Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-415/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(103)-3 55/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" MMC və Dövlət Sərhəd Xidməti arasında imzalanmış 2015-ci il 23 may tarixli k/24 nömrəli müqaviləyə əsasən, tərəflər təsdiq edirlər ki, sifarişçi, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Anbarlarına daşınmaqla, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə icraçının 2.086.594 manat məbləğində birbaşa müqavilə əsasında təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan müxtəlif markalı avtomobil və xüsusi texnikaların təhvil verilməsini öhdəsinə götürür. Avtomobil və xüsusi texnikalar bu müqavilənin şərtlərinə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qa ydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 2. "xxxx" MMC və Dövlət Sərhəd Xidməti arasında imzalanmış 2019-cu il 28 fevral tarixli k/8 nömrəli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Dövlət Sərhəd Xidmətinin mərkəzi anbarına daşınmaqla lot 2 üzrə aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması məqsədilə İcraçının 115.423,90 manat məbləğində tender təklifini qəbul etmişdir. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 3. 2015-ci il 17 noyabr tarixli ********** nömrəli ödəniş tapşırığının surətinə əsasən 262.711,86 manat, 2015-ci il 17 noyabr tarixli ********** nömrəli ödəniş tapşırığının surətinə əsasən 47.288,14 manat "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür.
4. EBAD seriyalı 649006 nömrəli 2019-cu il 11 dekabr tarixli elektron qaiməyə əsasən "xxxx" MMC tərəfindən Dövlət Sərhəd Xidmətinə 13.490 manat vəsaitin ödənilməsi üçün e-qaimə təqdim edilmişdir.
5. İddiaçı MMC-nin 2022-ci il 15 aprel tarixli 0479 nömrə li müraciətinə Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş cavabda qeyd olunmuşdur ki, müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 2015-ci il 25 may tarixli k/24 nömrəli müqaviləyə əsasən təhvil verilmiş 699.740,90 manat dəyərində avtomobil və xüsusi texnikalar üzrə 310.000 manat ödənilmişdir və mühasibat uçotu üzrə 389.740 manat kreditor borcu qalmışdır. Bundan əlavə, aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalması məqsədilə bağlanmış k/8 nömrəli müqavilənin icrası ilə bağlı Maliyyə-Plan İdarəsinə heç bir sənəd qəbul olunmadığı üçün mühasibat uçotunda kreditor borc qeydə alınmamışdır. Dövlət Sərhəd Xidməti dövlət büdcəsindən maliyyələşdirildiyi üçün ötən illərdə nəqliyyat vasitələrinin alınması üçün müvafiq xərc maddəsinə vəsait ayrılmadığına görə avtomobil və xüsusi texnikaların alışı üzrə yarannış borcun ödənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən ödənişlər yalnız büdcə ilində bağlanmış müqavilələr üzrə həyata keçirlir və qeyd olunan borc 2015-ci ildə yarandığından cari ilin maliyyə öhdəliyinə qəbul etmir. 6. 2022-ci il 2 avqust tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 410 manat Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC (bundan sonra - “İddiaçı”) 2022-ci il 12 sentyabr tarixində Azərbaycan Respublikası Dövlə t Sərhəd Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC (iddiaçının əvvəlki adı) ilə cavabdeh arasında bağlanmış 2015-ci il 25 may tarixli K/24 saylı müqavilə (bundan sonra – “K/24 saylı müqavilə”) üzrə 1.776.594 manat və 2019-cu il 28 fevral tarixli K/8 saylı müqavilə (bundan sonra – “K/8 saylı müqavilə”) üzrə isə 13.490 manat əsas borcun, 410 manat mediasiya xərcinin, 1.275,04 manat dövlət rüsumunun, cəmi 1.791.769,04 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. İddiaçı cavabdehlə müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınması məqsədilə K/24 saylı və aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması məqsədilə K/8 saylı Satınalma müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 12.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimə, aktlar, digər sənədlər) əsasında aparılır.
9. Sözügedən sənədlərə (hər iki tərəfin təsdiq etdiyi elektron qaimələrə, habelə təmir aktlarına) əsasən, cavabdehə K/24 saylı müqaviləyə görə 2.086.594 AZN, K/8 saylı müqaviləyə görə isə 1 3.490 AZN dəyərində xidmət göstərilmişdir. Lakin qarşı tərəf yalnızca K/24 saylı müqavilə üzrə borcunun 310.000 AZN məbləğindəki hissəsini ödəmiş, qalan 1.776.594 AZN dəyərindəki məbləğin heç bir hissəsini bu günkü günə qədər ödəməmişdir. Beləliklə, cavabdehin əsas borcunun məbləği K/24 saylı müqaviləsi üzrə 1.776.594 AZN və K/8 saylı müqavilə üzrə isə 13.490 AZN, toplam 1.790.084 AZN təşkil edir.
10. Borcluya öz borcunu ödəməsi üçün dəfələrlə yazılı və şifahi müraciət olunsa da, borclu öz borcunu ödəməkdən yayınmış və göndərilən yazılı müraciətlərin heç birinə cavab verməmişdir. Daha sonra, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə yazılmış 2022-ci il 15 aprel tarixli 0479 nömrəli məktubun cavabdehə yönləndirilməsi nəticəsində cavabdeh bu məktuba cavab verməli olmuşdur. Cavabdeh bu c avab məktubunda sözügedən K/24 nömrəli müqavilə üzrə təhvil verilmiş 699.740,90 AZN dəyərində avtomobil və xüsusi texnikalar üzrə 310.000 AZN məbləğin ödənildiyini və mühasibat uçotu üzrə 389.740 AZN borc qalığınının yarandığını, K/8 nömrəli müqavilə üzrə isə Maliyyə-Plan İdarəsinə heç bir sənəd qəbul olunmadığını, bu səbəblədə mühasibat uçotunda borcun qeydə alınmadığını bildirmişdir. Cavabdeh öz borcunun bir qismini etiraf edib, digər qismini etiraf etməsə də, borclu ilə bağlanılmış K/24 nömrəli müqavilə üzrə 2.086.594 AZN məbləğində alqı-satqının həyata keçirildiyini təsdiq edən təhvil-təslim aktları, K/8 müqaviləsi üzrə isə xidmətin təhvil verildiyini sübut edən 649006 nömrəli elektron qaimə mövcuddur.
11. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bund an sonra – “MM”) 425.1, 427.3, 441.1, 441.4, 448.2-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 107, 121.1, 119.1, 150.1.6, 150.2-ci maddələrinə istinad edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan məsələnin araşdırılması məqsədilə aidiyyəti sorğular göndərilmişdir. İşə əlavə olunmuş cavabdehin Maliyyə-Plan İdarəsinin məktubunun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış k/24 nömrəli müqaviləyə əsasən müxtəlif markalı avtomobil və xüsusi texnikaların satınalınmasına görə hazırda mühasibat uçotunda 389.7 40 manat borc məbləğinin olması, k/8 nömrəli müqaviləyə əsasən isə aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınmasına görə Maliyyə-Plan İdarəsinə heç bir sənəd qəbul olunmadığı üçün mühasibat uçotunda borcun qeydə alınmadığı bildirilmişdir. Əlavə olaraq, k/8 nömrəli aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması ilə bağlı iddiaçı tərəfindən sürtkü yağları cavabdehin mərkəzi anbarlarına təqdim olunmuş, sürtkü yağlarına mütəxəssislər tərəfindən baxış keçirilmiş və müddətinin bitməsi ilə əlaqədar mərkəzi anbara mədaxil olunmadan, heç bir sənədə imza atılmadan geri qaytarılmışdır. Həmçinin k/24 nömrəli müqavilənin 12.1-ci bəndinə və 2.5-ci bəndinə əsasən bu müqavilənin tərkib hissəsi olan “müqavilənin xüsusi şərtləri”nin 7-ci bənd inə əsasən, ödəmələr mallar (işlər, xidmətlər) təhvil verildikdən sonra qaimələr əsasında mal göndərənin hesabına köçürüləcəkdir. Adıçəkilən müqavilə üzrə cavabdeh tərəfindən sonuncu dəfə 310.000 manat məbləğində ödəniş 2015-ci il 17 noyabr tarixində olmuşdur. Qeyd olunan ödəniş Maliyyə Nazirliyinin xəzinədarlıq informasiya idarəetmə portalından edilmiş çıxarışlarla təsdiq olunur. Digər tərəfdən, işə əlavə olunmuş “cavabdehin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə Siyahısından edilmiş çıxarışların təsdiq edilmiş surətindən görünür ki, bu siyahı üzrə maliyyə-təsərrüfat sənədləri saxlanma müddəti basa çatdıqdan sonra məhv olunur. Siyahının 846-ci bəndində də qeyd olunub ki, pul vəsaitlərinin mədaxil-məxaric və mühasibat təsdiqedici sənədlərinin saxlanma müddəti 5 il təşkil edir. Qanunvericiliyin də müddəalarından açıq şəkildə aydın olur ki, iddiaçı görülmüş işlər, göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olaraq, cavabdehə rəsmi təqdim olunduğunu təsdiq edən qaimə-fakturaları təqdim etməli olduğu halda yalnız 699.740 manat məbləğində texnikanın sənədləri təqdim olunmuş, 310.000 manat məbləğində cavabdeh tərəfindən ödəniş olunmuş və hazırda mühasibat uçotunda 389.740 manat borc məbləği mövcuddur. Qalan texnikalara dair qaimə fakturalar hazıradək cavabdehə təqdim olunmamışdır.
13. Eyni zamanda cavabdeh 2022-ci il 10 noyabr tarixində iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, k/24 nömrəli müqavilənin 25-ci bə ndinə əsasən, adıçəkilən müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və 2016-cı il 23 may tarixinədək qüvvədədir. Adıçəkilən müqavilə üzrə cavabdeh tərəfindən sonuncu dəfə 310.000 manat məbləğində ödəniş 2015-ci il 17 noyabr tarixində olmuşdur. Qeyd olunan ödəniş Maliyyə Nazirliyinin xəzinədarlıq informasiya idarəetmə portalından edilmiş çıxarışlarla təsdiq olunur. Digər tərəfdən, işə əlavə olunmuş cavabdehin fəaliyyəti nəticəsində yaranan sənədli materialların saxlanma müddətləri üzrə siyahısı”ndan edilmiş çıxarışların təsdiq edilmiş surətindən görünür ki, bu siyahı üzrə maliyyə-təsərrüfat sənədləri saxlanma müddəti başa çatdıqdan sonra məhv olunur. Siyahının 846-ci bəndində də qeyd olunub ki, pul vəsaitlərinin mədaxil-məxaric və mühasibat təsdiqedici sənədlərinin saxlanma müddəti 5 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddətinin 3 il keçməsini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 dekabr tarixli e-2-2(113)-5367/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – A.Əliyeva).
15. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanması işin mübahisəsiz halıdır.
16. İddiaçı tərəflər arasında imzalanmış aviasiya mühərrik, transmissiya, hidravlika və sürtkü yağlarının satınalınması məqsədilə K/8 saylı satınalma müqaviləsi üzrə malların təhvil verildiyini 2019-cu il 11 dekabr tarixli elektron qaimə ilə əsaslandırmış, qeyd olunan müqavilə üzrə malların təhvil verilməsi isə cavabdeh tərəfindən mübahisələndirilm işdir. Tərəflər arasında bağlanmış alğısatqı müqaviləsi əsasında malın alıcı tərəfindən qəbul edilməsi sübut edildiyi halda onun dəyərini ödəmək yükü alıcının üzərinə düşür. Hazırkı işdə tərəflər arasında bağlanmış K/8 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə 13.490 manat məbləğində malları təhvil verməsi barədə mötəbər sübutlar iş materiallarında aşkar edilməmiş, malın alıcı tərəfindən qəbul edilməsi sübut edilməmişdir.
17. İş materiallarından göründüyü kimi k/8 saylı müavilə üzrə elektron vergi qaimə lazımi qaydada tərtib olunaraq göndərilmiş, ləğv olunmamışdır. Lakin müqavilənin şərtlərinə əsasən (müqavilənin xüsusi şərtlərinin 7-ci bəndi), mallar qrafikə əsasən anbarlara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında mal göndərənin hesabına köçürülməsi müəyyən e dilmişdir. İddiaçı tərəfindən isə qeyd edilən qaimə üzrə təhvil-təslim qaiməsi təqdim edilməmişdir. Eyni zamanda, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərində təhviltəslim aktı olmadan malların satışının həyata keçirilməsi məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır.
18. İddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir.
19. Məhkəmə iddia tələbinin K/24 saylı müqaviləsi üzrə 1.776.594 manat borcun ödənilməsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə 310.000 manat məbləğində ödənişin olunması işin mübahisəsiz halıdır. Cavabdeh həmin müqavilə üzrə iddiaçıya 1.776.594 manat borcu mübahisələndirərək, 389.740 manat borc məbləğinin olmasını etiraf etmişdir. Cavabdeh qeyd edilən məbləğdə malların təhvil alınmadığını, görülmüş işlər, göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olaraq, cavabdehə rəsmi təqdim olunduğunu təsdiq edən qaimə-fakturaları təqdim etməli olduğu halda, yalnız 699.740 manat məbləğində texnikanın sənədləri təqdim olunduğunu bildirmişdir.
20. Məhkəmə cavabdehin bu əsaslandırmasına münasibətdə bildirmişdir ki, iddiaçının 1.610.300 manat məbləğində təqdim etdiyi təhvil-təslim aktları Dövlət Sərhəd Xidmətinin möhürü ilə təsdiqlənmişdir. Cavabdehin göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olmayaraq tərtib edilməsinin bildirilməsini məhkəmə əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş və etiraf edil miş borc üzrə malların təhvil verilməsinin və bu halın sənədləşdirilməsinin, ödənişə əsas olmuş sənədlərin cavabdehin qeyd etdiyi müvafiq şəkildə həyata keçirilməsi müəyyən olunmamışdır. k/24 saylı müqavilə üzrə malların təhvil verilməsi, cavabdehin həmin müqavilə üzrə 1.610.300 manat borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
21. Cavabdehin nümayəndəsi qeyd olunan müqavilə üzrə iddia müddətinin tətbiqinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Belə ki, iddia müddəti təbiq edilməklə iddia tələbi həmin hissədə rədd edilməlidir.
22. İş materiallarından məlum olur ki, K/24 saylı müqavilə 2016-cı il 23 may tarixinədək qüvvədədir. Əlavə olaraq müqavilə üzrə sonuncu ödənişlər 2015-ci il 17 noyabr tarixində ********** nömrəli ödəniş tapşırığına əsasən 262.711,86 manat, *** ******* nömrəli ödəniş tapşırığının surətinə əsasən 47.288,14 manat olmuşdur. Belə olan halda k/24 saylı müqavilə üzrə iddiaçı üç illik iddia müddətini ötürmüşdür.
23. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək, qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilən məktubda borc etiraf olunmuş, bununla da iddia müddətinin axımı kəsilmişdir.
24. Cavabdehin borcun etirafı məktubunun iddia müddətinin kəsilməsinə səbəb olan hal olması barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məktubun məzmunundan göründüyü kimi, cavabdeh müəyyən məbləğ borcu etiraf edərək, ödənişlə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən ödənişləri n yalnız büdcə ilində bağlanmış müqavilələr üzrə həyata keçirldiyini və qeyd olunan borcun 2015-ci ildə yarandığından cari ilin maliyyə öhdəliyinə qəbul edilmədiyini bildirmişdir. Borcun gələcəkdə ödənilməsinə vədi özündə əks etdirməyən iddiaçıya ünvanlanmış məktub borcun etiraf edilməsinə yönələn real hərəkət kimi qəbul edilə bilməz.
25. İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini ötürdüyünü, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, k/24 saylı müqavilə üzrə iddia tələbi iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir.
26. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 380.1, 380.2, 385.1, 442, 443.1. 445.2.1, 445.2.2, 448.1, 567, 597.1-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı tərəf 22-ci il 12 iyul tarixində apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 22(103)-3 55/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 7-ci bəndinə əsasən, mallar qrafikə əsasən anbarlara təhvil verildikdən sonra təhvil-təslim qaimələri əsasında mal göndərənin hesabına köçürülməsi müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan müxtəlif tarixlərdə tərtib edilmiş və hazırkı müqaviləyə aid olmayan təhvil-təslim aktlarından məlum olur ki, ayrı-ayrı texnikalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Təhvil-təslim aktları hər iki tərəfin möhürü ilə möhürlənmişdir. G öründüyü kimi, həm tərəflər arasında bağlanmış müqaviləyə, həm də tərəflər arasında yaranmış işgüzar adətlərə görə malların təhvil verilməsi məhz təhvil-təslim aktları əsasında rəsmiləşdirilmişdir. Lakin K/8 saylı satınalma müqaviləsi üzrə təhvil-təslim aktları mövcud deyildir. Belə olan halda isə həmin müqavilə üzrə malların cavabdehə verilməsi, təkcə EBAD seriyalı 649006 nömrəli 2019-cu il 11 dekabr tarixli elektron qaimə ilə təsdiq oluna bilməz. Ona görə də həmin müqaviləyə əsasən irəli sürülmüş 13.490 manat məbləğində iddianın tutulması barədə iddia rədd edilməlidir.
30. K/24 saylı alqı-satqı müqaviləsinin üzrə iddiaçı müqavilə üzrə 1.776.594 manat dəyərində malları cavabdehə təhvil verdiyini, cavabdeh isə həmin müqavilə üzrə cəmi 389.740 manat borcu qaldığını etiraf edir. Cavabdeh qey d edilən məbləğdə malların təhvil alınmadığını, görülmüş işlər, göstərilən xidmətlər və ya malların, yəni texnikaların vergi qanunvericiliyinin və bağlanmış müqavilənin tələblərinə müvafiq olaraq, cavabdehə rəsmi təqdim olunduğunu təsdiq edən qaiməfakturaları təqdim etməli olduğu halda, yalnız 699.740 manat məbləğində texnikanın sənədləri təqdim olunduğunu bildirmişdir. Cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, iddiaçının 1.610.300 manat məbləğində təqdim etdiyi təhvil-təslim aktları cavabdehin möhürü ilə təsdiqlənmişdir.
31. Bununla yanaşı, həmin iddia təmin edilə bilməz. Çünki iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia irəli sürülmüşdür. Belə ki, iş materiallarından məlum olur ki, K/24 saylı müqavilə 2016-cı il 23 may tarixinədək qüvvədədir. Həmin müqavilə üzrə sonuncu ödən işlər 2015-ci il 17 noyabr tarixində olmuşdur. Hazırkı iddia ərizəsi isə 2022-ci il 12 sentyabr tarixində, yəni həm son ödəniş tarixindən, həm də müqavilə tarixindən hesablandıqda 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür.
32. Eyni zamanda, hazırki işdə iddia müddətinin axımının kəsilməsi halı da müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ərzində cavabdehin etirafedici hərəkətlər etməsi ilə bağlı hallara istinad edilməmiş və sübutlar təqdim edilməmişdir. İddiaçının istinad etdiyi hallar, yəni cavabdehin 2022-ci il 15 aprel tarixində iddiaçıya borcun etirafı məktubu göndərməsi isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Belə ki, MM-in 380-ci maddəsinin mənasına görə iddia müddətinin axım ının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. MM-in 383cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir. 53.Bu baxımdan, işin hallarına hallara əsasən iddia müddətinin ötürülməsi halı müəyyən edildiyindən, habelə iddiaçı tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hallara istinad edilmədiyindən, sonuncu ilə bağlı istinad etdiyi halların isə iddia müddəti keçdikdən sonrakı tarixə aid olduğundan və yuxarıda izah olunduğu kimi bu hərəkətlər hər hansı hüq uqi əhəmiyyət daşımadığından iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilləri əsassızdır.
33. Beləliklə, iddiaçının MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyi nəzərə alınaraq, K/24 saylı müqavilədən irəli gələn tələblər iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsini birinci instansiya məhkəməsinin istinas etdiyi hüquq normalarına, həmçinin MM-in 373.2, 404.1, 404.2, 598.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.
35. Qətnamə 2023-cü il 13 aprel tarixində həm tərəflərin elektron kabinetinə, həm də X1 Sisteminə yerləşdirilmişdir.
36. İddiaçının vəkili və nümayəndəsi 2023-cü il 8 may tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
37. MM-in 14-cü maddəsi üzrə - Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin yalnız cari il üzrə öz borcunu ödəməsi, 2015-ci il üzrə yaranmış borcu ödəyə bilməməsi cavabdehin özün ün və məhkəmənin qəbul etdiyi kreditor borcu ödəməməsinə əsas gətirmir. Yəni, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyivə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş İ-193 nömrəli, 2000-ci il 28 dekabr tarixli X3 üzrə X2 Haqqında Təlimatının 4-cü bəndinə görə, “Öhdəliklərin tətbiqi gününə qədər büdcə təşkilatları tərəfindən yaradılmış kreditor borcları (əmək haqqı və ondan məcburi dövlət sosial sığorta haqqı ödənişləri istisna olmaqla) köhnə borclar adlanır. Köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz. Köhnə borcların ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi xüsusi hallarda Xəzinədarlıqlar tərəfindən həyata keçirilə bilər.” Tərəfimizdən əsas kimi gətirilmiş norma borcun ödənilməsinin mümkünlüyünə işarət edir. Yəni, sözügedən ödəni ş Xəzinədarlıq İdarəsi tərəfindən köhnə borc kimi rəsmiləşdirə və ödənilə bilər. Cavabdeh öz borcunu etiraf etdiyi məktubda borcun ödənilməsinə etiraz etmir, sadəcə borcun ödənilməsinin ondan asılı olmayan səbədlərdən mümkün olmamasını və cari il üçün öhdəlik kimi qəbul edilə bilməməsini vurğulayır. Apellyasiya məhkəməsi isə sözügedən halı araşdırmamış və heç bir münasibət bildirməmişdir.
38. MM-in 380-ci maddəsi üzrə - Cavabdeh tərəfindən borcun etiraf edildiyi məktubun məzmununda açıq-aşkar göstərilir ki, cavabdeh borcunu qəbul edir, lakin məlumat üçün bildirilib ki, bu borcu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq Agentliyi yalnız cari büdcə ili üzrə bağlanmış müqavilələrə görə ödənişi həyata keçirir, ötən ilin borclarını isə yo x. Sözügedən məktubun mətninə, cavabdehin məhkəmədə etdiyi çıxışa və məhkəmənin qətnaməsinə nəzər yetirdikdə, açıq-aşkar görünür ki, borclu bildirir ki, “... manat dəyərində kreditor borc qalmışdır.” Bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli Qərarına əsasən MM-in 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlə etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Borclu məhkəmədə də dəfələrlə bildirib ki, əgər iddiaçı bu gün də, iddia dövründə də borcun həcmi barədə müraciət etsə idi, tərəfimizdən eyni qaydada cavab göndəriləcək və borcun bir qismi etiraf ediləcəkdi. Bu da göstərir ki, borclu istər iddia dövründə, istərsə də idda dövründən sonrakı dövrdə borcunu şifahi olaraq etiraf etmişdir. Borcun şifahi etiraf edilməsi də məhkəmə tərəfindən aparılan audiovizual yazıda öz əksini tapmışdır.
39. MPM-in 13.6-cı maddəsi üzrə - İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Tərəfimizdən MM-in 380.1, 383 və 882.1-ci maddələrinin əlaqəli şəkildə şərh verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə məhkəməyə müraciət olunsa da, məhkəmə özünün təfsir etmə səlahiyyətinin olduğunu bildirmiş və vəsatətimizi təmin e tməmişdir. Halbuki məhkəmə vəsatətin məzmunu ilə bağlı heç bir təfsir verməmişdir. X4 Məhkəməsinin 22 iyul 2014-cü il tarixli 36157/08 saylı Grafescolo S.R.L. v. the Republic of Moldova Qərarının məzmununa əsasən (23-cü bənd) “iddia müddəti ərizəçi tərəfindən irəli sürülən mühüm arqument olub. Bu arqument qəbul edilsəydi iddia işi fərqli müstəvidə həll olunardı. Buna baxmayaraq, Ali Ədalət Məhkəməsi bu mühüm arqumenti qəbul etməmək üçün heç bir səbəb göstərməmişdir”.
40. Məhkəmə öz Qətnaməsində qeyd edir ki, MM-in 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikd ən sonra borcun etiraf edilməsi iddia müddətinin axımına təsiri barədə MM-də qeyri-müyyənlik olduğundan, buna şərh verilməsi yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir (“Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanunun 90.1 və 90.2-ci maddələri). “Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanununun 22-ci maddəsinə əsasən, Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir. Beynəlxalq təcrübədə isə iddia müddəti keçdikdən sonra borcun etirafı iddia müddətinin axımını kəsir. Məsələn, “Beynəlxalq əmtəə satışında məhdudiyyət müddəti haqqında” Konvensiyanın (Nyu-York, 1974-cü il 14 iyun) 18-ci maddəsinə əsasən, “Konvensiyaya əsasən, iddia mü ddəti iki halda yenilənir: kreditor borclunun dövlətində həmin Dövlətin qanunvericiliyinə uyğun olaraq iddia müddətinin uzadılmasına səbəb olan hər hansı hərəkəti həyata keçirərsə və ya borclunun borclunun dövlətində iddia müddətinin uzadılmasını etiraf etdiyi halda kreditor qarşısında öz öhdəliyini yazdıqda və ya faiz ödədikdə və ya öhdəliyi qismən yerinə yetirdikdə”. Bəzi ölkələrin də mülki qanunvericiliyində iddia müddəti keçdikdən sonra borcun etirafı iddia müddətinin axımını kəsir, (məsələn Rusiya Federasiyasının MM-in 206-cı maddəsinin 2-ci hissəsi). Odur ki, iddia müddəti keçməyindən asılı olmayaraq, borcun etirafı iddia müddətini bərpa edir və buna hüquqi münasibəti yalnız bizim vəsatətimiz əsasında Konstitusiya Məhkəməsi şərh verə bilərdi. Bununla da məhkəmə tərəfindən bizim çəkiş mə imkanlarımız məhdudlaşdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2015-ci il 25 may tarixli K/24 saylı müqavilə üzrə yaranmış borc ilə bağlı mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi v ə prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf et məsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə
383. İddia müddəti bitdikdən sonra vəzifənin icrası Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şər tlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi A lğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcə llənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
46. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasınd a bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.2. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir:... 2.2.1 0. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə (10 nömrəli əlavə);...
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.”
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında qeyd edilmişdir ki, “... Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
49. Mübahisə predmeti olan və kassasiya baxışının predmetini təşkil edən 2015-ci il 25 may tarixli K/ 24 saylı müqavilə üzrə yaranmış borcla əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı həmin tələb üzrə iddia müddətini ötürmüşdür və iddia müddətinin axımının kəsilməsi halı müəyyən edilmir. İddiaçının istinad etdiyi hallar, yəni cavabdehin 15 aprel 2022-ci il tarixdə iddiaçıya borcun etirafı məktubu göndərməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Belə ki, MM-in 380-ci maddəsinin mənasına görə, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan, hər hansı hüquqi əhəmiyyət daşımır. MM-in 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.
50. İddiaçı isə apellyasiya instansiya məhkəməsinin həmin mövqeyini əsassız hesab edərək nəticə etibarilə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddia müddətinin axımı bitdikdən sonra iddiaçıya göndərilmiş sözügedən etiraf məktubu həmin müddətin kəsilməsinə səbəb olur.
51. Məhkəmə kollegiyası MM-in 380 və 383-cü maddələrini (bax yuxarıda § 45) qarşılıqlı təhlil edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
52. Belə ki, iddia müddətinin kəsilməsi üçün, ən azından, həmin müddətin davam etməsi, yəni başa çatmaması tələb olunur. İddia müddəti başa çatmışdırsa, o, artıq mövcud deyildir, bu səbəbdən, onun kəsilməsi də mümkün deyildir.
53. Bu baxımdan, iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər yalnız iddia müddəti çərçivəsində edildikdə, müddətin axımının kəsilməsinə səbəb olur, iddia müddətinin axımı məhz həmin vaxtdan yenidən başlayır.
54. Azərbaycan Respublikasında mülki mühakimə icraatında məhkəmə təcrübəsi uzun illər boyu məhz deyilən istiqamətdə təşəkkül tapmışdır.
55. Azərbaycan Respublikasının mövcud qanunvericiliyində, o cümlədən MM-də, habelə Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında iddia müddətinə dair hazıradək formalaşdırığı hüquqi mövqelərdə sözügedən yanaşmadan fərqli yanaşmanı əks etdirən hər hansı norma və ya mövqeyə rast gəlinmir.
56. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərd ə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 46) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1ci maddəsinə (bax yuxarıda § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(103)-355/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(103)355/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədə