Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-405/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə haqqı tələbi, müqavilə tələbləri üzrə iddia müddəti, iddia müddətinin tətbiq edilməsi qaydası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Məmmədli Bəhram Məmməd oğlundan tərkibdə, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-97/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh MMC (icarəçi) ilə İddiaçı MMC (icarəyəverən) arasında 2014-cü il 6 yanvar tarixli 01 nömrəli, 2015-ci il 7 yanvar tarixli 02 nömrəli, 2016-cı il 5 yanvar tarixli 03 nömrəli, 2017-ci il 5 yanvar tarixli 04 nömrəli, 2018-ci il 5 yanvar tarixli 03 nömrəli, 2019-cu il 6 yanvar tarixli 03 nömrəli, 2020-ci il 7 yanvar tarixli 03 nömrəli, 2021-ci il 6 yanvar tarixli 03 nömrəli, 2022-ci il 5 yanvar tarixli 09 nömrəli icarə müqavilələri imzalanmışdır.
2. Həmin müqavilələrə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrində göstərilən nəqliyyat vasitələri və X1nı işçi heyəti ilə təmin etməklə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. 3. 2014-cü il 6 yanvar tarixli 01 nömrəli müqaviləyə əlavəyə əsasən 163.697,78 manat, 2015-ci il 7 yanvar tarixli 02 nömrəli müqaviləyə əlavəyə əsasən 190.992,52 manat, 2016cı il 5 yanvar tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 171.202,66 manat, 2017-ci il 5 yanvar tarixli 04 nömrəli müqaviləyə əlavəyə əsasən 153.027,12 manat, 2018-ci il 5 yanvar tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 192.705,80 manat, 2019-cu il 6 yanvar tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 198.040,58 manat, 2020-ci il 7 yanvar tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 211.696,72 manat, 2021-ci il 6 yanvar tarixli 03 nömrəli müqaviləyə əlavəyə əsasən 170.164,26 manat, 2022-ci il 5 yanvar tarixli 09 nömrəli müqaviləyə əlavəyə əsasən 177.244,26 manat yekun ödəniləcək məbləğ tərəflər arasında razılaşdırıl mış, hər iki tərəfin möhürü ilə təsdiq edilmişdir. 4. 2018-ci il 5 yanvar tarixli müqaviləyə əlavə 1-də, 2019-cu il 6 yanvar tarixli müqaviləyə əlavə 1-də, 2020-ci il 7 yanvar tarixli müqaviləyə əlavə 1-də, 2021-ci il 6 yanvar tarixli müqaviləyə əlavə 1-də, 2014-cü il 6 yanvar tarixli müqaviləyə əlavə 1-də, 2015-ci il 7 yanvar tarixli müqaviləyə əlavə 1-də, 2016-cı il 5 yanvar tarixli müqaviləyə əlavə 1-də, 2017-ci il 5 yanvar tarixli müqaviləyə əlavə 1-də Cavabdeh MMC-nin istifadəsinə verilmiş texnikaların siyahısı razılaşdırılmış, müqaviləyə əlavə 1-lər "xxxx" MMC və İddiaçı MMC-nin möhürləri ilə təsdiq edilmişdir.
5. Bakı “11” saylı Mediasiya Təşkilatının 2022-ci il 19 dekabr tarixli arayışına əsasən 400 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 24 yanvar tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanılmış icarə müqavilələrinə əsasən yaranmış 1.221.941 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 2014-cü il 6 yanvar, 2015-ci il 7 yanvar tarixli, 2016-cı il 5 yanvar, 2017-ci il 5 yanvar, 2018-ci il 5 yanvar, 2019-cu il 6 yanvar, 2020-ci il 5 yanvar və 2021-ci il 5 yanvar tarixli X1nın icarəsi müqavilələrinə əsasən iddiaçı tərəfindən ona məxsus kənd təsərrüfatı texnikaları cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh bu günədək texnikadan istifadə yə görə icarə haqqı ödəməmiş, dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə icarə haqqını könüllü ödəməkdən yayınmışdır. Bağlanmış 2019-cu il 21 avqust tarixli üzləşmə aktı ilə cavabdeh 2022-ci il 31 dekabr tarixinədək texnikadan istifadəyə görə 1.034.697 (ƏDV: 123.743,16) manat məbləğində borclarının olmasını etiraf edərək yaxın vaxtlarda borclu qaldıqları pul məbləğini ödəyəcəklərini vəd etmişlər. Lakin bu müddət ərzində borclarını ödəməmişlər. Cavabdehə müqavilələr üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə bildiriş (pretenziya) göndərilməklə xəbərdarlıqlar edilməsinə baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmiş, müraciətləri cavabsız qalmışdır. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla mediasiya şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasında iştirak etsə də, sonra prosesin davam etdirilə bilməməsi barədə 2022-ci il 19 dekabr tarixli MŞB /11-01382 saylı arayışı ilə rəsmiləşdirilmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili yazılı etiraz təqdim edərək, iddiaçının iddianın əsası kimi göstərdiyi bütün əqdlərin əhəmiyyətsiz olduğu üçün heç bir hüquqi nəticə yaratmadığını, mübahisəyə iddia müddəti tətbiq olunmasını və iddia müddətinin keçməsinin nəzərə alınmasını xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 iyun tarixli e-2-2(113)-1007/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 347.408,52 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – A.Əliyeva).
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin nümayəndəsi və vəkilinin etirazları əsassızdır. Belə ki, cavabdehin tərəflər arasında imzalanmış müqavilə üzrə borcunun olması hər iki müəssisənin təsdiq etdiyi aktlarla sübuta yetirilir. Bu baxımdan iddiaçı tərəfindən sadalanan texnikaların təhvil-təslim edilməsi barədə aktların və s. sənədlərin məhkəməyə təqdim edilməməsi iddia tələbinin rədd edilmə əsası kimi qəbul edilə bilməz. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili müqavilələrin uydurma əqd olduğunu bildirsə belə, həmin halları məhkəmədə sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi qanuni və əsaslıdır.
11. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkə mə bildirmişdir ki, tərəflər arasında imzalanmış müqavilələr üzrə iddia müddəti hesablanarkən üç illik iddia müddəti nəzərə alınmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən 2023-cü il 24 yanvar tarixində məhkəməyə müraciət edildiyindən tərəflər arasında imzalanmış 2014-cü il 6 yanvar, 2015ci il 7 yanvar, 2016-cı il 5 yanvar, 2017-ci il 5 yanvar, 2018-ci il 5 yanvar, 2019-cu il 6 yanvar, 2020-ci il 7 yanvar tarixli icarə müqavilələri üzrə iddia müddəti tətbiq edilməli və iddia tələbi qeyd edilən müqavilələrə münasibətdə rədd edilməlidir.
12. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 2020-ci il 7 yanvar tarixli X1 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsinə iddia müddətinin şamil edilib-edilməməsi məsələsi araşdırılarkən məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə tərəflər arasında mediasiya sessiyası ilə bağlı qeyd edilən halları sübuta yetirəcək sübutlar tələb edilsə də, həmin sənədlərin iş materiallarına əlavə edildiyi bildirilmiş, lakin həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə tərəflər arasında keçirilmiş mediasiya sessiyasının yekunları barədə arayış təqdim edilmişdir ki, qeyd olunan arayışdan isə tərəflər arasında mediasiya sessiyasının hansı tarixdən etibarən başlaması məlum olmur. Belə olan halda isə məhkəmə 2021-ci il 6 yanvar tarixli X1 və Nəqliyyat vasitələrinin 03 saylı icarə müqaviləsi üzrə 170.164,26 manat və 2022-ci il 5 yanvar tarixli 09 nömrəli X1 müqaviləsi üzrə 177.244,26 manat ödənilməli olan məbləğləri nəzərə alaraq hesab etmişdir ki, cəmi 347.408,52 manat cavabdehdən id diaçının xeyrinə tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 340.1, 372.1, 373.2, 375.2, 377.1, 377.3, 379.4-1, 385.1, 442, 443.1, 448.1, 700.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 32.4.2, 35.1, 35.2-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş e tmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-97/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr icarə müqavilələri adlandırılsa da, müqavilənin şərtlərindən görünür ki, iddiaçı cavabdehə müqaviləyə əlavələrdə nəzərdə tutulmuş nəqliyyat vasitələrini və X1nı icarəyə verməklə yanaşı eyni zamanda cavabdehi işçi heyəti ilə təmin edərək xidmət göstərməyi üzərinə götürmüşdür.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi yalnız 2021 -ci il 6 yanvar tarixli 03 saylı icarə müqaviləsi üzrə 170.164,26 manat və 2022-ci il 5 yanvar tarixli 09 saylı müqavilə üzrə 177.244,26 manat borcun tutulması hissəsində təmin, qalan müqavilələr üzrə borc tələbləri ilə bağlı hissələrdə isə iddia müddəti ötürüldüyündən cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq edilərək rədd edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 2022-ci il 5 yanvar tarixli 09 saylı icarə müqaviləsinə “Əlavə 2” adlı sənəddə 2022-ci ildə iddiaçı tərəfindən görülmüş iş və xidmətlərin dəyəri əmək haqqı xərcləri, təmir xərcləri nəzərə alınmaqla ƏDV daxil 177.244,26 manat müəyyən edilmişdir. 2021-ci il 6 yanvar tarixli 03 saylı icarə müqaviləsinə “Əlavə 2” adlı sənəddə 2022-ci ildə iddiaçı tərəfindən görülmüş iş və xidmətlərin dəyəri əmək haqqı xərcləri, tə mir xərcləri nəzərə alınmaqla ƏDV daxil 170.164,26 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən üzləşmə aktı kimi qiymətləndirilən həmin əlavələrin hansı tarixdə tərtib edildiyi qeyd edilməsə də, cavabdeh tərəf qeyd edilən əlavələri imzalamaqla qarşı tərəfə göstərilmiş xidmətə görə ödəniləcək borcu etiraf etmişdir.
19. Həmçinin, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində müqavilələrin uydurma əqd olduğunu bildirsə də, bu faktı hər hansı sübutla təsdiq edə bilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına istinad etməklə əsaslandırmışdır (bax §13).
21. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun iddianın təmin olunmuş hissəsində ləğv, iddianın tam rə dd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. MM-in 337.3, 337.4, 340.1, 340.2-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 18 mart tarixli Qərarı üzrə - Uydurma əqdi yalan əqddən fərqləndirən əsas əlamət odur ki, o, yalnız görünüş üçün bağlanır və bağlanmasında ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmur. Yalan əqd isə yalnız görünüş üçün bağlanmır. Belə əqd tərəflərin faktiki razılaşdığı başqa əqdi pərdələmək niyyəti ilə bağlanır. Cavabdeh etirazlarında əqdlərin “yalan” olduğu üçün deyil, “uydurma” olduğu üçün əhəmiyyətsiz sayıldığı dəlilini irəli sü rmüş, onların başqa bir əqdi pərdələmək niyyəti ilə bağlandığını bildirməmişdir. Ona görə də, məhkəmənin əsaslandığı müqavilələrin əslində hansısa başqa əqdi pərdələmək niyyəti ilə bağlandığının cavabdeh tərəfindən sübut edilməsinə heç bir gərək olmamışdır və məhkəmənin belə mövqeyi tamamilə əsassızdır.
23. MM-in 387.1, 387.2, 441.1, 441.2-ci maddələri üzrə - İddiaçı tərəfindən öz öhdəliklərinin icrasını təsdiq edən hər hansı bir akt tərtib edilməmiş, cavabdehə qaimə hesab-faktura, pul tələbinin ödənilməsi barədə bildiriş, elektron hesab-faktura (invoys) təqdim edilməmişdir. Habelə, tərəflərin mühasibat uçotu hesabatlarında bir-birinə debitor və ya kreditor borcu qeyd olunmamışdır. İddiaçı öz tələbini əsaslandırmaq üçün məhkəməyə müqavilə üzrə öz öhdəliklərini faktiki yerinə yetirdiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Yəni iddiaçının bu halları sübut edə bilməməsi müqavilələrin əhəmiyyətsiz olduğunu təsdiq edir. Eləcə də iddiaçının öz öhdəliklərinin icrasını sübut edə bilməməsi onun tələbinin əsassız olduğunu təsdiq edir. Apellyasiya instansiya məhkəməsi cavabdehin bu arqumentinə ümumiyyətlə münasibət bildirməmişdir.
24. MPM-in 9.1, 9.3, 10-1.3, 77.1, 78.1-1, 88, 89.3, 217.4, 217.5-ci maddələri üzrə Apellyasiya məhkəməsi işi düzgün araşdırmamış, iş materialında olan sənədlərə düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində 2019-cu il 21 avqust tarixli üzləşmə aktının mövcudluğunu qeyd etmiş və yalnız həmin akta əsasən cavabdehin borcunu etiraf etdiyini iddia etmişdir. Lakin birinci instansiya məhkəməsində icraat zamanı hakimin və cavabdehin tələbinə baxmayaraq həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi həmin mövcud olmayan aktı sübut kimi qəbul edərək qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini düzəltmək istəyərək həmin aktın Əlavə 2 adlı sənədlər olduğunu bildirmişdir. Halbuki, həmin Əlavə 2 adlı sənədlərdə icarə haqqı deyil, cavabdeh tərəfindən yerinə yetirilməli olan işlərin həcmi və dəyəri göstərilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin borcu olması faktını işə aidiyyatı olmayan sübutla təsdiq etmişdir.
25. MPM-in 386, 418.1, 418.2, 418.3-cü maddələri üzrə - Apellyasiya instansiya məhkəməsinin qeyd olunan prosessual hüquq normalarına əməl etməməsi, tərəflərin faktiki münasibətlərinə və işdəki sü butlara, habelə maddi hüquq normalarına uyğun gəlməyən nəticə çıxarması, sonda qanunsuz qətnamə qəbul etməsinə səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, hər iki tərəfin təsdiq etdiyi müqavilə, görülən işin təsdiqinə dair sənədlər məhkəməyə təqdim edilmiş, hər iki məhkəmə instansiyası bu sənədləri sübut kimi qəbul etmişdir. Müqavilələrin bağlanmasına və tərəflərin imzası ilə təsdiq edilməsinə dair hər hansı şübhə yoxdur. Cavabdehin kassasiya şikayəti qəbul edilmiş qətnamənin icra prosesini yubatmaq xarakteri daşıyır. Kassasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyə ti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhd əliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....”
30. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, cavabdehin hazırkı kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniməzmunlu olmaqla, həmin dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə ap arılmış və məhkəmənin mövqeyi əsaslandırılmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətində apellyasiya məhkəməsinin mövqeyini təkzib edən əlavə tutarlı dəlillərə istinad edilmədiyini nəzərə alaraq, apellyasiya məhkəməsi tərəfindən hazırkı qərarın 16-19-cu bəndlərində verilmiş hüquqi qiymətləndirmə ilə razılaşır və kassasiya şikayətinin analoji dəlilləri, habelə iddiaçının etirazının dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə də razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
35. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegi yası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-97/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.