Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-406/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “borcun ödəniməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 aprel tarixli 2-2(103)-326/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Ekspeditor qismində "xxxx" MMC ilə sifarişçi qismində "xxxx" QSC (bundan sonra – “QSC”) arasında 2022-ci il 3 noyabr tarixli 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə (müqavilənin predmeti) əsasən ekspeditor sifarişçinin sifarişinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə 1-də qeyd edilən 18 ədəd drezin VMT-dəmir yolu maşınlarının və əlaqədar ehtiyat hissələrinin sifarişçi tərəfindən müəyyən edilmiş marşrutla daşınması məqsədi ilə nəqliyyat eskpedisiya xidmətlərini müqavilədə nəzərdə tutulan qaydada və qiymətlə sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən xidmətləri təhvil alıb müqavilədə müəyyən olunan qiymətini ekspeditora ödəməyi öhdəsinə götürür. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə göstərilən xidmətlər müqabilində sifarişçi tərəfindən ekspeditora ödəniləcək ümumi məbləğ bütün vergi və digər xərclər daxil 934.065 manat təşkil edir. Müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulan qaydada və məbləğdə, ekspeditorun təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır (1.2-ci bənd). Həmin müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.
2. QSC ilə "xxxx" MMC arasında 202 2-ci il 3 noyabr tarixli 240439 nömrəli nəqliyyateskpedisiya xidmətlərinin satın alınmasına dair müqaviləyə Əlavə 1 ilə xidmətlərin həcmi, spesifikasiyası və qiymətləri müəyyənləşdirilmişdir.
3. Adıçəkilən müqaviləyə Əlavə 1 ilə aşağıda qeyd olunan məbləğlərdə VMT 865 C/GR markalı drezinlərin İtaliya Respublikası, Poviglio şəhəri (RE) 42028, Via Romana 99 ünvanından Azərbaycan Respublikası, ünvan 1 çatdırılması (İncoterms 2020:DAP Baku): 437.580 manat olan 10 ədəd, 338.703,75 manat olan 7 ədəd, 43.758.0 manat olan 1 ədəd,53.519,4 manat olan demontaj edilmiş ehtiyat hissələrinin yuxarıda qeyd olunan ünvana çatdırılması (standart çadır ilə), 60.503,85 manat, sığorta dəyəri 24.140.170 Azərbaycan manatı olan malların müqavilənin 13-cü bölməsi üzrə nəzərdə tutulan sığorta xərcləri daxil olmaqla, ümumilikdə 934.065 manat məbləğində xidmətlərin göstərilməsi razılaşdırılmışdır. 1 nömrəli Əlavənin “Qeyd” hissəsində yükləmə zamanı sərbəst vaxt (lowbed): 8 saat (demuraj - 255,0 AZN / saat), boşalma zamanı sərbəst vaxt (low-bed): 48 saat demuraj - 680,0 (AZN / günlük), yükləmə və boşalma zamanı sərbəst vaxt (standart yük maşını): 48 saat (demuraj - 255,0 AZN təşkil etdiyi qeyd olunur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – "xxxx") cavabdeh QSC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən yaranmış 71.387,42 manat əsas borc, həmçinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış 1 ill ik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcu, dövlət rüsumu və bank xərci olaraq 304,16 manat məbləğində xərcin, ümumilikdə 77.640,58 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış 240439 nömrəli 2022-ci il 3 noyabr tarixli müqavilə əsasında şirkət cavabdehə bir sıra daşıma xidmətləri göstərmişdir. Həmin müqaviləyə əsasən MMC tərəfindən müvafiq malların – yəni 18 ədəd "xxxx" avadanlığının daşınması həyata keçirilmiş və QSC-yə müvafiq qaydada təhvil verilmişdir. Daşınmaların həyata keçirilməsi zamanı MMC tərəfindən QSC-yə mütəmadi status hesabatları təqdim edilmişdir. Malların – "xxxx" avadanlığının QSC tərəfindən təhvil alınmasın ı təsdiq edən sənəd qismində QSC-nin müvafiq əməkdaşı tərəfindən təsdiq edilmiş "xxxx" sənədləri çıxış edir. MMC öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edib bütün malları vaxtında QSC-yə çatdırsa da, QSC ödənişlə bağlı öhdəliyi tam şəkildə icra etməmiş və hazırda QSC-nin MMC-yə 71.387,42 manat məbləğində borcu yaranmışdır. Daşıma başa çatdıqdan və mallar tam təhvil verildikdən bir ay müddət sonra onlara malların – "xxxx"nin birində zədələnmə olduğu bildirilmiş və qalan borc məbləğinin məhz bu səbəbdən ödənilməsi QSC tərəfindən saxlanılmışdır. İddiaçı tərəfindən göstərilmiş 71.387,42 manat dəyərində xidmətin ödənişi uzun müddətdir cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq ödənilmir. Sözügedən məbləğin ödənilməsi və məsələnin danışıqlar yolu ilə həll olunması üçü n cavabdehə müvafiq pretenziya məktubu da təqdim edilmiş, lakin cavabdeh heç bir geri dönüş etməmişdir.
6. Cavabdeh iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, müqavilənin ümumi məbləği vergilər və digər xərclər daxil olmaqla 934.065 manat təşkil etmiş, müqaviləyə əsasən MMC tərəfindən 17 ədəd drezin daşınmış, bunun müqabilində QSC MMC-yə 900.881,14 manat ödəmişdir. Lakin 18-ci drezin digər drezinlərdən fərqli olaraq QSC-yə gec çatdırılmış, çatdırıldıqdan sonra məlum olmuşdur ki, qeyd olunan drezin zədələnmiş, zədə yeri sonradan suvaq ilə örtülmüşdür. Bu haqda 2023-cü il 1 fevral tarixində akt da tərtib olunmuşdur. Bu məsələ ilə bağlı MMC-nin rəhbərliyi ilə görüşlər təşkil olunmuş və nəticədə tərəflər razılığa gəlmişdir ki, zədələnmiş drezinin təmirini QSC öz üzərinə götürür, MMC isə müqavilə üzrə qalıq borc məbləğini QSC-yə güzəşt edir. Şirkətin direktoru QSC-yə mail vasitəsilə ünvanlanmış məktubda bunu qeyd etmişdir. QSC tərəfindən müqavilə üzrə götürülən öhdəliklərə riayət edilmiş, MMC-yə heç bir ziyan vurulmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 26 noyabr tarixli e-2-2(113)-5692/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 33.183,86 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,17 manat olmaqla, cəmi 33.322,03 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – Z.Axundova).
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2022-ci il 3 noyabr tarixli 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilənin bağl anması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900.881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazının əsası kimi qeyd etdiyi MMC-nin direktorunun müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsini əks etdirən elektron poçt məktubu hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz.
10. Belə ki, iş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə 2023cü il 1 may tarixində xitam verilmişdir. X3 tərəfindən müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə ifadələrin əks olunduğu elektron poçt məktubu QSC-yə 2023-cü il 24 avqust tarixində ünvanlanmışdır.
11. Belə olan halda, məhkəmə hesab etmişdir ki, X3 müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmamışdır.
12. Bundan başqa, məhkəmə cavabdehin etirazında qeyd etdiyi 18-ci drezində qüsurun olması ilə bağlı qeyd etmişdir ki, müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğunu, belə bir bildirişin ekspeditora təqdim edilməsinə dair heç bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini əsas götürülərək avabdehin etirazının dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələb etdiyi məbləğin bir hissəsini demurajla bağlı məbləğin ödənilməsi təşkil edir. İddiaçının nümayəndəsi həmin hissə ilə bağlı sübutları təqdim edə bilmədiklərini qeyd etmişdir. Məhkəmə, iddiaçı tərəfin iddia tələbinin həmin hissəsi ilə bağlı heç bir sübut təqdim edə bilmədiyini, müqavilə üzrə cavabdeh tərəfindən 900.881,14 manat ödənişin həyata keçirilməsini, (934.065-900.881,14), müqavilə üzrə cavabdehin qalıq borcunun 33.183,87 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, 33.183,86 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin edilməməlidir.
14. İddia tələbinin öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 20 ay üçün 5.949 manat gecikmə borcunun tələb edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır və əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı tərəfindən müqaviləni imzalayan şəxs həmin vaxt direktor olmuş Məhəmməd Rzayev olmuşdur. Yuxarıda qeyd olunan, borc və həmin məbləğin güzəşt edilməsi barədə olan e-mail yazışmaları aparılan vaxt direktiorun dəyişməsi cavabdehə məlum olmamışdır. Cavabdeh tərəfdə belə bir qənaət formalaşmışdır ki, həmin məbləğ ona güzəşt edilib, çünki direktorla danışıqlar aparılıb, razılıq əldə olunubdur. Ona görə də məhkəmə hesab etmişdir ki, öhdəlik cavabdehin təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməyib və bu, gecikdirmə sayılmamalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə təmin edillməməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 390.1, 442, 445.1, 445.5, 448.1, 850.1, 851, 852.1, 852.2, 852.3, 852.4-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 aprel tarixli 2-2(103)-326/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
18. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2022-ci il 3 noyabr tarixli 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair müqavilənin bağlanması, müqavilənin ümumi dəyərinin 934.065 manat razılaşdırılması, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə drezinlərin daşınması xidmətlərinin göstərilməsi, cavabdeh tərəfindən müqavilə üzrə cəmi 900.881,14 manat ödənişin həyata keçirilməsi işin mübahisələndirilməyən hallarıdır. Həmçinin MMC-nin əvvəlki direktoru olmuş Məhəmməd Rzayev tərəfindən QSC-yə (Vüsal Ağakişiyev) ünvanlanmış 2023-cü il 24 avqust tarixli elektron poçt məktubunun məzmununda qeyd olunmuşdur ki, biz sizə 71.387,43 manat güzəşt etmiş oluruq. Lakin, siz də bizimlə əməkdaşlığı davam etdirirsiniz. Bundan əlavə, MMC-nin əvvəlki direktoru olmuş X2 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü ilə) bəndi ilə 2023-cü il 1 may tarixində xitam verilmişdir.
19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iddianın qismən təmin edilməsi ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, X3 müqavilə üzrə 71.387,43 manat borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmadığı üçün onun tərəfindən müəssisəyə ödənilməli borcun güzəşt edilməsi səlahiyyəti də yoxdur. Çünki məktubu yazan zaman müəssisənin direktoru olmamış və ya hər hansısa formada müəssisəni təmsil edərək güzəşt məktubu yazmaq üçün səlahiyyətinin olması halı müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir.
20. Tərəflər arasında 2022-ci il 3 noyabr tarixli 240439 nömrəli nəqliyyat-eskpedisiya xidmətlərinin satın alınmasına dair Müqavilənin 16.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçinin aşkar olunmuş qüsurlar haqqında ekspeditora dərhal bildiriş verməli olduğunu, belə bir bildirişin ekspedi tora təqdim edilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də cavabdeh apellyasiya şikayətində dəlili kimi əsaslandırdığı bu hal da əsassızdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalar ilə əsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 331, 406.3-ci maddələri üzrə - güzəşt barədə elektron məktub X3 tərəfindən yazılmışdır. M.Rzayev 2022-ci il 3 noyabr tarixli 240439 nömrəli müqaviləni direktor qismində imzalamış, həmçinin iddiaçı şirkətinin təsisçisi olmuşdur. M.Rzayev 2023-cü il 24 a vqust tarixində güzəşt barədə elektron məktubu iddiaçının korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərmiş, həmçinin yazışmanın surəti MMC-nin digər əməkdaşlarına da elektron poçt vasitəsi ilə göndərilmiş, başqa sözlə, digər aidiyyəti əməkdaşların da güzəşt barədə məlumatı olmuşdur. Ona görə də, məhkəmənin M.Rzayevin müqavilə üzrə borc məbləğini güzəşt etməsinə dair iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmaması mövqeyi qanunvericiliyin normalarına və işgüzar münasibətlərə ziddir. İki hüquqi şəxslərin əməkdaşları arasında korporativ elektron poçt vasitəsilə yazışmalar aparıldıqda tərəflərin hər dəfə sənədləri imzalamaq səlahiyyətlərinin olub-olmamasının yoxlanılması nə dərəcədə məqsədəuyğun və ağlabatan olması aydın deyildir. Həmçinin, əgər M.Rzayevin məbləğin güzəşt edilməsi ilə bağlı səlahiyyəti olmamışdırsa, o zaman yazışmada direktor qismində iştirak edən Teymur Mirzəyev nəyə görə bu məsələyə dərhal reaksiya verməmiş və cavabdehə qarşı iddia ərizəsi yalnız razılaşmadan 1 il ötdükdən sonra qaldırılmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, M.Rzayev səlahiyyətli şəxs olmadığı üçün borcun güzəştini edə bilməzdir. Bu isə o anlamına gətirir ki, M.Rzayev səlahiyyətli şəxs olsaydı elektron poçt vasitəsilə borcun güzəştini edə bilərdi. Bu danılmaz faktdır. Belə olan halda digər sual ortalığa çıxır. Müqavilənin bağlandığı tarixdən 2023-cü il 1 may tarixinə kimi direktor olmuş M.Rzayev bu müddət ərzində həm telefon danışıqlarında, həm görüşlərdə, həm də elektron poçt vasitəsilə iştirak edirdi. 2023-cü il 1 may tarixindən sonra da M.Rzayev hər zamanki əlaqəni və davranışı davam edirdi. Həm iddiaçı şirkətin adından telefon danışıqları aparırdı, həm görüşlərdə iştirak edirdi, həmçinin da şirkətə aid korporativ elektron poçtla yazışmanı aparırdı. Həmçinin M.Rzayev yazışmanı apararkən yeni təyin olunmuş direktor və şirkətin digər əməkdaşları həmin yazışmada iştirak ediblər və heç kəs cavabdehə bildirməmişdir ki, M.Rzayev direktor deyil, onun səlahiyyəti yoxdur. Bu isə o anlamına gətirir ki, M.Rzayevin əmək müqaviləsinə edilən xitam formal olub, o faktiki direktor səlahiyyətlərinin icrasına davam etmişdir. Lakin apellyasiya məhkəməsi bunu araşdırmamış, işə səthi yanaşmışdır. Apellyasiya məhkəməsi işi hərtərəfli araşdırıb, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasların audio və video yazılara baxsaydı, görərdi ki, iddiaçı ilk 4-5 iclaslar da etiraf edirdi ki, M.Rzayev direktor olub və borcun güzəşti ilə bağlı elektron məktub yazılıb. Sonradan isə məhkəmə digər direktorun səlahiyyətini yoxlayarkən məlum olanda ki, digər direktor 2023-cü il 1 may tarixində vəzifəyə təyin edilmişdir, o zaman iddiaçı bu haldan istifadə etməyə başlamışdır. Əgər iddiaçının səlahiyyətli nümayəndəsi özü bilmirdi ki, M.Rzayev həmin tarixdən rəsmi əsaslarla artıq direktor olmamışdır, cavabdehin bu məlumatın haradan bilməli olduğu sual doğurur.
24. MM-in 358-ci maddəsi üzrə - məhkəmə qanunvericiliyin bu normasını nəzərə almamışdır. Belə ki, səlahiyyətli şəxs Teymur Mirzəyev güzəşt edildiyi dövrdə aparılan yazışmada iştirak etmiş, M.Rzayevin korporativ elektron poçt ünvanın aktiv olmasını və M.Rzayevin yazdığını görmüş və bununla razılaşmışdır. Əks h alda o dərhal reaksiya göstərməli idi. Lakin cavabdehə qarşı iddia 1 ildən sonra, T.Mirzəyev direktor vəzifəsindən azad olunduqdan sonra verilmişdir. Bu isə o deməkdir ki, M.Rzayevin 2023-cü il 24 avqust tarixində səlahiyyəti olmasa belə, o borcun silinməsi ilə bağlı iradə ifadəsini səlahiyyətli şəxsin icazəsi və razılığı ilə həyata keçirmişdir.
25. MM-in 425-ci maddəsi üzrə - tərəflər arasında bağlanmış 2022-ci il 3 noyabr tarixli 240439 nömrəli nəqliyyat-ekspedisiya xidmətlərin satın alınmasına dair müqavilənin xüsusi şərtlərinə əsasən (12) xidmətlərin təhvil alınması barədə müvafiq təhvil-təslim aktı Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan və möhürləri ilə təsdiq edildikdən sonra Sifarişçi tərəfindən qəbul edilmiş sayılır. Lakin iddiaçı tərəfindən təhvil-təslim ak tları, qaimə və digər sənədlər təqdim olunmamış və bu xüsusat məhkəmə tərəfindən araşdırılmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qüsurlarla bağlı bildiriş təqdim olunmamışdır. Lakin zədələnmiş drezinlə bağlı iddiaçıya dərhal məlumat verilmiş, drezinin şəkilləri çəkilmiş, 2023-cü il 1 fevral tarixində Jeysmar şirkətinin iştirakı ilə Akt tərtib edilmişdir. Bununla bağlı iddiaçı ilə dəfələrlə görüşlər təşkil olunmuş və görüşün nəticəsi olaraq, qalıq borc güzəşt olunaraq silinmişdir. Həmin ərəfədə razılaşma əldə olunmasaydı cavabdeh ona dəymiş zərəri tələb etmək hüququndan istifadə edərdi. Lakin razılaşmanı rəhbər tutub drezini öz hesabına təmir etdikdən və bu məsələnin üzərindən 2 il müddət keçdikdən sonra öz hüquqlarından istifadə edilməsi də çətinləşir. Bu isə id diaçı tərəfin öz vəzifələrini vicdanlı icra etməməsinə dəlalət edir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən 900.881,14 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməkdən qərəzli şəkildə boyun qaçırsaydı, o həmin məbləği də ödəməzdi.
26. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə işə birtərəfli yanaşmış, qəbul edilən qətnamə qərəzli və subyektiv olmuşdur. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sübutlara əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh müqavilə üzrə gec və zədələnmiş drezin təhvili ilə bağlı iddialar irəli sürsə də, qüsurlar barədə dərhal bildiriş verdiyini sübut etməmiş və aktı iddiaçının nümayəndəsinin iştirakı olma dan, əsaslandırılmamış şəkildə tərtib etmişdir. Eyni zamanda, cavabdehin MMC-nin əvvəlki direktorunun (M. Rzayev) göndərdiyi elektron məktublara əsaslanaraq əldə etdiyini iddia etdiyi razılıqlar hüquqi baxımdan etibarsızdır, çünki həmin şəxs artıq direktor deyildi və heç bir səlahiyyətə malik deyildi. T.Mirzəyevin bu razılıqları təsdiq etmədiyi və əvəzində ADYyə pretenziya məktubu ünvanladığı sübuta yetirilmişdir. Bütün bu halları nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş olunur. Kassasiya baxışının hədləri
28. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayəti ndə ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: “Maddə
331. Yazılı əqd Mülki Məcəlləsinin müvafiq müddəalarında 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaş ması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.” “Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” “Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməs ə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.[395] “Maddə
546. Borcun bağışlanması anlayışı Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.”
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qət namə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə
220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.” Maddə
392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövq eyi
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
32. Belə ki, cavabdehin iddiaya qarşı etirazının əsasında duran hallar kassasiya şikayətində istinad etdiyi hallardır. Həmin hallara həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində istinad olunmuşdur.
33. Həmin hallara əsasən cavabdehin iddiaya qarşı etirazının qanuni əsasını MM-in 546-cı maddəsi (borcun bağışlanması ilə öhdəliyə xitam verilməsi) təşkil edir.
34. Apellyasiya instansiyası məhkəməsi isə həmin maddənin dispozisiya şərtlərini müəyyən etməklə işdə olan sübutlar və cavabdehin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmamış və yalnız qeyd etmişdir ki, X3 müqavilə üzrə borc məbləğinin güzəşt edilməsi barədə iradə ifadəsini bildirməkdə səlahiyyətli şəxs olmadığı üçün onun tərəfindən müəssisəyə ödənilməli borcun güzəşt edilməsi səlahiyyəti də yoxdur. Çünki məktubu yazan zaman müəssisənin direktoru olmamış və ya hər hansısa formada müəssisəni təmsil edərək güzəşt məktubu yazmaq üçün səlahiyyətinin olması halı müəyyən olunmamışdır.
35. Lakin məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hallar, yəni həmin məktubun iddiaçı MMC-nin korporativ elektron poçt ünvanı vasitəsi ilə göndərilməsi, yazışmanın surətinin MMC-nin digər əməkdaşlarının elektron poçt ünvanlarına da göndərilməsi, digər aidiyyəti əməkdaşların həmin güzəşt məktubundan məlumatı olması, MMC-nin direktorunun bu məsələyə reaksiya verməməsi, müqavilənin bağlandığı tarixdən 2023-cü il 1 may tarixinə kimi direktor olmuş M.Rzayevin telefon danışıqlarında, görüşlərdə və elektron poçt vasitəsilə yazışmalarda iştirak etməsi, iddiaçının nümayəndəsinin ilk məhkəmə iclaslarında M.Rzayevin direktor olmasının və borcun güzəşti ilə bağlı elektron məktub yazmasının etiraf etməsi ilə bağlı hallar və cavabdehin istinad etdiyi MM-in 331, 358, 406.3-ci maddələri üzrə hüquqi dəyərləndirmə aparılmamışdır.
36. Halbuki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi qətnamədə sübutetmə predmetini müəyyən etməklə iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməli olduğunu, nə kimi halların müəyyən edildiyini və nə kimi halların müəyyən edilmədiyini, tərəflərin istinad etdiyi dəlilləri, sübutları və qanunları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməlidir.
37. Apellyasiya instansiyası mə hkəməsi isə yalnız məktubu göndərmiş şəxsin səlahiyyətli olmamasına əsaslanmış, cavabdehin istinad etdiyi digər hallar üzrə gəldiyi nəticəni tam və dolğun əsaslandırmamışdır.
38. Bununla da, apellyasiya instansiyası məhkəməsi MPM-in 220.4 və 392.2-ci maddəsinin tələblərini pozmuş və nəticədə MPM-in 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun olmayan qətnamə qəbul etmişdir.
39. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması zəruridir. İşə yenidən baxılarkən MPM-in 372.6-cı maddəsinin tələblərinə uyğun olaraq apellyasiya baxışının hədləri dəqiq müəyyən edilməli və hazırki qərarın 33-37-ci bəndlərində əks olunan göstərişlər nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 aprel tarixli 2-2(103)-326/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.