Məhkəmə qərarları › İş №2-2(102)-405/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-405/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-405/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və X3dan ibarət tərkibdə, iddiaçının cavabdehə qarşı “borcun silinməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 mart tarixli 2-2(107)-57/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Abonentin saldosu ndan iddiaçı (istixana) 50.300,88 manat borcunun mövcud olduğu müəyyən edilmişdir. 2. 2021-ci il 19 yanvar tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Elster G-650 TRZ EK-220 markalı 83047923 nömrəli sayğacda qüsurlar aşkar edilmişdir. Belə ki, sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkarlanmışdır. Bu o deməkdir ki, sayğac keçən qazın sərfini qeydə almır. Həmin akt X4 tərəfindən imzalanmışdır. 3. 2021-ci il 19 yanvar tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 356.918 kub metr itirilmiş qaz müəyyən edilmiş (əsas: 2021-ci il 19 yanvar tarixli ******* nömrəli akt) və həmin qazın bərpası üçün hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. 4. 2021-ci ilin yanvar ayında yuxarıda q eyd olunan aktla hesablanmış və itirilmiş qazın dəyəri olaraq 71.383,60 manat qeyd edilmişdir (2023-cü il 4 dekabr tarixinə olan **********00060 nömrəli abonent kodu üzrə abonent saldosu).

5. Cavabdeh İddiaçı qarşı əvvəllər “təbii qazdan istifadəyə görə yaranmış 50.300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50.700,88 manat borcun tutulması” tələbinə dair məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 5 fevral tarixli e-2-2(117)-49/2024 qətnaməsi ilə həmin tələb rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 may tarixli 2- 2(107)-42/2024 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və İddiaçı 21.836,20 manat debito r borcu, 200 manat ödənilmiş rüsum xərcinin alınaraq Cavabdehə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 24 oktyabr tarixli 2-2(102)- 551/2024 nömrəli qərarı ilə Cavabdeh həmin qərardan kassasiya şikayəti təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 2024-cü il 9 sentyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2021-ci il 12 yanvar tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əsassız hesabladığı 71.383,60 manat borcun 28.464,58 manat hissəsinin iddiaçının hesabından silinməsi, qanunsuz cərimədən ödətdirilmiş 42.919,02 manat pulun və dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsində 2021-ci il 12 yanvar tarixində yoxlama keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq isə iddiaçının iştirakı olmadan ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və akt əsasında 2021-ci il 19 yanvar tarixli qərarla 71.383,60 manat cərimə hesablanmışdır. Buna səbəb isə əsassız olaraq sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçasının aşkar edilməsi olmuşdur. Cərimə yazıldıqdan sonra isə qazın verilməsi dayandırılmışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsi ndə sahibkar kimi kənd təsərrüfatı və pomidor məhsulları yetişdirilməsi ilə məşğuldur və soyuq aylarda məhsulun yetişməsi üçün daim istiliyə ehtiyac var. İstiliyin təmini üçün isə paralel şəkildə ən çox mazut yanacağından və qazdan istifadə olunur. Cərimə yazılan vaxt istixanada yetişdirilən məhsulların məhv olmaması üçün iddiaçıya qanunsuz yazılmış cərimənin müəyyən hissəsinin ödətdirilmək şərtilə cavabdeh qazı bərpa etmişdir. Məhkəmə araşdırmaları zamanı da müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində cavabdehin apardığı yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Bununla belə cavabdeh iddiaçıya tətbiq etdiyi 71.383,60 manat cərimənin 42.919,02 manat hissəsi ni qanunsuz olaraq ödətdirməyə nail olmuşdur. Həmin cərimənin 28.464,58 manat hissəsi isə cavabdehin sahibkara qarşı irəli sürdüyü 50.300,88 manat borc tələbinin bir hissəsini təşkil etmişdir.

8. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin əməkdaşlar tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektinə baxış keçirilmiş və baxış zamanı təbii qazdan istifadə qaydalarının pozulması aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və iddiaçı cərimə edilmişdir. İddiaçı həmin cərimənin bir hissəsini ödəmiş, tərəflər arasında razılaşma protokolu tərtib edilmişdir.

9. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 17 dekabr tarixli e-2-2(117)-1315/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 2024-cü il 19 yanvar tarixli ******* nömrəli akt əsasında hesablanmış 71.383,6 manat məbləğdən ödənilməyən 28.464,58 manat borcun iddiaçının abonent hesabından silinməsi, cavabdeh tərəfindən 2024-cü il 19 yanvar tarixli ******* nömrəli akt əsasında qanunsuz hesablanmış 71.383,6 manat məbləğdən iddiaçı tərəfindən ödənilmiş 42.919,02 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).

10. Məhkəmə qeyd etmişdir ki, 2021-ci il 19 yanvar tarixli ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt qanunvericiliyin tələblərini pozulmaqla tərtib edildiyindən, onun qanunsuz olması məhkəmə qərarları ilə təsdiq edilmişdir. Bu səbəbdən həmin fakta münasibətdə göstərilən aktın qanunsuzluğunun təsdiq edilməsi üçün əlavə araşdırılma aparılmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə, bir mülki iş üzrə qanun i qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

11. Sadəcə olaraq tərəflər arasında əvvəllər olmuş mübahisə üzrə məhkəmə qərarlarında iddiaçı tərəf hazırkı iş üzrə cavabdeh olmuş və məhkəmələr müvafiq iddia tələbinə münasibətdə mübahisəni həll etmişdir. İddia tələbinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında əsassız hesablanmış 71.383,60 manat borcun 28.464,58 manat hissəsinin hazırkı iş üzrə iddiaçının hesabından silinməsi” hissəsinə münasibətdə məhkəmə bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 may tarixli 2-2(107)-42/2024 nömrəli qərarından göründüyü kimi, həmin 28.464,58 manat məbləğinin qazdan qanunsuz istifadəyə görə hesablanmış borc məbləği olduğu öz təsdiqini tapmış və iddia həmin hissədə əsassız hesab olunmuş və təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 24 oktyabr tarixli 2-2(102)-551/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmələr əsassız hesablanmış borca münasibətdə o qənaətə gəlmişdir ki, abonent saldosunda borc məbləği əks olunsa belə, aparılmış yoxlama qanunvericiliyin tələblərini pozaraq tərtib edildiyindən və yaranma əsası olan hərəkət qanunsuz olduğundan, həmin borcun konkret məbləğini hesablamağa ehtiyac yoxdur və iddia ümumiyyətlə həmin aktın nəticəsində hesablanmış borc məbləğinin tutulması hissəsində əsaslı olmamışdır.

13. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfi ndən 2024cü il 21 may tarixli 2-2(107)-42/2024 nömrəli məhkəmə aktında “0279396 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında əsassız hesablanmış 71.383,60 manat borcun 28.464,58 manat hissəsi”nə münasibət bildirilmişdir. Belə ki, qeyd olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi, bu səbəbdən də akt əsasında hesablanmış 28.464,58 manat borcun hazırkı iş üzrə cavabdeh tərəfindən tələb olunması haqlı hesab edilməmişdir.

14. Məhkəmə sözügedən yuxarı instansiyada qüvvədə qalmış məhkəmə aktını əsas götürərək, iddiaçının tələbinin “mübahisə predmeti olan akt əsasında hesablanmış 28.464,58 manat borcun onun hesabından silinməsi” hissəsi əsaslı və qanuni olduğu üçün təmin edilməsi qənaətinə g əlmişdir.

15. Bundan əlavə iddiaçı həmin akt əsasında hesablanmış qanunsuz cərimədən ödətdirilmiş 42.919,02 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, 2023-cü il 4 dekabr tarixinə olan **********00060 nömrəli abonent kodu üzrə abonent saldosundan müəyyən olunanlara görə, 2021-ci ilin yanvar ayında 2021-ci il 19 yanvar tarixli ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla hesablanmış və itirilmiş qazın dəyəri olaraq 71.383,60 manat qeyd olunmuşdur. Həmin abonent saldosundan görünür ki, bundan sonra nəzərdə tutulan akt əsasında hesablanmış 71.383,60 manat borcdan 2022-ci ilin yanvar ayında 28.464,58 manat borc qalmışdır. Belə görünür ki, iddiaçı həmin borcdan 42.919,02 manat (71.383,60-28.464,58=42.919,02) ödəniş etm iş və həmin akt üzrə 28.464,58 manat borcu qalmışdır. Abonent saldosunda ümumi borc olaraq qeyd edilən 50.300,88 manat borcun 21.836,30 manat hissəsi apellyasiya məhkəməsinin müvafiq qərarına əsasən sayğac göstəricisinə əsasən hesablandığından, hazırkı iş üzrə iddiaçıdan tutulmuş, qalan 28.464,58 manat isə müvafiq akt əsasında yazılmış borc üzrə ödənilmiş məbləğdən ödənilməyən borcdur.

16. İddiaçı həmin məbləğin cavabdehə ödənilməsini onunla əsaslandırmışdır ki, cərimə yazılan vaxt istixanada yetişdirilən məhsulların məhv olmaması üçün ona qanunsuz yazılmış cərimənin müəyyən hissəsini ödətdirmək şərtilə cavabdeh qazı bərpa etmişdir.

17. Məhkəmə təqdim edilmiş sübutlara hərtərəfli yanaşaraq müəyyən etmişdir ki, 2021-ci il 19 yanvar tarixli ******* nömrəli akta əsasən 71.383,60 manat borc he sablanmışdır. Qüvvədə olan məhkəmə qərarları ilə həmin aktın qanunvericiliyin tələblərinə əməl edilməməklə tərtib olunduğu və bu səbəbdən hazırkı iş üzrə cavabdehin həmin akta əsasən hesablanmış məbləği iddiaçıdan tələb etməkdə haqlı olmadığı qənaətinə gəlinmişdir.

18. İddiaçı ona aktla yazılmış 71.383,6 manat borcun 42.919,02 manat hissəsini ödəmiş olsa belə, həmin borc qanunvericilik pozularaq tərtib edilmiş akt əsasında yarandığı üçün, məhkəmə iddiaçının ödəmiş olduğu 42.919.02 manat məbləğin cavabdehdən tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir.

19. İddiaçıya münasibətdə tərtib olunmuş 71.383,6 manat məbləğində “təbii qazdan istifadə qaydalarının pozulmasına dair” akt qanunvericiliyin tələbinə uyğun tərtib edilməmiş, ona görə onun iddia üçün hər hansı bir mənfi hüquqi nəticəsi ola bilməz.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 386, 442 və 448-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 13.2-1 və 13.8-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.1 və 2.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 2.11-2, 3.1.11, 5.1, 5.2, 5.5, 5.6 və 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 80, 81 və 82-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın qismən, yəni 42.919,02 manat hissədə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 mart tarixli 2-2(107)-57/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatora aid olunması qət edilmişdir (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və Z.Sadiqov).

23. Apellyasiya məhkəməsi apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin 42.919.02 manat pulun tutulması hissəsini mübahisələndirir.

24. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası şikayətin “ödənilmiş borcun razılaşm a protokoluna əsasən ödənilməsi” ilə bağlı dəlillərini əsassız hesab edərək bildirmişdir ki, tərəflər arasında 2021-ci il 15 yanvar tarixli razılaşma protokolu olmuş, daha sonra isə hazırkı iş üzrə iddiaçıya 2021-ci il 19 yanvar tarixli ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş, daha sonra isə həmin aktın qanunvericiliyin tələbləri pozularaq tərtib edildiyi müəyyən olunmuşdur.

25. Belə ki, hazırda qanuni qüvvəsini almış və iş üzrə preyudisiallıq daşıyan qətnamələrdən görünür ki, cavabdeh digər işdə hazırkı iş üzrə iddiaçıya qarşı “təbii qazdan istifadəyə görə yaranmış 50.300,88 manat əsas borcun, 400 manat ödənilmiş rüsum xərcləri olmaqla, ümumilikdə 50.700,88 manat borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qərarı ilə hə min tələb rədd edilmişdir. Belə ki, məhkəmə “hazırkı iş üzrə cavabdeh tərəfindən hesablanmış borcun yaranmasının əsasları qanunsuz olduğundan, qanunun tələblərini pozmaqla yoxlama aparıldığından, həmçinin tələb olunan 50.300 manat məbləği qanunun tələblərinə uyğun olmayan aktla hesablanmış 71.383,6 manat məbləğindən az olduğundan və hər hansı pozuntunun iddia üzrə cavabdehin təqsiri ucbatından baş verməsi faktı iddiaçı tərəfindən sübuta yetirilmədiyindən” iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

26. Hazırkı iş üzrə cavabdehin həmin qətnamədən apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilmiş və hazırkı iş üzrə iddiaçıdan 21.836,20 manat debitor borcu, 200 manat ödənilmiş rüsum xərcinin alınaraq hazırkı üzrə cavabdehə ödənilməsi qət olunmuşdur. Məhkəmə o qənaətə gəlmişdir k i, “iddiaçının cavabdehdən tələb etdiyi 50.300,88 manat borcun 21.836,30 manat hissəsi sayğac göstəricisinə, yəni istifadə edilmiş qaz sərfiyyatına görə yaranmış, 28.464,58 manat hissəsi isə qazdan qanunsuz istifadəyə görə hesablanmış borc məbləğidir. Bu faktlar təqdim olunmuş abonentin saldosu ilə öz təsdiqini tapır”. Bu baxımdan kollegiya hesab etmişdir ki, “istehlakçı (indiki halda cavabdeh) sayğac göstəricilərinə uyğun olaraq istifadə etdiyi qaza görə hesablanmış məbləğini ödəməyə borcludur”.

27. Hazırkı iş üzrə cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il 24 oktyabr tarixli 2-2(102)- 551/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxl anılmışdır.

28. Qanuni qüvvəsini almış qərarlar ilə 2021-ci il 19 yanvar tarixli ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt qanunsuz hesab olunmuşdur. Artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə qanunsuz hesab edilmiş aktda itirilmiş qazın dəyəri olaraq 71.383,60 manat qeyd olunmuşdur. İddiaçı tərəfdə məhz həmin akt üzrə yazılmış 71.383,6 manat borcun 42.919,02 manat hissəsini ödəmişdir.

29. Həmin borc qanunvericilik pozularaq tərtib edilmiş akt əsasında yarandığı üçün iddiaçı ödəmiş olduğu 42.919,02 manat məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

30. Apellyasiya şikayətinin digər dəlillərinə əvvəllər işə baxılan zaman hüquqi qiymət verilmiş və həmin qərarlar qanuni qüvvəsini almışdır. Belə olan halda kollegiya apellyasiya şikayətinin digər d əlillərinə hüquqi qiymət verməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.3, 385.1, 386.1, 1096.1 və 1097.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5, 3.5-1, 3.5-2, 6-4, 13.6, 13.8, 13.8-1 və 13.9-cı maddələrinə, Qaydaların 2.10, 2.11-2, 3.1.10, 4.2, 4.6-4.9, 5.2, 5.5, 6.1.4, 6.1.5-1, 6.5, 6.5-1, 6.5-2, 6.5-3, 6.5-4 və 6.5-4-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımın dan şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli, “Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015-ci il 15 iyul tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 16.1-ci bəndinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Qaydaların 6.5-ci bəndi üzrə - İddia tələbinin təmin olunması i lə bağlı, yəni hesablanmış borcun silinməsi ilə əlaqədar məhkəmələrin mövqeyi qanuni və əsaslı deyil. Belə ki, Qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümünə uyğun vurulmuş zərərin əvəzi hesablanmalıdır. İddiaçıya məxsus istixanada istismarda olan G-650 markalı 83047923 nömrəli qaz sayğacına baxış keçirən zaman sayğacın pərlərinin arasında xüsusi kustar üsulla hazırlanmış dəmir parçası aşkarlanmış, sayğac keçən qazın sərfini qeydə almamışdır. Cavabdehin 2021-ci il 19 yanvar tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən hesabat aparılmış, qaz işlədicilərindən General buxar qazanının maksimal saatlıq qaz sərfi 218.7 m3/saat, orta günlük iş rejimi 24 saat və hesab at müddəti 34 gün qəbul edilməklə itirilmiş qazın həcmi 356918 m3 (218.7x2x24x34) və ya onun pul dəyəri olan 71.383,60 manat müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında imzalanmış 2021-ci il 15 yanvar tarixli “debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu ilə təbii qazdan istifadəyə görə 71.383,60 manat borcunun olması barədə tərəflər razılığa gəlmiş və iddiaçı aylıq istehlak etdiyi təbii qazın dəyərindən əlavə 2021-ci ilin fevral, mart və aprel ayları üzrə hər ay 23.794,53 manat ödəməyi öhdəsinə götürmüşdür.

34. MPM-in 88-ci maddəsi üzrə - Hazırda mübahisə predmeti olan və qaytarılması tələb edilən pul məbləği tərəflər arasında imzalanmış 2021-ci il 15 yanvar tarixli “debitor borcun ödənilməsi haqqında” razılaşma protokolu əsasında ödənilmişdir. Sözügedən razılaşma protok olu bu günədək iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, 2021-ci il 15 yanvar tarixli həmin protokol iddiaçı tərəfindən heç bir təzyiq və məcbur edici tədbir olmadan imzalamışdır. Apellyasiya məhkəməsi isə işdə olan sübutlara yanlış hüquqi qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

36. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgü n tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.... 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmin in müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasın da müqavilə olmalıdır....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

39. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mənzil Məcəlləsinin müvafiq müddəalarında “Maddə

135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar....” 40. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

3. Ümumi tələblər...

5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir (2022-ci il 25 fevral tarix li 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 aprel 2022-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 292) ilə 3-cü maddənin 5-ci hissədə “sənaye qaz qurğularına” sözləri “qaz qurğularının müayinəsi və ona nəzarət” sözləri ilə, “texniki bахış” sözləri “həyata” sözü ilə əvəz edilmişdir). 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sah ibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər (2022-ci il 25 fevral tarixli 486VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3-cü maddənin 5-2-ci hissəsində “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma)” sözləri “qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma)” sözləri ilə əvəz edilmişdir)....” “Maddə 6-4. Müayinəyə və texniki xidmətə nəzarət Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.” “Ma ddə

13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması...

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır (2022-ci il 23 dekabr tarixli 756-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddənin 6-cı hissəsinin birinci abzasında “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilmişdir): istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayı cı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda (2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddənin 6-cı hissənin yeddinci və səkkizinci abzasları yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında;); istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orq anın göstərişi əsasında....

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddənin 8-ci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 2022-ci il 27 may tarixli 543-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddəsinin 8-ci hissəsinə ye ni məzmunda dördüncü cümlə əlavə edilmişdir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddəyə yeni məzmunda 8-1ci hissə əlavə edilm işdir)....

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13-cü maddənin 9-cu hissənin birinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir).”

41. Azərbaycan Respublikası Nazirlər Kabin etinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Qaz qurğularının istismarı... 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bənddə “sənaye qaz qurğularına” sözləri “qaz qurğularının müayinəsi və ona nəzarət” sözləri ilə, “texniki bахış” sözləri “həyata” sözü ilə əvəz edilmişdir).... 2.11-2. Qaz paylayıcısının səlahiyyətli n ümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər (2022-ci il 16 fevral tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci bənddə “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma)” sözləri “qaz paylayıcısının razılığı olmadan qa zpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma)” sözləri ilə əvəz edilmişdir)....

3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri... 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;...

4. Qaz sayğaclarının quraşdırılması və istismarı... 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bənddə “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi” sözləri “Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar” sözləri ilə əvəz edilmişdir).... 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (2022-ci il 26 fevral tarixli 64 nömrəli A zərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndində “AİBNDA-nın” sözü “Xidmətin” sözü ilə əvəz edilmişdir). 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması b u Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir....

5. Qazın dəyərinin ödəmə şərtləri... 5.2. Bu Qaydaların 5.4 -cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 5. 2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz). Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.... 5.5. Qaz paylayıcısının istehlakçı ya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi... 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 6.1-ci bənddə “dayandıra bilər” sözləri “dayandırır” sözü ilə əvəz edilmişdir):... 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətin də tam ödənilmədikdə;... 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;... 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibin in əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir). 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə q anunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sa yğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətd ə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiy yətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın yeni məzmunda 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir)....”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015-ci il 15 iyul tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya inst itutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir....”

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığ ı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir....”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı o laraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarında aşağıdakılar nəzərdə tutulur: "... 16.1. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir....”

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

48. İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən oxşarməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkild ə əsaslandırmışdır.

49. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

50. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 46) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

51. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 mart tarixli 2-2(107)-57/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 mart tarixli 22(107)-57/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar