Məhkəmə qərarları › İş №2-2(102)-409/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-409/2019

28.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-409/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər İlqar Ağababaş oğlu Dadaşov və X1 ibarət tərkibdə, Elvin Şahin oğlu Məmmədzadənin katibliyi, cavabdeh MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əhmədov; iş No 2-2(81)-1030/2017) iddianın qismən təmin edilməsi, cavabdeh MMC-dən 266.536,13 manat pul tutularaq iddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.03.2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.Seyidova; hakimlər S.Hüseynov və V.Məmmədov; iş No 22(103)21/2018) cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 28.11.2018-ci il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər Z.Quliye və İ.hüseynov; iş No 2-2(102)-409/2018) cavabdeh MMC-nin kassasiya şikayətinin qismən təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.03.2018ci il tarixli qətnaməsinin qismən, cavabdeh MMC-dən 105.000 manat pulun tutularaq iddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi; işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyev və V.Baxışova, iş № 22(103)-117/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsinin qismən «Cavabdeh-dən 105.000 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsində» dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən cavabdeh MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 266.536,13 manat əsas borc, 2015-ci ildəki devalvasiya səbəbindən dəymiş zərər məbləği 221.713,87 manat, cəmi 488.250 manat pulun tutularaq iddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin 105.000 manat hissəsində tə min edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin 105.000 manat hissəsində təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalar ına baxmayaraq, hazırkı iş üzrə iddiaçı MMC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan 31 mart 2014-cü il tarixli müqaviləyə əsasən, “Alıcı” adlandırılacaq Cavabdeh ilə ilə “Satıcı” adlandırılacaq “xxxx” MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdı r. Həmn Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq, bu müqaviləyə əsasən Satıcı Alıcıya 1.200 ton Dramix 3D 80/60 BG markalı betona əlavə edilən polad tellərin (“Mal”) partiyalarla satışını təşkil edir. “Alıcı” isə hər partiya Malı Satıcıdan alır və Malın müqabilində Satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş məbləği (haqqı) ödəyir. İşin materiallarında olan “31.03.2014-cü il tarixli Alqı-satqı müqaviləsinə Əlavə” olaraq tərtib edilmiş 31 mart 2014-cü il tarixli “X3”na görə, “Alıcı” adlanacaq Cavabdeh və “Satıcı adlandırılacaq “xxxx” MMC protokolu tərtib edərək malın satış qiyməti barədə razılığa gəldilər. Həmin Protokola uyğun olaraq Dramix 3D 80/60 B (20 kq/torba) adlı malın 1 tonunun qiyməti 1.800,00 manat təşkil edir, müqavilə üzrə Cavabdeh-yə 1. 200,00 ton olmaqla 18% ƏDV daxil, cəmi 2. 548.800,00 manat məbləğində mal satılmışdır. İşin materiallarında olan iddiaçı “xxxx” MMC Cavabdeh-yə ünvanladığı 11.06.2015-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, “Alıcı” Cavabdeh ilə “Satıcı” “xxxx” MMC arasında bağlanmış 31.03.2014-cü il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq “xxxx” MMC tərəfindən Cavabdeh-yə satılmış mallara görə məktub göndərilən tarixə 351.218,91 AZN əsas məbləğ və 14 388,32 AZN ƏDV məbləği olmaqla toplam 365. 607,23 AZN borc yaranmışdır. Müqavilənin 2.2 bəndinə əsasən, satılacaq malların 70%-i nağd, yerdə qalan 30%-i isə mallar Alıcıya təhvil verilən gün ödənilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq ödənilməmiş borc məbləğinin böyük qismi 2014-cü ilin iyul ayından başlayaraq kəsilmiş qaimə-fakturalar üzrə təhvil verilmiş mallara görədir. Alqı-s atqı müqaviləsinin 4.1.3 bəndinə əsasən Satıcının Alıcıdan onun təqsiri ilə vurulan zərərin ödənilməsi tələb etmək hüququ vardır. Göründüyü kimi satılan malların dəyərinin vaxtında ödənilməməsi bu vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurətini yaradır. Ona görə də 488 250 manatın məhkəmədənkənar qaydada bu məktubu aldıqdan sonra 23.06.2015 tarixinədək İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. Əks təqdirdə bu borc məbləğinin şirkətə ödənişi ilə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İşin materiallarında olana “xxxx” MMC tərəfindən CavabdehMMC-yə ünvanlanan 16 may 2017-ci il tarixli xəbərdarlıq məktubuna müvafiq olaraq, “Alıcı” Cavabdeh ilə “Satıcı” “xxxx” MMC arasında bağlanmış 31.03.2014-cü il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq “xxxx” MMC tərəfindən Cavabdeh-yə satılmış mallara görə məktub göndərilən tarixə 266.536,13 AZN əsas məbləğ və 14 388,32 AZN ƏDV məbləği olmaqla toplam 365 607,23 AZN borc yaranmışdır. Müqavilənin 2.2 bəndinə əsasən, satılacaq malların 70%-i əvvəlcədən, yerdə qalan 30%-i isə mallar Alıcıya təhvil verilən gün ödənilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq ödənilməmiş borc məbləğinin böyük qismi 2014-cü ilin avqust ayından başlayaraq kəsilmiş qaimə-fakturalar üzrə təhvil verilmiş mallara görədir. Alqı-satqı müqaviləsinin 4.1.3 bəndinə əsasən, Satıcının Alıcıdan onun təqsiri ilə vurulan zərərin ödənilməsi tələb etmək hüququ vardır. Göründüyü kimi satılan malların dəyərinin vaxtında ödənilməməsi bu vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurətini yaradır. Ona görə də 488.000 manatın məhkəmədənkənar qay dada bu məktubu aldıqdan sonra 31.05.2017 tarixinədək “xxxx” MMC-yə ödənilməsi xahiş edilmişdir. Əks halda bu borc məbləğinin şirkətə ödənişi ilə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İşin materiallarında olan iddiaçı “xxxx” MMC tərəfindən təqdim olunan 29 sentyabr 2017-ci il tarixli sənədə görə, 31.03.2014-cü il tarixindən başlaraq 30.04.2015-ci il tarixədək Cavabdeh-yə qaimə-fakturalar üzrə təhvil verilmiş malların ümumi dəyəri ƏDV daxil olmaqla 614.438,43 AZN olmuşdu. Bu dövrdə Cavabdeh tərəfindən ödənilmiş toplam məbləğ isə 347.902,39 AZN olmuşdur. Cavabdeh-nin mallara görə “xxxx” MMC-yə 266.536,13 AZN məbləğində əsas borcu, 2015-ci ildəki devalvasiya səbəbindən MMC-yə dəymiş zərər məbləği isə 221.713,87 AZN olmuşdur. Beləliklə də, “xxxx” MMC-nin Cavabdeh-dən ala cağı toplam 488.250 AZN təşkil edir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunan 13 oktyabr 2017-ci il tarixli arayışa uyğun olaraq Cavabdeh ilə bağlanmış 31.03.2014 tarixli müqaviləyə əsasən Cavabdeh iddiaçı MMC-dən 31.03.2014 – 30.04.2015-ci il tarixlərdə ƏDV daxil olmaqla 614.438,43 AZN məbləğində müxtəlif mal materiallar satın alınmışdır. Bu məbləğin 520.710,55 manatı əsas borc, 93.727,88 manatı isə ƏDV olmuşdur. ƏDV-nin tamamı, yəni 93.727,88 manat Cavabdeh tərəfindən “xxxx” MMC-nin ƏDV depozit hesabına tam ödənmişdir. 520.710,55 manat əsas borc məbləğindən isə müxtəlif vaxtlarda cəmi 254.174,42 manat “xxxx” MMC-nin “X9” Azərbaycan QSC-dəki hesabına ödənmiş, yerdə qalan 266.536,13 manat əsas borc məbləği isə bügünkü tarixədək ödənməmiş olaraq qalmışdır. İş in materiallarına əlavə edilmiş aşağıdakı qəbzlərlə Cavabdeh tərəfindən müxtəlif tarixlərdə iddiaçı MMC-yə aşığada qeyd edilən pul məbləğləri ödənilmişdir: 24.06.2014-cü il tarixli qəbzlə 52.752,99 manat; 31.03.2014-cü il tarixli qəbzlə 100.000,00 manat; 25.06.2014-cü il tarixli qəbzlə 22 304,70 manat; 08.10.2014-cü il tarixli qəbzlə 79.116,73 manat. İşin materiallarına əlavə edilmiş aşağıdakı “Sub uçot hesabından ödənişə dair sənədlərlə Cavabdeh tərəfindən müxtəlif tarixlərdə iddiaçı MMC-yə aşığada qeyd edilən pul məbləğləri ödənilmişdir: 07.04.2014-cü il tarixdə 18.000,00 manat; 24.06.2014-cü il tarixdə 9.495,54 manat; 25.06.2014-cü il tarixdə 4.014,84 manat; 08.10.2014-cü il tarixdə 46.745,29 manat; 29.04.2015-ci il tarixdə 1.231,20 manat. İşin materiallarına əlavə edilmiş aşağıdakı q aimə-fakturalarla iddiaçı MMC tərəfindən Cavabdeh-yə iallar satılmışdır: 21 aprel 2015-ci il tarixli ******* saylı - 1.100 manatlıq; 29 mart 2015-ci il tarixli, 775388 nömrəli - 690,00 və 4 700,00 manatlıq; 10 mart 2015-ci il tarixli, 775367 nömrəli - 350,00 manatlıq; 09 fevral 2015-ci il tarixli, 775313 nömrəli 300,00 manatlıq; 31 yanvar 2015-ci il tarixli, 775296 nömrəli - 423,73 manatlıq; 27 yanvar 2015-ci il tarixli, 775280 nömrəli – 19. 980,00 manatlıq; 26 yanvar 2015-ci il tarixli, 775276 nömrəli – 5.740,00 və 220,00 manatlıq; 22 yanvar 2015-ci il tarixli, 775274 nömrəli – 3. 300,00 və 781,00 manatlıq; 21 yanvar 2015-ci il tarixli, 775272 nömrəli - 338,98 və 355,93 manatlıq; 27 dekabr 2014-cü il tarixli, 724884 nömrəli qaimə-fakturaya əsasən 3 300,00 və 781,00 manat, 27 dekabr 2014-c ü il tarixli, 724885 nömrəli - 26 640,00 manatlıq; 24 dekabr 2014-cü il tarixli, 724878 nömrəli - 423,73 və 254,24 manatlıq; 20 dekabr 2014-cü il tarixli, 724860 nömrəli - 15 540,00 manatlıq; 02 dekabr 2014-cü il tarixli, 724831 nömrəli 406,780 və 338,983 manatlıq; 02 dekabr 2014-cü il tarixli, 724832 nömrəli 13.320,00 manatlıq; 29 noyabr 2014-cü il tarixli, 724829 nömrəli – 8.880,00 manatlıq; 22 noyabr 2014-cü il tarixli, 724812 nömrəli qaimə-fakturaya əsasən 2 105,08, 355,93 və 338,98 manat, 22 noyabr 2014-cü il tarixli, 724813 nömrəli qaimə-fakturaya əsasən 8 880,00 manat, 20 noyabr 2014-cü il tarixli, 724807 nömrəli qaimə-fakturaya əsasən 4 210,17 manat, 13 noyabr 2014-cü il tarixli, 683093 nömrəli qaimə-fakturaya əsasən 2 806,78 manat, 05 noyabr 2014-cü il tarixli, 683068 nömrəli qaim ə-fakturaya əsasən 152,54 və 254,24 manat, 22 oktyabr 2014-cü il tarixli, 683023 nömrəli qaimə-fakturaya əsasən 127,12 manat, 09 oktyabr 2014-cü il tarixli, 601442 nömrəli qaimə-fakturaya əsasən 9 070,00, 1 630,00 və 140,00 manat, 04 sentyabr 2014-cü il tarixli, 542850 nömrəli qaiməfakturaya əsasən 17 368,32 manat, 26 avqust 2014-cü il tarixli, 542827 nömrəli qaiməfakturaya əsasən 17 421,60 manat, 25 avqust 2014-cü il tarixli, 542820 nömrəli qaiməfakturaya əsasən 423,73 və 343,22 manat, 21 avqust 2014-cü il tarixli, 542817 nömrəli qaimə-fakturaya əsasən 13 092,48 manat, 18 avqust 2014-cü il tarixli, 542810 nömrəli qaimə-fakturaya əsasən 550,85 və 521,19 manat, 11 avqust 2014-cü il tarixli, 542799 nömrəli qaimə-fakturaya əsasən 22 002,00 manat, 11 avqust 2014-cü il tarixli, 542800 nömrəli q aimə-fakturaya əsasən 1 200,00 manat, 08 avqust 2014-cü il tarixli, ******* nömrəli qaimə-fakturaya əsasən 17 561,28, 101,69 və 169,49 manat, 02 avqust 2014-cü il tarixli, 542780 nömrəli qaimə-fakturaya əsasən 8 794,80 manat, 30 iyul 2014-cü il tarixli, 542770 nömrəli qaimə-fakturaya əsasən 423,73 və 508,47 manat, 23 iyul 2014-cü il tarixli, 542761 nömrəli qaimə-fakturaya əsasən 13 245,12 manat, 14 iyul 2014-cü il tarixli, 487299 nömrəli qaimə-fakturaya əsasən 1 800,00 və 1 200,00 manat, 10 iyul 2014-cü il tarixli, 487292 nömrəli qaimə-fakturaya əsasən 423,73 manat, 04 iyul 2014-cü il tarixli, 487280 nömrəli qaimə-fakturaya əsasən 13 372,92 manat, 30 iyun 2014-cü il tarixli, 487259 nömrəli qaimə-fakturaya əsasən 8 905,44 manat, 20 iyun 2014-cü il tarixli, 487244 nömrəli qaimə-fakturaya əsa sən 13 354,56 manat, 11 iyun 2014-cü il tarixli, 487288 nömrəli qaimə-fakturaya əsasən 13 290,84 manat, 04 iyun 2014-cü il tarixli, 487212 nömrəli qaimə-fakturaya əsasən 13 348,44 manat, 27 may 2014-cü il tarixli, 411998 nömrəli qaimə-fakturaya əsasən 13 380,12 manat, 19 may 2014-cü il tarixli, 411984 nömrəli qaimə-fakturaya əsasən 15 828,05 manat, 17 may 2014-cü il tarixli, 411982 nömrəli qaimə-fakturaya əsasən 500,00 manat, 12 may 2014-cü il tarixli, 411971 nömrəli qaimə-fakturaya əsasən 13 448,88 manat, 05 may 2014-cü il tarixli, 411956 nömrəli qaimə-fakturaya əsasən 13 529,88 manat, 23 aprel 2014-cü il tarixli, 411935 nömrəli qaimə-fakturaya əsasən 13 489,56 manat, 19 aprel 2014-cü il tarixli, 411926 nömrəli qaimə-fakturaya əsasən 11 239,80 manat, 07 aprel 2014-cü il tarixli, 411905 nö mrəli qaimə-fakturaya əsasən 11 064,90 manat, 02 aprel 2014-cü il tarixli, 301238 nömrəli qaimə-fakturaya əsasən 423,73 manat, 31 mart 2014-cü il tarixli, 301231 nömrəli qaimə- fakturaya əsasən 45 360,00 manat, 8 736,00 manat, 2 783,36 manat, 42 501,48 manat, 11 201,40 manat, 635,55 manat, 219,42 manatlıq. İşin matierialarına əlavə edilmək üçün cavabdeh MMC tərəfindən 3 ədəd ödəmə qəbzləri əlavə edilmişdir:

1. Cavabdeh adından Bülent Karakuş tərəfindən X10 21.07.2016-cı il tarixdə ödənilmiş 45.000 manata dair Akt;

2. Bülent Karakuş tərəfindən X10 26.08.2016-cı il tarixdə «X9 Azərbaycan» vasitəsilə ödənilmiş 40.000 manata dair ödəniş qəbzi;

3. Cavabdeh adından Bülent Karakuş tərəfindən İddiaçı MMC adından Musayev Elnura 19.03.2015-ci il tarixdə ödənilmiş 20.000 manata dair Akt. Hazırki iş ə birinci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 28.11.2018-ci il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin qərarının yuxarıda qeyd edilən qəbzlərlə bağlı hissədə ləğv edib yeni baxışa göndərərkən göstərilmişdir ki, cavabdeh MMC nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlər cavabdeh MMC-nin nümayəndəsinin imzası və möhürü, o cümlədən iddiaçı MMC tərəfindən pulu qəbul edən şəxslərin imzaları ilə təsdiq olunmuşdur. İşə baxan apellyasiya instansiya məhkəməsi isə iş materiallarına əlavə edilmiş həmin sənədlərə öz qərarında hüquqi qiymət verməmiş, həmin sənədlərin mötəbər sübut kimi qəbul edilməməsi halını əsaslandırmamış və ümumiyyətləbelə bir məsələyə öz əsaslandırmasına toxunmamışdır. İşə təkrar baxan apelly asiya instansiyası məhkəməsi hazırki iş üzrə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməl, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yoxlamalı və qiymətləndirməlidir. Araşdırılan qətnamədən göründüyü kimi, Ali Məhkəmənin qərarında müəyyən edilmiş məcburi göstərişə uyğun olaraq araşdırma aparmış apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, hazırkı işdə cavabdeh MMC istinad etdiyi ödəniş sənədlərini (əgər həmin sənədlər ödəniş sənədləri kimi qəbul edilərsə) birinci instansiya məhkəməsində yox, apellyasiya şikayətinə əlavə kimi təqdim etmişdir. Halbuki, iş üzrə müəyyən edilir ik, cavabdeh MMC məhkəmə iclaslarında nümayəndə və vəkillə təmsil olunmaqla yanaşı apellyasiya şikayətinə əlavə olunmuş həmin sənədlər 2015-2016-cı illəri əhatə edir. Bu hal isə onu təsdiq edir ki, həmin sübutlar apellyasiya baxışı zamanı yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ödəniş sənədləri hətta birinci instansiya məhkəməsinə təqdim olunsaydı belə, məhkəmə həmin sənədləri hazırki iş üzrə sübut kimi qiymətləndirə bilməzdi, çünki qeyd olunan sənədlərdən ödənişlərin hazırki mübahisəyə aidiyyətinin olması müəyyən olunmur. Həmçinin, məhkəməyə təqdim olunmuş Türkiyə Respublikasının vətəndaşı X7 məktubundan görünür ki, hazırda mübahisə predmeti olan 105.000 manat dəyərindəki ödənişlər Cavabdeh-nin sahibi X8 tərəfind ən X6 şəxsi borcunun ödənilməsi üçün həyata keçirilmişdir. X8 Azərbaycan Respublikasına gələ bilmədiyindən həmin ödənişlər MMC-nin işçisi Bülent Karkuş vasitəsilə ödənilmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı MMC-yə ünvanladığı 22.06.2015-ci il tarixli 2015/050 №-li məktubunda hazırki mübahisə üzrə yaranmış borc məbləğini qəbul etmiş, lakin «xxxx» ASC tərəfindən onlara ödənişlərin gecikdirilməsi səbəbi ilə həmin halın baş verməsini qeyd etmişdir. Qanuna görə, işdə iştirak edən şəxslər apellyasiya şikayətinə baxılan zaman yeni sübutları o zaman təqdim edə bilər ki, həmin sübutları birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin səbəbini əsaslandırsın. Cavabdeh isə öz apellyasiya şikayətində MMC-nin qanuni təmsilçisinin sənədlərlə birlikdə Türkiyə Respublikasında olmasını və həmin sən ədlərin məhkəməyə təqdim olunana qədər iş üzrə qətnamə qəbul olunduğunu qeyd etmişdir. Lakin, həmin səbəbi əsaslı hesab etmir. Belə ki, iddia ərizəsi 17.07.2017-ci il tarixdə məhkəmə tərəfindən icraata qəbul edilmiş və yekun məhkəmə aktı 19.10.2017-ci il tarixdə qəbul edilmişdir. Deməli, 3 ay müddətində işə birinci instansiya məhkəməsi tərəfindən baxılmış, lakin həmin müddət ərzində qeyd olunan sənədlər təqdim edilməmişdir. Bu əsasdan həmin səbəb üzrlü hal kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinə əsasən, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak e dən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.1-ci maddəsinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 380.1-ci maddəsinə uyğun olaraq tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəm əsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nətic ə düzgündür, cavabdeh Şirkətin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar