Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-419/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-419/19 Bakı şəhəri 13 noyabr 2019-cu il 13.11.2019 Açar sözlər: lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi, lizinq müqaviləsi üzrə güzəştlərin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmdan, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli, 2-2(107)-29/2019 saylı qətnaməsi ndən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2639,0 manat əsas borcun, 361,0 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 3030 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 21 oktyabr 2016-cı il tarixli, 1178-L/16 nömrəli müqavilə ləğv olunmaqla lizinq obyekti olan 1 ədəd “Belarus-892” markalı traktorun və 1 ədəd “P-4” markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 03 may 2018-ci il tarixə əsas borcunun 5676 manat, cərimə borcunun isə 1285 manat və 30 manat dövlət rüsumunun, cəmi 6991 manatın cavabdehdən tutularaq İddiaçı ASC- yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2-2(84)-119/2018 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia tələbi qismən - əsas borc üzrə 5676 manat, cərimə üzrə 400 manat olmaqla, ümumilikdə 6076 manat vəsaitin cavabdehdən tutulması, tərəflər arasında bağlanmış 21 oktyabr 2016-cı il tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan 1 ədəd “Belarus-892” markalı traktor və 1 ədəd “P-4” markalı kotanın saz vəziyyətdə iddiaçıya qaytarılması hissəsində təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2018-ci il tarixli, 2-2(107)-45/2018 saylı qətnaməsi ilə (sədrlik edən Rafail Əliyev, hakimlər Mirbahəddin Hüseynov və İmanverdi Şükürov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-2(102)-50/2019 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar ba xılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı qərarında nəzərdə tutulmuş güzəştlərin cavabdeh barəsində tətbiq edilməməsinin və güzəşt nəzərə alınmaqla yeni müqavilənin bağlanmasının səbəbləri barədə araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Habelə, idddia olunan borcun məbləğinin hansı qaydada hesablandığı, ilkin ödənişin nəzərə alınıb-alınmadığı qətnamədə əsaslandırılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli, 2-2(107)-2019 saylı qətnaməsi ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – lizinq obyekti olan 1 ədəd “Belarus892” markalı traktor və 1 ədəd “P-4” markalı kotanın saz vəziyyətdə iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 21 oktyabr 2016-cı il tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinin təsdiq olunmuş surətindən görünür ki, lizinq ödənişlərinin başlama tarixi 2016-cı ilin İV rübündən 2026-cı ilin İİİ rübünə kimi müəyyən edilmiş, lizinq haqlarının ödənilməsi qaydası lizinq verən iddiaçı ilə lizinq alan cavabdeh arasında razılaşdırılmışdır. İddiaçının 21 oktyabr 2016-cı il tarixli, 4540/ü nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, 1 ədəd “Belarus-892” markalı traktorun, 1 ədəd “P-4” markalı kotanın cavabdehə lizinqə verilməsi əmr edilmişdir. İddiaçıya məxsus texnikanın lizinq alana təhvili barədə 26 oktyabr 2016-cı il tarixli, 304 nömrəli texnikanın təhvil verilməsi barədə aktın təsdiq olunmuş surətindən görünür ki, qiyməti 2250 manat olan 2016-cı il buraxılışı, göy rəngli, 19070 şassi nömrəli, “P-4” markalı, 4 gövdəli, təkərli kotan saz, nizamlanmış və komplekt halda cavabdehə təhvil verilmişdir. İddiaçıya məxsus texnikanın lizinq alana təhvili barədə 24 oktaybr 2016-cı il tarixli, 667 nömrəli texnikanın təhvil barədə aktın təsdiq olunmuş surətindən görünür ki, 26 aprel 2016-cı il tarixli, 10/16 nömrəli satınalma müqaviləsi ilə 13 iyul 2016-cı il tarixdə iddiaçının 21 oktyabr 2016-cı il tarixli 4540/ü nömrəli əmri əsasında dəyəri 38.400 manat olan 2016cı il buraxılışlı, göy rəngli bir ədəd 90831860 şassi nömrəli, 943196 mühərrik nömrəli, “Belarus-892” markalı traktoru saz, nizamlanmış və komplekt halda cavabdehə təhvil verilmişdir. Kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın iclasının 11 noyabr 2016-cı il tarixli, 54 nömrəli protokolundan çıxarışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2016-cı il 21 oktyabr tarixli, 178-L/16 nömrəli lizinq müqaviləsi üzrə lizinq obyekti olan 1 ədəd “Belarus-892” markalı traktora 15.360 manat, 1 ədəd “P-4” markalı təkərli 4 gövdəli kotana 1020 man at olmaqla, ümumilikdə 16.380 manat (texnikanın ilkin dəyərinin 40 faizi) güzəşt tətbiq edilmiş və İddiaçı ASC ilə istifadəçi arasında yeni lizinq müqaviləsi bağlananadək əvvəlki lizinq müqaviləsinin öz qüvvəsini saxlaması qərara alınmışdır. İddiaçının cavabdehə ünvanladığı 19 sentyabr 2017-ci il tarixli, ASC/P-679 nömrəli pretenziyanın təsdiq olunmuş surətindən görünür ki, lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Maliyyə arayışından görünür ki, 03 may 2018-ci il tarixə cavabdehin iddiaçıya 5676 manat əsas borc və 1285 manat cərimə borcu olmuşdur. Cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin 5676 manat əsas borcu üzrə 1284,86 manat cərimə borcu olmuşdur. İşdə olan və iddiaçının əsaslandığı 2016-cı il 21 oktyabr tarixli, 1178-L/16 nömrəli lizinq müqaviləsi tərəflərdən yalnız biri - lizinq alan tərəfindən imzalanmışdır. Bununla bağlı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş açıqlama cədvəlindən görünür ki, cavabdeh tərəfindən 21 oktyabr 2016-cı il tarixdə 8190 manat ilkin ödəniş və 21 dekabr 2017-ci il tarixdə cəmi 200 manat ödəniş edilmişdir. Lizinq müqaviləsinin 5.4-cü maddəsinə əsasən, lizinq alan tərəfindən müqavilənin 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə, yəni texnikadan istifadə üçün 2 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, yəni lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnikanı saz vəziyyətdə geri götürür, onun əvvəllər ödəd iyi bütün məbləği özündə saxlayır, vurulmuş zərərin tam ödənilməsini tələb edir və lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, lizinq alan 5.2-5.4-cü bəndlərinin tələblərini yerinə yetirmədikdə lizinq verən bir tərəfli qaydada bu müqaviləni ləğv edir və texnikanı, onun işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərcləri, vurduğu zərərin və texnikanın dəyərinin 10 % məbləğində cərimənin Lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliklərini icra etməməsi səbəbindən iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir. Məhkəmələrin isə işin hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azaltmaq səlahiyyəti mövcuddur ki, hazırkı halda birinci instansiya məhkəməsi haqlı olaraq 1285 manat məbləğində cəriməni azaldaraq 400 manat məbləğində müəyyən etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 421.2, 424.5, 467, 747.1, 747-1.1, 747.2, 747-3.2, 7475, 748.1, 748-1, 462.1, 463, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, cavabdehlə bağlanmış 21 oktyabr 2016-cı il tarixdə 1178-L/16 nömrəli lizinq müqaviləsi üzrə texnikaların dəyərini 20 faizini və güzəştə düşməsi üçün ona ödəməsi təklif olunan 1500 manat məbləği iddiaçının kassasına ödəmişdir. 11 noyabr 2016-cı il tarixdə iddiaçı tərəfindən ona məlumat verilərək güzəştə düşdüyü və 2780 GL/16 nömrəli lizinq müqaviləsini əldə edə biləcəyi bildirilmiş, lakin sonradan həmin müqavilənin surəti ona verilməmişdir. Cavabdeh həmin müqavilə üzrə də 200 manat olmaqla, ümumilikdə iddiaçıya 8.390 manat vəsait ödə mişdir. Bundan başqa bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı qərarına əsasən, 20 faiz ödənildikdən sonra güzəştə düşməsi ilə bağlı iddiaçı tərəfindən ona 08 noyabr 2017-ci il tarixdə ünvanlanmış ASO/E06 saylı məktubla 1178-L/16 nömrəli lizinq müqaviləsinə əsasən, əldə etdiyi texnikaların dəyərinə xüsusi Komissiyanın 11 noyabr 2016-cı il tarixli qərarı ilə 16.380 manat güzəştin olduğu bildirilmişdir. Buna baxmayaraq, iddiaçı həmin güzəşti nəzərə almadan əvvəlki müqavilə üzrə borcu tələb etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı qərarına istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiy ası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsinin mövqeyinə görə, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliklərini icra etməməsi səbəbindən iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, lizinq müqaviləsi üzrə texnikaların dəyərinin 20 faizi iddiaçıya ödənildiyindən müqavilə məbləğinə 16.380 manat güzəşt tətbiq edilməli olduğu halda, iddiaçı həmin güzəşti nəzərə almadan müqavilədə nəzərdə tutulmuş məbləği tam həcmdə tələb etmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlər lə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; - 748-1.12-ci maddəsinə əsaəsn, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə (748-1.12.4). Müddəaların mənası belə izah olunur ki, lizinq müqaviləsinin mahiyyətinə görə lizinq əmlakı lizinq alana verilməli və bunun müqabilində sonuncu müvafiq məbləği dövriliklə ödəməlidir. Həmin dövrilik müəyyən məbləğin müəyyən müddət ərzində ödənilməsini nə zərdə tutur və lizinq alan ardıcıl olaraq iki dəfə bu qaydaya riayət etmədiyi halda, lizinq verənin aşağıdakı hüquqları yaranır: lizinq müqaviləsini ləğv etmək; pul məbləğlərini tələb etmək; lizinq obyektini geri almaq. İşin hallarından göründüyü kimi, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Cavabdehin mübahisələndirdiyi məsələ lizinq müqaviləsi ilə nəzərdə tutulmuş məbləğə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı qərarı ilə nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi ilə bağlı olmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan tex nikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı Qərarının: - 3-cü bəndinə əsasən, bu qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilsin; - 6-cı bəndinə əsasən, bu qərar 5 il müddətinə qüvvədədir. Müddəaların tələblərinə görə qərarın qanuni qüvvəsini aldığı tarixdən (15 avqust 2014-cü il tarixindən) sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətind ən kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunması zamanı, onun ilkin dəyərinin 20 faizi ödənildikdə əldə olunmuş texnikanın ilkin dəyərinin 40 faizi həcmində güzəştin tətbiq olunması nəzərdə tutulmuşdur. İddiaçı və cavabdeh tərəflər arasında 21 oktyabr 2016-cı il tarixli “Kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən Spesifikasiyada göstərilən 8.190,0 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin ödəniş qrafikinin təsdiq olunmuş surətindən göründüyü kimi, lizinq ödənişlərinin başlama tarixi 2016-cı ilin İV rübündən 2026-cı ilin İİİ rübünədək müəyyən edilmiş və ödənilmə qaydası l izinq verən iddiaçı ilə lizinq alan cavabdeh arasında razılaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli, 273 saylı Qərarı ilə təsdiq edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının”: - 2.1-ci bəndinə əsasən, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur; - 2.2-ci bəndinə əsasən, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublika sı Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – Nazirlik) əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya (bundan sonra - Xüsusi Komissiya) yaradılır; - 2.3-cü bəndinə əsasən, xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, (...) kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir; - 2.5-ci bəndinə əsasən, bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi hə cmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir; - 2.7-ci bəndinə əsasən, bu Qaydaların qüvvəyə mindiyi tarixdən sonra istifadəçilər tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürüləcək və satın alınacaq kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına həmin texnikanın ilkin dəyərinin 40 faizi həcmində güzəştin tətbiq edilməsi barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Müddəaların tələblərinə görə, lizinq yolu ilə əldə edilmiş kənd təsərrüfatı texnikasına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə ilə müraciət olunması və ərizəçi tərəfindən təqdim olunmuş sənədlər müvafiq Komissiya tərəfindən ar aşdırıldıqdan sonra əldə edilmiş kənd təsərrüfatı texnikasının qalıq dəyəri ilə bağlı məlumatın verilməsi nəzərdə tutulmuşdur. Lizinq müqaviləsi üzrə əldə edilmiş avadanlığın qalıq dəyəri onun ilkin məbləğinin 40 faizindən çox olduğu təqdirdə və ən azı ilkin məbləğin 20 faizi ödənildikdə, 40 faizi həcmində güzəşt tətbiq edilir və bununla bağlı yeni lizinq müqaviləsi bağlanılmalıdır. İşin hallarından göründüyü kimi, lizinq müqaviləsi ilə əldə olunmuş texnikaların dəyərinə 16.380 manat məbləğində güzəştin tətbiq edilməsi barədə Xüsusi Komissiya tərəfindən 11 noyabr 2016-cı il tarixdə müvafiq qərar qəbul olunmuş və cavabdeh yeni lizinq müqaviləsinin bağlanması üçün İddiaçı ASC-yə dəvət olunmuş, lakin cavabdeh yeni lizinq müqaviləsinin bağlanmasını ləngitdiyi üçün əvvəlki lizinq müqaviləsi öz hüquqi qüvvəsini saxlamışdır. Beləliklə, qanunvericiliyin yuxarıda əks olunmuş tələblərinə uyğun olaraq iddiaçı ilə bağlanmış lizinq müqaviləsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edildiyindən və müvafiq güzəştlərin tətbiq olunması üçün yeni lizinq müqaviləsinin bağlanması nəzərdə tutulduğundan, iddiaçı dəvət olunmuş, lakin yeni lizinq müqaviləsinin bağlanmasını ləngitmişdir. Məhkəmə kollegiyası hesab edir ki, güzəştin tətbiq olunması ilə bağlı yeni lizinq müqaviləsi bağlanmadığından, ilkin müqavilə hüquqi qüvvəsini saxlamışdır və bu səbəbdən iddiaçı cavabdeh tərəfindən əvvəlki müqavilə üzrə öhdəliklərin icra olunmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019-cu il tarixli, 2-2(107)-29/2019 saylı qətn aməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-419/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-419/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver