Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-428/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-428/2023 Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pulun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Satıcı İddi açı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə, bu müqaviləni imzalamaqla tərəflər razılığa gəlmişdirlər ki, alıcı malları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq alıcıya təhvil verəcək və alıcı malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir. 2. 2022-ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 130.125,68 manat (110.276 manat malın dəyəri + 19.849,68 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar təqdim olunmuşdur. 3. 2022-ci il 11 may tarixli, EB BW 048222 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 272.385,06 manat (230.834,80 manat malın dəyəri + 41.550,26 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar təqdim olunmuşdur.
4. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarında olan məlumatlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin bank hesabına 2022-ci il 30 sentyabr tarixli, #001İNT********** nömrəli ödəniş tapşırığına əsasən 127.118,64 manat, 2022-ci il 30 sentyabr tarixli, #001BUDG222730198 nömrəli ödəniş tapşırığına əsasən 22.881,36 manat, 2022-ci il 4 oktyabr tarixli, #001İNT********** nömrəli ödəniş tapşırığına əsasən 84.745,76 manat, 2022-ci il 4 oktyabr tarixli, #001BUDG22277023 1 nömrəli ödəniş tapşırığına əsasən 15.254,24 manat, 2022-ci il 6 oktyabr tarixli, #001İNT********** nömrəli ödəniş tapşırığına əsasən 114.296,61 manat və 2022-ci il 6 oktyabr tarixli, #001BUDG222790435 nömrəli ödəniş tapşırığına əsasən 20.573,39 manat məbləğində pul vəsaitləri olmaqla, ümumilikdə cəmi 384.870 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
5. Cavabdeh tərəfindən təqdim olunmuş birinci tərəf "xxxx" MMC, ikinci tərəf "X1" ("xxxx" MMC)” kimi qeyd edilmiş 2022-ci il 19 avqust tarixli qarşılıqlı üzləşmə aktında göstərilir ki, alıcı Cavabdeh MMC-nin 2022-ci il 1 iyul tarixindən 2022-ci il 31 iyul tarixinədək olan dövriyyə üzrə satıcı İddiaçı MMC-yə cəmi 384.877,52 manat məbləğində ödənilməmiş borcu vardır. Lakin həmin aktın hər iki tərəfin müvafiq səlahiyyətli vəzifəli şəxsləri tər əfindən tərtib olunması və təsdiq edilməsi müəyyən olunmur. Yəni, həmin Aktda üzləşməni aparan şəxslərin adları və bu üzləşməni apararaq tərtib olunan aktı imzalamağa səlahiyyətləri olmasını təsdiq edən müvafiq məlumatlar göstərilməmişdir.
6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi xahiş edilmişdir. 7. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 2022-ci il 27 sentyabr tarixli arayışdan görünür ki, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 5 oktyabr tarixində Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 402.510,74 manat məbləğində borcun, 1.570 manat nümayəndəyə çəkilmiş xərcin və 692,51 manat dövlət rüsumu və mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında mal alqısatqısına dair 2020-cu il 13 may tarixində 3D-AS/2020-43 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı “satıcı”, cavabdeh isə “alıcı” qismində çıxış edir. Həmin müqaviləyə əsasən razılaşdırılmış qiymət əsasında, iddiaçı tərəfindən cavabdehə 402510,74 manat dəyərində müxtəlif çeşidli mallar satılmışdır. Mal cavabdeh tərəfindən qaimə-fakturalar əsasında götürülərək qəbul edilmişdir. Mal qəbul olunarkən iddiaçı tərəfindən yoxlan ılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir.
10. Beləliklə, iddiaçı tərəfindən həmin müqavilənin satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilərək, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə alıcıya təhvil verilmiş və bununla bağlı elektron qaimələr də alıcıya təqdim olunmuşdur. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin, malı almış cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə ilə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd olunan müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əs asında bağlanmış və satıcı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş olsa da, alıcı tərəfindən öhdəlik icra olunmamışdır.
11. Halbuki, müqavilə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. Lakin, indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Alıcı alınmış malın dəyərini ödəməməklə istehsal müəssisəsi kimi iddiaçını planlaşdırılan şəkildə əldə olunacaq maliyyə vəsaitindən məhrum etmiş və bu da iddiaçının dinamik inkişafı və istehsal prosesinə mənfi təsir etmişdir. Alıcı almış olduğu malın dəyərini ödəməyərək, öhdəliyi icra etməməklə faktiki olaraq iddiaçıya zərər vurmuşdur.
12. İddia tələbinin madd i hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.3, 385.1, 425, 442, 445, 448, 567, 600.1-ci maddələrinə, zamana görə qüvvədə olmuş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.3, 3.5-ci bəndlərinə istinad olunmuşdur.
13. Sonradan iddiaçı tərəfindən 2023-cü il 11 yanvar tarixində məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, cavabdehdən 18.040,74 manat məbləğində borcun, 1.670 manat nümayəndəyə çəkilmiş xərcin və 692,51 manat dövlət rüsumu və mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə 2020-cu il 13 may tarixli, 3D-AS/2020-43 nömrəli a lqı-satqı müqaviləsi əsasında satılmış mallara görə alıcı tərəfə təqdim olunmuş 2022-ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli və 2022-ci il 11 may tarixli, EBBW 048222 nömrəli elektron qaimələr üzrə ümumilikdə ödənilməsi nəzərdə tutulan ƏDV daxil cəmi 402.510,74 manat məbləğində borcun hazırkı mübahisə üzrə mediasiya sessiyası keçirildikdən sonra cavabdeh tərəfindən cəmi 384.470 manat məbləğində ödəniş edilməsi və buna görə də, 2023-cü il 11 yanvar tarixinə borcun ödənilməmiş qalıq hissəsinin 18.040,74 manat məbləğində olması ilə əsaslandırılmışdır.
14. Cavabdeh tərəfindən 2022-ci il 27 oktyabr tarixində məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddiaçının cavabdehə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd olunması xahiş edilmişdir.
15. Etiraz onunla əsaslandırı lmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsi imzalanmış və cavabdeh iddiaçıdan qeyri-ərzaq mallarını almışdır. Tərəflər arasında olan ticari əməliyyatlar nəticəsində yaranan borclar vaxtaşırı olaraq hər iki tərəfdən imzalanan üzləşmə aktları ilə təsdiqlənmişdir. Sonuncu dəfə belə bir üzləşmə aktı 2022-ci il 19 avqust tarixində imzalanmışdır. Həmin akta əsasən, 2022-ci il 31 iyul tarixinə kimi iddiaçı ilə cavabdeh arasında 432.507,81 manat məbləğində ticari əməliyyatlar olmuş, 47.630,29 manat dəyərində mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış və cavabdehin iddiaçıya olan qalıq borcunun 384.877,52 manat olduğu təsdiqlənmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər arasında borc məbləği və vəsaitin ödə nilib-ödənilməməsi ilə bağlı yalnız 2022-ci il 20 aprel və 2022-ci il 11 may tarixli elektron qaimələrin surətləri mövcuddur ki, həmin qaimələrdən də müxtəlif tarixlərdə hesablanmış məbləğləri görünür.
16. Lakin elektron qaimələrin təsdiq edilməsi və ya düzəliş üçün geri qaytarılması, həmçinin iddia ərizəsinin məhkəməyə verildiyi tarixə mövcud borcun məbləği ilə bağlı iddiaçı tərəfindən hər hansı sənəd əlavə edilməmişdir. Halbuki, cavabdehin hazırki etirazına əlavə etdiyi sənədlərdən görünür ki, iddiaçı ilə aparılan son üzləşməyə əsasən cavabdehin iddiaçıya olan borc məbləği 384.877,52 manat təşkil edir və həmin üzləşmə 2022-ci il 19 avqust tarixində, yəni iddiaçının göndərdiyi elektron qaimələrin tarixlərindən sonrakı tarixdə aparılmışdır. İş üzrə cavabdeh tərəfindən verilmiş və hazırkı e tiraza əlavə edilən maliyyə arayışı və ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçıya olan 384.870 manat məbləğində borc cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilən 2022ci il 30 sentyabr tarixli ödəniş tapşırıqlarına əsasən 150.000 manat, 2022-ci il 4 oktyabr tarixli ödəniş tapşırıqlarına əsasən 100.000 manat və 2022-ci il 6 oktyabr tarixli ödəniş tapşırıqlarına əsasən 134.870 manat məbləğində vəsait iddiaçının bank hesabına ödənilmişdir. Buna görə də, etiraz verilən tarixə cavabdehin iddiaçıya qalıq borcu cəmi 7,52 manat təşkil edir. Bundan əlavə, cavabdeh ilə iddiaçının qarşılıqlı əməkdaşlıq dövrü ərzində cavabdeh tərəfindən iddiaçıya bir neçə dəfə elektron qaimələr təqdim edilmişdir ki, həmin qaimələrdən yalnız 2020-ci il 13 noyabr tarixli qaimə üzrə 132.53,48 manat məbləğində pul vəsaiti ödənilmişdir. 17. 2022-ci il 20 may, 2022-ci il 20 iyun və 2022-ci il 4 avqust tarixli qaimələr isə qəbul olunub təsdiqlənsə də, həmin qaimələr üzrə cəmi 26.500,88 manat məbləğində pul vəsaiti hazırkı tarixədək cavabdehə ödənilməmişdir. Göstərilən qaimələr üzrə ümumi məbləğ 39.754,36 manat təşkil etmişdir ki, bu da həm elektron qaimələrlə, həm də etiraza əlavə edilən maliyyə arayışı ilə təsdiq olunur. Yuxarıda qeyd edilən elektron qaimələrin təsdiq olunması elektron vergi sistemindən çıxarılmış çıxarışda əks olunur. Yəni, cavabdeh tərəfındən məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, hal-hazırda iddiaçının cavabdehə 26.500,88 manat məbləğində ödənilməmiş borcu var. Həmçinin idd iaçının ödənilməsini cavabdehdən tələb etdiyi 1.570 manat nümayəndəyə çəkilmiş xərcin əvəzi, eləcə də 692,51 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi də cavabdehdən tutulmalı deyil və həmin xərclər iddiaçının özünə aid edilməlidir.
18. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 12 yanvar tarixli, e-2-2(119)39/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 17.640,74 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar 400 manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,92 manat olmaqla, cəmi 18.383,66 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – Z.Sadiqov).
19. Məhkəmə qeyd etmişdir ki, cavabde h iddiaçı ilə bağlanmış 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Lakin, həmin müqavilə üzrə hazırkı iddia ərizəsində tələb olunan 18.040,74 manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən əsaslı olmuşdur. Çünki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları ilə müəyyən olunmuşdur ki, hazırkı mübahisə üzrə tərəflər arasında 2022-ci il 27 sentyabr tarixində baş tutmuş mediasiya sessiyasından sonra 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsi əsasında təqdim edilmiş 2022-ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli və 2022-ci il 11 may tarixli, EBBW 048222 nömrəli elektron qaimələr üzrə cəmi ödənilmə li olan ƏDV daxil 402.510,74 manat məbləğində əsas borca görə cavabdeh tərəfindən iddiaçının bank hesabına 2022-ci il 30 sentyabr tarixli, 2022-ci il 4 oktyabr tarixli və 2022-ci il 6 oktyabr tarixli ödəniş tapşırıqlarına əsasən ümumilikdə, cəmi 384.870 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məlum elektron qaimələr üzrə ödənilməli olan cəmi 402.510,74 manat məbləğində əsas borcdan 384.870 manat məbləğində ödəniş edildikdən sonra ödənilməmiş borc qalığı “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə tələb olunan 18.040,74 manat məbləğində deyil, cəmi 17.640,74 manat məbləğində təşkil etmişdir (402.510,74-384.870=17.640,74).
20. Eyni zamanda, cavabdehin iddia tələbinə etirazının əsaslandırıldığı 2022-ci il 19 avqust tarixli qarşılıqlı üzləşmə aktı, elektron qaimələr və digər sə nədlər 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsi əsasında təqdim olunmuş 2022-ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli və 2022-ci il 11 may tarixli, EBBW 048222 nömrəli elektron qaimələr üzrə cəmi 17.640,74 manat məbləğində borcun ödənilməli olmasını istisna etməmişdir.
21. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbi nəzərə alınmaqla qeyd etmək lazımdır ki, cavabdeh tərəfin təqdim etdiyi etirazda qeyd olunan digər elektron qaimələr üzrə iddiaçı tərəfin ödəniş etməməsi də, hazırkı iddia tələbinin əsaslandırıldığı 2022-ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli və 2022-ci il 11 may tarixli, EBBW 048222 n ömrəli elektron qaimələr əsasında tələb olunan borcun qalıq hissəsinin, yəni ödənilməmiş “17.640,74 manat məbləğində borcun ödənilməsindən” cavabdehi azad etməmişdir.
22. Bundan əlavə, iddianın “hüquqi yardımla əlaqədar ödənilmiş 1.670 manat məbləğində xidmət haqqının” tutulması hissəsi isə qismən əsaslı olmuşdur. Belə ki, məhkəmə prosesində nümayəndə qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə ilə təmsil olunan iddiaçı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 1.670 manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə iddiaçı tərəfindən Nümayəndə hesabına hüquqi xidmətə görə 1.670 manat məbləğində pul ödənilməsini təsdiq edən sənədləri təqdim etmişdir.
23. Lakin MPM-in 121.1-ci maddəsinin tələblərinə əsas ən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə, fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən Nümayəndə hesabına köçürülmüş 1.670 manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunmuşdur ki, bu məbləğ iş üzrə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz.
24. Göründüyü kimi, məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yar dıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1.670 manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1.670 manat məbləğində pul vəsaiti hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid oluna bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 1.670 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüq uqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 400 manat məbləğində pul tutulmalıdır.
25. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 600.1, 600.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə, MPM-in 14.2, 77.1, 106.1, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi il ə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – F.Məmmədov və L.Rəhimli).
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mal alqı-satqısına dair 2020-cu il 13 may tarixli, 3D-AS/2020-43 saylı müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə razılaşdırılmış qiymət əsasında, satıcı kimi iddiaçı tərəfindən cavabdehə 402.510,74 manat dəyərində müxtəlif çeşidli mallar satılmış, mallar cavabdeh tərəfindən qaimə-fakturalar əsasında götürülərək qəbul edilmişdir. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 13 may tarixli, SDAS/2020-43 nömrəli alqısatqı müqaviləsi üzrə cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qa ydada yerinə yetirməmişdir. Sonradan cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları ilə müəyyən olunmuşdur ki, 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsi əsasında təqdim edilmiş 2022-ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli və 2022-ci il 11 may tarixli, EBBW 048222 nömrəli elektron qaimələr üzrə cəmi ödənilməli olan ƏDV daxil 402.510,74 manat məbləğində əsas borca görə cavabdeh tərəfindən iddiaçının bank hesabına 2022-ci il 30 sentyabr tarixli, 2022-ci il 4 oktyabr tarixli və 2022-ci il 6 oktyabr tarixli ödəniş tapşırıqlarına əsasən ümumilikdə, cəmi 384.870 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olan halda isə, borc cəmi 17.640,74 manat məbləğində təşkil edir (402.510,74-384.870=17.640,74). Belə olan halda məhkəmə qaydasında cavabdeh dən 17. 640,74 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması tam əsaslı olmuşdur.
29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində əsaslandırıldığı 2022-ci il 19 avqust tarixli qarşılıqlı üzləşmə aktı, elektron qaimələr və digər sənədlər 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsi əsasında təqdim edilmiş 2022-ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli və 2022-ci il 11 may tarixli, EBBW 048222 nömrəli elektron qaimələr üzrə cəmi 17.640,74 manat məbləğində borcun ödənilməli olmasını istisna etmir. Cavabdehin təqdim etdiyi etirazda qeyd olunan digər elektron qaimələr üzrə iddiaçı tərəfin ödəniş etməməsi də, hazırkı iddia tələbinin əsaslandırıldığı 2022- ci il 20 aprel tarixli, EBBU 825715 nömrəli və 2022-ci il 11 may tarixli, EBBW 048222 nömrəli elektron qaimələr əsasında tələb olunan borcun qalıq hissəsinin, yəni ödənilməmiş “17.640,74 manat məbləğində borcun ödənilməsindən” cavabdehi azad etməmişdir.
30. Bundan əlavə, məhkəmə kollegiyasının araşdırması zamanı cavabdehin nümayəndəsi 2022-ci il 19 avqust tarixli “qarşılıqlı üzləşmə aktını” həmin aktda göstərilən iddiaçının qanuni təmsilçisi X1 tərəfindən deyil, onun mühasibi tərəfindən imzalandığını bildirmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 567, 600.1, 600.4-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88, 106.1, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 10 may tarixində cavabdehə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
33. Cavabdeh həmin qətnamədən 2023-cü il 19 iyun tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İİİ. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
34. MPM-in 14.2-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən əsasən iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi elektron qaimələri, cavabdehin təqdim etdiyi ödəniş tapşırıqlarına və MM-in 385, 425, 427, 442, 443, 448 və 600-cü maddələrinə əsaslanmışdır. Lakin məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi 2022-ci il 19 avqust tarixli “qarşılıqlı üzləşmə aktı”na ötəri olaraq toxunmuş və tərəflərin kor porativ işgüzar yazışmalarına, elektron poçt məktublarına isə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, cavabdeh öz apellyasiya şikayətində qeyd edilən sənədlərə əsaslanmış və həmin sübutların tədqiq olunmadığını vurğulamışdır.
35. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya kollegiyası sübutları araşdırarkən və qiymət verərkən işdə olan bütün sübutlara deyil, əsasən iddiaçının təqdim etdiyi elektron qaimə fakturaları, ödəniş tapşırıqlarını araşdırmış və qətnaməsini birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırmışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən 2022-ci il 19 avqust tarixli “qarşılıqlı üzləşmə aktı”nı və tərəflərin korporativ işgüzar yazışmalarını, elektron poçt məktublarına isə məhkəmə k ollegiyası hərtərəfli və tam araşdırmış və obyektiv qiymət verməmişdir. Belə ki, məhkəmə kollegiyası 2022-ci il 19 avqust tarixli “qarşılıqlı üzləşmə aktı”nın iddiaçının qanuni təmsilçisi deyil, şirkətin mühasibi tərəfindən imzalandığını qeyd etmiş, lakin aktın şirkətin möhürü ilə təsdiqləndiyini və bunun iş üçün əhəmiyyətli fakt olduğunu nəzərə almamışdır. Hesab edirik ki, məhkəmə sübutlara qiymət verərkən obyektiv, tam və hərtərəfli araşdırma aparmamışdır.
36. MPM-in 106.1-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin nümayəndəsinin apellyasiya şikayətində vurğuladığı və məhkəmə iclasında bildirdiyi iş üçün əhəmiyyətli olan faktları yoxlamadan iş materiallarında olan digər sübutlara əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyinə uyğun qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin yalnız iş materiallarında olan 2022-ci il 19 avqust tarixli “qarşılıqlı üzləşmə aktı”nın iddiaçının qanuni təmsilçisi deyil, şirkətin mühasibi tərəfindən imzalanması ilə bağlı faktı qətnamədə göstərmiş, lakin adı çəkilən aktın iddiaçının möhürü ilə təsdiqlənməsi faktına, həmin aktın “Elektron ünvan 1” və “Elektron ünvan 2” elektron poçt ünvanları vasitəsilə göndərilməsi faktına hər hansı münasibət bildirməmiş və bu faktları yoxlayaraq qiymətləndirməmişdir.
37. Halbuki, cavabdehin nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında mübahisəli aktın doğruluğunu təsdiq etmək üçün iddiaçı və cavabdehin nümayəndlərinin məhkəmə iclasına dəvət edilməsini və faktın araşdırılmasını xahiş etmişd ir. Lakin Sumqayıt Kommersiya Məhkəməsində olduğu kimi apellyasiya kollegiyası da bu xahişi təmin etməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçı ilə nümayəndəsi Nümayəndə arasında imzalanmış “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə ilə bağlı cavabdehin nümayədəsinin apellyasiya şikayətində göstərdiyi faktlara da qiymət verməmişdir. Qeyd olunanlara əsasən, kassator hesab edir ki, mübahisəndirilən qətnamə cavabdehin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmadan və qiymətləndirilmədən qəbul edilmişdir.
38. MPM-in 217.4-cü maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməyə diqqət yetirdikdə məlum olur ki, kollegiya yalnız birinci instansiya məhkəməsində araşdırılan sübutlara əsaslanmış və birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır. Halbuki, məhkəmə cavabdehin nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi faktlara və cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə və verdiyi vəsatətlərə də münasibət bildirməli idi. Lakin apellyasiya məhkəməsi yalnız birinci instansiya məhkəməsinin qətnaməsində əks olunanlara və MM-in müvafiq normalarına əsaslanaraq bunun yekun qərarın çıxarılması üçün kifayət etdiyini və əlavə araşdırmaya ehtiyac olmadığını hesab etmişdir. Kassator hesab edir ki, məhkəmə kollegiyası sübutları tədqiq edərkən cavabdehin hüququnu və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki ha llarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra e dərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun m üəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf e dən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Vİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normala rının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, cavabdehin kassasiya şikayəti təmin olunmalı, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi qismən ləğv edilməli, iş qətnamənin ləğv olunduğu hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
46. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
47. Kassas iya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.
49. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 2022-ci il 20 aprel tarixli, seriya EBBU, 825715 nömrəli və 2022-ci il 11 may tarixli, seriya EBBW, 048222 nömrəli, ümumi məbləğin 402.510,74 manat təşkil etdiyi el ektron qaimələr göndərilmişdir.
50. Tərəflər arasında tərtib olunmuş, imza və müəssisələrin möhürləri ilə təsdiqlənmiş 2022-ci il 19 avqust tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, mal dövriyyəsinin ümumi məbləği 432.507,81 manat təşkil etmiş, cavabdeh tərəfindən 47.630,29 manat dəyərində mal geri qaytarılmış və 384.877,52 manat borcu qalmışdır. Həmin qarşılıqlı üzləşmə aktlarında əks olunmuş imza möhürlər proses iştirakçıları tərəfindən aşağı instansiya məhkəmlərində mübahisələndirilməmiş, iddiaçının nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən 2023-cü il 12 yanvar tarixli məhkəmə iclasında üzləşmə aktının möhürlə təsdiqlənməsi barədə heç nə deyə bilməyəcəyini qeyd etmiş, cavabdehin nümayəndəsi isə aktın iddiaçı tərəfindən təsdiq olunduğunu bildirmişdir (iş.v107). 5
1. Bununla yanaşı, işdə olan bank ödəniş qəbzlərinə əsasən, cavabdeh borcundan ümumilikdə 384.870 manat ödəniş etmişdir. Məhz iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində də cavabdehin borcundan 384.870 manat ödənilmiş olması göstərilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr 2022-ci il 20 aprel 2022-ci il 11 may tarixlərində göndərilmiş, həmin qaimələrdə malların dəyəri 402.510,74 manat təşkil etmiş, bundan sonra isə 2022-ci il 19 avqust tarixli qarşılıqlı üzləşmə aktı tərtib olunaraq cavabdeh tərəfindən qaytarılmış malların dəyəri də çıxıldıqdan sonra onun 384.877,52 manat borcunun qaldığı öz əksini tapmışdır. Daha sonra cavabdeh tərəfindən qalıq borcundan 384.870 manat ödəniş edilməsinin işin mübahisələndirilməyən ha lı olduğu nəzərə alındıqda məhkəmə tərəfindən təmin olunan 17.640,74 manat əsas borcun hansı əsasdan və tərəflər arasında aparılmış hansı əməliyyatlardan irəli gəlməsinin aydın olmadığı və bununla bağlı məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmadığı müəyyən olur. Belə ki, istinad olunan üzləşmə aktı həmin elektron qaimələrdən sonra tərtib olunduğundan həmin aktın qaimələrin göndərildiyi əvvəlki dövləri də əhatə etdiyi aydın olur.
53. Məhkəmə kollegiyası vurğulayır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmal ıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdı r. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
55. Göründüyü kimi sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araş dırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətl i hesab edilə bilməz.
57. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.
58. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
59. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
60. İşə yenidən baxılarkən qeyd edilən nöqsanl ar aradan qaldırılmalı, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməklə mübahisənin qanuni həlli təmin edilməlidir.
61. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi qismən 17.640,74 manat əsas borcun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi qismən - 17.640,74 manat əsas borcun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.