Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-408/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh X17 məxsus cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta hadisəsi nəticəsində məhv edilmiş əmlakın qalıqlarının qaytarılması giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X14, cavabdeh X17 məxsus cavabdeh şirkətinin vəkili Vəkiliştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) cavabdeh X17 məxsus cavabdehə (bundan sonra cavabdeh) qarşı “məhv olmuş əmlakın qalıqlarının qaytarılması” tələ binə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(103)-237/2019 saylı, 7 may 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: 22 oktyabr 2014-cü il tarixli, AZ/PİC/14/0071 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsi iddiaçıda sığortalanmış, ticarət malları 23.450,00 manat məbləğində, jalüz kəsən qayçı (HOLİS dəzgahı, buraxılış ili 2004) 40.000,00 manat məbləğində sığortalanmışdır. 04.06.2015-ci il tarixdə cavabdehə məxsus binanın zirzəmisində ümumi istifadədə olan su borusunun partlaması nəticəsində cavabdehə məxsus əşya və avadanlıqlara, o cümlədən, “X12 MS 522” markalı tam avtomatlaşdırılmış jalüz kəsən dəzgaha zərər dəymişdir. Bununla əlaqədar iddiaçı Cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta məbləğinin, dəbbə pulunun, maddi və mənəvi zərərinin ödənilməsi” tələbinə dair qaldırdığı iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-499/2016 saylı, 27.10.2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-dən iddiaçı Cavabdehnə 47.041 manat sığorta ödənişinin tutulması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2-2(103)-123/2017 nömrəli qətnaməsi ilə, apellyasiya məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-2(102)-337/2017 saylı 02.08.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmə eks pertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2016-cı il tarixli, 10179 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublika ərazisində pərakəndə olmayan, Mərkəzə təqdim edilmiş əlavə sənədlərdə və iş materiallarında olan qiymətlərə və MEM-in ekspert praktikasında toplanmış məlumata əsasən, 04 iyun 2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində su basma və zirzəmi-emalatxanada olan 33 adda əmlakın yararsız vəziyyətə düşməsi nəticəsində zərərçəkmişə dəymiş maddi ziyanın məbləği 21.313,00 manat müəyyən edilir. Həmin əmlakın ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilən yararsız hala düşmüş 2009-cü il buraxılışlı “X13 MS 522” markalı avtomatlaşdır ılmış jalüz kəsən dəzgahın mühərrik və elektron sistemi tam yararsız hala düşdüyündən və həmin yüksək dəqiqlikdə elektronik cihazlarına malik olan dəzgahın qeyri mümkün olduğundan onun 04 iyun 2015-ci il tarixə, 6 il istismar müddətini nəzərə alaraq qalıq dəyəri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 25.728 manat müəyyən edilir. 14 noyabr 2017-ci il tarixli, 7256/Fİ-026/2015-2017 nömrəli sığorta aktından görünür ki, ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsi 23.10.2014-cü il tarixdən - 22.10.2015-ci il tarixə kimi 63.540 manat məbləğində iddiaçıda sığortalanmışdır. 04.06.2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində cavabdehə məxsus əmlaka 47.041 manat zərər dəymişdir. 15 noyabr 2017-ci il tarixli, 10268 nömrəli ödəniş tapşırığına əsasən iddiaç ı tərəfindən Yasamal rayon İcra Şöbəsinin hesabına 47.071,00 manat məbləğində pul köçürülmüşdür. Bundan sonra iddiaçı tərəfindən cavabdehə 26 dekabr 2017-ci il tarixli pretenziya məktubu ünvanlanmış və məktubda qeyd edilmişdir ki, Ekspertiza Mərkəzinin 10179 saylı, 16.09.2016-ci il tarixli rəyi ilə sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus təxminən 33 adda əmlaka dəymiş maddi ziyanın məbləği 21.313 manat, “X13 MS 522” markalı, tam avtomatlaşdırılmış jalüz kəsən dəzgahın dəyəri nəzəri hesablama yolu ilə şərti olaraq 25.728 manat dəyərində müəyyən edilmişdir. 33 adda əmlakın və “X13 MS 522” markalı, tam avtomatlaşdırılmış jalüz kəsən dəzgahın qalıqlarının və ya qalıqların dəyərinin kompensasiya şəklində iddiaçıya ödənilməsi xahiş edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şirkət tərəfindən “X12 MS 522” avadanlığının və 33 adda əmlakın qalıqlarının qaytarılması yaxud həmin qalıqların dəyərinin tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən “X12 MS 522” avadanlığının və 33 adda əmlakın qalıqlarının iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinə əsasən tərəflər arasında yaranan münasibətlərin Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş İddiaçı ASCnin 23.09.2014-cü il tarixli “Əmlakın yanğın və digər əlavə risklərin sığortasının əsas Qaydaları ”na əsasən tənzimləndiyi göstərilmişdir ki, həmin Qaydaların da tələblərinə görə sığortaçı tərəfindən zərərçəkənə tam məhv olma ilə əlaqədar dəymiş zərərə müvafiq olaraq sığorta ödənişi verildikdən sonra sığorta predmetinin qalıqları zərərçəkmiş şəxs tərəfindən sığortaçıya qaytarılmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, cavabdeh əmlakını qismən yox, tam sığortalamışdır. Sığorta hadisəsi baş verdikdə iddiaçı ödəniş etməmək, mümkün qədər kəsirlə etmək cəhdləri ilə normal işgüzar nüfuza yaraşmayan münasibət və davranış görüblər. Hazırki iddia da o sıradan olan cəhdlərdən biridir. Bu dəfə qanunun mənasını təhrif etməklə ziyan çəkəndən pul almaq niyyəti güdülür. Bunlara əsasən iddianın əsassız olduğundan rədd olunması xahiş edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi M əhkəməsinin (hakim X5, 2-2(81)-597/2018 saylı iş) 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh tərəfindən “X12 MS 522” avadanlığının və 33 adda əmlakın qalıqlarının iddiaçıya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X9 və X6, 2-2(103)-459/18 saylı iş) 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X1 və X7, 2-2(102)-46/2019 saylı iş) 6 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti qismən t əmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X15məruzəçi, X8 və X10, 2-2(103)-237/19 saylı iş) 7 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda apellyasiya instansiyası məhkəməsinə verilən göstərişlərlə apellyasiya instansiyasının sonuncu dəfə qəbul etdiyi qətnamə heç bir şəkildə uzlaşmır. Halbuki, apellyasiya instansiyası MPM-in 420-ci maddəsinə istinad edərək gəldiyi nəticəsinin göstərişə uyğun olduğunu vurğulamışdır. Məhkəmə qanunun normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticənin əsaslandırması yayınıq olmuş, aydın ifadə olunmamış, qanun normaları ilə əlaqələndirilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı sığortaçı kimi çıxış edərək cavabdehin əmlakını tam həcmdə sığortalamışdır. Sığorta hadisəsi baş vermiş, iddiaçı sığorta ödənişini ödəməkdən hər cür yayınmış, sonda məhkəmə qətnaməsi əsasında sığorta ödənişini edilmişdir. Həmin proses zamanı da heç bir qalıq qaytarılmasından söhbət açmamışdır. Məhkəmə qanunun mənasının, onun tətbiq edilməsində t əhrifə yol verərək, sığorta münasibətlərini tənzimləyən Mülki Məcəllənin müvafiq normalarını, “Sığorta fəaliyyəti haqqında” Qanunun tələblərini eləcədə tərəflər arasında imzalanmış müqavilənin şərt və tələblərini kənara qoyub, Maliyyə Nazirliyinin ümumi qaydalarını əsas götürərək yanlış nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə aidiyyəti olan normaya istinad etməyərək, aşkar olan və səhvinə hüquqi əsas kimi hazırki mübahisəyə aid olmayan normaya Mülki Məcəllənin 896.2-ci maddəsinə istinad etmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin olunmamasını xahiş etmişd ir. əsaslandırma hissəsi: İşdə olan sənədlərlə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən sığortalanmış, 04.06.2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində cavabdehə məxsus əmlaka 47.041 manat zərər dəymişdir. Ekspertiza Mərkəzinin 10179 saylı, 16.09.2016-ci il tarixli rəyi ilə sığorta hadisəsi nəticəsində cavabdehə məxsus təxminən 33 adda əmlaka dəymiş maddi ziyanın məbləği 21.313 manat, “X13 MS 522” markalı, tam avtomatlaşdırılmış jalüz kəsən dəzgahın dəyəri nəzəri hesablama yolu ilə şərti olaraq 25.728 manat dəyərində müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin zərər iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı hesab edir ki, sığorta hadisəsi nəticəsində məbləği tam ödənilən əmlak qismən sıradan çıxdığından həmin əmlakın qalıqları ona qaytarılmalıdır. Hazırkı mübahisə tərəflər arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli, AZ/PİC/14/0071 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” müqaviləsindən irəli gəlmiş, iddiaçı müqavilə öhdəliklərini lazımınca icra etdiyini irəli sürərək cavabdeh tərəfindən “X13 MS 522” avadanlığının və 33 adda əmlakın qalıqlarının qaytarılmasını tələb etmişdir. Cavabdeh isə əmlakın qismən yox, tam sığortalandığından iddia ilə razılaşmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci dəfə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 6 fevra l 2019-cu il tarixli qərarı ilə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 6 fevral 2019-cu iltarixli qərarında Mülki Prosessual Məcəlləsinin 82.3 və 88-ci, Mülki Məcəlləsinin 896.2-ci maddəsinə istinadən qeyd olunmuşdur ki, “Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya məhkəməsi “xxxx” ASC tərəfindən “X12 MS 522” avtomatlaşdırılmış jalüz kəsən dəzgahın qalıq dəyərinin və 33 adda avadanlığın qiymətinin tam ödənildiyini düzgün qiymətləndirməmiş, ekspert rəyinə əsasən tam sıradan çıxmış, beləliklə, istismara tam yararsız olan və buna görə də dəyəri qarşı tərəfdən tutulmuş dəzgah və avadanlıqları cavabdehin özündə hansı səbəblərdən sax lamaqda israrlı olduğunu, bu avadanlıqlardan və dəzgahdan faktiki istifadə edilib-edilmədiyini, dəyəri ödənilmiş avadanlıqları qaytarmaqdan imtinanın bununla əlaqədar olub-olmadığını aydınlaşdırmamışdır”. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə təkrar baxan zaman MPM-in 420-ci maddəsinə uyğun olaraq düzgün hüquqi qiymətləndirmə aparmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2016-cı il tarixli, 10179 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində respublika ərazisində pərakəndə olmayan, Mərkəzə təqdim edilmiş əlavə sənədlərdə və iş mate riallarında olan qiymətlərə və MEM-in ekspert praktikasında toplanmış məlumata əsasən, 4 iyun 2015-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində su basma və zirzəmi-emalatxanada olan 33 adda əmlakın yararsız vəziyyətə düşməsi nəticəsində zərərçəkmişə dəymiş maddi ziyanın məbləği 21.313,00 manat müəyyən edilir. Həmin əmlakın ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilən yararsız hala düşmüş 2009-cü il buraxılışlı “X13 MS 522” markalı avtomatlaşdırılmış jalüz kəsən dəzgahın mühərrik və elektron sistemi tam yararsız hala düşdüyündən və həmin yüksək dəqiqlikdə elektronik cihazlarına malik olan dəzgahın qeyri mümkün olduğundan onun 4 iyun 2015-ci il tarixə, 6 il istismar müddətini nəzərə alaraq qalıq dəyəri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 25.72 8 manat müəyyən edilir. Cavabdehə məxsus daşınar əmlak və avadanlıqlar iddiaçı tərəfindən AZ/PİC/14/0071 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” müqaviləsinə əsasən sığorta təminatı aldığından dəymiş zərərə müvafiq olaraq 47.041 manat məbləğində sığorta ödənişi cavabdehə ödənilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında yaranan münasibətlərin Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “xxxx” ASC-nin 23.09.2014-cü il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydaları”na əsasən tənzimlənməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin qaydaların tələblərinə əsasən sığortaçı tərəfindən zərərçəkənə tam məhv olma ilə əlaqədar dəymiş zərərə müvafiq olaraq ödənişi verildikdən sonra sığorta predmetinin qalıqları zərərçəkmiş şəxs tərəfindən sığortaçıya qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin gəldiyi nəticəni Mülki Məcəllənin 896.2-ci maddəsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı da iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 896.2-ci maddəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 896.2-ci maddəsinin tələbinə uyğun qiymətləndirmə aparmamışdır. Mülki Məcəllənin 896.1-ci maddəsinə əsasən, əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Həmin Məcəllənin 896.2-ci maddəsinə əsas ən, sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. Qanunverici sığorta predmetinin qalıqlarına olan hüququn sığortaçıya keçməsini qismən sığortalanmış əmlakın tam məhv olunması halında sığorta məbləğinin bütünlüklə ödənilməsi ilə şərtləndirmişdir. İddiaçının özünün təsdiq etdiyi sənədlərə görə əmlakın real dəyəri 63.450 manat olmuş, əmlakın sığortası üzrə sığorta məbləği də 63.450 manat təşkil etmişdir. Yəni əmlakın tam dəyəri həddində sığorta olunması işin mübahisə olunmayan halıdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 896.2-ci maddəsinin tələbinə görə qismən sı ğortalanmış əmlakın tam məhv olunması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya keçir. Hazırkı işdə cavabdehə məxsus əmlak qismən deyil, tam sığortalanmışdır. O da qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi 23 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas Qaydaları”nın 8.1-ci bəndində qeyd edilir ki, sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği, sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyərindən az olduğu hallarda, əmlak qismən zərərə uğradıqda sığortaçı, başqa bir razılaşma yoxdursa, sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində cavabdehdir. Qaydaların bu bəndinə görə sığorta hadisəsi nəticəsində sığorta olunmuş əmlak qismən zərərə uğradığı halda sığortaçı, sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sığorta hadisəsi nəticəsində sığorta olunmuş əmlakın qismən zərərə uğraması sübuta yetməmişdir. MPM-in 417.1.4-cü maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar və sübutlarla iddia tələbi sübuta yetmədiyindən iddia rədd edilməl idir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(104)-237/2019 saylı, 7 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” ASC-nin iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-408/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-408/2019
15.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver