Məhkəmə qərarları › İş №2-2(102)-405/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-405/2019

07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-405/2019 07.08.2019 ALİ MƏHKƏMƏ 2-2(102)405/ 19 QƏRARDAD (kassasiya şikayətinin qaytarılması barədə) Bakı şəhəri xxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dadaşov Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən X1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(82)391/2018 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlər “X3 ” LTD şirkətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqısatq ı müqaviləsinin ləğv edilməsi, reyestrdın çıxarışın ləğv edilməsi, torpaq sahəsinə yeni çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməmişdir (hakim E.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-136/2019 saylı qətnaməsi ilə (H.Həmidov sədrlik edən-məruzəçi, hakimlər E.Nağıyeva və V.Baxışova) Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən X1 və vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarıl ması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, şikayətin icraata qəbulundan imtina edilməli, iş şikayətin qaytarılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 403.1 və 403.2-ci maddələrinə əsasən apellya siya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. İş materiallarından da göründüyü kimi X1 hazırkı iş üzrə tərəf yaxud üçüncü şəxs olmadığından, apellyasiya məhkəməsinin qətnaməsindən müstəqil olaraq kassasiya şikayəti vermək hüququna malik deyildir. X1, işdə iştirak etməyə cəlb olunmayan, qəbul edilmiş məhkəmə aktı ilə maraqlarına toxunulduğunu təsdiq edən sübutları əlavə etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə, apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verilməsi üçün müraciət edə bilər. Məcəllənin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.— 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Qeyd edilənlərə və Azərbaycan Respublikası MPM-nin 402, 403.1, 403.2-ci və 408.2-ci maddələrinə əsasən Qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən X1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması üçün iqtisadi iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar