Məhkəmə qərarları › İş №2-2(102)-429/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-429/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-429/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “avans kimi ödənilmiş pulun tutulması” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın, cərimənin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ İş № 2-2(102)-429/2024 Açar sözlər: Öhdəliyin icra edilməməsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi, müqavilə üzrə dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 mart tarixli 22(103)-2/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2019-cu il 18 dekabr tarixli, SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilə ilə Cavabdeh MMC İddiaçı MMC-nin sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma müddəti və digər parametrləri ayrı-ayrı sifariş(lər) formasında tərtib olunaraq tərəflər arasında rəsmiləşdirilən əlavələrdə göstərilən malları razılaşdırılmış şərtlərlə istifadə məqsədləri üçün yararlı halda İddiaçı MMC-yə satmağı, İddiaçı MMC isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. 2. “X1” MMC Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən anbar təyinatlı qeyri-yaşayış binasını 2020-ci il 28 fevral tarixli 78/020 saylı icarə müqaviləsi ilə Cavabdeh MMC-yə icarəyə vermiş və Cavabdeh MMC tərəfindən “X1” MMC-yə ümumilikdə 16603,31 manat məbləğində icarə haqqı ödənilmişdir.

3. Cavabdeh MMC İddiaçı MMC-yə göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubla müqaviləni birtərəfli qaydada ləğv etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı 2021-ci il 04 may tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 4 may tarixində avans kimi ödənilmiş 37150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3cü bəndinə əsasən, iddiaçı müqavilə ilə müəyyən edilmiş 20% avans məbləğinin bir hissəsini – 37150 manat məbləğində vəsaiti cavabdehin hesabına köçürmüş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, alıcıya müqavilə və onun əlavəsinə uyğun çeşiddə və sayda mal təqdim etməmişdir. Buna görə də, cavabdeh müqavilənin 4cü bəndinə əsasən müqaviləni xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv etmişdir. Qanunun müvafiq normasının tələbinə əsasən cavabdeh ilə məhkəməyə qədər həll qaydasına riayət edilmiş və ona rəsmi pretenziya məktubu ilə müraciət edilmişdir. Cavabdehdən ödənilmiş avans məbləğinin iddiaçının bank hesabına q aytarılması xahiş edilmişdir. Lakin rəsmi xəbərdarlıq məktubunun təqdim edilməsindən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ödənilmiş 37150 manat məbləğini iddiaçının hesabına geri ödəməmişdir.

6. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC qarşı qarşılıqlı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 78146,94 manat məbləğində dəymiş ziyanın, 26743,80 manat məbləğində cərimədəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun həmin tələb üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, müqavilənin 2019-cu il 18 dekabr tarixli 01 saylı əlavəsinə əsasən qarşılıqlı tələb üzrə cavabdeh ümumi dəyəri 267438 manat təşkil edən 1 dəst 72, 94 ha badam bağı üçün damlama suvarma sistemini (nasoslar, filtrasiya sistemi, tənzimləyici klapanlar, filtrlər, ana və paylayıcı PVC borular, damlama boruları və kranlar) sifariş vermişdir. Müqavilənin tələblərinə uyğun olaraq, sifariş edilmiş 72,94 ha badam bağı üçün damlama suvarma sistemi ölkəyə idxal edilmiş və alıcıya təqdim edilmişdir. Lakin, qarşılıqlı iddia üzrə cavabdeh sözügedən avadanlığın dəyərini ödəməmiş, eləcə də əsassız şəkildə malı qəbul etməkdən imtina etmişdir. Müqavilə üzrə sifariş verilmiş mallar razılaşdırılmış çeşiddə ölkəyə idxal edilmiş, bununla bağlı alıcıya məlumat verilmiş, hətta suvarma avadanlıqlarının quraşdırılması məqsədilə dəfələrlə tərəflərin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmiş, müqavilə üzrə ödənişlər həyata keçirildikdən sonra malların təqdim edilməsi müzakirə edilmiş, lakin qarşılıqlı iddia üzrə cavabdeh malların dəyərini ödəməmişdir. Bu səbəbdən satıcı tərəfindən alıcının sifarişi əsasında ölkəyə idxal edilmiş mallar saxlanc anbarına verilmişdir. Malların anbarda saxlanılması ilə bağlı xərclər qarşılıqlı iddia üzrə cavabdehin iddiaçıya birbaşa vurduğu ziyandır ki, son 1 il ərzində bununla bağlı SA-ya 16603,31 manat məbləğində zərər vurulmuşdur. Həmçinin, alıcı üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən müqavilənin 10-cu bəndi ilə müəyyən edilmiş maksimal 10% olmaqla, ümumilikdə 26743,80 manat məbləğində cərimə sanksiyasını ödəməlidir. Tərəflər arası bağlanılmış müqavilə tələblərini icra etməməsi nəticəsində hazırda suvarma dəsti satılarkən qarşılıqlı iddia üzrə iddiaçıya dəymiş ziyanın məbləği 268.412 - 119.277, 3 - 51.441,27 - 37.150 = 60.543,63 manat təşkil etmişdir. Qeyd edilən riyazi hesablama aşağıdakı məqamlara əsaslanmışdır. - 268.412 - 119.277,1 = 149.134,9 manat - nəzərdə tutulmuş ilkin və həyata keçirilmiş təkrar alğı-satqılar arasında yaranmış fərq və ümumi ziyan məbləğlər 149.134,9 – 51.441,27 = 97.693,63 manat – ümumi ziyan məbləğindən cavabdeh ilə bağlanılan müqavilə üzrə nəzərdə tutulan suvarma dəstinin təkrar satış zamanı satılmayan hissələrinin dəyəri çıxıldıqdan sonra qalıq ziyan məbləği - 97.693,63 - 37.150 = 60.543,63 manat - qalıq ziyan məbləğindən cavabdeh tərəfindən edilən ödənişlər çıxıldıqdan sonra yaranmış yekun ziyan məbləğ - ilkin iddia tələbinin məbləğinin 17.603,31 manat (anbar və ekspertiza xərcləri) təşkil etməsi nəzərə alındıqda dəymiş ziyan məbləği 17.603,31 + 60. 543,63 = 78.146,94 manat təşkil etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli 2-2(113)-2419/2021 nömrəli qətnaməsi ilə (hakim Z.R.Pirverdiyev) ilkin iddia təmin edilmiş, Cavabdeh MMCdən avans kimi ödənilmiş 37.150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı müqaviləyə əsasən, iddiaçı tərəfindən 37.150 manat məbləğində pul vəsaiti avans olaraq cavabdehin hesabına ödənilmişdir. Cavabdeh tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmiş, tərəflər arasında alqı-satqı baş tutmamışdır. Alqı-satqı müqaviləsi ikitərəfli müqavilə olmaqla, belə müqavilə iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Hazırkı halda müqavilə cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edildiyindən iddiaçı tərəfindən ödənilmiş 37.150 manat avans ödənişin cavabdehdən alınmasına dair ilk iddia əsaslı olmuşdur.

10. İddiaçı tərəfindən müqavilə şərtlərinə əsasən avans ödənilmiş, qalan məbləğin ödənilməsi isə cavabdeh tərəfindən malların yükləmə sənədlərinin, onun əsasında hesab fakturanın, eyni zamanda malın təhvil verilməklə hesab fakturanın verilməsi əsasında həyata keçirilməli idi. Lakin iş materialları ilə cavabdeh tərəfindən göstərilən sənədlərin, habelə malın iddiaçıya təhvil verilməsi müəyyən olunmamış, hətta cavabdeh tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

11. Qarşılıqlı iddia tələbin in dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı olmadığından onun dəbbə pulu hissəsi də təmin oluna bilməz.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 442, 443.1, 443.5, 448.1 və 567-ci; Mülki Prosessual Məcəllənin 14.2, 76.2, 77.1, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası nın 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1038/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ə.Baxışovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli 22(113)-2419/2021 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə 10.287,16 manat dəymiş ziyana görə pulun, 26.743,80 manat dəbbə pulun, cəmi 37.030,96 manat pulun və ekspertiza xərcinə görə 500 manat pulun tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsinin mövq eyi ondan ibarət olmuşdur ki, iddiaçı müqavilənin 4-cü bəndindəki öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 37.150 manat avans ödəmişdir. Buna baxmayaraq, satıcı malı Azərbaycana gətirmiş, 2020-ci ilin iyun ayında mal yoxlanılması və qəbul edilməsi üçün alıcıya təqdim edilsə də, alıcı malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina etmiş, satıcı mala görə ödəniş həyata keçirilmədiyindən 2020-ci il 25 noyabr tarixli məktubla müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Birinci instansiya məhkəməsi müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsası ilə iddiaçı tərəfindən ödənilmiş 37.150 manat avans ödənişinin cavabdehdən tutulması barədə ilk iddia tələbini təmin etsə də, qarşılıqlı iddia üzrə təqdim edilmiş sübutlara hər hansı hüquqi qiymət verməmiş, alqı-satqı müqavi ləsinin ləğv edilməsində və baş tutmamasında hansı tərəfin təqsirli olduğunu araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, nəticədə qarşılıqlı iddia tələbinin rədd edilməli olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir.

16. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən iyun ayında gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu, motoru tələblərə uyğun olmamışdır. İddiaçı tərəfindən cavabdehin təqdim etdiyi suvarma sisteminin razılaşdırılmış texniki parametrləri və göstəriciləri barədə birinci instansiya məhkəmə sinə hər hansı sübut təqdim edilməmişdir. Halbuki müqavilənin 3.4-cü bəndində təqdim edilmiş malda aşkar edilmiş qüsurlarla bağlı qüsur aktının tərtib edilməli olduğu nəzərdə tutulmuşdur.

17. Hazırkı halda cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş və müqavilənin predmeti olan malı öz hesabına əldə edərək Azərbaycana gətirmiş, alıcı iddiaçı isə alqı-satqı müqaviləsinin tələblərini pozaraq razılaşdırılmış avans məbləğini qismən ödəmiş, o cümlədən gətirilmiş malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina etməklə müqaviləni pozmuşdur. Müqavilə ləğv edildiyi üçün alıcı ödənilmiş avansı geri tələb etməkdə haqlı olsa da, cavabdehin alıcı tərəfindən müqavilənin icrasından əsassız imtina edilməsi nəticəsində dəymiş ziyanı qarşı tərəfdən t ələb etmək hüququ vardır.

18. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin iddiaçıdan 26.743,80 manat dəbbə pulunun tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişdir. Belə ki, müqavilənin 10.5-ci bəndində alıcının satıcı tərəfindən təqdim edilmiş malların müqavilə şərtlərinə uyğun olaraq dəyərinin ödənilməsində gecikməyə yol verdikdə yol verdiyi hər gecikmə gününə görə 0,01% dəbbə pulu ödəməli olması nəzərdə tutulmuşdur. 10.6-cı bəndə əsasən, cərimənin ümumi məbləği müqavilə dəyərinin 10%-dan artıq ola bilməz. Cavabdeh tərəfindən tələb edilən dəbbə pulu məbləği müqavilə dəyərinin 10%-dən çox olmadığından məhkəmə dəbbə pulu tələbinin tam təmin edilərək iddiaçıdan cavabdehin xeyrinə 26.743,80 manat dəbbə pulunun tutulmalı olduğunu hesab etmişdir.

19. Bundan başqa tərəflər arasında b ağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra suvarma sistemi müəyyən borular və nasoslar xaric 70.163 ABŞ dollarına (119.277,1 manata) digər bir şirkətə satılmışdır. Satılmayan hissələrin dəyəri 51.441,27 manat təşkil etmiş, cavabdeh alıcının sifarişi əsasında gətirilmiş və qəbul etməkdən imtina etdiyi malı digər alıcıya daha aşağı qiymətə satmağa məcbur olduğuna görə 60.543,63 manat ziyanın tutulmasını tələb etmişdir. Qanuna əsasən, satıcının alıcı tərəfindən qəbul edilməmiş malı ağlabatan qiymətlə başqa şəxsə satdığı halda onun qiymət fərqini tələb etmək hüququ yarandığından, hazırkı halda isə cavabdeh malı müqavilə dəyərindən xeyli aşağı qiymətə satdığından qeyd edilən hissədə qarşılıqlı iddia təmin edilə bilməz.

20. Məhkəmə qarşılıqlı iddia tələbinin alıcının qəbul etmədiyi mal ın anbar-icarə xərcləri və ekspertiza xərcinə görə 17.603,31 manatın tutulması hissəsinə münasibətdə göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən anbar təyinatlı qeyri-yaşayış sahəsinin icarəsinə görə 16.603,31 manat icarə haqqı ödənilmişdir.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 424.5, 443.1, 448.1, 465.1, 567, 598.4 və 645.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – qarşılıqlı iddianın qismən təmin olunduğu hissədə ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC həmçinin kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – 60.543,63 manat məbləğində dəymiş ziyanın rədd olunduğu hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 15 mart tarixli 2-2(102)158/2022 nömrəli qərarı ilə (hakim B.M.Məmmədlinin məruzəsi ilə, hakimlər İ.A.Dadaşovdan və B.F.Qəribovdan ibarət tərkibdə) kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1038/2021 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın 26.743,80 manat dəbbə pulunun tutulmasına dair tələbinin təmin edilməsi və malın digər alıcıya daha aşağı qiymətə satması ilə əlaqədar cavabdehə dəymiş 60.543,63 manat ziyanın tutulmasına dair tələbinin rədd edilməsi hissələrində ləğv edilərək, iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

25. Kassasiya məhkəməsi göstərmişdir ki, ilk iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlillərinin əsas hissəsi ondan ibarətdir ki, həmin tələb üzrə cavabdeh tərəfindən gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu, motoru tələblərə uyğun olmamdır, ona görə də sonuncu müqavilə öhdəliyini yerinə yetirməmişdir. Eyni məzmunlu dəlilləri iddiaçı bütün proses boyu bildirmişdir.

26. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaç ı tərəfindən cavabdeh tərəfindən təqdim edilən suvarma sisteminin razılaşdırılmış texniki parametrləri və göstəriciləri barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Halbuki müqavilənin 3.4-cü bəndində təqdim edilmiş malda aşkar edilmiş qüsurlarla bağlı qüsur aktı tərtib edilməli olduğu nəzərdə tutulmuşdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı müqavilənin tələblərini pozaraq razılaşdırılmış avans məbləğini qismən ödəmiş, gətirilmiş malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina edərək müqaviləni pozmuşdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsinin qanunsuz və əsassız olduğunu təsdiq edən hər hansı tutarlı dəlil gətirə bilməmişdir.

27. İddiaçı gətirilən malın sifariş edi lən mal olmadığını iddia etdiyi halda, MPM-in 77.1-ci maddəsinə uyğun olaraq həmin mövqeyini lazımi sübutlarla, dəlillərlə əsaslandırmalı idi. Lakin iş materiallarından onun tərəfindən özünün sübutetmə vəzifəsini yerinə yetirməsi görünmür.

28. Belə olan halda, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini qanunsuz və əsassız hesab etmək üçün hər hansı əsas görməmişdir.

29. Bundan başqa, kassasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh suvarma sistemi ilə bağlı çəkdiyi xərclərin iddiaçı tərəfindən ödənilməsi tələbi bilavasitə müqavilədən deyil, qanundan irəli gəlir. Belə ki, iddiaçı, hüquqi əsası olmadan cavabdehin müqavilə üzrə əldə edərək ölkəyə idxal etdiyi malı almaqdan imtina etməklə sonuncuya maddi zərər vurmuşdur. Satıcı qarşılıqlı iddia verərək məhz h əmin zərərin əvəzinin ödənilməsini tələb edir. MM-in ümumi hissəsində təsbit edilmiş 21.1, 21.2, 386.1, 424.5-ci maddələrin, habelə MM-in bilavasitə alqı-satqı münasibətlərini tənzimləyən 645.2-ci maddəsinin məzmunundan aydın olur ki, öhdəliklər yalnız müqavilədən deyil, zərərvurmadan da irəli gələ bilər. Hazırda məhkəmə baxışının predmetini təşkil edən mübahisədəki vəziyyət də bundan istisna deyildir. Bu baxımdan, hazırkı halda müqavilənin birtərəfli qaydada xitam edilməsi qarşılıqlı iddia üzrə cavabdehin öz təqsiri nəticəsində həmin tələb üzrə iddiaçıya vurduğu zərərdən azad edilməsi üçün əsas ola bilməz.

30. Bundan fərqli olaraq, iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçının dəbbə pulunun həmin tələb üzrə cavabdehdən tutulması tələbi qanundan deyil, məhz müqavilədən i rəli gəlir. İş materiallarında olan satıcı tərəfindən alıcıya göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubdan görünür ki, o, SA010 saylı müqaviləni birtərəfli qaydada ləğv etmişdir. MM-in 424.2-ci maddəsinə (bax yuxarıda § 62) görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verildiyindən, dəbbə pulunun müqavilənin birtərəfli qaydada xitam edildiyi tarixdən sonrakı dövr üçün də hesablanması qanunun tələbinə zidd hesab olunmalıdır. Lakin, nə qarşılıqlı iddia ərizəsində, nə də digər iş materiallarında tələb olunan dəbbə pulunun konkret olaraq hansı dövr üçün necə hesablandığı göstərildiyindən, eləcə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu məsələ diqqətdən kənarda qaldığından tələb olunan dəbbə pulunun həcminin əsaslılığı barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, qətnamə həmin hissədə əsaslı hesab edilə bilməz.

31. Kassasiya kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmış və göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən əsas götürdüyü hallardan biri o olmuşdur ki, satıcı alıcı tərəfindən qəbul edilməmiş malı digər alıcıya müqavilə dəyərindən xeyli aşağı qiymətə (ağlabatan olmayan qiymətə) satmışdır. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi satışın aşağı qiymətə baş tutmasının səbəbi kimi qarşılıqlı iddia üzrə iddiaçının real müştərini qaçırmamaq üçün məcburiyyət qarşısında qalaraq atdığı addım olub-olmamasına qiymət verməmişdir. Əgər apellyasiya instansiyası məhkəməsində malın digər alıcıya mü qavilə dəyərindən xeyli aşağı qiymətə (ağlabatan olmayan qiymətə) satılması təəssüratı yaranmışdısa, bununla bağlı əsaslı və ədalətli nəticəyə gəlmək üçün, ən azından, satılan məhsulun orta bazar qiymətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmalı idi. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Təkrar apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2023-cü il 30 mart tarixli rəyinə görə, bağ üçün damcı suvarma sisteminin bazar qiyməti 138395 manat müəyyən edilmişdir.

33. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2024-cü il 10 yanvar tarixli ekspert rəyinə görə isə, təqdim edilmiş iş materiallarında olan müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2020-ci il 25 noyabr tarixə ödənilməli olan dəbbə pulunun məbləği (557,1 4 + 3.435,20) = 3.992,34 manat müəyyən edilmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 mart tarixli 2-2(103)-2/2024 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul, 2-2(113)-2419/2021 nömrəli qətnaməsi qismən ləğv olunmaqla, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı MMC-dən 60.543,63 manat dəymiş ziyanın və 3.992,34 manat cərimə pulunun Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmişdir.

35. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 2019-cu il 18 dekabr tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” m üqaviləyə əsasən Cavabdeh MMC İddiaçı MMC-nin sifarişinə uyğun olaraq suvarma sistemi dəstini 268412 manata iddiaçıya satmağı, sonuncu isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdələrinə götürmüşlər.

36. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra suvarma sistemi müəyyən borular və nasoslar xaric 70.163 ABŞ dollarına (119.277,1 manata) həmin şirkətə satılmışdır. Satılmayan hissələrin dəyəri 51.441,27 manat təşkil edir. Satıcı alıcının sifarişi əsasında gətirilmiş və qəbul etməkdən imtina etdiyi malı digər alıcıya daha aşağı qi ymətə satmağa məcbur olduğuna görə 60.543,63 manat ziyanın tutulmasını tələb edir. Həmin məbləğində ziyanı belə hesablayır ki, boru və nasosların dəyəri 51.441,27 manat və avans olaraq ödənilmiş 37150 manat nəzərə alınmaqla müqavilədə nəzərdə tutulan məbləğlə, yəni 268.412 manatla bağ üçün damcı suvarma sisteminin satıldığı məbləğ 119.277,1 manat arasındakı fərq ona dəymiş ziyan məbləğidir.

37. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli, 9/9361 nömrəli ekspert rəyində qeyd edilir ki, bağ üçün damcı suvarma sisteminin bazar qiyməti 138395 manat müəyyən olunur.

38. Beləliklə, müəyyən olunur ki, qarşılıqlı iddia üzrə iddiaçı suvarma sistemini müəyyən borular və nasoslar xaric 138395 manata sata bilərdi.

39. Apellyasiya kollegiyası hesab etmişdi r ki, qarşılıqlı iddia üzrə iddiaçı suvarma sistemini başqasına 119.277,1 manata, yəni ağlabatan qiymətə satdığından 60.543,63 manat məbləğində dəymiş ziyanı həmin tələb üzrə cavabdehdən tələb etməkdə haqlıdır.

40. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubdan görünür ki, Cavabdeh MMC SA010 saylı müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verildiyindən, dəbbə pulunun müqavilənin birtərəfli qaydada xitam edildiyi tarixdən sonrakı dövr üçün də hesablanması qanunun tələbinə zidd hesab olunmalıdır.

41. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 18 dekabr 2019-cu il tarixli müqavilə üzrə 25 noyabr 2020-ci il tarixli xəbərdar lıq müddətinə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməli dəbbə pulu məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli rəyində qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 18 dekabr 2019-cu il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 25 noyabr 2020-ci il tarixə ödənilməli olan dəbbə pulunun məbləği (557,14 + 3435,20) = 3992,34 manat müəyyən edildi.

42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 385.2, 386.1, 424.2, 442, 443.1, 448.1, 465.1, 567, 598.1, 598.4 və 645.2-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandı rmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

43. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125, 127-ci, Mülki Məcəllənin 424.2, 442 və 579.1-ci maddələrinin tələblər pozulmuşdur. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən iyun ayında gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu və motoru tələblərə uyğun olmamışdır. Beləliklə, razılaşdırılmış mallar satıcı tərəfindən təhvil verilmədiyinə görə iddiaçı tərəfindən mallar alınmamış, bununla da, qeyd edilən xərclərin qarşılanması əsassız tələb hesab edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı öhdəliyi lazımı qaydada icra etdiyini diqqətə çatdırmağa çalışsa da, o müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, alıcıya müqavilə və onun əlavəsinə uyğun çeşiddə və sayda mal təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 2020-ci il 25 noyabr tarixli pretenziya məktubu ilə 2019-cu il 18 dekabr tarixli müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Qanunvericiliyə əsasən müqavilənin ləğv edilməsi nəticəsində tərəflərin öhdəliklərinə xitam verilir. Birtərəfli qayda da ləğv edilmiş müqavilə ilə hər hansı öhdəliyin yerinə yetirilməsini, habelə məbləğin ödənilməsi tələb oluna bilməz.

45. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

46. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və h üquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Apellyasiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunan hissədə həmin tələb üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulma sı, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilə nin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 567-ci maddəsinə əsasən alği-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, o cümlədən mübahisə üzrə məhkəmə əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları keçirmiş, səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

53. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinin qarşılıqlı iddia üzrə iddiaçının icra olunmamasından ibarətdir. Halbuki, kassatorun bu dəlillərinə artıq işin əvvəlki kassasiya baxışı zamanı hüquqi qiymət verilmiş və əsassız hesab olunmuşdur. (bax bənd 25-28)

54. Göstərilənlərə ə sasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kolleg iyasının 2024-cü il, 11 mart tarixli, 2-2(103)-2/2024 nömrəli qətnaməsi qarşılıqlı iddia üzrə İddiaçı MMC-dən 60543,63 manat dəymiş ziyanın və 3992,34 manat cərimə pulunun Cavabdeh MMC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar