Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-418/2025 03.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi, tələbin güzəşti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər X2 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borc” tələbində dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli 2-2(106)-55/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC (hazırkı İddiaçı MMC) ilə "xxxx" MMC arasında 2023-cü il 7 fevral tarixli GP SF-05/2023 saylı “alqı-satqı” müqaviləsi və “Qiymət razılaşma” protokolu imzalanmışdır. 2. "xxxx" MMC ilə "xxxx" MMC arasında 2023-cü il 29 noyabr tarixli BA/T-056 saylı “alqı-satqı” müqaviləsi və 1 nömrəli “Qiymət razılaşma” protokolu bağlanmışdır. 3. "xxxx" MMC-nin 2024-cü il 6 fevral tarixinə "xxxx" MMC-yə 347 287,36 manat qalıq borcu vardır (hər iki tərəfin möhür və imzaları ilə təsdiqlənmiş üzləşmə aktına əsasən).
4. Borclu "xxxx" MMC, ilkin kreditor "xxxx" MMC və yeni kreditor İddiaçı MMC arasında 2024-cü il 8 fevral tarixində “tələbin güzəşti barədə” saziş bağlanmışdır. Həmin saziş üzrə ilkin kreditor müqavilə - 1 üzrə b orcluya qarşı mövcud olan 347 287,36 manat məbləğdə tələb hüququnun 300 000 manat məbləğində hissəsini tələb etmək hüququnu yeni kreditora ötürmüşdür.
5. Borclu "xxxx" MMC, ilkin kreditor "xxxx" MMC və yeni kreditor İddiaçı MMC arasında 2024-cü il 29 fevral tarixində “tələbin güzəşti barədə” saziş bağlanmışdır. Həmin saziş üzrə ilkin kreditor müqavilə - 1 üzrə borcluya qarşı mövcud olan 224 157,52 manat məbləğdə tələb hüququnun 200 000 manat məbləğində hissəsini tələb etmək hüququnu yeni kreditora ötürmüşdür. 6. "xxxx" MMC-nin 2024-cü il 29 fevral tarixinə İddiaçı MMC-yə 500 000 manat; 2024-cü il 8 may tarixinə 460 000 manat; 2024-cü il 31 may tarixinə 445 000 manat; 2024cü il 30 iyun tarixinə 430 000 manat qalıq borcu vardır (tərəflərin möhür və imzaları ilə təsdiqlənmiş üzləşmə aktlarına əsasən). 7. 2024-cü il 18 iyul tarixli xəbərdarlıq məktubundan görünür ki, tələbin güzəşti barədə sazişə əsasən İddiaçı MMC "xxxx" MMC-yə ödənilməmiş 430 000 manat borcun ödənilməsinin təmin olunması barədə xəbərdarlıq etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 28 avqust tarixində iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirməsi ərizələri ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək 2024-cü il 8 fevral tarixli sazişə əsasən 230 000 manat, 2024-cü il 29 fevral tarixli sazişə əsasən isə 200 000 manat olmaqla cəmi 430 000 manat borcun və 720 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən (bundan sonra – “cavabdeh”) tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş dir.
9. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh tələbin güzəşti barədə sazişin şərtlərinə məhəl qoymamış və ödənişləri vaxtında icra etməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin xəbərdarlıqlara hər hansı münasibət bildirməmiş və borcu ödəməmişdir.
10. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 26 dekabr tarixli e-2-2(121)2811/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur (hakim: N.Misirzadə).
11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tələb sahibi borclunun razılığı olmadan tələbi hazırkı iş üzrə iddiaçıya ötürmək (güzəşt etmək) hüququ olduğundan tələb sahibinin tələbi iddiaçıya hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçdiyindən sonuncu mövcud iddia əriz əsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının tələbi təmin olunmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 194.1, 196, 442, və 567-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli 2-2(106)-55/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Q.Əliyev – sədrlik edən və məruzəçi, C.İmanov və T.Kərimov).
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan ap ellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yeni kreditor iddiaçı ilə borclu cavabdeh arasında qarşılıqlı üzləşmə aktları tərtib olunaraq borcun qalıq məbləğləri müəyyən olunmuş və sonuncu 2024-cü il 1 iyul tarixində tərtib olunan aktla 2024-cü il 30 iyun tarixinə cavabdehin 430 000 manat borcunun qaldığı razılaşdırılmışdır.
16. Əşyanı təhvil almış alıcı olaraq cavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən satıcı olaraq "xxxx" MMC verilmiş əşyanın ödənilməsini tələb etmək hüququna malikdir. Tələb sahibi (kreditor) olaraq "xxxx" MMC tələbin müəyyən hissəsini üçüncü şəxs, yəni hazırkı iş üzrə iddiaçıya güzəşt etdiyindən və sonuncu həmin münasibətlərlə yeni kreditor olaraq ilkin kreditoru əvəz etdiyindən iddia müvafiq maddi hüquq normala rının tələbi baxımından tam əsaslıdır. Öhdəliyin tam yerinə yetirilməsinə dair cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə hər hansı bir sübut verilməmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
18. Məhkəmə kollegiyası mövqeyini MM-in 6.2, 14.1, 14.2.1, 194.1, 194.2, 194.4, 196, 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 567, 599.1, 600.1, 600.4-cü, MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 71-ci maddələri üzrə kassator qeyd etmişdir ki, ali qanun tərəfindən təmin olunmuş məhkəmə müdafiəsi təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxaraq onlara dair ədalətli və qanuni qərar çıxarılması vəzifəsini müəyyənləşdirir. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi adı çəkilən normaların tələbləri poz ulmaqla qəbul edildiyindən qanuni və əsaslı ola bilməz. 21. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunan maddənin 1-ci tələbini pozmaqla çıxarılmışdır. Belə ki, məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. İnsan Hü quqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (Məsələn: Delcourt Belçikaya qarşı işi üzrə 1970ci il 17 yanvar tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 1982-ci il 1 oktyabr tarixli qərarı; X4rşı iş üzrə 1984-cü il 26 oktyabr tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
22. MPM-in 14.1, 217, 218.1, 417.1.3, 418.1 və 418.3-cü maddələr üzrə - cavabdeh qeyd etmişdir ki, apellyasiya instansiyası tərəfindən adı çəkilən normaların tələbləri pozulmaqla qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflər arasında yaranmış mübahisəyə yalnız bir məhkəmə iclasında, cavabdeh tərəfin nümayəndəsinin iştirakı təmin olunmadan baxaraq, işi tam, hərtərəfli və obyektiv araşdırmadan, tərəflərin mövqelərinə lazımi hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əsasların nədən ibarət olduğu barədə onun nümayəndəsinin izahatını dinləmədən, eləcə də cavabdeh tərəfindən təqdim edilə biləcək digər sənəd və sübutların mövcudluğunu müəyyən etmədən işə baxış keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman yol verilmiş belə bir qanun pozuntusu ədalət mühakiməsinin təməli olan “əsl həqiqətin ortaya çıxarılması” prinsipinin əsaslı şəkildə pozuntusuna gətirib çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata ke çirilməlidir....” “Maddə
196. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlə rdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndiri lməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəmə sinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanu ni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətin dəlillərində göstərilən məsələlərin doğru hüquqi qiymətləndirilməsi aparılmışdır.
31. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əl avə olaraq qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə cavabdehə aşağı instansiya məhkəmələrində kifayət qədər prosessual imkanlar yaradılsa da, cavabdeh iddia tələbinin əsaslılığını şübhə altına salacaq hər hansı bir dəlil irəli sürməmiş, yalnız formal və ümumi mülahizələrlə kifayətlənmişdir. Ona görə də məhkəmə kollegiyası hazırkı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
32. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli 22(106)-55/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.