Məhkəmə qərarları › İş №2-2(102)-410/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-410/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-410/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)281/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALL ARİ

1. Satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 1 oktyabr tarixli 415 saylı Malların və/və ya xidmətlərin alışına dair müqaviləyə əsasən, satıcı tərəflər arasında razılaşdırılmış çap, tipoqrafiya, dəftərxana və təsərrüfat mallarını və/və ya xidmətlərini satmağı alıcı isə həmin malların və/və ya xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 2. 2021-ci il 4 oktyabr tarixində İddiaçı QSC tərəfindən 6872 nömrəli hesab-faktura tərtib edilmiş və eyni tarixdə Cavabdeh MMC-yə 164622 nömrəli EBBK seriyalı, 10.620 manat dəyərində olan elektron qaimə göndərilmişdir. 3. 2022-ci il 15 avqust tarixində İddiaçı QSC tərəfindən 5750 nömrəli hesab-faktura tərtib edilmiş və 2022-ci il 15 avqust tarixində Cavabdeh MMC-yə 923680 nömrəli EBCB seriyalı, 11.672,80 manat dəyə rində olan elektron qaimə göndərilmişdir. 4. 2022-ci il 16 sentyabr tarixli MŞB/6-5642 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə sənəddən görünür ki, Cavabdeh MMC-yə sessiyanın tarixi, saatı və yeri barədə məlumat verilməsinə baxmayaraq, həmin sessiyada iştirak etməmişlər. İddiaçı QSC tərəfindən ilkin mediasiya sessiyası üçün 200 manat məbləğində vəsait ödənmişdir.

5. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 16 sentyabr tarixli, 32 nömrəli pretenziya məktubundan görünür ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 oktyabr tarixli müqavilə əsasında yaranmış əsas borc 9.892,20 manat, 5.000 manat dəbbə pulu, ümumilikdə 15.092,20 manat məbləğində pulun və 2.500 ədəd ********** – Kağız bəyaz A4 80 qr 500v Svetocopy malının İddiaçı ASC-yə ödənilməsini xahi ş etmiş, və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 21 sentyabr tarixində və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borc üzrə 17.892,2 manat, dəymiş ziyan 10.250 manat, 894 manat faiz məbləği, ödənilmiş dövlət rüsumu 200 manat olmaqla, ümumilikdə, 29.236,2 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 1 oktyabr tarixli 415 s aylı Malların və/və ya xidmətlərin alışına dair müqaviləyə əsasən, iddiaçı tərəfindən müvafiq mal və məhsullar cavabdehə təqdim olunsa belə, cavabdeh tərəfindən öhdəliklər tam həcmdə yerinə yetirilməmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən, alıcı hesab-fakturanı aldığı gündən 10 gün içərisində aldığı mal və ya xidmətin dəyərinin tamamını ödəyir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin bir qismi yerinə yetirilməmiş, 17.892,2 manat borc məbləği yaranmışdır. Belə ki, iddiaçı tərəfindən ümumi dəyəri 22.292,8 manat (ƏDV daxil) olan məhsul təqdim edilmiş, bu məhsullar üzrə 3.400.6 manat ƏDV məbləği, 1.000 manat isə əsas məbləğ ödənilmiş, qalan məbləğ bu günə qədər ödənilməmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra – “MM”) 425.1, 442, 445.1, 445.2, 445.2.1, 445.8, 459.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1, 36.2-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul olunmaması xahiş edilmişdir. Belə ki, iddia məhkəməyə təqdim olunarkən pul tələbi iddiası qaldırılır. Lakin iddiaçı iddia tələbini digər tələblə qaldırmış və pulun ödənilməsi deyil, əmlakın qaytarılmasını istəmişdir. Yəni sonradan iddia tələbinin dəqiqləşdirilməsi zərurəti məhkəmə baxışı gedişində yaranmamış və məhkəmənin iddiaçıya hüquqi yardımı - təklif əsasında həyata keçirilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2- 2(113)-5609/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2021-ci il 1 oktyabr tarixli 415 saylı müqavilə üzrə 17.892,20 manat, əsas borca illik 5 faiz hesablanmaqla 12,25 manat və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – K.Hüseynov).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili 2021-ci il tarixli e-qaimə üzrə malların cavabdehə təhvil verildiyini və həmin borcu qəbul etdiyini, lakin 2022-ci il tarixli e-qaimə üzrə malların cavabdehə təhvil verilmədiyini, bu qaimə üzrə köçürülən ƏDV məbləğinin mühasib tərəfindən səhvən köçürüldüyünü, 2-ci e-qaimədə gös tərilmiş malların təhvil verilmədiyini, borcunun olmadığını bildirmişdir.

12. Alqı-satqı müqaviləsi ilk növbədə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan iddiaçının üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm də tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna da diqqət yetirilməlidir.

13. İddiaçı tərəf 22.292,80 manat dəyərində olan malların cavabdehə təhvil verildiyini və təhvil verilmiş mallara dair cavabdeh tərəfindən tam ödənişin aparılmadığını bildirmişdir. Belə ki, elektron vergi sistemi ilə göndərilmiş elektron qaimələr əlavə olunmuşdur. Qanunvericiliklə müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə cavabdehin verilmiş malları qəbul edər ək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət etmişdir.

14. Bundan əlavə, iş materiallarına əlavə edilmiş **********/473683575 nömrəli 2022-ci il 9 sentyabr tarixli ödəniş sənədindən məlum olur ki, cavabdeh tərəfindən 2021-ci il 4 oktyabr tarixli elektron qaimə əsasında əsas məbləğdən 1.000 manat, 1.620 manat ƏDV məbləği, 2022-ci il 29 avqust tarixində isə 2022-ci il 15 avqust tarixli elektron qaimə üzrə 1.780,60 manat ƏDV məbləği iddiaçıya ödənilmişdir.

15. Cavabdeh tərəfin qəbul etmədiyi 2022-ci il 15 avqust tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallar sonuncuya verilməmiş olsa idi, qeyd olunan elektron qaimədəki 1.780,60 manat ƏDV məbləğini də, ödəməmiş olardı. Cavabdeh tərəfindən 2022-ci il 15 avqust tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallara görə 1.780,60 manat ƏDV məbləğini ödəməsi onu təsdiq etmişdir ki, göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və sonuncunun həmin malların əvəzini ödəmək vəzifəsi yaranmışdır.

16. Məhkəmə həmçinin cavabdeh tərəfin səsləndirmiş olduğu “köçürülən ƏDV məbləğinin mühasib tərəfindən səhvən köçürüldüyü” dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 21 sentyabr tarixində müraciət etmiş və məhz bundan sonra 2022-ci il 15 avqust tarixli elektron qaimə əsasında ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh iddiaçıya 2022-ci il 23 sentyabr tarixində məktub ünvanlamış və mühasibin səhvən ƏDV-ni köçürməsi qeyd olunmuşdur. Qeyd edilən halın niyə məhz iddiaçının m əhkəməyə müraciət etməsindən sonra yaranmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir.

17. Həmçinin cavabdehin nümayəndəsi və vəkili 2021-ci il tarixli elektron qaimədə göstərilmiş malların verildiyi və həmin mallar üzrə borcu qəbul etdiyini bildirmiş olsa da, heç həmin mallara dair də borcunu ödəməmişdir.

18. Bundan başa, tərəflər arasında əvvəllər də alğı-satqı münasibətləri olmuş və müvafiq olaraq mallar verilmiş və ödənişlər edilmişdir. Belə ki, cavabdeh tərəfdən ödənişlərin olunması və elektron qaimələrin sistem tərəfindən qəbul edilərək hər hansı bir etirazın edilməməsi tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələr üzərindən getməsini göstərmişdir.

19. Ona görə də iddiaçı tərəfindən 22.292,8 manat dəyərində malların verildiyini, cavabdehin isə cəmi 4.400,6 manat m əbləğində pulun ödənildiyini nəzərə alaraq, sonuncunun ödənilməmiş 17.892,2 manat məbləğində borcu qalmışdır.

20. Pretenziya məktubunun cavabdeh tərəfindən 2022-ci il 16 sentyabr tarixdə alındığını, iddianın isə məhkəməyə 2022-ci il 21 sentyabr tarixdə daxil olduğunu nəzərə alaraq 5 gün gecikmə müəyyən edilmişdir. Əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 12,25 (17.892,2x5/100=894,61 (1 il üçün), 894,61/365=2,45 (1 gün üçün), 2,45x5 =12,25 (5 gün üçün) ) manat təşkil edir.

21. İddiaçı cavabdehdən 10.250 manat miqdarında digər ziyan üçün pul tələb etsə də, qeyd olunan zərərin nədən ibarət olduğunu izah edə bilməmişdir. 2021-ci il 1 oktyabr tarixli 415 nömrəli Malların və xidmətlərin alışına dair müqavilənin 4.3-cü bəndinə əsasən, satıcının malların qiymətini dəyişmək hüquq u vardır və satıcı yeni qiymətlərin tətbiq olunmasından 20 təqvim günü qabaqcadan alıcını xəbərdar etməlidir. Lakin bu halı təsdiq edən hər hansı bir sənədlər isə iş materiallarına əlavə olunmamışdır.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 21.2, 445.7, 567, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarının 3.9-cu bəndinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh 2023-cü il 12 yanvar tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın mübahisələndirilən hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı 2023-cü il 18 yanvar tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)-281/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, **********/473683575 nömrəli 2022-ci il 9 sentyabr tarixli ödəniş sənədinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 2021-ci il 4 oktyabr tarixli elektron qaimə əsasında əsas məbləğdən 1.000 manat, 1.620 manat ƏDV məbləği ödənilmişdir. Cavabdeh də hazırda həmin qaimə üzrə malların verildiyini və borcunun olduğunu etiraf etmişdir. Həmin e-qaimə üzrə isə heç bir üzləşmə və ya təhviltəslim aktı tərtib olunmamışdır.

27. Göründüyü kimi, tərəflər arasında işgüzar adətlərə görə malla rın təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

28. Eyni zamanda, iddiaçı tərəfindən 2022-ci il 15 avqust tarixində 5750 nömrəli hesabfaktura tərtib edilmiş və elə həmin tarixdə cavabdehə 923680 nömrəli EBCB seriyalı, 11.672,80 manat dəyərində olan elektron qaimə göndərilmişdir. Cavabdeh həmin qaimə üzrə iddiaçıya 2022-ci il 29 avqust tarixində 1.780,60 manat ƏDV məbləği ödəmişdir.

29. Bu hal isə o nəticəyə gəlməyə imkan verir ki, cavabdehin qəbul etmədiyi 2022-ci il 15 avqust tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallar sonuncuya verilməmiş olsa idi, həmin elektron qaimədəki 1.780,60 manat ƏDV məbləğini də, ödəməmiş olardı. Yəni cavabdeh tərəfindən 2022-ci il 15 avqust tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallara görə 1.780,60 manat ƏDV məbləğini ödəməsi onu təsdiq edir ki, göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdehin də həmin malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

30. Göründüyü kimi, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələrlə təsdiq olunmuşdur.

31. Cavabdehin qeyd etmiş olduğu kimi, 2022-ci il 15 avqust tarixli qaimə üzrə iddiaçı cavabdehə malları təhvil verməmiş olsa idi, cavabdeh iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı, bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmamış, əksinə, cavabdeh həmin qaimə üzrə ƏDV məbləğini ödəmişdir.

32. Cavabdeh tərəfin səsləndirmiş olduğu “köçürülən ƏDV məbləğinin mühasib tərəfindən səhvən köçürüldüyü” dəlili isə əsassız hesab edilir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 21 sentyabr tarixində müraciət etmiş və məhz bundan sonra 2022-ci il 15 avqust tarixli elektron qaimə əsasında ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh iddiaçıya 2022-ci il 23 sentyabr tarixində məktub ünvanlamış və mühasibin səhvən ƏDV-ni köçürməsini qeyd etmişdir. Qeyd olunan halın, yəni hansı səbəbə görə bunun iddiaçının məhkəməyə müraciət etməsindən sonra yaranmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir.

33. Həmçinin iddiaçının pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 12,25 manat məbləğində faiz lərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur (17.892,2 x 5 / 100 = 894,61 (1 il üçün), 894,61 / 365 = 2,45 (1 gün üçün), 2,45 x 5 = 12,25 (5 gün üçün)).

34. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 445.7, 567, 598.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 2 fevral tarixli, 26 nömrəli Qərarının 3.9-cu bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

35. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 11 aprel tarixdə tərəflərə göndərilmiş və tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 may tarixli 22(103)-281/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, V.Baxışova və A.Hüseyn).

37. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə hesabfakturanın təqdim olunmasını təsdiq edən sübutları təqdim etməmişdir. Müq avilə şərtinə əsasən, ödəniş satıcının elektron qaiməni deyil, məhz hesab-faktura təqdim etdiyi gündən 10 təqvim günü ərzində ödənilməsini nəzərdə tutmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrin tarixindən isə həmin müddət hesablana bilməz. Gecikdirilmiş vaxt üçün faizlər məhz cavabdeh tərəfindən pretenziya məktubunun alındığı tarixdən başlayaraq hesablanmalıdır ki, birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Zərərlə bağlı iddiaçının istinad etmiş olduğu hallar, yəni dünyada gedən proseslər, o cümlədən müharibənin başlanması və Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyalar nəticəsində bəyaz kağız məhsulu üzrə qiymətlərin əhəmiyyətli dərəcədə artması özüözlüyündə iddiaçıya zərərin dəydiyi anlamına gəmir.

38. İddiaçının təqdim etdiyi Rusi ya Federasiyasının “SilvamoKorporeyşn Rus” QPSC ilə iddiaçı arasında bağlanmış 2021-ci il 23 dekabr tarixli ********** nömrəli distribyusiya müqaviləsinə 2022-ci il 28 iyul tarixli 6 nömrəli əlavə razılaşmadan müəyyən olunmuşdur ki, iddiaçı həmin “SilvamoKorporeyşn Rus” QPSC-nin Azərbaycan Respublikasında rəsmi distribyutorudur və ağ kağız məhsullarının satışını həyata keçirir. Həmin kağız məhsullarının qiymətlərinin Rusiya Federasiyasında artması iddiaçının maddi itkilərə məruz qalması anlamına gəlinməmişdir. Belə ki, malın qiymətinin istehsalçı dövlətdə artması mütənasib şəkildə onun distribyutor tərəfindən satış qiymətinin də artmasına səbəb olur. İddiaçı tərəfindən qiymət artımı nəticəsində real zərərin və ya əldən çıxmış faydanın mövcud olmasını təsdiq edən sübutlar (mühasibat və ya vergi sənədləri) təqdim edilməmişdir. İddiaçı tərəfindən müqavilənin 4.2-ci bəndinə uyğun olaraq ödənişin həyata keçirilməsi üçün cavabdehə hesab-fakturanın təqdim olunmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının istinad etdiyi tarixlərdə ödənişin gecikdirilməsi səbəbi sonuncunun öz hərəkətləri olmuşdur. Zərərin ödənilməsi tələbinin təmin olunması üçün zəruri olan “zərərin mövcud olması” və “zərər vuran şəxsin təqsirli olması” əsasları öz təsdiqini tapmamışdır.

39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 427.3, 427.4, 443.1, 443.2, 445.7-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 229.1, 229.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

40. Cavabdeh 2023-cü il 8 may tarixində kassasiya şikayəti verməklə apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 28 mart tarixli 2-2(103)-281/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın mübahisələndirilən hissəsində təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

41. MM-in 386.1, 389.1, 567, 598.1-ci maddələri üzrə - 923680 nömrəli EBCB seriyalı, 11.672,80 manat dəyərində olan elektron qaimə üzrə mallar cavabdehə təhvil verilməmişdir. Qanunvericiliyə uyğun olaraq alıcı təhvil verilməyən malların dəyərini ödəmək vəzifəsi olmamışdır. Lakin məhkəmə qeyd edilən halı nəzərə almamışdır. Təhvil verilməyən mallar üzrə cavabdeh tərəfindən səhvən ödənilmiş ƏDV məbləği həmin malların təhvil verilməsini sübuta yetirməmişdir. Bu barədə cavabdeh tərəfindən iddiaçıya müvafiq məktub göndərilmiş və həmin ƏDV məbləğinin geri qaytarılması xahiş edilmişdir. Lakin cavabdeh şirkətin rəhbərliyi həmin elektron qaimə barədə məlumatı məhz iddia qaldırıldıqdan sonra əldə etmiş və yeni təyin olunmuş təcrübəsiz mühasib səhvini düzəltmək üçün göstəriş vermişdir. Belə ki, cavabdeh malların təhvil verilmədiyini iddia edirsə, iddiaçı qeyd edilən halda malların təhvil verildiyini təsdiq edən üzləşmə aktını, təhvil-təslim aktını və s. bu kimi oxşar sənədləri məhkəməyə təqdim etməli idi. Lakin məhkəmə qeyd olunan sənədlər olmadan təhvil verilməmiş malların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmiş və bununla da qeyd edilən maddi normaların tələblərini pozmuşdur.

42. MM-in 445.7-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2014-cü il 24 dekabr tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel qərarı üzrə - Gecikdirilmiş borc məbləği üçün faizlərin hesablanması o zaman qanunauyğun olardı ki, həqiqətən belə borc mövcud olsun. Lakin qeyd edilən halda təhvil verilməyən mallara görə ödəniş tələb edilməsi, əlavə olaraq buna faiz hesablanması qanunun tələblərinə zidd olmuşdur.

43. Azə rbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ və Vİİ, 127-ci maddəsinin İİ, 129-cu maddəsinin İİİ hissəsi üzrə - Məhkəmə tərəfindən Konstitusiyasının maddələrində qeyd olunanlara əməl olunmamışdır. 44. “Elsholz Almaniyaya qarşı” 2000-ci il 13 iyul tarixli, “Blucher Çex Respublikasına qarşı” 2005-ci il 11 yanvar tarixli, “Van de Hurk Hollandiyaya qarşı” 1994-cü il 19 aprel tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları üzrə - Məhkəmə qeyd olunan qərarların hüquqi mövqeyinə riayət etməmişdir.

45. MPM-in 9.1, 14.1, 88, 217.1, 217.3-cü maddələri üzrə - Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş və mülahizələrə əsaslanan qərar qəbul etmişdir. Malların təhvil verilməsi barədə hər hansı sübut mövcud olmadan və ödənilmiş ƏDV məbləğinin geri qaytarılması barədə məktu bu nəzərə almadan məhkəmə əsassız qətnamə qəbul etmişdir.

46. MPM-in 53-cü maddəsi üzrə - İddiaçı məhkəmə baxışı zamanı iddia tələbini dəqiqləşdirmişdir. Cavabdeh tərəfindən etiraz bildirilsə də, məhkəmə həmin ərizəni icraata qəbul etmişdir. Lakin iddiaçı həmin dəqiqləşməni məhkəmə hazırlıq iclası dövründə, eyni zamanda, məhkəməyə müraciət dövründə edə bilərdi. Göründüyü kimi, həmin əsaslar məhkəmə baxışı dövründə yaranmamışdır. Belə olduğu halda məhkəmə MPM-in tələblərini deyil, İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq “hüquqi yardımını” əsirgəməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin qəbul etmədiyi 2022-ci il 15 avqust tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallar iddiaçıya verilməmiş olsa idi, sonuncu həmin elektron qaimədəki 1.780,60 manat ƏDV məbləğini də, ödəməmiş olardı. Cavabdeh tərəfindən 2022-ci il 15 avqust tarixli elektron qaimədə göstərilmiş 11.672,80 manat dəyərində olan mallara görə 1.780,60 manat ƏDV məbləğini ödəməsi sübut etmişdir ki, göstərilmiş mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və sonuncunun da həmin malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

48. Həmçinin tərəflər arasında bağlanmış ağı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələrlə təsdiq olunmuşdur. 2022-ci il 15 avqust tarixli qaimə üzrə iddiaçı malların cavabdehə verilməsi ilə bağlı təsdiq etməməsi ilə bağlı müəyyə n olunmuş 5 gün müddətində məlumat vermiş olardı. Lakin hazırkı işdə bu hal mövcud olmamış, cavabdeh həmin qaimə üzrə ƏDV məbləğini ödəmişdir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 21 sentyabr tarixində müraciət etmiş və məhz bundan sonra 2022-ci il 15 avqust tarixli elektron qaimə əsasında ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh iddiaçıya 2022-ci il 23 sentyabr tarixində məktub ünvanlanmış və müsahibin səhvən ƏDV-ni köçürməsini qeyd etmişdir. Qeyd olunan halın hansı səbəbə görə iddiaçının məhkəməyə müraciət etməsindən sonra yaranmasını cavabdeh tərəf kifayət qədər əsaslandıra bilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim o lunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin i şin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi m ənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şər tlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdi r....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” 53. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qay daları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında müəyyən edilmiş dir ki: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür....”

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında müəyyən edilmişdir ki: “... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonra kı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göst ərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

58. İddiaçı cavabdehdən 17.892,2 manat əsas borcun, 10.250 manat dəymiş ziyanın, 894 manat faiz məbləğinin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi həmin tələbi qismən - 17.892,2 manat və əsas borca illik 5 faiz hesab lanmaqla 12,25 manat məbləği hissəsində təmin etmiş, apellyasiya instansiya məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

59. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsas etibarilə ondan ibarətdir ki, 11.672,80 manat dəyərində olan elektron qaimə üzrə mallar cavabdehə təhvil verilməmişdir. Təhvil verilməyən mallar üzrə cavabdeh tərəfindən səhvən ödənilmiş ƏDV məbləği həmin malların təhvil verilməsini sübuta yetirməmişdir. Bu barədə cavabdeh tərəfindən iddiaçıya müvafiq məktub göndərilmiş və həmin ƏDV məbləğinin geri qaytarılması xahiş edilmişdir. Lakin cavabdeh şirkətin rəhbərliyi həmin elektron qaimə barədə məlumatı məhz iddia qaldırıldıqdan sonra əldə etmiş və yeni təyin olunmuş təcrübəsiz mühasib səhvini düzəltmək üçün göstəriş vermişdir. İddiaçı qeyd edilən mal ların təhvil verildiyini təsdiq edən üzləşmə aktını, təhvil-təslim aktını və s. sənədləri məhkəməyə təqdim etməmişdir. Təhvil verilməyən mallara görə ödəniş tələb edilməsi, əlavə olaraq buna faiz hesablanması qanunun tələblərinə zidd olmuşdur.

60. Cavabdeh eyniməzmunlu dəlilləri apellyasiya icraatında da bildirmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

61. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəsiz qaydada qəbul etdiyi digər elektron qaimə ilə əlaqədar tərəflər arasındakı təcrübəni təhlil edərək belə qənaətə gəlmişdir ki, həmin e-qaimə üzrə isə heç bir üzləşmə və ya təhvil-təslim aktı tərtib edilməmişdir. Göründüyü kimi, tərəflər arasında işgüzar adətlərə görə, malların təhvil ve rilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.... Malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələrlə təsdiq olunur. Əgər cavabdehin qeyd etdiyi kimi, həqiqətən də 2022-ci il 15 avqust tarixli qaimə üzrə iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı, bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud olmamış, əksinə, cavabdeh həmin qaimə üzrə ƏDV məbləğini ödəmişdir.

62. Mübahisəli elektron qaimə üzrə ƏDV-nin səhvən köçürülməsi barədə cavabdehin dəlilləri ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, idd iaçı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 21 sentyabr tarixində müraciət etmiş və məhz bundan sonra 2022-ci il 15 avqust tarixli elektron qaimə əsasında ödənilmiş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh iddiaçıya 2022-ci il 23 sentyabr tarixində məktub ünvanlamış və mühasibin səhvən ƏDV-ni köçürməsini qeyd etmişdir. Qeyd edilən halın, yəni hansı səbəbə görə bunun iddiaçının məhkəməyə müraciət etməsindən sonra yaranmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir.

63. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

64. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüz um görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmişdir.

65. Cavabdehin son dəlili isə ondan ibarətdir ki, iddiaçı məhkəmə baxışı zamanı iddia tələbini dəqiqləşdirmişdir. Cavabdeh tərəfindən etiraz bildirilsə də, məhkəmə həmin ərizəni icraata qəbul etmişdir. Lakin iddiaçı həmin dəqiqləşməni məhkəmə hazırlıq iclası dövründə, eyni zamanda məhkəməyə müraciət dövründə edə bilərdi. Göründüyü kimi, həmin əsaslar məhkəmə baxışı dövründə yaranmamışdır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəldiyindən, sözügedən prosessual pozuntu hətta mövcud olmuşdursa belə, MPM-in 418.3-cü maddəsinin (bax yuxarıda § 57) tələblərinə görə, mübahisələndirilən qət namənin ləğvi üçün əsas ola bilməz.

67. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88ci maddəsinin (bax yuxarıda § 57) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 57) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

68. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 2-2(103)-281/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 mart tarixli 22(103)-281/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar