Məhkəmə qərarları › İş №2-2(102)-409/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-409/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-409/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)-66/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ 1. 2020-ci il 11 noyabr tarixli P0001/202 0 nömrəli Alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı MMC bu müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokolunda göstərilən malları (bundan sonra "Mal”) alıcıya satmağı (alıcının mülkiyyətinə verməyi), alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya tam və vaxtında ödəməyi öz öhdəsinə götürür.

2. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 3 (üç) iş günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə üzrə satılan mallara görə alıcı satıcıya müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin et məlidir. Müqavilənin 9.4-cü bəndinə əsasən, malın məbləği vaxtında ödənilmədiyi təqdirdə alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 10%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. 3. 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi əsasında satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 2021-ci il 30 aprel tarixli EBBB 031817 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 12.654,1 manat dəyərində, 2021-ci il 10 iyun tarixli EBBD 117029 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 17.079,17 manat dəyərində, 2021-ci il 24 iyun tarixli EBBD 762434 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5403,24 manat dəyərində, 2021-ci il 17 avqust tarixli EBBG 551276 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5655,54 manat d əyərində, 2021-ci il 20 sentyabr tarixli EBBJ 431598 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 5117,65 manat dəyərində, 2021-ci il 22 sentyabr tarixli EBBJ 560453 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 1076,02 manat dəyərində, 2021-ci il 30 sentyabr tarixli EBBK 023928 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 9014,73 manat dəyərində, 2021-ci il 15 oktyabr tarixli EBBK 823015 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 3740,11 manat dəyərində, 2021-ci il 29 oktyabr tarixli EBBL 559498 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 4550,22 manat dəyərində, 2021-ci il 29 noyabr tarixli EBBN 154991 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 46.743,13 manat dəyərində, 2021-ci il 1 dekabr tarixli EBBN 366217 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6677,64 manat dəyərində, 2021-ci il 06 deka br tarixli EBBN 632363 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 7347,52 manat dəyərində, 2021-ci il 06 dekabr tarixli EBBN 632740 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 6424,46 manat dəyərində, 2022-ci il 17 yanvar tarixli EBBO 805528 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 17.327,06 manat dəyərində və 2022-ci il 10 mart tarixli EBBS 684882 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil cəmi 931,73 manat dəyərində olmaqla, ümumilikdə ƏDV daxil cəmi 149.742,32 (yüz qırx doqquz min yeddi yüz qırx iki manat 32 qəpik) manat dəyərində müxtəlif məhsulların satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur. 4. 2022-ci il 19 sentyabr tarixli Maliyyə arayışı ilə müəyyən olunur ki, 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsinə əsasən ümumilikdə satılmış 149.742,32 manat məbləğində (ƏDV daxil) borcdan 12.654,12 manat məbləğində ödəniş edilmişdir. Ona görə də, alıcı Cavabdeh 2022-ci il 19 sentyabr tarixinə satıcı İddiaçınə 137.088,20 manat məbləğində ödənilməmiş əsas borcu vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 11 oktyabr tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi əsasında yaranmış 137.088,20 manat (ƏDV daxil) əsas borc və hesablanmış 1000 manat dəbbə pulu olmaqla, cəmi 138.088,20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 11 noyabr tarixində tərəflər arasında P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı, yəni satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan Qiymət razılaşma protokolunda göstərilən malları cavabdehə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı 6-cı bəndinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmü şdür. Həmin bəndin 2-ci hissəsinə əsasən, Qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ alıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi yolu ilə satıcıya ödənilməlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə, satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektronqaimələr əsasında elektron-qaimələrdə əks olunmuş cəmi 149.742,32 manat dəyərində mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı cəmi 12.654,12 manat (10.723,83 manat əsas məbləğ + 1930,29 manat ƏDV) ödəniş etmiş, ƏDV daxil cəmi 137.088,20 manat məbləğində malın dəyərini ödəməmişdir.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 462.1, 462.3, 567, 597.1, 598.3, 600-cü maddələrinə istinad edilmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 10 fevral tarixli e-2-2(119)-43/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 137.088,2 manat məbləğində əsas borc, 1000 manat məbləğində dəbbə pulu və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 138.218,2 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehdən dövlət rüsumunun qalığı kimi 298,09 manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

10. Məhkəmə qeyd etmişdir ki, işin konkret hallarına əsasən, 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi üzrə almış olduğu mallara görə 137.088,20 manat məbləğində əsas borc alıcı cavabdeh tərəfindən satıcı iddiaçıya ödənilməmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 137.088,2 manat məbləğində əsas borcun və 1000 manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır.

11. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 567, 600.1, 600.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4, 9.1-1, 36.2-ci maddələrinə ist inad etməklə əsaslandırmışdır.

12. Cavabdeh 2023-cü il 7 mart tarixində apellyasiya şikayəti verməklə, həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)-66/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – Z.Məmmədov və A.Süleymanova).

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin yeganə dəlilini – tərəflər arasında bağlanmış 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsinin 9.2- ci bəndinə əsasən, tərəflərin iradəsindən asılı olmayan qüvvənin təsiri nəticəsində müqavilə üzrə üzərlərinə düşən öhdəliklərdən tamamilə və ya qismən azad olmalarına dair dəlilini əsassız hesab etmişdir.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 385.1, 425.1, 427.3, 442, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə və "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 11 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

16. Həmin qətna mə 2023-cü il 14 aprel tarixdə tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir.

17. Cavabdeh 2023-ci il 13 iyun tarixində kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 425.1-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdeh tərəfin ödəmə ilə bağlı maliyyə çətinliklərinin yaranmasına dair iddiaçı tərəfə məlumat verilmiş, hər iki tərəf arasında danışıqlar aparılmış və məbləğin ödənilməsi ilə bağlı şifahi razılığa gəlinmişdir. Tərəflər arasında bağlanmış 2020-ci il 11 noyabr tarixli P0001/2020 nömrəli Alqı-satqı müqaviləsinin 9.2-ci bəndinə əsasən, tərəflər iradəsində n asılı olmayan qüvvənin təsiri nəticəsində müqavilə üzrə üzərlərinə düşən öhdəliklərdən tamamilə və ya qismən azad olurlar. Cavabdeh tərəf məsuliyyətdən azad olunmalı və iddia əsaslı hesab edilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun o laraq yoxlanılacaqdır.

22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu l ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəli k həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqa vilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)66/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

24. Cavabdehin kassasiya şikayətinin yeganə dəlili bundan ibarət olmuşdur ki, 2020-ci il 11 noyabr tarixli müqavilənin 9.2-ci bəndinə əsasən, tərəflər iradəsindən asılı olmayan qüvvənin təsiri nəticəsində müqavilə üzrə üzərlərinə düşən öhdəliklərdən tamamilə və ya qismən azad edilirlər.

25. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, 2020-ci il 11 noyabr tarixli müqavilənin cavabdehin istinad etdiyi 0 26. 9.2-ci bəndi öhdəli klərin tamamilə və ya qismən icra edilməməsinin qarşısıalınmaz qüvvənin təsiri səbəbindən yarandığı, aidiyyəti olan tərəfin bunu əvvəlcədən görmək və ya qarşısını almaq imkanına malik olmadığı halda məsuliyyətdən azad olunmanı nəzərdə tutur. Cavabdeh kassasiya şikayətində hansı qarşısıalınmaz qüvvənin təsiri ilə bağlı müqavilə üzrə öhdəliklərinin icrasının mümkün olmadığını əsaslandırmasa da, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi göstərmişdir ki, iddiaçıdan alınmış mallar müqavilə əsasında üçüncü şəxsə təqdim edilmiş, həmin şəxs ödənişləri etməmiş, bu səbəbdən də iddiaçıya olan borcun ödənilməsi mümkün olmamışdır. Qeyd edilən hal isə müqavilə üzrə öhdəliklərin icrasını qeyri-mümkün edən, qabaqcadan görmək və ya qarşısını almaq mümkün olmayan hal kimi qiymətləndirilə bilməz.

27. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)-66/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

29. Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 aprel tarixli 2-2(105)-66/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar