Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-421/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İlk iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) Nəsibov Kamandar Rəfi oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh x2-yə qarşı “müqaviləyə xitam verilməsi, icarə haqqı üzrə borcun tutulması və s.” barədə ilk iddia tələblərinə və x2-nin x1 qarşı “zərərin əvəzinin tutulması və s.” barədə qarşılıqlı iddia tələblərinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-2(103)663/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında bağlanmış 2014-cü il 10 aprel tarixli icarə müqaviləsinə görə, icarəyə verən (iddiaçı) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1135.02 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini icarəçinin (cavabdehin) istifadəsinə və sahibliyinə verməyi, icarəçi tətbiq oluna bilən vergilər xaric olmaqla 15.000 manat aylıq icarə haqqı ödəməyi öhdəsinə götürür. İlk iddia üzrə iddiaçı 2016-cı il 12 may tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək 106.350 manat məbləğində pulun ödənilməsini və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaltmasını xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 104.700 manat icarə haqqının, 53.041 manat maddi (əldən çıxmış fayda) və 34.900 manat mənəvi ziyanın, ümumilikdə 192.641 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən iddia tələblərinin təmin edilməsi ilə yanaşı, cavabdehdən əlavə olaraq 13.000 manat icarə haqqının tutularaq ona ödənilməsi və aralarında 2014-cü il 10 aprel tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilərək cavabdehin ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin məhkəmə aidiyyəti üzrə 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2016-cı il 20 sentyabr tarixli 2(004)-8927/2016 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2016-cı il 29 sentyabr tarixli 2(004)-8927/2016 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 25 oktyabr tarixli 2(103)-9012/2016 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 2016-cı il 20 sentyabr tarixli 2(004)-8927/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın l əğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 10 fevral tarixli 2(102)-1247/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 25 oktyabr tarixli qərardadı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 17 mart tarixli 2(103)4020/2017 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2016-cı il 20 sentyabr tarixli 2(004)-8927/2016 nömrəli qərardadı ləğv edilmiş, iş məhkəmə aidiyyətı üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2014-cü il 10 aprel tarixli icarə müqaviləsinə xitam veri lməsi və cavabdehdən ödənilməmiş 225.700 manat icarə haqqının, 84.788 manat maddi (əldən çıxmış fayda) və 75.233 manat mənəvi ziyanın, ümumilikdə 385.721 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2014-cü il 10 tarixli icarə müqaviləsinə və cavabdehin icarəyə verilmiş əmlakdan istifadə etmək hüququna xitam verilməklə yanaşı oradan çıxarılması, ödənilməmiş 305.200 manat icarə haqqının, 110.728 manat maddi və 101.733 mənəvi ziyanın, ümumilikdə 517.661 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçının əsaslandırması: İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2014-cü il 14 aprel tarixli icarə müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 104.700 manat məbləğində icarə haqqı indiyədək ödənilməmişdir. Cavabdehə ünvanladığı çoxsaylı bildirişlərdə müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi, icarə haqqını vaxtlı-vaxtında ödəməyi dəfələrlə xahiş etmişdir. Cavabdeh isə öz növbəsində maliyyə problemlərini əsas tutaraq icarə haqqının azaldılacağı təqdirdə onu vaxtlı-vaxtında ödəyəcəyini bildirmişdir. İddiaçı bunları nəzərə alaraq onunla 2016-cı il 6 yanvar tarixdə 01 saylı Protokol bağlanmışdır. Həmin protokol əsasında aylıq icarə haqqının növbəti 1 il ərzində 12.000 manat məbləğində təyin edilməsi barədə öz razılığını vermişdir. Lakin cavabdeh ona təqdim edilən güzəştləri qiymətləndirməyərək müqavilə şə rtlərini açıq-aşkar şəkildə pozmaqda davam etdirmişdir. Cavabdehin hal-hazırkı vaxta olan borcu 104.700 manatdır. Bundan başqa, cavabdeh tərəfindən öhdəlik şərtlərini yerinə yetirilməməsi ilə əlaqədar mülki qanunvericiliyin tələbləri pozulmuş və ona 53.041 manat maddi (əldən çıxmış fayda) və 34.900 manat mənəvi ziyan dəymişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqı 2014-cü il aprel ayından başlayaraq 2014-cü il avqust ayı daxil olmaqla ödənilməli olan təqvim ayının başa çatmasından sonra gələn növbəti ayın ilk beş (5) iş günü ərzində, 2014-cü il sentyabr ayından başlayaraq icarə müddəti ərzində hər ödənilməli olan təqvim ayının ilk beş (5) iş günü ərzində ödənilməlidir. Cavabdeh icarəyə götürülmüş daşınmaz əmlakın istifadəsində çoxsaylı nöqsanlara yol vermiş və bu nöqsanlar Azər baycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yerində baxış keçirilərkən aşkarlanmışdır. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 23.4, 385.1, 386.1, 405.1, 421.2, 423.2, 424.2, 424.3, 425.1, 427.3, 442, 443.1, 443.2, 445.2.1, 445.4, 448.1, 448.2, 449.1, 466.2.3, 675, 684.2, 700.1, 700.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsini, ilk iddia üzrə iddiaçıdan 240.000 manat vurulmuş ziyanın, 200.000 manat işgüzar nüfuza görə vurulmuş zərərin və 45.000 manat məbləğində kondisioner sisteminin müvəqqəti təmiri üçün çəkilmiş xərcin onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının əsaslandırması: Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı iddia tələbində 2014-cü il 10 aprel tarixli icarə müqaviləsinə əsaslansa da, qeyd olunan tarixdə heç bir müqavilə bağlanmamış, məhkəməyə təqdim olunan müqavilədəki imzalar nə cavabdehə, nə də təmsil etdiyi şirkətin hər hansı səlahiyyətli nümayəndəsinə aid deyildir. İmzalanmış müqavilə 2014-cü il 28 mart tarixlidir və həmin müqavilənin şərtləri tamamilə başqadır. Aydın görünür ki, ilk iddia üzrə iddiaçı məhkəməyə yanlış müqavilə təqdim edərək əsassız iddia irəli sürmüşdür. MMC niyə məhz ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini hansı səbəblə icarəyə götürmüşdür. Belə k i, MMC eyni zamanda ilk peşə-ixtisas təhsili müəssisəsi olan “Bakı Beynəlxalq Peşə Məktəbinin” təsisçisidir. Sözügedən təhsil müəssisəsi üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəf lisenziyanın alınması üçün Təhsil Nazirliyinə müraciət edərkən, ona bildiriİmişdir ki, lisenziyanın verilməsi üçün istifadədə ayrıca olaraq qeyri-yaşayış sahəsindən ibarət daşınmaz əmlakın olması vacib şərtdir. Təhsil Nazirliyinin iradından sonra 2013-cü ilin dekabr ayından ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki mülkiyyətçisi x3 şirkətinin əməkdaşları ilə danışıqlar aparılmış və razılaşdırılmışdır ki, sözügedən qeyri-yaşayış sahəsində təmir işləri bitdikdən sonra icarə müqaviləsinə əsasən peşə-ixtisas təhsilli müəssisəsi açmaq üçün MMC-nin istifadəsinə veriləcəkdir. ünvan 1 ünvanında yerləşən qe yri-yaşayış sahəsində təmir işləri bitdikdən sonra həmin qeyri-yaşayış sahəsinə 200.350 manatdan çox vəsait xərclənərək, avadanlıqlar və maddi texniki vəsaitlər yerləşdirilmişdir. Bundan sonra tərəflər arasında 10 il müddətinə 2014-cü il 28 mart tarixli icarə müqaviləsi bağlanmışdır. İlk iddia üzrə iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin 1135.02 kv.m olduğunu göstərməklə MMC-ni aldatmışdır. Belə ki, 2014-cü il 28 mart tarixli icarə müqaviləsinin 2-ci bəndinə əsasən, sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahəsini göstərməklə inandırmışdır ki, qeyri-yaşayış sahəsinin bütün sahəsi üçün rəsmi qaydada sənədləşmə aparılmışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin yalnız 144.1 kv.m-i üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmiş və yalnız həmin sa hə üçün mülkiyyət hüququ əldə olunmuşdur. Məhz bu hala görə notarial qaydada icarə müqaviləsi bağlana bilməmişdir. Bu hal isə sonradan məlum olmuşdur. Belə ki, “Bakı Beynəlxalq Peşə Məktəbi”nə lisenziyanın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edildikdən sonra məlum olmuşdur ki, yalnız notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi təqdim edilməlidir. Bundan sonra isə məcbur olaraq digər qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı notarial qaydada təsdiqlənmiş müqavilə imzalamışlar. Beləliklə, ilk iddia üzrə iddiaçının yalan məlumat verməsinin nəticəsi olaraq, 12 ay ərzində x4-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrinin icarə haqqı üçün 17000 x 12 = 204000 manat məbləğində, habelə 3 ay üçün isə 12000 x 3 = 3600 0 manat, cəmi 240000 manat dəyərində ziyan dəymişdir. Bundan əlavə, 2014-cü ildə obyekt icarəyə götürüldüyü andan obyektə 200.350.00 manatdan çox investisiya qoyulmuşdur. Bununla yanaşı 2 il ərzində binanın saxlanılması, icarə haqqı, vergilər, kommunal ödənişlər və digər xərclər qismində 413.187 manat vəsait sərf olunmuşdur. Cəmi 613.537 manat vəsait sərf olunmuşdur. Yəni iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi və ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla bağlı tələbi təmin ediləcəyi halda 200.350 manat məbləğində maddi zərər dəyəcəkdir. Eyni zamanda, icarə obyektinin istifadəyə verildiyi tarixdən obyektin mərkəzləşdirilmiş havalandırma sistemi istifadəyə yarasız olmuşdur. 2014-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək külli miqdarda vəsait periodik olaraq onun təmiri üçün sərf olunmuşdur. Bu problemin aradan qaldırılması üçün dəfələrlə müraciət olunsa da müraciətlərə heç bir reaksiya verilməmişdir. Bununla bağlı x5-nin mühəndisləri binaya baxış keçirmiş və 2016-cı il 24 may tarixli aktla 7 adda kobud nöqsan aşkarlanmışdır. Aparılmış qiymət hesablamalarına görə mərkəzləşdirilmiş havalandırma sisteminin yenidən qurulmasına ƏDV daxil 75.835 manat tələb olunur. Müqavilə tələblərinin ilk iddia üzrə iddiaçı tərəfindən kobud şəkildə pozulması və qeyd edilən əməllərin nəticəsi olaraq MMC-yə 200.000 min manat dəyərində işgüzar nüfuz üçün zərər ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12 və 60cı, MM-in 676.1, 680 və 700.3-cü maddələrinə istinad edərək qarşılıqlı iddia tələbinin təmin olunması nı xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 iyul tarixli 2-2(81)-57/2018 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 2014-cü il 10 tarixli icarə müqaviləsi ləğv edilmiş, qarşılıqlı iddia üzrə iddiaçıdan 232.600 manat icarə haqqı borcunun, 10 manat məbləğində dövlət rüsumunun tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh tərəflər arasında olan razılaşmanı əhəmiyyətli dərəcədə pozduğundan və ilk iddia üzrə iddiaçı əldə edəcəyinə ümid etdiyi məbləğdən məhrum olduğundan, 2014-cü il 10 aprel tarixli icarə müqaviləsi ləğv edilir. İddianın icarəyə ver ilmiş əmlakdan istifadə etmək hüququna xitam verilməklə cavabdehin oradan çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 18 aprel tarixli 2-2(81)617/2017 nömrəli qərardadına əsasən ünvan 1 əmlaka cavabdehin, onun əməkdaşlarının və digər üçüncü şəxslərin daxil olmasına və həmin əmlakdan istifadə edilməsinə qadağa qoyulduğundan, hal-hazırda da həmin daşınmaz əmlak ilk iddia üzrə iddiaçının sahibliyində və istifadəsində olduğundan, ilk iddia tələbi həmin hissədə təmin edilir. Məhkəmə ilk iddia tələbinin 110.728 manat maddi (əldən çıxmış fayda) və 101.733 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı iddia tələbini həmin hissələrdə əsaslandıra və məhkəməyə hər hansı sübutlar təqd im edə bilmədiyindən, ilk iddia tələbi həmin hissələrdə təmin edilmir. İlk iddia üzrə iddiaçı qətnaməni mübahisələndirməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-2(103)-663/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, ilk iddia üzrə cavabdehdən 106.350 manat məbləğində icarə haqqının və 10 manat məbləğində dövlət rüsumunun tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, 2014-cü il 11 aprel tarixli icarə müqaviləsi və ona əlavə edilmiş 2016-cı il 6 yanvar tarixli protokol üzrə ümumilikdə ödənilməmiş 106.350 manat məbləğində pul ilk iddia üzrə iddiaçıya ödənilməlidir. İlk iddia üzrə iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ilk iddia tələbi üzrə verilmiş apellyasiya şikayətindən irəli gələn digər məsələlərə ətraflı şəkildə münasibət bildirsə də, MMC tərəfindən R.Məm mədova ödənilməli olan icarə haqqı məbləğinin azaldılması ilə bağlı hər hansı mötəbər sübutlarla təsdiq olunan fakta və ya qüvvədə olan hüquq normasına istinad etməmiş və həmin məbləğin hansı sübutlara söykənərək qət edilməsi bildirilməmişdir. Məhkəmə tərəfindən işin obyektiv, tam, hərtərəfli araşdırılmaması, mübahisə predmetinə hər hansı əsaslandırılmış sübutlara istinad olunmadan qiymət verilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarının tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə ilk iddia üzrə iddiaçıya ödənilməli olan icarə haqqı məbləğinin tam həcmdə 232.600 manat olduğunu bildirsə də, nəticə hissəsində icarə haqqı məbləğinin 106.350 manat həcmində təmin olunmasını qət etmişdir. Qeyd olunmalıdır ki, qarşılıqlı iddia üzrə iddiaçıya onun sahibliyinə və isti fadəsinə verilmiş əmlakdan tam həcmdə və maneəsiz şəkildə ilk iddia üzrə iddiaçının nümayəndəsi ilə icra məmurları tərəfindən 2017-ci il 20 aprel tarixdə icarə obyektindən çıxarılanadək istifadə etmişdir. Tərəflər arasında məhkəmədən kənar aparılan müzakirələrdə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödəniş məbləği mübahisələndirilməmiş, əksinə onun maliyyə vəziyyətini nəzərə alaraq borcun ödənilməsilə bağlı ilk iddia üzrə iddiaçıdan möhlət verilməsini və ya müəyyən güzəştlər edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə tərəfindən çıxarılmış qətnamədə sübutların tədqiqi zamanı ilk iddia üzrə iddiaçı tərəfindən ödənilməmiş borc məbləğinin ödənilməsi barədə göndərilmiş məktublardakı ifadələrə də istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İlk iddia üzrə iddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırıcı hissə: İlk iddia üzrə cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (MPM-in 139.2.9-cu maddəsi). Şikayət qətnamənin qismən ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “Tərəflər arasında imzalanmış 2014-cü il 10 aprel tarixli icarə müqaviləsinin 4.2-ci bəndində icarə haqqı məbləğinin verilməsi müddəti müəyyən edilsə də məhkəmə araşdırması zamanı ilk iddia tələbi üzrə cavabdeh x2 tərəfindən 232.600 manat ödənilməmiş icarə haqqının olması müəyyən edilmişdir.”. Apellyasiya instansiyası məhkəməsi məhkəmə araşdırması zamanı ilk iddia üzrə cavabdehin 232.600 manat məbləğində ödənilməmiş icarə haqqı borcunun olduğunu müəyyən etdiyi halda, həmin məbləğdən yalnız 106.350 manatın iddiaçıya ödənilməli old uğunun, qalan hissədə isə iddianın rədd edilməsinin səbəblərini, əsaslandığı sübutları qətnamədə göstərməmiş, həmin hissədə gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş yenidən baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Qətnamə yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə çıxarıldığından və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın tam təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-2(103)-663/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinin dəyişdirilməsi hissəsində) ilk iddia üzrə iddiaçının şikayətinə münasibətdə ləğv edilir. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-421/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-421/2019
09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver