Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-42/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçılar İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-810/2024 nömrəli qətnaməsindən cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə "xxxx" MMC arasında 2022-ci il 3 oktyabr tarixli ASİS/AS/051/22 nömrəli alqı-satqı müqaviləsi və müqaviləyə 1 nömrəli Əlavə (qiymət razılaşdırma protokolu) imzalanmışdır. - Müqavilənin 1.1-ci bəndinə görə, “Satıcı” müqavilənin əlavəsində qeyd olunan göstərici və texniki xüsusiyyətlərə uyğun dəmir-beton məmulatlarını “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - Müqavilənin 3.4-cü bəndinə əsasən, ödənişlər vaxtı-vaxtında ödənilmədiyi təqdirdə satıcı ödənilməmiş məbləğinin 10%-dən artıq olmamaq şərti ilə, hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1 % həcmində dəbbə pulunun ödənilməsi ni alıcıdan tələb etmək və alıcı tərəfdən borc tam şəkildə ödənilənə kimi məhsulun təchizatını dayandırmaq hüququnu əldə edir. - Müqavilənin 7.1-ci bəndinə görə, hazırkı müqavilə imzalanma günündən qüvvəyə minir və 2023-cü il 3 oktyabr tarixədək etibarlıdır. Müqavilənin bitməsinə 1 ay qalmış tərəflərin heç biri ona xitam verilməsinə dair digər tərəfə məlumat verməsə, müqavilə eyni 1 il müddətinə, eyni şərtlər ilə uzadılmış sayılır. 2. 2022-ci il 3 oktyabr tarixli qiymət razılaşdırma protokoluna (1 nömrəli Əlavə) əsasən, ölçüsü 390x90x188 olan beton hörgü bloklarının bir ədədinin qiyməti ƏDV-siz 0,86 manat, ƏDV daxil 1.01 manat, 390x190x188 olan beton hörgü bloklarının bir ədədinin qiyməti ƏDVsiz 0,95 manat, ƏDV daxil 1.12 manat razılaşdırılmışdır.
3. Müqavilə və 1 nömrəli Əlavə hər iki tər əfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
4. Aşağıdakı təhvil-təslim aktlarına əsasən, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göstərilən mallar təhvil verilmiş və həmin məhsullara dair elekton qaimələr göndərilmişdir: - 2022-ci il 21 noyabr tarixli 229212 nömrəli - 2 adda məhsul (EBCK seriyalı, 383452 nömrəli, 2022-ci il 2 dekabr tarixli, dəyəri 2.217,99 manat olan elektron qaimə); - 2023-cü il 12 yanvar tarixli 229258 nömrəli, 2023-cü il 21 yanvar tarixli 229264 nömrəli, 2023-cü il 23 yanvar tarixli 229267 nömrəli və 2023-cü il 27 yanvar tarixli 229277 nömrəli 4.480 ədəd 90x188x390 ölçülü və 3.150 ədəd 190x188x390 beton blok (EBCO seriyalı, 007342 nömrəli, 2023-cü il 1 fevral tarixli, dəyəri 8.077,45 manat olan elektron qaimə); - 2023-cü il 7 aprel tarixli 229331 nömrəli və 2023-cü il 27 aprel tarixli 229339 nömrəli - 675 ədəd 190x188x390 ölçülü və 3.520 ədəd 90x188x390 ölçülü beton blok (EBDE seriyalı, 694817 nömrəli, 2023-cü il 2 may tarixli, dəyəri 4.328,77 manat olan elektron qaimə); - 2023-cü il 9 mart tarixli 229321 nömrəli və 2023-cü il 30 mart tarixli 229325 nömrəli - 1.575 ədəd 190x188x390 ölçülü və 2.240 ədəd 90x188x390 ölçülü beton blok (EBDC seriyalı, 779444 nömrəli, 2023-cü il 4 aprel tarixli, dəyəri 4.038,73 manat olan elektron qaimə); - 2023-cü il 25 fevral tarixli 229314 nömrəli - 1.575 ədəd 190x188x390 ölçülü beton blok (EBDB seriyalı, 163230 nömrəli, 2023-cü il 6 mart tarixli, dəyəri 1.765,58 manat olan elektron qaimə); - 2022-ci il 7 dekabr tarixli 229232 nömrəli, 2022-ci il 23 dekabr tarixli 229242 nömrəli və 2023-cü il 9 noyabr tarixli 2 29257 nömrəli - 4.500 ədəd 190x188x390 ölçülü və 480 ədəd 90x188x39 ölçülü beton blok (EBCM seriyalı, 477042 nömrəli, 2023-cü il 10 yanvar tarixli, dəyəri 5.531,60 manat olan elektron qaimə); - 2022-ci il 1 dekabr tarixli 229229 nömrəli - 1.575 ədəd 190x188x390 ölçülü beton blok (EBCM seriyalı, 677441 nömrəli, 2023-cü il 10 yanvar tarixli, dəyəri 1.765,58 manat olan elektron qaimə); - 2023-cü il 9 may tarixli 229344 nömrəli - 1.050 ədəd 190x188x390 ölçülü və 800 ədəd 90x188x390 ölçülü beton blok (EBDG seriyalı, 977854 nömrəli, 2023-cü il 5 iyun tarixli, dəyəri 1.988,89 manat olan elektron qaimə); - 2022-ci il 27 oktyabr tarixli 118775 nömrəli - 1425 ədəd 190x188x390 ölçülü və 320 ədəd 90x188x390 ölçülü beton blok (EBCİ seriyalı, 708392 nömrəli, 2022-ci il 5 noyabr tarixli, dəyəri 1.922,1 6 manat olan elektron qaimə); - 2022-ci il 10 oktyabr tarixli 118758 nömrəli və 2022-ci il 17 oktyabr tarixli 118765 nömrəli 2.925 ədəd 190x188x390 ölçülü və 320 ədəd 90x188x390 ölçülü beton blok (EBCH seriyalı, 497216 nömrəli, 2022-ci il 19 oktyabr tarixli, dəyəri 3.603,66 manat olan elektron qaimə).
5. Hesabdan çıxarışlara əsasən, "xxxx" MMC tərəfindən 2022-ci il 19 oktyabr tarixində 3.053,95 manat və 549,71 manat, 2022-ci il 11 noyabr tarixində 1.628,95 manat və 293,21 manat, 2023-cü il 12 aprel tarixində 5.000 manat və 900 manat, 2023-cü il 17 may tarixində 5.000 manat və 900 manat olmaqla, cəmi 17.325,82 manat ödənişlər edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 19 mart tarixində Cavabdeh MMCyə ( bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia qiymətini təşkil edən qaimələr üzrə ƏDV daxil 17.914,58 manat əsas, ödənişin gecikməsinə görə 0.1% miqdarında, yəni 1.791,46 manat dəbbə pulu, iddiaçı tərəfindən ödənilmiş 210 manat mediasiya, poçt və digər xərclər nəzərə alınmaqla ümumilikdə 19.916,04 manat borc məbləği iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 3 oktyabr tarixli ASİS/AS/051/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 2023-cü il 1 fevral tarixli EBCO seriyalı 007342 nömrəli, 2023-cü il 6 mart tarixli EBCB seriyalı 163230 nömrəli, 2023-cü il 4 aprel tarixli EBDC seriyalı 779444 nömrəli, 2023-cü il 2 may tarixli EBCE seriyalı 694817 nömrəli və 2023-cü il 5 iyun tarixli EBDG seriyalı 007342 nömrəli elektron qaimələr əsasında ümumi dəyəri ƏDV daxil 20.199,42 manat dəyərində mallar təchiz edilmişdir. Yuxarıda göstərilən elektron qaimələr əsasında malların təhvil verilmə tarixindən altı aydan çox müddətin keçməsinə baxmayaraq, malların dəyəri iddiaçıya tam olaraq ödənilməmişdir. Malların alıcıya təhvil verilməsini təsdiq edən müvafiq aktlar tərtib edilmişdir. Hazırda həmin elektron qaimələr üzrə ƏDV daxil 17.914,58 manat borc qalmaqdadır.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 iyun tarixli e-2-2(113)-2597/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 17.914,58 manat əsas borc, cərimə borc üzrə 900 manat olmaqla, cəmi 18.814,58 manat məbləğində borcun, həmçinin 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Yuxarıda sadalanmış (bax §4) elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 35.240,41 manat təşkil edir. Həmin elektron qaimələrdə qeyd edilmiş dəyərdə mallar cavabdehə təhvil verilmiş, cavabdeh də elektron qaimələr üzrə ödənişlər etməklə malların ona təqdim olunduğunu qəbul etmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlara əsasən (bax §5) cavabdeh tərəfindən cəmi 17.325,82 manat ödənişlər edilmişdir. Həmçinin, cavabdeh tərəfindən həmin məbləğdə n əlavə ödənişlərin edilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir.
10. Bununla da məhkəmə hesab etmişdir ki, iddia 2022-ci il 3 oktyabr tarixli ASİS/AS/051/22 nömrəli müqaviləyə əsasən əsas borc üzrə (35.240,41-17.325,82) 17.914,58 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır.
11. Məhkəmə 1.791,46 manat məbləğində dəbbə pulunun tələb edilməsinə münasibətdə bildirmişdir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən ödənişlər vaxtı-vaxtında ödənilmədiyi təqdirdə satıcı ödənilməmiş məbləğinin 10%-dən artıq olmamaq şərti ilə, hər gecikdirilmiş gün üçün gecikdirilən məbləğin 0,1 % həcmində dəbbə pulunun ödənilməsini alıcıdan tələb etmək və alıcı tərəfdən borc tam şəkildə ödənilənə k imi məhsulun təchizatını dayandırmaq hüququnu əldə edir.
12. Məhkəmə qeyd etmişdir ki, dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 900 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1, 467, 567, 600.4-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin – iddianın təmin olunan hissədə ləğv olunması və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-810/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə (bax §§9-12) razılaşmış, apellyasiya şikayətində göstərilən dəlillər isə əsassı z hesab etmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində gedən icraatdan məlumatlı olsa da, iddiaya etiraz etməmiş və təqdim edilmiş mallara görə öncədən ödəniş etdiyinə istinad etməmişdir. Apellyasiya şikayətində isə tərəflər arasında bağlanmış müqaviləyə istinad edərək, müqavilə üzrə mallara görə öncədən ödəniş etməsinə əsaslanmışdır. Kollegiya hesab etmişdir ki, apellyasiya icraatında həmin faktlar nəzərə alına bilməz. Belə ki, MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad ed ilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
17. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, cavabdehin həmin dəlilləri nəzərə alınsa belə, bu hər bir halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına təsir etmir. Belə ki, MM-in 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmçinin bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yuxarıda istinad edilən təhviltəslim aktlarından və onlar əsasında tərtib edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə malları bir dəfə təhvil verməmiş, cavabdehin bir neçə sifarişinə əsasən onları təqdim etmişdir. Cavabdeh həmin təhvil-təslim aktlarını və elektron-qaimələri mübahisələndirməmiş, malın bir dəfəyə təqdim edilməsini tələb etməmiş, eləcə də ödənişləri hissə-hissə etmişdir.
18. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində dəbbə pulu “ödənişlər vaxtı-vaxtında ödənilmədiyi” halı ilə şərtləndirilmişdir. Yəni tərəflər malların əvvəlcədən ödənilmədiyi halda təhvil verilməsini də istisna etməmişlər.
19. Cavabdehin məhkəmə tə rəfindən çəkişmə prinsipini pozulması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, MPM-in 9.1-ci maddəsi çəkişmə prinsipini təsbit edir. Bu prinsip Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təməl prinsipidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir.
20. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi 2024-cü il 19 mart tarixli bildirişlə hazırlıq iclasını 2024-cü il 19 aprel tarixinə təyin edilməsi barədə tərəfləri məlumatlandırmışdır. Daha sonra yenidən 2024-cü il 13 may tarixinə hazırlıq iclası təyin edilmiş və bu barədə tərəflərə 2024-cü il 23 aprel tari xli bildirişlə məlumat verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi 2 dəfə hazırlıq iclası təyin etmiş və bu ümumilikdə 2 aylıq müddəti əhatə etmişdir. Bu baxımdan cavabdehin iş materialları ilə tanış olmağa, eləcə də işlə bağlı öz dəlillərini və etirazlarını təqdim etməyə kifayət qədər imkanı olmuşdur. Belə olduğu təqdirdə cavabdehin 2 ay müddətində iş materialları ilə tanış olmağa təşəbbüs göstərməməyi, məhz sonuncu hazırlıq iclasına 10 gün qalmış iclasın təxirə salınması barədə ərizəsi, cavabdehin çəkişmə prinsipinə istinad edərək prosessual hüquqlarından sui-stifadəsi kimi qiymətləndirilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 462.1, 567, 598.3-cü; MPM-in 9.1, 77.1, 209.3 və 372.2-ci maddələrinə; “K.Abbasovun şikayəti üzrə Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2016-cı il 25 noyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 385.1, 425.1, 425.2-ci maddələri üzrə - İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə görə, iddiaçı/satıcı müqavilənin əlavəsində qeyd olunan göstərici və texniki xüsusiyyətlərə u yğun dəmir-beton məmulatlarını cavabdehin/alıcının mülkiyyətinə verməyi, alıcı isə məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinin tələbini nəzərə alsaq (alıcı sifariş etdiyi məhsulların dəyərinin 100 faizini öncədən ödəməlidir), bu halda cavabdeh sifariş verdiyi məhsulların dəyərini əvvəlcədən iddiaçıya ödəmişdir. Əks halda, iddiaçı cavabdehə malları təhvil verməzdi. Bu mənada cavabdehin iddiaçıdan aldığı mallara görə hər hansı borcu qalmamışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.
24. MPM-in 81-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi iş üzrə top lanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
25. MPM-nin 9.1 və 9.3-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildi yi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” 30. “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına d air” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2016-cı il 25 noyabr tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “... Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir....”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
209. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
33. Kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər bilavasitə işin faktiki halları ilə bağlıdır və iş materiallarından görünür ki onlar apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi bununla bağlı gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
34. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
35. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərlənd irmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 31) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 31) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-810/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 22(103)-810/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.