Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-416/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “Qəsr” Mədəni İrsi və Tarixi X1 Birliyinin cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddət, kassasiya baxışından çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı “Qəsr” X3 X1 Birliyinin cavabdeh "xxxx" QSC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 sentyabr tarixli, 2 -2(103)-311/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Qəsr” Mədəni İrsi və Tarixi X1 Birliyi (bundan sonra – “iddiaçı”) “Azercell Telekom" MMC-yə (bundan sonra – “MMC”) qarşı dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsinin üzərində qurulmuş mobil anten və ona aid qurğuların MMC-nin hesabına sökülməsi, üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə (bundan sonra – "xxxx") MMC arasında bağlanmış 2011-ci il 5 yanvar tarixli müqavilənin “Rabitə evinin yerüstü binalarında Fider-anten sistemlərinin yerləşdirilməsi" hissəsinin etibarsız hesab edilməsi və binaya dəymiş ziyanın MMC-dən tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2013-cü il 25 iyun tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 11 fevral tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, MMC-yə məxsus olan anten və ona aid qurğuların sonuncunun hesabına sökülməsi qət edilmiş, cavabdehlə MMC arasında bağlanmış müqavilə “Rabitə evinin yerüstü binalarında Fider-anten sistemlərinin yerləşdirilməsi” hissəsində etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2014-cü il 25 iyul tarixli qərarı ilə MMC-nin və üçüncü şəxs Səlimov Nəcib Zöhrəbəy oğlunun kassasiya şikayəti tam, cavabdeh in kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2014-cü il 11 fevral tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 2014-cü il 13 noyabr tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 26 may tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 21 oktyabr tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmaqla Bakı şəhəri, Azadlıq 22 ünvanında yerləşən, memarlıq abidəsi olan "xxxx" üzərindən MMC-yə məxsus anten və ona aid qurğuların onun hesabına sökülməsi, cavabdehlə MMC arasında bağlanmış 2011ci il 5 yanvar tarixli, 7/2011 saylı müqavilənin MMC tərəfindən “Rabitə evinin” yerüstü binalarında Fider-anten sistemlərinin yerləşdirilməsinə dair hissədə etibarsız hesab edilməsi, iddianın “memarlıq abidəsinə dəymiş ziyanın MMC-dən dövlət büdcəsinə tutulması” hissəsində rədd olunması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaitinin cavabdehdən dövlət büdcəsinə tutulması qət edilmişdir.
8. Azərbaycan Respubli kası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 30 mart tarixli qərarı ilə MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2016-cı il 16 sentyabr tarixli qərardadı ilə MMC tərəfindən verilmiş əlavə kassasiya şikayəti əsassız hesab edilərək Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmamışdır. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 2019-cu il 12 dekabr tarixdə cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, iddiaçının huququnu bərpa etmək üçün çəkilmiş xərclərə və əldən çıxmış faydaya görə 100.000 manat və işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 150.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tu tulub iddiaçıya odənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, §§1-9-da göstərilən məhkəmə prosesləri dövründə cavabdehin nümayəndəsi MMC-ni müdafiə etdiyi halda, hazırda Azadlıq 22 ünvanında cavabdehlə müqavilə əsasında digər “Azerfon” və “Bakcell" operatorlarının avadanlıqlarının sökülməsini tələb etmişdir. Halbuki, həmin avadanlıqlar Azadlıq 22 ünvanda yerləşən “Rabitə ev”nin damında cavabdehlə müqavilə əsasında quraşdırılmışdır. Bu müqavilədən cavabdeh büdcədən kənar gəlir əldə etmişdir. Məhkəmə proseslərinin 2012-ci ildən 2016-cı ilə qədər uzanmasının səbəbi MMC ilə cavabdehin birləşərək iddiaçıya qarşı etiraz və şikayətlər verərək guya iddiaçının abidəyə münasibətdə məhkəmədə iddia qaldırmaq hüququnun olmamasına istinad etmələ ri olmuşdur. İndi isə MMC cavabdehin büdcədən kənar davamlı gəlir əldə etdiyi “Azerfon” və “Bakcell" operatorlarının Azadlıq 22 ünvanında yerləşən anten və ona aid avadanlıqların sökülməsini tələb etmişdir. Uzunmüddətli məhkəmə proseslərinə görə iddiaçı hazırladığı “Qarşılıqlı atalar sözü” 32 cildlik kitabını 2012-ci ildən hal-hazıra kimi sona çatdıra bilməmiş, hazır cildləri isə çapa verməmişdir. Bununla da nizamnaməsinin 3-cü bəndinin 7ci yarımbəndində nəzərdə tutulmuş, qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur.
12. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 23, 1097-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Bakı Komme rsiya Məhkəməsinin 2020-ci il 24 fevral tarixli, e-2-2(113)-275/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – L.Əliyeva).
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, sonuncuya real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda iddiaçının hüquqlarının pozulması ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə, iddiaçı cavabdeh tərəfindən onun qanunla qorunan hüquqlarının pozulmasını §§1-9-da göstərilən məhkəmə mübahisəsi gedişində cavabdehin MMC-nin mövqeyini müdafiə etməsi və mə hkəmə aktlarından bir neçə dəfə apellyasiya və kassasiya şikayətləri verməklə məhkəmə prosesini uzatması, eləcə də həmin məhkəmə prosesi gedişində cavabdeh tərəfindən iddiaçının ictimai təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə edilməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin iştirak etdiyi məhkəmə mübahisəsi gedişində öz mövqeyini müdafiə etmək üçün ona qanunla verilmiş prosessual vasitələrdən istifadə edərək məhkəmə aktından şikayət verməsi iddiaçının hüquqlarını pozan hüquqazidd əməl kimi qiymətləndirilə bilməz və həmin əmələ görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, MM-in 21.1, 21.2-ci, Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 14.2, 47.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Həmin qətnamədən iddiaçı 2020-ci il 8 aprel tarixdə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 sentyabr tarixli, 2-2(103)-311/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və A.Hüseyn).
18. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə etmişdir ki, iddiaçının hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və cavabdehin həmin məhkəmə işini uzatması onun hansı müqavilə öhdəliklərinin pozulmasına gətirib çıxardığı və onu ziyana saldığı və yaxud həmin məhkəmə prosesinin onun yerinə yetirməli olduğu qarşılıqlı öhdəlik müqabilində hansı əməliyyatların həyata keçirilməsinə maneçilik törətdiyinə sübutlarla aydınlıq gətirilməmişdir.
19. Gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 21, 1096.1, 1096.2, 1097.1-ci, MPMin 9.1, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Apellyasiya məhkəməsinin qətnaməsi 2020-ci il 28 sentyabr tarixdə iş üzrə tərəflərə gəndərilmiş və həmin tarixdə iddiaçının elektron məhkəmə informasiya sistemindəki şəxsi elektron kabinetinə yerləşdirilmişdir.
21. Həmin qətnamədən iddiaçı 2022-ci il 31 mar t tarixdə kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.
23. Belə ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
24. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
25. Hazırkı halda, elektron məhkəmə informasiya sistemindən görünür ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 2020-ci il 17 sentyabr tarixli, 2-2(103)311/2020 saylı qətnaməsi iddiaçı İctimai Birliyin sədri Nümayəndə (bundan sonra – “Nümayəndə”) şəxsi elektron kabinetində 2020-ci il 28 sentyabr tarixdə yerləşdirilmiş, iddiaçı tərəfindən isə kassasiya şikayəti 2022-ci il 31 mart tarixdə elektron qaydada imzalanmaqla göndərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüş. Həmçinin, iddiaçı kassasiya şikayəti ilə müraciət edərkən buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə ərizə də təqdim etməmişdir.
26. Azərbaycan Respublikası MPM-in 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. Sadalanmış qanunvericiliyin mənasına görə, ərizəçi tərəfindən kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyindən şikayət geri qaytarılmalıdır.
28. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəm əsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
29. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv olunmalı, kassasiya şikayəti həmin tərəfə qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
30. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 405, 408 və 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin kassasiya icraatına qəbul edilməsi haqqında 2022-ci il 20 may tarixli, 2-2(102)416/2022 saylı qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 sentyabr tarixli, 2-2(103)-311/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti iddiaçıya qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.