Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-428/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina- müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli, 2-2(103)-263/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2021-ci il 16 sentyabr tarixli 1756/M21 saylı alqı-satqı müqaviləsi üzrə 44.875,51 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.487.55 manat məbləğində dəbbə pulu və 2021-ci il 20 sentyabr tarixli D/Q-144/2021 saylı alqı-satqı müqaviləsi üzrə 44.993,12 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 4.499,31 manat məbləğində dəbbə pulunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,57 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli, e-2-2(113)3850/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2021-ci il 16 sentyabr tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 44.875, 51 manat, cərimə borcu üzrə 2200 manat, cəmi 47075,51 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 2021-ci il 20 sentyabr tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc 44.993,12 manat, cərimə borcu üzrə 2.200 manat, cəmi 47193, 12 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim K.Hüseynov). Q ətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli, 2-2(103)-263/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli, e-2-2(113)-3850/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər R.Qurbanov və V.Baxışova). Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilməklə qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilm iş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan iş üzrə, iddianın qiyməti 98.855,49 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 193,28 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 121 manat məbləğində ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 aprel tarixli, 2-2(103)-263/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov Ə.M.Xıdırov
Məhkəmə qərarları › İş №2-2(102)-428/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-428/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver