Məhkəmə qərarları › İş №2-2(103)-82/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-82/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-82/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddiaçının qanuni təmsilçisi X2 və nümayəndəsi Vəkil2, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə İdiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia tələbi və Cavabdeh MMC-nin İddiaçınə qarşı “çəkilmiş xərclərin tutulması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbinə dair - kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 361/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsindən hər iki tərəfdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı 12.06.2018-ci il tarixində cavabdeh “X8 and Engineering L.L.C” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 8.000 manat icarə haqqı, vurulmuş maddi ziyan kimi 42.879 manat, 7 ay ərzində ödənilməmiş su pulu olaraq 3.434 manat, mənəvi ziyan olaraq 10.000 manat məbləğində pul məbləğinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddianın əsaslarına görə İddiaçı rəhəbri (qanuni təmsilçisi) X5 01 iyun 2016-cı il tarixli icarə müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan şossesi, 5-ci km-də yerləşən İddiaçı adlı binanı (otel) Cavabdeh MMC-yə icarəyə vermişdir. Aylıq icarə haqqı 4.500 manat məbləğində müəyyən edilmiş və ödəmənin bank köçürmə şəklində həyata keçirilməsi barədə razılığa gəlmişlər. 2017-ci ildə isə icarə haqqı 8.000 manat olması razılaşdırılmışdır. Lakin ”Cavabdeh” MMC-nin sədri tərəfindən icarə müqaviləsinin şərtləri pozulmuş, may ayı üzrə icarə haqqı ödənilməmişdir. Bundan əlavə, “MBA Consulting Group” tərəfindən verilmiş 12 may 2017-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şossesi, 5-ci km-də yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 12 may 2017-ci il tarixinə hesablanmış təmir-smeta xərclərinin bazar dəyəri 42.880 manat təşkil edir. Həmçinin, cavabdeh tərəfindən oteldə istifadə olunan su pulu ödənilməmişdir. “xxxx” ASC tərəfindən verilmiş 6547 saylı, 13.03.2017-ci il tarixli inventar aktına əsasən şirkət 3434 m2 miqdarında 3.434 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə “xxxx” ASC-yə ziyan vurmuş, nəticədə 3.434 manat məbləğində borcu yaranmışdır. Cavabdehin sədri tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində iddiaçı çox sarsıntı, əsəb keçirmiş, vaxtını bu məsələyə sərf etmişdir. Keçirdiyi stress nəticəsində səhhətində problemlər yaranmışdır. Mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Buna görə də ona dəymiş mənəvi ziyana görə 10.000 manat cavabdehdən tutulmalıdır. Sonradan, iddia ərizəsinə əlavə (iş vərəqi 80-81) verərək icarə haqqı kimi, eləcə də vurduğu ziyana görə cəmi, 323.750 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə ərizəsində iddiaçı qeyd olunan tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsində icarə haqqı kimi göstərilən məbləğ 5.232,00 manat deyil 8000,00 manat göstərilməlidir. Belə ki, 2017-ci ilin mart-aprel aylarında razılaşdıqları kimi may ayı üçün də icarə haqqına görə 8000 manat, binaya vurduğu ziyana görə 42.880 manat, binanın təmirsiz olduğuna və məhkəmə mübahisələrinə görə binanı icarəyə verə bilmədiyi üçün 32 ay üçün hər aya görə 8000,00 manatdan hesablanmış (əldən çıxmış fayda) 256.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pul cavabdehdən tutulması tələb olunur (Qeyd olunan pul məbləğlərin cəmi, 316880 (8000+42880+256000+10000) manat təşkil edir) . Eyni zamanda, 16.10.2018-ci il tarixində Cavabdeh MMC, birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı otelinin təmirinə cavabdehin razılığı ilə sərf edilmiş 40541,00 manat, otelin sahibləri tərəfindən çəkilmiş qeyri-qanuni su xətlərinə görə onlara tətbiq edilmiş cərimə üçün tərəflərindən ödənilmiş 6.870,00 manat məbləğində pulun və məhkəmə xərclərinə görə 30 manat dövlət rüsumunun cavabdeh İddiaçındən MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, sonradan binanın texniki vəziyyəti ilə bağlı yarana biləcək hər hansı mübahisənin qarşısını almaq məqsədi ilə İddiaçı oteli icarəyə götürülərkən, eyni zamanda boşaldılaraq açarları sözügedən otelə məxsus İddiaçı restoranına təhvil verilərkən tərəflərindən təhvil götürülərkən foto və video çəkilişlər həyata keçirilmişdir. Bina tərəflərindən təhvil alınarkən otel kimi fəaliyyət göstərməsi üçün yararsız vəziyyətdə olduğundan, təhvil alındıqdan sonra cavabdehin razılığı ilə tərəflərindən orada aparılan təmir işlərinə 40541,00 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Bununla bağlı qaimə fakturalar məhəkəməyə təqdim olunur. Beləliklə, icarə müqaviləsinə xitam verilməsi barədə İddiaçınə dəfələrlə xəbərdarlıqlar edilməsi, rəsmi məktubla müraciət edilməsi, eləcə də, Bakı şəhəri 8 saylı Notariat kontoru tərəfindən icarə müqaviləsinə xitam verilməsi nəzərə alınaraq, binanın təhvil alınması xahiş edilmiş, lakin cavabdeh tərəf hər dəfə müxtəlif vasitələrlə binanı təhvil almaqdan yayınmışdır. İddiaçı oteli tərəflərindən təhvil verildikdən bir müddət sonra gecə vaxtı otelin yanından keçərkən oranın faktiki istifadədə olmasının şahidi olmuşlar. Belə ki, həmin vaxt otelin işıqlarının yandığı tərəflərindən müşahidə olunmuş və bununla bağlı telefon vasitəsi ilə videoçəkiliş edilmişdir. Qeyd edir ki, təqdim olunmuş videodiskdə həmin kadrlar da mövcuddur. 7 ay ərzində ödənilməmiş 3.434 manat məbləğində su pulu tələbi bağlı ilə qeyd edir ki, su pulu daimi olaraq vaxtı-vaxtında ödənilmiş və həmin müddətdə hər hansı borc yaranmamışdır. Həmin borcun onlarla hər hansı əlaqəsi yoxdur. Belə ki, tərəflərindən otel binasını təhvil alınarkən orada su xətləri mövcud olmuş və onlar tərəfindən otel binasından istifadə etdikləri müddətdə yalnız həmin su xəttindən istifadə olunaraq pulu vaxtında ödənilmişdir. Lakin sonradan su idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılan zaman İddiaçı otelinə və otelin nəzdində fəaliyyət göstərən İddiaçı restoranına suyun qeyri-qanuni yolla çəkildiyi aşkar olunmuş və obyektə cərimə tətbiq olunmuşdur. Həmin vaxt onlar tərəfindən gizli yolla hər hansı su kanalına qoşulma halı olmamışdır. Suyun otelə qeyri-qanuni yolla çəkildiyindən yalnız həmin vaxt xəbərləri olmuş, lakin otelin sahibləri tərəfindən cərimənin ödənilməsindən imtina edildiyindən 07 aprel 2017-ci il tarixdə məcburiyyət qarşısında 6.870 manat məbləğində cərimə onlar tərəfindən ödənilmişdir və cərimənin ödənilməsinə dair qəbzin əsli məhz onlardadır. Sonradan, 03 iyul 2020-ci il tarixdə Cavabdeh” MMC iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini artıraraq qeyd olunan tələbləri ilə yanaşı, İddiaçı ilə aralarında bağlanmış 01 iyun 2016-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı Bakı şəhəri 8 saylı notariat kontorunda təsdiq edilmiş 14 may 2016-cı il tarixli icarə müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X3 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,76 kv.m. 3 otaqlı mənzil icarəçi Cavabdeh MMC-yə icarəyə verilmişdir. Göründüyü kimi, İddiaçı 01 iyun 2016-cı il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şosesi, 5- ci km-də yerləşən İddiaçı adlı binanı “Tenglee”xxxx” MMC-nin istifadəsinə icarəyə verdiyini bildirsə də, əslində icarə müqaviləsi həmin ünvanla bağlı deyil. 01 iyun 2016-cı il tarixli icarə müqaviləsindən ümumiyyətlə məlumatları yoxdur və həmin müqaviləni qəbul etmirlər. 01 iyun 2016-cı il tarixli müqavilədə icarəyə verən kimi X4 olduğu qeyd olunsa da, X5 tərəfindən imzalanmışdır. Bununla yanaşı həmin müqavilədə icarəçi bölməsində edilən imza Cavabdeh MMC-nin sədri Teng Zhenzhana məxsus deyil. Buna sübut olaraq 14 may 2016-cı il tarixli icarə müqaviləsinə diqqət yetirdikdə imzaların fərqli olması və faksmil ilə yəni, möhür ilə vurulması açıq-aydın görünür. Bundan başqa müqavilə hüquqi şəxslər arasında bağlandığından hər ikisi möhür ilə təsdiq olunmalı idi. Lakin həmin müqavilədə heç bir hüquqi şəxsin möhürü yoxdur. 01 iyun 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsas vardır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-361/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur: “İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 2.467,7 manat icarə haqqı borcu, dəymiş maddi zərərin əvəzi olaraq 7.136,87 manat məbləğində pul vəsaiti, cəmi, 9.604,57 məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı çəkilmiş xərclərin tutulması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi ilkin iddia üzrə İddiaçındən, qalan 50 manat hissəsi isə ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün ...” Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir: -ilkin İddiaçı qətnamənin dəyişdirilərək, icarəyə verilən binaya vurulmuş ziyanın əvəzi olaraq 42880 manat, su puluna görə 3.434 manat, əldən çıxmış faydaya görə 256.000 manat cavabdehdən tutularaq ona ödənilməsi; -qarşılıqlı iddiaçı Cavabdeh MMC qətnaməni ləğv edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsibarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İlkin İddiaçı apellyasiya şikayətini aşaıdakılarla əsaslandırmışdır: Məhkəmə sübutları qiymətləndirərəkən mübaisəli icarə müqaviləsini bağlanmış hesab etsə də iddia tələbinin təmin edilməsi zamanı Mülki Məcəllənin kirayə münasibətlərinə şamil edilən normanı əsas götürmüşdür. Halbuki, tərəflərin tərəflərin münasibətləri icarə müqaviləsi ilə tənzimlənir. Müqavilənin 2.2.3-cü bənidinə əsasən isə icarəçinin onun təqsiri nəticəsində icarə obyektinə dəymiş zərərin bərpa edilməsi, bu mümkün olmadıqda onun dəyərinin ödənilməsi öhdəliyi qoyulmuşdur. Daha sonra Mülki Məcəllənin 448.1-448.2-ci maddələrinin tələbləri göstərilir və qeyd olunur ki, ekspert rəyinə əsasən əmlaka vurulan 42880 manat məbləğində ziyan vurulması faktının təsdiq edildiyinə baxmayaraq məhkəmə vurulmuş ziyanın tam ödənilməsindən cavabdehi azad edib. Həmçinin məhkəmə qətnamənin əsaslandırma hissəsində, hazırkı işdə cavabdeh hüquqaziddd hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulması və nəticədə iddiaçıya resal zərər vurulması müəyyən edilib. Qətnamənin nəticə hissəsində bu əsas öz əksini tapmayıb. Daha sonra, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrini sadalayaraq qeyd edir ki, cavabdeh iddiçıya real zərər vurub, lakin buna baxmayraq məhkəmə həmin xərcləri tam şəkildə ödəmək öhdəliyi cavabdehin üzərinə qoymamışdır. Məhkəmə əldən çıxmış fayda ilə bağlı tələbin təmin edilməməsinin səbəbini ilkin iddia iddia üzrə iddiaçının müvafiq hərəkətlərinin həyata keçirilməsinə dair sübutun təqdim edilməməsi ilə əlaqəlandirmişdir. Halbuki, real zərər nəticəsinjdə əmlaka dəymiş ziyan və həmin ziyanın cavabdeh tərəfindən mübahisələndirilməsi, habelə, məhkəmə çəkişməsinin uzun müddət ərzində davam etdirilməsi əldən çıxmış faydanın sübutu kimi qiymətləndirilməli idi. Şirkət tərəfindən ödənilmiş su pulu ilə əlaqədar hissədə isə məhkəmə iddianı rədd iddianı rədd etməsinin səbəbi kimi sübutların təqdim edilməməsini əsas göstərir. Halbuki, su pulunu ödəyən şəxsin şahid qismində iclasa dəvət edilməsi ilə bağlı ilkin iddiaçının şifahi vəsatəti 03.09.2020-ci il tarixli iclasda təmin olunmamışdır. Hal-hazırda su pulunun və digər kommunal ödənişlərin həyata keçirilməsi müvafiq aparatlar vasitəsilə həyata keçirilir və ödəyən şəxsi müəyyən etmək müəyyən çətinliklər yaradır. Odur ki, bu halı təsdiq edən yeganə sübut pulu ödəyən şəxsin məhkəmə iclasına şahid qismində dəvət edilməli idi. Qarşılıqlı iddiaçı isə Cavabdeh MMC apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır., qanunsuz və əsassızdır. Belə ki, 01 iyun 2016-cı il tarixli icarə müqaviləsindən MMC-nin xəbəri yoxdur və onu qəbul etmir. Tərəflər arasındakı digər 14 may 2016-cı il tarixli icarə müqaviləsi isə başqa ünvanla bağlıdır ki, həmin müqaviləyə də 13 may 2017-ci il taixində ilkin iddiaçı tərəfindən xitam verilmişdir. 01 iyun 2016-cı il tarixi ijarə müqaviləsi MMC-nin sədrinin imzası deyildir, cəmiyyətin möhürü ilə də təsdiq olunmamışdrı. M Həmin müqailə etibarsızdır. Məhkəmə əsassız olaraq bir illik kəsici müddətin buraaxıldığını əsas tutraraq həmin müqavilənin etibarsızlığı tələbini rədd etmişdir. Çünki, həmin müqavilə barədə 03 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məlumat əldə olunmuşdur*Mülki Məcəllənin 354.2, 405.2, 144.1, 337.2 və 337.4-cü maddələrinə istinad olunur) . Belə olan halda müqavilə etirarsız sayılmalı idi. Etibarsız əqd isə nəticələrə səbəb olmadığından 2467,70 manat icarə haqqı da MMC-dən tutula bilməzdi. Dəymiş maddi ziyanın əvəzi olaraq 7.136,87 manat məbləğində pulun tutulması hissəsində də qətnamə əsassızdır. Çünki, İddiaçı oteli müəyyən müddət imstifadə olunsa da, şirkətə hər hansı ziyan vurulmamışdır.Çünki İddiaçı otoelinin sahblərindən biri X4 bu bunula bağlı şikayətlərinə Daxili İlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baxılmış sonuncunun 14.12.2017-ci il tarixli cavab məktubunda müraciətdə göstərilənlərin mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tvsiyə olunmuşdur. Oteli istifadə dərkən, habelə təhvil verərəkən , sonradan texniki vəziyyəti ilə əlaqədar foto və video çəkilişlər həyata keçirilmişdir. Belə ki, təhvil alınarkən oranın təmiri istismar müddətini müddətini başa vurmuş və otel fəaliyyəti üçün yararsı(pənjərələri qırıqsan divaın üst qatı tökülmüş sanitpar qovşağı yrarsız və s) vəziyyətdə olmuşdur. Ona görə də oteli sahibinin razılığı ilə gəlinərək (bu barədə video-görüntü var) smeta sənədləri tutulmuş və orada təmir işləri aparılmış, yaralı vəziyyətə gətirilmiş təmirə ümumilikdə 40541 manat pul xərclənmişdir. Çəkilmiş xərc qaimə fakturalarla təsdiq olunur. Otel istifadə edilənədək otel sahibləri tərəfindən çəkilmiş qeyri-qanuni su xətlərinə görə( video göörüntü isə onlara tətbiq edilmiş cərimə üçün tərəflərindən 6870 manat pul ödənilmişdir. Binanın təhvilinə gəldikdə isə dəfələrlə icarə müqaviləsinə xitam verilməsi barədə rəsmi müraciət edilmiş 8 saylı Notariat kontorunda icarə müqaviləsinə xitam verildiyi nəzərə alıaraq binanın təhvil alınması xahiş edilmiş, lakin cavabdeh tərəf hər dəfə müxtəlif vasitələrlə bananı təhvil almaqdan yaınmışdır. Şirkətin 7 ay ərzində ödənilməmiş su pulu 3.434 manat pul tələbinin isə onlarla hər hansı əlaqəsi yoxdur. Otel tərəfindən qanusu su xətti çəkilmiş və MMC tərəfindən 6870 manat qanunsuz xəttə görə pul ödənilmiş, onların özləri bə bunu məhkəmə ixlasında etiraf etmişlər. Ekspertiza tədqiqatı üçün tərəflərindən Otel götürülməmişdən əvvlki dövrə aid 38 fotoşəkil, icarədən çıxdıqdan sonra isə 32 fotoşəkil məhkəməyə təqdim edilmişdir. Lakin ekspertiza nların iştirakı olmadan aparılaraq 09.01.2020-ci il tarixli qərəzli rəy verilmişdir. Təkrar ekspertiza barədə vəsatəti isə məhkəmə təmin etməmişdir. İşə apellyasiya qaydasında baxılarkən 01 iyun 2016-cı il tarixdə bağlanmış icarə müqaviləsçində “icarəçi” adından müqavilənin imzalanmasına aydınlıq gətirilməsi üçün məhkəmə xəttşünaslıq və sənədlərin texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzininsənədlərin ekspertizası üzrə 5/190 saylı 17 mart 2021-ci il tarixli, rəyi xətşünaslıq ekspertizası ü üzrə isə 4/216 saylı 14 aprel 2021-ci il tarixli ekspert rəyləri alınmışdır. Həmin rəylərə əsasən 14 may 2016-cı il tarixli və 01 iyun 2016-cı il tarixli icarə müqaviələrindəki “icarəçi” yazıların müxtəlif şəxslər tərəfindən, 01 may 2016-cı il tarixli müqavilədə ijvrəçi qrafasında faksile imzanın, və 14 may 2016-cı il tarixli müqaviələdə icarəçi sözü qarşısındakı imza ilə eyni lik təşkil etdiyi müəyyən olunmuşdur. İlkin iddiaçı üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1 imzaların icarəçi qrafsıı qarşısındakı yazıların müxtəlif şəxsələr tərəfindən icra olduğu halda, 01 iyun 2016-cı il tarixli müqaviləni qəbul etmədiyini qeyd etmiş, eyni zamanda, “icarəçi” qrafasındakı “faksemele” imzanın onlar tərəfindən vurulmadığını, kim tərəfindən vurulduğunu müəyyən etmək üçün xüsusi qərardad çıxarılmasa zərurəti olduğunu vurğulayar, apelyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmişdir. Eyni zamanda, ilkin iddiaçının nüayəndələri Vəkil2 və N.Quliyeva da apellyasiya şikayətlərini dəlillərinə uyğun müdfiə edərək, təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti isə ilkin iddianın maddi zərərə münasibətdə mübahisələndirən hissəsində qismən təmin olunmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin obyekti - ilkin İddiaçı tərəfindən Cavabdeh MMC-nin icarəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan şossesi, 5-ci km-də yerləşən İddiaçı otelilbh/ İlkin iddiaçının iddia ərizəsindən görünür ki, tərəflər arasında 01 iyun 2016-cı il tarixli icarə müqaviləsi bağlandığına istinadən, həmin müqavilə üzrə icarəçi (cavabdeh) tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirilmədiyini übahisələndirərək maşağıdakıların ödənilməsiqt cavabdehdən tələb edilir: - 2017-ci ilin may ayı üçün 8000 manat məbləğində icarə haqqı; -otelə vurulmuş maddi zərərə görə 42880 manat; -ödənilmiş su puluna görə 3.434 manat, - əldən çıxmış faydaya görə 256000 manat; -vurulmuş mənəvi zərərə görə 10000 manat. Cavabdeh apellyasiya şikayətindən, eyni zamanda onun qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan şossesi, 5-ci km-də yerləşən İddiaçı otelinin icarəsinə dair 01 iyun 2016-cı il tarixli icarə müqaviləsini qəbul etmir və mübahisələndirir ki, onlar arasında 14 may 2016-cı il tarixində ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə dair icarə müqaviləsi bağlanmışdır. Lakin, onun həm qarşılıqlı iddia ərizəsində, həm də apellyasiya şikayətində, habelə, nümayəndəsinin izahatına əsasən müəyyən olunur ki, cavabdeh MMC tərəfindən faktiki olaraq «Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan şossesi, 5-ci km-də yerləşən İddiaçı otelindən istifadə olunmuşdur. Ümumiyyətlə, işdən aydın görünür ki, tərəflər arasındakı mübahisənin bütün elementləri İddiaçı otelinin istifadə olunması ilə bağlıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, tərəflər arasındakı - Badamdar qəsəbəsi, Badamdar yolu, ev 95, mənzil 16 ünvanında yerləşən 3 otaqlı mənzilin icarəsinə dair - 14 may 2016-cı il tarixli icarə müqaviləsi yalan əqdir, həmin digər 01 iyun 2016-cı il tarixdə müqavilə İddiaçı otelinin icarəsinə dair bağlanmış icarə müqaviləsini pərdələmək üçün bağlanmışdır. Azərbaycan respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsindən isə görünür ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla tərəflərin həmin əqdi bağlayarakən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Odur ki, Məcəllənin qeyd olunan tələbləri baxımından, 14 may 2016-cı il tarixli ilkin müqavilə tərəflər üçün əhəmiyyətsiz və etibarsızdır. Belə olan halda, məhkəmə kollegiyası, baxmayaraq ki, cavabdeh 01 iyun 2016-cı il tarixli icarə müqaviləsini qəbul etmir və hazırkı mərhələdə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticələrinə dair ekspert rəyilərində əsasən icarəçi qarşısındakı imzaların və yazıların icarəçiyə məxsus olduğu müəyyən edilmir, hər bir halda, tərəflər 14 may 2016-cı il tarixli icarə müqaviləsi bağlayarkən əslində, nəzərdə tutduqları icarə obyektinin İddiaçı oteli olduğunu və həqiqətən də faktiki olaraq cavabdeh həmin oteldən istifadə etməsi baxımından, Mülki Məcəllənin 340.2-ci maddəsinin təlbni nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəli icarə münasibətlərinə 01 iyun 2016-cı il tarixli icarə müqaviləsinin qaydaları tətbiq edilməlidir. Cavabdehin qarşılıqlı iddiası üzrə həmin müqavilənin etibarsız sayılmasını tələb edən dəlillərinə gəldikdə isə, onun bu tələbi mülki qanunvericiliklə müəyyən edilən kəsici müddət ötürməklə məhkəməyə verilmişdir. Belə ki, Mülki məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərədə tutulmuş hal istisna olmaqla. maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədiyə son qoyulduğu gündən və ya əqdin etibarsız saylımasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunun tələblərindən göründüyü kimi, əhəmiyyətsiz əqdin etibarsızlığı onun icrasına başlanıldığı gündən bir il, əqdin etibarsızlığı isə onun etibarsız saylımasına əsas verən halları halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirilə bilər. İşdən görünür ki, birincisi, qarşılıqlı 01.06.2016-cı il tarixli icarə müqaviləsi əhəmiyyətsiz əqd kimi qiymətləndirirsə, onun icrasına 2016-cı ilin iyun ayından başlanıldığı halda, etibarsızlığına dair iddia növbəti ilin müvafiq ayında (və gününə) kimi qaldırılmalı olduğu halda, 2020-ci ilin iyul ayında qaldırılmışdır.Belə olan halda, əhəmiyyətsiz əqd kimi mübahisələndirilməsi üçün bir illik müddət buraxılmış olur. Digər tərəfdən, həmin icarə müqaviləsi mübahisələndirilə bilən əqd olduğundan, bu halda da qarşılıqlı iddiaçı onun etibarsızlığının mübahisələndirmək üçün qanunla müəyyən edilən müddəti buraxmışdır. Belə ki, ilkin iddia ərizəsi cavabdehə (icarəçiyə) qarşı məhkəməyə, 12.06.2018-ci il tarixində verilmiş, həmin iddia ərizəsin 01 iyun 2016-cı il tarixli m icarə müqaviləsi də əlavə olunmuş, cavabdehə məhkəmə iclasıları barədə çağırışlar göndərilmiş, hətta onun 06.08.2018-ci il tarixli vəsatətində iddia ərizəsinin geri qaytarılmasını da tələb etmiş, bundan əlavə 03.08.2018-ci il tarixində ekspertiza təyin olunması barədə ərizə ilə də məhkəməyə müraciət etmiş və məhkəmənin ekspertiza təyin olunması barədə 18 iyul 2018-ci il tarixli qərardadından şikayət də vermişdir. Göründüyü kimi, cavabdehin həmin icarə müqaviləsindən xəbər olmuş və ya iş materialları ilə tanış olub bunu bilməli olduğu halda, 16.10.2018-ci il tarixində icarəyə verənə qarşı qarşılıqlı iddia ərizəsi (1-ci cild; İş vərəqi 139-148) ilə məhkəməyə müraciət edərkən, yalnız maddi ziyan tələbini irəli sürmiş, 01.06.2016-cı il tarixli icarə müqaviləsinin etibarsızlığı barədə tələbi mövcud olmamış, bununla bağlı tələbini yalnız 03.07.2020-ci il tarixində (2-ci cild; İş vərəqi 136-138) iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizəsində irəli sürmüşdür. Belə olan halda, həmin müqavilənin etibarsızlığını mübahisələndirmək üçün bir illik müddət buraxılmış olur ki, bu da məhkəmə tərəfindən qarşılolıqılı iddiaçının həmin müqavilənin etibarsız sayılması barədə iddia tələbinin rədd olunması üçün əsasdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müddət tətbiq olunmaqla qarşılıqlı iddiaçının həmin tələbinin rədd olunmasını mahiyyəti işin hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətələndirir. Beləliklə də hazırkı mübahisəli hüquq münasibətlərinə 01 iyun 2016 cı il tarixli icarə müqaviləsi ilə müəyyən edilən qaydaları tətbiq edilməsi üçün faktiki və əsasların mövcudluğu öz təsdiqini tapır. İlkin iddia tələblərindən göründüyü kimi, iddiaçı, ilk öncə İddiaçı otelinin icarəsinə görə 2017-ci ilin may ayı üçün 8000 manat məbləğində icarə haqqı ödənilməsini tələb edir və bunu onunla əsaslandırmışdır ki, bundan əvvəlki aylarda icarəçi ilə aralarında müvafiq razılaşma əldə olunmuşdur. Birincisi, iş materiallarına əsasən belə bir razılığın əldə olunmasıbarədə sübutetmə vasitələri müəyyən olunmur. 01 iyun 2016-cı il tarixli icarə müqaviləsinin 3.1-ci bəndi isə nəzərədə tutur ki, bir aylıq icarə haqqı 4500 manat məbləğində müəyyən edilir və ödəmə bank köçürmə şəklində həyata keçirilir. Birinci instansiya məhkəməsinin qətnaməsində hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən 2017-ci il tarixdə icarə haqqının 8.000 manat məbləğdə olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, icarə haqqın müqavilədə göstərilən məbləğdə, yəni 4.500 manat məbləğində olması müəyyən edilməlidir. Daha sonra məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan açarlar təhvil verilərkən aparılan video yazıya və fotoşəkillərə əsasən isə müəyyən edilir ki, mübahisəli bina 2017-ci ilin may ayının 17-dək cavabdehin istifadəsində olmuşdur. Ona görə də icarə haqqı tələbinə dair hissədə ilkin iddia qismən təmin edilməli, cavabdehdən 1 may -17 may tarixlər arası dövr üçün 17 günlük müddət üçün 2.467,7 manat məbləğində (4500/31x17) haqq tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, cavabdehin (qarşılıqlı iddiaçının) qarşılıqlı iddia ərizəsində və onun apellyasyia şikayətində oteldən 2017-ci ilin may ayının 17-dək istifadə olunduğunun tərəfindən mübahisələndirildiyi müəyyən edilmir. Konkret halda, yalnız mübahisələndirir ki, icarəyə verən otelin təhvil-təslimindən yayınmışdır. Lakin onun həmin dəlilləri ilə razılaşmaq mümkün görünmür. Çünki, ən azından, onun iş materiallarına əlavə olunmuş, icarəyə verənə ünvanladığı icarə obyektinin təhviltəslimi ilə bağlı müraciət məktubu 11 may 2017-ci il tarixində tərtib edilmişdir. Belə olan halda, həmin müractiətin icarəyəverənə çatdırılma müddəti də (6 gün) nəzərə alındıqda, otelin may ayının 17-nə kimi istifadəsində olduğu aşkar və ağlabatandır. Qeyd olunanları nəzərə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə 1 may-17 may tarixə kimi 2.467,7 manat məbləğində (4500/31x17) haqqının cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmasını düzgün nəticə kimi qiymətləndirir. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə də hər iki tərəfin apellyasiya şikayətinin tutulması qət olunan icarə haqqı ilə razılaşmayan dəlillərini əsassızdır. Eyni zamanda, qətnamədən görünür ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.01.2020-ci il tarixli ekspert rəyinə istinadən, otelə vurulmuş maddi zərərə görə cavabdehdən ilkin iddiaçının xeyrinə 7.136,87 manat məbləğində pulun tutulması qənaətinə gələrkən aşağıdakıları qeyd etmişdir : “...Mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 682 və ya 1096.1 və 1097.1ci maddələrinin tətbiq edilməsindən asılı olmayaraq ilkin iddia üzrə cavabdeh binadan istifadə etdiyi müddət ərzində dəymiş istənilən zərər üçün deyil, yalnız binadan istifadə zamanı yol verdiyi təqsirli əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşımalıdır. İş materiallarında olan ekspert rəyindən isə göründüyü kimi binanın bəzi yerlərində kafel və metlax plitələrin sınması, divara vurulmuş üzlüklərin bir çox yerlərdə deşilməsi və sınması, otaqlararası keçid qapılarının keçid qapılarının bir neçəsinin zədələnməsi, pəncərə şüşələrinin sınması, istilik radiatorlarının bir neçəsinin üst qatının əzilməsi, parça jalüzlərin ləkələnməsi kimi halların özgəsinin əmlakından vicdansızca istifadə edilməsinin nəticəsi olması açıq-aşkardır. Digər qüsurların isə o cümlədən fasad divarlarında yaranmış qüsurlar (ovulma, ləkələr), eləcə də emulsiya qatlarında əmələ gəlmiş ləkələrə gəldikdə isə bu növ qüsurların ilkin iddia üzrə cavabdehdən asılı olmayan hallara görə də yaranması istisna olunmur (məsələn, binada mövcud yüksək rütubət, adi köhnəlmə nəticəsində). Belə olan halda isə göstərilən qüsurların baş verməsinin ilkin iddia üzrə cavabdehin təqsiri üzündən baş verməsi iş materialları ilə sübuta yetirilmədiyindən həmin qüsurlara görə məsuliyyətin ilkin iddia üzrə cavabdehin üzərinə qoyulması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin təqsirli hüquqazidd əməlləri nəticəsində binaya dəymiş zərəri aradan qaldırmaq üçün ilkin iddia üzrə iddiaçının çəkməli olduğu xərclər - ayaqaltıların quraşdırılması, daşınması və sökülməsi üçün 645 manat, divarlarda dağılan yerlərin təmir olunması üçün 306 manat, şpaklyovkaya görə 540 manat, şkurkaya görə 10 manat, zədələnmiş kafel və metlax plitələrin dəyişdirilməsi üçün 430 manat, kafel və metlaxın dəyərinə görə 860 manat, otaqlararası qapıların dəyişdirilməsi üçün 500 manat, otaqlararası qapıların təmiri üçün 200 manat, sanitar qovşağının təmir olunması üçün 300 manat, radiatorların sökülməsi, təmir olunması və montajı üçün 360 manat, radiatorların dəyişdirilməsi üçün 300 manat, divara vurulmuş lambrin üzlüyün dəyişdirilməsi üçün 200 manat, labrinin dəyərinə görə 400 manat, boyu örtüyünün təmiri üçün 33 manat, jalüz pərdələrin dəyişdirilməsi üçün 400 manat, pəncərə şüşələrinin dəyişdirilməsi üçün 45 manat, metal qapı bloklarının dəyişdirilməsi üçün 600 manat, elektrik xəttinin təmir olunması üçün 800 manat, cəmi 6929 manat, 3% -207.87 manat məbləğində nəzərə alınmamış xərclərlə birlikdə, ümumilikdə 7136,87 manat məbləğində pul vəsaiti Cavabdeh MMC MMC-dən tutularaq „İddiaçı“ şirkətinə ödənilməlidir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Çünki, ekspert rəyinə əlavə olunmuş smetada otelin mövcud vəziyyəti və bu vəziyyətində təmiri üçün çəkilməli xərcin dəyər həcmi təsbit olunmuşdur. Ekspertə otelin icarəyə verilənə, daha konkret cavabdehə təhvil verilənədək olan ilkin vəziyyəti bəlli olmamış, iş materiallarında da bununla bağlı mötəbər sübutlar mövcud deyil. Belə olan halda, məhkəmənin həmin rəyə (əlavə olunmuş smetaya) istinadən, oteldə olan qüsurların cavabdeh (icarəçinin) onun istifadəsində olarkən təqisiri nəticəsində yaranması qənaətinə gəlməsi əsassızdır. Bunun əksi olaraq, icarəçiyə (qarşılıqlı iddiaçıya) münasibətdə də, eynilə, oteli icarəyə götürdüyü zaman ilkin vəziyyətini əks etdirən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığı və otelin ilkin vəziyyti saxlanılmadığı halda, onun tərəfindən də oteldə yaxşılaşdırma aparıldığı və hansı həcmdə aparıdığını dəmək mümkünsüzdür. Məhz, iş üzrə ekspertza tədqiqatını aparan ekspertin (İlham Xudiyev) məhkəmədə dindirilərkən ifadəsində bildirmişdir ki, oteldə aşkar olunan qüsurların nə vaxt əmələ gəlməsini elmi metodika olmadığından müəyyən etmək ümükün deyil, yaranmış qüsurlar hava şəraitindən, məsələn, nəmlikdən də əmələ gələ bilər. Qarşılıqlı iddiaçının otelin ilkin vəziyyətinə dair təqdim etdiyi fotoşəkillərdə isə çəkiliş tarixi təsbit olunmadığından təhvil anına qədər çəkilmiş olduqlarını müəyyən etmək mümkün deyil. İddiaçının istinad edilən videogörüntü tədqiq olunarkən, bu halda da otelin ilkin vəziyyətini əks etdirən mötəbər məlumatlar əldə olunmur. Qarşılıqlı iddiaçının istinad etdiyi qaimə-fakturalar isə ciddi hesabat blpankları hesab olunmur və hesab olunsa belə onlarda təsbit olunan mal-materialların kimə ünvanlandığı, kim tərəfindən alındığı və nəyə sərf olunduğunu müəyyən etmək mümkün olmadığından, onların mötəbər sübutlar kimi qiymətləndirilməsi istisna olunur. Onun istinad etdiyi şahid ifadələri isə oteldə aparılan təmir-bərpa işlərinin həcmini əhatə etməyən epozidik və formal mülahizələri özündə ehtiva edir. Təmirə dair smeta da, icarəçi tərəfindən öz-özlüyündə, faktiki olaraq smetadakı iş həciminə uyğun olan təmir işlərinin aparıldığını deməyə əsas vermir. Ümumiyyətlə, icarəçi tərəfindən təmir işələrini icarəyə verənin raızlılığı ilə aparıldığını da müəyyən edilmir. Çünki, icarə müqaviləsinin 2.3.3-cü bəndinə şərtinə görə icarəyə verənin razılığı olmadan heç bir əlavə yaxşılaşdırma və təmir işələrinin aparmır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, otelə bağlı hər iki tərəfin bir-birini qarşılıqlı olaraq hüquqazidd hərəkətlərdə təsirləndirməklə, biri digərindən maddi ziyana görə pul tələbi irəli sürməkdə haqlı hesab oluna bilməz. Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərindən də görünür ki, təqsirli hüquqazidd hərəkətlərin törədilməsi mülki məsuliyyəti yaradır Beləliklə də həm ilkin iddiaçının cavabdeh icarəçiyə qarşı otelin təmirinə görə 42.880,00 manat məbləğində və əksinə, qarşılıqlı iddiaçının cavabdeh icarəyə verənə qarşı yaxşılaşdırmaya (otelin təmirinə) görə 40.541,00 manat məbləğində - maddi ziyan tələbləriinin əsassız olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə ilkin iddianın maddi ziyan tələbi hissəsidə qismən təmin edərəkən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə həmin ihhisədə ilkin iddianı 7136,87 manat məbləğində hissəsində təmin edilməsi barədə işin hallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli və ilkin iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası, həmçinin tərələrin bir-birinə qarşı su pulu tələblərini də əsassız sayır. Belə ki, ilkin iddiaçının tələbindən göründüyü kimi, “xxxx” ASC-nin 6547 saylı, 13.03.2017-ci il tarixli inventar aktına istinadən, cavabdehin sudan qeyri-qanuni istifadə etdiyini və “xxxx” ASC-yə 3.434 manat dəyərində ziyan vurduğunu mübahisələndirərək, həmin məbləğin cavabdehdən xeyrinə tutulmasını tələb etmişdir. “xxxx” ASC-nin işə əlvə olunmuş həmin inventar aktından və itirilmiş suya görə tərtib olunmuş hesabatından görünür ki, ilkin iddiaçı İddiaçı (Abonentin) su təsərrüfatı sistemi tərələrindən yoxlanılarkən sayğacdan kənar D=2x50 mm su xətləri aşkar olunmuş, abonentə sudan qeyri-qanuni istifadə etdiyinə görə 3434 manat zərər məbləği hesablanmışdır. Birincisi, aşkar olunan sayğacdan kənar, qeyri-qanuni su xəttinin məhz cavabdeh tərəfindən çəkildiyi müəyyən olunmur. Belə olan halda, Mülki Məcəllənin 1096-cı maddəsinin tələbləri baxımından mübahisəli otelin icarəçinin istifadəsinə həmin qeyriqanuni yolla çəkilmiş su xətti ilə təhvil verildiyi və soununcunun həmin xəttin çəkilməsində təqsiri olmadığı halda onun icarəyə verən qarımında mülki məsuliyyəti müəyyən edilə bilməz. Digər tərəfdən, otelin Abonenti ilkin iddiaçı İddiaçı”xxxx“xxxx ASC tərəfindən aparılan həmin yoxlamanın «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aparıldığı da mübahisələndirilməmişdir. Qarşılıqlı iddiaçının qeyri-qanuni su xəttinə görə otel sahibinə ödədiyi 6.870,00 manat pulun qaytarılması tələbinə gəldikdlə isə məhkəmə kollegiyası onu qeyd edir ki, hər bir halda həmin xəttin sayğacın mövcudluğu halında, həmin sayğacdan keçmədiyini bilməli olduğu halda, eyni zamanda, faktiki olaraq həmin xətdən axan sudan istifadə etdiyi və bunun etirafı olaraq da həmin pulu ödədiyi halda, cavabdehdən ödədiyi həmin pulun tutulmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Mülki Məcəllənin 448.4-cü maddsinin tələbindən də görünür ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə əsaslı olaraq hər iki tərəfin su puluna dair tələblərini rədd etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissələrində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlkin iddiaçının ədən çıxmış faydaya görə 256.000,00 manat məbəlğində pul tələbinə gəldikdə isə onun bu tələbi əsaslandırılmış hesab oluna bilməz. Çünki, icarə müqaviləsinə xitam verdiyi və 2017-ci ilin may ayında otel icarəçi tərəfindən boşaldıldığı halda, həm də yuxarıda qeyd edilənlərə əsasən oteldəki qüsurların icarəçinin təqsiri üzündən yarandığı sübuta yetirilmədiyi halda, ilkin iddiaçının oteli üçüncü şəxsələrə icarəyə verə bilməməsini əsas gətirməklə cavabdehdən əldən çıxmış fayda kimi həmin pulun tutulması üçün əsas vermir. tamamilə İlkin iddiaçının 10.000 manat məbləğində mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə isə hüquqi şəxs kimi mənəvi zərəri yox, işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsi cavabdehdən tələb edə bilərdi. Sonuncu tərəfindən isə onun hansı işgüzar nüfuzuna zərər yetirildiyi əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə həmin hissələrdə ilkin iddiaçının tələblərini rədd etməklə, fakfaktlar nöqteyi-nəzərindən düzgün olan nəticəyə gəlmişdir. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, ilk İddiaçı apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayəti isə qismən təmin edilməli və Bakı Kommersiya Məhkəməsinin 03.09.2020-ci il tarixli 2-2(113)-361/2020 saylı qətnaməsi qismən, ilkin iddianın qismən təmin edilən hissəsinin “dəymiş maddi zərərin əvəzi olaraq 7.136,87 manat məbləğində pul vəsaiti, cəmi 9.604,57 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçınını xeyrinə tutlması hissəsində” ləğv edilməli, ilkin iddia tələbi, dəymiş maddi zərərin əvəzi olaraq 7.136,87 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməli, qətnamə, qalan mübahisələndirlən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 77, 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 03.09.2020-ci il tarixli 2-2(113)-361/2020 saylı qətnaməsi qismən, ilk iddianın qismən təmin edilən hissəsinin – “dəymiş maddi zərərin əvəzi olaraq 7.136,87 manat məbləğində pul vəsaiti və cəmi 9.604,57 manat məbləğində pul vəsatinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilsin. İlk iddia tələbi, dəymiş maddi zərərin əvəzi olaraq 7.136,87 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamə, qalan – “ilkin iddianın Cavabdeh MMC-dən 2.467,7 manat icarə haqqı borcunun və 10 manat dövlət rüsumunun İddiaçı " şirkətinin xeyrinə tutulması, qalan hissədə ilkin iddianın rədd edilməsi, habelə, qarşılıqlı iddianın rədd edilməsi və 30 manat dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, 100 manat məbləğində ekspertiza xərciniin 50 manat hissəsinin "İddiaçı " şirkətindən qalan 50 manat hisəsinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülməsi -hissələrində dəyişdirlmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar