Məhkəmə qərarları › İş №2-2(102)-422/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-422/2019

03.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-422/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı şirkəti Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı şirkəti Cavabdeh2 MMC-yə qarşı borcun tutulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-137/2019 saylı iş üzrə 18 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı şirkəti Cavabdeh2 MMC-yə qarşı borcun tutulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İtaliyada qeydiyyata alınmış xxxx S.p A şirkəti ilə Azərbaycan Respublikasında qeydiyyata alınmış Cavabdeh2 MMC arasında malların göndərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı şirkəti tərəfindən “Cavabdeh2" MMC-yə göndərilmiş mallara görə "Cavabdeh2” MMC-nin 160001,41 avro məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə və danışıqlar aparılmasına baxmayaraq, cavabdeh müqavilə üzrə borcun u ödəməkdən yayınmışdır. Sonuncu dəfə iddiaçının nümayəndəsi tərəfindən cavabdehə rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, cavabdeh tərəfindən borc tam şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacaqdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq cavabdeh borcun ödənişini nəinki tam şəkildə, heç qismən də həyata keçirməmiş və bununla öhdəliklərini kobud şəkildə pozmuşdur. Beləliklə, indiki halda cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən, iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən müqavilənin predmetini İddiaçı şirkəti tərəfindən istehsal olunan “GAME”, "BPT”, “Domino Led” əmtəə nişanlı malların müqaviləyə uyğun olaraq Cavabdeh2 MMC-yə satılması təşkil edir. Müqaviləyə əsasən “Cavabdeh2" MMC almağı və İddiaçı şirkəti tərəfindən göndərilən malın Azərbaycan Respublikası ərazisində olan müştərilərə satmağı öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin 19.09.2018-ci il tarixli iş № 2-2(82)-564/2018, (sədrlik edən hakim R.Kərimli) qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.04.2019-cu il tarixli iş № 2-2(103)-137/2019 (hakimlər M.Tağ ızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov vəK.Abiyeva) qətnaməsi ilə Cavabdeh2 MMCnin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2-2(82)-564/18 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı. şirkətinin Cavabdeh2 MMC-yə qarşı “185001,41 avro məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında müqavilə münasibətləri düzgün şərh edilməmiş, təkrar ödəmə planını, e-mail yazışmaları sübut kimi düzgün qiymətləndirilməmiş və maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmə mişdir. Belə ki, “xxxx” Şirkəti ilə Cavabdeh2 Şirkəti arasında uzun müddət distributerlik münasibətləri olmuşdur. Bu müddət ərzində tərəflər arasında dəfələrlə təkrarlanan işgüzar praktika (misal üçün sifarişlərin verilməsi, ödənişin həyata keçirilməsi, malların hazırlanması, daşıyıcıya verilməsi, alıcı tərəfindən daşıyıcının seçilməsi, malları daşıyan nəqliyyat vasitəsinin müəyyən edilməsi, malların təhvil alınması, Azərbaycan Respublikasında malların gömrük rəsmiləşdirilməsi və s.) formalaşmışdır. Cavabdeh2 Şirkətinə daşıma xidmətləri əsasən Azərbaycanda fəaliyyət göstərən ASE (X2) şirkəti tərəfindən həyata keçirilmişdir. xxxx Şirkətinə məxsus mallar “xxx şirkətinə məxsus “xxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə məhz ASE Şirkətinin göstərişi əsasında yüklənmişdir. Belə ki, tərəflər arasında olan e-mail yazışmalarında (22 dekabr 2015-ci il tarixli e-mail) ASE şirkətinin İradə Lətif adlı əməkdaşı xxxx Şirkətinin əməkdaşı Eduard adlı şəxsə (həmin e-mailin “surəti” hissəsində Cavabdeh2 Şirkətinin direktoru xxxin də elektron ünvanı var) malların yüklənməli olduğu nəqliyyat vasitəsinin nömrəsini (“xxxx”) göndərmişdir. Bundan əlavə, həmin yazışmaların davamı kimi xxxx nömrəli nəqliyyat vasitəsinə “xxxx” S.p.A. şirkətinə məxsus malların yüklənməsini əks etdirən fotoşəkil çəkilərək e-mail vasitəsilə tərəflərə göndərilmişdir. İş materiallarında olan müqavilədən, ixrac gömrük bəyannamələrindən, nəqliyyat sənədlərindən, hesab-fakturadan, e-mail yazışmalarından və təkrar ödəmə planından görünür ki, mal həqiqətən də xxxx Şirkəti tərəfindən Cavabdeh2 Şirkətinə təhvil verilmiş və Ca vabdeh2 Şirkəti isə həmin malların müqabilində ödənişi həyata keçirməmiş və iddia olunan məbləğdə iddiaçıya borclu qalmışdır. Bakı Apelyasiya Məhkəməsi isə sübutlara formal və birtərəfli yanaşmışdır. Belə ki, qətnamədə müqaviləyə istinad olunsa da və müqavilə mötəbər sübut kimi qəbul edilsə də, təkrar ödəmə planı mötəbər sübut kimi qəbul edilməmişdir. Halbuki, həmin sənədlərin hər ikisi eyni formada rəsmiləşdirilməklə məhkəməyə təqdim edilmişdir. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş e-mail yazışmalarına dair məhkəmənin şübhəsi var idisə, bununla bağlı e-mail yazışmalarının tərəfə (Cavabdeh2 Şirkətinin qanuni təmsilçisi cənab xxxa) aid olubolmamasını müəyyən etmək üçün informasiya texnologiyaları sahəsində zəruri texniki biliyə malik mütəxəssisin və ya xüsusi biliyə malik ekspertin işti rakını təmin edə bilərdi. Məhkəmə bu hissədə araşdırma aparmamış və cavabdehin mülki məsuliyyətdən və öhdəliklərinin icrasından boyun qaçırmasına şərait yaratmışdır. Digər tərəfdən, Bakı Apelyasiya Məhkəməsi Cavabdeh2 Şirkətinə daşıma xidmətləri göstərən ASE (X2) şirkətinin e-mail yazışmalarında adı çəkilən əməkdaşlarını şahid qismində məhkəmə prosesinə cəlb etməli və e-mail yazışmalarının həqiqiliyini müəyyən etmək üçün digər zəruri tədbirlər (həmin şirkətə yazılı sorğu göndərmək və s.) görməli idi. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2-2(103)-137/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmə si barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qətnamə qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-2(103)-137/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vax tı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi xxx məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2019-cu il tarixli, 2-2(103)-137/2019 saylı qətnamə ilə Cavabdeh2 MMC-nin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2-2(82)-564/18 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı. şirkətinin Cavabdeh2 MMC-yə qarşı “185001,41 avro məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 14.2, 40.2, 76.1, 76.2, 77.1, 80, 88-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12 mart 1996cı il tarixli qanunu ilə təsdiq edilmiş 14 noyabr 1975-ci ildə Cenevrədə qəbul edilmiş “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının 1, 3, 4, 5, 9, 11-ci maddələrinə, Nazirlər Kabinetinin 17 sentyabr 1999-cu il tarixli, 142 saylı qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı i lə yüklərin daşınması Qaydaları”nın 7.6, 7.7, 7.9, 7.10, 35.1, 38, 48.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamış, iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş və səhv nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2019-cu il tarixli, 2-2(103)-137/2019 saylı qətnaməsi və həmin qətnamədən iddiaçının verdiyi kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin Vİİ, yəni, “Sübutlar” fəslində hər hansı bir iş üzrə qanuni və əsaslı məhkəmə aktı çıxarılması üçün xüsusi əhəmiyyət kəsb edən “Sübutların qiymətləndirilməsi” adlanan məlum 88-ci maddəsi yer almışdır. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin mətnini bir daha xatırladırıq: məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı və yalnız bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə riayət etməmişdir. Məlum olduğu kimi, gündəmdə iddiaçının cavabdehə göndərdiyini iddia edən 185001,41 avro məbləğində olan malların taleyi durm aqdadır. Apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə belə qənaətə gəlmək olar ki, sözügedən mallar ya ünvan sahibinə, yəni, cavabdehə ümumiyyətlə göndərilmək üçün nəqliyyat vasitələrinə yüklənməmiş və nəticə etibarı ilə də faktiki olaraq it-bat olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü maddəsinə görə xxxx şirkəti müştərinin tapşırığı ilə və onun adından daşınma yolunu və həmçinin daşıyıcını müəyyən edir. Apelyasiya instansiyası məhkəməsi 18 aprel 2019-cu il tarixli qətnaməsinin “Əsaslandırıcı hissəsində” yazır ki, “İşin hallarından görünür ki, iddiaçı tərəf adı çəkilən müqaviləyə əsasən malların İddiaçı. şirkəti tərəfindən alıcının daşıyıcısına “xxx şirkətinə verildiyini iddia edir. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların daşıma yolu və daşıyıcısı Cavabdeh2 Şirkətinin tapşırığı ilə müəyyən edilməsinin şərtləndirilməsinə baxmayaraq iş materiallarında iddia edilən malların göndərilməsi ilə bağlı İddiaçı. şirkətinə cavabdeh tərəfindən hər hansı sifarişin verilməsi, malların daşınması üçün “xxx şirkətinə təhvil verilməsi barədə cavabdeh tərəfindən iddiaçıya tapşırığın verilməsi barədə hər hansı rəsmi sənəd müəyyən olunmamışdır. İddiaçının mövqeyinə görə iş materiallarında olan CMR sənədindən görünür ki, mallar “xxx şirkətinə təhvil verilmişdir (23-cü qrafa). Həmin sənədin 17-ci qrafasında nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi kimi xxxx göstərilmişdir. Cavabdeh2 MMC-yə daşıma xidmətləri Azərbaycanda fəaliyyət göstərən ASE (X1) şirkəti tərəfindən həyata keçirilmişdir. İddiaçı şirkətinə məxsus mallar “xxx şirkə tinə məxsus “xxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə ASE şirkətinin göstərişi əsasında yüklənmişdir. İş üzrə İddiaçı şirkətinə məxsus malların Azərbaycanda daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən ASE (X1) şirkətinin göstərişi ilə “xxx şirkətinə məxsus “xxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən olunsa da həmin malların yüklənməsinin Cavabdeh2 Şirkətinin ASE X1 şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə Cavabdeh2 Şirkətinin ASE X1 şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsinin “əsaslandırıcı hissəsi”nin yuxarıda göstərilmiş yazılardan göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi “iddiaçı … iddia ed ir, iş materiallarında … hər hansı rəsmi sənəd müəyyən olunmamışdır, iddiaçının mövqeyinə görə, iş materialları ilə öz təsdiqini tapmamışdır, dolayısı ilə həmin yazışmalarda da … iddiaçıya tapşırıq verməsi görünür», kimi natamam, mülahizə və fərziyyə xarakterli söz ifadələrindən istifadə edir ki, apelyasiya instansiyası məhkəməsinin belə hüquqi mövqeyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd olmaqla, həm də iddiaçıya məxsus 185001,41 avro məbləğində mallarının faktiki olaraq yerinin müəyyən edilməsinin bəlli olmaması yolverilməzdir. Belə ki, xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi 18 aprel 2019cu il tarixli qətnaməsinin “əsaslandırıcı hissə”sində özü vurğulayır ki, «iş üzrə İddiaçı şirkətinə məxsus malların Azərbaycanda daşıma xidmətləri i lə bağlı fəaliyyət göstərən ASE (X1) şirkətinin göstərişi ilə ”xxx şirkətinə məxsus “xxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən olunsa da, həmin malların yüklənməsinin Cavabdeh2 Şirkətinin ASE (X1) şirkətinə verdiyi hər hansı sifariş əsasında və ya bu barədə Cavabdeh2 şirkətinin ASE (X1) şirkəti arasında daşıma müqaviləsi üzrə öhdəliklə bağlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır”. Beləliklə apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən birmənalı şəkildə müəyyən edilmişdir ki, İddiaçı şirkətinə məxsus malların Azərbaycanda məhz daşıma xidmətləri ilə bağlı fəaliyyət göstərən ASE (X1) şirkətinin göstərişi ilə “xxx şirkətinə məxsus “xxxx” qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yüklənməsi müəyyən edilmişdir. Burada ən azı “xxx şirkətinin hazırkı mübahis ə ilə bağlı mövqeyi öyrənilməli idi və ya onu 3cü şəxs qismində cəlb edib işə baxılmalı idi. Xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş həmin fakta malik olduğu və gündəmdə 185001,41 avro məbləğində malların yerin bəlli olmaması olduğu halda, sözügedən ASE şirkətini işə cəlb edilərək həmin göstərişin kimin verdiyini və malların kimə çatdırıldığını müəyyən edib qanuni və əsaslı qətnamə qəbul etmək əvəzinə, məhkəmə tədqiqatını faktiki olaraq yarımçıq qoymaqla natamam şəkildə bitirmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin pozulması anlamına gəlir. 01 yanvar 2015-ci il tarixli kommersiya alqı-satqı şərtləri və Ümumi alqı-satqı şərtlərinin 14.1-ci maddəsinə əsasən satışın ümumi şərtlərinə müvafiq olaraq bağlanmış satış müqavil ələri İtalyan qanunvericiliyin normalarına müvafiq olaraq tənzimlənir və şərh edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir. Həmin müqavilənin 14.2-ci maddəsinə görə yuxarıda sadalanan şərtlərlə bağlı bütün mübahisə və fikir ayrılıqları İtaliya, Trevizo şəhəri Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq. İstənilən halda xxxx Şirkəti Müştərini Müştərinin hüquqi ünvanının olduğu ölkənin Məhkəməsinə çağırmaq hüququnu qoruyub saxlayır. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi də göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 14.1-ci bəndində müəyyən edilmiş müddəanı, yəni, “Satışın ümumi şərtlərinə müvafiq olaraq bağlanmış satış müqavilələri İtaliya qanunvericiliyi normalarına müvafiq olaraq tə nzimlənir və şərh edilməlidir. Bu halda hər hansı digər qanunvericiliyin tətbiq olunması istisna edilir» ümumiyyətlə nəzərə almamış, bu barədə hər hansı bir şərh verməmişdir və onu qiymətləndirməmişdir. Halbuki müqavilənin sözügedən müddəası qeyd-şərtsizdir və dəyişdirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində aidiyyət məsələsinə qiymət verərək qeyd etmişdir ki, “İşdə olan tərəflər arasındakı mübahisəli müqavilənin 14.2-ci maddəsində göstərilmişdir ki, müqavilə ilə bağlı bütün mübahisə və fikir ayrılıqları İtaliya, Trevizo şəhəri Məhkəməsinin italyan yurisdiksiyasının səlahiyyəti daxilində olacaq. İstənilən halda xxxx şirkəti müştərini müştərinin hüquqi ünvanının olduğu ölkənin məhkəməsinə çağırmaq hüququnu qoruyub saxlayır. Göründüyü kimi, tərəflər yazılı şəkildə bağlad ıqları müqavilə ilə mübahisə aidiyyətini müəyyən etmişlər və mübahisənin istər İtaliya Respublikasının, istərsə də müştərinin hüquqi ünvanın olduğu Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid edilməsində iddiaçı tərəfin seçim hüququ saxlanmışdır. Belə olan halda hazırkı mübahisəyə Azərbaycan Respublikası Məhkəməsində baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin və tərəflərin razılaşmasına zidd hesab edilə bilməz. Həmçinin kollegiya cavabdehin apelyasiya şikayətində mübahisələndirdiyi pretenziyanın “xxxx” MMC tərəfindən hazırlandığı halda, həmin pretenziyanı iddia ərizəsinə iddiaçının nümayəndəsi və müstəqil vəkil qismində Vəkil daxil etməsi, bununla da isə MPM-nin 150.0.7-ci maddəsinin açıq-aşkar pozulması” ilə bağlı aşağıdakılara əsasən razılaşmır”. Bununla belə məhk əmə kollegiyası qeyd edir ki, müqavilənin 14.2-ci maddəsinə əsasən xxxx Şirkətinin müştərinin hüquqi ünvanının olduğu ölkənin Məhkəməsində iddia qaldırmaq hüququnu öz üzərində saxlamaq səlahiyyəti olsa da, lakin işə baxılan zaman mütləq İtaliya qanunvericiliyi tətbiq edilməlidir. Bu hala isə apelyasiya instansiyası məhkəməsi düzgün qiymət verməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3, 418–420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şi kayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 22(103)-137/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar