Məhkəmə qərarları › İş №2-2(102)-412/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-412/2019

22.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-412/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat işi, görülən işin qəbulu, zəmanət müddətində qüsurların üzə çıxması giriş hissəsi: Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, vəkili X16, Cavabdeh MMC-nin nümayəndəsi X6, vəkili X4iştirakı ilə. İddiaçı MMC-nin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-142/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə işin halları: Sifarişçi cavabdeh ilə icraçı iddiaçı arasında bağlanmış 22.04.2015-ci il tarixli, TT-10 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən Sifarişçi X2 tikintisinin (kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırma və buraxılış–sazlama işlərinin yerinə yetirilməsi) satın alınması üçün İcraçının 1.032.500 (ƏDV ilə) manat məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı, müqavilədə nəzərdə tutulmu ş şərtlər əsasında Sifarişçiyə satın alınan X2 tikintisini təhvil verməyi, 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üçün müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 14.3-cü bəndə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda icraçının müqavilə üzr ə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. 14.4-cü bəndə əsasən müqavilə üzrə işlərin başlanma vaxtı 22.04.2015-ci il qurtarma vaxtı isə 15.11.2015-ci il müəyyən edilmişdir. 14.5-ci bəndə əsasən Sifarişçi tərəfindən 268.580 manat saxlanılaraq, İcraçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürmüşdür. 18.1-ci bəndə müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. 22.04.2015-ci il tarixli müqaviləyə qiymət cədvəli əlavə olunmuşdur. 03.11.2016-cı il tarixli istismara hazırlıq aktından görünür ki, Sifarişçi, Layihəçi, Podratçı və AR FHN Tikintidə X5 Agentliyinin Baş Dövlə t Müfəttişliyi obyektdə tikintiquraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq etmişlər. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, 2515-cü məhəllədə inşa edilmiş X2 tikintisində görülən işlər üzrə f-2 hesabat cədvəlləri əlavə edilmişdir. Forma-3 arayışına əsasən noyabr 2015-ci ildə görülmüş podrat işlərinin və əlavə xərclərin dəyəri 211.563, 62 qəpik təşkil etmişdir. Forma-3 arayışına əsasən iyul 2015-ci ildə görülmüş podrat işlərinin və əlavə xərclərin dəyəri 820.906,38 qəpik təşkil etmişdir. HJ seriyalı, 103225 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 300.000 manat məbləğində pul iddiaçıya ödənilmişdir. 30.04.2015-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən 300.000 manat iddiaçıya ödənilmişdir. 27.04.2015-ci il tarixli hesaba əsasən cavabdeh tərəfindən 437.500 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 148228 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 137.500 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 659.706 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 120.244,23 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 548536 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 68.811,54 manat iddiaçıya ödənilmişdir. HJ seriyalı, 205041 nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 20.834,29 manat iddiaçıya ödənilmişdir. İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunda qeyd olunur ki, müqavilə üzrə zəmanət müddətinin 15.11.2016-cı il tarixində bitməsinə və həmin vaxtdan təqribən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh iddiaçıya 268,580.00 AZN pulu hələ də ödəməmişdir. Cavabdeh hesab edir ki, müqavilə üzrə işlər iddiaçı tərəfindən tam şəkildə təhvil verilmədiyindən müqavilə qiyməti tam olaraq iddiaçıya ödənilməmişdir. Səhiyyə Nazirliyinin iş üzrə tərəflərə ünvanladığı 08.02.2018-ci il tarixli məktubda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlərin görülməsi zamanı bir sıra nöqsanlar yaranmış və həmin nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Səhiyyə Nazirliyi Respublika X12 cavabdehə ünvanladığı 15.02.2018-ci il tarixli məktubda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlər yerinə yetirilən zaman bir sıra nasazlıqlar yaranmış və bu əsasdan da Laboratoriyanın istismara verilməsi mümkün olmamışdır. Səhiyyə Nazirliyinin 05.11.2018-ci il tarixli məktubun da qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlər iddiaçı tərəfindən başa çatdırılmadığından işlərin faktiki yerinə yetirilməsini təsdiq edən “Forma 2”-lər onlar tərəfindən qəbul edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 268.580 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir ki, bu da tərəflər arasında imzalanmış görülmüş işlərin qəbul Aktı (Forma N 2) və görülmüş podrat işlərinin və əlavə xərclərin müqavilə qiymətinin dəyəri haqqında arayışla (Forma N 3) birmənalı olaraq təsdiq edilir.Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, zəmanət müddətinin 15.11.2016-cı il tarixdə bitməsinə və həmin vaxtdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh iddiaçıya qalan 268.580 manat pulu hələ də ödəməmişdir.İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, iddiaçının cavabdehə yazılı müraciətləri müsbət nəticə verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması üçün məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın həyata keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mərkəzdə mübahisə predmeti olan kondisioner, ventilyasiya sistemi avadanlıqları üzrə xüsusi biliyə malik olan mütəxəssis olmadığından ekspertizanın həyata keçirilməsi mümkün olmamışdır. Bu əsasdan birinci instansiya məhkəməsi iş üzrə mütəxəssis rəyi alınması üçün “xxxx” MMC-ni mütəxəssis kimi işə cəlb etmiş və həmin MMC tərəfindən məhkəməyə 15.10.2018-ci il tarixli mütəxəssis rəyi daxil olmuşdur. Rəydə qeyd olunmuşdur ki, Laboratoriyanın layihəsi mövcud olmadığından qoyulmuş suallara cavab verilməsi tam şəkildə mümkün olmamışdır. Lakin, Laboratoriyaya baxış zamanı 3 əsas nöqsan aşkarlanmışdır – otaqlarda olan temperatur idarəsinin işləməsi, AHU-8 in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL-4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi, layihə mövcud olmadığından həmin nasazlıqların əvvəldən yaranma sı və yaxud istismar nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-2(82)-105/2018 saylı iş) 6 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehdən 268.580 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən mütəxəssis X17 izahat verərək qeyd etmişdir ki, onun qarşısında qoyulan suallara yalnız Laboratoriyanın layihəsi təqdim olunduqdan sonra cavab vermək mümkündür. Rəydə qeyd olunan nöqsanlar həqiqətən də Laboratoriya binasında mövcuddur, lakin onların yaranma səbəblərini layihə olmadan müəyyən etmək mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X13məruzəçi, X11 və X7, 2-2(103)-142/2019 saylı iş) 13 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi, işin baxılması üçün Baki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Sifarişçi Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış İTT-10 saylı, 22.04.2015-ci il tarixli müqavilədə görülmüş işlərin “İcraçı” tərəfindən tərtib edilərək cavabdehlə razılaşdırılmış Forma 2 Arayışı ilə təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarında 130.366 manatlıq işin görülməsinə dair “Sifarişçi” ilə razılaşdırılmış “Forma 2 Arayışı” yoxdur və be lə bir forma sifarişçi ilə də razılaşdırılmamışdır. Hətta iş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mübahisə predmeti olan işlər İddiaçı MMC tərəfindən başa çatdırılmadığından işlərin faktik yerinə yetirilməsini təsdiq edən “Forma 2”lərin onlar tərəfindən qəbul edilmədiyinə dair 05.11.2018-ci il tarixli məktubu olsa da məhkəmə yenə də bunu nəzərə almayaraq görülməyən işlərə görə tələb edilən pulun ödənilməsinə dair iddianı təmin edən qətnamə çıxarmışdır. Qanunun tələbinə görə “Sifarişçi” Cavabdeh MMC-nin İcraçı İddiaçı MMC-dən qüsurları aradan qaldırmasını, çatışmazlıqları həll etməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X12 Cavabdeh MMC-yə ünvanladığı və iş materiallarına əlavə edilmiş 15.02.2018-ci il tarixli məktubun da da “mübahisə predmeti olan müqavilə üzrə işlər yerinə yetirilən zaman bir sıra nasazlıqlar yaranması nəticəsində laboratoriyaların istismara verilməsinin mümkün olmadığı göstərilmişdir. Həmçinin, Səhiyyə Nazirliyinin 05.11.2018-ci il tarixli məktubunda bildirilir ki, “Sazişə əsasən inşa edilən X3 (MRL) Cavabdeh MMC-nin subpodrat şirkəti olan İddiaçı MMC tərəfındən binanın avtomatlaşdırılması işləri bu günə qədər tam olaraq yerinə yetirilməmişdir”. Məhkəmə mütəxəssis X8 məhkəmədə izahat verərkən qarşısına qoyulmuş suallara yalnız BSL-3 laboratoriyasının layihəsi təqdim edildikdən sonra cavab verməyin mümkün olduğunu göstərdiyini qeyd etsə də, ekspertiza təyin etməkdən imtina etmişdir. Halbuki, tərəflər arasında bağlanmış TT-10 saylı, 22.04.2015-ci il tarixli Müqavilənin “Texniki təminat” a həsr edilmiş 19-cü maddəsinə əsasən müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, “icraçı” müqavilə çərçivəsində gətirilmiş mallara, (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) 12 (on iki) ay müddətinə texniki təminat verir (bənd 19.1). Təminat müddətində “Sifarişçi” tərəfindən aşkar olunmuş qüsurlar “İcraçı”nın vəsaiti hesabına qısa müddətdə aradan qaldırılmalıdır, (bənd 19.2). Məhkəmə iş üzrə BSL-3 №li laboratoriyada görülən işlərin İcraçı İddiaçı MMC-də saxlanan layihəsinin surətini əldə edərək “İcraçı” “İddiaçı MMC ilə “Sifarişçi” Cavabdeh MMC-nin də iştirakı təmin edilən ekspertiza təyin edib keçirməklə qanuni qətnamə çıxarmalı idi. Bakı Apellyasiya Məhkəməsi qətnamənin təsviri hissəsində iddiaçının işi qüsurla yerinə yetirməsinin müəyyən edildiyi ni göstərsə də, qeyd etdiklərini nəzərə almayaraq Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələblərini pozaraq qanunsuz və əsassız, iş üzrə müəyyən edilmiş hallara əsaslanmayan və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmayan qətnamə çıxarmışdır. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 752.1, 442, 436, 762.1, 763.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin olunmamasını xahiş etmişdir. əsaslandırıcı hissə: İşlərin və xidmətlərin göstərilməsi barədə tərəflər arasında po drat müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur (765.1-ci maddə). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1-ci maddə). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdir ilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2-ci maddə). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3-cü maddə). Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır (762.4-cü maddə). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1-ci maddə). Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul ed ilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır (770-ci maddə). Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (773-cü maddə). İşin hallarına görə iddiaçı ilə cavabdeh arasında 22 aprel 2015-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı ümumi məbləği 1.032.500 (bir milyon otuz iki min beş yüz) manat təşkil edən və X2 binasında kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırılması və buraxılış-sazlanması işlə rini yerinə yetirməli, cavabdeh isə işin dəyərinin 763.920,00 (yeddi yüz altmiş üç min doqquz yüz iyirmi) manat hissəsini 15.11.2015-ci il tarixə qədər, qalan 268.580 (iki yüz altmış səkkiz min beş yüz səksən) manat hissəsini isə yerinə yetirilmiş işlərə görə 1 (bir) illik zəmanət müddəti başa çatdıqdan sonra ödəməli idi. Hazırkı mübahisə 268.580 manatın cavabdeh tərəfindən ödənilməməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, müqavilə şərtləri onun tərəfindən tam icra edilmiş, görülən işlər cavabdeh tərəfindən qəbul edilmiş, işlərdə qüsur olması ilə bağlı cavabdehin iradı olmamışdır, cavabdeh isə iddiaçının müqavilə üzrə öhdəlikləri tam həyata keçirməməsi ilə əlaqədar 268.580 manatın ödənilmədiyini bildirmişdir. Tərəflər arasında bağlanmış 22.04.2015-ci il tarixli Mallar (işlər və xidmətlər ) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndindən görünür ki, sifarişçi (cavabdeh) X2 tikintisinin (kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırma və buraxılış– sazlama işlərinin yerinə yetirilməsi) satın alınması üçün icraçının (iddiaçının) 1.032.500 (ƏDV ilə) manat məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan X2 tikintisini təhvil verməyi cavabdehə öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 14.3- cü bəndinə əsasən, müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və cavabdeh tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda iddiaçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. Müqavilənin 14.4-cü bəndinə əsasən, müqavilə üzrə işlərin başlanma vaxtı 22.04.2015-ci il, qurtarma vaxtı isə 15.11.2015-ci il müəyyən edilmişdir. Müqavilənin 14.5-ci bəndində qeyd edilir ki, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürür. Həmçinin müqavilənin 18.1-ci bəndinə əsasən, müqavilənin icrası müddətində cavabdeh aşkar olunmuş qüsurlar haqqı nda iddiaçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. Hazırkı vəziyyətdə araşdırılmalı hal cavabdehin müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və ya xidmətlərin iddiaçıdan qəbul edilməsi, satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunun həyata keçirilməsidir. Əvvəla, müqavilə şərtlərinə görə işlərin qurtarma vaxtı 15 noyabr 2015-ci il tarix qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işlərin həmin vaxt qurtarıb-qurtarmamasını, işlər həmin vaxt yekunlaşmayıbsa, bunun hansı tərəfin təqsirli hərəkəti nəticəsində baş verməsini araşdırmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və ya xidmətlərin iddiaçıdan qəbul edilməsi, satı nalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunun həyata keçirilməsi də ətraflı tədqiq edilib hüquqi qiymət verilməmişdir. Müqavilə şərtlərinə görə 268.580 manatın ödənilməsi iddiaçının gördüyü işin İşçi və Dövlət komissiyası tərəfindən qəbulundan sonrakı 1 il müddətində baş tutacaqdır. Məhkəmə İşçi və Dövlət komissiyasına kimlərin (hansı orqanların) daxil olmasını, həmin orqanlar tərəfindən müqavilə şərtlərinə iddiaçının əməl edib-etməməsi, müqavilədə görülməli işlərin cavabdehin qəbul edib-etməməsini müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni 3 noyabr 2016-cı il tarixli istismara hazırlıq aktı ilə əsaslandırmışdır. İlk öncə qeyd edilməlidir ki, işin 1-ci cild 20 və 77-ci səhifələrində olan 3 noyabr 2016cı il tarixli istismara hazırlıq aktı kserosurət dir və lazımi qaydada təsdiq olunmamışdır. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə tərəfindən istinad edilən aktın əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surəti tələb edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi istismara hazırlıq aktında aktın formasının fövqəladə hallar nazirinin 26 noyabr 2014-cü il tarixli 0164 saylı əmri ilə təsdiq edild iyi göstərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014cü il tarixli 302 saylı Qərarı ilə “Tikinti obyektlərinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Bundan başqa, Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 saylı Qərarı ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” təsdiq edilmişdir. Siyahının 1.11-ci bəndinə görə tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələr inin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı) da sifarişçi tərəfindən müraciətə əlavə edilir. Siyahıda göstərilən (mübahisəyə aidiyyəti olan) digər sənədlərin mövcudluğu barədə məhkəmə tərəfindən araşdırma aparılmamaqla yanaşı, 3 noyabr 2016-cı il tarixli aktda həqiqətən iddiaçı tərəfindən görülməli olan işlərin tam yerinə yetirilməsi, cavabdehin mübahisə açdığı halların aktı imzalayan şəxslərin məhkəməyə dəvət edilərək dindirilməklə yoxlanılmasının zəruriliyi müzakirə edilməmişdir. Cavabdehin mövqeyinə görə X1raşdırılmış avadanlıqlar, kondisioner, ventilyasiya və sair sistem normal işləmir və ciddi problemlər mövcuddur. İşdən görünür ki, bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilərək ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edi lmiş, Mərkəzdə mübahisə predmeti olan kondisioner, ventilyasiya sistemi avadanlıqları üzrə xüsusi biliyə malik olan mütəxəssis olmadığından ekspertizanın həyata keçirilməsi mümkün olmamış, mütəxəssis rəyi alınması üçün “xxxx” MMC mütəxəssis kimi işə cəlb edilmiş və MMC tərəfindən məhkəməyə 15.10.2018-ci il tarixli mütəxəssis rəyi daxil olmuşdur. Rəydə qeyd olunmuşdur ki, Laboratoriyanın layihəsi mövcud olmadığından qoyulmuş suallara cavab verilməsi tam şəkildə mümkün olmamışdır. Lakin Laboratoriyaya baxış zamanı 3 əsas nöqsan aşkarlanmışdır – otaqlarda olan temperatur idarəsinin işləməsi, AHU-8 in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL-4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi, layihə mövcud olmadığından həmin nasazlıqların əvvəldən yaranması və yaxud istismar nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən mütəxəssis X17 izahatında bildirmişdir ki, onun qarşısında qoyulan suallara yalnız Laboratoriyanın layihəsi təqdim olunduqdan sonra cavab vermək mümkündür. Rəydə qeyd olunan nöqsanlar həqiqətən də Laboratoriya binasında mövcuddur, lakin onların yaranma səbəblərini layihə olmadan müəyyən etmək mümkün deyildir. O da vurğulanmalıdır ki, Səhiyyə Nazirliyinin iş üzrə tərəflərə ünvanladığı müxtəlif tarixli məktublarında qeyd edilmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə işlərin görülməsi zamanı bir sıra nöqsanlar yaranmış və həmin nöqsanların aradan qaldırılması tələb olunmuş, işlər iddiaçı tərəfindən başa çatdırılmadığından işlərin faktiki yerinə yetirilməsini təsdiq edən “Forma 2”-lər onlar tərəfindən qəbul edilməmiş, nəticədə Laboratoriyanın istismara verilməsi mümkün olmamışdır. Şərti olaraq cavabdehin görülən işi 3 noyabr 2016-cı ildə qəbul etməsi nəzərə alınarsa, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürməsi barədə müqavilənin 14.5-ci bəndinin tələbləri, yəni görülən işin qəbulundan sonra 1 il müddətində təmirə ehtiyacın olması barədə cavabdehin dəlilləri araşdırılmamışdır. Referens laboratoriyasında 4 oktyabr 2017-ci il tarixə olan texniki nasazlıqlar haqqında işin 1-ci cild 101-ci səhifəsində olan məlumat Səhiyyə Nazirliyinin 5 oktyabr 2017-ci il tarixli məktubu ilə iddiaçı və cavabdehə bildirilmişdir. Apellyasiya instansiyası məhkəmə sində aparılan araşdırmada Laboratoriyaya baxış zamanı 3 əsas nöqsanın aşkarlanması – otaqlarda olan temperatur idarəsinin işləməsi, AHU-8 in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL-4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi mütəxəssisin verdiyi ifadəsi ilə təsdiq edilmiş, lakin məhkəmə Laboratoriyanın layihəsinin təqdim edilməməsinə əsaslanaraq həmin rəyə hüquqi qiymət verməmişdir. Layihənin mövcudluğu, onun aidiyyəti orqanlardan (istismara hazırlıq aktında da layihəçi idarə və onun nümayəndəsi qeyd edilmişdir) alınmasının mümkünlüyü və layihənin P.Seyidova təqdim edilməsi barədə işin 2-ci cild 168-ci səhifəsində olan Kurşat Baysan adlı şəxsin yazılı müraciətində olan məlumatlar araşdırılmamış, qüsurların görülən iş 3 noyabr 2016-cı il tarixə təhvil ver ilən vaxta qədər, ondan sonrakı 1 il zəmanət müddətində, həmçinin iddiaçının, yoxsa cavabdehin hərəkəti nəticəsində əmələ gəlməsi müəyyən edilməmiş, Səhiyyə Nazirliyinin dəlilləri öyrənilməmiş, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun qiymətləndirmə aparılmamışdır. Tərəflər arasında olan yazışmalarda cavabdehin iddiaçının ondan 90.000 manat nağd pul vəsaitinin aldığı, gələcəkdə onu qaytarmaq üçün öhdəlik götürdüyü, iddiaçı isə həmin məbləği borc almasını təsdiq etdiyi, onu qaytaracağını öhdəsinə götürməsi, borcların qarşılıqlı əvəzləşdirilərək cavabdehin ona 178.580 manat ödəməsinə etiraz etmədiyi əksini tapmış, iddia təmin edilərkən bəhs olunan sübutlara, o cümlədən iddiaçının borcların qarşılıqlı əvəzləşdirilməsi və cavabdehin ona 178.580 manat ödəməsinə etiraz etməd iyi barədə dəlilinə münasibət bildirilməmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir (MPM-in 377-ci maddəsi). MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndir ilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bəhs edilənlərə əsasən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-142/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar