Məhkəmə qərarları › İş №2-2(102)-425/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-425/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-425/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı ilk iddiası; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: daşıma müqaviləsi, avans Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası; Cavabdeh MMC-nin İddiaçı qarşı pu tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2-2(103)-41/ 2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh MMC və “İddiaçı Uluslarası Taşımacılık” arasında imzalanmış 2021-ci il 2 aprel tarixli *** nömrəli nəqliyyat və broker xidmətləri haqqında müqaviləyə əsasən icraçı, sifarişçinin sifarişləri əsasında X1 (bundan sonra “Razılaşma Protokolları” adlanacaq) müvafiq olaraq yüklərin (bundan sonra “Yük” və ya “Mallar” adlanacaq) daşınmasını təşkil etməyi (bundan sonra “Xidmətlər” adlanacaq), sifarişçi isə göstərilmiş xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra “xidmət haqqı” adlandırılacaq) icraçıya ödəməyi öhdəsinə götürür. 2. 2021-ci il 6 sentyabr tarixli elektron fakturada 1.615 ABŞ dolları, 2021-ci il 27 dek abr tarixli elektron fakturada 2.400 ABŞ dolları, 2021-ci il 27 oktyabr tarixli elektron fakturada 2.400 ABŞ dolları, 2021-ci il 21 dekabr tarixli elektron fakturada 2.200 ABŞ dolları, 2021-ci il 4 iyun tarixli elektron fakturada 2.400 ABŞ dolları, 2021-ci il 13 aprel tarixli elektron fakturada 2.400 ABŞ dolları, 2021-ci il 30 iyul tarixli elektron fakturada 2.400 ABŞ dolları dəyərində görülmüş işlərlə bağlı Cavabdeh MMC tərəfindən ödənilməsi üçün İddiaçı tərəfindən təsdiq edilmişdir. 3. 2021-ci il 7 iyun tarixli 4 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, 2021-ci il 3 iyul tarixli 5 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, 2021-ci il 13 iyul tarixli 6 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, 2021-ci il 3 avqust tarixli 7 nömrəli xidm ətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, 2021-ci il 6 sentyabr tarixli 7 nömrəli xidmətlərin göstərilməsi aktında 1.615 ABŞ dolları, 2021-ci il 12 oktyabr tarixli 8 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, 2021-ci il 27 oktyabr tarixli 9 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları, 2021-ci il tarixli 7 iyun tarixli 4 nömrəli xidmətlərin göstərilməsi aktında 2.400 ABŞ dolları məbləğində xidmət haqqı tərəflər arasında razılaşdırılmışdır. Aktlar “İddiaçı Uluslarası Taşımacılık” və Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir.

4. Tərəflər arasında imzalanmış müqavilənin müddəti bitmiş, lakin müqavilə əsasında yaranmış münasibətlər qarşılıqlı şifahi razılıq əsasında davam etmişdir. “İddiaçı Uluslararası Taşımacılık” şirkəti tərəfindən Cavabdeh MMC-yə 8.000 ABŞ dolları məbləğində daşıma xidməti həyata keçirilmişdir. 5. 2022-ci il 8 iyun tarixli elektron fakturaya əsasən 2.500 ABŞ dolları, 2022-ci il 14 iyun tarixli elektron fakturaya əsasən 3.000 ABŞ dolları, 2022-ci il 22 iyul tarixli elektron fakturaya əsasən 2.500 ABŞ dolları dəyərində görülmüş işlərlə bağlı Cavabdeh MMC tərəfindən ödənilməsi üçün İddiaçı tərəfindən təsdiq edilmişdir. 6. 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzdə Nümayəndə3 (Cavabdeh MMC adından), x1 (“İddiaçı Uluslararası Taşımacılık” şirkəti adından) təsdiq etmişdir ki, “İddiaçı Uluslararası Taşımacılık” şirkəti tərəfindən Cavabdeh MMC-yə göstərilən nəqliyyat-logistika xidməti üçün 2022-ci il 11 may tarixdə avans olaraq 23.800 manat ödənmişdir. Qəbz hər iki tərəfin- (Cavabdeh MMC və “İddiaçı Uluslararası Taşımac ılık” şirkəti) möhürü ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra- “iddiaçı ”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilən daşıma xidmətləri üzrə 8.000 ABŞ dolları, ödənilmiş mediasiya xərcinin 210 manat, 7 ay ərzində borc məbləğinin ödənilməməsinə görə faiz borcunun əvəzi olan 360,08 manatın cavabdeh MMC-dən tutularaq iddiaçı Necatiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC öz öhdəliklərini yerinə yetirmədiyi üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Aralarındakı razılaşmaya əsa sən Türkiyə Respublikası ərazisindən idxal edilən malların çatdırılması iddiaçı Necatiyə həvalə olunmuşdur. İddaçı fərdi sahibkar kimi beynəlxalq daşımaları həyata keçirir. Türkiyə, Rize, Ardeşen Vergi dairəsində № VKN (X2) ********** saylı nömrə ilə rəsmi sahibkar kimi (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) qeydiyyata alınmışdır. Karabük-Bakı (daşıma xərci (dəyəri): 2.500 USD), İzmir-Bakı (daşıma xərci-3.000 USD) və Karabük-Bakı (daşıma xərci (dəyəri) – 2.500 USD) xətti üzrə daşıma xərcləri (dəyəri) ümumilikdə 8.000 USD təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədi ilə iddiaçı Necati tərəfindən 2022-ci il 8 iyun, 14 iyun, 22 iyul tarixli elektron fakturalar (elektron qaimələr) cavabdeh MMC-yə təqdim edilmiş olsa da, indiyədək yaranmış borc məbləği ödənilməmiş qalır. Bor cun mövcudluğu iş materiallarına əlavə olunan e-qaimə, CMR, yük daşıma və gömrük sənədləri ilə təsdiq olunur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində cavabdeh MMC tərəfindən heç bir addım atılmamışdır. Cavabdeh MMC qarşılıqlı razılıq üzrə yaranan borcu ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Belə ki, iddiaçı Necati öz üzərinə düşən öhdəliyi yerinə yetirərək vaxtında və lazımi qaydada daşıma xidmətlərini cavabdeh MMC-yə göstərmişdir. Lakin cavabdeh MMC öhdəliklərini icra etməkdən imtina edir.

9. Cavabdeh MMC 2023-cü il 16 mart tarixində iddiaçı Necatiyə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Necatidən əsas borc olaraq 10.200 manat (6.0 00 ABŞ dolları), faiz borcu olaraq 377 manat, dövlət rüsumu olaraq ödənilən 122 manat, cəmi 10.699 manat (6.293 ABŞ dolları) məbləğində pul vəsaitinin tutularaq cavabdeh MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən fərdi sahibkar iddiaçı Necati cavabdeh MMC-yə məxsus yükləri Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımışdır. Tərəflərin razılaşmasına əsasən daşımaların bir hissəsi rəsmi müqavilə əsasında həyata keçirilmişdir. Müqavilə müddəti başa çatdıqdan sonra tərəflərin arasında olan şifahi razılaşmaya əsasən daşımalar həyata keçirilmişdir. Daşıma xərcləri iddiaçı Necatinin nümayəndələrinə nağd qaydada ödənmişdir. İddiaçı Necatinin xahişinə əsasən cavabd eh MMC 2022-ci il 11 may tarixində gələcəkdə daşınması nəzərdə tutulan yüklərə görə iddiaçı Necatiyə 23.800 manat (14.000 ABŞ dolları) məbləğində tərəflərin təsdiq etdiyi qəbz əsasında avans ödənişi etmişdir. Avans ödəniş ödəndikdən sonra iddiaçı Necati cavabdeh MMC-nin üç sifarişi üzrə üç daşımanı həyata keçirmişdir. Üç daşıma üzrə daşıma xərci cəmi 8.000 ABŞ dolları təşkil edir. Daha sonra iddiaçı Necati cavabdeh MMC sifarişlərini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh MMC ödədiyi avansın bir hissəsini işləri yerinə yetirmədiyinə görə iddiaçı Necatidən geri tələb etmişdir. İddiaçı Necati ödənişi qaytarmaqdan imtina etmişdir. Daha sonra ödənişi geri qaytarmamaq üçün əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Necatinin qaldırdığı iddia əsassızdır və cavabdeh MMC tə rəfindən ona ödənilmiş məbləğdən 3 daşıma üzrə 8.000 ABŞ dolları məbləğ çıxılaraq geri qalan 6.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh MMC-yə geri qaytarılmalıdır. Bu səbəbdən də hazırkı qarşılıqılı iddia ərizəsi üzrə cavabdeh MMC iddiaçı Necatiyə ödədiyi avans ödənişdən qalan 10.200 manat (6.000 ABŞ doları) pul vəsaitini geri ödənməsini tələb edir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – "xxxx") 449-cu maddəsinə əsasən cavabdeh MMC tərəfindən ödənilən məbləğdən Mərkəzi bankın faiz uçot dərəcəsinə uyğun olaraq 10.200 manat pul vəsaitinə görə 377 manat faiz borcu tələb edilir.

11. İddiaçı qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh MMC-nin təqdim etdiyi qəbzdə iddiaçı Necatinin imzası mövcud deyil və iddiaçı Necatinin iradə ifadəsi öz ə skini tapmamışdır. Bundan əlavə, müqavilədəki imza iddiaçı Necatiyə və hazırkı işə heç bir aidiyyəti olmayan x1a məxsus deyil. Möhür cavabdeh MMC-yə məxsus binada qalmışdır. Cavabdeh MMC möhürün onlarda qaldığından istifadə edərək saxta müqavilə tərtib etmişdir. Bu günə kimi də iddiaçı Necatinin möhürünü onun özünə geri qaytarmamışdır. Həmçinin, qəbzdə x1ın adının qarşısında iddiaçı Necatinin şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin (TC kimlik numarası) yazılmasıdır. x1ın hazırkı işə heç bir adiyyatı yoxdur. Cavabdeh MMC iddiaçı Necatiyə heç bir avans ödəməmiş, eyni zamanda 8.000 ABŞ dolları borcunu ödəməmişdir. Bundan başqa, x1 iddiaçı Necatinin qardaşı oğludur. Onunla cavabdeh MMC arasında olan münasibətlərin hazırkı işə aidiyyəti yoxdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 iy un tarixli e-2-2(113)-1695/2023 nömrəli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçı Necatidən 10.200 manat əsas borc, 122 manat dövlət rüsumu cavabdeh MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – A.Əliyeva).

13. Məhkəmə ilkin iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçı Necati öz iddiasının əsası olaraq məhkəməyə elektron fakturaları təqdim etmişdir. Həmin elektron fakturalardan üç daşıma xidmətləri üzrə ümumilikdə 8.000 ABŞ dolları məbləğində xidmətin göstərildiyi məlum olur. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh MMC tərəf də göstərilən bu xidmətləri mübahisələndirməmişdir. Bununla belə tərtib edilmiş qaimə fakturalardan daha əvvəlki tarixdə avans ödənişi qəbzi məhkəməyə təqdim e dilmişdir ki, həmin qəbz üzrə iddiaçıya ödənilmiş avans məbləği 8.000 ABŞ dollarından daha çoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə öz təsdiqini tapmadığından təmin edilə bilməz. Belə ki, tərəflər öz aralarında olan razılaşmaya uğun olaraq avans ödənişi etmiş və daha sonra yükdaşıma xidmətləri göstərilmişdir.

14. Eyni zamanda İddiaçı MM-in 449.1-ci maddəsinə uyğun olaraq olan 360 manat faiz borcunun tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə cavabdeh MMC-nin iddiaçı Necatiyə hər-hansı borcunun olması öz təsdiqini tapmamışdır. Belə olan halda isə ilkin iddia tələbi üzrə cavabdeh MMC-dən hər-hansı faiz borcunun tələbi edilməsi əsaslı hesab edilə bilməz və iddia tələbi rədd edilməlidir.

15. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh MMC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında avans ödənişin edilməsi ilə bağlı razılaşma olmuş, həmin razılıq əsasında 23.800 manat qarşı tərəfə ödənilmiş, yükdaşıma xidmətinin əvəzi həmin məbləğdən çıxılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh MMC-nin iddia tələbi əsaslıdır. Belə ki, avans ödənişin olmasında tərəflərin niyyəti yükdaşıma xidmətlərinin göstərilməsi qarşılığının həmin məbləğdən çıxılmasıdır. Hazırda isə tərəflər arasında hər- hansı xidmətlərin göstərilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında avans ödənişi qəbzinin tərtib edilməsindən sonra 3 yükdaşıma xidməti göstərilmişdir ki, həmin xidmətlərin ümumi dəyəri 8.000 ABŞ dolları təşkil edir. Qeyd edilən məbləğ qarşı tərəfə ödənilmiş ümumi avans m əbləğindən çıxıldığı zaman iddiaçı Necatinin 10.200 manat borcunun olması öz təsdiqini tapır. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, 10.200 manat iddiaçı Necatidən cavabdeh MMC-nin xeyrinə tutulmalıdır.

16. İddiaçı, qarşı tərəfin vermiş olduğu avans ödənişi qəbzini mübahisələndirmiş, həmin qəbzdə x1ın adının qeyd edildiyini, imzanın iddiaçı Necatiyə məxsus olmamasını bildirmiş, eyni zamanda qəbzdə qeyd edilən möhürün onların özündə yox cavabdeh MMC-də olduğunu bildirmişdir.

17. Məhkəmə həmin etiraza münasibətdə qeyd etmişdir ki, məhkəməyə sübut qismində təqdim edilmiş sənədlərin sübut əhəmiyyətli hesab edilməsi üçün həmin sənədlərin necə təsdiq edilməsi əhəmiyyət təşkil edir. Məhkəməyə təqdim edilmiş avans məbləği qəbzində isə nəzərə alınmalı hal ondan ibarətdir ki, sənəddə hər iki tərəfin möhürü göstərilmişdir. Bu baxımdan qəbzdə imzanın həmin şəxsə məxsus olmaması ikinci dərəcəli əhəmiyyət kəsb edir. Məhkəmə sübutları qiymətləndirərkən tərəflərin fərziyyələrini yox, konkret faktları nəzərə alır. Bu baxımdan etirazda qeyd edildiyi kimi iddiaçı Necatiyə məxsus möhürün cavabdeh MMC-də olması həmin qəbzin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Məlumdur ki, hüquqi və fiziki şəxslərin özünə məxsus möhürlərinin olması işgüzar münasibətlər zamanı müxtəlif sənədlərin həqiqiliyinin təsdiqi kimi istifadə olunur. Bu baxımdan iddiaçı Necatiyə məxsus möhürün cavabdeh MMC-də olmasının heç bir əsası yoxdur və eyni zamanda iddiaçı Necati də möhürün həmin müəssisədə olmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Bu baxımdan məkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbinə olan etiraz əsassızıdır.

18. Bundan başqa, cavabdeh MMC MM-in 449-cu maddəsinə uyğun olaraq 377 manat faiz borcunun da iddiaçı Necatidən tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Necatinin həmin pul məbləğindən hər-hansısa şəkildə istifadə etməsi və həmin məbləğdən gəlir qazanması öz təsdiqini tapmır. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni MM-nin 21.1, 21.2, 385.1, 425.2, 442, 449.1, 850.1 və 852.1-ci maddələrinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı tərəfindən verilmiş vəsatət nəzərə alınaraq, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 20 dekabr tarixli 4/1766 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 194-cü vərəqində olan 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzdə “Alıcı” hissəsində x1ın adının qarşısındakı imza - x1 tərəfindən yox, başqa şəx s tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 194-cü vərəqində olan 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzdə “Alıcı” hissəsində x1ın adının qarşısındakı imza ilə 3 ədəd 2021-ci il 27 dekabr tarixli “e-Arşiv Fatura” adlı sənədlərdə (kserosurətləri mülki işin 75, 102 və 104-cü vərəqlərində) “İddiaçı” yazıları üzərindəki imzalar öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2-2(103)-41/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).

23. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında yük daşınması müqaviləsinin bağlanılması, daha sonra müqavilə müddətinin bitməsi, lakin müqavilə əsasında yaranmış münasibətlərin qarşılıqlı şifahi razılıq əsasında davam etməsi, o cümlədən həmin razılıq əsasında İddiaçı tərəfindən cavabdeh MMC-yə cəmi 8.000 ABŞ dolları dəyərində daşımaların həyata keçirilməsi işin mübahisəsiz hallarını təşkil edir.

24. Bununla belə, cavabdeh MMC 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzi məhkəməyə təqdim etmiş və əvvəlcədən iddiaçı Necatiyə avans qismində 14.000 ABŞ dolları məbləğində ödəniş olunduğunu bildirmişdir. Daşımalarla bağlı 8.000 ABŞ dolları xidmət haqqı da həmin məbləğdən çıxılmış və onun iddiaçı Necatiyə hər hansı məbləğdə borcu qalmamışdır. Əksinə iddiaçı Necati avans ödənişindən qalan 6.000 ABŞ dolları məbləğində xidmət haqqı üzrə hər hansı xidmət göstərməmişdir. İddiaçı Necati isə cavabdeh MMC-nin 8.000 ABŞ dolları məbləğində borcunu ödəməkdən yayınması məqsədilə saxta avans ödənişi barədə qəbzin tərtib edildiyini və həmin qəbzdə iddiaçı Necatinin iradə ifadəsinin əks olunmadığını bildirmişdir.

25. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2023-cü il 20 dekabr tarixli 4/1766 saylı ekspert rəyindən (bax §21) göründüyü kimi cavabdeh MMC-nin istinad etdiyi 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzdəki imzanın iddiaçı Necatiyə və həmin qəbzdə adı qeyd olunan şəxsə aid olması müəyyən edilmir. Bununla yanaşı, həmin qəbzdəki möhür əksinin iddiaçı Necatiyə məxsus olması işin mübahisəsiz halıdır.

26. Məhkəmə iddiaçının ona məxsus möhürün cavabdeh MMC-də qalması və cavabdeh tərəfindən həmin möhürdən istifadə olunmaqla qəbzə möhürün vurulmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədin möhürün sahibi olan fərdi sahibkar tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya fərdi sahibkar tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir.

27. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən fərdi sahibkar və ya hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı işdə də 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzdə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. İddiaçı Necati həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin, o cümlədən istinad etdiyi kimi cavabdeh MMC-nin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir.

28. Bu baxımdan 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbzdə olan möhür əksinin iddiaçı Necatinin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə həmin qəbzdəki imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin qəbz imzalandıqdan sonra fərdi sahibkar olan iddiaçı Necati tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, o, qəbzdə göstərilənləri bəyənmişdir. Yaxud əgər fərdi sahibkar olan iddiaçı Necati imzalanmamış qəbzi qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini nəzərə alaraq onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir. Bu isə onu qeyd etməyə əsas verir ki, 2022-ci il 11 may tarixli avans ödənişi üçün qəbz iddiaçının iradə ifadəsinə uyğun imzalanmış və möhürlənmişdir.

29. Beləliklə, iddiaçı Necati cavabdeh MMC-yə 8.000 ABŞ dolları dəyərində işlər görmüş, cavabdeh də həmin xidmətlərin dəyərini avans şəklində əvvəlcədən ödəmişdir. Göründüyü kimi cavabdehin iddiaçı Necatiyə hər hansı məbləğdə borcu yoxdur. Bu baxımdan kollegiya hesab etmişdir ki, 8.000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ilk iddia tələbləri, o cümlədən həmin tələbdən asılı olan və ondan irəli gələn borc məbləğinin ödənilməməsinə görə 360 manat faiz borcunun tutulması barədə tələblər rədd edilməlidir.

30. Belə ki, cavabdeh MMC tərəfindən iddiaçı Necatiyə avans qismində 14.000 ABŞ dolları məbləğində avans ödənilmiş, lakin iddiaçı Necati tərəfindən yalnız 8.000 ABŞ dolları dəyərində işlər görülmüş, geriyə qalan 6.000 ABŞ dolları dəyərində işlər görülməmişdir. Çünki iddiaçı Necati ümumiyyətlə, nə həmin işlərin görülməsinə istinad etməmiş, nə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

31. Bu baxımdan cavabdeh MMC müqaviləyə istinad edərək öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (MM- in 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlıdır və 6.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 443.1, 445.7, 449.1 və 850.1-ci maddələrinə; MPM-in 4.3 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

33. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. MM-nin 331.1, 331.2 və 385.1-ci maddələri üzrə-apellyasiya instansiyası məhkəməsinin yalnız avans ödənişi barədə qəbzdə iddiaçının möhürü olduğuna görə ilkin iddianın əsaslı olmamasına dair möv qeyi əsaslı olmamışdır. Belə ki, 2023-cü ildə MM-ə edilmiş dəyişiklikdən görünür ki, müqaviləni imzalamaq əsas tələb, möhürlə təsdiqləmək isə əlavə tələbdir. İddiaçı hesab edir ki, sənəddəki imza onu imza etməli olan şəxslərə məxsus olmadığı halda bu iradə ifadəsi və iki tərəfli əqd kimi qəbul oluna bilməz. Cavabdeh MMC saxta sənəd tərtib edərək borcun ödənilməsindən yayınmağa çalışmış, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verə bilməmişdir.

35. MM-nin 425.2, 442 və 449-cu maddələri üzrə - iddiaçı haqlı olaraq daşıma xidmətinin həyata keçirilməsi müqabilində ala bilmədiyi daşıma xərcinin alınması üçün məhkəməyə müraciət etmiş, lakin haqsız vəziyyətə düşərək əsassız olaraq cavabdeh MMC-yə borcu yaranmışdır. Apellyasiya məhkəməsi birin ci instansiya məhkəməsinin buraxdığı səhvləri eynilə təkrarlamışdır.

36. MM-nin 850.1 və 852.1-ci maddələri üzrə - iddiaçı tərəfindən daşıma xidmətlərinin göstərilməsi işin mübahisəsiz halı olsa da ilk iddia tələbi əsassız olaraq təmin edilməmiş, birinci və apellyasiya instansiyaları məhkəmələri maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməsində kobud səhvə yol vermiş və yanlış təfsir etmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur.

37. MPM-nin 9.3, 76 və 106.3 -cü maddələri üzrə - qətnamə iş materiallarına uyğun şəkildə əsaslandırılmamışdır. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi verilmiş, lakin məhkəmə ekspertizanın keçirilməsini əhəmiyyətli saysa da, ekspertin rəyini nəzərə almamışdır. İşin material larına əlavə edilən whatsapp yazışmalarından görünür ki, qarşılıqlı iddiaçının nümayəndəsi Nümayəndə3 2022ci il 26 iyul tarixdə qarşı tərəfin “benim yapa bileceğim bir şey varmı” yazısına səhər 09:56 radələrində aşağıdakı cavabı yazmışdır: “selamdua. Bu hafta mutlaka ödiyicəm”. Avans ödənişi barədə qəbz 2022-ci il 11 may tarixinə aid olsa da, Nümayəndə3 2022-ci il 26 iyul tarixdə borcunu etiraf edərək ödəyəcəyini bildirmişdir. Lakin apellyasiya məhkəməsi bunu da görməzdən gəlmişdir.

38. MPM-nin 97.1 və 204-cü maddələri-iddiaçı 2023-cü il 11 may tarixli avans ödənişi üçün qəbzdəki imzanın x1a məxsus olmadığını sübuta yetirmək üçün məhkəmədən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinin xahiş olunmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən heç bir əsaslandırma aparılmadan vəsatə ti təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə ekspertiza təyin etsə də, ekspert rəyini nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Hər iki məhkəmə ciddi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə iclasında həm yazılı, həm şifahi formada 2023-cü il 11 may tarixli avans ödənişi üçün qəbzin saxta olması məhkəmənin nəzərinə çatdırılsa da, bunun bir əhəmiyyəti olmamışdır. Belə ki, həmin qəbzdə təkcə imzalar deyil, bir sıra rekvizitlər saxtalaşdırılmışdır. Qəbzdəki saxtalaşdırılmalardan biri iddiaçının möhürüdür. Belə ki, mütəmadi daşımalarla əlaqədar iddiaçının möhürü cavabdeh MMC-də qalmış, yaranmış münbit şəraitdən istifadə edən ilkin iddia üzrə cavabdeh borcdan yayınmaq məqsədilə avans ödənişi barədə qəbz yazaraq iddiaçının möhürünü qəbzə vu rmuşdur. Bundan əlavə, imza olmadan tək başına möhür iradə ifadəsi sayıla bilməz. Daha bir saxtalaşdırma ondan ibarətdir ki, “alıcı” qismində “İddiaçı uluslararası taşımacılık” yazaraq eyni zamanda qarşısında x1ın adı yazılmışdır. Lakin, x1ın kimliyi, hazırkı müqavilədə tərəf olması görünmür. x1 İddiaçı qardaşı oğlu olmaqla şirkətin sürücüsü olub. Üstəlik avans ödənişi barədə qəbzdə x1ı “İddiaçı uluslarası taşımacılık” şirkətinin təsisçisi kimi qeyd etmişlər. Lakin, İddiaçı tək başına sahibkarlıq fəaliyyətiilə məşğul olan fiziki şəxsdir. Daha bir saxtalaşdırma halı ondan ibarətdir ki, avans ödənişi barədə qəbzdə x1ın adının qarşısında İddiaçı şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yazılmışdır. Bunun özü belə həmin qəbzin saxtalığına dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

39. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

40. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icr a edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi...” 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bil ər...” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir....”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olun muş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hall arına əsasən, tərəflər arasında müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya 14000 ABŞ dolları məbləğində avans ödənilmiş, iddiaçı tərəfindən 8000 ABŞ dolları məbləğində işlər görülmüş, lakin iddiaçı müqavilə öhdəlikləri lazımınca yerinə yetirməyərək 6000 ABŞ dolları dəyərində xidmətləri həyata keçirməmişdir, bu səbəbdən 8000 ABŞ dolları məbləğin cavabdehdən tutulması hissəsində ilk iddia tələbi rədd edilmiş, 6000 ABŞ dolları məbləğində pulun tutulması barədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilərək təmin edilmişdir.

47. Məhkəmələrin gəldiyi nəticəni mübahisələndirən iddiaçının əsas dəlili avans ödənişə dair qəbzin mötəbərliyi ilə bağlıdır. Qeyd olunmalıdır ki, eyni dəlillər eyni zamanda apellyasiya şikayətinin də dəlilini təşkil etmişdir.

48. Məhkəmə kollegiyası ilkin iddi açının kassasiya şikayətinin apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır (bax yuxarıda bu qərarın 23-31-ci bəndləri) və hesab edir ki, gəlinən nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

49. Kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymə t verilmir (MPM-nin 407-ci maddəsi)

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 fevral tarixli 22(103)-41/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar