Məhkəmə qərarları › İş №2-2(102)-403/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-403/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-403/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Kommersiya Şirkətinə qarşı iş üzrə Açar sözlər: sığorta müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin (bundan sonra – "xxxx") cavabdeh Kommersiya Şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-16/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayda sında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 2 sentyabr tarixli 02 saylı icarə müqaviləsinə əsasən, ünvan 1-də yerləşən, ümumi sahəsi 2.030 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən icarəyə götürülmüşdür.

2. BA seriyalı, 979462 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən, ünvan 2-də yerləşən anbar sahəsi "A" ASC tərəfindən 2019-cu il 1 oktyabr tarixindən 2020-ci il 30 sentyabr tarixinə kimi 43.911 manat dəyərində sığortalanmışdır.

3. Fövqəladə Hallar Nazirliyinin 2019-cu il 14 oktyabr tarixli yanğın baş vermiş hadisə yerinə baxış protokolunda və 2019-cu il 18 oktyabr tarixli yanğın haqqında aktda qeyd olunmuşdur ki, yanğın hadisəsi ünvan 2-də yerləşən anbar sahəsində və istehsalat sexində baş vermişdir. Yanğın aktında yanğın hadisəsi nəticəsində anbarın və istehsalat sahəsinin yanaraq yararsız hala düşdüyü, yanğının elektrik naqillərində baş vermiş qısa qapanma nəticəsində baş verdiyinin ehtimal edildiyi qeyd olunmuşdur.

4. Cavabdehin Nizami rayon filialının direktoru E.Q, baş mütəxəssis E.Ə və agent S.B tərəfindən 2019-cu il 16 oktyabr tarixində tərtib edilmiş aktda qeyd olunmuşdur ki, sığorta hadisəsi ilə bağlı müraciət olunduqdan sonra hadisə yerinə baxış keçirilmiş və həmin ünvanda yerləşən anbar yox, sex sahəsində yanğın baş verdiyi məlum olmuşdur. Hadisə ilə bağlı yerində məlumat verilərək yanğının anbar sahəsində deyil, sexdə baş verdiyi barədə məlumat verilmişdir.

5. Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 7 fevral tarixli 26870 №-li rəyində qeyd olunmuşdur ki, ünvan 2-də yerləşən A.H-ya məxsus qeyri-yaşayış sahəsində baş verən yanğ ın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 148.029,21 manat, o cümlədən 18,6x30 m ölçüdə olan istehsalat sahəsinə dəymiş ziyan 72.494,1 manat və 19,3x30 m ölçüdə olan anbar otağına dəymiş ziyan 75.535,11 manat məbləğində müəyyən olunur.

6. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 2020-ci il 12 fevral tarixli qərarı ilə 2019-cu il 13 oktyabr tarixində, saat 00 radələrində ünvan 2-də yerləşən A.H-ya məxsus iddiaçıya icarəyə verilmiş istehsalat sahəsində baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

7. Cavabdeh Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 2020-ci il 12 fevral tarixli qərarından Nəriman ov rayon Məhkəməsinə şikayət verərək yanğın hadisəsinin ünvan 2-də yerləşən anbarda deyil, istehsalat sexində baş verməsi ilə əlaqədar həmin qərarın ləğv olunmasını xahiş etmiş, Nərimanov rayon Məhkəməsinin 2021-ci il 29 aprel tarixli qərarı ilə şikayət təmin edilərək Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 2020-ci il 12 fevral tarixli qərarı ləğv olunmuş, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.

8. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 2020-ci il 24 aprel tarixli 26869 saylı rəyindən göründüyü kimi, yanğın ünvan 2-nin yanında yerləşən iddiaçıya məxsus sexin istehsalat sahəsinin giriş qapısından daxil olduqda uzaq sol küncdə tavan səviyyəsində olmuş və yaxınlıqda yerləşən y anar materialların alışması nəticəsində inkişaf edərək sexin daxilinə genişlənmişdir. Anbar sahəsinə yanğın nəticəsində dəymiş ziyan məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən olunsa da, məhz həmin sahəyə yanğının keçməsi hər hansı sübutla müəyyən olunmamışdır. Təhqiqat orqanı tərəfindən baş verən yanğının əhatə etdiyi sahələrin müəyyən olunması üçün ekspertiza qarşısında müvafiq suallar qoyulmamış, nəticədə anbar sahəsinə baş vermiş yanğın nəticəsində ziyanın dəyib-dəyməməsi mübahisə doğurmuşdur.

9. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmə nəzarəti qaydasında işə baxılarkən təhqiqatçı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, baş vermiş yanğın nəticəsində ziyan dəyən əmlakların dəqiq müəyyən olunmadığı, nəticədə həmin əmlaklara dəyən ziyanın ödənilməsində mülkiyyətçi ilə sığorta şirkəti arasında mübahisə yarandığı müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən A.H-ya məxsus, iddiaçıya icarəyə verilmiş istehsalat sahəsində yanğının baş verməsi ilə əlaqədar toplanmış material üzrə yanğının ziyan vurduğu əmlakların dairəsinin dəqiq müəyyən edilməsi üçün tam, obyektiv və hərtərəfli araşdırma aparılmalı, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları təhqiqatçı tərəfindən müvafiq ekspertiza təyin edilərək onun rəyinə uyğun olaraq yenidən araşdırılmalıdır. Həmçinin təhqiqat orqanının gəldiyi nəticə ilə cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş 2019-cu il 16 oktyabr tarixli akt arasındakı uyğunsuzluğun səbəbləri ay dınlaşdırılmalıdır.

10. Cavabdehin 2020-ci il 30 iyul tarixli məktubunda göstərilmişdir ki, yanğın hadisəsinə baxış keçirən zaman yanğın hadisəsinin yalnız istehsalat sahəsində, yəni sexdə baş verdiyi, sığortalanmış anbar sahəsinə baxış keçirən zaman anbarda yanğın hadisəsi olmadığı müəyyən olunmuş, şəkillər çəkilmişdir. Zərər dəymiş sex şirkətdə sığorta olunmadığına və anbarda heç bir yanğın hadisəsi olmadığına görə sığorta ödənişinin verilməsi qeyrimümkündür. 11. "B" MMC-nin 2020-ci il 25 avqust tarixli AZSB-202/20 saylı hesabatında 2019-cu il 13 oktyabr tarixində E.Abbasova məxsus 2019-cu il 1 oktyabr tarixində sığortalanmış obyektdə yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində istehsalat sahəsinə maddi ziyan dəydiyi qeyd olunmuşdur.

12. Cavabdehin 2020-ci il 25 avqust tarixli və 2020-ci il 14 sentyabr tarixli məktublarında zərərlə bağlı məsələnin müstəqil ekspert tərəfindən araşdırıldığı bildirilmiş, xərcləri əks etdirən sənəd təqdim olunmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

13. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin 2021-ci il 31 avqust tarixli qərarından görünür ki, yanğın hadisəsi ilə bağlı əlavə araşdırma aparılmış, yoxlama zamanı izahatı alınmış Fövqəladə Hallar Nazirliyi DYMX-nin Srayon DYMH-nin ++ nömrəli YMB-nin yanğınsöndürmə növbəsi rəisinin köməkçisi S.R bildirmişdir ki, 2019-cu il 13 oktyabr tarixində xidmətdə olduğu zaman yanğın hadisəsi barədə məlumat verilmiş, hadisə yerinə çatdıqda 2.700 kv.m sahəsi olan istehsalat sexinin və ona bitişik olan anbar sahəsinin açıq alovla yandığı müşahidə olunmuşdur. Qəra rda qeyd edilmişdir ki, yoxlama zamanı hadisə yerinə keçirilmiş baxış, alınmış izahatlar, ekspert rəyləri əsasında iddiaçıya icarəyə verilmiş qeyri-yaşayış sahəsinin elektrik qurğularında yaranmış qəza ilə bağlı həm istehsalat, həm də anbar sahəsinin yanğın baş verdiyi, anbar otağına dəymiş ziyanın 75.535,11 manat olduğu müəyyən olunmuşdur.

14. İddiaçı cavabdehə pretenziya göndərərək 43.511 manat sığorta ödənişinin və 12.444 manat dəbbə pulunun ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı 2020-ci il 2 oktyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 43.511 manat məbləğində sığorta ödənişinin və 2020-ci il 21 oktyabr tarixindən başlayaraq sığorta ödənişin in ödənildiyi günə qədər hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 0,1% həcmində dəbbə pulunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi ünvan 2-də yerləşən anbarın icbari sığortasına dair iddiaçı ilə sığortaçı "A" ASC arasında 2019-cu il 1 oktyabr tarixində sığorta müqaviləsi bağlanmış, bunu təsdiq edən BA seriyalı 979462 saylı 2019-cu il 1 oktyabr tarixli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi verilmiş, sığorta müqaviləsinin müddəti 2020-ci il 30 sentyabr tarixinə qədər müəyyən edilmiş və həmin sığorta müqaviləsi “İcbari sığortalar haqqında” Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılmaqla, hazırda həmin si stemin informasiya ehtiyatında mövcuddur.

17. Həmin müqavilənin qüvvədə olduğu müddətdə sığortalanmış qeyri-yaşayış sahəsində 2019-cu il 13 oktyabr tarixində yanğın hadisəsi baş vermiş, bu barədə sığortaçıya və FHN-ə dərhal məlumat verilmişdir. FHN Dövlət Yanğın Nəzarəti Xidməti +cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin 2019-cu il 18 oktyabr tarixli aktına əsasən, 2019-cu il 13 oktyabr tarixində ünvan 2-də yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın hadisəsinə səbəb obyektin daxili elektrik xətlərində yaranmış qısaqapanma olmuşdur. Həmçinin FHN-in Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılaraq, cinayət hadisəsi olmaması səbəbindən 2020-ci il 12 fevral tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

18. İddiaçı işin yuxarıda § 10-da göstəri lən halına istinad edərək qeyd etmişdir ki, baş vermiş sığorta hadisəsindən aylar sonra da sığortaçıdan heç bir cavab gəlməməsi səbəbindən iddiaçı sahibkarlıq subyekti olaraq fəaliyyətini davam etdirmək üçün sığorta edilmiş anbar sahəsini öz hesabına təmir etmişdir. İddiaçı təkrar 2020-ci il 10 avqust tarixində sığorta şirkətinə müraciət etsə də, sığortaçı ödənişi ödəməkdən imtina etmiş və imtinanı iddiaçının təmirə çəkdiyi xərcləri təsdiq edən sənədləri təqdim etməməsi ilə əlaqələndirmişdir. Lakin qeyd edilən əsas sığorta ödənişindən imtina üçün əsas sayıla bilməz. Belə ki, sığortaçıda sığorta edilmiş anbar sahəsinin yanğından əvvəlki vəziyyəti, yanğın sənədləri və dəymiş maddi ziyanın həcminin müəyyən edilməsinə dair ekspertiza rəyləri mövcuddur və əmlakın yanğından sonra təmiri üçün çək ilən xərclər müvafiq sənədlər əsasında mövcud bazar qiymətlərinə istinad edilməklə hesablanıb sığorta ödənişi ödənilməli idi.

19. İddiaçı tələbinin hüquqi əsası kimi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.4, 6.7, 8.1, 9.1, 15.1, 15.3 və 18.2-ci maddələrinə istinad etmişdir.

20. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43.511 manat məbləğində sığorta ödənişinin və 2020-ci il 12 fevral tarixindən başlayaraq 2020-ci il 8 dekabr tarixinə qədər sığorta ödənişinin gecikdirilmiş 301 gün müddəti üçün 13.096,51 manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmiş dir.

22. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 fevral tarixli e-2-2(113)-264/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 43.511 manat məbləğində sığorta ödənişi, 1.500 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 45.011 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – F.Qasımov).

23. Birinci instansiya məhkəməsi göstərmişdir ki, həm ekspert rəyinin, həm də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmunu ilə təsdiq olunur ki, yanğın hadisəsi yalnız istehsalat sahəsində (sexdə) deyil, anbar otağında da baş vermiş, həmçinin zərərin məbləği müstəqil ekspert tərəfindən deyil, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən müəyyən olunmuş, hətta anbar otağına dəymiş zərərin məblə ği ayrıca göstərilmişdir. Buna görə də imtina məktublarında qeyd olunan xüsusatlar sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz.

24. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 898.1 və 898.2-ci maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, sığorta şəhadətnaməsində qeyd olunan 400 manat azadolma məbləği 43.911 manat sığorta ödənişindən çıxılaraq, 43.511 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

25. Məhkəmə 43.511 manat əsas borca 13.096,51 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etməmiş, MM-in 467-ci maddəsinə əsasən dəbbə pulunun miqdarını azaldaraq 1.500 manat miqdarında müəyyən etmişdir.

26. Məhkəmə bu qənaətini MM-in 883.1, 888.2, 889.1, 889.2, 898.1, 898.2, 899.1, 901.1, 903.1-903.6, 904.1, 904.2, 934.1 və 934.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh 2021-ci il 30 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyun tarixli 2-2(103)-498/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış ünvan 2-də yerləşən A.H-ya məxsus qeyri-yaşayış sahəsinin təmir edilməsi üçün iş materiallarına əlavə edilmiş smetada nəzərdə tutulmuş işlər görülmüşdürmü və görülmüş işlərə xərclənən vəsait (materia l və usta xərci) bazar qiymətləri ilə nə qədər təşkil edir?” sualı qoyulmuşdur (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

29. Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 18 noyabr tarixli 10/3637 saylı rəyinə əsasən ünvan 2-də yerləşən, baxış zamanı təqdim olunmuş, A.H-ya məxsus qeyri-yaşayış sahəsinin təmir edilməsi üçün iş materiallarına əlavə edilmiş smetada nəzərdə tutulmuş işlərin görüldüyü və həmin işlərə xərclənən vəsaitin məbləğinin smetaya əsasən 75.535,1 manat olduğu müəyyən edilir.

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-16/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edə n hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).

31. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, sığortalanmış obyektdə, yəni iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinin anbar hissəsində yanğın hadisəsinin baş vermədiyi cavabdehin özü tərəfindən tərtib edilmiş aktdan başqa digər mötəbər sübutlarla təsdiq edilmədiyindən, həmin sahədə yanğının baş verdiyi FHN-in Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarları, istintaq zamanı yanğın baş vermiş hadisə yerinə baxış protokolu, yanğın haqqında akt, istintaq orqanının aldığı izahatlarla təsdiq edildiyindən, cavabdehin apellyasiya şikayətinin sığortalanmış obyektdə yanğın hadisəsinin baş vermədiy inə dair dəlili əsassız olmuşdur.

32. Eyni zamanda, sığorta şirkəti 2020-ci il 30 iyul tarixli məktubunda sığorta hadisəsinin baş verməməsi əsası ilə sığorta ödənişinin həyata keçirilməsindən imtina etsə də, 2020-ci il 25 avqust və 2020-ci il 14 sentyabr tarixli məktublarında artıq sığorta hadisəsinin baş verdiyini qəbul edərək, dəymiş ziyanın aradan qaldırılması üçün xərcləri təsdiq edən sənədlərin olmaması əsası ilə ödənişin həyata keçirilməsindən imtina etmişdir ki, belə bir imtina əsası qanunda nəzərdə tutulmamışdır.

33. İşdən görünür ki, iddiaçı tərəfindən sığortalanmış obyektə dəymiş ziyan sığorta ödənişindən çox olduğu üçün şəhadətnamədə qeyd olunan 400 manat azadolma məbləği 43.911 manat sığorta ödənişindən çıxılaraq 43.511 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələ b olunmuşdur.

34. Beləliklə, sığortalanmış obyektdə sığorta hadisəsinin baş verdiyi və iddiaçıya 75.535,1 manat məbləğində maddi ziyan dəydiyi ekspert rəyləri və digər mötəbər sübutlarla təsdiq edildiyindən, sığorta ödənişinin verilməsindən cavabdehin imtinası əsassız, iddianın 43.511 manat sığorta ödənişi ilə bağlı hissədə təmin edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur.

35. Sığorta ödənişinin ödənilməsindən qanunsuz imtina edildiyindən ödənişin gecikdirilməsinə görə qanuna əsasən iddiaçının xeyrinə 1.500 manat miqdarında dəbbə pulu tutulması hissəsində də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilmişdir.

36. Apellyasiya şikayətinin məhkəmə tərəfindən prosessual pozuntuya yol verilərək cavabdehin məhkəmə iclaslarında iştirakının təmin olunması üçün tədbir görülməməsi barədə dəlili ilə bağlı araşdırma aparılaraq birinci instansiya məhkəməsinin məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlərin cavabdehin ünvan 3 ünvanına poçt vasitəsi ilə göndərdiyi, lakin məhkəmə bildirişlərinin çatdırılmadan geri qaytarıldığı müəyyən edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2, 18.1, 18.2, 35.1, 36.1.1, 41.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 19 mart tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

39. Cavabdeh 2022-ci il 22 aprel tarixində kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

40. MM-in 897.1, 922.1-ci və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1 və 41.1-ci maddələri üzrə - Məhkəmə öz mövqeyini əsaslandırarkən, istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Məhkəmə baş vermiş yanğın hadisəsi zamanı sığortalanmış əmlaka zərər dəyməsi faktını, yəni anbarda yanğın baş verib-verməməsi və ümumilikdə yanğın nəticəsində anbara zərər dəyibdəymədiyini iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən müəyyən etməli idi. Məhkəməyə zərərin aradan qaldırılması ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sübutlar da təqdim olunmamışdır. İddiaçı tərəfindən yalnız səlahiyyətli orqanın cinayət işinin başlanmasının rədd olunması haqqında qərarın təqdim edilməsi və işə baxan məhkəmənin də yalnız bu qərarı əsas götürərək qətnamə qəbul etməsi cavabdehin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Halbuki məhkəmə hadisə ilə bağlı ətraflı dəlillər əldə etmək məqsədi ilə yanğın hadisəsi baş vermiş qeyri-yaşayış sahəsinə baxış keçirə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

897. İc bari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur....” “Maddə

898. Azadolma məbləği və gözləmə müddəti 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır....” 46. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

18. Sı ğorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə

35. Daşınmaz əmlakın icbari sı ğortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir....” “Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi;...” “Maddə

41. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişi 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsin də müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir....”

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 40) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-16/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Kassator hesab edir ki, məhkəmə yalnız səlahiyyətli orqanın cinayət faktının olmamasına dair qərarını əsas götürərək qətnamə qəbul etmiş, bununla da cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Həmçinin məhkəməyə zərərin aradan qaldırılması ilə bağlı çəkilmiş xərclər və ödənilməsini təsdiq edən sübutlar da təqdim olunmamışdır.

50. Halbu ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlum olur ki, həmin məhkəmə sığortalanmış obyektdə, yəni iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinin anbar olan hissəsində yanğın hadisəsinin baş verməsi nəticəsinə gələrkən: 1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarına; 2) istintaq zamanı yanğın baş vermiş hadisə yerinə baxış protokoluna; 3) yanğın haqqında akta; 4) istintaq orqanının aldığı izahatlarla istinad etmişdir.

51. Göründüyü kimi, mübahisə predmeti olan obyektdə yanğın hadisəsinin baş verməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə kassatorun iddia etdiyi kimi, yalnız səlahiyyətli orqanın cinayət faktının olmamasına dair qərarla deyil, həmçinin iş materiallarında olan digər 3 sənədlə əsaslandırılmışdır.

52. Zərərin aradan qaldırılması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclərə və bu xərclərin ödənilməsini təsdiq edən sübutlara gəldikdə isə, iş materiallarında olan apellyasiya instansiya məhkəməsində təyin olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 18 noyabr tarixli №10/3637 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin təmir edilməsi üçün iş materiallarına əlavə edilmiş smetada nəzərdə tutulmuş işlərin görüldüyü və həmin işlərə xərclənən vəsaitin məbləğinin smetaya əsasən 75.535,1 manat olduğu müəyyən edilir.

53. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsinin qətnaməsində istinad olunmuş həmin ekspert rəyinin tədqiqat hissəsində (i/v 177) qeyd olunmuşdur k i: “İş materiallarında olan smetadan görünür ki, 19,3x30,0 m ölçüdə olan anbarda görülən işlərin dəyəri 75535,11 manat təşkil edir. Baxış zamanı əldə olunan məlumatlara əsasən, iş materiallarında olan (səh 38) smeta sənədində qeyd olunan işlərin (divarın hörülməsi, divarın suvanması, döşəməyə beton tökülməsi, dam örtüyünün quraşdırılması, ferma, profil, qapı və pəncərələr, elektrik xətləri və s.) faktiki vəziyyətdə mövcud olduğu müəyyən olunur. Eyni zamanda smetada qeyd olunmuş qiymət normalarının bazar qiymətlərinə uyğun olduğu müəyyən olunur.”

54. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni məhz yuxarıda sadalanan sübutların kompleksinə istinad etməklə əsaslandırmışdır.

55. Kassator isə sözügedən nəticənin düzgünlüyünü tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

56. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci və 103.1-ci maddələrinin (bax yuxarıda § 47) tələblərinə uyğun olaraq sübutları qarşılıqlı əlaqədə və düzgün qiymətləndirməklə, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 47) uyğun olaraq iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş, kassasiya şikayətinin dəlillərində istinad olunan hüquq pozuntularına yol verməmişdir.

57. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)-16/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar