Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-8/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddianın direktoru X7, iddiaçının vəkili X8, iddiaçının nümayəndəsi X5, Cavabdeh X6 və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-407/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, cavabdeh X1 214428,65 manat əsas borcun, 12000 manat kompensasiya və 30 manat dövlət rüsumunun, cəmi 226458,65 manat məbləğinin alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)- 407/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam həcmdə təmin olunmamasını xahiş etmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, -İddiaçı MMC ilə X6 arasında "15" mart 2014-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarədar Abşeron rayon, Xırdalan şəhəri Sənaye zonasında yerləşən öz şəxsi əmlak kompleksi kimi müəssisədən 6000 kv.metr boş ərazinin və 1440 kv.m qeyri-yaşayış sahəsini “İcarəçiyə” 10 il müddətinə icarəyə vermişdir. -Müqavilənin 2.1-ci maddəsinə əsasən “İcarəçi” öz vəsaiti hesabına aşağıdakı tikintitəmir işlərini yerinə yetirməyi öhdəsinə götürmüşdür: - 440 kv.m ofis binasını və 1000 kv.m təmir sahəsini müvafiq standartlara uyğun olaraq təmir edir; -boş torpaq sahəsinin 6000 kv.m-də beynəlxalq standartların tələblərinə cavab verən avtomobil dayanacağı tıkir; - təmir sahəsinə və avtodayanacağa gedən yolları: 4000 kv.m sahəni asfalt örtüklə örtür; - ərazidə yaşıllaşdırma və abadlıq işləri aparır; - əraziyə su,qaz, elektik enerjisi, kanalizasiya və sair xətlərin çəkilməsini təmin edir. Müqavilənin 2.2-ci maddəsinə əsasən “İcarəçi” bu mücavilə bağlandığı gündən etibarən icarəyə götürdüyü sahədə, öz hesabına tikinti-təmir işləri apararaq bu işləri yeddi ay müddətində yekunlaşdırmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən Tikinti-təmir işlərinin (ofis otaqları, təmizləyici qurğular və sair) eskizə və müvafiq smetaya uyğun olmlıdır. Müqavilənin 2.4-cü bəndinə əsasən tikinti-təmir işləri başa çatdırıldığı tarixdən icarədar ərazini tam boşaldılmasını təmin edir və boşaldılmış sahə İddiaçı sərəncamına verilir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə əsasında qeyri-yaşaış sahəsi 10 il, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2024 -cü il tarixədək müddətinə icarəyə verilir. Müqavilənin 3.2-cü bəndinə əsasən icarə haqqı ayda 5000,00 ( beş min ) manat müəyyən olunmuşdur. Müqavilənin 3.4-cü bəndinə əsasən təmir-tikinti işləri aparılan dövr ərzində icarə haqqı ödənilmir. Müqavilənin 3.5-ci bəndinə əsasən aylıq icarə haqqı müqavilədə göstərilən təmirtikinti işləri tam başa çatdıqdan sonra, yəni xx xxxxxxx 2014-cü il tarixdən sonra əlavə olaraq 18 ay ərzində “İcarədara” ödənilməsi güzəşt edilir və yalnız xx xxxxx 2016-cı il tarixdən ödəməyə başlayır və hər ayın 10-u tarixinədək nəğd qaydada “İcarəçi” tərəfindən “İcarədara” ödənilir. Müqavilənin 3.6-cı bəndinə əsasən ilk 24 ay (15.03.14-15.03.16) ərzində ödənilməsi güzəşt edilmiş icarə haqqı bu müqavilənin qüvvədə olduğu dövr ərzində hissə-hissə ödənilərək kompensasiya ediləcək. Müqavilənin 5.4-cü bəndinə əsasən “Müqaviliəyə “İcarədarın” təşəbbüsü ilə vaxtından əvvəl xitam verilərsə, bu zaman “İcarədar” icarəyə verilmiş obyektdə görülmüş tikinti-təmir işlərinin tam dəyərini, 6 aylıq icarə haqqı məbləğində kompensasiya və sahəni boşaltmaq üçün 1 ay vaxt verməlidir. İş materiallarından görünür ki, sonradan xx xxxxxxx 2014-cü il tarixdə - «xxxx» MMC ilə X6 arasında eyni məzmunda "23" oktyabr 2014-cü il tarixli yenidən icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə əsasında qeyri-yaşaış sahəsi xx.xx.2014-cü il tarixdən xx.xx.2024 -cü il tarixədək müddətinə icarəyə verilir. Müqavilənin 3.2-cü bəndinə əsasən icarə haqqı ayda 2000,00 (iki min) manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2014-cü il tarixli Aktın təsdiq olunmuş surətindən görünür ki, 2017-ci ilin mart-oktyabr aylarında Abşeron rayonu Xirdalan şəhəri, Sənaye zonasında yerləşən əmlak kompleksində aparılmış təmirtikinti işlərinə 239525,00 manat pulun xərcləndiyi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli Aktın təsdiq olunmuş surətindən görünür ki, noyabr 2014 - avqust 2015-ci il tarixlərdəki dövrlərdə Abşeron rayonu Xirdalan şəhəri, Sənaye zonasında yerləşən əmlak kompleksində aparılmış təmirtikinti işlərinə 41445,33 manat pulun xərcləndiyii hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş X6 ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli Əlavənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx xxxx 2014-cü il tarixdə imzalanmış müqavilənin 3.5-ci bəndinə dəyişiklik edilərək ayliq icarə haqqının ödənilməsinə xx xxxxxx 2017-ci il tarixə qədər güzəşt edilməsi, ödənişin yalnız xx.xx.2017-ci il tarixdən ödənilməyə başlanılması və hər ayın 10-u tarixinədək nəqd qaydada "İcarəçi" tərəfindən "İcarədara" ödənilməsi, həmçinin müqavilənin 3.6-ci bəndinin dəyişdirilməsi və xx.xx.2014 - xx.xx.2016-cı il tarixli dövr ərzində ödənilməsi güzəşt edilmiş icarə haqqının bu müqavilənin qüvvədə olduğu sonrakı dövr ərzində hissə-hissə ödənilərək kompensasiya ediləcəyi barədə tərəflər arasında razılıq ələ edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli Aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 2014-cü ilin mart ayından 2016-cı ilin dekabr ayı daxil olmaqla Abşeron rayonu Xirdalan şəhəri, Sənaye zonasında yerləşən əmlak kompleksində aparılmış təmir-tikinti, abadlaşdırma işlərinə və obyektin saxlanmasına 322864,00 manat pulun xərcləndiyi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Qiymətləndirmə Hesabatından görünür ki, görülən işlərin dəyəri 180,345.41 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş X2 «xxxx» MMC -yə ünvanladığı xx xxx 2017ci il tarixli məktubun təsdiq olumuş surətindən müəyyən edilir ki, X6 şəxsi mülkiyyətində olan xx xxxxxxx 2014-cü il tarixli 01 №-li icarə müqaviləsi əsasında 10 illik müddətə “xxxx" MMC-yə icarəyə verdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonasında yerləşən əmlak kompleksinin tam həcmdə istifadə edilməsi üçün, daha əlverişli şərtlətlə, digər şəxsə icarəyə vermək imkanının olduğu səbəbilə, xx.xx.2014-cü il tarixli 01 saylı icarə müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam vermək haqqında iddiaçını məlumatlandırmış və xx xxxx 2017-ci il tarixədək kompleksin ərazisinin boşaldılmsını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC -nin X4 ünvanladığı xx xxxx 2017-ci il tarixli məktubun təsdiq olumuş surətindən müəyyən edilir ki, İddiaçı MMC aralarında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 01 №-li icarə müqaviləsinə xitam səbəbindən İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdən etibarən səlahiyyətini müvəqqəti olaraq dayandırması barədə Vergilər Nazirliyinin müvafiq ərizə ilə məlumatlandırmışdır. Vergi Məcəlləsinin tələblərinə müvafiq olaraq tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi prosesinə başlandığını qeyd edərək müqaviləyə xitam verilən zaman üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün təcili tədbirlərin görülməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş bank hesabından edilən çıxarışdan görünür ki, 2017-ci ilin 6 aylıq icarə haqqını İddiaçı MMC cavabdehə hər ay 2000 manat olmaqla cəmi 12000 manat bank köçürmələri vasitəsilə ödəmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2017-ci il tarixli “2017-ci il tarixli “Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonasında yerləşən əmlak kompleksinin icarəyə verilməsi haqqında xx.xx.2014-cü il tarixdə imzalanmış 01 saylı icarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar icarə obyektinin “İcarəci” “xxxx” MMC-nin direktoru X7 tərəfindən “İcarədar” X4 təhvil verilməsi haqqında” AKT-a əsasən təhvil verilən obyektin faktiki vəziyyəti aşağıda qeyd olunan kimidir: -Yuma boksu istisna olmaqla, digər bütün bokslar iki taylı qapı ilə təchiz olunub. -Yuma boksu qapısızdır; su xətti ilə təmin olunub. -Bütün bokslar və bokslardakı təmir quyuları təmirlidir. - Bütün bokslar sıxılmış hava xətti ilə təmin edilib. -Ofis binasının damı, 1-ci mərtəbədəki bütün otaqlar, dəhliz və sanitariya qovşağı tam təmirlidir. -Ofisin qızdırılması üçün 1-ci mərtəbədəki bütün otaqlara, dəhliz və sanitariya qovşağına kombi sistemi quraşdırılıb. -Mətbəxtin isti su ilə təmin edilməsi üçün "Ariston" su qızdırıcısı quraşdırılıb. -Ərazidə tikilmiş gözətçi otağı və sanitariya qovşağı tam təmirlidir. -Obyektdə su. işıq, kanalizasiya və telefon xəttləri çəkilib və hal-hazırda da yararlı vəziyyətdədir. -Ərazidə abadlıq işləri aparılıb və yaşıllıqların suvarılması üçün ərazidə daxili su xətti çəkilib. -Obyektin ərazisinin 5400 kv.m asfaltlanıb. 2000 kv.m sahə asfalt örtüyü döşənməsi üçün hazırlanıb. -Yağış sularının ərazidən kanalizasiya xəttinə axıdılması üçün xüsusi su xətti quraşdırılıb. -Ərazinin bokslar olan tərəfində yağış nəticəsində uçmuş 52 m uzunluğunda divar iki qat mişar daşı ilə 4.5 m hündürlüyündə yenidən hörülüb, torpaq sürüşməsinin qarşısının alınması məqsıdi ilə 2 m hündürlüyündə beton dayaqlar tikilib. -Ərazidə qaçqınların yaşadığı binanın ərazisi 2m hündürlüyündə 22 m uzunluğunda divar tikilməklə ayrıldı. - Kompleksin bütün ərazisi məişət və metal tullantılarından təmizlənib. İşin mübahisəsiz halları ondan ibarətdir ki, bu əmlak kompleksinin saxlanılması və istifadə zamanı görülən tikinti-təmir və abadlıq işləri ilə əlaqədar, eləcədə faktiki vəziyyəti ilə əlaqədar "İcarədarın" “İcarəçiyə” qarşı heç bir narazılığı və tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, mövcud olan məhkəmə mübahisəsində ilk öncə aydınlaşdırılmalı hal sözügedən icarə müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin icra edilib-edilməməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin öz imzaları və möhürləri ilə təsdiq etdiyi xx xxxxxx 2016-cı il tarixli Akt ilə təsdiq olunmuş 2014-cü ilin mart ayından 2016-cı ilin dekabr ayı daxil olmaqla Abşeron rayonu Xirdalan şəhəri, Sənaye zonasında yerləşən əmlak kompleksində aparılmış təmir-tikinti, abadlaşdırma işlərinə və obyektin saxlanmasına 322864,00 manat pulun xərclənməsi faktı işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, 2017-ci il üzrə İddiaçı MMC tərəfindən cavabdehə hər ay 2000 manat olmaqla 6 ay ərzində cəmi 12000 manat məbləğdə icarə haqqı üzrə ödənişlərin edilməsi işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Qiymətləndirmə Hesabatına əsasən görülən işlərin dəyərinin 180,345.41 manat qiymətləndirilməsi, tərərflər arasında iradə ifadəsi kimi qəbul edilən 322864,00 manat vəsaitin xərcləndiyinin təsdiq edilməsi barədə üzləşmə aktının mövcud olması səbəbindən sözügedən qiymətləndirmə hesabatı məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmir . Məhkəmə həmçinin iş materiallarında tərəflər arasında 2 müxtəlif icarə müqaviləsinin mövcudluğuna dair qeyd edir ki, əvəzləşmə hesablanarkən nəzəzrə alınmalıdır ki, xx xxxxxxx 2014-cü il tarixli müqavilə (aylıq icarə haqqı 2000 manat) imzalanana qədər xx xxxx 2014-cü il tarixli icarə müqaviləsi (aylıq icarə haqqı 5000 manat) qüvvədə olmuş, eyni zamanda iddiaçı tərəfindən 2017-ci ilin ilk 6 ayı dövrünün icarə haqqı (aylıq icarə haqqı 2000 manat) bank köçürmələri vasitəsilə ödənilmiş və cavabdeh tərəfindən icarə müqaviləsinə xitam verilməsinə dair xx xxx 2017-ci il tarixli məktubunda xx xxxxxxx 2014-cü il tarixli müqaviləyə istinad etməsi faktı icarədarın tərərflər arasında mövcud icarə münasibətlərini tənzimləyən məhz bu müqaviləni taniması müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, icarə müqaviləsinə vaxtından əvvəl xitam verildiyinə görə icarəçinin müqavilənin 5.4 bəndinə müvafiq olaraq icarəyə verilmiş obyektdə görülmüş tikinti-təmir işlərinin tam dəyərini və 6 aylıq icarə haqqı məbləğində kompensasiya hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, icarəçinin icarədara müqavilələrin qüvvədə olduğu dövr ərzində ödənilməli olan icarə haqqı borcu 87 000 manat (7 ay x 5000 manat =35 000 manat; 26 ay x 2000=52 000; 35 000 + 52 000 = 87 000 manat) müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, icarəçi tərəfindən təmir-tikinti, abadlıq işlərinə və obyektin saxlanmasına çəkilən xərclərlə (322 864 manat) icarəçinin icarədara müqavilələrin qüvvədə olduğu dövr ərzində ödənilməli olan icarə haqqı borcu (87 000 manat) əvəzləşdirilməli, icarədarın icarəçiyə bu işlərlə bağlı ödədiyi kompensasiya (68 000 manat) nəzərə alınmalı və icarəçinin müqavilənin xitamı ilə bağlı müqavilədə nəzərdə tutulmuş 6 aylıq icarə haqqı məbləğində kompensasiya hüququ (12 000 manat) reallaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, icarəçinin müqavilənin 5.4 bəndinə müvafiq olaraq icarəyə verilmiş obyektdə görülmüş tikinti-təmir işlərinin tam dəyərini və 6 aylıq icarə haqqı məbləğində kompensasiya hüququ yarandığından cavabdehin iddiaçıya 179 064 manat pul öhdəliyi müəyyən edilmişdir (322 864 – 68 000 - 87 000 + 12 000 = 179 064). Məhkəmə qeyd edir ki, icarəçinin icarədara müqavilələrin qüvvədə olduğu dövr ərzində ödənilməli olan icarə haqqı borcunun 45219,35 manat məbləğində olmasını əsaslandıra bilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 cavabdeh “xxxx” MMC-yə qarşı “İddiaçı» MMC-yə iddiaçının ünvanladığı xx xxx 2017-ci il tarixi ilə imzalanmış məktubun 01 nömrəli xx xxxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin 5.4-cü bəndi ilə müəyyən olunmuş hüquqi nəticələrinin iddiaçıya münasibətdə ləğv olunması, iddiaçının mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri Sənaye zonasında yerləşən daşınmaz əmlakına (qeyri-yaşayış sahəsinə) dair cavabdeh İddiaçı MMC ilə bağlanmış 01 nömrəli xx xxxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin 3.2-ci bəndi ilə aylıq icarə haqqının 2.000 manat məbləğində müəyyən olunması barədə hissəsinin, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, Sənaye zonasında yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) dair cavabdeh İddiaçı MMC ilə bağlanmış xx xxxx 2014-cü il və xx xxxxxxx 2014-cü il tarixli icarə müqavilələri əsasında aparılan təmir-tikinti və abadlaşdırma işlərinə İddiaçı MMC tərəfindən sərf olunan xərclərin çəkilməsi barədə xx xxxxxxx 2014-cü il, xx xxxxxx 2015-ci il, xx xxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli aktların etibarsız hesab olunması, cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış 01 nömrəli xx xxxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin 3.2-ci bəndi ilə aylıq icarə haqqının 5.000 məbləği hesabı ilə hesablaşmalarının müəyyən olunması, cavabdeh İddiaçı MMC-dən 68.000 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilmədiyindən hazırki iş üzrə şikayətlər də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.2.-ci maddəsinə əsasən Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3.-cü maddəsinə əsasən Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bunları nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi doğru nəticəyə gəldiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-407/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)- 407/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-8/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-8/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver