Məhkəmə qərarları › İş №2-2(102)-403/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-403/2019

08.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-403/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 08.10.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «icarə haqqının, maddi və mənəvi ziyanın tutulması» barədə iddia tələbi və cavabdeh “xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı «çəkilmiş xərclərin tutulması» barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-331/2019 saylı, 26 aprel 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 08 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı «icarə haqqının, maddi və mənəvi ziyanın tutulması» barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsi işin baxılması üçün ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə 16 oktyabr 2018-ci il tarixli qərardad qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8 fevral 2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materialları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərildikdən sonra məhkəmənin qərardadı ilə cavabdeh “xxxx” MMC-nin «çəkilmiş xərclərin tutulması» barədə qarşılıqlı iddiası icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman tərəflər vəsatət verərək iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişlər. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-203/2019 saylı, 08.04.2019-cu i l tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan narazı qalan ilkin iddia üzrə cavabdeh “xxxx” şikayət verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2-2(82)- 203/2019 saylı qərardadının ləğv edilərək ilk iddia üzrə İddiaçı adından X1 məhkəməyə təqdim etdiyi vəsatətinin təmin edilməməsi və ekspertiza qarşısında qoyulan suallara qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd olunan suallar tam olaraq əlavə edilməklə yenidən məhkəmə kompleks ekspertizasının təyin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-203/2019 saylı, 19.04.2019-cu il tarixli qərardadı i lə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-331/2019 saylı, 26 aprel 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – V.Ə.Baxışova, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)203/2019 saylı, 08.04.2019-cu il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadını ləğv edib, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-203/2019 saylı, 08.04.2019-cu il tarixli qərardadının ekspertiza rəyləri alınanadək iş üzrə icraatın dayandırılması hissə sində ləğv edilməsi, iş materiallarının geri qaytarılması, tərəflərin iştirakı ilə yenidən araşdırma aparılması, qarşılıqlı idda üzrə cavabdehin vəsatətinin təmin edilməməsi və ekspertiza qarşısında qoyulan suallara qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd olunan sualların tam olaraq əlavə edilməklə yenidən məhkəmə kompleks ekspertizasının təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, ilk iddia üzrə İddiaçı olduğu halda məhkəməyə ekspertizanın keçirilməsi barədə vəsatət X1 tərəfindən verilmiş, birinci instansiya məhkəməsi tərəfindən bu qanun pozuntusuna hüquqi qiymət verilməyərə k vəsatət qərəzli surətdə təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin həmin hissəsi ilə bağlı ümumiyyətlə araşdırma aparılmamışdır. Bununla yanaşı, işin faktiki hallarından göründüyü kimi, Cavabdeh MMC tərəfindən İddiaçınə heç bir maddi və mənəzi ziyan vurulmamış, bunun tam əksinə olaraq, qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə İddiaçı otelinin təmirinə tərəfimizdən 40541 (qırx min beş yüz qırx bir) manat sərf edilmiş və İddiaçı otelinin sahibləri tərəfindən çəkilmiş qeyri-qanuni su xətlərinə görə onlara tətbiq edilmiş cərimə üçün tərəfimizdən 6870,00 (altı min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda X1 tərəfindən verilmiş vəsatətin təmin edilməsi əsassızdır. Bununla yanaşı ekspertlər qarşısında qoyulmalı olan suall ara dair qarşılıqlı iddiaçı Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd olunan suallar qərardadda öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alındığında ilk iddia üzrə İddiaçı adından X1 məhkəməyə təqdim etdiyi vəsatət düzgün yazılmadığından və əsassız olduğundan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2019-cu il tarixli, 2-2(103)-331/2019 saylı qərardadı ləğv edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2-2(82)-203/2019 saylı qərardadı ekspertiza rəyləri alnınanadək iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilərək, iş materialları geri qaytarılmalı, tərəflərin iştirakı ilə yenidən araşdırma aparılmalı, qarşılıqlı iddia üzrə cavabdehin vəsatəti təmin edilməməli və ekspertiza qarşısında qoyu lan suallara qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd olunan suallar tam olaraq əlavə edilməklə yenidən məhkəmə kompleks ekspertizası təyin edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Proosessual Məcəllənin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəllədə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və apellyasiya qaydasında mübahisələndirilməsi mümkün olan qərardadların dairəsi konkret olaraq müəyyən edilmişdir. Şikayətin məzmunundan müəyyən olunur ki, cavabdeh qərardadın iş üzrə icraatın dayandırılması ilə bağlı hissəsini deyil, ekspertiza təyin edilməsi ilə bağlı hissəsini mübahisələndirir. Odur ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəllədə iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı qərardadlardan şikayət verilməsi nəzərdə tutulmadığından cavabdehin şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilməməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki halları na hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-331/2019 saylı iş üzrə 26 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar