Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-404/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə1, Cavabdeh-nin nümayəndəsi X1 və onun vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi y anında Milli Gəlirlər Departamentinin Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialına qarşı “sənədlərin götürülməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-267/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 28 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti (bundan sonra - iddiaçı) Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialına qarşı (bundan sonra - cavabdeh) sənədlərin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Gəlirlər Departamentinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 06.09.2018-ci il tarixli **********162472 nömrəli qərarında qeyd olunan sənədlərin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq olunmuş surətlərinin cavabdehdən götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14.06.2018-ci il tarixli 5(001)-473/2018 nömrəli və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin 04.07.2018-ci il tarixli **********155417 nömrəli qərarları ilə Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialında Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinin tələblərinə əsasən müəssisənin 01.12.2013-cü il tarixindən 31.05.2014-cü il tarixinədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyəti nin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Lakin yoxlama zamanı tələb edilən sənədlər (vergi ödəyicisinin dövlət qeydiyyatı və təşkilati-struktur dəyişiklikləri barədə sənədlər, yoxlanılan dövr üzrə vergi orqanına təqdim edilmiş vergi bəyannamələri və bank hesabları barədə məlumat; əsas və sair fəaliyyətdən gəlirləri və onların əldə edilməsi ilə bağlı xərcləri (hər bir xərc maddəsi üzrə) təsdiq edən ilkin sənədlər və elektron fayllar (müqavilələr, vergi hesab-fakturaları, təhvil-təslim aktları, ödəniş sənədləri, hesablamalar, istehsalat, material və texniki hesabatlar, dövriyyə cədvəlləri, baş kitablar, bank və kassa sənədləri, debitor və kreditorlarla hesablaşmaların hərəkətini özündə əks etdirən mühasibat sənədləri, debitor və kredit or borcların siyahısı, yoxlanılan dövrdə əsas vəsaitlərin hərəkəti (o cümlədən əvəzsiz əsaslarla alınmış, təqdim edilmiş, ləğv edilmiş və s.) barədə analitik uçot sənədləri, əsas vəsaitlərə hesablanmış amortizasiya və təmir normaları haqqında hesablamalar, aparılmış təmir işlərinin yerinə yetirilməsini təsdiq edən aktlar, digər təsdiqedici sənədlər və elektron fayllar; vergi ödəyicisinin balansında və istifadəsində olan torpaq sahələrinin, nəqliyyat vasitələrinin siyahısı, onların mədaxil və məxaricini təsdiq edən sənədlər, icarəyə götürülmüş və icarəyə verilmiş əsas vəsaitlər, əsas vəsaitlərin sığortalanması barədə müqavilələr; ƏDV dövriyyələrini (ƏDV-yə 0 faizlə cəlb edilən və azad edilən dövriyyələr daxil olmaqla), ƏDV-nin büdcəyə hesablanması zamanı aparılmış əvəzləşmələri və idxal-ixr ac əməliyyatlarının aparılmasını təsdiq edən sənədlər (yük gömrük bəyannamələri, müqavilələr və digər sənədlər) və elektron fayllar; ödəmə mənbəyində vergiyə cəlb edilməli olan rezident və qeyri-rezident şəxslərlə bağlanmış müqavilələr, ödəniş sənədləri, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin düzgünlüyünün yoxlanılması üçün əmək haqqı cədvəlləri, alınmış yardımlar, mükafatlar və sair təsdiqedici ilkin sənədlər və elektron fayllar; digər vergilərin hesablanmasının və ödənilməsinin düzgünlüyünün yoxlanılması üçün əsas olan ilkin sintetik və analitik uçot sənədləri və elektron fayllar və vergilərin hesablanması üçün lazım olan digər sənədlər) vergi orqanına təqdim edilmədiyindən yoxlamanın həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, səyyar vergi yoxlama zamanı müəssisəyə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 05.07.2018-ci il tarixli **********155584 nömrəli tələbnamə verilmiş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən 06.09.2018-ci il tarixli **********162472 nömrəli qərar qəbul edilmişdir. Lakin tələbnamə və qərar üzrə ilkin mühasibatlıq sənədləri vergi orqanına təqdim edilməmiş və bununla bağlı 27.07.2018-ci il tarixli və 11.09.2018-ci il tarixli imtina aktları tərtib edilmişdir. Cavabdeh 07 fevral 2018-ci il tarixdə iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Vergi Məcəlləsinin 16-cı, 23-cü və 43-cü maddələrinə əsasən məhkəməyə təqdim etdiyi sənədlərin götürülməsi haqqında iddia ərizəsi Vergi Məcəlləsin in 16-cı, 54-cü, 56-cı, 57-ci və 71-ci maddələrinin tələblərinə uyğun olmadığı üçün təmin edilə bilməz. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisəyə “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 05.07.2018-ci il tarixli **********155584 nömrəli tələbnamə verilmiş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən 06.09.2018-ci il tarixli **********162472 nömrəli qərar təqdim edilmişdir. Bununla əlaqədar olaraq, cavabdeh tərəfindən müvafiq cavab təqdim edilmişdir. Həmin cavab məktubu ilə bildirilmişdir ki, “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********155417 saylı 04.07.2018-ci il tarixli Qərara (bu qərara əsasən müəssisənin 01.12.2013-cü il tarixindən 31,05.2014-cü il tari xinədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir) və Vergi Məcəlləsinə (həmçinin Azərbaycan Respublikası Konstitusiya və qanunlarına) zidd olaraq (müfəttiş tərəfindən 27.07.2018-ci il tarixli imtina aktında da göstərildiyi kimi) sənədlər 01.01.2013-cü - 31 may 2015-ci il tarixləri üzrə tələb edilmişdir. Yoxlama keçirən şəxsə həmin dövrlər üzrə müvafiq qaydada “Səyyar vergi yoxlamalarının keçirilmiş olmasını, tələb edilən bütün sənədlərin həmin səyyar vergi yoxlamalarına təqdim etdiklərini, həmçinin bütün vergilərin tərəflərindən tamamilə ödənilmiş olmasını və uzun müddətin keçdiyi üçün ilkin texniki uçot sənədlərinin saxlanılmadığ ını dəfələrlə bildirmələrinə baxmayaraq, yoxlama keçirən şəxs tərəfindən onların iştirakı olmadan “Vergi yoxlaması keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********155584 nömrəli 05.07.2018-ci il tarixli Tələbnaməyə əsasən sənədlərin yoxlamaya təqdim edilməsindən imtina aktı” tərtib edərək Filialın ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Cavab məktubunda həmçinin xahiş edilmişdir ki, həmin məlumatları və yoxlanılmış dövrlər üzrə vergi öhdəliklərini tamamilə yerinə yetirilmiş olmasını və əvvəlki səyyar yoxlamalarından uzun müddət keçməsi (müddətlərin bitməsi) səbəbindən sənədlərin saxlanılmamasını nəzərə alaraq bu məsələdə onlara köməklik göstərilsin. Lakin verdikləri izahatlar nəzərə alınmamış və bununla bağlı (sənədlərin tələb edildiyi tarixlər dəyişdirilərək 01.01.2013-cü il - 31 may 2014-cüil tarixləri üzrə sənədlər tələb edilmiş)yenidən 11.09.2018-ci il tarixli imtina aktı tərtib edilmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bununla əlaqədar bildirirlər ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cii maddələrinin şərh edilməsinə dair” 8 aprel 2002-ci il tarixli Qərarına əsasən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi q anunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində... nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Məhz bu səbəblərdən, həmçinin 01.12.2013cü il tarixindən 31.05.2014-cü il tarixinədək olan fəaliyyət dövrü üzrə də bundan əvvəl müvafiq qaydada “Səyyar vergi yoxlamalarının keçirilmiş olması, tələb edilən bütün sənədlərin həmin əvvəlki növbəti səyyar vergi yoxlamalarına təqdim edilməsi, bütün vergilərin tərəflərindən tamamilə ödənilmiş olması və üzərindən 3 ildən də çox müddətin keçməsi səbəbindən texniki uçot sənədləri saxlanılmamışdır. Tələb yönəldilən sənədlərin üzrlü səbəbdən (əvvəllər növbəti səyyar vergi yoxlaması ilə əhatə olunduğundan və 3 ildən də çox müddətin keçdiyi səbəblərindən) saxlanılmadığını (hazırda da mövcud o lmamasını) və VM-nin 16-cı, 54-cü, 56-cı, 57-ci və 71-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmamasını nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-279/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: L.R.Əliyeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən dəfələrlə tələb edilsə də, həmin sənədlər cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Səyyar vergi yoxlaması keçirilərkən tələb edilmiş sənədlərin cavabdeh tərəfindən təqdim edilmədiyini, belə olan halda isə Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi orqanının sənədlərin götürülməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-267/2017 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 2-2(82)-279/2019 saylı, 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-267/2017 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmas ı anından üç il keçmişdirsə, şəxs hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Qanunun tələbinə əsasən qanun pozuntusundan üç ildən artıq müddət keçdiyi üçün Vergi orqanının tələbi icra edilə bilməz. İddia ərizəsi ilə əlaqədar məhkəməyə təqdim edilmiş etirazda qanunun bu tələbinin pozulduğu qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş yazılı etirazda iddiaçının tələbinin Vergi Məcəlləsinin 16,54, 56 və 57-ci maddələrinə əsasən, qanunun tələblərinə uyğun olmadığı göstərilməsinə baxmayaraq məhkəmə kollegiyası bunları nəzərə almamışdır. Vergi Məcəlləsinin 54.0.4-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbetmə müddətinin qurtarması vergi qanunvericiliyinin pozulmasına görə şəxsin məsuliyyətə cəlb olunma sını istisna edir. Şikayətdə qeyd edilir ki, apelyasiya şikayətində 01.01.2013-cü il tarixdən 30.05.2015ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamalarının keçirildiyi və həmin dövr üçün olan bütün sənədlər yoxlayıcıya təqdim edildiyi, həmçinin həmin dövr üçün bütün vergilər və ödənişlərin filial tərəfindən ödənilməsi barədə yoxlayıcıya sənədlərin verildiyi bildirilsə də apelyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Bununla da qeyd edilən maddi hüquq normalarının tələbləri məhkəmə kollegiyası tərəfindən pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbayca n Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işl ər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mü hakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 14.06.2018-ci il tarixli 5(001)473/2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin böyük prokuroru İlqar Səfərovun vəsatəti təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə bir sıra hüquqi şəxslərin, o cümlədən Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialının 09.12.2013-cü il tarixdən 14.05.2014-cü il tarixədək olan dövrü əhatə edən fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlanması aparılması qərara alınmışdır. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********155417 nömrəli 04.07.2018-ci il tarixli Qərarı ilə Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38ci maddələrinə əsasən səyyar vergi yoxlaması (yoxlanılan dövr: dekabr 2013-may 2014) təyin edilmişdir. Bundan sonra Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” **********15584 nömrəli 05.07.2018-ci il tarixli Tələbnamə təqdim edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilmədiyind ən vergi müfəttişi tərəfindən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********155584 nömrəli 05.07.2018-ci il tarixli tələbnaməyə əsasən sənədlərin yoxlamaya təqdim edilməsindən imtina barədə” 27.07.2018-ci il tarixli akt tərtib edilmişdir. 06.09.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********162472 nömrəli qərar qəbul edilmiş və həmin qərarda cavabdehdən 01.01.2013cü il tarixdən 31.05.2014-cü il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməsinin həyata keçirilməli olması göstərilmişdir. Cavabdeh tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmədiyindən bu barədə 11.09.2 018-ci il tarixli “Sənədlərin təqdim edilməsindən imtina barədə” akt tərtib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda h əmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-267/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-404/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-404/2019
28.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver