Məhkəmə qərarları › İş №2-2(113)-361/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-361/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-361/2020 03.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilçisi X3, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin vəkili X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı icarə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCnin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı çəkilmiş xərclərin tutulması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X16 and Engineering L.L.C” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 8.000 manat icarə haqqı, vurulmuş maddi ziyan kimi 42.879 manat, 7 ay ərzində ödənilməmiş su pulu olaraq 3.434 manat, mənəvi ziyan olaraq 10.000 manat məbləğində pul məbləğinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan şossesi, 5-ci km-də yerləşən İddiaçı adlı binanı Cavabdeh MMC-nin istifadəsinə icarəyə vermişdir. Aylıq icarə haqqı 4.500 manat məbləğində müəyyən edilmiş və ödəmənin bank köçürmə şəklində həyata keçirilməsi barədə razılığa gəlmişlər. 2017-ci ildə isə icarə haqqı 8.000 manat olması razılaşdırılmışdır. Lakin ”Cavabdeh” MMC-nin sədri tərəfindən icarə müqaviləsinin şərtləri pozulmuş, may ayı üzrə icarə haqqı ödənilməmişdir. Bundan əlavə, MBA Consulting Group tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şossesi, 5-ci km-də yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin xx xxx 2017-ci il tarixinə hesablanmış təmir-smeta xərclərinin bazar dəyəri 42.880 manat təşkil edir. Həmçinin, cavabdeh tərəfindən oteldə istifadə olunan su pulu ödənilməmişdir. “xxxxxx” ASC tərəfindən verilmiş 6547 saylı, xx.xx.2017-ci il tarixli inventar aktına əsasən şirkət 3434 m2 miqdarında 3.434 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə “xxxxxx” ASC-yə ziyan vurmuş, nəticədə 3.434 manatməbləğindəborcu yaranmışdır. Cavabdeh MMC-nin sədri tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində iddiaçı çox sarsıntı, əsəb keçirmiş, vaxtını bu məsələyə sərf etmişdir. Keçirdiyi stress nəticəsində səhhətində problemlər yaranmışdır. Mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Buna görə də hesab edir ki, ona dəymiş mənəvi ziyana görə 10.000 manat cavabdehdən tutulmalıdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-6098/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. xx xxxxxx 2018-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadından şikayət verərək şikayətinin təmin edilməsini və cavabdehin iştirakı ilə araşdırmalar aparılmasının təmin edilməsi məqsədi ilə və ekspertlər qarşısında qoyulan suallara cavabdehin maraqlarını təmin edən sualların əlavə edilməsinin, eləcə də ərazi aidiyyəti və eyni zamanda məhkəmə aidiyyəti qaydalarına riayət edilib-edilməməsinin müəyyən edilməsinin zəruriliyini nəzərə alaraq xx xxxx 2018-ci il tarixli, 2(001)-6098/2018 saylı qərardadını ekspert rəyi alınanadək mülki iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilərək, iş materiallarının geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)- 6098/2018 saylı qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilmiş, iş üzrə icraat təzələnmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili vəsatət ilə məhkəməyə müraciət edərək mülki iş aidiyyatı üzrə düzgün verilmədiyindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(001)- 6098/2018 saylı qərardadı ilə cavabdehin vəsatəti qismən təmin edilmiş, iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-2(81)- 1272/2018 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə İddiaçı otelinin təmirinə tərəflərindən sərf edilmiş 40.541 manat, İddiaçı otelinin sahibləri tərəfindən çəkilmiş qeyri-qanuni su xətlərinə görə onlara tətbiq edilmiş cərimə üçün tərəflərindən ödənilmiş 6.870 manat məbləğində pul vəsaitinin və məhkəmə xərclərinə görə 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx xxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus ünvan 2 mənzil 16 ünvanında yerləşən, ümumi sahəsi 66,76 kv.m., yaşayış sahəsi 45,15 kv.m., yardımçı 21,61 kv.m olan 3 otaqlı mənzil icarəyə verən X7 tərəfindən ünvan 1 m.47 ünvanında qeydiyyatda olan icarəçi „X16 and Engineering LLC“ MMC-yə verilmişdir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx xxx 2017-ci il tarixinədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin ləğvinə dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Həmin Müqavilənin 8-ci bəndinə əsasən isə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Tərəflərin hər biri hər hansı səbəb olmadan və əlavə xərc çəkmədən bir ay qabaqcadan yazılı bildiriş göndərməklə hazırkı icarə müqaviləsi bağlandıqdan 6 ay sonra müqaviləyə xitam verə bilər. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı „İddiaçı“ şirkəti xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şosesində yerləşən “İddiaçı adlı binanı X16 and Engineering istifadəsinə icarəyə verdiyini bildirsə də, əslində icarə müqaviləsi həmin ünvanla bağlı deyil,ünvan 2 m.16 ünvanında yerləşən ümumi sahəsi 66,76 kv.m., yaşayış sahəsi 45,15 kv.m., yardımçı sahəsi 21,61 kv.m olan 3 otaqlı mənzillə bağlı xx xxx 2016-cı il tarixdə bağlanılmış, ilk iddia ərizəsində qeyd edilən xx xxxx 2016-cı il tarixli icarə müqaviləsindən isə onların ümumiyyətlə məlumatları yoxdur və onlar həmin müqaviləni qəbul etmirlər. Belə olan halda hesab edir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 66,76 kv.m., yaşayış yaşayış sahəsi 45,15 kv.m., yardımçı sahəsi 21,61 kv.m olan 3 otaqlı mənzilə dair xx xxx 2016-cı müqaviləsi „Cavabdeh“ MMC ilə N.Quliyeva qızı arasında bağlandığından həmin müqavilə ilə bağlı „CavabdehMMC“-yə qarşı iddia da, məhz Quliyeva Natella tərəfindən qaldırıla bilər. Hansı ki, hazırkı iddia onun tərəfindən deyil, tərəf olmayan İddiaçı tərəfindən qaldırılmışdır. Qeyd edir ki, icarəyə götürülmüş mənzildən 2017-ci ilin yanvar ayından istifadə olunmaması və müqaviləyə xitam veriləcəyi barədə mənzilin tərəflərindən boşaldıldığı vaxt „İddiaçı“ şirkətinə dəfələrlə şifahi xəbərdarlıqlar edilmiş və faktiki olaraq yaşayış sahəsindən çıxmışlar. Bununla bağlı tərəflərindən xx xxx 2017-ci il tarixli məktubla mənzili icarəyə verən N.Quliyevaya müraciət olunaraq, aralarında bağlanmış 14,may 2016-cı il tarixli icarə müqaviləsinə xitam verilərək ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 66,76 kv.m.,, yaşayış sahəsi 45,15 kv.m., yardımçı sahəsi 21,61 kv.m olan 3 otaqlı mənzilin təhvil-təslim edilməsi xahiş edilmiş və məktub xx xxx 2017-ci il tarixdə çatmışdır. Həmçinin tərəflərindən xx xxx 2017-ci il tarixli ərizə ilə Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət olunaraq, icarəyə verən X7 ilə „Cavabdeh“ MMC arasında bağlanmış və Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş reyestrdə 3M-109 nömrə ilə qeyd edilmiş xx xxx 2016-cı il tarixli müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. Notariat orqanına daxil olmuş ərizələrinə Bakı şəhəri 8 saylı Notariat kontorunun xx xxxx 2017-ci il tarixli, 838 nömrəli məktubu ilə cavab olaraq bildirilmişdir ki, „Cavabdeh“ MMC ilə X7 arasında Bakı şəhəri 8 saylı Notariat Kontorunda xx xxx 2016-cı il tarixdə rəsmiləşdirilmiş 3 M-109 reyestr nömrəli icarə müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq ilkin iddia üzrə iddiaçının iddia ərizəsinin tamamilə əsassız və böhtan xarakterli olduğunu hesab edir. Belə ki, İddiaçıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC-yə icarəyə verildiyi və icarəçi "MBA Consulting Group” şirkətinin qiymətləndirmə hesabatına əsasən onlara 42.880 manat məbləğində ziyan vurulduğu hissəsi ilə bağlı bildirir ki, İddiaçı oteli müəyyən müddətə „Cavabdeh“ MMC tərəfindən icarəyə götürülsə də, onlar tərəfindən İddiaçınə hər hansı ziyan vurulmamışdır. Bunu İddiaçı tərəfindən onlara, eyni zamanda hüquq mühafizə, məhkəmə və digər orqanlara edilən müraciətlərə baxılmasının nəticələri də təsdiq edir. Belə ki, ilkin iddiaçı X3 qızı və İddiaçı sahiblərindən biri olan Quliyeva Könül İsgəndər qızı xx xxxxxx 2017-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək, mülkiyyətlərində olan İddiaçı adlı otel binasının „X16 and Engineering LLC“ MMC-yə icarəyə verildiyini, lakin icarəçi tərəfindən onlara külli miqdarda ziyan vurulduğunu, bundan əlavə binanın qanuni çəkilmiş suyundan imtina edərək qeyri-qanuni gizli yolla su kəmərinə qoşulduğunu, xx xxxxx 2017-ci il tarixdə isə açarları yaxınlıqda olan „İddiaçı“ restoranının işçisinin üstünə ataraq getdiklərini, bununla da, onlara ziyana görə - 35.200, qeyri-qanuni sudan istifadəyə görə - 19.800 manat, iki ayının icarə haqqına görə - 9.000 manat, işıq puluna görə 230 manat, cəmi - 63.430 manat ziyan dəydiyini bildirmişdir. Quliyeva Könül İsgəndər qızının müraciətinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 baxılmış və xx xxxxxx 2017-ci il tarixli, 044-50514Q-3217 saylı məktubla cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müraciətdə göstərilən xüsusatların mülki xarakterli olduğu müəyyən edildiyindən mülki qaydada məhkəmə orqanlarına müraciət etmələri tövsiyə edilmiş və işə xitam verilmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarının daxili işlər orqanı tərəfindən nəzərə alınaraq işə xitam verildiyini görən Quliyeva Könül İsgəndər qızı tərəfindən yenidən „Cavabdeh“ MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq vurulmuş zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. Lakin Quliyeva Könül İsgəndər qızının iddia ərizəsi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2-2(81)-1057/2017 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. İddia tələbinin əsassız olduğunu hiss edən və eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə də ümidi kəsilən Könül Quliyeva növbəti qərəzli hərəkətini Qaradağ rayon Məhkəməsinə müraciət etməklə davam etdirmişdir. Belə ki, onun tərəfindən yuxarıda qeyd ounan iddia tələbinə uyğun olan tələblə „„Cavabdeh“ MMC-yə qarşı Qaradağ Rayon Məhkəməsinə müraciət edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(002)-3763/2017 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyət qaydalarına riayət edilmədiyindən geri qaytarılmışdır. Lakin yuxarıda qeyd olunan orqanlar tərəfindən tələbinin əsassız olduğundan təmin olunmadığını görən Quliyeva Könül İsgəndər qızı sonradan qanunsuz tələbinin təmin olunmasına köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şirkətinə (Socar) çoxsaylı müraciətlər edərək, mülkiyyətində olan İddiaçı adlı otelini „Cavabdeh“ MMC-yə icarəyə verildiyi, lakin icarəçi tərəfindən onlara külli miqdarda ziyan vurulduğu barədə məlumatlar vermiş, lakin həmin məlumatların da təkzibi ilə bağlı tərəflərindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təkzibedici cavablar verilmişdir. Bundan başqa iddiaçı X7 tərəfindən yuxarıda qeyd olunan iddia tələbinə uyğun olan tələblə „Cavabdeh“ MMC-yə qarşı Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş, lakin aidiyyət qaydalarına riayət edilmədiyindən Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və hazırda həmin iş icraatdadır. Qeyd edir ki, onların heç bir məhkəmələrdən xəbərləri olmamış və yalnız qərardadlar qəbul edildikdən sonra məhkəmələr barədə məlumat əldə etmişlər. Həmin müraciətlərdə qeyd edilənlərlə bağlı qeyd edir ki, ərizədə göstərilən tələblər hazırkı iddia ərizəsinə uyğun olsa da, tələb olunan pul məbləğləri və həmin borcların yaranma səbəbləri tamamilə fərqlidir. Bu isə özlüyündə həmin ərizələrin və hazırkı iddia ərizəsinin əsassızlığını və tələb edilən pul məbləğlərinin onların tərəflərindən öz mülahizələrinə əsasən müəyyən edilməsinin göstəricisidir. Qeyd edir ki, İddiaçı oteli icarəyə götürülərkən, eyni zamanda boşaldılaraq açarları sözügedən otelə məxsus İddiaçı restoranına təhvil verilərkən, sonradan binanın texniki vəziyyəti ilə bağlı yarana biləcək hər hansı mübahisənin qarşısını almaq məqsədi ilə tərəflərindən təhvil götürülərkən foto və video çəkilişlər həyata keçirilmişdir. Belə ki, otel binası tərəflərindən təhvil alınarkən oranın təmiri istismar müddətini başa vurmuş vəziyyətdə olmuşdur. Pəncərələrin müəyyən hissəsi qırıq, divarların üst qatı tökülmüş, sanitar qovşağı isə yararsız vəziyyətdə olduğundan bina otel kimi fəaliyyət göstərməsi üçün yararsız vəziyyətdə olmuşdur. Belə olan halda otel binası tərəflərindəntəhvil götürülərkən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçışirkətinin sahibi ilə danışıqlar apararaq binanın otel fəaliyyəti üçün yararlı vəziyyətə gətirilməsi üçün tərəflərindən təmir işlərinin aparılması barədə razılığa gəlmişlər. Həmçinin danışıqlar aparılarkən icarə müddəti bitdikdən sonra onların tərəfindən aparılan təmir işlərinə görə çəkilən xərclərin qaytarılması barədə aralarında razılıq əldə edilmişdir. Belə ki, təmir işlərinin aparılması üçün tərtib edilmiş smeta sənədləri ilə binanın santexnika xərcləri üçün 3.473,25 manat, elektrik işlərinin görülməsi üçün 7.553,81 manat, rəng işləri üçün isə 2200 manat olmaqla, ümumilikdə 13227 manat məbləğində pul vəsaitinin xərclənəcəyi nəzərdə tutulmuşdur. Lakin binanın vəziyyəti düşündüklərindən və faktiki olaraq göründüyü vəziyyətindən xeyli dərəcədə pis olduğundan təmir işlərinə daha artıq məbləğdə pul vəsaiti sərf edildi və bu barədə mütəmadi olaraq tərəflərindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sahiblərinə məlumatlar verilirdi. Onlar tərəfindən isə otel binası eyni məqsədlərlə icarəyə verildiyindən və belə olan halda təmir işlərinin aparılması onların mənafeyinə uyğun gəldiyindən təmirə çəkilən xərclərə etiraz edilmirdi. Beləliklə qarşılıqlı iddia üzrə cavabdehin sahibləri ilə əldə edilmiş razılığa əsasən alındıqdan sonra tərəflərindən orada öz vəsaitləri hesabına təmir işləri aparılaraq bina otel fəaliyyəti üçün yararlı vəziyyətə gətirildi. Hesab edir ki, tərəflərindən məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edilərək, İddiaçı otelinin təmirinə çəkilmiş xərclər və otel tərəflərindən icarəyə qəbul edilənədək İddiaçı otelinin sahibləri tərəfindən qeyri-qanuni su xətlərinə görə onlara tətbiq edilmiş cərimə onlar tərəflərindən ödənildiyindən, tərəflərindən ödənilmiş 6.870 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi tələb edilməlidir. İddiaçı otelinin binası tərəflərindən təhvil alınarkən bina otel kimi fəaliyyət göstərməsi üçün yararsız vəziyyətdə olduğundan bina təhvil alındıqdan sonra cavabdehin razılığı ilə tərəflərindən orada aparılan təmir işlərinə də 40.541 manatməbləğində pul vəsaiti sərf edilmişdir. Qaimə-fakturalarından görünür ki, otel binasının təmirinə tərəflərindən xx xxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 576,5 manat, xx xxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 667 manat, xx xxx 2016-cı il tarixli qaimə fakturaya əsasən 378 manat, xx xxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 244,9 manat və xx xxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 338,5 manat olmaqla, cəmi 2.204,9 manat manatməbləğində pul vəsaiti sərf edilmişdir. Tərəflərindən iş materiallarına əlavə edilmiş qaimə-fakturalardan görünür ki, təmir işlərinə tərəflərindən xx xxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 2.626 manat, xx xxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 1516,8 manat, 22 may tarixli qaimə-fakturaya əsasən 203,4 manat, xx xxx 2016-cı il tarixli qaimə fakturaya əsasən 439,9 manat olmaqla, cəmi 4.786,1 manatməbləğində pul vəsaiti sərf edilmişdir. Bundan başqa tərəflərindən iş materiallarına əlavə edilmiş xx xxx 2016-cı il x xxxx 2016-cı il tarixədək olan qaimə-fakturalardan görünür ki, tərəflərindən təmir işlərinə 01 nömrəli qaiməyə əsasən 242 manat, 02 nömrəli iusən 3456 manat, 03 nömrəli qaiməyə əsasən 413 manat, 04 nömrəli qaiməyə 18 manat, 05 nömrəli qaiməyə əsasən 2458 manat, 06 nömrəli qaiməyə əsasən 2.262 manat, 07 nömrəli qaiməyə əsasən 417 manat, 08 nömrəli qaiməyə əsasən 1.211 manat, 09 nömrəli qaiməyə əsasən 599 manat, 10 nömrəli qaiməyə əsasən 372 manat, 11 nömrəli qaiməyə əsasən 1.344 manat, 12 nömrəli qaiməyə əsasən 438 manat, 13 nömrəli susən 570 manat, 14 nömrəli qaiməyə əsasən 428 manat, 15 nömrəli qaiməyə 1002 manat, 16 nömrəli qaiməyə əsasən 237 manat, 17 nömrəli qaiməyə əsasən 168 manat olmaqla, cəmi 17930 manatməbləğində pul vəsaiti sərf edilmişdir. Bundan başqa tərəflərindən iş materiallarına əlavə edilmiş qaimə fakturalardan görünür ki, təmir işlərinə tərəflərindən xx xxxx 2016-cı il tarixli qaimə fakturaya əsasən 3.690 manat, xx xxxx 2016-cı il tarixli qaimə fakturaya əsasən 2.840 manat və 30 iyun tarixli qaimə fakturaya əsasən 3.855 manat olmaqla, cəmi 10.385 manatməbləğində pul vəsaiti sərf edilmişdir. Bundan başqa, tərəflərindən iş materiallarına əlavə edilmiş qaimə-fakturalardan görünür ki, təmir işlərinə tərəflərindən xx xxxxxxxx 2016-cı il tarixli, 01 saylı qaiməfakturaya əsasən 60 manat, xx xxxxxxxx 2016-cı il tarixli, 02 saylı qaimə-fakturaya əsasən 110 manat, xx xxxxxxxx 2016-cı il tarixli, 03 saylı qaimə-fakturaya əsasən 31,8 manat, xx xxxxxxxx 2016-cı il tarixli, 04 saylı qaimə-fakturaya əsasən 340 manat, xx xxxxxxxx 2016cı il tarixli, 05 saylı qaimə-fakturaya əsasən 425 manat, xx xxxxxxxx 2016-cı il tarixli, 06 saylı qaimə-fakturaya əsasən 47,7 manat, xx xxxxxxx 2016-cı il tarixli, 07 saylı qaiməfakturaya 580 manat, xx xxxxxxx 2016-cı il tarixli, 08 saylı qaimə-fakturaya əsasən 69 manat, xx xxxxxxxx 2016-cı il tarixli, 09 saylı qaimə-fakturaya əsasən 55 manat, xx xxxxxxx 2016-cı il tarixli, 10 saylı qaimə-fakturaya əsasən 150 manat, xx xxxxxxx 2016-cı il tarixli, 11 saylı qaimə-fakturaya əsasən 616 manat, xx xxxxxxx 2016-cı il tarixli, 12 saylı qaimə-fakturaya əsasən 110 manat və xx xxxxxxx 2016-cı il tarixli, 13 saylı qaiməfakturaya əsasən 1.110 manat olmaqla, cəmi 3.755 manatməbləğində pul vəsaiti sərf edilmişdir. Bundan başqa, tərəflərindən iş materiallarına əlavə edilmiş qaimə-fakturalardan görünür ki, təmir işlərinə tərəflərindən xx xxxxxxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 628 manat, xx xxxxxxxx 2016-cı il tarixli qaimə -fakturaya əsasən 272,2 manat və xx xxxxxxxx 2016-cı il tarixli qaimə-fakturaya əsasən 580 manat olmaqla, cəmi 1.480,2 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Otel binasının təhvil verilməsi ilə bağlı isə məhkəmənin diqqətinə çatdırır ki, açarları İddiaçı restoranının işçisinə təhvil vermək istədikdə o, ilk əvvəl vaxt uzatmaq məqsədi ilə bundan imtina etmiş, sonradan isə açarlar ona təhvil verilmişdir. Qeyd edir ki, açarların İddiaçı restoranının işçisinə təhvil verilməsi izahatın qoşmasına əlavə olunmuş videodiskdə öz əksini tapmışdır. Beləliklə, icarə müqaviləsinə xitam verilməsi barədə İddiaçınə dəfələrlə xəbərdarlıqlar edilməsi, rəsmi məktubla müraciət edilməsi, eləcə də Bakı şəhəri 8 saylı Notariat kontoru tərəfindən icarə müqaviləsinə xitam verilməsi nəzərə alınaraq binanın təhvil alınması xahiş edilmiş, lakin cavabdeh tərəf hər dəfə müxtəlif vasitələrlə binanı təhvil almaqdan yayınmışdır. İddiaçı oteli tərəflərindən təhvil verildikdən bir müddət sonra gecə vaxtı otelin yanından keçərkən oranın faktiki istifadədə olmasının şahidi olmuşlar. Belə ki, həmin vaxt otelin işıqlarının yandığı tərəflərindən müşahidə olunmuş və bununla bağlı telefon vasitəsi ilə videoçəkiliş edilmişdir. Qeyd edir ki, təqdim olunmuş videodiskdə həmin kadrlar da mövcuddur. Eyni zamanda 7 ay ərzində ödənilməmiş su pulu olaraq 3.434 manat məbləğində pul tələbi bağlı ilə qeyd edir ki, bina tərəflərindən istifadə olunduğu müddətdə su pulu daimi olaraq vaxtı-vaxtında ödənilmiş və həmin müddətdə hər hansı borc yaranmamışdır. Su pulu borcunun yaranmasının səbəbi isə tamamilə fərqlidir və həmin borcun onlarla hər hansı əlaqəsi yoxdur. Belə ki, tərəflərindən otel binasını təhvil alınarkən orada su xətləri mövcud olmuş və onlar tərəfindən otel binasından istifadə etdikləri müddətdə yalnız həmin su xəttindən istifadə olunaraq pulu vaxtında ödənilmişdir. Lakin sonradan su idarəsinin əməkdaşları tərəfindən yoxlama aparılan zaman İddiaçı otelinə və eyni zamanda qeyd edildiyi kimi otelin nəzdində fəaliyyət göstərən İddiaçı restoranına suyun qeyri-qanuni yolla çəkildiyi aşkar olunmuş və obyektə cərimə tətbiq olunmuşdur. Həmin vaxt onlar tərəfindən gizli yolla hər hansı su kanalına qoşulma halı olmamışdır. Onların suyun otelə qeyriqanuni yolla çəkildiyindən yalnız həmin vaxt xəbərləri olmuş, lakin otelin sahibləri tərəfindən cərimənin ödənilməsindən imtina edildiyindən xx xxxxx 2017-ci il tarixdə məcburiyyət qarşısında olaraq 6.870 manat məbləğində cərimə onlar tərəfindən ödənilmişdir və cərimənin ödənilməsinə dair qəbzin əsli məhz onlardadır. Hesab edir ki, İddiaçı otelinə və İddiaçı restoranına gələn su xətlərin eyni olması, eyni zamanda bu faktın su idarəsinin əməkdaşları tərəfindən təsdiqlənməsi artıq həmin xətlərin onlar tərəfindən deyil, otel binası onlar tərəfindən icarəyə qəbul edilənədək İddiaçı otelinin sahibləri tərəfindən çəkilməsinin sübutudur. Əlavə olaraq bildirir ki, həmin hoteldə su xətti olmasaydı, onlar da bu oteli icarəyə götürməzdilər. İddiaçınə tətbiq edilən cərimənin məbləği 6.870 manat olmuşdur ki, həmin pul məbləği də onlar tərəfindən ödənilmişdir. Hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə İddiaçı otelinin təmirinə tərəflərindən sərf edilmiş 40.541 manat və otel binası onlar tərəfindən icarəyə qəbul edilənədək İddiaçı otelinin sahibləri tərəfindən çəkilmiş qeyri-qanuni su xətlərinə görə onlara tətbiq edilmiş cərimə üçün tərəflərindən 6.870 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən məhkəmə qaydasında qarşılıqlı idia üzrə iddiaçı “X16 and Engineering L.L.C” MMC-nin xeyrinə ödənilməlidir. xx xxxxxx 2020-ci il tarixdə ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X16 and Engineering L.L.C” MMC-dən icarə haqqı kimi, eləcə də vurduğu ziyana görə cəmi 323.750 manat məbləğində pulun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “X16 And Engineering L.L.C” MMC- yə qarşı 47302 manat məbləğində icarə haqqı və dəymiş ziyan barədə iddia qaldırmışdır. Bildirir ki, cavabdehin təqsiri ucbatından İddiaçı binasına ziyan vurulması və onun təmirsiz qalması ilə bağlı həmin bina istifadəsiz qalmışdır, icarəyə verilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəmə mübahisəsi gedir. 2016-cı ilin iyun ayından hal-hazıra kimi, əgər ziyan vurulması mübahisə olunan bina icarəyə verilsə idi, hər ay 8.000 manat İddiaçı icarə haqqı ala bilərdi. Lakin məlum olduğu kimi məhkəmə mübahisəsinə görə bu mümkün olmamışdır. Otuz iki aydır ki, cavabdehin təqsirinə görə 256.000 manat məbləğində icarə haqqı kimi əldə olunması mümkün olan gəlir əldən çıxmışdır. İddia ərizəsində yazılan iddia olunan icarə haqqı kimi göstərilən məbləğ 5.232 manat deyil, 8.000 manat göstərilməlidir.Ona görə ki, cavabdeh tərəfindən 2017-ci ilin mart, aprel aylarında razılaşdıqları kimi hər ay üçün 8.000 manat icarə haqqı ödənilmişdir. İddiaçınə məxsus binadan 2017-ci ilin may ayı üçün ödəmədiyi icarə haqqına görə 8000 manat, icarəyə götürdüyü binaya vurduğu ziyana görə görə 42.880 manat, cavabdehin təqsiri ucbatından icarədə olmuş binanın təmirsiz olduğu üçün və məhkəmə mübahisələrinə görə icarəyə verilə bilmədiyi üçün iddiaçıya vurulan zərərə görə, 32 ay üçün hər aya 8.000 manat icarə haqqı kimi hesablanarsa, 256.000 manat, mənəvi ziyana görə isə 10.000 manat məbləğində pul cavabdehdən tutulmalıdır. xx xxxx 2020-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə İddiaçı otelinin təmirinə tərəflərindən sərf edilmiş 40.541 manat və İddiaçı otelinin sahibləri tərəfindən çəkilmiş qeyri-qanuni su xətlərinə görə onlara tətbiq edilmiş cərimə üçün tərəflərindən ödənilmiş 6.870 manat məbləğində pul vəsaitinin və məhkəmə xərclərinə görə 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması, Cavabdeh MMC ilə ilkin iddia üzrə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli icarə müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə onunla əsaslandırılmışdır ki, qarşı tərəf xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında CavabdehMMC ilə ilkin iddia üzrə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə istinad etdikdə müqavilə ilə tanış olmuş və surətini götürmüşlər. Hazırda hesab edir ki, tərəflərindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə verilməli və Cavabdeh MMC ilə ilkin iddia üzrə İddiaçı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli icarə müqaviləsi qeyd olunan səbəblərə görə etibarsız hesab edilməlidir. Belə ki, məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri 8 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx xxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus ünvan 2 mənzil 16 ünvanında yerləşən ümumi sahəsi 66,76 kv.m., yaşayış sahəsi 45,15 kv.m., yardımçı sahəsi 21,61 kv.m olan 3 otaqlı mənzil icarəyə verən X7 tərəfindən ünvan 1 mənzil 47 ünvanında qeydiyyatda olan icarəçi Cavabdeh MMC-yə icarəyə verilmişdir. Göründüyü kimi, ilk iddia üzrə İddiaçı xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şosesi, 5- ci km-də yerləşən İddiaçı adlı binanı “Tenglee”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin istifadəsinə icarəyə verdiyini bildirsə də, əslində icarə müqaviləsi həmin ünvanla bağlı deyil, ünvan 2 mənzil 16 ünvanında yerləşən ümumi sahəsi 66,76 kv.m., yaşayış sahəsi 45,15 kv.m., yardımçı sahəsi 21,61 kv.m olan 3 otaqlı mənzillə bağlı xx xxx 2016-cı il tarixdə bağlanmışdır. İlkin iddia ərizəsində qeyd edilən xx xxxx 2016-cı il tarixli icarə müqaviləsindən isə onların ümumiyyətlə məlumatları yoxdur və həmin müqaviləni qəbul etmirlər. Eyni zamanda qeyd edir ki, xx xxxx 2016-cı il tarixli müqavilədə icarəyə verən kimi Quliyeva Könül İsgəndər qızı olduğu qeyd olunsa da, X7 tərəfindən imzalanmışdır. Bununla yanaşı həmin müqavilədə icarəçi bölməsində edilən imza Cavabdeh MMC-nin sədri Teng Zhenzhana məxsus deyil. Buna sübut olaraq xx xxx 2016-cı il tarixli icarə müqaviləsinə diqqət yetirdikdə imzaların fərqli olması və faksmil ilə yəni, möhür ilə vurulması açıq-aydın görünür. Belə olan halda hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizası keçirilməklə “icarəçi” qarafasında imzanın “X16 L.L.C.” MMC-nin sədri Teng Zhenzhan tərəfindən imzalanmamsı təsdiq edilə bilər. Bundan başqa qeyd edir ki, təqdim olunan müqavilə hüquqi şəxslər arasında bağlandığından hər ikisi möhür ilə təsdiq olunmalı idi. Lakin həmin müqavilədə heç bir hüquqi şəxsin möhürü yoxdur. xx xxxx 2016cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsas vardır. Bununla da hesab edir ki, xx xxxx 2016-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş: Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarından çıxarışdan görünür ki, İddiaçı qanuni təmsilçisi X6r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolu, 136 ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisə İddiaçı qanuni sahibliyindədir. X7 (icarəyə verən) ilə “X16 and Engineering LLC” MMC (icarəçi) arasında sadə yazılı formada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, icarə verən mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şossesi 5-ci kilometrdə yerləşən İddiaçı adlı binanı icarəçinin istifadəsinə icarəyə vermişdir. Bir aylıq icarə haqqı 4.500 manat məbləğində müəyyən edilir və ödəmə bank köçürmə şəklində həyata keçirilir. İcarə müqaviləsi bir il müddətinə bağlanmışdır. X7 (icarəyə verən) ilə “X16 and Engineering LLC” MMC (icarəçi) arasında yazılı formada bağlanaraq notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 mənzil 16 ünvanında yerləşən 3 otaqlı mənzili icarəçiyə icarəyə verməyi, icarəçi isə 5232,55 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. MBA Consulting Group tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şossesi, 5-ci km-də yerləşən 2 mərtəbəli qeyriyaşayış sahəsinin xx.xx.2017-ci il tarixinə hesablanmış təmir-smeta xərclərinin bazar dəyəri 42.880 manat təşkil edir. Şahin Məmmədov adlı şəxs tərəfindən imzalanmış İddiaçı Motel üçün smeta adlanan sənədlərdən görünür ki, santexnika işlərinin qiyməti 3473,25, rəng işlərinin qiyməti 13.227, elektrik işlərinin qiyməti 7553,81 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından müəyyən edilir ki, 3.434 m3 miqdarda sudan qeyri-qanuni istifadə etməklə “xxxxxx” ASCyə ziyan vurulmasına görə İddiaçınə AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “X11”nın 8.7-ci bəndinə əsasən 3434 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. İlkin iddia üzrə cavabdeh “X16 and Engineering LLC” MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, abonent İddiaçı “xxxxxx” ASC-yə olan 6870 manat məbləğində borcu ödənilmişdir. Qaradağ rayon Sukanal idarəsinin rəisi tərəfindən təsdiq edilmiş İddiaçı 2016-cı ilin ay ayından 2017-ci il may ayına qədər ödəniş məbləğlərindən görünür ki, göstərilən müddət ərzində abonent tərəfindən cəmi 8.985 manat, o cümlədən 2017-ci ilin mart ayında 7.070 manat borc ödənilmişdir. Eyni zamanda həmin sənədə əsasən müəyyən edilir ki, abonent İddiaçı tərəfindən 2016-cı ilin noyabr-2017-ci ilin fevral aylarında sudan istifadəyə görə heç bir məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən şossesi, 5 ünvanında yerləşən İddiaçınə məxsus qeyri-yaşayış sahəsi üzrə əmələ gəlmiş qüsurların aradan qaldırılması və əvvəlki vəziyyətə gətirilməsi üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 32.758 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan obyektdə quraşdırılmış avadanlıqlarda, o cümlədən kondisioner sistemində yaranmış qüsurların müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, həmin avadanlıqların bərpa dəyərinin müəyyən olunması ilə bağlı tədqiqat aparılmır. Tikinti işlərinin aparılma müddətinin müəyyən olunması üçün metodika olımadığından, tədqiq olunan qeyri-yaşayış sahəsinin su ilə təchiz olunması üçün hazırda mövcud olan su xəttinin hansı vaxtda çəkilməsinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Tədqiq olunan qeyri-yaşayış sahəsi “X16 and Engineering LLC” MMC-yə icarəyə verildikdən sonra icarəçi tərəfindəт təmir və abadlıqla bağlı hansı işlər aparıldığına dair smeta sənədləri, işlərin təhvil verilməsinə dair 2 saylı icra aktları olmadığından, cavabdeh tərəfindən həmin sahədə təmir və abadlıq işlərinin aparılıb-aparılmadığını, eləcə də həmin işlərə çəkilmiş xərclərin məbləğini müəyyən etmək mümkün olmadı. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o Cavabdeh MMC-də sürücü işləyir. Sənəd aparırdı, yemək aparırdı, bütün lazımı işləri o görürdü. Onlar tərəfindən heç nə dağıdılmayıb, əksinə, binanı təmir ediblər. Obyekti təhvil verəndə obyektin vəziyyəti barədə video çəkmişlər. Binadan həddindən artıq rütubət olub, binadakı qüsurlar bu səbəbdən də yarana bilərdi. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, “X16 and Engineering LLC” MMC-nin sifarişi ilə həmin otelin təmir işlərinə nəzarət edib. İş icraçısı kimi işləyib. Orada malyar, elektrik, santexnik işləri görülüb. Naves çəkilib. Transformatordan otelə elektrik xətt də çəkilib. Elektrik şitlər yığılıb. Su xətti ilə bağlı bərpa işləri aparılıb. 2012-2013-cü illərdə təmir işləri aparılıb. Təmir işlərin dəyəri nağd formada ödənilib. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən şossesində yerləşən „İddiaçı“ oteli adlanan binanın icarəyə verilməsi ilə bağlı 2016-cı ildə razılıq əldə edilmiş, 2016-cı ilin may ayında ilkin iddia üzrə iddiaçı „İddiaçı“ şirkəti tərəfindən həmin bina ilkin iddia üzrə cavabdeh “Cavabdeh“ MMC-yə istifadəyə verilmiş, ilkin iddia üzrə cavabdeh müəyyən müddət ərzində oteldən fəhlələrin qalacaq yeri kimi istifadə etmiş və icarə haqqı ödəmişdir. Hazırda iddiaçı “İddiaçı“ şirkəti cavabdeh “Cavabdeh“ MMC-nin binadan istifadə etdiyi müddət ərzində binaya ziyan vurulduğunu əsas göstərərək binanın əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan təmir-bərpa işlərinin dəyəri olan 42.880 manat məbləğində pulun, 256.000 manat məbləğində əldən çıxmış faydanın və 2017-ci ilin may ayı üçün ödənilməmiş qalmış 8.000 manat məbləğində icarə haqqının, cavabdeh tərəfindən çəkilmiş qeyri-qanuni su xəttindən istifadəyə görə hesablanmış borcun əvəzi olaraq 3434 manat məbləğində pulun və dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh „Cavabdeh“ MMC isə tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinin tərəflərindən imzalanmadığını, faksmil klişe vasitəsilə təsdiq edildiyini, tərəflərin hüquqi şəxs olmasına baxmayaraq tərəflərin möhürü ilə təsdiq edilmədiyini əsas göstərərək müqavilənin etibarsız hesab edilməsini, eləcə də mübahisəli binada qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə təmir işlərini apardığını əsas göstərərək həmin təmir işlərinin dəyəri olan 40.541 manat məbləğində pulun və tərəflərindən ödənilmiş sudan qeyri-qanuni istifadəyə görə cərimənin əvəzi olaraq 6.870 manat məbləğində pulun İddiaçındən tutulmasını tələb edir. Məhkəmə tərəflər arasında yaranmış mübahisəli öhdəlik hüquq münasibətlərinin əsasında xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinin durduğunu nəzərə alaraq ilk növbədə həmin müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə münasibət bildirməyi zəruri sayır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı həmin hissədə qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, həmin müqavilənin bağlanması barədə məlumatları olmamış, müqavilə onlar tərəfindən imzalanmamış, onların adından faksmil klişe ilə təsdiq edilmiş və müqaviləyə möhür vurulmamışdır. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının qarşılıqlı iddia ərizəsində istinad etdiyi yuxarıda göstərilən əsaslar müqavilənin etibarsızlığı əsasları kimi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin qarşılıqlı iddia üzrə iddiaçının adından səlahiyyətli şəxs tərəfindən imzalanmaması müqavilənin etibarsız hesab edilməsinə deyil, tərəflər arasında müqavilənin bağlanmamış hesab edilməsi üçün əsas ola bilər ki, həmin tələb isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülməmişdir. Digər tərəfdən müqavilənin bağlanmamış hesab edilməsi barədə tələb irəli sürülməsi ehtimal olunsa belə hazırkı işdə həmin tələbin təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin müqavilənin bağlanmış hesab edilməsi şərtlərini müəyyən edən 405.1-ci maddəsinin tələblərinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Hazırkı işin mübahisəedilməyən hallarından isə görünür ki, tərəflər müqavilənin mühüm şərtləri barədə razılığa gəlmiş və hətta müqavilə bir neçə ay ərzində hər iki tərəf tərəfindən icra edilmişdir. Başqa sözlə desək, hər iki tərəfin mübahisəli müqavilənin bağlanmasında iradə ifadəsinin olması açıq-aşkardır. Belə olan halda isə müqavilənin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, faksmil klişe ilə təsdiq edilməsi hər iki tərəfinin on bir ay ərzində icra etdikləri müqavilənin bağlanmamış hesab edilməsi üçün əsas hesab edilə bilməz. Eynilə məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisəli müqavilənin on bir ay ərzində hər iki tərəf tərəfindən icra edildiyini nəzərə aldıqda qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi müqavilənin bağlanması barədə məlumatlarının olmaması barədə dəlillər də inandırıcı görünmür. Digər tərəfdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının müqavilənin etibarsız hesab edilməsinə əsas kimi istinad etdiyi müqavilənin imzalanmaması barədə dəlilə müqavilənin qanunda nəzərdə tutulmuş formasına əməl edilib-edilməməsi baxımından da qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi mübahisəli icarə müqaviləsi üzrə icarə obyekti daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan əmlak olduğundan həmin müqavilə qanunvericiliyin tələblərinə əsasən yazılı formada bağlanmaqla notariat qaydasında təsdiq edilməli idi. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə isə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli mübahisəli icarə müqaviləsi bağlanarkən qanunda nəzərdə tutulan forma tələblərinə riayət edilmədiyindən həmin müqavilə əhəmiyyətsiz əqddir. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunverici əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında tələbin irəli sürülməsi üçün bir illik kəsici müddət müəyyən etmişdir. Göstərilən müddəa onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin icrasına başlanıldığı vaxtdan bir il keçdikdən əqdin etibarlılığını mübahisələndirmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Hazırkı işin müəyyən edilmiş hallarından isə görünür ki, mübahisəli əqdin icrasına 2016-cı ildə başlanıldığı halda əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia 2020-ci ildə irəli sürülmüş, yəni göstərilən tələbin irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş bir illik kəsici müddət buraxılmışdır. Buna görə də əqdin etibarsız hesab edilməsi tələbinə dair hissədə qarşılıqlı iddia rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia ərizəsində istinad etdiyi tərəflər arasında icarə hüquq münasibətlərinin X7 ilə “X16 and Engineering LLC” MMC arasında yazılı formada bağlanaraq notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ilə tənzimlənməsi barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin müqaviləyə əsasən icarəobyekti hazırkı mübahisənin predmeti olan İddiaçı adlanan bina deyil, ünvan 9 ünvanında yerləşən 3 otaqlı mənzil olduğundan həmin müqavilə şərtlərinin hazırkı mübahisəyə tətbiqi istisna edilir. Qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü ikinci qarşılıqlı iddia tələbi mübahisəli binada tərəflərindən aparmış təmir işlərinin dəyərinin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması tələbidir. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı həmin hissədə olan tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim edilmiş qaiməfakturalara, şahid ifadələrinə və eləcə də şahid Ş.Məmmədov tərəfindən imzalanmış smeta adlandırılmış sənədə istinad etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş bir sıra inşaat materiallarının alınmasına dair qaimə-fakturalara əsasən həmin fakturalarda göstərilmiş malların məhz „İddiaçı“ otelinin təmiri üçün nəzərdə tutulduğunu müəyyən etmək mümkün deyil. Digər tərəfdən şahid ifadələrinə gəldikdə məhkəmə iclasında dindirilmiş şahid Elnur Kərimovun ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahid ifadəsində „Cavabdeh“ MMC tərəfindən binada təmir işlərinin görülməsini bildirsə də, həmin işlərin görülməsində bilavasitə iştirak etməmiş, həmin işlərin həcmi barədə dolğun məlumat verə bilməmişdir. Digər şahid Ş.Məmmədov ifadəsində „Cavabdeh“ MMC-nin sifarişi əsasında binada malyar, elektrik (elektrik şitinin yığılması) və həyətdə örtük (naves) quraşdırılması və santexnika işlərinin (su borularının təmiri, kranların quraşdırılması) gördüyünü göstərmişdir. Şahidin ifadələrində qeyri-müəyyənliklər və ziddiyyətlər də nəzərə çarpmış, belə ki, mübahisəli bina 2016-ci ildə „Cavabdeh“ MMC-nin istifadəsinə verildiyi halda şahid təmir işlərini 2012-2013-cü illərdə apardığını göstərmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı“ şirkətinin qanuni təmsilçisi kranların quraşdırılması, qeyri-qanuni su xəttinin çəkilməsi və əlavə sanitar qovşaqları üçün divarüstü su borularının çəkilməsi kimi işlər istisna olmaqla, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən digər təmir işlərin görülməsini inkar etmişdir. Eyni zamanda binanı tərk edərkən quraşdırılmış kranların „Cavabdeh“ MMC tərəfindən sökülərək aparıldığını bildirmiş, eyni zamanda təmir işlərinin aparılmasına tərəfindən razılıq verilməsini inkar etmişdir. Belə olan halda məhkəmə şahidlərdən E.Kərimovun MMC-nin işçisi olmaqla işin nəticəsində maraqlı olduğunu, eləcə də təmir işlərində bilavasitə iştirak etmədiyini, şahid Ş.Məmmədovun ifadələrində ziddiyyətli məqamların olduğunu, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təmir işlərinin dəyərinin işi yerinə yetirmiş şəxsə ödənilməsini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi göstərilən sübutlar əsasında MMC tərəfindən mübahisəli binada bəzi işlərin görülməsini barədə nəticəyə gəlmək mümkün olsa da, həmin sübutlar aparılmış təmir işlərinin həcminin və dəyərinin müəyyən edilməsi üçün kifayət etmir. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən görülmüş təmir işlərinin həcmi və dəyəri müəyyən edilmiş olsa belə, həmin xərclərin „İddiaçı“ Şirkətindən tutulması tələbinə dair qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, Mülki Məcəllənin: 680.2-ci maddəsinə əsasən kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. 700.3-cü maddəsinə görə Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1090.1-ci maddəsinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Göründüyü kimi hazırkı halda tərəflər arasında münasibətlərin məhkəmə tərəfindən icarə münasibətləri kimi qəbul edilib-edilməsindən asılı olmayaraq təmir xərclərinin tutulması hissəsində qarşılıqlı iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 1090.1-ci maddəsi çıxış edir. İş materiallarından isə görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı “X16 and Engineering LLC” MMC işlərin aparılmasının qarşılıqlı iddia üzrə cavabdehin mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəldiyini, yəni qarşılıqlı iddiaçının həmin işlərin aparılmasına razılıq verməsini sübuta yetirə bilməmişdir. Halbuki MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı „X16 and Engineering LLC” MMC-nin təmir xərclərin tutulması barədə qarşılıqlı iddia tələbidə rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsində irəli sürülmüş tələblərdən biri də qeyri-qanuni su xəttindən istifadə ilə əlaqədar hesablanmış və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 6870 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması tələbidir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, tərəflər arasında mübahisəli predmeti olan hallardan biri də hansı tərəfin mübahisəli binaya qeyri-qanuni su xəttini çəkməsi ilə bağlıdır. Həmin halı aydınlaşdırmaq üçün məhkəmə tikinti-texniki ekspertizasının qarşısına mübahisəli binada tikinti işlərinin aparılması vaxtı ilə bağlı sual qoyulsa da, tikinti işlərinin aparılması müddəti ilə bağlı metodika olmadığından tədqiqat aparılması mümkün olmamışdır. Digər tərəfdən iş materiallarında olan xx.xx.2017-ci il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”ndan müəyyən edilir ki, mübahisə predmeti olan sudan qanunsuz istifadə ilə bağlı cərimə 2017-ci ilin mart ayında əvvəlki 3 aylıq dövr üçün, yəni “X16 and Engineering LLC” MMC-nin binadan istifadə etdiyi dövr üçün hesablanmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfin bir ilə yaxın müddət ərzində mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyini və həmin binada santexnika işlərini aparmasını iddia etdiyini nəzərə alaraq hesab edir ki, qeyri-qanuni su xəttinin „İddiaçı“ Şirkəti və ya “X16 and Engineering LLC” MMC tərəfindən çəkilməsindən asılı olmayaraq “X16 and Engineering LLC” MMC-nin obyektdə istifadə olunan su xəttinin qeyri-qanuni olmasından məlumatlı olması aşkardır. “X16 and Engineering LLC” MMC-nin obyektdə istifadə olunan su xəttinin qeyriqanuni olmasından xəbərdar olması faktı həmçinin onunla təsdiq edilir ki, 2016-cı ilin noyabr-2017-ci ilin fevral ayları arası dövrdə mübahisəli binaya sudan istifadəyə görə haqq hesablanmamış və binadan istifadə edən “X16 and Engineering LLC” MMC tərəfindən sudan istifadəyə görə heç bir haqq ödənilməmişdir. “X16 and Engineering LLC” MMC tərəfindən sudan istifadəyə görə 4 ay ərzində heç bir haqq ödəməməsi faktı özlüyündə kənar su xəttinin „İddiaçı“ otelini deyil, həmin ərazidəki restoranı su ilə təchiz etməsi və onların qeyri-qanuni çəkilmiş su xəttindən istifadə etməməsi barədə dəlillərini təkzib edir. Bundan əlavə 2016-cı ilin may ayı – 2017-ci ilin may ayı arası dövrdə yalnız yuxarıda göstərilən 4 ay ərzində (2016-cı ilin noyabr, dekabr, 2017-ci ilin yanvar fevral ayları) suya görə heç bir haqq ödənilməməsi belə nəticəyə gəlməyə əsasən verir ki, kənar xətt məhz 2016-cı ilin oktyabr-noyabr aylarında çəkilmişdir. Mülki Məcəllənin 680.1.1-ci maddəsinin tələbinə əsasən binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri kirayəçi tərəfindən ödənilməli olan xərclərə aid edilir. Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Belə olan halda sudan qeyri-qanuni istifadə ilə əlaqədar hesablanmış cərimə qarşılıqlı iddia üzrə iddiaçı “X16 and Engineering LLC” MMC-nin sudan istifadə etdiyi müddət üçün yarandığından və “X16 and Engineering LLC” MMC obyektdə istifadə olunan su xəttinin qanunsuz olması barədə məlumatlı olduğundan həmin cərimə “X16 and Engineering LLC” MMC icarəçi kimi qəbul edilərsə icarəyə götürülmüş binanın istismar xərcləri kimi və ya icarəçi kimi qəbul edilmədiyi təqdirdə isə binadan istifadə nəticəsində binanın mülkiyyətçisinə vurulmuş zərər kimi “X16 and Engineering LLC” MMCtərəfindən ödənilməli idi. Yuxarıda göstərilən hallara əsasən təsdiq edilir ki, „X16 and Engineering LLC” MMC-nin cəriməyə görə ödənilmiş pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulması barədə irəli sürdüyü tələb əsassızdır. İlkin iddiaya gəldikdə iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı „İddiaçı“ Şirkəti ilkin iddia üzrə cavabdehə qarşı beş tələb irəli sürmüşdür.

1. 2017-ci ilin may ayı üçün 8.000 manat icarə haqqı tələbi İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi tərəflər arasında „İddiaçı“ şirkətinə məxsus binanın haqq müqabilində “X16 and Engineering LLC” MMC-nin istifadəsinə verilməsinə dair razılıq əldə edilərək həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair əqd bağlanmış və həmin razılıq iddiaçı „İddiaçı“ şirkəti tərəfindən yerinə yetirilərək onun qanuni sahibliyində olan bina cavabdeh “X16 and Engineering LLC” MMCnin istifadəsinə verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin arasında bağlanmış həmin əqd əhəmiyyətsiz əqd olsa belə həmin hal MMC-nin haqq ödəmədən özgənin əmlakından istifadə edərək varlanması üçün əsas vermir. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi əhəmiyyətsiz olması səbəbindən „İddiaçı“ Şirkəti MMC-dən əmlakdan istifadəyə görə icarə haqqını həmin əqdə əsaslanaraq tələb edə bilməsə belə, həmin tələbi əsassız varlanmadan irəli gələn tələb kimi irəli sürməkdə haqlıdır. Tərəflər arasında əmlakdan sahiblik və istifadəyə görə razılaşdırdıqları aylıq haqqın məbləğinin də tərəflər arasında mübahisə predmeti olması və iddiaçının ilkin iddiada göstərdiyi kimi 2017-ci il tarixdə icarə haqqının 8.000 manat məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməsini nəzərə alaraq hesab edir ki, 2017-ci ildə aylıq icarə haqqının müqavilədə göstərilən məbləğdə, yəni aylıq 4.500 manat məbləğində olması müəyyən edilməlidir. Digər tərəfdən 2017-ci ilin may ayı üçün icarə haqqını ödəməsi barədə ilkin iddia üzrə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etiraza əsas kimi istinad etdiyi həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əmlakdan istifadəyə görə haqqın tutulmalı olduğu müddətə gəldikdə qeyd edilməlidir ki, iddiaçı yalnız 2017-ci ilin may ayı üçün icarə haqqının ödənilməsini tələb edir. İş materiallarında olan açarlar təhvil verilərkən aparılan video yazıya və fotoşəkillərə əsasən isə müəyyən edilir ki, mübahisəli bina 2017-ci ilin may ayının 17-nədək cavabdehin istifadəsində olmuşdur. Ona görə də icarə haqqı tələbinə dair hissədə ilkin iddia qismən təmin edilməli, cavabdehdən 1 may-17 may tarixcləri arası dövr üçün 17 günlük müddət üçün 2.467,7 manat məbləğində (4500/31x17) haqq tutulmalıdır.

2.Binaya vurulmuş ziyanın əvəzi olaraq 42.880 manat məbləğində pulun tələbi Məhkəmə qeyd edir ki, İddiaçı otelində mövcud qüsurların aradan qaldırılması üçün tələb olunan təmir işlərinin dəyəri iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir. Həmin rəyə görə İddiaçı otelinin təmiri üçün ayaqaltıların quraşdırılması, daşınması və sökülməsinə 645 manat, tavan və divarlardan köhnə emulsiya qatının çıxarılmasına 5.390 manat, divarlarda dağılan yerlərin təmir olunmasına 306 manat, tavan və divarların rənglənməsinə 13.225 manat, emulsiyaya 2.200 manat, şpaklyovkaya 540 manat, şkurkaya 10 manat, zədələnmiş kafel və metlax plitələrin dəyişdirilməsinə 430 manat, kafel və metlaxın dəyərinə 860 manat, otaqlararası qapıların dəyişdirilməsinə 500 manat, otaqlararası qapıların təmirinə 200 manat, sanitar qovşağının təmir olunmasına 300 manat, radiatorların sökülməsi, təmir olunması və montajına 360 manat, radiatorların dəyişdirilməsinə 300 manat, divara vurulmuş lambrin üzlüyün dəyişdirilməsinə 200 manat, labrinin dəyərinə 400 manat, boyu örtüyünün təmirinə 33 manat, jalüz pərdələrin dəyişdirilməsinə 400 manat, pəncərə şüşələrinin dəyişdirilməsinə 45 manat, metal qapı bloklarının dəyişdirilməsinə 600 manat, elektrik xəttinin təmir olunmasına 800 manat, fasad divarın təmir olunmasına 5.100 manat , nəzərdə tutulmayan xərclər 3% - 1.000 manat olmaqla, cəmi 33.844 manat məbləğində vəsait tələb edilir. Həmin ekspert rəyində həmçinin göstərilmişdir ki, binaya baxış zamanı binanın daxili hissəsində tavan və divarların üzərində ləkələr əmələ gəldiyi, tavanın bəzi yerlərində alçıpan lövhənin qopduğu, divara vurulmuş üzlüklərin bir çox yerlərdə deşildiyi və sındığı, emulsiya və şpaklovka qatının ovulub töküldüyü, bəzi yerlərdə kafel və metlax plitələrin sındığı, ləkələndiyi, divarlarda oyuqlar açıldığı və əlavə su xətləri çəkildiyi, otaqlararası keçid qapılarının bir neçəsinin zədələndiyi, pəncərə şüşələrinin sındığı, istilik radiatorlarının bir neçəsinin üst qatının əzildiyi, paslandığı, parça jalüzlərin ləkələnməsi, havalandırma sisteminin oyuqlarında çirklənmə və toz qatının yarandığı, elektrik sisteminin bəzi yerlərdə işləmədiyini, fasad divarlarında ləkələrin əmələ gəldiyi, həmçinin həyətyanı sahədə yerləşən 1 mərtəbəli binalarda divarların şpaklovka və emulsiya qatının ləkələndiyi, bəzi yerlərdə ovulub töküldüyü, həyətyanı sahəyə vurulmuş plitələrin və bordürlərin bəzi yerlərdə sındığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu qəbul edildiyi halda sözügedən iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 682-ci maddəsi, qəbul edilmədiyi təqdirdə isə Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 682-ci maddəsinə görə kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin maddənin məzmunundan göründüyü kimi kirayəçi əşyadan istifadə etdiyi müddət ərzində əşyada baş vermiş hər bir pisləşmə və dəyişmə üçün deyil, yalnız əşyadan adi istifadə ilə bağlı olmayan pisləşmə və dəyişmə üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəyə görə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəyə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin maddələrin məzmunundan göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi o şərtlə təmin edilə bilər ki, məhkəmə tərəfindən cavabdehin mülki qanunvericiliyin normalarını pozan hərəkətin (hərəkətsizliyi) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Beləliklə, mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 682 və ya 1096.1 və 1097.1-ci maddələrinin tətbiq edilməsindən asılı olmayaraq ilkin iddia üzrə cavabdeh binadan istifadə etdiyi müddət ərzində dəymiş istənilən zərər üçün deyil, yalnız binadan istifadə zamanı yol verdiyi təqsirli əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşımalıdır. İş materiallarında olan ekspert rəyindən isə göründüyü kimi binanın bəzi yerlərində kafel və metlax plitələrin sınması, divara vurulmuş üzlüklərin bir çox yerlərdə deşilməsi və sınması, otaqlararası keçid qapılarının keçid qapılarının bir neçəsinin zədələnməsi, pəncərə şüşələrinin sınması, istilik radiatorlarının bir neçəsinin üst qatının əzilməsi, parça jalüzlərin ləkələnməsi kimi halların özgəsinin əmlakından vicdansızca istifadə edilməsinin nəticəsi olması açıq-aşkardır. Digər qüsurların isə o cümlədən fasad divarlarında yaranmış qüsurlar (ovulma, ləkələr), eləcə də emulsiya qatlarında əmələ gəlmiş ləkələrə gəldikdə isə bu növ qüsurların ilkin iddia üzrə cavabdehdən asılı olmayan hallara görə də yaranması istisna olunmur (məsələn, binada mövcud yüksək rütubət, adi köhnəlmə nəticəsində). Belə olan halda isə göstərilən qüsurların baş verməsinin ilkin iddia üzrə cavabdehin təqsiri üzündən baş verməsi iş materialları ilə sübuta yetirilmədiyindən həmin qüsurlara görə məsuliyyətin ilkin iddia üzrə cavabdehin üzərinə qoyulması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin təqsirli hüquqazidd əməlləri nəticəsində binaya dəymiş zərəri aradan qaldırmaq üçün ilkin iddia üzrə iddiaçının çəkməli olduğu xərclər - ayaqaltıların quraşdırılması, daşınması və sökülməsi üçün 645 manat, divarlarda dağılan yerlərin təmir olunması üçün 306 manat, şpaklyovkaya görə 540 manat, şkurkaya görə 10 manat, zədələnmiş kafel və metlax plitələrin dəyişdirilməsi üçün 430 manat, kafel və metlaxın dəyərinə görə 860 manat, otaqlararası qapıların dəyişdirilməsi üçün 500 manat, otaqlararası qapıların təmiri üçün 200 manat, sanitar qovşağının təmir olunması üçün 300 manat, radiatorların sökülməsi, təmir olunması və montajı üçün 360 manat, radiatorların dəyişdirilməsi üçün 300 manat, divara vurulmuş lambrin üzlüyün dəyişdirilməsi üçün 200 manat, labrinin dəyərinə görə 400 manat, boyu örtüyünün təmiri üçün 33 manat, jalüz pərdələrin dəyişdirilməsi üçün 400 manat, pəncərə şüşələrinin dəyişdirilməsi üçün 45 manat, metal qapı bloklarının dəyişdirilməsi üçün 600 manat, elektrik xəttinin təmir olunması üçün 800 manat, cəmi 6929 manat, 3% -207.87 manat məbləğində nəzərə alınmamış xərclərlə birlikdə, ümumilikdə 7136,87 manat məbləğində pul vəsaiti Cavabdeh MMC MMC-dən tutularaq „İddiaçı“ şirkətinə ödənilməlidir. Binaya dəymiş maddi zərərin ödənilməsi tələbinin qalan hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı həmin hissədə zərərin mövcudluğunu və məbləğini sübuta yetirə bilmədiyindən həmin hissədə iddia rədd edilməlidir.

3. Sudan istifadəyə görə Cavabdeh MMC-nin sudan istifadə etdikləri dövr üçün hesablanmış, lakin „İddiaçı“ şirkəti tərəfindən ödənilmiş pulun tutulması Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar sudan istifadəyə görə mübahisəli pul məbləğinin onlar tərəfindən ödənilməsini təsdiq edən hər hansı sübuta istinad etməmişlər. Buna görə də həmin hissədə iddia rədd edilməlidir. Belə olan halda isə həmin hissədə də iddia əsassız olmaqla rədd eidlməlidir.

4. Əldən çıxmış faydaya görə 256.000 manat məbləğində pul tələbi Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Hazırkı işdə isə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulması və nəticədə iddiaçıya real zərər vurulması müəyyən edilsə də, iddiaçı əldən çıxmış faydanın yaranması, məbləği və əldə çıxmış faydanın yaranması ilə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı ona əldən çıxmış fayda formasında zərər vurulmasını cavabdehin qanunsuz hərəkətləri nəticəsində bina təmirsiz olduğundan onu icarəyə verə bilməməsi ilə əsaslandırmış, lakin mübahisəli bina cavabdeh tərəfindən boşaldıqdan sonra həmin obyektin icarə verilməsinə hər hansı bir cəhd etməsini, bunun üçün aktiv tədbirlər görməsi, məsələn, icarə verilmə ilə bağlı qəzetdə elan verməsi, potensial icarəçilərlə danışıqlar aparması və yalnız binada təmirin olmaması səbəbindən binanı icarəyə vermək hüququnu həyata keçirə bilməməsini sübut edə bilməmişdir. Belə olan halda isə əldən çıxmış faydaya görə 256.000 manat məbləğində puun tutulması tələbinə dair hissədə ilkin iddia əsassız olduğundan rədd edilməlidir.

5. Mənəvi zərərin ödənilməsi tələbi Mənəvi zərərin ödənilməsi barədə ilkin iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X13 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X13 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 3-cü bəndinə görə isə mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə İddiaçı hüquqi şəxs olmaqla mənəvi zərərin ödənilməsini tələb etmək hüququna malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianin qismən təmin edildiyini, qarşılıqlı iddianın isə rədd edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 20 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi ilkin iddia üzrə İddiaçındən, qalan 50 manat hissəsi isə ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 2.467,7 manat (iki min dörd yüz altmış yeddi manat yetmiş qəpik) icarə haqqı borcu, dəymiş maddi zərərin əvəzi olaraq 7.136,87 manat (yeddi min yüz otuz altı manat səksən yeddi qəpik) məbləğində pul vəsaiti, cəmi 9.604,57 (doqquz min altı yüz dörd manat əlli yeddi qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı çəkilmiş xərclərin tutulması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manat hissəsi ilkin iddia üzrə İddiaçındən, qalan 50 manat hissəsi isə ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar