Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-424/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alıcının əşyanı qəbul etmək vəzifəsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli 2-2(106)-51/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Agro Fresh” MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş malların ümumi dəyəri ƏDV daxil 1.984.982 manat təşkil etmişdir (elektron qaimə-fakturaların surəti). 2. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 2022-ci il 28 mart tarixli BA-351 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2022ci il 21 mart tarixindən 2024-cü il 27 iyun tarixədək ümumilikdə cəmi 1.495.127 manat məbləğində ödəniş edilmişdir ("xxxx" ASC tərəfindən veriliş “hesabdan çıxarış” məlumatları).
3. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 2022-ci il 28 mart tarixli BA-351 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC tərəfindən ümumilikdə 1.984.982 manat dəyərində olan mallar "xxxx" MMC-nə təhvil verilmiş, "xxxx" MMC tərəfindən isə alınmış mallara görə cəmi 1.535.126,79 manat məbləğində ödəniş edilmiş, nəticədə "xxxx" MMCnin 2024-cü il 5 avqust tarixə borcu 449.855,25 manat təşkil etmişdir (“Maliyyə arayışı”nın surəti).
4. İddiaçı MMC-nin "xxxx" MMC-yə ünvanladığı 2024-cü il 9 fevral tarixli pretenziya məktubu ilə "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 2022-ci il 28 mart tarixli BA351 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 544.854,66 manat borcun 2024-cü il 5 iyul tarixədək tam ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC-yə xəbərdarlıq olunmuşdur. 5. "xxxx" MMC həmin məktuba cavab olaraq bildirilmiş dir ki, müəssisənin fəaliyyətində çətinliklər yarandığına görə gəlirlərin azalması səbəbindən öhdəliklərin yerinə yetirilməsində gecikdirmələr yaranmışdır. Bununla belə, İddiaçı MMC qarşısında olan öhdəlikləri yerinə yetirməyə çalışdıqları, bu məqsədlə İddiaçı MMC-nə tərəflərindən 2024cü il 25 yanvar tarixində 10.000 manat, 2024-cü il 8 fevral tarixində 10.000 manat və 2024cü il 16 fevral tarixində isə 15.000 manat ödəniş edildiyi bildirilmişdir. Həmçinin borcun ödənilməsi üçün onların anbarında olan malla əvəzləşdirilməsi təklif olunmuş, əks təqdirdə hissə-hissə ödəniş olunmaqla İddiaçı MMC qarşısında olan öhdəliklərini 2024-cü il 31 dekabr tarixinədək tam icra edəcəkləri bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “id diaçı”) 2024-cü il 14 avqust tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 449.855 manat pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il 28 mart tarixli BA-351 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı (satıcı) istehsal etdiyi inək südü məhsulunu cavabdehə (alıcıya) satmağı, alıcı isə öz növbəsində alınan malların dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmüşlər. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tam icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi 1.984.982 manat (ƏDV daxil, qaytarma çıxılmaqla net məbləğ) olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin 1.495.127 manat (ƏDV daxil) hissəsi ödənilmiş, lakin ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, 489.855 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə və 1 nömrəli qiymət razılaşma protokoluna uyğun olaraq ödənişlər malın təhvil verildiyi gündən 20 gün ərzində həyata keçirilməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir. Belə ki, cavabdehlə danışıqlar zamanı borcun 6 ay ərzində hissə-hissə ödənilməsi barədə şifahi razılaşma əldə olunmuş və həmin razılaşma barədə müəssisə rəhbərliyinə (iddiaçıya) müraciət edilməsi təklif olunmuşdur. Cavabdeh tərəf müəssisəyə məkt ubla müraciət edərək borcu etiraf etmiş, 2024-cü il 25 yanvar tarixində 10.000 manat, 2024-cü il 8 fevral tarixində 10.000 manat və 2024-cü il 16 fevral tarixində isə 15.000 manat ödəniş etdiyini bildirmiş, lakin razılaşdırılmış 6 ay əvəzinə onun anbarında qalan quru südlə əvəzləşdirilməsini və ya ilin sonuna kimi ödəyəcəyini xahiş etmişdir. Cavabdehə bildirilmişdir ki, onun təklif etdiyi quru süd məhsulu iddiaçının laboratoriyasında yoxlanılmış, keyfiyyətcə iddiaçının keyfiyyət göstəricilərin uyğun olmamış və borcun ən qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh yaranmış borcu ödəməmiş və 2024-cü il 8 avqust tarixinədək cəmi 40.000 manat pul ödəmişdir, hazırda cavabdehin müəssisəyə olan borc məbləği 449.855 manat təşkil edir.
8. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 12 d ekabr tarixli e-2-2(121)2627/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Abbasov).
9. Məhkəmə iş materiallarında olan sənədlərə və digər dəlillərə əsasən müəyyənləşdirmişdir ki, tərəflər arasında yaranmış mübahisənin predmetini, onların daxil olduqları müqavilə münasibətləri üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması nəticəsində iddiaçının subyektiv hüququnun pozulmasını iddia edərək həmin hüquqlarının bərpa olunmasına dair tələbi təşkil etmişdir.
10. İddiaçı tədarük etdiyi malları cavabdehin sifarişi ilə razılaşdırılmış miqdarda cavabdehə təqdim etməklə onun mülkiyyətinə verməyə, cavabdeh isə təhvil aldığı malların qiymətini təşkil edən pul vəsaitini şərtləşdirilən müddətdə iddiaçıya ödəməklə bağlı razılığa gələrək bu barədə müqavilə bağlamışlar. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirərək sifariş olunan malları cavabdehə təhvil verdiyini, cavabdehin isə təhvil aldığı malların dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirmədiyini iddia etmişdir.
11. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bildirmişdir ki, iddia tələbinin maddi hüquqi əsasını alğı-satqı müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 29-cu fəslinin 1-ci paraqrafında yer alan normalar təşkil etmişdir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə MM-in 567 və 600-cü maddələrində nəzərdə tutulan dispozisiya şərtləri uyğun gəlir. Buna görə məhkəmə hazırki mübahisənin qeyd edilən maddi hüquq normaları tətbiq olunmaqla həll edilməsi qənaətinə gəlmişdir.
12. M übahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlmişdir ki, tərəflər arasında malların (süd məhsulunun) alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən təhvil verilmiş malların ümumi dəyərinin 1.984.982 manat təşkil etməsi (təhvil aktları və elektron qaimələrə əsasən), təhvil verilmiş mallara görə cavabdeh tərəfindən iddiaçının bank hesabına cəmi 1.495.127 manat pulun köçürüldüyü (hesabdan çıxarış məlumatlarına əsasən) və 2024-cü il 26 fevral tarixinə cavabdehin qalıq borc məbləğinin 544.854,66 manat təşkil etməsi (pretenziya məktubuna və cavabdeh tərəfindən pretenziyaya verilmiş cavab məktubuna əsasən) işin mübahisəsiz hallarını təşkil etmişdir.
13. İşin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil etmişdir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 449.855 manat məbləğində borcunun qaldığını iddia etmişdir. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, təhvil aktları və elektron qaimələrə, hesabdan çıxarış məlumatla rına, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə və həmin pretenziyaya cavabdeh tərəfindən verilmiş cavab məktubuna istinad etmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 544.854,66 manat məbləğində borcun ödənilməsinə dair 2024-cü il 9 fevral tarixli pretenziya məktubuna, cavabdehin direktoru Vüqar Mirzəyev tərəfindən iddiaçı şirkətin direktoru Rauf Mailova ünvanlanmış 2024-cü il 26 fevral tarixli məktub, 2024-cü il 26 fevral tarixinə cavabdehin qalıq borc məbləğinin 544854,66 manat təşkil etməsinə dair sonuncunun etirafı xarakterini daşıyır. Buna görə də məhkəmə şərh olunanları nəzərə alaraq, həmin məktubun məzmunu ilə müəyyən olunan xüsusatların işin mübahisəsiz hallarından biri kimi qəbul edilməsi qənaətinə gəlmişdir.
15. Cavabdeh borcunu etiraf etməsinə dair məktubla iddiaçıya müraciət etdiyinə görə, həmin hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunmuşdur. İddia ərizəsində tələb olunan borc məbləğinin iddiaçıya ödənilməsini və ya hər hansı əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh 2024-cü il 26 fevral tarixindən sonra iddiaçıya ödəniş etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
16. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, təhvil aktlarını və elektron qaimələri, hesabdan çıxarış məlumatlarını və işin müəyyən olunmuş digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia edildiyi kimi, cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 449.855 manat pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə əsas borc qalığı kimi tələb olunan 449.855 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlmişdir.
17. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş və işin araşdırılması nəticəsində sübuta yetirilmiş faktiki halları bundan ibarət olmuşdur ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alğı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslı olmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 567, 597.1, 598.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun tam ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli 2-2(106)-51/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Q.Əliyev, hakimlər – T.Kərimov və C.İmanov).
21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında 2022-ci il 28 mart tarixində bağlanmış BA-351 nömrəli alqısatqı müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismind ə çıxış edən cavabdehin satıcı qismində çıxış edən iddiaçı qarşısında almış olduğu mallara görə, malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunmuşdur. Bu iş materiallarına əlavə olunan elektron qaimə fakturalar, cavabdeh tərəfindən köçürmə yolu ilə edilən ödənişlər, cavabdehin iddiaçının pretenziyasına verdiyi borcun etirafına yönəlik cavab məktubu ilə tam təsdiqini tapmışdır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 427.3, 442, 445.2.1, 448.1, 560.1, 567, 599.1, 600.1 və 600.4-cü maddə lərinə, MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Azərbaycan Respublikasının Konstitusiyasının 26 və 60-cı maddələri üzrə apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən qeyd olunan maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə iddiaçının qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araş dırılması hüququnun da pozuntusuna yol verilmişdir. 25. “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə - Mübahisələndirilən qətnamə ilə qeyd olunan normanın 1-ci bəndinin tələbinin də pozuntusuna yol verilmişdir. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən olunmuş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə ic raatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı işi üzrə” 1970-ci il 17 yanvar tarixli qərarı; “Piersack Belçikaya qarşı iş üzrə” 1982-ci il 1 okytabr tarixli qərarı; “X4rşı iş üzrə” 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
26. MPM-in 217-ci maddəsi üzrə - Mübahisələndirilən qətnamə MPM-nin 217.2-ci maddəsinin tələbi baxımından tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun qəbul edilməmiş, eyni zamanda 217.3-cü maddənin tələbi baxımından qətnamə iş üzrə müəyyən olunmuş və ya məhkəmə araşdırması zamanı müəyyən edilməli olan həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə olan halda, qətnamə MPM-in 217-ci maddəsinin tələblərinə görə qanuni və əsaslı deyil.
27. MPM-in 218.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni iş üzrə cavabdehin nümayəndəsinin iştirakı və eləcə də iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmiş yalnız bir baxış iclasında (2025-ci il 12 mart tarixində keçirilmiş) hərtərəfli, tam və obyektiv araşdırıb onlara lazımi hüquqi qiymət vermədən, həmçinin iş üzrə baxış iclasını növbəti tarixə təxirə salmaqla tərəflər arasında yaranmış pul tələbinə dair mübahis ənin xüsusilə qətnamədən apellyasiya şikayəti vermiş cavabdehin nümayəndəsinin bilavasitə iştirakı ilə baxılmasını, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dəlillərinin nədən ibarət olması barədə cavabdehin nümayəndəsinin izahatını dinləmədən, işlə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməli olan digər sənəd və sübutların mövcud olub-olmamasını müəyyən etmədən cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən əsassız və qanuni olmayan qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman yol verilmiş belə qanun pozuntusu nəticədə ədalət mühakiməsinin təməli olan “əsl həqiqətən ortaya çıxarılması” prinsipinin əsaslı şəkildə pozuntusuna gətirib çıxarmışdır.
28. MPM-in 14.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməni qəbul etməklə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş iş üzrə məhkəmə baxışının prinsiplərini də pozmuşdur. Belə ki, MPM-in 14.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Lakin məhkəmə tərəflər arasında olan mövcud mübahisəni işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün iş üzrə cavabdehə lazımi şərait yaratmamaqla, yəni onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxaraq yalnız bir məhkəmə baxış iclasında yekun məhkəmə qərarı qəbul etmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı ilə araşdırılmadan baxılmaqla, yekun məhkəmə aktının qəbul edilməsi qanunvericiliyi n sözügedən müddəasının pozuntusu kimi qiymətləndirilməlidir.
29. MPM-in 418.1 və 418.3-cü maddələri üzrə - Mübahisələndirilən qətnamə qəbul olunarkən sözügedən normaların tələbləri pozulmuşdur. Bu da yekunda düzgün olmayan və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
31. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliklər tam icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi 1.984.982 manat (ƏDV daxil, qaytar ma çıxılmaqla net məbləğ) olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin 1.495.127 manat (ƏDV daxil) hissəsi ödənilmiş, lakin ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, 489.855 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. İddiaçı tələbin güzəşti haqqında 2025-ci il 3 may tarixli müqaviləyə əsasən, hazırki borc üzrə tələb hüququnun "xxxx" MMC-yə keçməsi ilə bağlı razılığa gəlmişdir. Bununla bağlı müvafiq sənədlər və ərizə hazırki iş üzrə əlavə təqdim edilmişdir.
32. Cavabdehin kassasiya şikayətində istinad etdiyi “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri apellyasiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi tam olaraq qarşılanmışdır. Qətnamədə də qeyd edilir ki, “birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir”.
33. Bunlarla yanaşı, cavabdehin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri ilə razılaşmayan iddiaçı bildirir ki, MM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Hərçənd ki, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır.
34. Cavabdehin “onun nümayəndəsinin iştirakı olmadan iclas keçirməsi və qə tnamə qəbul etməsi” dəlili ilə də razılaşmayan iddiaçı bildirir ki, apellyasiya məhkəməsinin iclasının yeri və vaxtı barədə hər iki tərəf məlumatlandırılmış, lakin tərəflər məhkəmədə nümayəndələri vasitəsilə təmsil olunmamış və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kassasiya baxışının hədləri
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzə rə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutu lan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar h esab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələc əkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pro sessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
41. Kassasiya şikayətində qeyd edilən Azərbaycan Respublikasının Konstitusiyasının 26 və 60-cı maddələri və “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
42. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulmasının nədən ibarət olmasına dair a ydın şəkildə izah verilməmişdir.
43. Həmin maddələrin tələblərinin pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi, habelə eyni əsaslandırma ilə kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsassızdır.
44. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
45. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalar la tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yaln ız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
46. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
47. Həmçinin iş materiallarından görünür ki, apellyasiya məhkəməsinin iclasının yeri və vaxtı barədə hər iki tərəf məlumatlandırılmış, lakin cavabdeh məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, iddiaçı isə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
48. Tələbin güzəşti haqqında 2025-ci il 3 may tarixli müqaviləyə əsasən, hazırki borc üzrə tələb hüququnun "xxxx" MMC-yə keçməsi ilə bağlı iddiaçının vəsatətinə münasibətdə kollegiya qeyd edir ki, həmin məsələ hazırkı iş üzrə icra qaydasında həll olunacaq məsələlərə aid dir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 12 mart tarixli 2-2(106)-51/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.