Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-429/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdeh MMC-yə qarşı vergi, faiz və maliyyə sanksiyasının ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 23 iyul 2019-cu il tarixli 2-2(103)-565/2019 qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətin ə əsasən işə 02 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdeh MMC-yə qarşı vergi, faiz və maliyyə sanksiyasının ödənilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 10 may 2019-cu il tarixli iş № 2-2(82)-591/2019, (sədrlik edən hakim R.Kərimli) qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10 may 2019-cu il tarixli qərardadını ləğv edərək sonrakı prosessual hərəkətləri etməyi məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23 iyul 2019-cu il tarixli iş № 2-2(103)-565/2019 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov və V.Baxışova) qərardadı ilə birinci instansiya məhkəməsinin 10 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qərardadı qüvvədə saxlamışdır. Halbuki istinad edilən Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələbinə diqqət yetirildikdə, onun mahiyyətində vergi orqanının vəzifəsi kimi deyil, bir hüququ olaraq göstərilir ki, vergi ödəyicisində yaranmış vergi borclarının ödənilməsini təmin etməkdən ötrü onun əmlakını siyahıya ala bilər. Departament cavabdehin dövlət büdcəsinə yaranmış borcun alınmasının təmin edilməsi məqsədilə vergi ödəyicisinin daşınmaz əmlakının olub-olmamasını müəyyənləşdirməkdən ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu edilmiş, lakin cavabdehə məxsus daşınmaz əmlakın olması müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş məlumatlara əsasən cavabdehin mülkiyyətində daşınar (nəqliyyat vasitəsi) əmlakı olması da müəyyən edilməmişdir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin dövlət büdcəsinə olan borcun un ödənilməsini təmin etmək üçün qanunvericiliyin tələblərinə uyğun olaraq bütün lazımi tədbirləri həyata keçirmişdir. Digər tərəfdən, “hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” barədə vergi orqanı tərəfindən iddianın qaldırılması imkanı ilə bağlı bildirir ki, Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək və 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksi yalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Bu hüquqları həyata keçirərkən borclu (dövlət büdcəsi qarşısında öhdəliyi yaranan) vergi ödəyicisi ilə bağlı ortaya çıxan hüquq münasibətlərində vergi orqanı əlbəttə ki, dövlət büdcəsinə vergi daxil olmalarını təmin etməyə məsul olan subyekt olaraq kreditor kimi çıxış edir. Göründüyü kimi, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını məhkəmə qaydasında tələb edə bilər. Bu maddi hüquq normalarında təsbit edilmiş pozitiv imkandır və bunun mövcud olmamasını, yaxud kreditor olan vergi orqanına şamil edilməm əsini fərz etmək əsaslı hesab edilə bilməz. Beləliklə, müəyyən edilir ki, işə baxan məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq etdiyi normaları düzgün təfsir etməmiş və iş üzrə təqdim olunmuş sübutları düzgün qiymətləndirməyərək iş üzrə yekun nəticəyə gələrkən prosessual hüquq normalarını pozmuşdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2-2(103)-565/2019 saylı qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxa rkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası 23 iyul 2019-cu il tarixli qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə o lan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxıl an mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 23 iyul 2019-cu il tarixli, 22(103)-565/2019 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi,birinci instansiya məhkəməsinin 10 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Vergi Məcəlləsinin 23.1.15-1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-565/19 saylı 23 iyul 2019-cu il tarixli qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə aydınlaşdırılmalı olan məsələ vergi ödəyicilərinin dövlət büdcəsinə olan vergi borcunun (əsas vergi borcu, faizlər və maliyyə sanksiyaları) alınması barədə iddia tələblərinə məhkəmədə baxılmalı olub-olmamasıdır. Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergilərdən qazanılan vəsaitlər dövlətdə müxtəlif məqsədlər üçün istifadə olunur. Onlara müharibə xərcləri, qanunların həyata keçirilməsi, ic timai nizam-intizamı qoruyub saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur, tenderlər və s. həyata keçirmə, ictimai işlər və dövlətin saxlanılmasını aid etmək olar. O cümlədən vergilərdən əldə olunan gəlir xalqın rifahına və ictimai xidmətlərə sərf edilir ki, bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, sosial təminat, ictimai nəqliyyat, enerji təchizatını sadalamaq olar. Bütün qeyd olunanlar vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsini labüd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi vergilərin tam və vaxtında ödənilməsinə nəzarət etməyi vergi orqanlarının vəzifələrinə aid etmişdir. Göründüyü kimi, vergiləri vaxtında ödəmək vergi ödəyicisinin vəzifəsi olduğu kimi, onların tam və vaxtında ödənilməsinə nəzarət etmək də vergi orqanlar ının vəzifəsidir. Eyni zamanda iddia ərizəsindən göründüyü kimi, iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamentinin Cavabdeh MMC-nin dövlət büdcəsinə ödənilməmiş 239461,95 manat məbləğində vergi borcunun cavabdehdən alınması barədədir. Vergi Məcəlləsinin “Vergi orqanlarının hüquqları” adlanan 23-cü maddəsinin 23.1.15-1-ci bəndinə əsasən həqiqətən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin bu maddi norma ümumi xarakter daşıyır, yəni vergi orqanının vergilər üzrə borclarının və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını təsbit edir. Bunun konkret təzahü rü və qaydası isə Vergi Məcəlləsinin 89.1-ci maddəsi ilə müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. Bununla yanaşı, vergi ödəyicilərinin borclarının vaxtında dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün qanunvericilik borcların tutulmasına müəyyən vaxt məhdudiyyəti qoymuşdur ki, bunun da məqsədi vergi orqanlarının bu sahədə olan nəzarətinin səmərəliliyini artırmaq və dövlət büdcəsinin, dolayı yolla isə vergilərdən əldə edilən gəlirlər hesabına maliyyələşən əhəmiyyətli sahələrin maliyyə təminatını vaxtında təmin etməkdir. Hazırkı iş üzrə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin əsası kimi göstərmişdir ki, cavabdeh borcu könüllü şəkildə dövlət büdcəsinə ödəməmiş, cavabdehin siyahıya alınacaq daşınmaz və daşınar əmlakı mövcud deyildir. Bu səbəblərdən iddiaçı hazırkı iddia tələbi ilə borcun cavabdehdən məhkəmə qaydasında tutulmasını tələb edir. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, yaranmış vergi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən verilən icra sənədi məhkəmə qaydasında vergi borclarının tutulmasından daha səmərəli vasitədir. Belə ki, hazırkı iş üzrə vergi orqanı tərəfindən vergi ödəyicisi barədə hesablanmış və tələb olunan məbləğ vergi ödəyicisi tərəfindən mübahisələndirilmir. İş materiallarında vergi ödəyicisinin ondan tələb olunan məbləği inzibati və ya məhkəmə qaydasında mübahisələndirməsinə dair sübut yoxdur. Başqa sözlə, vergi orqanının hazırkı iddiasının mahiyyəti mübahisələndirilməyən vergi borcunun vergi ödəyicisindən tutulması ilə bağlıdır ki, həmin borcun tutulması ilə bağlı ən səmərəli vasitə vergi orqanı tərəfindən icra orqanına borcun tutulması ilə bağlı icra sənədinin verilməsidir. Belə olan halda, hazırkı işdə tərəflər arasında borc məbləği mübahisələndirilmədiyindən məhkəmə qaydasında borcun vergi orqanının xeyrinə tutulması ilə prosedur lüzumsuz olaraq d övlət büdcəsinə vergilərin vaxtında ödənilməsi prosesini yubadır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, vergi ödəyiciləri tərəfindən mübahisələndirilməyən vergi borclarının dövlət büdcəsinə alınması məqsədilə vergi orqanları tərəfindən qaldırılan iddialar vergilərin dövlət büdcəsinə ödənilməsi prosesinin müddətini lüzumsuz olaraq uzatdığından, bu qəbildən olan borcların tutulması məqsədilə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Qanunun 82.1-ci maddəsinin və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq icra orqanına icra sənədinin verilməsi daha məqbuldur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə da ir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 sentyabr 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergi Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə a id edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Beləliklə apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə mövqeyi yuxarıda sadalanan hüquq normalarının tələblərinə uyğundur. Bütün yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təm in edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-565/19 saylı 23 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-429/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-429/2019
02.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver