Məhkəmə qərarları › İş №2-2(102)-404/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-404/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-404/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən 131.945,74 manatın, 410 manat mediasiya xərcinin və 11,95 manat dövlət rüsumunun, cəmi 132.367,69 manat məbləğin iddiaçının MMC-nin xeyrinə tutulması tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2 2(106)-43/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 21 aprel tarixli, 57/20 saylı alğı-satqı müqaviləsinə əsasən bu müqavilənin şərtləri daxilində satıcı alıcıya “Əlavə”də göstərilən məhsulları satmağı, alıcı isə satın aldığı malların dəyərini bu müqaviləyə və əlavələrinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 2. 2022-ci il 17 fevral tarixli maliyyə arayışında göstərilmişdir ki, 2020-ci il 21 aprel tarixli, 57/20 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 234.836,86 manat olan mal satılmış, həmin malların dəyərindən 102.891,12 manat vəsait cəmiyyətə ödənilmişdir. Hazırda Cavabdeh cəmiyyətə 131.945,74 manat məbləğində borcu qalmı şdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq, tərəflər arasında bağlanmış 2020-ci il 21 aprel tarixli, 57/20 saylı alq-satqı müqaviləsinə əsasən sonuncunun 131.945,74 manat borcu olduğu, borcun 7 gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir.

4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2022-ci il 20 aprel tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı “alqısatqı müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 131.945,74 manat borcun, 410 manat mediasiya xərcinin və 11,95 manat ödənilmiş dövlət rüsumunun, cəmi 132.367,69 manat məbləğdə pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi yuxarıda göstərilən (bax § 1-3) hallarla əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, iddia olunan borcun məhkəməyədək ödənilməsi üçün pretenziya məktubu cavabdehə poçtla da onun ünvanına göndərilmiş və cavabdeh sənədi qəbul etmiş, lakin hər hansı ödəniş aparılmamışdır.

7. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 442, 443.1, 448.1, 448.2, 567-ci, “Mediasiya haqqında” Azərbaycan Respublika sı Qanununun(bundan sonra-“Mediasiya haqqında qanun”) 9.1-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 26-cı maddələrinə istinad edilmişdir.

8. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyul tarixli e-2-2(121)-1182/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, 131.945,74 manat borc, 410 manat mediasiya xərci və 11,95 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 132.367,69 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir(hakim İ.Cabbarov).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırki işdə iddiaçının alqı-satqı müqaviləsi üzrə cavabdehə işlərin görülməsi üçün avansın ayrılması, xidmətlərin göstərilməsi və sonuncunun ödəniş tapşırıqlarına əsasən pul vəsaitini alması, o cümlədən, qaimə-faktural ara və aktlara əsasən işlərin görülməsi işin mübahisəsiz halını təşkil edir.

10. Tərəflər arasında 2020-ci il 21 aprel tarixli, 57/20 saylı alqı-satqı müqaviləsi (bundan sonra-“57/20 saylı alqı-satqı müqaviləsi”) bağlanmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya cəmi 131.945,74 manat məbləğində borcu qalmışdır. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməmiş, tərəflər arasında bağlanılmış 57/20 saylı alqı-satqı müqaviləsinə əsasən 131.945,74 manat borcun olduğu iş materialları ilə tam sübuta yetirilir. Belə olan halda cavabdehdən 131.945,74 manat borc iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 567, 599.1, 599.3-cü, MPM-in 14.2, 77.1, 119.1-ci, “Mediasiya haqqında” Qanunun 3.4, 36.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(106)-43/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən-məruzəçi hakim T.Kərimov, hakimlər P.Əhmədov və C.İmanov).

14. Apellyasiya instansiya məhkə məsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və göstərmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

15. Tərəflər arasında 2020-ci il 21 aprel tarixində bağlanmış müqavi ləyə əsasən satıcı tərəfindən müqaviləyə əlavədə göstərilən məhsulların (mal) alıcıya satılması, alıcı tərəfindən isə malların dəyərinin müqaviləyə və əlavələrə uyğun olaraq ödənilməsi müqavilənin predmetini təşkil etmişdir(1.1-ci bənd). Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə alıcıya satılacaq hər bir mal partiyası üzrə malların adı, qiyməti, ödəniş və çatdırılma şərtləri və miqdarı bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə Razılaşma ilə müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı satın aldığı malların dəyərini Əlavə Razılaşmada göstərilmiş şərtlərə uyğun olaraq satıcıya köçürmə yolu ilə ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar əlavə Razılaşmada göstərilən şərtlərdə alıcıya təhvil verilir. Malın təhvili qaimə-fakturalar ilə rəsmiləşdirilir.

16. İşin materiallarına əlavə edilmiş elektron qaimələrdən və "Azərbaycan Sənaye Bankının" internet bankçılıq elektron qəbzlərindən görünür ki, satıcı (iddiaçı) tərəfindən müxtəlif çeşidlərdə kübrə məhsulları alıcıya (cavabdeh) göndərilmiş, alıcı tərəfindən alınan malların dəyəri qismən köçürmə yolu ilə ödənilmişdir.

17. İşin materiallarına əlavə edilmiş 2021-ci il dövrü üçün iddiaçı (satıcı) ilə cavabdeh(alıcı) arasında tərtib olunaraq təsdiq edilmiş üzləşmə aktından görünür ki, alıcının almış olduğu mallara görə 2021-ci il 31 dekabr tarixinə borcu 131.945,74 manat təşkil etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarına əsasən belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı ilə 2020-ci il 21 aprel tarixdə bağlamış olduğu “alqısatqı” müqaviləsi üzrə almış olduğu malların qarşılıqlı üzləşmə aktına əsasən razılaşdırılmış qalıq dəyərini ödəmək öhdəliyini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü öhdəliklərinin icrasından ibarət tələbi qanunvericilik baxımından tam əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

19. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1952-ci il 20 mart tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə, MPM-in 6.2, 14.1, 14.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh tərəfindən həmin qətnamədən verilən kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) cavabdehin kassasiya şikayətinin dəlilləri

21. MM-nin 385, 386, 442, 448, 560 və 567-ci maddələri pozulmuşdur- məhkəmə öhdəlik və alqı-satqı ilə bağlı normaların tələblərini pozmuşdur. Belə ki, onun ddiaçıya qeyd olunan məbləğdə borcum yoxdur, iddiaçı ilə müqavilə bağlamış və MMC-dən müəyyən məhsullar almışdır. Onun MMC-yə borcum var, lakin borcum tələb olunan məbləğdə deyildir. Həmin məhsulların dəyərindən xeyli ödənişlər etmişdir və ödənişə dair sənədləri vardır. Lakin, məhkəmə onun ödənişlərimi nəzərə almamışdır. Məhkəmə öhdəliklə və alqı-satqı ilə bağlı münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. İş üzrə ekspertiza təyin olunması barədə iki dəfə məhkəməyə vəsatətlər təqdim etmiş, lakin vəsatətlərinə qiymət verilməmiş, vəsatəti ilə bağlı qərardad qəbul edilməmişdir. Halbuki, borcun hesablanması xüsusi bilik tələb edir. Məhkəmənin borcu hesablamaq səlahiyyəti yoxdur. Lakin əsassız olaraq məhkəmə ekspertiza təyin etməmişdir. Həmçinin, işə birinci instansiya məhkəməsində baxılarkən həbsdə olmuş və onun iştirakı olmadan işə baxılmamışdır. Sonradan apellyasiya məhkəməsində isə vermiş olduğu vəsatətləri təmin olunmamışdır.

22. MPM -nin 9, 14, 77, 88 və 97-ci maddələri pozulmuşdur. məhkəmə prosesləri çəkişmə prinsipinə riayət olunmaqla aparılmamış, həbsdə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməmişəm. Sübutlara düzgün hüquqi qiymət verilməmiş, sübutlar tam araşdırılmamış, məhkəmə araşdırması çəkişmə prinsipi əsasında aparılmamışdır. Vəsatətləri əsassız olaraq təmin olunmamışdır. Vəsatətinin təmin olunmaması barədə hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə sübutlara obyektiv və qərəzsiz qiymət verməmiş, sübutlar tam olaraq araşdırılmamışdır. İş üzrə ekspertiza tədqiqatı keçirilməsi barədə vəsatətlər təqdim etmiş, lakin vəsatətləri əsassız olaraq təmin olunmamış, ekspertiza təyin olunmamışdır. Vəsatətləri əsassız olaraq təmin olunmamışdır. Ekspertizadan imtina barədə qərardad qəbul edilməmişdir. Ekspertizan ın hansı əsaslarla keçirilməməsi barədə məlumatı yoxdur. Ekspert rəyi sübut növlərindən biridir, lakin məhkəmə ekspertiza keçirməyərək sübutları tam tədqiq etmədən ədalətli qətnamə qəbul etməmişdir. Əgər ekspertiza tədqiqatı keçirilmiş olsaydı bu zaman real borcun məbləği müəyyən olunmuş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yox lanılacaqdır(MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülk iyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

28. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1952-ci il 20 mart tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə görə Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı dır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıc ı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”

30. Mediasiya haqqında Azərbaycan R espublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Mediasiyanın tətbiq dairəsi... 3.4. Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır....” “Maddə

36. Mediasiya xərcləri... 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir....”

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

34. Cavabdeh kassasiya şikayətində maddi hüquq normalarının pozulmasına dair dəlillərində ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, iddia olunan borcun miqdarının müəyyən edilməsi üçün ekspe rtiza təyin etməmişdir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutların kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər.

36. İşin materiallarından görünür ki, cavabdehin ekspertiza təyin olunması haqqında vəsatəti apellyasiya instansiyası məhkəməsində 2023-cü il 19 aprel tarixində keçiri lən məhkəmə iclasında müzakirə edilmiş və təmin edilməmişdir.

37. Nəzərə alınmalıdır ki, MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə cavabdeh m üvafiq üzləşmə aktını imzalamaqla (i.v 129), 2021-ci il 31 dekabr tarixinə borcunun 131.945,74 manat olmasını təsdiq etmişdir. İş üzrə cavabdeh, işə birinci instansiya qaydasında baxılarkən həbsdə olması səbəbindən məhkəmə araşdırmasında iştirak edə bilməsə də, apellyasiya şikayəti verərkən, eləcə də apellyasiya qaydasında işə baxılarkən, borcunun üzləşmə aktı ilə təsdiq etdiyi məbləğdə deyil, daha az olmasına dair zəruri və mötəbər süğutları məhkəməyə təqdim etməmiş, iddiaçıya olan borcunun konkret olaraq nə qədər təşkil etməsini göstərməmişdir.

39. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiy a şikayəti isə təmin edilməməlidir.

41. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 aprel tarixli 2-2(106)-43/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov M.T.Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar