Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-417/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(104)-44/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Tədarükçü İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən sifarişçi “Arviay” (X1) Səhmdar Cəmiyyəti arasında 2020-ci il 8 iyul tarixli RVİMAN080720-N20 saylı tədarük müqaviləsi (bundan sonra – “müqavilə”) bağlanmışdır.
2. Müqavilə əsasında 6.000 kq (tara ilə bir yerdə 6.500 kq) şaftalının, 8.400 kq (tara ilə bir yerdə 9.100 kq) nektarinin və 3.780 kq (tara ilə bir yerdə 4.158 kq) gavalının İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X1) Səhmdar Cəmiyyətinə göndərilməsi nəzərdə tutulmuşdur.
3. Həmin meyvələrin Rusiya Federasiyasına çatdırılması üçün İddiaçı MMC yük daşımaları xidmətini yerinə yetirən Cavabdeh1 MMC ilə şifahi formada yük daşıma müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ümumi invoys dəyəri 34.332 ABŞ dolları olan məhsulun Rusiya Federasiyasına çatdırılması ilə bağlı İddiaçı MMC ilə Cavabdeh1 MMC razılığa gəlmişlər. 4. 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı Qusar rayonunda yerləşən İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X1) Səhmdar Cəmiyyətinə daşıyıcı Cavabdeh1 MMC vasitəsilə ** UT ***/** ZF *** nömrəli avtomaşınla göndərilmişdir.
5. İddiaçı MMC-dən “Arviay” (X1) Səhmdar Cəmiyyətinə yük daşıyan ** UT *** dövlət qeydiyyat nişanlı və ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillərin buraxılışına ekspertiza nəticəsində icazə verilmişdir (2021-ci il 14 avqust tarixli **********21030 nömrəli karantin fitosanitar nəzarəti aktı). 6. 2021-ci il 17 avqust tarixli 995486 nömrəli idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında aktda müqavilədə nəzərdə tutulmuş məhsulların faktiki çatdırılmadığı göstərilmiş, akt alıcı təşkilatın səlahiyyətli şəxsləri və sürücü “Yusifov” tərəfindən imza edilmişdir.
7. Beynəlxalq qaimə - CMR-də İddiaçı MMC “göndərən”, RVİ “yükü alan”, Cavabdeh1 MMC isə “daşıyıcı”, DC Sofino, Sofino logistik texnoparkı “Yükün boşalma yeri” kimi göstərilmiş, sənədin 22-ci qrafasında göndərən İddiaçı MMC adından imza çəkilmiş və İddiaçı MMC-nin möhürü vurulmuş, 23-cü qrafada daşıyıcı Cavabdeh1 MMC) ştampı vurulmuş, sənədin “Yük qəbul olunub” qeydi olan 24-cü qrafasında isə Alıcının adından imza çəkilmiş, RVİ-ın möhürü vurulmuş və tarix “xx.xx.2021” yazılmışdır. 8. “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş 202 1-ci il 17 avqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktında “Arviay” (X1) Səhmdar Cəmiyyəti tərəfindən “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinə şaftalı, nektarin və gavalı kimi malların təhvil verilmədiyi göstərilmiş, həmin akt həm də sürücü “Yusifov” tərəfindən imzalanmışdır.
9. Sifarişçi tərəfindən tədarükçüyə göndərilmiş məktubda 2021-ci il 10 avqust tarixdən 2021-ci il 20 avqust tarixədək dövr ərzində “Arviay” Səhmdar Cəmiyyətinə müqavilədə göstərilmiş malların tədarük edilmədiyi göstərilmişdir.
10. Sifarişçinin 2021-ci il 20 avqust tarixli 06V nömrəli pretenziyasında tədarükçünün 06V invoysa əsasən 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalı məhsulunu tədarük etməyi öhdəsinə götürməsinə baxmayaraq həmin malların tədarük edilmədiyi qey d olunmuş, pretenziyanın ümumi məbləği 38.865,68 dollar təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh1 MMC-yə və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “Cavabdeh2”) qarşı 2022-ci il 5 sentyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən və Cavabdeh2 34.332 ABŞ dolları məbləğində pulun və 400 manat ödənilmiş rüsumun müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi işin hallarında göstərilənlərə istinadla onunla əsaslandırılmışdır ki, sürücü Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ***-***-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əl aqə saxlanılmış, ona yük maşınının soyuducusunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdi. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan iddiaçının nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 iddiaçının nümayəndəsinə malın keyfiyyətinin aşağı olma səbəbindən çatdırılma məntəqəsində təhvil alınmadığını bildirmişdir. Belə olan halda iddiaçının nümayəndəsi WhatsApp proqramı vasitəsi ilə 2021-ci il 19 avqust tarixində sürücüyə bu məsələ ilə bağlı öz müdiri ilə əlaqə saxlamalı olduğunu və əgər malın çatdırılma məntəqəsində malı qəbul etməmişlərsə, həmin malı bazarda təhvil verməsini bildirmişdir. Həmçinin iddiaçının Rusiya Federasiyasında olan nümayəndələri sürü cüyə zəng edərək onlarla görüşüb göndərilən malı bazarda birgə boşaltmağı tələb etmişdir. Sürücüyə həmin nümayəndələrin iştirakı olmadan malı boşaltmaması tapşırılmışdır. İddiaçının malın keyfiyyətsiz olmasına dair şübhələri olmuş və bu səbəbdən həmin nümayəndələrin mala sürücü ilə birgə baxış keçirilməsi labüd sayılmışdır. Lakin sürücü heç bir əsas gətirmədən həmin təlimata uymamış, iddiaçının nümayəndələrinin iştirakı ilə mala baxış keçirməkdən boyun qaçırmış və malı zibilə atdığını bildirmişdir. Bu isə ağlabatan deyil. İddiaçı əmin olmuşdur ki, loqistika şirkəti və onun sürücüsünün səhlənkarlığı və ya hüquqazidd qərəzli əməlləri nəticəsində onlara ziyan dəymişdir. Göstərilənləri sübut edən gömrük bəyannaməsi və digər sənədlərin (sübutlar) iddia ərizəsinə əlavə edildiyi qeyd olunmuşdur. İddiaçı polisə şikayət etmiş, lakin Xaçmaz Rayon Polis Şöbəsinin 2021-ci il 2 oktyabr tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(115)2069/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – R.Məmmədov).
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona 34.332 ABŞ dolları məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunvericiliyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq münasibətlərini formalaşdıran müqaviləni məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçı uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarlıq fəaliy yəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək heç bir sənədləşmə aparmadan faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud olmamışdır.
15. İddiaçı tərəfindən göndərilən məhsul iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi, RVİ-ın ünvanında təhvil verilmişdir. İddiaçı tərəfindən məhsulun xarab olması halının cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması mötəbər sübutlarla təsdiq olunmadığından və məhsullar göstərilən ünvana çatdırıldığından məhsulların xarab olduğu üçün alıcı tərəfindən təhvil alınmaması cavabdehlərin iddiaçıya maddi ziyan vu rmuş olmasına dəlalət etmir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 21, 385.1, 386.1, 850.1, 853, 859.1, 859.2 və 1096.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-89/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılmaqla iddia qis mən – MMC-dən qətnamənin icra olunduğu gün üçün Azərbaycan manatına olan məzənnəsi ilə 34.332 ABŞ dolları məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – A.Hüseynzadə və L.Süleymanov).
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki halları və iş materialları ilə iddiaçının MMC ilə 6.000 kq şaftalı, 8.400 kq nektarin və 3.780 kq gavalıdan ibarət yükün Cavabdeh2 idarə etdiyi avtomaşınla Rusiya Federasiyasında yerləşən RVİ-yə çatdırması ilə bağlı razılığa gəldikləri, invoys dəyəri 34.332 ABŞ dolları təşkil edən həmin malların cavabdehə təhvil verilməsi, mallar təhvil verilən anda qüsursuz olması, lakin həmin malların sifarişçi RVİ-ya çatdırılmadığı müəyyən olunmuş, bu RV-dan alınmış məktubla da təsdiqini tapmışdır.
20. Məhkəmə cavabdehin izahatında göstərdiyi “Mal səhər 10:00-11:00 radələrində çatdırılıb və həmin günün axşamı onlara şifahi şəkildə malın xarab olduğunu bildiriblər. Bu barədə iddiaçını məlumatlandırıblar”- dəlili ilə bağlı həmin xüsusatın iş materialları ilə təsdiqini tapmadığını vurğulamışdır. MMC-nin nümayəndəsi məhkəmə iclasında da məhkəməyə həmin dəlili təsdiq edən sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə MMC-dən iddiaçının xeyrinə 34.332 ABŞ dollarının tutulmalı olması nəticəsinə gəlmişdir. Bununla belə, müqavilə iddiaçı ilə MMC arasında bağlandığından və Cavabdeh2 müqavilə tərəfi olmadığından məhkəmə kollegiyası iddia tələbinin ona münasibətdə təmin edilməli olmaması qənaətinə gəlmişdir.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 21, 385.1, 386.1, 850.1, 853, 859.1, 859.2 və 1096.1-ci maddələrinə; MPM-in 81-ci maddəsinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 dekabr tarixli 2-2(102)-587/2023 nömrəli qərarı ilə cavabdeh MMC-in kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(104)-89/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır (mə ruzəçi hakim – B.Məmmədli, hakimlər – A.Hüseynov və İ.Dadaşov).
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq bildirmişdir ki, daşıma müqaviləsinə görə, daşıyıcı yükü haqq müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
25. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 39.1 və 39.2-ci bəndlərinin tələblərinə görə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edil ir. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesablaşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir.
26. Hazırkı halda isə apellyasiya instansiyası məhkəməsi işdə olan CMR sənədinə ümumiyyətlə istinad etməmiş, bununla bağlı, xüsusilə də sənədin “Yük qəbul olunub” qeydi olan 24-cü qrafasında RVİ-ın adından imza çəkilməsi, möhürünün vurulması ilə əlaqədar hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
27. Birinci instansiya məhkəməsinin 2022-ci il 2 dekabr tarixli iclasının protokolundan görünür ki, həmin məhkəmədə iclasda iştirak edən cavabdehin nümayəndəsi öz izahatında cavabdehin ödənişi iddaçı tərəfindən çek vasitəsilə məhsullar çatdırıldıqdan 20 gün sonra ödənildiyini bildirmiş, qarşı tərəf isə bu məsələyə hər hansı aydınlıq gətirməmişdir (İ cild, i/v 121-123). Həmçinin apellyasiya instansiyası məhkəməsinin 2023cü il 1 mart tarixli iclasının protokoluna görə, həmin məhkəmədə iclasda iştirak edən cavabdehin nümayəndəsi iddiaçının sonradan ona yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödədiyini bildirmiş, qarşı tərəf isə yenə də bu məsələyə hər hansı aydınlıq gətirməmişdir (İİ cild, i/v 231-234). Lakin bu məsələlər də apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmış, onlara hüquqi qiymət verilməmişdir. Halbuki həmin xüsusatlara aydınlıq gətirilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
28. Belə ki, məhkəmə kollegiyasının mö vqeyinə görə, yükdaşıma üçün müqavilə ilə müəyyənləşdirilən haqq daşıyıcının müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsi üçün ona ödənilən pul məbləğidir. Əgər daşıyıcı öz öhdəliklərini yerinə yetirmirsə, deməli, yükgöndərəndən də sözügedən haqqın ödənilməsini tələb etmək əsassızdır. Əksinə, əgər yükgöndərən razılaşdırılmış daşıma haqqını tam və ya qismən daşıyıcıya əvvəlcədən ödəmişdirsə, daşıyıcının öz öhdəliklərini pozaraq yükü nəzərdə tutulan ünvana çatdırmaması həmin haqqın geri qaytarılmasını tələb etmək üçün əsasdır.
29. Baxılan işdə də iddiaçı yükün RVİ-a çatdırılmadığını, yəni cavabdehin öz öhdəliklərini icra etmədiyini iddia etsə də, cavabdehə avans olaraq ödədiyi pul vəsaitini (əgər belə ödəniş olmuşdursa) geri tələb etməmişdir. Üstəlik, cavabdeh tərəfin məhkəmə iclaslarında verdiyi izahatlara görə, daşıma haqqı iddaçı tərəfindən məhsullar çatdırıldıqdan 20 gün sonra ödənilmişdir və iddiaçı sonradan cavabdehə yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödəmişdir. İddiaçı isə bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin qeyri-müəyyənliyə də aydınlıq gətirməmiş, bununla bağlı heç bir hüquqi qiymətləndirmə aparmamışdır.
30. Məhkəmə kollegiyası sözügedən xüsusatlar aydınlaşdırılmadan iş üzrə birmənalı nəticəyə gəlməyin qeyri-mümkün olması, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar qiymətləndirilərkən MPM-in 88-ci maddəsinin tələblərinin pozulması, qanunun düzgün tətbiq olunmaması, nəticədə MPM-in 217.1-ci maddəsinə zidd olaraq əsassız qətnamənin qə bul olunması qənaətinə gəlmişdir.
31. Məhkəmə gəldiyi nəticəni MM-in 850.1, 851, 854.1, 854.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38.1, 39.1 və 39.2-ci bəndlərinə; MPM-in 88-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(104)-44/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Mamedov, hakimlər – A.İsgəndərova və A.Bayramov).
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC tərəfindən yükün 2021 -ci il 17 avqust tarixdə müvafiq ünvana (DC Sofino, Sofino logistik texnopark, korpus 1) çatdırılması və CMR-in yükü alan RVİ-ın adından imzalanması və RVİ-ın möhürü vurulmaqla yükün qəbul edilməsi öz təsdiqini tapmış, RVİ-ın 2021-ci il 17 avqust tarixində yükün qəbul edilməsinə dair möhürünün olması artıq daşıyıcının öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə dəlalət etmişdir.
34. Məhkəmə kollegiyası həmçinin kassasiya instansiyası məhkəməsinin qərarında daşıyıcı tərəfindən öhdəlikləri lazımi qaydada yerinə yetirildiyi halda yükgöndərən tərəfindən ona haqqın ödənilməsi və hazırkı halda iddiaçı tərəfindən yükdaşınması üçün avans olaraq ödənilmiş haqqın geri tələb olunmamasına dair göstərilənlərlə (bax §27-29) razılaşmışdır.
35. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 850.1, 8 51, 854.1, 854.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 38.1, 39.1 və 39.2-ci bəndlərinə; MPM-in 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
36. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 7.1, 7.3, 8.5, 8.5.1, 8.5.2, 8,9 və 8.10-cu bəndləri üzrə - iddiaçı he sab edir ki, cavabdehə hər hansı bir məbləğ ödənişin həyata keçirildiyi halda bu CMR-də qeyd olunmalı idi. Cavabdeh MMC ilə iddiaçının ilk əməkdaşlığı olduğundan aralarındakı razılaşmaya əsasən ödəniş yalnız mallar salamat çatdırıldıqdan sonra aparılmalı idi. Mallar isə salamat çatdırılmadığından 2021-ci il 20 avqust tarixindən etibarən aralarında aparılan yazışmalar pretenziya xarakterli olmuş və iddiaçı cavabdehdən şikayət edəcəyini qeyd etmişdir. İddiaçının mövqeyinə görə məhkəmə cavabdehin həqiqətə uyğun olmayan ifadələrini sübut kimi qəbul etmiş, onun arqumentlərini isə sübut kimi qiymətləndirməmişdir.
38. MPM-in 9, 88, 199, 217 və 272.4-1-ci maddələri üzrə - iddiaçı apellyasiya məhkəməsinin §33-də göstərilən mövqeyinə münasibətdə məhkəmənin cavabdehin təqdim etdiyi və özü özlüyündə ş übhələr doğuran sənədə hüquqi qiymət verməklə yanaşı, iddiaçı tərəfindən təqdim edilən dəlillərə qiymət vermədiyini bildirir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və “Arviay” (X1) səlahiyyətli şəxsləri tərəfindən imzalanan (məhz səlahiyyətli şəxsləri tərəfindən imzalanan) sənəddən 2021-ci il 10 avqust - 2021-ci il 20 avqust tarixləri aralığında iddiaçı tərəfindən həmin şirkətə aralarında bağlanmış müqavilədə göstərilən malların (meyvələr) tədarük edilmədiyi göstərilmişdir.
39. Bundan əlavə həmin CMR-dən müəyyən olunmuşdur ki, sənəddə olan Dağıstan Gömrükçülərinin ştampının daxilində “vozvrat 100% ot 2021-ci il 17 avqust” sözləri yazılmış, sənədin 24-cü bəndində isə daxilində “Arviay” (X1) Səhmdar Cəmiyyəti sözləri yazılan möhür, kimliyi və vəzifəsi məlum olmayan birinin imza sı və 2021-ci il 17 avqust sözləri mövcuddur. Sürücü ilə iddiaçının arasında olan yazışmalardan müəyyən olunmuşdur ki, 2021-ci il 16, 17, 18 avqust tarixlərdə mal hələ boşaldılmamışdır. Belə olan təqdirdə Dağıstan Gömrükçülərinin ştampının daxilində “vozvrat 100% ot 2021-ci il 17 avqust” sözləri necə yazıla bilərdi ki, həmin vaxt sürücü Moskvada malların boşaldılmasını gözləyirdi. Sənədin 24-cü bəndində olan möhür və imzaya, cavabdeh tərəfindən natamam formada məhkəməyə təqdim edilən 2021-ci il 17 avqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktında olan imza ilə “CMR” adlı sənəddə olan imzalar identikdir. Halbuki, ilk sənəd “Perekrestok” Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilən sənəddir və imza da həmin Səhmdar Cəmiyyətin işçisinə aiddir. Hətta 2021-ci il 17 a vqust tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktını cavabdeh məhkəməyə təqdim edərkən onu qəsdlə natamam formada təqdim etmişdir. Sonradan iddiaçı həmin aktı əldə etdikdə müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 özünü “Arviay” (X1) Səhmdar Cəmiyyətinin nümayəndəsi kimi təqdim edərək öz imzası ilə iddiaçının malları “Perekrestok” Səhmdar Cəmiyyətinə təqdim etmişdir. Məhkəmə bu halların heç birinə qiymət verməmişdir.
40. Mübahisələndirilən qətnamədə qeyd edilmişdir ki, birinci instansiya və apellyasiya məhkəməsindəki birinci icraat zamanı cavabdehin nümayəndəsi öz izahatında cavabdehin ödənişi iddaçı tərəfindən çek vasitəsilə məhsullar çatdırıldıqdan 20 gün sonra ödənildiyini və iddiaçının sonradan ona yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 7 0-80% qalığını ödədiyini bildirməsi bir daha onu təsdiq etmişdir ki, daşıyıcı tərəfindən öz üzərinə düşən öhdəliklər lazımi qaydada yerinə yetirilmişdir. Bununla bağlı qeyd olunur ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçı tərəfindən məhkəməyə səs yazısı təqdim olunmuş, həmin səs yazısında iddiaçının nümayəndəsinin cavabdeh barəsində prokurorluğa şikayət edəcəyi bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin mötəbər olmayan mövqeyinə əsaslanmaqla iddiaçı tərəfindən cavabdeh MMC-yə edilən ödənişlərlə bağlı bu kimi hallara münasibətin bildirilmədiyini göstərmişdir.
41. Bundan əlavə iddiaçı məhkəməyə təqdim etdiyi 2021-ci il 19 avqust tarixli cavabdehin iddiaçının nümayəndəsinə “Zəhmət olmasa malın ümumi məbləğini çıxardıb məlumat verərsiz” mətndə olan yazışması ona dəlalət etmişdir ki, o sürücü tərəfindən malın çatdırılmamasına görə dəymiş zərərin dəyərini öyrənmək istəyib və ona həmin zərər detallı şəkildə göndərilib. Bu da iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, lakin məhkəmə həmin sübutu qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə
851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.” “Maddə
854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən y ükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir....”
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 38.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları z amanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra - CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsyükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır....” 39.1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına görə ödənişin məbləği və hesablaşma qaydası sifarişçi və daşıyıcı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. 39.2. Yük daşımalarının yerinə yetirilməsinə görə sifarişçi və daşıyıcı arasında hesabl aşmalar müqavilə ilə hesablaşmanın başqa qaydası müəyyən edilmədikdə, yükgöndərən və yükalan tərəfindən müvafiq qeydin edildiyi CMR-in əlavə olunduğu daşıyıcının hesabatı əsasında həyata keçirilir....”
47. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Aşağı instansiya məhkəmələrinin iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyini mübahisələndirən iddiaçı hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin cavabdehin təqdim etdiyi və mötəbərliyi şübhə doğuran sənəd əsasında nəticəyə gəldiyinə istinad etmişdir.
50. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki göstərişləri əsasında araşdırma aparan apellyasiya instansiyası məhkəməsinin gəldiy i nəticə ilə razılaşır. Belə ki, mülki qanunvericiliyə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə - qaimə ilə təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə yük göndərən ilə daşıyıcı arasında müqavilə, bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması, yük alan tərəfindən yükün qəbul edilməsi və qanunvericilikdə müəyyənləşdirilmiş digər halları təsdiq edir (bax § 45).
51. Apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC tərəfindən yükün 2021-ci il 17 avqust tarixində müvafiq ünvana (DC Sofino, Sofino logistik texnopark, korpus 1) çatdırılması və CMR-in yükü alan RVİ-nın adından imzalanması və möhürünün vurulmasını nəzərə alaraq, daşıyıcı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərin icra edilməsi qənaətin ə gəlmiş, kassator isə hazırkı kassasiya şikayətində məhkəmənin həmin mövqeyini təkzib edən dəlillərə istinad etməmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 53. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental p rinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, iddia çının kassasiya şikayətlərində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
55. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli 2-2(104)-44/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.