Məhkəmə qərarları › İş №2-2(102)-425/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-425/2019

02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-425/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi X7, Üçüncü şəxsin vəkili X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər “Allahverdi” müəssisəsi və X3 qarşı (üçüncü şəxs: Ləğv prosesində olan “xxxx” ASC) “icarə haqqının ödənilməsi və s.” tələbləri barədə ilk, iddiaçı “Allahverdi” müəssisəsinin cavabdeh İddiaçı MMC-yə qarşı “icarə müqavilələrinin etibarsız sayılması və s.” barədə qarşılıqlı iddia tələblərinə dair iqti sadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-2(103)-553/2019 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “icarə müqaviləsi üzrə icarə haqqının cavabdehlərdən alınaraq iddiaçıya, saziş üzrə kredit borcunun cavabdehlərdən alınaraq üçüncü şəxsə ödənilməsi, cərimə və dəbbə pulunun, avtobusların saz vəziyyətə gətirilməsi üçün xərclərin iddiaçıya ödənilməsi, avtobusların cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsini” xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “Allahverdi” müəssisəsi qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək “icarə müqavilələrinin etibarsız hesab olunmasını və avtobusların təmirinə çəkilmiş xərclərin əvəzinin ödənilməsini” xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 4 fevral tarixli 2-2(82)-159/2019 nömrəli qərardadı ilə ləğv prosesində olan “xxxx” ASC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, İddiaçı MMC-nin cavabdehlər “Allahverdi” müəssisəsinə və X2 qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə və iddiaçı “Allahverdi” müəssisəsinin cavabdeh İddiaçı MMC-yə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X ərizə ilə məhkəməyə müraciət edərək işin baxılması üçün ümumi məhkəməyə göndərilməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin cavabdehlər “Allahverdi” müəssisəsinə və X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi və sair tələblərinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Eyni zamanda, iddiaçı “Allahverdi” müəssisəsinin cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərinə dair məhkəməyə iddia ərizəsi vermişdir. Məhkəmənin qərardadı ilə həmin iddia ərizələri üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Mübahisənin ümumi və ya inzibatiiqtisadi məhkəməyə aidiyyətini müəyyən edən əsas meyarlardan biri işdə iştirak edən şəxslərin subyektiv tərkibidir. Hazırkı iş üzrə cavabdehlərdən biri olan X fiziki şəxs olduğundan, mübahisəyə də ümumi məhk əmədə baxılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 iyun tarixli 2-2(82)-159/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X həmin qərardaddan şikayət verərək qərardadının ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 iyun tarixli 2-2(82)-159/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tarixli 2-2(103)-553/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və işin baxılması üçün ümumi məhkəməyə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını ərizədə göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, N.Allahverdiyev əvvəllər vergi ödəyicisi olmuş, lakin hazırda ona məxsus VÖEN bağlanılmışdır və heç bir fəaliyyət göstərmir. İşdə iştirak edən şəxslərin izahatları: İlk iddia üzrə cavabdehlər məhkəmə iclasında təmsil olunmamışlar. İlk iddia üzrə iddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Üçüncü şəxsin vəkili məhkəmə iclasında çıxış edərək şikayətin təmin olunubolunmaması məsələsinin məhkəm ənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırıcı hissə: İlk iddia üzrə cavabdehlərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, məhkəməyə gəlməməyin səbəbləri barədə məhkəmə iclasının təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermək vəzifəsi barədə qeyd olmuşdur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin /bundan sonra mətndə - MPM/ 139.2.9-cu maddəsi). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Hazırkı işdə tərəflər İddiaçı MMC və “Allahverdi” müəssisəsi hüquqi şəxslər, X4 isə fərdi sahibkar statusuna malik fiziki şəxs olduğundan və mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirmə si ilə əlaqədar yarandığından mübahisəyə mülki məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmə tərəfindən baxılmalıdır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, N.Allahverdiyev əvvəllər vergi ödəyicisi olmuş, lakin hazırda ona məxsus VÖEN bağlanılmışdır və heç bir fəaliyyət göstərmir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, İnternet Vergi İdarəsinin (https://www.e-taxes.gov.az/) məlumatına görə, X1 fərdi sahibkar statusu qüvvədədir. Onun öz fəaliyyətini dayandırması isə fərdi sahibkar statusuna təsir etmir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 iyul tari xli 2-2(103)-553/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar