Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-41/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Azərbaycan Respublikası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2-yə qarşı işi üzrə Q Ə R A Rİ Açar sözlər: ( kassasiya şikayətinin geri qaytarılması, müddətə görə). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), X4, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakları ilə iddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Cavabdeh2-yə qarş ı müqavilənin etibarsiz hesab edilməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-568/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikasının İddiaçı (bundan sonra iddiaçı) Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yerləşən 1679.3 kv.m. olan qeyri-yaşayış sahəsinə verilmiş 000417 nömrəli, 2006-cı il 27 mart tarixli şəhadətnamə, 13225.7 kv.m. torpaq sahəsinə dair verilmiş 000088 nömrəli, 2006-cı il 28 aprel tarixli şəhadətnamə, həmin sənədlərin veri lməsinə əsas olmuş 2006-cı il 22 fevral tarixli 103 saylı və 2006-cı il 27 aprel tarixli 66 saylı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh2-nin həmin torpaq və qeyri-yaşayış sahəsindən çıxarılması və daşınmaz əmlakların iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2015-ci il 27 yanvar tarixli 2(001)-1156/2015 nömrəli qərardadı ilə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(81)-12/2017 nömrəli qətnaməsi ilə (hakim: İ.B.Əhmədov) iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 2-2(103)-673/2017 nömrəli qətnaməsi ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 22(102)-330/18 saylı qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 2-2(103)-673/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan Cavabdeh2 tərəfindən veri lmiş əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 22(102)-330/18 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 2-2(103)-673/2017 nömrəli qətnaməsi ləğv edilərək iş apelyasiya qaydasında yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-568/2019 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(81 )-12/2017 nömrəli qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. İddiaçı apelyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2 (103)-568/2019 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətini icraata qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator şikayətində bildirmişdir ki, apelyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiya məhkəməsinin qərarı bilavasitə işdə iştirak edərək İddiaçı təmsil edən hüquq idarəsinə xx xxxxxxxx 2019-cu il tari xdə daxil olmuşdur. Bu halı təsdiq edən sənədin təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Məhz bu hala görə iş üzrə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 2 ay prosessual müddət İddiaçı tərəfindən buraxılmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətini icraata qəbul olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabd eh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya ins tansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin müddəalarına görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1-ci maddə). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1-ci maddə). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (133.1-ci maddə). Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər (405.0.1-ci maddə). İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-568/2019 saylı qətnaməsinin surəti iddiaçı Azərbaycan Respublikasının İddiaçınə göndərilmiş, xx.xx.2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmiş, həmin qətnamədən iddiaçının xx.xx.2019-cu il tarixədək kassasiya şikayəti vermək hüququ olduğu halda, kassasiya şikayəti xx.xx.2019-cu il tarixdə rabitə orqanına (poçta) təqdim edilmiş və xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə də, iddiaçı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürüldüyündən apelyasiya instansiya məhkəməsi kassasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əssən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müd dətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Kassasiya şikayəti verilməsi müddəti ötürülməsinə baxmayaraq iddiaçı müddətin bərpası barədə vəsatət verməmişdir. Kassasiya şikayətində iddiaçı tərəf şikayətin verilməsi vaxtını mübahisələndirməmişdir. Kassator yalnız apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu vaxtı mübahisələndirərək, qətnamənin xx.xx.2019-cu il tarixdə deyil, xx.xx.2019-cu il tarixdə Hüquq İdarəsinə daxil olduğunu bildirmişdir. Kassatorun bu dəlili iş materillarının 194-cü səhifəsində olan xəbərnamə ilə təkzib edilir. Həmin xəbərnaməyə əsasən, mübahisələndirilən qətnamə xx.xx.2019-cu il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Qeyd olunmalıdır ki, belə olan halda qətnamənin iddiaçının strukturuna aid olan Hüquq İdarəsinə nə vaxt daxıl olması müddətlərin hesablanması baxımından hüquqi əhəmiyyət kəsb etmir. Ona görə də kassasiya şikayətini bu dəlili əsassızdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-568/2019 saylı xx xxxxxx 2019-cu il tarixli
Məhkəmə qərarları › İş №2-2(102)-41/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-41/2020
18.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver