Məhkəmə qərarları › İş №2-2(102)-95/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-95/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-95/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh XXXyə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-95/21 Bakı şəhəri xx xxxxx 2021-ci il 27.04.2021 Açar sözlər: kassasiya şikayətindən imtina barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi xxx3un iştirakları ilə, cavabdeh XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-8/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina barədə ərizəsinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh XXXyə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 214.428,65 manat əsas borcun, 12.000 manat kompensasiya və 30 manat dövlət rüsumunun, cəmi 226.458,65 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)407/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia tələbi qismən – cavabdehdən 167.064 manat əsas borc, 12.000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə rədd e dilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin iddiaçı da apellyasiya şikayəti verərək onun iddianın təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-8/2020 saylı qətnaməsi ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Aida Hüseyn) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xa hiş etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən həmçinin iddiaçı da kassasiya şikayəti verərək onun iddianın təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı və cavabdeh sonradan apellyasiya məhkəməsinə ərizələrlə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-2(103)-8/2020 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Aida Hüseyn) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmçinin, cavabdeh xx xxxxxx 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək iddiaçıya qarşı tələb və şikayətlərindən imtina etdiyi ni bildirmişdir. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): - 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana ki mi ondan imtina etməyə haqlıdır; - 410.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir; - 410.3-cü maddəsinə əsasən, kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Maddələrin tələblərinin mahiyyəti ondan ibarətdir ki, kassasiya şikyəti icraata qəbul ediləndən sonra kassasiya şikayəti üzrə yekun məhkəmə aktı çıxarılana qədər şikayəti vermiş şəxs ondan imtina etmək hüququna malikdir. Şikayətdən imtina edilməsi üçün əsaslar onun qanuna zidd olması v ə ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulması təşkil edir. Əgər apellyasiya məhkəməsinin məhkəmə aktından digər şəxslər kassasiya şikayəti verməmişlərsə, bu halda kassasiya instansiyasında icraata xiram verilməlidir. İşin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən də kassasiya şikayəti verilmiş, lakin daha sonra onun geri götürülməsi barədə ərizə təqdim olunduğundan, apellyasiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Bu əsasla kassasiya icraatı cavabdehin verdiyi kassasiya şikayəti üzrə başlanmışdır. Məhkəmə kollegiyası sadalanmış müddəalara əsaslanmaqla belə nəticəyə gəlir ki, kassasiya şikayətindən imtina olunması onu təqdim etmiş cavabdehin qanunla verilmiş hüququ olduğundan və digər şəxslərin hüquqlarını və qanunl a qorunan mənafeyini pozmadığından, cavabdehin kassasiya şikayətindən imtina barədə ərizəsi təmin olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayətindən imtinaya dair xx xxxxxx 2021-ci il tarixli ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(105)-8/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindən imtina qəbul edilsin və onun kassasiya şikayəti üzrə craata xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar