömrük prosedurlarına əməl etməklə pul vəsaitinin nağd şəkildə və malın Azərbaycan Respublikasına gətirilməsini təsdiq edə bilməmişdir.

70. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə razılaşaraq məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında yalnız 2017-ci il 18 fevral və 2018-ci il 14 mart tarixli müqavilələr bağlanmış, hə min müqavilələrin 2.4-cü bəndində məhsulun hər partiyasına görə ödənişin alıcı tərəfindən invoys alındıqdan sonra beş iş günü ərzində pul vəsaitlərinin satıcının bank hesabına köcürülməsi yolu ilə 100% qabaqcadan ödəniş formasında həyata keçirilməsi nəzərdə tutulmuş, həmin müqavilələrdə pul vəsaitlərinin nağd qaydada verilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır.

72. Məhz həmin hallara istinad etməklə, işdəki mövcud və yeni əldə edilmiş sübutları qiymətləndirməklə işə yenidən baxan apelyasiya məhkəməsi ödənilməsi tələb edilən məbləğin 150.000 ABŞ dolları məbləğində hissəsi istisna olmaqla, digər hissəsinin mötəbər sübutlarla təsdiq edilmədiyini nəzərə almışdır. Həmçinin qeyd edilməlidir ki, 2018ci il 24 avqust tarixli razılaşmada cavabdehin borcunun 481.000 ABŞ dolları məbləğind ə qeyd edilməsi, cavabdeh MMC tərəfindən həmin məbləğ mübahisələndirildiyinə və etiraf edilmədiyinə görə məhkəməni bu razılaşmanın həqiqiliyini və onun qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını qiymətləndirmək öhdəliyindən azad edə bilməzdi.

73. İşin qeyd edilən hallarına istinad etməklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən “Valyuta tənzimi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulması barədə kassasiya şikayətinin dəlillərinə tənqidi yanaşır. Həmçinin tərəflərin imzaladığı müqavilələrdə hesablaşmaların məhz nağdsız qaydada aparılması nəzərdə tutulduğu üçün onlar da müqavilələrin həmin bəndlərinə və qüvvədə olan qanunvericilik normalarına riayət etməklə, müqavilə üzr ə hüquq və vəzifələrini həyata keçirməyə borclu idi ki, sonradan mübahisə yarandığı təqdirdə hər hansı əlavə ehtimallara, yaxud müqavilə şərtlərinin geniş təfsirinə zərurət olmasın.

74. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 22(103)-89/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

76. İddiaçı “X1” LLC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(103)-89/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar